8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə10/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   126
Nəsib bəyin təklifi ilə
Bakı Dövlət Univer siteti
açılıb, 100 nəfər
azərbaycanlı gənc xaricdə
oxumağa göndərilib
Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər
Şurasının iclası (1918)


Nəsib bəy Yusifbəylinin nazir olduğu müddətdə xalq ma a ‑
ri finin milli konsepsiya əsasında təşkili ön plana çəkilib, ümu mi
icbari təhsil layihələri hazırlanıb, kənd və şəhərlərdə yeni mək ‑
təblər açılıb, milli məktəblər üçün müəllim hazırlanması
probleminin həllinə diqqət artırılıb, Qori Müəllimlər Se mi na ri ya ‑
sının Azər bay can bölməsinin Firidun bəy Köçərlinin təşəb bü sü
və səyi ilə Qazaxa köçürülüb fəaliyyətə başlaması reallaşdırılıb.
Təhsildə milliləşmə prosesində yaranan çətinlikləri nəzə ‑
rə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə Dövlət dilini
məc buri fənn kimi tədris etmək şərtilə  paralel olaraq rus
bölmələrinin yaradılmasına razılıq verir. Həmin dövrdə azər ‑
baycanlı uşaq la rın yalnız milliləşdirilmiş məktəblərdə təhsil
almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində
danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi
razılığı ilə rusca təhsilə buraxıla bilərdi.
Tarixi ədalət naminə deməliyik ki, təhsildə bu cür milli ləş ‑
mə siyasəti milli təhsil tarixində müstəsna rolu olan tarixi addım
oldu. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa rəhbərliyi ilə hazır ‑
lanıb həyata keçirilən həmin qərarlar sayəsində Azər baycanda
ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində
aparılmasına dair milli maaifçilərin yüz illərlə arzula dıq ları milli
ideya gerçəkləşdi. Azərbaycan türkcəsi Dövlət dili statusu
qazandı, ana dilimiz əsas təlim‑tərbiyə, təhsil dilinə çevrildi.
1919‑cu ildə Azərbaycanda dövlət orta təhsil müəssi sə ‑
lərinin sayı 23‑ə çatdırılıb, 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı
məktəb, 3 müəllimlər seminariyası, 3 «Müqəddəs Nina» qız
məktəbi, politexnik məktəb və kommersiya məktəbi fəaliyyət
göstərib. Bakı Qadın Seminariyası Kişi Seminariyasına çevrilib,
orada təhsil alanlar üçün pansion açılıb.
38

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin