8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə13/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   126
Rəşid xan Zavid oğlu
Qaplanov 1883‑cü ildə
Dağıstanın Xasavyurd
qəzasının Ağsay
kəndində anadan olub
Xalq maarifi və dini
etiqad naziri vəzifəsində
çalışıb (1919)
Onun rəhbərliyi ilə
Bakıda və Azərbay canın
bir çox şəhər lərində yeni
məktəblər fəaliyyətə
başlayıb


Doğrudur, Cümhuriyyətin 4‑cü Hökumət Kabinetinin
proqramında Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya
köçürülməsi nəzərdə tutulub, nazir müavini Həmid bəy Şah‑
taxtinskinin rəhbərliyi ilə Tiflis hökuməti ilə intensiv danışıqlar
aparılıb. Bu barədə Vasili İvanoviç Razumovski yazırdı: «1919‑
cu ilin əvvəlində Azərbaycan Cümhuriyyəti xalq maarifi
nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə
gəldi. O, rus universitetini Bakıya köçürmək təklifi ilə
gəlmişdi, ...yaxşı binalar, maddi təminat və s. vəd etdi...»
Universitet rəhbərliyi bu təklifi qəbul etsə də, ermənilərin
qeyri‑konstruktiv mövqeyi bu məsələnin həllinə imkan ver‑
mədi. Belə olan halda, Cümhuriyyət hökuməti Bakıda müs ‑
təqil universitet yaratmaq qərarına gəlir. Hökumətin tapşırığı
ilə Zaqafqaziya Universitetinin rektoru Vasili İvanoviç Razu‑
movski Bakıya dəvət edildi. Həmin il aprelin sonunda  Bakıya
gələn Vasili İvanoviç Razumovski xalq maarifi naziri Rəşid xan
Qaplanov və onun müavini Həmid bəy Şahtaxtinski ilə geniş
müzakirələr apararaq Bakıda universitet təsis edil məsi işinə
rəhbərliyi öz üzərinə götürdü. Hökumət 1919‑cu il mayın 19‑da
Xalq Maarifi Nazirliyi yanında Universitet Komissiyası haq ‑
qın da Əsasnaməni və komissiyanın tərkibini təsdiq etdi. Ko ‑
missiyanın ilk iclasında maarif naziri Rəşid xan Qaplanov Uni‑
versitet Komissiyası üzvləri qarşısında çıxış edə rək, univer‑
sitetin açılışı barədə Azərbaycan hökumətinin qəti qə rarını on‑
ların nəzərinə çatdırdı. Xatırladaq ki, həmin komissiyaya geniş
hüquqlar verilmişdi. Belə ki, komissiya üzvləri hökumət
başçısınadək hər bir yüksək vəzifə sahibinə müraciət edə
bilirdilər. Hökumət 1919‑cu il iyunun 16‑da Universitet Komis‑
42

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin