Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix24.01.2017
ölçüsü2,09 Mb.
#6237
1   ...   4   5   6   7   8   9   10   11   12

Dünyadakı meyillər 

Rusiyadakı vəziyyət  

Azərbaycandakı vəziyyət  

İştirakçıların sayı azalır  

İştirakçıların sayı azalır  

Bazarın regionlarda da 

formalaşması məsləhətdir  

Qlobal və regional 

ekspansiya gedir  

Kompaniyalar filial 

şəbəkəsini aktiv inkişaf 

etdirir  

Daha çox proseslər 

paxtaxtda baş verir deyə 

bazar paytaxta 

konsentrasiya olunur  

Marja azalıb  

Anoloji olaraq marja azalır   Şirkətlərdən asılı olaraq 

dəyişkəndir  

Bazel III standartlarına 

yaxınlaşıb  

Bazel II və riskin keyfiyyətli 

qiymətləndirilməsinə keçib  

Risklərin qiymətləndirilməsi 

sistemi praktiki olaraq 

yoxdur  


Operativ lizinqin aktiv 

hərəkəti:  

-inkişaf etmiş bazarlarda 

33%  


-inkişafda olan bazarlarda 

5%  


Operativ lizinqin aktivliyi 

daha çox dəmir yolu və 

aviasiyada artırıb  

Operativ lizinq inkişaf 

etməyib və bunun üçün 

müvafiq baza yaratmaq 

lazımdır  

Büdcə disbalanslığına 

nəzərəçarpacaq dərəcədə 

təsir vardır  

Kompaniyaların bəzilərində 

ağır maliyyə krizi olur  

Sistemli problemlər elə 

lizinq bazarının özünün zəif 

inkişafına təsir edir  

Vergidə və qanunda qeyri-

müəyyənlik  

“Əsassız varlanma” 

səbəbindən 

sürətləndirilmmiş 

amortizasiyanın və digər 

imtiyazların ləğvi təhlükəsi  

Güzəştli imtiyazlar yoxdur 

və lizinq haqqında qanun 

aktiv deyil  


 

 

BMHS-nin (IFRS) yeni 



standartları ilə qeyri- 

müəyyənlik  

Köhnə standartlar və 

BMHS-nə keçidin 

gözlənilməsi  

BMHS yoxdur  



Mənbə: Эксперт РА  

 

Lizinq  münasibətlərinin  inkişafına  kömək  və  lizinq  şirkətlərinin  əlaqələrinin 



gücləndirilməsi  məqsədilə  Azərbaycan  Lizinq  Şirkətləri  Assosiasiyası  yaradılmışdır. 

Assosiasiya  27  oktyabr,  2004-cü  ildə  BMK-nın  (İFC)  dəstəyi  ilə  “Ataleasing”,  “Unileasing”, 

“Muganleasing”  şirkətləri  tərəfindən  yaradılmışdır.  ALŞA-nın  tərkibinə  aşağıdakı  lizinq 

şirkətləri  daxildir:  Joint  Lizinq,  Unilizinq,  Ansar  Lizinq,  Turan  Lizinq,  Standard  Lizinq,  AG 

Lizinq,  Ata  Lizinq,  Dəmir  Bank,  Qafqaz  Lizinq,  ASB  Bank,  Nikoil  Lizinq  (son  iki  şirkət 

müşahidəçi qismində çıxış edir).  

Azərbaycan Respublikasında kənd təsərrüfatında kənd təsərrüfatı istehsalçılarının texnika 

ilə  təminatının  yaxşılaşdırılması  məqsədilə  “Aqrolizinq”  ASC  yardılmışdır.  Təşkilat  müxtəlif 

təyinatlı  texnikaları  lizinq  yolu  ilə  istehsalçılara  verir.  “Aqrolizinq”  ASC  tərəfindən  kənd 

təsərrüfatı məhsulları istehsalçılarına göstərilən lizinq xidmətləri aşağıdakılardır: 

- Kənd təsərrüfatında istifadə edilən texnikalrın güzəştli qaydada verilməsi

-  Kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  emalı  və  saxlanması  üzrə  texnoloji 

avadanlıqların quraşdırılması və güzəştli qaydada verilməsi; 

- Damazlıq cins heyvanların güzəştli qaydada verilməsi. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  31  mart  2005-ci  il  tarixli  58  nömrəli 

qərarına və bu qərara edilmiş dəyişikliklərə (Nazirlər Kabinetinin 02 avqust 2010-cu il tarixli 

146  nömrəli,  30  dekabr  247  nömrəli  və  30  dekabr  2010-cu  il  tarixli  247  nömrəli  qərarları) 

uyğun  olaraq  texnikaları  və  texnoloji  avadanlıqları  hüquqi  və  fiziki  şəxslərə  lizinqə  verir. 

Nazirlər Kabinetinin 247 nömrəli 30 dekabr  tarixli qərarına uyğun olaraq hazırda texnikalar və 

avadanlıqlar  dəyərinin  10%-ni  əvvəlcədən,  qalan  hissəsini  isə  bir  ildən  sonra  başlayıb  9  il 

ərzində  ödəmək  şərti  ilə  lizinqə  verilir.  Hazırda  “Aqrolizinq”  ASC-nin  yerlərdə  təsərrüfat 

hesablı  55  rayon  Aqroservis  filialları,  5  Rayonlararası  Logistik  bazaları  və  5  Rayonlararası 

Təchizat bazaları fəaliyyət göstərir. 

Dövlət  tərəfindən  Aqrolizinqə  imtiyazların  verilməsi  kənd  təssərrüfatı  sektorunun 

inkişafına  səbəb  olmuşdur.  Beləki,  ayrılmış  və  təkrar  istifadə  olunan  vəsait  hesabına  2005-

2012-cu illər ərzində müxtəlif markalı 1033 ədəd taxıl biçən kombayn, 4252 ədəd traktor, 164 

ədəd  ekskavator,  8960  ədəd  traktora  qoşulan  kənd  təsərrüfatı  texnikaları  (kotanlar, 

kultivatorlar,  ot  biçən  texnika,  ot  və  küləş  presləyən,  malalar,  taxıl  səpən,  gübrə  səpən, 

çiləyicilər,  traktor  qoşquları  və  s.),  9  dəst  süd  zavodu  avadanlıqları,  23  dəst  soyuducu 

kameraları,  8  dəst  qarışıq  yem  istehsal  zavodu  avadanlıqları,  kənd  təsərrüfatı  texnikalarına 

lazım  olan  ehtiyat  hissələri,  dəzgahlar  alınmışdır.  Nəticədə,  kənd  təsərrüfatı  müəssisələrində 

əsas istehsal fondlarının strukturunda maşın və avadanlıqların payı 2003-cü ildə 10,2% olduğu 

halda 2011-ci ildə bu göstərici artaraq 17,2% olmuşdur. Buna görə də digər lizinq şirkərlərinin 

də  bu  istiqamətdə  fəaliyyətinin  artırılması  məqsədə  müvafiqdir.    Eyni  zamanda  “Aqrolizinq” 

ASC tərəfindən üzümçülük sahəsində çalışan istehsalçılara müxtəlif markalı 334 ədəd traktor, 

43  ədəd  bağarası  becərən  mexaniki  və  hidravlik  frezlər,  310  ədəd  ventilyatorlu  çiləyicilər 

(müxtəlif həcmli qoşulan və asılan texnikalar lizinq yolu ilə verilmişdir. 

Bu isə üzüm sahələri ilə müqayisədə hələ ki, xeyli azdır. Bu sahədə işləri gücləndirmək 

üçün  beynəlxalq  təcrübəyə  uyğun  olaraq  lizinq  sisteminin  təkmilləşdirilməsinə  ehtiyac 

duyulur. 



 

 

 

4.



 

AZƏRBAYCAN RESPUBLİKASINDA ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ 

SAHƏSİNDƏ SIĞORTA VƏ LİZİNQ XİDMƏTLƏRİNİN TƏŞKİLİNİN VƏ 

TƏNNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV,  

İNSTİTUSİONAL VƏ İQTİSADİ ƏSASLARI 

 

Azərbaycan  Respublikası  Prezidentinin  15  dekabr  2011-ci  il  tarixli  1890  nömrəli 



Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair 

Dövlət Proqram”ının təsdiq edilməsi bir sıra məsələləri o cümlədən üzümçülük və şərabçılıq 

sahəsində mütərəqqi beynəlxalq sığorta və lizinq xidmətləri təcrübəsinin tətbiqi tələbini ortaya 

qoydu.  Üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq  xidmətlərinin  təkmilləşdirilməsi 

tələbi əsasən sahənin özünün aşağıdakı xüsusiyyətləri ilə bağlıdır: üzümçülük kənd təsərrüfatı 

istehsalının ən çox kapital tələb edən sahəsidir; yeni əkilmiş üzüm plantasiyalarının bar vermə 

dövründən  asılı  olaraq  əkinə  sərf  olunmuş  maliyyə  vəsaitləri  4-5  il  müddətində  dövriyyədən 

çıxarılır; bu dövrdə əkin sahələrinə xidmət üçün xeyli miqdarda əlavə maliyyə resursları tələb 

olunur. 

Dünyada üzümçülük və şərabçılıq fəaliyyətinin geniş vüsət alması və fermerlərin böyük 

marağının cəlb olunması, o cümlədən bu sahədə iqtisadi münasibətlərin dərinləşməsi müəyyən 

tənzimlənmə  mexanizmlərin  ortaya  qoyulmasını  aktuallaşdırdı.  Bu  da  öz  növbəsində 

üzümçülük  və  şərabçılıq  sahəsində  bir  sıra  hüquqi  normativ  kompanentlərin  meydana 

gəlməsinə  şərait  yaratdı.  Belə  ki,  bu  sahədə  ilk  addımı  tarixdə  böyük  inkişaf  yolu  keçmiş 

Fransa  atmışdır  (XV  əsrdə).

1

  Son  yüz  ildə  isə  bu  istiqamətdə  böyük  təcrübə  formalaşmış, 



müasir dövrün normativ tələblərində mühüm rol oynamışdır. 

Azərbaycanda isə üzüm istehsalı və emalı  yalnız keçən əsrin 70-ci illərindən başlayaraq 

geniş  sənaye  miqyaslı  inkişaf  mərhələsinə  qədəm  qoymuşdur  ki,  bu  da  elə  həmin  dövrdən 

hüquqi  normativ  aktların  formalaşmasına  şərait  yaratdı.  Belə  ki,    Ümummilli  lider  Heydər 

Əliyev  1969-cu  ildə  Azərbaycan  rəhbərliyinə  gəldikdən  qısa  müddət  sonra  bu  sahədə  əsaslı 

dönüş  yarandı  və  təkcə  bir  faktı  qeyd  etmək  yerinə  düşər  ki,  1969-1982-ci  illərdə  Heydər 

Əliyevin gərgin səyləri və SSRİ rəhbərliyində yüksək nüfuzu hesabına Sov.İKP MK və SSRİ 

Nazirlər  Soveti  səviyyəsində  Azərbaycanda  kənd  təsərrüfatının,  xüsusilə  də  üzümçülük  və 

şərabçılığın inkişafını nəzərdə tutan 3 qərar qəbul olunmuşdu. Bundan əlavə SSR-i hökuməti 

tərəfindən  bu  sahədə  qəbul  edilmiş  digər  hüquqi  normativ  aktlar  Azərbaycan  üçün  də  hüquqi 

əsas olmuş və normalarla fəaliyyətin tənizmlənməsi təcrübəsi formalaşmışdır. 

Amma  keçmiş  SSRİ  rəhbərliyinin  7  may  1985-ci  il  tarixli  "Alkoqolizmə  və  sərxoşluğa 

qarşı  mübarizə  tədbirləri  haqqında"  məlum  qərarından  sonra  bütün  ölkədə,  o  cümlədən 

Azərbaycanda  üzümlüklərin  və  şərab  zavodlarının  dağıdılmasına  başlandı.  On  illərlə 

qazanılmış nailiyyətlər cəmi 2-3 ildə məhv edildi. Yalnız texniki sortlardan ibarət üzümlüklər 

deyil,  keyfiyyətli  süfrə  üzüm  sortlarından  ibarət  bağlar  da  məhv  edildi.  Təkcə  bir  faktı  qeyd 

etmək  lazımdır  ki,  1984-cü  illə  müqayisədə  2005-ci  ildə  üzümlüklərin  sahəsi  25  dəfədən  çox 

azalaraq  9,6  min  hektar  təşkil  etmişdir.  Buna  uyğun  olaraq  üzüm  istehsalı  da  79,7  min  tona 

düşmüşdü.  Nəticədə  şərabçılıq  sənayesi  böyük  ziyana  məruz  qalmış,  sahə  ilə  bağlı  76  emal 

müəssisəsi və 116 ilkin emal zavodu dağılmışdı.

2

 

Ölkəmizin  müstəqillik  dövrünə  qədəm  qoyması  ilə  üzümçülük  və  şərabçılıq  sahəsində 



normativ  hüquqi  aktların  formalaşması  təcrübəsində  yeni  bir  mərhələ  başlamış  oldu.  Qəbul 

olunmuş  qanunların  və  dövlət  proqramlarının  icrası  nəticəsində  üzümçülük  və  şərabçılıq 

sahəsində  zəngin  hüquqi  baza  yaradıldı.  Belə  ki,  kənd  təsərrüfatının  inkişafı  istiqamətində 

                                                 

1

 

http://www.budgetrf.ru/Publications/Magazines/VestnikSF/2012/VSF_NEW201205041224/VSF_NEW201205041224_p_005.htm



 

2

 



Hasil Fətəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin professor Vüqar Mikayılov, ADAU-nun dosenti Azərbaycan.- 

2011.-20 mart.- S. 14.

 


 

 

aparılan islahatlar və hüquqi qüvvə alan bir sıra normativ aktlar, o cümlədən “Üzümçülük və 



şərabçılıq  haqqında”  qəbul  olunan  qanun  sahənin  inkişafı  üçün  hüquqi  baza  yaratmaqla 

bərabər, emal sahəsinin inkişafını, şərab  məhsullarının keyfiyyətinə  qoyulan tələbləri, nəzarət 

tədbirlərini və dövlət standartı normalarını müəyyənləşdirmiş oldu.  

Sözügedən  qanun,  19  oktyabr  2001-ci  ildə  qüvvəyə  minməklə  Azərbaycan 

Respublikasında  üzümçülüyün  təşkilinin,  üzüm  və  şərabçılıq  məhsulları  istehsalının  və 

dövriyyəsinin  tənzimlənməsinin,  habelə  keyfiyyətinin  təmin  edilməsinin  hüquqi  əsaslarını 

müəyyən  edir.  Qanunun  qəbul  edilməsində  əsas  məqsəd  respublikada  üzümçülüyün  və 

şərabçılığın  inkişafını  təmin  etməklə  istehlak  bazarına  beynəlxalq  standartların  tələblərinə 

cavab verən, rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsulları çıxarılmasına təşkilati, iqtisadi 

və  hüquqi  zəmin  yaratmaqdan  ibarətdir.  Qanunun  qəbul  edilməsinin  əsas  müsbət  tərəfləri 

müvafiq anlayış və kateqoriyaların hüquqi təsbiti, həmçinin üzümçülük və şərabçılıq sahəsində 

dövlət siyasətinin istiqamətlərinin və dövlətin vəzifələrinin müəyyən olunmasıdır.

3

 

Üzümçülük  və  şərabçılıq  haqqında  Azərbaycan  Respublikasının  qanunu  əsas 



tənizmlənmə istiqamətləri aşağıdakılardan ibarətdir: 

 



Üzümçülüyün təşkili; 

 



Şərabçılıq məhsullarının istehsalı; 

 



Üzümçülüyün və şərabçılığın inkişafının iqtisadi tənzimlənməsi

 



Şərabçılıq məhsullarının dövriyyəsi; 

 



Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin təmin edilməsi; 

 



Üzümçülük  və  şərabçılıq  haqqında  qanunvericiliyin  pozulmasına  görə  məsuliyyət  və 

mübahisələrin həlli. 

Üzümçülük  və  şərabçılıq  haqqında  Azərbaycan  Respublikasının  qanununda  bir  sıra 

dəyişiklər həyata keçirilmişdir. Qanuna edilmiş dəyişiklik və əlavələr barədə normativ hüquqi 

aktlar və onların məzmunu aşağıdakı şəkildə verilmişdir: 

-    8  oktyabr  2008-ci  il  tarixli  704-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti  16  dekabr  2008-ci  il,  №  280,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  12,  maddə  1044)  ilə  4-cü  maddə  yeni  redaksiyada 

verilmişdir.  Əvvəlki  redaksiyada  deyilirdi:  Üzümçülük  və  şərabçılıq  sahəsində  dövlət 

siyasətinin 

əsas 

istiqamətləri 

ölkədə 

üzümçülük 

və 

şərabçılıq 

fəaliyyətinin 

genişləndirilməsindən,  bu  sahədə  kooperasiya  prosesinin  stimullaşdırılması  vasitəsi  ilə 

yüksək  keyfiyyətli,  rəqabət  qabiliyyətli  məhsul  istehsalının  və  ixracının  artırılmasından, 

daxili  bazarın  haqsız  rəqabətdən  qorunmasından  ibarətdir.  Yeni  redaksiyada  isə  deyilir: 

Maddə  4.  4.0.  Üzümçülük  və  şərabçılıq  sahəsində  dövlət  siyasətinin  istiqamətləri 



aşağıdakılardır: 

4.0.1.  Üzümçülük  və  şərabçılıq  sahələrinin  inkişaf  etdirilməsi  məqsədilə  elmi 

tədqiqatların müasir tələblərə uyğun aparılmasının gücləndirilməsi; 

4.0.2. informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi; 

4.0.3.  beynəlxalq  standartların  tələblərinə  uyğun  məhsul  istehsalına  təminat  verən 

normativ hüquqi bazanın yaradılması; 

4.0.4.  kadrların  hazırlanması  və  təkmilləşdirilməsi,  elmi-təcrübi  seminarların, 

konfransların təşkili; 

4.0.5.  istehsal  olunaraq  istehlak  bazarına  çıxarılan  və  ya  ixrac  olunan  rəqabət 

qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika 

və müasir texnologiyanın tətbiq edilməsi; 

4.0.6. istehsal və ixracın artırılması, daxili bazarın haqsız rəqabətdən qorunması. 

                                                 

3

 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=1021&doctype=0



 

 

 

-    9  oktyabr  2007-ci  il  tarixli  429-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 5.0.4-

cü,  10.2-ci,  22.2.1-ci və  26.1-ci  maddələrində "xüsusi  icazə"  sözləri  "xüsusi  razılıq 



(lisenziya)" sözləri ilə əvəz edilmişdir. 

-   28  oktyabr  2008-ci  il  tarixli  704-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti  16  dekabr  2008-ci  il,  №  280,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 5.0.3-cü və 5.0.7-ci maddələr yeni 

redaksiyada  verilmişdir.  əvvəlki  redaksiyalarda  deyilirdi:  5.0.3.  rayonlaşdırılmış  sortlarla 

üzümlüklərin  salınmasını,  əkin  materiallarının  yetişdirilməsini,  üzümçülük  və  şərabçılıq 

sahələrinin  inkişaf  etdirilməsini,  keyfiyyətli  məhsul  istehsalının  və  ixracının  artırılmasını 

stimullaşdırmaq;  5.0.7.  şərabçılıq  məhsullarının  istehsalına,  keyfiyyətinə  və  dövriyyəsinə 

dövlət nəzarətini həyata keçirmək; Yeni redaksiyada isə deyilir: Maddə 5. 5.0.3. Azərbaycan 

Respublikası  ərazisində  xəstəlik  və  zərərvericilərə  qarşı  dözümlü  üzüm  sortlarını 

yetişdirmək,  tinglik  təsərrüfatlarını  inkişaf  etdirmək,  rayonlaşdırılmış  üzüm  sortlarını 

çoxaltmaq,  habelə  coğrafi  adlar  verilən  keyfiyyətli  şərabçılıq  məhsullarının  istehsalını 

stimullaşdırmaq  məqsədilə  investisiya  qoymaq,  subsidiyalar  və  uzunmüddətli  kreditlər 

vermək;  5.0.7.  üzüm  və  şərabçılıq  məhsullarının  keyfiyyətinə  və  təhlükəsizliyinə  dövlət 

nəzarətini həyata keçirmək; 

-    01  fevral  2007-ci  il  tarixli 236-IIQD nömrəli  Azərbaycan  Respublikasının 

Qanunu(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  5,  maddə  397) 

ilə 6.3-cü  maddəsində  "şəhadətnamə"  sözü  "uyğunluq sertifikatı"  sözləri  ilə  əvəz 

edilmişdir.  Yeni  redaksiyada  deyilir:  Maddə  6.3.  Azərbaycan  Respublikasında  istehsal 

edilən  və  satılan  üzüm  əkini  materiallarına  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onların  sortluq  və  əkin  keyfiyyətlərini  təsdiq 

edən uyğunluq sertifikatı və fitosanitar vəziyyətinə dair sertifikat verilir.  

-   4  noyabr  2003-cü  il  tarixli  510-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2003-cü  il,  №  12,  maddə  674)  ilə 

14.13-cü maddənin birinci cümləsində "haqq" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilmiş və 

ikinci  cümləsi  çıxarılmışdır.  Əvvəlki  redaksiyada  deyilirdi:    14.13.  Adlar  verilən  şərabçılıq 

məhsullarının  ekspertizasına,  dövlət  reyestrində  qeydiyyata  alınmasına  və  attestasiyasına 

görə haqq alınır. Haqqın miqdarı, ödənilmə müddəti və qaydaları müvafiq icra hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  olunur.  Yeni  redaksiyada  isə  deyilir:  Maddə  14.  14.13.  Adlar 

verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və 

attestasiyasına görə dövlət rüsumu alınır. 

-  3  dekabr  2002-ci  il  tarixli  397-IIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2003-cü  il,  №  1,  maddə  15)  ilə  18-ci 

maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: Maddə  1 8 .  Üzümçülüyün inkişafı üzrə 



investisiya fondu 18.1. Üzümçülüyün inkişafı üzrə investisiya fondu (bundan sonra - fond) 

əkin  materiallarının  yetişdirilməsinin,  yeni  üzümlüklərin  salınmasının,  mövcud 

üzümlüklərin 

təmirinin 

və 

üzümçülüyün 

maddi-texniki 

təminatının 

qismən 

maliyyələşdirilməsinə  kömək  məqsədi  ilə  dövlət  tərəfindən  yaradılır.  18.2.  Fondun  maliyyə 

vəsaitləri dövlət büdcəsindən ayırmalar, o cümlədən dövlət büdcəsində sahibkarlığa yardım 

maddələrinin  hər  ilin  sonuna  istifadə  edilməyən  vəsaitlərinin  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  edilən  hissəsi,  habelə  qrantlar  və  digər  mənbələr  hesabına 

formalaşdırılır. 18.3. Üzümçülüyün inkişafı layihələrinin dəyərinin 50 faizə qədəri müvafiq 

müqavilələr  əsasında  fondun  vəsaiti  hesabına  ödənilə  bilər.  18.4.  Fondun  vəsaitindən 

istifadə  edən  subyektlər  müqavilə  şərtlərinə  riayət  etmədikdə,  fonddan  ayrılan  vəsaitlər 

müqavilədə nəzərdə tutulan qaydada fonda qaytarılır. 18.5. Fondun yaradılması və fəaliyyəti 

 

 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən 



olunur. 

-   3  dekabr  2002-ci  il  tarixli  397-IIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 19.1.1-

ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: Maddə 19. 19.1.1. bank kreditlərinin və 



investisiya  fondunun  vəsaiti  hesabına  maliyyələşdirilən  layihələr  üzrə  üzüm  əkinlərinin  və 

məhsulun  layihə  dövrü  ərzində  təbii  fəlakətdən  sığortalanması  büdcə  vəsaiti  hesabına 

həyata keçirilir

-  3  dekabr  2002-ci  il  tarixli  397-IIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 19.3-cü 

maddədən  "üzüm  əkinlərinin  (məhsulunun)  sığortalanması"  sözləri  çıxarılmışdır.  Əvvəlki 

redaksiyada  deyilirdi:  19.3.  Məqsədli  kreditlərin  verilməsi,  qaytarılması,  üzüm  əkinlərinin 

(məhsulunun)  sığortalanması,  habelə  bank  faizi  üzrə  güzəştlərin  ödənilməsi  qaydaları 

müvafiq  qanunvericiliklə  müəyyən  olunur.  Yeni  redaksiyada  isə  deyilir:  19.3.  Məqsədli 

kreditlərin  verilməsi,  qaytarılması,  habelə  bank  faizi  üzrə  güzəştlərin  ödənilməsi  qaydaları 

müvafiq qanunvericiliklə müəyyən olunur. 

-  28  oktyabr  2008-ci  il  tarixli  704-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti  16  dekabr  2008-ci  il,  №  280,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2008-ci il,  № 12,  maddə 1044) ilə  20.2-ci  və 20.4-cü  maddələr  yeni 

redaksiyada  verilmişdir.  Əvvəlki  redaksiyalarda  deyilirdi:  20.2.Şərabçılıq  məhsullarının 

idxalı  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  kvotalaşdırılır.  20.4. 

Fiziki  şəxslər  tərəfindən  öz  şəxsi  istehlakı  üçün  Azərbaycan  Respublikasına  gətirilməsinə 

icazə verilən şərabçılıq məhsullarının həcmi müvafiq qanunvericiliklə müəyyən edilir. Yeni 

redaksiyada  isə  deyilir:  Maddə  20.  20.2.  Şərabçılıq  məhsullarının  idxalına  Azərbaycan 



Respublikasının qanunvericiliyinə  uyğun olaraq tarif kvotası tətbiq edilə  bilər. 20.4. Fiziki 

şəxslər  tərəfindən  öz  istehlakı  üçün  şərabçılıq  məhsullarının  idxalı  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 

-  4  mart  2005-ci  il  tarixli  856-IIQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 22.4-cü 

maddə əlavə edilmişdir. Yeni redaksiyada maddə 22.4. Fövqəladə vəziyyətin qüvvədə olduğu 



müddət  ərzində  onun  tətbiq  edildiyi  ərazidə  şərabçılıq  məhsullarının  dövriyyəsi  üzrə 

qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər. 

-    28  oktyabr  2008-ci  il  tarixli  704-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan” qəzeti  16 dekabr 2008-ci il,  № 280) ilə 27.4-cü  maddə çıxarılmışdır. Əvvəlki 

redaksiyada deyilirdi: 27.4. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları şərabçılıq 



məhsullarının  keyfiyyətinə  nəzarət  funksiyalarını  səlahiyyətləri  daxilində  həyata  keçirə 

bilərlər. 

Üzümçülük  və  şərabçılıq  haqqında  Azərbaycan  Respublikasının  qanunun  qüvvəyə 

mindiyi gündən bu günədək həyata keçirilən mühüm dəyişikliklər, əsasən: 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin