Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   12   13   14   15   16   17   18   19   ...   48
Cərrahi müalicə 

Qaraciyər çatışmazlığı 

əmələ 

gələrsə, qaraciyərin 



transplantasiyasına ehtiyac yaranır.  

Proqnoz 

Xəstələrin 27-30%-də adekvat müalicə aparılmasına baxmayaraq 

iltihab və nekrozun proqressivləşməsi baş verir.  

QARACİYƏRİN ALKOQOL XƏSTƏLİYİ 

Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun 

zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin 

alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa 

xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi 

ilə müqayisə edilə bilər.  



Təsnifat 

 



Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) 

 



Alkoqol mənşəli hepatit  

 



Alkoqol mənşəli sirroz 

Bəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə 

ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə 

fərqlənmirlər. 



Etiologiya 

Gün  ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol 

xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün 

ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun 

yaranması ilə nəticələnə bilər (C)

Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının 

yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri 

ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji 

amillər əhəmiyyətlidir.  


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin