Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
Fiziki müayinələr 

50-75% xəstələrdə hepatomeqaliya aşkar olunur (A). Sirroz 

mərhələsində çox az hallarda sarılıq, qaraciyər  əlamətləri, portal 

hipertenziya əlamətləri (dalağın böyüməsi, assit) rast gəlinir. 



Laborator müayinələr 

QASH zamanı 50-90% xəstələrdə sitolizin laborator əlamətləri 

yaranır. Zərdabda transaminazanın səviyyəsi mülayim qalxmış olur.  

Çox vaxt ALT-nin səviyyəsi AST-nin səviyyəsindən yüksək olur

yalnız sirroz mərhələsində AST-nin səviyyəsi üstünlük təşkil edir. 

30-60% xəstələrdə  qələvi fosfatazanın və  γ-qlutamiltranspep-

tidazanın yüksəlməsi müşahidə olunur. Hiperbilirubinemiya 1,5-2 

mkmol/l arasında 12-17% xəstələrdə olur. Qaraciyərin zülal sintez 

etmək qabiliyyətinin aşağı düşməsi əlamətləri sirrozun formalaşması 

zamanı meydana çıxır. QASH-li xəstələrdə hipoalbuminemiya 

müşahidə olunur. 98% xəstələrdə insulinorezistentlik aşkarlanır.  


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin