Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   11   12   13   14   15   16   17   18   ...   48
Hospitalizasiyaya göstərişlər 

Dekompensasiyalı sirroz, qaraciyər çatışmazlığı, portal 

hipertenziya ilə ağırlaşma və s.  

Qeyri-medikamentoz müalicə 

Qarışıq steatohepatit zamanı alkoqolun qəbulunun azaldılması və 

ya tam kəsilməsi.  

Fiziki hərəkətlərin gün ərzində 1 saatdan az olmaması (A)



Medikamentoz müalicə 

Bu xəstəliyin yaranmasında insulinə rezistentliyin rolu tam 

aydınlaşdığına görə müalicə zamanı hüceyrələrin insulinə qarşı 

həssaslığını artırmaq üçün metformin və tiazolidindionlardan istifadə 

olunur (B)

Həmçinin xəstələrə metabolizmə antioksidant kimi təsir göstərən 

essensial fosfolipidlər (Essensiale), ademetionin, betain, lipoy 

turşusu, vitamin E təyin olunur (B)

Xəstələrə ursodezoksixol turşusunun təyini məqsədəuyğundur. 

Antiapoptoz və immunomodulyasiya təsirinə malik ursodezoksixol 

turşusunun gündə 15 mq/kq dozada qəbulu biokimyəvi dəyişikliyə

meydana çıxan steatoza müsbət təsir edir, həmçinin hepatositlərdə 

nekrozun yaranmasına tormozlayıcı təsir göstərir. 

İkincili QASH-nin müalicəsində  həmçinin bağırsağın patogen 

bakteriyalarına təsir göstərmək üçün metronidazol (750 mq/gün, 7-10 

gün) təyin edilir. 

QASH-li xəstələrdə çox vaxt öd çıxarıcı yollarda patologiyalar 

(biliar durğunluq, xolesteromalar, öd kisəsinin daşı) yaranır. Litolitik 

xüsusiyyətə malik olan ursodezoksixol turşusu ödün litogenliyini 

aşağı salmaqla xolesterin molekullarından ibarət kristalların 

formalaşmasının qarşısını alır.  



 

15

Dinamikanı artırmaq, bədən kütləsini aşağı salmaq, pəhriz və 



fiziki hərəkətlərlə kifayətlənmədikdə anoreksigen dərman vasitəsi 

(sibutramin) və ya bağırsaq lipazasını ingibə edən dərman vasitəsi 

(orlistat) təyin olunur (C)


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin