Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar


Azərbaycan Respublikasında sığorta və lizinq xidmətlərinin hüquqi əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix24.01.2017
ölçüsü2,09 Mb.
#6237
1   ...   4   5   6   7   8   9   10   11   12

 

Azərbaycan Respublikasında sığorta və lizinq xidmətlərinin hüquqi əsasları.  

“2012-2020-ci illərdə  Azərbaycan Respublikasında  üzümçülüyün inkişafına dair  Dövlət 

Proqram”ı üzrə qarşıya qoyulmuş hədəflərə nail olunması - müasir dövrdə kənd təsərrüfatında 

o  cümlədən  üzümçülük  və  şərabçılıq  sahəsində  vacib  məqam  kimi  sığorta  və  lizinq 

xidmətlərinin  səmərəli  təşkilini,  daha  da  inkişaf  etdirilməsini  şərtləndirir.  Bu  baxımdan 

Azərbaycan Respublikasında üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin 

hüquqi  əsaslarına  baxmazdan  əvvəl  Azərbaycanın  sığorta  və  lizinq  fəaliyyətinin  hüquqi 

əsaslarına baxılmalı, bu sahədə hüquqi baza araşdırılmalıdır. 



 

Sığorta fəaliyyətinin hüquqi əsasları:  

Maliyyə sisteminin tərkib hissəsi olan sığorta – bir iqtisadi kateqoriya olaraq, baş verən 

bu  və  ya  digər  xoşagəlməz  hallardan,  fövqəladə  hadisələrdən  vurulan  ziyanın  aradan 

qaldırılması,  vətəndaşların  şəxsi  həyatları  ilə  əlaqədar  olan  hadisələr  zamanı  onlara  maliyyə 

yardımlarının edilməsi ilə yaradılan məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi 

prosesidir. 

Azərbaycanda  sığorta  əsasən  öz  inkişafını  3  mərhələdə  keçmişdir:  1917-ci  il  oktyabr 

inqilabından əvvəlki, inqilabdan sonrakı (1917-90) və 1990-cı ildən başlayaraq müasir dövr. 

Azərbaycanda  sığorta  işinin  təşkilinə  XIX  əsrin  ortalarında  başlanmışdır.  Аzərbаycаndа 

sığorta  işi  kаpitаlist  istеhsаl  münаsibətlərinin  inkişаfı,  nеft  sənаyеsinin  mеydаnа  gəlməsi  və 

sаhibkаrlığın  fəallaşması  ilə  sıх  əlаqədаrdır.  Bu  dövrdə  Azərbaycanda  xarici  ölkələrdən  olan 

şirkətlərin  filialları  fəaliyyət  göstərirdilər.  Аzərbаycаndа  əsаsən  dəniz  gəmilərinin  sığorta 

еdilməsi  üzrə  iхtisаslаşmış  ingilis  şirkəti  «Llоyd»un  filiаllаrı,  hаbеlə  «Rus  Llоyd»un  və 

Аlmаniyаdаn  оlаn  ingilis  şirkətinin  iki  nümаyəndəliyi,  Rusiyа  və  İrаnin  sərhəd  limаnlаrınа 

qədər dаşınаn yüklərin sığortası ilə məşğul оlаn «Rеpmаn və Rust» ticаrət еvi ilə təqdim еdilən 

«Şimаli Аlmаn Llоyd»u, həmçinin gəmilərin və yüklərin sığortasını аpаrаn «Аlmаn, Livаntiyа 

хətti»  cəmiyyəti  fəаliyyət  göstərməyə  bаşlаmışdır.  1910-cu  ildə  Bakıda  18  sığorta  cəmiyyəti 

fəaliyyət  göstərmişdir.  Ən  böyük  sığorta  təşkilatı  «Rus  sığorta  cəmiyyəti»  olmuşdur  Bakıda 

sığorta işinin əsasını Xəzər dənizində üzən gəmilərin sığortası təşkil edirdi.  

Kеçmiş  SSRİ-nin  bаşqа  rеspublikаlаrındа  оlduğu  kimi,  Sоvеt  hаkimiyyəti  illərində 

Аzərbаycаndа  dа  dövlət  sığorta  sistеmi  təşkil  еdilmişdir.  Rеspublikаdа  sığorta  işinin 

inkişаfındа  müəyyən  rоl  оynаmış  Аzərbаycаn  SSR  Dövlət  Sığortası  Bаş  İdаrəsi  və  SSRİ 

«İnqоsstrах»nın  Bаkı  şöbəsi  fəаliyyət  göstərirdi. 80-ci  illərin  ахırınаdək  rеspublikаdа  sığorta 

işi iki sığorta təşkilаtının və - Аzərbаycаn Rеspublikаsının Dövlət Sığorta Şirkətinin və SSRİ-

nin хаrici dövlət sığorta təşkilаtının Bаkı şəhərindəki şöbəsinin inhisаrı аltındа olmuşdur.  

Azərbaycanda  sığorta  işi  1990-cı  ildən  sonra   müstəqil   inkişaf   etməyə  başladı.  Milli 

sığorta  bаzаrı  Аzərbаycаndа  1992-ci  ilin  əvvəlindən  fоrmаlаşmаğа  bаşlаmışdır.  Hazırda 


 

 

sığorta  bazarı  Azərbaycanda  özünün  inkişaf  mərhələsindədir.  Sığorta  şirkətləri  40-dan  çox 



icbari və könüllü sığorta növlərini təklif edirlər. Lakin bu hələ də kifayət deyil. Müqayisə üçün 

deyək ki, inkişaf etmiş ölkələrdə 300-dən çox müxtəlif sığorta xidməti göstərilir.  

1991-ci  ildə  Azərbaycanda  62  sığorta  təşkilatı,  o  cümlədən  53  milli,  9  birgə  sığortaçı 

fəaliyyət  göstərirdi.  Yaradılmış  bir  çox   kommersiya      sığortatəşkilatları  sığorta  olunanların 

etimadını  qazana  bilmədiklərinə  görə,  onların  33-ü  müflisləşərək  öz  fəaliyyətini 

dayandırmışdır.  2006-cı  ilin  əvvələrində  Azərbaycanda  qeydiyyatdan  keçmiş  29  sığorta 

təşkilatı  fəaliyyət  göstərmişdir  ki,  onlardan  22  özəl,  6  qarışıq  mülkiyyət  formalı  dövlət 

kommersiya şirkətidir.  

2010-cu ildə şirkətlərin yığımlarının ümumi həcmi 155,59 milyon manat təşkil etmişdir. 

2011-ci  ilin  yanvar-aprelində  ölkədə  fəaliyyət  göstərən  sığorta  şirkətlərinin  mükafatlarının 

ümumi  həcmi  66,342  milyon  manat,  ödənişlər  isə  17,673  (artım  21,71  faiz)  milyon  manat 

olmuşdur. 

Beləliklə,  müstəqillik  dönəmindən  bu  yana  ölkəmizdə  sığorta  xidmətləri  bazarının 

inkişafının  tənzimlənməsi,  sığortaçıların,  sığortalıların  və  dövlət  mənafeyinin  müdafiəsi, 

metodiki  rəhbərliyin  həyata  keçirilməsi,  müvafiq  normativ  hüquqi  sənədlərin  hazırlanması  və 

s. istiqamətlərdə bir sıra işlər görülmüşdür. 

Azərbaycanda  sığorta  sektorunun  qanunvericilik  bazasının  tarixi  1993-cü  ildən  başlayır. 

Həmin  ildə  “Sığorta  haqqında”  Azərbaycan  Respublikası  Qanunu  qəbul  edilmişdir.

7

  Buna 


baxmayaraq  ölkəmizin  sığorta  sisteminin  hüquqi  mexanizmlərinin  təkmilləşdirilməsi 

istiqamətində  150-dən  çox  normativ  hüquqi  aktlar  qəbul  edilmişdir.  Qanunların  say  etibarilə 

çox  olmasına  baxmayaraq  Azərbaycanda  sığorta  sahəsində  qanunvericilik  bazası 

təkmilləşdirilməsi daha da aktuallaşır. Belə ki, sığorta sektorunun inkişaf dinamikasının digər 

sektorlarla  müqayisədə  geridə  qalmasında  «Sığorta  haqqında»  qanundakı  boşluqların 

olmasıdır. Halbuki 1993-cü ildə qəbul olunan bu qanun 1999-cu ildə təkmilləşdirilərək yenidən 

qəbul  edilmişdi.  Nəhayət,  2008-ci  ildə  qanun  qüvvədən  düşdü  və  2007-ci  ildə  qəbul  edilmiş 

«Sığorta  fəaliyyəti  haqqında»  qanunun  qüvvəyə  mindi.  Sözü  gedən  qanun  Azərbaycan 

Respublikasında  sığorta  sisteminin  inkişafının,  sığorta  bazarının  peşəkar  iştirakçılarının,  o 

cümlədən  sığortaçıların,  təkrarsığortaçıların,  sığorta  vasitəçilərinin  fəaliyyətinin  əsas 

istiqamətlərini  və  prinsiplərini,  habelə  sığorta  sahəsində  dövlət  tənzimlənməsinin  və 

nəzarətinin  hüquqi  və  iqtisadi  əsaslarını  müəyyən  etməklə  hüquqi  mexanizmlərin  təsbit 

olunmasına  şərait  yaratmış  oldu.  Qanunvericilik  bazasının  təkmilləşdirilməsi  təşəbbüsü  isə 

mütəmadi  olaraq  bu  sahədə  mövcud  olan  fəaliyyətin  inkişafına  yönəlmiş  və  2008-ci  ildən 

etibarən 70-dən çox normativ hüquqi akt qəbul edilmişdir. 

 

Lizinq fəaliyyətinin hüquqi əsasları: 

Ölkəmizdə inkişaf tarixi yeni olan bu sahədə hüquqi bazanın formalaşdırılması da 2000-

ci  ildən  başlanmış,  xüsusilə  ölkənin  kənd  təsərrüfatı  sahəsində  daha  da  aktuallaşmışdır.  Çox 

keçmədi  ki,  lizinq  fəaliyyəti  sahəsində  yaradılan  hüquqi  və  iqtisadi  mexanizmlər  öz  müsbət 

nəticəsini  verdi  və  əgər  2003-cü  ildən  lizinq  portfelinin  ümumi  həcmi  2,5  mln.  manat 

olmuşdursa, 2008-ci ildə bu göstərici 200 mln. manata çatmışdır.

8

 

Bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  lizinq  sahəsində  müvafiq  qanunvericilik  1994-cü  ildə 



qəbul  edilmişdir  və  Azərbaycan  Respublikası  MDB  üzvləri  arasında  lizinq  haqqında  qanunu 

qəbul  etmiş  ilk  dövlət  olmuşdur.  Bu  zaman  lizinq  fəaliyyəti  sahəsində  əsas  problem  qanun 

qəbul edildiyi zaman lizinq münasibətləri ölkədə hələ formalaşmamışdır, sahibkarlar arasında 

                                                 

7

 

Azərbaycanda siğorta sistemi:iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi. Bakı: Qanun Nəşriyyatı, 2011 



8

 

http://azerbaijanleasing.com/site/wp-content/uploads/intervyu-E.A-BB.pdf



 

 

 

lizinq barədə əməli təcrübə yox idi.



9

 Beləliklə Azərbaycan Respublikasında müvafıq qanunun 

qəbul  edilməsi  yolu  ilə  lizinqin  qanunvericilik  çərçivəsinə  salınması  cəhdi  göstərilmişdir. 

Lakin,  qanunun  qəbul  edilməsi  lizinqin  geniş  yayılmasına  və  ondan  ölkə  əhalisi,  o  cümlədən 

sahibkarlıq  subyektləri  tərəfindən  istifadə  edilməsinə  zəmin  yaratmadı.  Səbəb  kimi  isə  bu 

sahədə  vergi  güzəştlərinin  tətbiq  olunmaması  və  əhalidə  lizinq  barədə  düzgün  təsəvvürün 

olmaması  ilə  izah  edirdilər.  Lizinq  fəaliyyəti  sahəsində  kadr  çatışmamazlığı  isə  özəl  sektor 

tərəfindən  xüsusi  olaraq  vurğulanır.

10

  Beləliklə,  2003-cü  ildən  "Lizinq  xidməti  haqqında" 



qanun  qüvvəsini  itirmiş,  Mülki  Məcəllənin  lizinqi  tənzimləyən  38-ci  fəslinə  isə  yeni  18-ci 

maddə  əlavə  edilmişdir.  Qanunvericiliyə  edilmiş  əlavə  və  dəyişikliklər  beynəlxalq  təcrübəyə 

əsaslanır və ümumiyyətlə müsbət xarakter daşıyır. Lakin bəzi ziddiyyət və çatışmazlıqlar yenə 

də  mövcuddur.  Hal  hazırda  Azərbaycan  Respublikasında  lizinq  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsi  və  Vergi  Məcəlləsi  ilə  tənzimlənir.  Lizinq  Mülki  Məcəllənin  “Lizinq” 

adlandırılan 38-ci fəsli, bu fəsillə tənzimlənməmiş hissəsində isə 33-cü (“Əmlak kirayəsi”) və 

34-cü (“İcarə”) fəsilləri ilə tənzimlənir. Lizinqə əmlak kirayəsini tənzimləyən müddəaların aid 

edilməsi  o  deməkdir  ki,  Azərbaycan  Respublikasında  lizinqdən  daha  geniş  sahələrdə  istifadə 

edilə  bilər.  Yəni  bəzi  ölkələrdən  fərqli  olaraq  (Rusiya  Federasiyası,  Özbəkistan,  Qazaxıstan, 

Belarus vz s.) Azərbaycanda əmlak lizinqə yalnız sahibkarlıq məqsədləri üçün deyil, həmçinin 

məişət  və  sosial  məqsədlər  üçün  verilə  bilər.  Çünki  Mülki  Məcəlləyə  görə  əmlak  kirayəsi 

müqaviləsi  elə  bir  mü-  qavilədir  ki,  kirayəyə  verən  əşyanı  kirayəçinin  istifadəsinə  verir, 

kirayəçi isə bunun müqabilində kirayə verənə kirayə haqqı ödəyir.

11

 



Beləliklə,  lizinq  sahəsində  qanunvericilik  bazasının  mülki  məcəllə  ilə  tənzimlənməsi 

müvafiq  qaydaların  mövcud  olmasına  şərait  yaratsa  da,  sahibkarlıq  subyektləri  arasında 

genişləndirilməsi  və  inkişafı  üçün  inkişaf  strategiyasının  hazırlanması,  geniş  maarifləndirmə 

işlərinin  aparılması  və  dünya  təcrübəsinin  öyrənilməsi  ilə  konkret  tədbirlərin  həyata 

keçirilməsi  xüsusilə  aktualdır.  Bu  baxımdan  ölkənin  kənd  təsərrüfatı  sahəsində  lizinqdən 

istifadənin  genişləndirilməsi  iqtisadiyyatın  digər  sahələrində  lizinqdən  istifadə  üçün  model 

sailə bilər. 

 

Kənd  təsərrüfatı,  o  cümlədən  üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq 

xidmətlərinin hüquqi əsasları.  

Dünya  təcrübəsində  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  kəndli 

fermerlərə bir sıra dəstəklər göstərilir. Aparılmış müşahidələr onu deməyə əsas verir ki, aqrar 

sektor  iqtisadi  baxımdan  inkişaf  etmiş  ölkələrdə  belə  ən  çox  dəstəklənən  və  büdcə  vəsaiti 

hesabına  əsaslı  maliyyə  yardımları  edilən  bir  sahədir.  Nümunə  üçün  qeyd  edək  ki,  hazırda 

Avropa  Birliyi  ölkələrində  birlik  büdcəsinin  təxminən  40  faizi  aqrar  sektorun  dəstəklənməsi 

üçün həyata keçirilən müvafiq layihə və proqramlara istifadə edilir. Bu ənənə ölkəmizin kənd 

təsərrüfatı  sahəsinin  inkişafı  istiqamətində  də  öz  yerini  almış  bir  sıra  tədbirlərlə  həyata 

keçirilməkdədir.  Belə  ki,  bu  istiqamətdə  dövlət  tərəfindən  fermer  sahibkarlara  müxtəlif 

xarakterli dəstəklər göstərilməkdədir: 

-

 

1999-cu  ildən  etibarən,  kənd  təsərrüfatı  məhsulları  istehsalçıları  torpaq  vergisi  istisna 



olmaqla, bütün vergilərdən azad edilmiş

-

 



Aqrar  islahatlar  nəticəsində  ləğv  olunmuş,  eləcə  də  işğal  altında  olan  rayonlarda 

təsərrüfat subyektlərinin borcları silinmiş və onlara digər güzəştlər edilmiş; 

-

 

Fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizi 



dövlət tərəfindən ödənilir;  

                                                 

9

 

http://azerbaijanleasing.com/site/wp-content/uploads/articlef1.pdf



 

10

 



http://azerbaijanleasing.com/site/wp-content/uploads/Consulting__Business_article.pdf

 

11



 

http://azerbaijanleasing.com/site/wp-content/uploads/articlef1.pdf

 


 

 

-



 

Taxıl  əkinlərinə  görə  subsidiyaların  verilməsinə  başlanılmış,  texniki  təminatın 

yaxşılaşdırılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq 

yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi həyata keçirilir

-

 

Sahibkarlığa  Kömək  Milli Fondu və  Kənd  Təsərrüfatı Kreditləri  Agentliyi  yaradılaraq 



maliyyə vəsaitləri güzəştli şərtlərlə fermer və sahibkarlara paylanılır; 

-

 



Beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir və s. 

Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 

kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  fiziki  və  ya  hüquqi  şəxslərə  dövlət 

tərəfindən  müəyyən  güzəştlər  verilir.  Bu  güzəştlərə,  o  cümlədən  texniki  təminat  məslələrinin 

həlli məqsədilə dövlət tərəfindən təşkil olunmuş güzəştli şərtlərlə lizinq xidməti və təbii fəlakət 

nəticəsində  zərər  cəkmiş  (kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan)  şəxslərə 

dəymiş  zərərin  əvəzinin  Dövlət  tərəfindən  ödənilməsi,  onların  banklara  olan  borclarının 

ödənilməsi və ya ödəmə vaxtının müəyyən müddətə uzadılması daxil edilir. 

Qeyd  etdiyimiz  kimi  xüsusilə  ölkənin  kənd  təsərrüfatı  sahəsində  daha  da  aktuallaşmış 

lizinq xidməti aqrar sahənin dəstək tədbirlərindən biri kimi mühüm rol oynayır. Belə ki, lizinq 

xidmətindən istifadə edən kənd təsərrüfatı məhsulları istehsalçılarının sayı 5186 nəfər olmaqla 

verilmiş  texnikaların  ümumi  sayı  9355  ədəd  təşkil  edir.  Hazırda  “Aqrolizinq”  ASC-nin 

yerlərdə təsərrüfat hesablı 55 rayon Aqroservis filialları, 5 Rayonlararası Logistik bazaları və 5 

Rayonlararası Təchizat bazaları fəaliyyət göstərir. 

Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  göstərilən  lizinq  xidmətləri  əsasən 

aşağıdakılardan ibarətdir: 

-

 



Kənd təsərrüfatında istifadə edilən texnikaların güzəştli qaydada verilməsi; 

-

 



Kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  emalı  və  saxlanması  üzrə  texnoloji 

avadanlıqların quraşdırılması və güzəştli qaydada verilməsi; 

-

 

Damazlıq cins heyvanların güzəştli qaydada verilməsi. 



Kənd  təsərrüfatı  məhsulları  istehsalı  sahəsində  lizinq  xidmətlərinə  dövlət  tərəfindən 

göstərilən  dəstək  tədbirləri  bir  sıra  normativ  hüquqi  aktların  qəbulu  ilə  başlamış  və  mövcud 

olan mexanizmlərin təkmilləşdirilməsi davam etməkdədir: 

 



Azərbaycan 

Respublikası 

Prezidentinin 

Aqrar 


bölmədə 

lizinqin 

genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli 

Sərəncamı  –  Aqrar  bölmənin  müasir  texnika  ilə  təchizatı  məsələlərinin  çevik  şəkildə 

tənzimlənməsini  təmin  etmək  və  Dövlət  Proqramında  nəzərdə  tutulan  tədbirlərin  icrasını 

sürətləndirmək məqsədilə bir sıra məsələlər o cümlədən aqrar sahədə lizinq xidməti sahəsində 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması öz əksini tapmışdır;

12

 



 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  “Aqrolizinq”  Açıq  Səhmdar 



Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki 

şəxslərə  lizinqə  verilməsi  və  ya  lizinq  yolu  ilə  satılması  Qaydaları"nın  təsdiq  edilməsi  və 

“Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  fəaliyyətinin  təşkili  ilə  bağlı  zəruri  tədbirlərin 

həyata  keçirilməsi  haqqında 31  mart  2005-ci  il  58  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş 

“"Aqrolizinq"  Açıq  Səhmdar  Cəmiyyətinə  məxsus  kənd  təsərrüfatı  texnikasının  və  texnoloji 

avadanlıqların  hüquqi  və  fiziki  şəxslərə  lizinqə  verilməsi  və  ya  lizinq  yolu  ilə  satılması” 

Qaydaları – burada texnika və texnoloji avadanlıqların lizinq xidməti ilə güzəştlə əldə edilməsi 

göstərilmişdir: “İstifadəçi "Aqrolizinq" ASC-yə məxsus texnikaları  və texnoloji avadanlıqları 

sığorta  haqqı  da  daxil  olmaqla,  lizinq  yolu  ilə  satın  aldıqda  onların dəyərinin  10  faizini 

əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyir”

13



                                                 



12

 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=5802&doctype=0



  

13

 



http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=2059&doctype=0

  


 

 



 

Azərbaycan Respublikası Prezidentinin Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-

texniki  bazasının  möhkəmləndirilməsinə  əlavə  dəstək  verilməsi  barədə  21  iyul  2009-cu  il 

tarixli  393  nömrəli

14

  və  Aqrar  sahədə  dövlət lizinq şirkətlərinin  maddi-texniki  bazasının 



möhkəmləndirilməsi  sahəsində  əlavə  tədbirlər  haqqında  26  iyul  2010-cu  il  tarixli  1045 

nömrəli


15

  Sərəncamları  –  sözügedən  Sərəncamlarla  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətin 

aqroservis  filiallarının  ölkəmizin  regionlarında  tikintisinin  davam  etdirilməsinə  5  milyon 

manat  və  “Aqrolizinq” Açıq  Səhmdar  Cəmiyyətinə  məxsus  kənd  təsərrüfatı  texnika  və 

avadanlıqlarının  müəyyən  edilmiş  tələblərə  uyğun  vəziyyətdə  saxlanılmasını  təmin  etmək, 

texniki  qulluq  və  təmir  emalatxanalarının,  habelə  gübrə  anbarlarının  tikintisinin  davam 

etdirilməsinə 5 milyon manat ayrılmasını nəzərdə tutulmuşdur. 

Kənd  təsərrüfatında  lizinq  xidmətlərinin  hüquqi  əsaslarına  baxdıqda  aşağıdakı  nəticələr 

əldə olunur: 

-

 



Aqrar  sahədə  lizinq  xidmətlərindən  istifadə  istiqamətində  dövlət  dəstəkləri  və 

güzəştlərin tətbiqinin hüquqi əsasları kənd təsərrüfatının bütün alt sahələri üzrə eyni səviyyədə 

hüquqi qüvvəyə malikdir

-

 



Kənd təsərrüfatı emalı müəssisələrinə lizinq xidmətlərinin göstərilməsi ilə bağlı dəstək 

tədbirlərinə tələbin mövcud olması; 

-

 

Üzümçülüyün  inkişafı  üzrə  Dövlət  Proqramının  mövcud  olmasına  baxmayaraq 



üzümçülük və şərabçılıq sahəsi üçün xüsusi mexanizmlərin işlənməsi; 

Üzümçülük  sahəsində  fermerlərin  aqrotexniki  tədbirlərin  bütün  mərhələlərini  icra  edə 

bilmədiklərini  və  şərabçılıq  sahəsində  müasir  texnoloji  avadanlıqlara  böyük  tələbin  olduğunu 

nəzərə alsaq texnika və texnoloji avadanlıqların lizinq xidməti ilə güzəştlə əldə edilməsi üçün 

kiçıx  faizin  əvvəlcədən,  qalan  hissəsini  isə  məhsul  dövründən  və  ya  məhsulun  bazara 

çıxarıldığı  dövrdən  müəyyən  olunmuş  müddət  ərzində  ödəməsi  xüsusilə  aktualdır.  Doğrudur 

ayrılıqda üzümçülük sahəsinə 334 ədəd müxtəlif markalı traktorlar, 43 ədəd bağarası becərən 

mexaniki  və  hidravlik  frezlər,  310  ədəd  ventilyatorlu  çiləyicilər  (müxtəlif  həcmli  qoşulan  və 

asılan) lizinq xidməti ilə güzəştlə verilmişdir. 

Aqrar  sahənin  inkişaf  etdirilməsi  üçün  dövlət  dəstəkləri  sahəsində  kənd  təsərrüfatında 



sığorta  xidmətinin  stimullaşdırılması  müasir  dövrdə  xüsusilə  aktuallaşmışdır.  Belə  ki,  kənd 

təsərrüfatında sığorta xidmətlərinin səmərəli təşkilində – təbii amillər nəticəsində zərər  çəkmiş  

(kənd  təsərrüfatı  məhsullarının    istehsalı    ilə  məşğul  olan)  şəxslərə  dəymiş  zərərin  əvəzinin 

ödənilməsi,  onların  banklara    olan    borclarının    qaytarılması,  yəni  zəmanət  məsələlərində 

sığorta xidmətinə dövlətin ortaq olması və ya qeyd edilən prosesləri stimullaşdırılması olduqca 

önəmlidir. 

Yuxarıda  sadalanan  məsələlər  kənd  təsərrüfatında  sığorta  xidməti  sahəsində  qəbul 

edilmiş normativ hüquqi aktlarda öz əksini tapmışdır. Belə ki, 18 iyun 2002-ci il tarixdə qəbul 

edilmiş  “Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  haqqında”  Azərbaycan 

Respublikasının  qanunu  mülkiyyət  formasından  asılı  olmayaraq  kənd  təsərrüfatı  məhsulları 

istehsalçılarının  əmlakının  sığortasının  stimullaşdırılmasının  hüquqi  və  iqtisadi  əsaslarını 

müəyyən  edir,  sığortanın  iştirakçıları  arasında  münasibətləri  tənzimləməklə  əsasən  aşağıdakı 

məsələlər nəzərə alınmışdır:

16

 



-

 

Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasının  məqsədi  –  kənd  təsərrüfatı 



istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında dövlətin iştirakını təmin etməklə, aqrar 

sahədə  sığortanın  inkişafını  stimullaşdırmaq  və  sığortalılara  sığorta  hadisələrindən  dəyən 

zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdir; 

                                                 

14

 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=18127&doctype=0



  

15

 



http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=19893&doctype=0

  

16



 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=1124&doctype=0#

  


 

 

-



 

Kənd  təsərrüfatında  əmlakın  sığortasının  obyektləri  –  kənd  təsərrüfatı  bitkilərinin 

məhsulları,  kənd  təsərrüfatı  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili  vəhşi  heyvanlar,  arı 

ailələri,  habelə  kənd  təsərrüfatı  təyinatlı  binalar,  tikililər,  qurğular,  avadanlıqlar,  maşınlar, 

nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri (azqiymətli və tez köhnələn əşyalar 

və təbii biçənəklərin məhsulları istisna olmaqla); 

-

 

Kənd  təsərrüfatında  əmlakın  sığortasının  subyektləri  –  Kənd  təsərrüfatında  əmlakın 



sığortasının  subyektləri  müvafiq  icra  hakimiyyəti  orqanları,  sığorta  sahəsində  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən  sığortaçılar, sığortalılar  və 

sığorta müqavilələrindən irəli gələn vəzifələri həyata keçirən digər hüquqi və fiziki şəxslər

-

 



Sığorta  hadisələri  –  kənd  təsərrüfatında  bütün  sığorta  obyektləri  bir  qayda  olaraq 

yanğın,  dolu,  sel,  daşqın,  tufan,  şaxta  və  ildırım  vurması,  zəlzələ,  torpaq  sürüşməsi,  dəmyə 

torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən, habelə kənd təsərrüfatı bitkilərinin məhsulları, 

kənd  təsərrüfatı  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili  vəhşi  heyvanlar,  arı  ailələri 

müvafiq  olaraq  xüsusi  təhlükəli  ziyanvericilərin  yayılmasından  və  hücumundan,  yoluxucu 

xəstəliklərdən,  kənd  təsərrüfatı  təyinatlı  binalar,  tikililər,  qurğular,  avadanlıqlar,  maşınlar, 

nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanır; 

-

 



Sığorta  haqqı,  sığorta  tarifləri  və  sığorta  məbləği  –  əmlakını  üç  ildən  az  olmayaraq 

ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya sonrakı illər 

üçün hesablanmış sığorta haqqından dördüncü il üçün 10 faiz, beşinci il üçün 20 faiz, beş ildən 

artıq müddətə isə 30 faiz həcmində güzəşt edilir. Sığorta müqaviləsi üzrə sığorta məbləği kənd 

təsərrüfatı  bitkiləri  üzrə  məhsulun  dəyərinin  azı  70  faizi,  kənd  təsərrüfatı  heyvanları,  ev 

quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri üzrə hüquqi şəxslərdə - onların balans 

dəyərinin, fiziki şəxslərdə isə bazar qiymətinin azı 80 faizi, kənd təsərrüfatı təyinatlı binalar, 

tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak üzrə isə əmlakın 

bazar qiymətinin tam məbləği miqdarında müəyyən edilir; 

-

 



Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  sahəsində  dövlətin  vəzifələri  – 

sığortasına  dövlət  tərəfindən  yardım  edilən  əmlak  növlərini,  sığorta  hadisələrini  və  sığorta 

haqqının  büdcə  vəsaiti  hesabına  ödənilən  hissəsini  müəyyənləşdirmək,  sığorta  tariflərinin 

maksimum həddini müəyyən etmək, sığortaya dövlət tərəfindən yardım edilməsinin şərtlərini, 

qaydalarını hazırlamaq və təsdiq etmək, sığorta müqavilələri üzrə hesablanmış sığorta haqqının 

bir  hissəsini  büdcə  vəsaiti  hesabına  ödəmək,  dövlət  yardımı  hesabına  sığorta  işlərini  aparan 

sığortaçılar  üzrə  sığortalıların  uçotunu  aparmaq;  (Kənd  təsərrüfatında  sığortanın 

stimullaşdırılması  sahəsində  dövlətin  vəzifələrini  öz  səlahiyyətləri  daxilində  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti,  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  və 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər); 

Beləliklə,  sözügedən  qanunda  kənd  təsərrüfatında  sığorta  xidmətinin  təşkili  və 

stimullaşdırılması üçün vacib məqamlar öz əksini tapmış və konkret mexanizmlər üçün şərait 

yaratmışdır.  Bütün  bunlarla  yanaşı  “Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması 

haqqında”  Azərbaycan  Respublikasının  qanunda   ölkənin  kənd  təsərrüfatında  sığortanın 

stimullaşdırılmasına  maliyyə  yardımının  verilməsinin  ümumi  qaydaları,  şərtləri,  təşkili, 

həmçinin sığortalılara dəymiş zərərə görə sığorta ödənişinin verilməsi məsələləri üzrə bir sıra 

vacib məqamlar müəyyən olunmuşdur.

17

 



Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımının  ayrılması  və 

ödənilməsi  məsələlərinin  tənzimlənməsi  sahəsində  isə  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2004-cü  il  4  mart  tarixli  23  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  Kənd  təsərrüfatında 

sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımının  ayrılması  və  ödənilməsi  qaydaları 

                                                 

17

 



http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=1124&doctype=0#

  


 

 

haqqında  Əsasnamə"ni  xüsusilə  qeyd  etmək  lazımdır.  Belə  ki,  sözügedən  qaydalarda  əsasən 



aşağıdakı istiqamətlər üzrə hüquqi mexanizmlər müəyyən edilmişdir:

18

 



-

 

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması; 



-

 

Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımının  ödənilməsi 



şərtləri; 

-

 



 Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımının  verilməsinin 

təşkili. 

Üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  xidmətlərinin  təşkili  hazırda  qeyd  olunan 

normativ  hüquqi  aktlarla  tənzimlənir.  Xüsusilə  bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  vaxtı  ilə 

üzümçülük  və  şərabçılıq  haqqında  Azərbaycan  Respublikasının  qanununda  bu  sahə  ilə 

əlaqədar  sığorta  xidmətlərinə  dövlət  tərəfindən  dəstək  xüsusi  olaraq  göstərilmişdir.  Lakin,3 

dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik 

olmuş və sığorta xidməti istiqamətində dövlət dəstəyi ilə bağlı müddəa çıxarılmışdır. Qanunun 

əvvəlki redaksiyasında isə üzümçülük və şərabçılıq sahəsində sığorta xidmətinə dövlət dəstəyi 

əsasən üzüm əkinlərinə və məhsullarına görə tətbiq edilirdi:

19

  

-



 

Bank kreditlərinin və investisiya fondunun vəsaiti hesabına  maliyyələşdirilən layihələr 

üzrə üzüm əkinlərinin və məhsulun layihə dövrü ərzində təbii fəlakətdən sığortalanması büdcə 

vəsaiti hesabına həyata keçirilir

-

 

Məqsədli  kreditlərin  verilməsi,  qaytarılması,  üzüm  əkinlərinin  (məhsulunun) 



sığortalanması,  habelə  bank  faizi  üzrə  güzəştlərin  ödənilməsi  qaydaları  müvafiq 

qanunvericiliklə müəyyən olunur. 

Qeyd  olunan  məsələlər  əsasən  iqtisadi  tənzimlənmə  istiqamətində  üzümçülüyün  və 

şərabçılığın inkişafı üzrə məqsədli kreditlər müddəalarında  yer almışdır. Burada əsas məqsəd 

isə  kommersiya  banklarını  üzümçülük  və  şərabçılıq  üzrə  dövlət  proqramları  çərçivəsində 

üzümçülüyün  inkişafı  sahəsində  həyata  keçirilən  layihələrin  kreditləşdirilməsinə 

həvəsləndirmək  və  risklərini  azaltmaq  təşkil  etmiş  və  sığorta  xidmətlərinə  dövlət  dəstəyi  bir 

mexanizm  olaraq  nəzərdə  tutulmuşdur.  Haqqında  bəhs  edilən  dəyişiklik  üzümçülük  sahəsinin 

özünə  məxsus  xüsusiyyətlərini  nəzərə  almaqla  fermerlərin  və  sahibkarların  fəaliyyətində 

müəyyən  çətinliklər  yaratsa  da,  “Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması”  haqqında 

Azərbaycan 

Respublikasının  Qanunu  bu  istiqamətdə  yarana  bilən  problemlərin 

tənzimlənməsinə şərait yaratmış oldu. 

Beləliklə,  ölkəmizdə  ümumilikdə  və  ayrıca  olaraq  kənd  təsərrüfatında  sığorta  və  lizinq 

xidmətlərinin  hüquqi  əsaslarının  mövcudluğu  bu  istiqamətdə  müəyyən  tənzimlənmə 

mexanizmlərinə şərait  yaradır, lakin konkret olaraq üzümçülük və şərabçılıq sahəsində bu cür 

mexanizmlərin  təkmilləşdirilməsinə  mühüm  zərurət  mövcuddur.  Belə  ki,  aşağıda  sadalanan 

məsələlər xüsusilə aktualdır: 

-

 

Ənənəvi  üzümçülük  rayonlarında  fermer  və  sahibkarlarda  vəsait  çatışmamazlığı  və 



sahənin özünün xüsusiyyətlərinə görə risk şəraitinin (hava şəraiti, torpaq və iqlim) olması; 

-

 



Məhsuldarlığın  yüksəldilməsində  mühüm  rol  oynayan  aqrotexniki  qulluq  üçün  zəruri 

olan texnalogiyaya tələbin artması; 

-

 

Fermerlərin güzəştli kredit mexanizmlərində girov problemləri ilə üzləşməsi; 



-

 

Üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq  xidmətləri  üçün  konkret 



mexanizmlərin olmaması nəticəsində iri layihələrin həyata keçirilməməsi; 

-

 



Ənənəvi üzümçülük rayonlarında fermer və sahibkarların sığorta və lizinq xidmətləri ilə 

bağlı maarifəndirmə tədbirləri və s. 

 

                                                 



18

 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=5906&doctype=0#



  

19

 



http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=1021&doctype=0

  


 

 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin