Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

 

Ümumilikdə  isə,  hər  yeni  dərs  ilində  bütün  təhsil  işçilərini,  tələbə  və  şagirdləri 

yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. 

İnternetdə: 

www.books.google.com 

 

 


284 

 

15 Sentyabr - Beynəlxalq Nöqtə Günü, (2009) 

 

Bu bayramı əsasən Uşaq Yaradıcılıq 



Mərkəzlərində, 

uşaq  kitabxanalarında 

keçirirlər.  Beynəlxalq  Nöqtə  Gününün 

tarixi  ingilis  rəssamı  Piter  Q.Reynoldsun 

2003-cü  ildə  yazdığı  ―Nöqtə‖  kitabı  ilə 

bağlıdır.  Bu  kitabda  şəkil  çəkməyi 

bacarmayan balaca qız haqqında danışılır. 

Daha  doğrusu,  qıza  elə  gəlir  ki,  o,  şəkil 

çəkə  bilmir.  Rəsm  dərsində  Vaşti  sadəcə 

kağızı nöqtələyirdi. Lakin müəllimə ondan 

şəkilin  altında  imzasını  qoymağı  xahiş 

edir  və  nöqtəni  gözəl  çərçivəyə  salıb 

divardan  asır.  ―Mən  daha  yaxşı  çəkə 

bilərəm‖,  -  deyə  Vaşti  qərara  gəlir  və 

məlum  olur  ki,  bu,  həqiqətən  belədir.  Bu  kitab  çoxlu  mükafatlar  alır,  Çikaqo 

kitabxanasının versiyası üzrə ―İlin kitabı‖ seçilir və bir çox dillərə tərcümə olunur. 

2009-cu ildə müəllim Terri Şey ilk dəfə Nöqtə Gününü qeyd edir. O gündən bəri 

Beynəlxalq  Nöqtə  Günü  hər  il  qeyd  olunur.  Nöqtə  günündə  iştirak  etmək  üçün 

təsviri sənət studiyasında olmaq məcburi deyil. Kitabı satın almaq olar. Layihənin 

saytında  qeydiyyatdan  keçdikdən  sonra  isə,  metodiki  vəsaiti  və  hətta  proyektor 

üçün ―Nöqtə‖ləri yükləmək olar.  

Öz nöqtənizdən başlayın! Ən yaradıcı fikirlərinizi və layihələrinizi həyata keçirin! 

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

285 

 

16 Sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994) 



 

1994-cü  ildə  BMT-nin  Baş  Assambleyası  özünün  qətnaməsi  ilə 

(A/RES/49/114)  sentyabrın  16-nı  Beynəlxalq  Ozon  Qatının  Qorunması  Günü 

(International  Day  for  the  Preservation  of  the  Ozone  Layer)  elan  etmişdir.  Ozon 

Qatının  Qorunması  Günü  ozon  qatını  dağıdan  maddələr  üzrə  Monreal 

protokolunun imzalandığı günlə bağlıdır və 1995-ci ildən qeyd olunur.  

1987-ci  il  sentyabrın  16-da  36  ölkənin  imzaladığı  və  bu  sənədə  görə, 

iştirakçı  ölkələr  ozon  qatını  dağıdan  maddələrin  istehsalını  məhdudlaşdırmalı  və 

tam  dayandırmalıdırlar.  Həmin  gün  Monreal  protokolu  və  ona  əlavələrdə  qeyd 

olunan  vəzifələr  və  məqsədlərə  uyğun  təbliğatın  aparılması  dövlətlərə  tövsiyə 

olunur.  

Ozon  qatı  nazik  qaz  qalxanı  şəklində  Yeri  Günəş  radiasiyasının  dağıdıcı 

təsirindən qoruyur. O, yer üzərində nəhəng örtük kimi sərilmişdir. Əgər bu qat çox 

zəifləyərsə,  bu  bütün  biosfer  və  canlı  aləm  üçün  fəlakət  olar.  Ultrabənövşəyi 

şüaların  insan  üzərinə  düşməsi  nəticəsində  dəri  xərçəngi,  görmənin  itirilməsi  və 

başqa  xəstəliklər  yarana  bilər.  XX  əsrin  80-ci  illərində  alimlər  Antarktidada 

ozonun  ümumi  tərkibinin  iki  dəfə  azaldığını  aşkara  çıxardılar.  Məhz  o  vaxtdan 

―ozon  dəlikləri‖  ifadəsi  yarandı.  Ozon  qatının  nazikləşməsinə  sənaye 

müəssisələrinin,  zavodların  məhsulu  olan  xlor  oksidi  təsir  göstərir.  Biz  ozon 

dəliklərinin  yaranmasının  qarşısını  almaq  iqtidarında  deyilik.  Lakin  məişət 

səviyyəsində əlimizdən gələni edə bilərik.  

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



286 

 

18 Sentyabr - Milli Musiqi Günü, (1995) 



 

“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin 

cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın 

mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, 

əhval-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır.” 

                                                                                      



 Ümummilli lider Heydər Əliyev

 

 



Sentyabrın  18-i  Azərbaycan 

xalqının 

dahi 

oğlu, 


musiqi 

mədəniyyətimizin  korifeyi  Üzeyir 

bəy  Hacıbəyovun  doğum  günüdür. 

Üzeyir bəyin doğum gününün musiqi 

tariximizin  ən  əlamətdar  hadisəsi 

kimi anılması tez bir zamanda ənənə 

halını  almışdır.  1995-ci  ildə  isə 

Prezident  Heydər  Əliyevin  fərmanı 

ilə  dahi  bəstəkarın  anadan  olmasının  110  illik  yubileyi  ərəfəsində  18  sentyabrın 

Milli  Musiqi  Günü  kimi  qeyd   edilməsi  qərara  alınmışdır.    Həmin  gün  təkcə 

musiqisevərlərin  deyil,  həm  də  xalqımızın  bayramıdır. Çünki  elə  bir  azərbaycanlı 

tapmaq  olmaz  ki  onun  qəlbində  Üzeyir  bəyə  məhəbbət,  onun  ölməz  sənətinə 

hörmət  hissi olmasın.  Böyük  bəstəkarın  ad  gününün bayram  kimi  qeyd   edilməsi 

ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.  

Üzeyir  Hacıbəyov  1908-ci  il  yanvarın  18-də  Bakıda  H.  Z.  Tağıyevin 

teatrında  hazırlanan  "Leyli  və  Məcnun"  operası  ilə  təkcə  Azərbaycanda  deyil, 

bütün  müsəlman  Şərqində  opera  sənətinin  əsasını  qoymuşdur.  O,  həm  də 

Azərbaycanda  musiqili  komediya  janrının  yaradıcısıdır.  Ü.  Hacıbəyovun  "Ər  və 

arvad", "O olmasın, bu olsun" , "Arşın mal alan" musiqili komediyalarında o dövr 

Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Ü.Hacıbəyov milli 

musiqi  xəzinəsinə  yeni  janr  və  formalarla  zənginləşdirən  bir  sıra  əsərlər,  o 

cümlədən  Azərbaycan  peşəkar  musiqi  sənətinin  şah  əsəri,  dünya  musiqi 

xəzinəsinin  incilərindən  olan  "Koroğlu"  operasını,  həm  də  yeni  Azərbaycan 

Respublikasının  Dövlət  Himnlərinin  musiqisinin  müəllifidir.    Dahi  bəstəkarın 

yaratdığı  musiqi  inciləri  dünya  şöhrəti  qazanmış,  dünya  musiqi  mədəniyyətinin 

qızıl  fonduna  daxil  olmuşdur.  Azərbaycan  və  dünya  musiqi  mədəniyyətinin 

inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik 

yubileyi  YUNESKO-nun  qərarı  ilə  beynəlxalq  miqyasda  qeyd  olunmuşdur.  Milli 

musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 


287 

 

19 Sentyabr - Beynəlxalq Piratlar Günü, (1995) 



 

 

 

19  sentyabr  qeyri-rəsmi  olaraq  Beynəlxalq  Piratlar  Günü  və  ya  Piratları 

Təqlid  Günü (International  Talk  Like  A  Pirate  Day)  kimi  qeyd  olunur.  Bu  gün 

―Piratlar  kimi  danış‖  da  adlandırılır.  Çox  şən  keçən  bu  bayram  dünyanın  40-dan 

çox ölkəsində qeyd olunur. Həmin gün insanlar piratların danışıqlarını təqlid edir, 

onların məşhur sözlərini işlədir, bəzən hətta onlar kimi geyinirlər. Bayramın vətəni 

Amerikanın Oreqon ştatının Olbani şəhəridir. Belə ki, 1995-ci il iyunun 6-da Con 

Baur və Mark Sammers adlı iki dost zarafat üçün piratların işlətdikləri ifadələrdən 

istifadə edərək söhbət ediblər. Bu bayramın konsepsiyası da belə yaranıb. 2002-ci 

ilə qədər bu bayram haqqında məlumat geniş yayılmamışdı. Lakin Deyv Berri adlı 

jurnalistin  məqaləsindən  sonra  bu  haqda  məlumat  yayılır  və  bayramın  çoxlu 

pərəstişkarları yaranır.  

Bu qeyri-adi günü qeyd etmək ənənəsi tədricən Avstraliya, Kanada və 

İngiltərəyə, daha sonra başqa ölkələrə də yayılıb. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 


288 

 

 



20 Sentyabr - Neftçilər Günü, (1994) 

 

 

 



Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr 

hər il ölkəmizdə Neftçilərin peşə bayramı günü kimi qeyd edilir.  

Qeyd  olunan  tarix  Azərbaycanda  1999-cu  və  2004-cü  ildə,  yəni  "Əsrin 

müqaviləsi"nin  imzalanmasının  beşinci  və  onuncu  ildönümü  rəsmi  səviyyədə 

bayram  kimi  qeyd  edilib.  Neftçilər  Günündə  adətən  sənayenin  bu sahəsində  əldə 

edilən  uğurlar  və  qarşıda  duran  əsas  məsələlər  müzakirə  edilir.  Həmin  gün  bu 

sahədə  xüsusi  xidmətlər  və  fədakarlıq  göstərən  fəhlə  və  mütəxəssislərə  dövlət 

başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. 

20  sentyabr  1995-ci  ildə  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

Bakıda,  "Respublika"  sarayında  "Əsrin  müqaviləsi"nin  imzalanmasının  birinci 

ildönümü münasibətilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş 

keçirilib. 

Hər  il  20  sentyabrda  Azərbaycan  Prezidentinin  neft-qaz  sənayesi  kollektivləri  ilə 

görüşləri mütəmadi xarakter alır. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 


289 

 

20 Sentyabr - Ümumdünya Düyü Günü, (2004) 



 

20 Sentyabr - Ümumdünya Düyü Günü BMT-nın Ərzaq və Kənd Təsərrüfatı 

Təşkilatı  FAO-nun  təşəbbüsü  ilə  yaranmışdır.  Əslində  bu  əlamətdar  gün  1950-ci 

ildə  düşünülsə  də,  bayram  2004-cü  ildə  BMT-nın  Baş  Assambleyası  tərəfindən 

təsis olunmuşdur. Düyü bir çox ölkələrdə populyar olsa da, Şərqi və Cənub-Şərqi 

Asiya ölkələridə əsas qida hesab olunur və əkilib becərilir.  

Arxeoloji qazıntıların nəticələrinə görə, düyü 7000 il əvvəl Çində məlum idi. 

O, daha sonra Hindistana, Koreyaya, Yaponiyaya və s. ölkələrə yayılmışdır.  Düyü 

Orta Asiyada e.ə. təxminən 500-cü ildə məlum olmuş, oradan isə Cənubi Qafqaza 

gəlib çıxmışdır. Bu gün düyü dadmayan insan təsəvvür etmək çətindir. Demək olar 

ki,  bütün  xalqlar  düyüdən  yeməklər  hazırlayırar.  Yalnız  Uzaq  Şimalda  yaşayan 

xalqlar istisna təşkil edirlər.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


290 

 

20-21 Sentyabr - Beynəlxalq Yarasalar Gecəsi 



 

Yarasa  obrazı  insanların  çoxunda  hələ  də  qorxu  yaradır.  Bu  kiçik  gecə 

heyvanlarının vampir olması haqqında əfsanələr, filmlər insanların onları müxtəlif 

yollarla  məhv  etməsinə,  nəticədə  yarasaların  saylarının  azalmasına  gətirib 

çıxarmışdır.  Bu  da,  öz  növbəsində,  təbiətdə  tarazlığın  pozulmasına  səbəb  olur. 

İnsanlara  zərər  vuran  gecə  həşəratlarını  məhv  edən  və  bir  çox  bitkilərin 

tozlanmasında  iştirak  edən  yarasalara  xüsusi  bir  gecə  həsr  olunmuşdur.  Dünyada 

hər  il  sentyabrın  20-dən  21-ə  keçən  gecə  Beynəlxalq  Yarasa  Gecəsi  qeyd  olunur. 

Bu  tarix  təsadüfən  seçilməmişdir.  Məhz  həmin  vaxt  uçan  siçanların  qış 

məskənlərinə  miqrasiyası  başlayır.  Bayramın  məqsədi  onların  insanlara  zərərliliyi 

haqqında  mifləri  dağıtmaq,  qorunmağa  ehtiyaclarının  olduğuna  diqqəti  cəlb 

etməkdir.  



İnternetdə:-calend.ru/holidays  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

291 

 

21 Sentyabr - Beynəlxalq Sülh Günü, (1981) 



 

 

 

“Kəssə hər kim tökülən qan izini, 

Qurtaran dahi odur yer üzünü.”                                          

H.Cavid. 



 

 

 



 

 

 



BMT  bu  günü  1981-ci  ildə  təsis  edib.  İlk  Sülh  Günü  də  1981-ci  ilin 

sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-

cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001- 2002-ci ildə BMT Sülh Günü üçün 

21 sentyabr gününü müəyyənləşdirib və bu tarixi Ümumdünya Atəşkəs Günü elan 

edib. Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur.  

  

Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan 



çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb 

edir. Təəssüf ki,  ən sülhsevər  xalqlardan biri olan, dünyanın  ən  tolerant ölkəsinin 

vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə 

dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən 

məhrum  olublar. Bu illərdə  Azərbaycan  həmişə  münaqişənin sülh  yolu ilə  aradan 

qaldırılması  istiqamətində  mühüm  addımlar  atıb.  Görkəmli  dövlət  xadimi, 

ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan 

sonra,  hər  şeydən  əvvəl,  böyük  müdriklik  və  uzaqgörənliklə  qan  tökülməsinin 

qarşısını  alıb,  1994-cü  ilin  mayında  atəşkəs  haqqında  müqavilə  imzaladıb, 

müharibəni  dayandırmaqla,  ölkədə  sabitliyə  nail  olub.  Bu,  həm  də  dövlətimizin 

sülh  arzusunun  ifadəsi  idi.  Ermənistan  isə  hələ  də  BMT  Təhlükəsizlik  Şurasının 

münaqişənin  tezliklə,  sülh  yolu  ilə  həlli,  işğal  olunmuş  ərazilərin  azad  edilməsi, 

qaçqın  və  məcburi  köçkünlərin  doğma  yurdlarına  qaytarılması  haqqında  1993-cü 

ildə  qəbul  edilən  822,  853,  874,  884  saylı  qətnamələrin  heç  birinə  əməl  etmir  və 

atəşkəsin pozulması halları tez-tez qeydə alınır. 

  

Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali 



Baş  Komandan  İlham  Əliyev  də  xalqın  sülh  arzusunu  ifadə edərək,  münaqişənin 

sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində  həlli istiqamətində 

əməli işlər görür. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız 

müharibələrin,  hər  çür  zorakılığın  dayandırılması  arzusu  tarix  boyu  bəşəriyyəti 

düşündürüb.  

İnternetdə: 

www.books.google.com 

 

 


292 

 

22 Sentyabr - Filləri Ümumdünya Müdafiə Günü 

22  sentyabr  bir  çox  ölkələrdə  ekoloji  bayramlardan  biri  olan  Ümumdünya 

Filləri  Müdafiə  Günü   (World  Day  of  Elephants)  kimi  qeyd  olunur.  Bu  bayram, 

planetimizdəki  quruda  yaşayan  məməlilərin  ən  böyüyü  olan  fillərin    sayının 

azalmasından  narahat  olan  təbiəti  mühafizə  təşkilatları,  ekoloqların  təşəbbüsü  ilə 

yaranmışdır.  Fillər  qədim  xortumluların  yeganə  nümayəndəsi  kimi  günümüzədək 

gəlib  çıxmışlar.  Hal-hazırda  onlar  təbiətdə  Cənub-Şərqi  Asiyanın  və  Afrikanın 

tropik meşələrində və savannalarında yaşayırlar. 

Qədim  zamanlardan  fillərə  dünyanın  bir  çox  xalqları  tərəfindən  sitayiş 

olunub,  onlar  hakimiyyət  və  hökmdarların  əzəmətinin,  xeyirxahlıq  və  sakitliyin, 

müdrikliyin  simvolu  olmuşlar.  Hindistan,  Tailand  və  s.  kimi  Asiya  ölkələrində 

fillər  bayramlarda  mütləq  yer  alırlar.  Lakin  fillərin  ən böyük düşmənləri də  məhz 

insanlardır. Bu heyvanların sayının azalmasının əsas səbəbi dişlərinə və ətinə görə 

ovlanması,  onların  yaşayış  sahələrinin  daralması,  meşələrin  qırılması  və 

ümumiyyətlə ekologiyanın pisləşməsidir. Bu gün Afrika filləri yoxolma təhlükəsi 

qarşısındadır.  Hal-hazırda  fillərin  iki  növü  –  Hind  və  Afrika  filləri  mühafizə 

olunur.  Hind  fillərinin  hündürlüyü  2,5  metr,  çəkiləri  3-5  ton,  Afrika  fillərinin 

hündürlüyü 4 metrədək, çəkiləri isə 5-7 tondur. 1989-cu ildə BMT öz qərarı ilə fil 

dişinin  ticarətini  tam  qadağan  etmişdir.  Bu  günün  qeyd  olunmasının  da  məqsədi 

məhz  fillərin  qorunmasına  diqqəti  cəlb  etməkdir.  Bayram  rəsmi  statusa  malik 

olmasa  da,  ekoloji,  təbiəti  mühafizə  təşkilatları,  könüllülər  tərfindən  geniş  qeyd 

olunur, maarifləndirici tədbirlər həyata keçirilir. 

Fillər  bədii  əsərlərin  də  qəhrəmanı  olurlar.  Qriqori  Osterin  kitabındakı  fil 

balası, Mauqli haqqında kitablardakı müdrik Xatxa və dünyada çox məşhur olan, 

ingilis yazıçısı və rəssamı Devid Makkinin yaratdığı Elmer adlı rəngbərəng, dama-

dama fil buna misal ola bilər. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



 

293 

 

  23 Sentyabr - Saqqız Günü, (1848) 

 

 

1848-ci  il  sentyabrın  23-ü  saqqızın  yaranma  günü  hesab  olunur.  Belə  ki, 



məhz  həmin  gün  amerikalı  Con  Kurtis  öz  evində  ilk  saqqızı  istehsal  etmişdir. 

Saqqız yeməli olmayan elastik əsasdan, müxtəlif dad və aromatverici əlavələrdən 

ibarət konfet növüdür.  

İlk  saqqızın  tarixi  e.ə  VII-II  əsrlər  hesab  olunur.  O,  Şimali  Avropada 

qazıntılar  zamanı  tapılmışdır  və  üzərində  insan  dişinin  izləri  olan  qatrandan 

ibarətdir.  Qədim  yunanalar  saqqız  ağacının  qatranını  çeynəyirdilər.  Mayya 

hinduları  isə  dişlərini  və  nəfəslərini  təmizləmək  üçün  sapodilla  ağacının  donmuş 

şirəsindən istifadə edirdilər.  

1848-ci  ildə  Con  Kurtis  şam  ağacının  qatranından  sənaye  üsulu  ilə  saqqız 

istehsal  etmək  fikrinə  düşür.  Sonradan  o,  öz  məmulatına  parafin  aromatizatorları 

əlavə  edir.  Onların  istehsalı  getdikcə  genişlənir,  lakin  qatranı  qatışıqlardan 

təmizləmək çətin olduğu üçün saqqız satışı aşağı idi.  

1869-cu  ildə  saqqızın  yeni  həyatı  başlayır.  Artıq  onu  qatran  deyil,  kauçuk 

əsasda  hazırlayırlar.  Bu  cür  saqqızı  Tomas  Adams  icad  etmişdir.  Yeni  saqqız 

insanların xoşuna gəlir və artıq 1871-ci ildə Adams onun avtomatik istehsalı üçün 

maşın da icad edir və patentləşdirir. Daha sonra o, saqqızın dadını yaxşılaşdırmaq 

üçün ona biyan ekstraktı da əlavə edir. 

Bu gün  saqqızdan  əsasən nəfəsi təravətləndirmək,  yeməkdən sonra  dişlərin 

təmizliyi  üçün  geniş  istifadə  olunur.  Lakin  saqqızın  insan  orqanizminə  hər  hansı 

faydası haqqında ümumi bir fikir yoxdur.  

 

İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

294 

 

24 Sentyabr - Beynəlxalq Lal-Kar Günü, (1951) 

       

Bu gün 1951-ci ildə Beynəlxalq Lal-karlar 



Federasiyasının  yaranması  şərəfinə  təsis 

olunub.  Statistikaya  əsasən,  dünyada  hər 

doqquz  nəfərdən  biri  eşitmə  qabiliyyətindən 

məhrumdur.  Onlar  bu  qabiliyyəti  travma, 

xəstəlik  və  ya  anadangəlmə  itirirlər.  Yer 

kürəsində 2500 dil var. Lakin bir dil  – jestlər 

dili  də  mövcuddur.  Karlar  Federasiyası  ötən 

əsrin  əllinci  illərində  karların  beynəlxalq 

tədbirlərinə  xidmət  etmək  üçün  jestlər 

sistemini də yaradıb.        

 

      Qeyd edək ki, eşitmə və görmə qabiliyyətini itirmiş insanların içərisində də çox 



tanınmış, görkəmli şəxslər olub.  

İnternetdə: 

www.books.google.com 

 

 27 Sentyabr - Beynəlxalq Dovşanlar Günü 

 

Beynəlxalq  Dovşanlar  Günü  xeyriyyə  təşkilatları  tərəfindən  ictimaiyyətin 

diqqətini  bu  heyvanların  problemlərinə  cəlb  etmək  məqsədi  ilə  yaradılmışdır. 

Heyvanları  müdafiə  edənlər,  dovşan  xəzindən  kürklərin  hazırlanması  və  dovşan 

ətindən  restoranlarda  istifadə  olunmasının  ən  azı  azaldılmasına  səy  göstərirlər. 

Beynəlxalq  Dovşanlar  Günündə  həm  evdə,  həm  də  təbiətdə  yaşayan  dovşanlara 

qarşı  daha  humanist  davranılmasına,  onların  rahat  və  sağlam  yaşamasına  yardım 

edilməsinə çağırılır. Həmin günün sentyabrın sonuncu şənbəsi keçirilməsi tövsiyə 

olunur.   

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 


295 

 

27 Sentyabr - Ümumdünya Turizm Günü, (1980)  



 

“Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin 

təmas və ünsiyyət yeri olmuşdur.Çünki Azərbaycan xalqı yüksək mədəniyyətə 

malikdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək.” 

                                                                                                                Ulu öndər Heydər Əliyev 

 

Beynəlxalq  turizm  hər  bir  ölkə 

üçün  sosial-iqtisadi  münasibətləri  əks 

etdirir. 

Bununla 

da 


beynəlxalq 

münasibətlərin  tərkib  hissəsi  kimi 

fəaliyyət 

göstərir. 

Bu 

prosesin 



tənzimlənməsi  üçün  də  müəyyən  norma 

və  standart  nizamlar  işləyib  hazırlayan 

beynəlxalq  institutlar  fəaliyyət  göstərir. 

Bunlardan 

Ümumdünya 

Turizm 


Təşkilatı  ən  üzdə  olan  təşkilatlardan 

biridir.  1979-cu  ildə  Baş  Qərargahı 

Madrid  şəhərində  yerləşən  Təşkilat  27  sentyabr  –  Ümumdünya  Turizm  Gününü 

təsis  edib.  Qeyd  edək  ki,  dünyada  ilk  turizm  agentliyi  1841-ci  ildə  Tomas  Kuk 

tərəfindən  açılmışdır.  Ümumdünya  Turizm  Günü  1980-ci  ildən  bəri  BMT-nin 

Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd 

olunur.  Bu  günün  məqsədi  beynəlxalq  aləmdə  turizm  haqqında  məlumatlanmanı 

artırmaq  və  bunun  sosial,  mədəni,  siyasi və  iqtisadi tərəflərini  dünya  miqyasında 

nümayiş  etdirməkdir.  Ölkəmizdə  Ümumdünya  Turizm  Günü  2001-ci  ildən, 

Azərbaycanın  Beynəlxalq  Turizm  Təşkilatına  üzv  olduğu  vaxtdan  qeyd  olunur. 

Dünya  ölkələrində  qeyd  olunduğu  kimi,  hər  il  Azərbaycanda  da  27  sentyabr  - 

Ümumdünya Turizm Günü kimi qeyd olunur. Həmin gün Ümumrespublika Daxili 

Turizm  Konfransları  da  keçirilir. Azərbaycanda  ilk  dəfə  olaraq  2003-cü  ildə  26 

sentyabr  tarixində  1-ci  Turizm  Filmləri  Festivalı  keçirilmişdir.  2005-ci  ildən 

başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını 

əks  etdirən  reklam  çarxları  yayımlanır.  2002-ci  ildən  başlayaraq  Bakıda  hər  il 

Beynəlxalq Turizm və Ümumrespublika Daxili Turizm Sərgiləri keçirilir. Son illər 

ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin 

təbiətə  malik  olması  ölkəmizdə  bu  sahənin  inkişafı  üçün  əlverişli  imkanlar 

yaradıb. Məhz ölkə prezidenti tərəfindən 2011-ci ilin ―Turizm ili‖ elan edilməsi də 

turizm  sektorunun  Azərbaycan  üçün  xüsusi  əhəmiyyətini  göstərmişdir.  

          ―Azərbaycan  2020:  gələcəyə  baxış‖  adlı  inkişaf  konsepsiyasında  da  ölkədə 

turizmin  inkişafı  üzrə  müvafiq  hədəf  və  məqsədlər  əks  olunub.  

 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin