Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   13   14   15   16   17   18   19   20   ...   48
 


 

16

Klinik mənzərə 

Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz 

keçir və  təsadüfi müayinə  nəticəsində  aşkara çıxır. Bəzən xəstə 

ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan, 

ümumi diskomfort hislərindən şikayətlənir.  

Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı 

qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur. 

Xəstələr ümumi zəiflikdən, iştahanın itməsindən, ürəkbulanma, qusma, 

yuxu ritminin pozulması, bədən temperaturunun qalxması, dəri 

qaşınması və qanaxmaya meyllilikdən şikayətlənirlər.  

Çox vaxt kəskin alkoqol hepatiti qaraciyərin sirrozu fonunda olur 

və gedişi nəzərəçarpacaq dərəcədə ağırlaşdırır.  

Bəzən diaqnoz xəstəliyin dekompensasiya mərhələsində meydana 

çıxan simptomlara əsasən qoyulur. Assit virus mənşəli sirrozlarda 

daha tez inkişaf edir.  



Diaqnostika 

Qaraciyərin alkoqol mənşəli xəstəliyinin diaqnostikasında 

xəstələrdən anamnezin toplanılmasının böyük rolu vardır. Bunun 

vasitəsilə  xəstəliyi yaradan səbəblər haqqında məlumat almaq olar. 

Çox vaxt xəstələr alkoqola qarşı aludəliyi gizlətməyə çalışırlar. 

Xəstənin yaxınlarından, qohumlarından bu barədə  məlumat 

toplanılmasına ehtiyac duyulur 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin