Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar


Üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix24.01.2017
ölçüsü2,09 Mb.
#6237
1   ...   4   5   6   7   8   9   10   11   12

Üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin  

hüquqi əsasları üzrə SWOT təhlili 

 

Güclü 

Zəif 

 



Müvafiq  sahə  üzrə  qəbul  edilmiş  normativ 

hüquqi  aktlarla  tənzimlənmə  vəzifələrinin 

müvafiq  qurumlar  arasında  dəqiq  şəkildə 

bölüşdürülməsi; 

 

Üzümçülük 



və 

şərabçılıq 

haqqında 

qanunvericilikdə  sahənin  inkişafı  ilə  bağlı 

istiqamətlərin 

və 


vəzifələrin 

müəyyən 


olunması; 

 



“2012-2020-ci illərdə Azərbaycan 

Respublikasında üzümçülüyün inkişafına dair 

Dövlət Proqram”ının təsdiq edilməsi və 

proqramda qanunvericilik bazasının 

təkmilləşdirilməsi, o cümlədən sığorta vəlizinq 

xidmətləri ilə bağlı dünya təcrübəsinin tətbiqi 

vəzifələrinin müəyyən olunması; 

 



Aqrar sahədə lizinq xidmətləri üzrə dövlət 

dəstək mexanizmlərinin hüquqi və institusional 

bazasının mövcud olması; 

 



 Kənd təsərrüfatı sahəsində sığortaya dövlət 

dəstəyi istiqamətində qanunvericiliyin olması 

və s. 

 



Üzümçülük sahəsi üçün sığorta 

xidmətlərinə dövlət dəstəyi mexanizmlərinin 

qanunvericilikdə ləğv edilməsi; 

 



Üzümçülük sahəsində lizinq xidmətləri 

üçün xüsusi olaraq güzəştli mexanizmlərin 

(sahənin özünün mürəkkəb aqrotexniki 

qaydalarını nəzərə alaraq)  müəyyən 

olunmaması; 

 



Hazırda kənd təsərrüfatında sığortanın 

stimullaşdırılması qanunvericiliyi 

çərçivəsində üzümçülük sahəsində sığorta 

xidmətinə dövlət dəstəyinin olsa da, 

şərabçılığın bu istiqamətdə 

stimullaşdırılmasını nəzərdə tutan 

mexanizmlərin olmaması; 

 



Ənənəvi üzümçülük rayonlarında kənd 

təsərrüfatında sığorta xidmətləri ilə bağlı 

qanunvericilik barəsində maariflənmə 

səviyyəsinin aşağı olması və s. 



İmkanlar 

Təhlükə 

 



Müvafiq sahələrin dövlət tərəfindən 

dəstəklənməsi üçün maliyyə mənbəyinin 

mövcud olması (kənd təsərrüfatı istiqamətində 

maliyyə yardımlarının ilbəil artması); 

 

Üzümçülük  və şərabçılıq sahəsində 



beynəlxalq təcrübədən gönövülmüş sığorta və 

lizinq xidmətləri təcrübəsinin tətbiqinə şəraitin 

olması (Dövlət Proqramı üzrə müəyyən 

olunmuş tədbirlər); 

 

Qonşu ölkələrdə (Türkiyə, Maldova və 



Gürcüstan) üzümçülük və şərabçılıq sahəsində 

sığorta və lizinq xidmətlərinə dövlət dəstəyi 

mexanizmlərinin mövcud olması və s. 

 



Şərabçılıq sahəsi üçün sığorta və lizinq 

xidmətləri ilə bağlı dövlət dəstəyi 

mexanimlərinin təkmilləşdirilməməsi; 

 



Son dövrlərdə artan ekoloji risklər; 

 



Fermerlərin üzümçülük sahəsinə xas olan 

aqrotexniki qulluğun bütün mərhələlərinin 

yerinə yetirməməsi; 

 



Sığorta və lizinq xidmətlərinin 

üzümçülük və şərabçılıqla məşğul olan 

sahibkarların xərclərinə təsir etməsi; 

 



Kredit qaydalarının sərtləşməsi 

(kreditlərin qaytarılmasında yaranan çətinlik 

səbəbilə və s.)  


 

 

5.



 

AZƏRBAYCAN RESPUBLİKASINDA ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ 

SAHƏSİNDƏ SIĞORTA VƏ LİZİNQ XİDMƏTLƏRİNİN İNKİŞAFI 

İSTİQAMƏTLƏRİ VƏ SİYASƏTƏ DAİR TÖVSİYƏLƏR 

 

Aparılan  araşdırmalar  göstərir  ki,  mövcud  vəziyyət  və  mütərəqqi  beynəlxalq  təcrübə 



nəzərə  alınmaqla  Azərbaycanda  kənd  təsərrüfatı  kreditlərinin  zəmanəti  (sığortalanması) 

sisteminin  təkmilləşdirilməsi  istiqamətində  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi 

məqsədəuyğun olardı: 

Kənd  təsərrüfatında  sığorta  mexanizmlərinin  inkişaf  etdirilməsində  qabaqcıl  dünya 

təcrübəsinə istinad edilməsi ən vacib məsələlərdəndir. Aqrar sektorda sığorta mexanizmlərinin 

inkişafı bu sahənin kreditləşmə imkanlarını genişləndirəcəyi kimi, bu kreditlər üçün daha asan 

şəkildə  zəmanətlərin  təmin  edilməsinə  yol  açacaqdır.  Çünki  sığorta  mexanizmlərinin  inkişaf 

etdirilməsi  aqrar  sektorda  risklərin  sığortalanması  mənasına  gəlir.  Nəticədə,  həm  bank 

sektorunun,  həm  də  özəl  sığorta  şirkətlərinin  portfelində  aqrar  sahənin  xüsusi  çəkisi 

yüksələcəkdir. 

  Kənd  təsərrüfatı  sektorunda  risklərin  yüksəkliyini  nəzərə  alaraq,  hökumətin  təşəbbüsü 

ilə  ölkədə  Kənd  Təsərrüfatı  Sığortası  Fondunun  (bundan  sonra  Fond)  yaradılmasına  ehtiyac 

var.  Bu  zaman  müvafiq  istiqamətdə  digər  ölkələrin  (İspaniya,  Türkiyə  və  s.)  uğurlu 

təcrübələrinə istinad edilə bilər. 

Bununla  yanaşı,  Kənd  Təsərrüfatı  Kreditlərinin  Zəmanəti  Fondunun  yaradılması  da 

məqsədəuyğun olardı. 

Qeyd edək ki, bu məqsədlə Azərbaycanda ayrıca qanunun qəbul edilməsi zərurəti yoxdur. 

Bu  istiqamətdə,  4  iyun  1999-cu  il  tarixli  “Kiçik  sahibkarlığa  dövlət  köməyi  haqqında” 

Azərbaycan Respublikası Qanununun “Kiçik sahibkarlığa dövlət maliyyə yardımı” adlanan 8-

ci maddəsinin 2-ci bəndinə istinad edilə bilər. Həmin bənddə göstərilir ki, “Kiçik sahibkarlığa 

dövlət  maliyyə  yardımı  məqsədli  proqramlar  çərçivəsində  güzəştli  kreditlər,  subsidiyalar, 

kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət 

göstərən  maliyyə-kredit  qurumlarına  stimullaşdırıcı  tədbirlərin  tətbiqi  formasında  həyata 

keçirilir”. 

“Kiçik  sahibkarlığa  dövlət  köməyi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

tətbiq  edilməsi  barədə  4  avqust  1999-cu  il  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı ilə isə Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Kiçik sahibkarlıq subyektlərinin maliyyə 

qaynaqlarından  istifadə  imkanlarını  genişləndirmək  məqsədilə  kredit  təminatı  fonduna  dair 

təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. 

Son  nəticədə  ölkədə  kiçik  sahibkarlığın  güzəştli  kreditlərlə  təminatı  mexanizmi 

formalaşdırılmışdır. Bu sistemin tətbiqi əhəmiyyətli olsa da, bəhs edilən Qanunda “Kreditlərə 

təminat verilməsi” ilə bağlı öz əksini tapan müddəa hələ ki həyata keçirilməmişdir. 

Bütün  bunlar  nəzərə  alınaraq,  yuxarıdakı  Qanuna  istinad  etməklə  növbəti  Prezident 

fərmanı  ilə  ölkədə  Kənd  Təsərrüfatı  Kreditlərinin  Zəmanəti  (və  ya  Təminatı)  Fondunun 

yaradılması daha məqsədəuyğundur. 

Eynilə  Sahibkarlığa  Kömək  Milli  Fondu  kimi  həmin  qurumun  regional  bölmələrinin 

formalaşdırılmasına ehtiyac olmayacaq. Risk qiymətləndirilməsi banklar tərəfindən aparılacaq, 

sadəcə  zərurət  olduğu  təqdirdə  (yəni,  kənd  təsərrüfatı  məhsulları  istehsalçısının  kredit  almaq 

üçün  bank  təqdim  etdiyi  zəmanət  yetərli  olmadığı  halda)  Kənd  Təsərrüfatı  Kreditlərinin 

Zəmanəti  (və  ya  Təminatı)  Fonduna  müraciət  ediləcək.  Öz  növbəsində  Fond  daxilində 

zəmanətlərlə  bağlı  risklər  üzrə  xüsusi  müşahidə  bölməsi  fəaliyyət  göstərəcək.  Eyni  zamanda 

müasir  texnoloji  imkanlardan  istifadə  etməklə  təkmil  elektron  informasiya  bazasının 

qurulmasına ehtiyac olacaq. 

Kənd Təsərrüfatı Sığortası  Fondun fəaliyyət istiqamətlərinə aşağıdakılar aid edilə bilər: 



 

 

-



 

bağlanmış sığorta müqavilələrinin ucotunun aparılması; 

-

 

sığortalılar tərəfindən ödəniləcək sığorta haqlarının vaxtında ödənilməsinə nəzarət 



edilməsi; 

-

 



qəbul edilmiş risklərin daxili və ya xarici təkrarsığortacılara təkrarsığortaya verilməsi 

və bu məqsədlə müvafiq  danışıqların aparılması; 

-

 

baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğinin vaxtında müəyyən 



edilməsi və bununla bağlı müvafiq  işlərin aparılması; 

-

 



qəbul olunmuş qərarların vaxtında icra edilməsi; 

-

 



bu növ sığortanın aparılması işi üzrə statistikanın aparılması; 

-

 



fonda daxitl olmuş vəsaitlərin qanunvericiliklə müəyyən olunmuş qaydada 

investisiya edilməsinin təşkili; 

-

 

kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vətəndaşları 



məlumatlandırmaq məqsədilə əhali arasında reklam və təbliğat işlərini aparılması və 

s. 


Fondun  sərmayəçilərinin  əməkdaşlıq  əsasında  formalaşdırılması.  Fondun  sərmayəçiləri 

arasında  özəl  sektorun  və  beynəlxalq  fondların  da  dövlətlə  birgə  yer  almasına  nail  olunması 

məqsədəuyğun  hesab  olunur.  Xüsusilə  bankların  bu  sistemdə  iştirakı  risklərin  düzgün 

qiymətləndirilməsi  baxımından  mühüm  əhəmiyyət  daşıyır.  Hətta,  özəl  sığorta  şirkətləri  də 

təklif edilən mexanizmə daxil edilə bilər. Əlaqədar beynəlxalq fondların sistemə cəlb edilməsi 

isə həm kapital imkanlarının genişlənməsinə, həm də beynəlxalq təcrübənin gəlməsinə imkan 

yaradacaqdır.  Belə  olan  təqdirdə,  maraqlı  tərəflər  arasında  əməkdaşlıq  dövət-özəl  sektor 

əməkdaşlığı prinsiplərinə və mexanizmlərinə əsaslana bilər. 

  Fondun  maliyyələşmə  mənbələri.  Fondun  maliyyələşmə  mənbələri  kimi  aşağıdakılar 

nəzərdə tutula bilər: 

-

 

sığorta  təşkilatları  tərəfindən  bu  növ  üzrə  baglanılmış  sığorta  müqavilələrinə  görə 



alınaraq fonda ödənilən sığorta haqları; 

-

 



bağlanılmış sığorta müqavilələri üzrə hesablanmış sığorta haqlarında  Dövlətin payı;  

-

 



daxil olmuş sığorta haqlarının investisiyasından əldə olunan gəlirlər; 

-

 



bağlanılmış təkrarsığorta müqaviləsinə görə alınan komisyon mukafatları; 

-

 



zərurət yaranacağı halda alınan kreditlər; 

-

 



büdcə vəsaiti hesabına daxil olan əlavə pul vəsaitləri və s. 

Fondun xərcləri. Fondun xərclərinə aşağıdakılar aid edilə bilər: 

-

 

baş vermiş sığorta hadisələri üzrə veriləcək sığorta ödənişləri; 



-

 

bağlanılmış sığorta müqavilələri üzrə sığortacılara verilən komisyon mukafatlar; 



-

 

bağlanmış təkrarsığorta müqavilələrinə görə ödəniləcək təkrarsığorta haqqları; 



-

 

zərərlərin müəyyən olunması məqsədilə cəkilən xərclər; 



-

 

alınmış kreditlər üzrə əsas borc və faiz məbləğlərinin ödənilməsi



-

 

fondun idarə olunması məqsədilə cəkilən xərclər; 



-

 

reklam və təbliğat işlərinin aparılması xərcləri; 



-

 

qanunvericiliklə müəyyən olunmuş digər ödəmələr və s. 



Fondun  fəaliyyətinə  nəzarət.  Fondun  fəaliyyətinə  mütamadi  nəzarət  və  dəstək  üçün  

Himayədarlar  Şurasının  formalaşdırılması  məqsədəuyğun  saylır.  Bu  Şuranın  tərkibi  Kənd 

Təsərrüfatı,  Maliyyə  və  İqtisadi  İnkişaf  nazirliklərinin  nümayəndələrindən  və  Sığorta 

təşkilatlarının,  Kredit  təşkilatlarının  və  Kənd  təsərrüfatı  istehsalçılarının  maraqlarını  təmsil 

edən şəxslərdən formalaşdırıla bilər. 

Riskin  dəqiq  mexanizm  əsasında  bölüşdürülməsi.  Fond  təsis  edilərkən  riskin 

bölüşdürülməsi ilə bağlı dəqiq mexanizm hazırlanmalıdır. Bu istiqamətdə də dünya təcrübəsinə 

geniş  istinad  edilə  bilər.  Fondun  sərmayəsinin  formalaşmasında  bankların  (xüsusilə,  özəl 

bankların) geniş iştirakı təmin ediləcəyi halda, prioritet istiqamətlər üzrə zəmanətin maksimum 


 

 

limitini  95-100  faizə  qədər  artırmaq  mümkündür.  Əks  təqdirdə  isə,  zəmanət  üçün  maksimum 



limiti 50-75 faiz arasında müəyyənləşdirmək məqsədəuyğundur. 

Fondun  fəaliyyətinin  hər  növ  vergidən  azad  edilməsi.  Fondun  fəaliyyətinin,  TARSIM 

(Türkiyə)  nümunəsində  olduğu  kimi  hər  növ  vergidən  azad  edilməsi  son  nəticədə,  zəmanət 

xərclərinin aşağı olmasına və bu məqsədlə ayrılan vəsaitlərin daha effektiv istifadəsinə gətirib 

çıxara bilər. 

Hədəf  qrupların  müəyyənləşdirilməsi.  Azərbaycanda  kənd  təsərrüfatı  istehsalçıları  kənd 

təsərrüfatı  müəssisələri,  fərdi  sahibkarlar,  ailə  kəndli  və  ev  təsərrüfatları  şəklində  üç  qrupa 

ayrılır.  Aydındır  ki,  Fond  öz  fəaliyyətini  səmərəli  şəkildə  qurmaq  məqsədilə,  eyni  zamanda 

sağlam  qeydiyyatın  aparılması  və  risk  təhlilləri  baxımından  ilk  iki  qrup  (kənd  təsərrüfatı 

müəssisələri və fərdi sahibkarlar) üçün kredit zəmanəti təqdim etməlidir. Bu zaman isə kiçıx 

müəssisələrə və fərdi sahibkarlara hədəflənmə məqsədəuyğun saylır. 

Prioritet  istiqamətlərin  müəyyənləşdirilməsi.  Fondun  resurslarının  məhdud  olacağını 

nəzərə  alaraq,  bu  resurslardan  səmərəli  istifadə  məqsədilə  prioritetləşdirmə  aparılması  və 

bunun  elan  edilməsi  faydalı  olar.  Bu  zaman  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının istehsalına,  məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş sahələrdə rəqabət 

qabiliyyətli  və  ixrac  yönümlü  məhsul  istehsalına,  regionlarda  həyata  keçirilən  infrastruktur 

layihələrinin  həyata  keçirilməsinə  (müasir  tipli  suvarma  sistemlərinin,  meyvə  və  tərəvəz 

məhsullarının  saxlanılması  üçün  soyuducu  anbar  komplekslərinin,  istixanaların  və  s. 

yaradılmasına),  intensiv  heyvandarlıq  (damazlıq  və  südlük  istiqamətli  cins  heyvandarlıq), 

quşçuluq,  bağçılıq  (o  cümlədən  tingçilik)  və  toxumçuluq  təsərrüfatlarının,  arıçılığın  inkişaf 

etdirilməsinə və s. üstünlük verilə bilər. 

Üzümçülük və şərabçılıq sahəsində aşağıdakı nəticə və tövsiyyələr irəli sürülür: 

-

 

Üzümçülük və şərabçılıq sahəsində mövcud olan normativ hüquqi aktlar üzrə sahənin 



inkişafı  ilə  bağlı  tədbirlərin  üzrə  müvafiq  dövlət  qurumları  arasında  səlahiyyətlərin 

dəqiqləşdirilməsi və onların işinin əlaqələndirilməsinin gücləndirilməsi; 

-

 

Üzümçülük və şərabçılıq sahəsində mövcud olan normativ hüquqi aktlarda sığorta və 



lizinq  xidmətləri  və  bu  xidmətlərdə  dövlət  dəstəyi  ilə  bağlı  konkret  mexanizmlərin 

əlavə edilməsi; 

-

 

Üzümçülük və şərabçılıq sahəsində sığorta xidmətləri ilə bağlı institusional sistemin 



gücləndirilməsi; 

-

 



Üzümçülük  və  şərabçılıq  sahəsi  üçün  sığorta  və  lizinq  xidmətlərinə  dövlət  dəstəyi 

mexanizmlərinin  konkretləşdirilməsi. 

Üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq  xidmətlərinin  hüquqi  əsasları  üzrə 

araşdırmalar üzrə müəyyən olunmuş nəticələr əsasında aşağıdakı tədbirlər tövsiyyə olunur: 

-

 

 “Kənd 



təsərrüfatında 

sığortanın 

stimullaşdırılması” 

haqqında 

Azərbaycan 

Respublikasının  Qanunun  təkmilləşdirilərək  kənd  təsərrüfatının  ayrı-ayrı  sahələri  üzrə,  o 

cümlədən üzümçülüklə bağlı müddəaların müəyyən olunması; 

-

 



Qanunvericilik  üzrə  xırda  pay  torpaq  sahiblərinin  birləşməsinin  stimullaşdırılması 

məqsədilə  kooperativlər  üçün  sığorta  və  lizinq  xidmətlərinə  dövlət  dəstəyi  sahəsində  xüsusi 

güzəştlərin nəzərə alınması; 

Tədqiqatın  nəticələrinə  görə  ölkədə  lizinqin  inkişafı  üçün  aşağıdakı  kimi  siyasət 

tədbirlərinin həyata keçirilməsini məqsədəytğun hesab olunur:  

-

 



Lizinq haqqında  yeni  qanunun  hazırlanması  və  qəbulu.  Bu zaman  mütərəqqi  dünya 

təcrübəsinə əsaslanmaq;  

-

 

Lizinq şirkətlərinin lisenziyalaşdırılması və bu sahədə ixtisaslı kadrlar hazırlanmasına 



dəstək mexanizmləri yaradılması;  

-

 



Lizinq münasibətlərinə nəzarət edən xüsusi tənzimləyici orqan yaradılması;  

-

 



Operativ lizinqin inkişafının dəstəklənməsi;  

 

 

-



 

Mühasibat uçotu sisteminin Mülki Məcəlləyə uyğunlaşdırılılması;  

-

 

Beynəlxalq Mühasibat Uçotu standartlarını lizinq sektorunda tətbiqi;  



-

 

Regionlarda lizinqin inkişafına kömək məqsədilə dövlət proqramları hazırlamaq 



(Azərbaycan 2020: gələcəyə baxış “İnkişaf konsepsiyası”nda lizinqin inkişafına 

toxunulması bu xidmətin regionlarda inkişaf etməsi üçün dövlət proqramlarının 

işlənib hazırlanması və tətbiqinə imkan yaradır.);  

-

 



Lizinq bazarının inkişafı üçün lizinq ödəmələri zamanı sürətləndirilmiş 

amortizasiyanın tətbiq olunmasını yenidən bərpa etmək;  

-

 

1 yanvar, 2014-cü ildə banklarda minimum nizamnamə kapitalının (hal-hazırda 10 



mln AZN) 50 milyon manatadək artırılması bank sektorunda boşluqlar yaradacaqdır 

ki, bu boşluqdan istifadə edərək lizinq şirkətləri yaratmaq (hərçənd ki, hazırda lizinq 

şirkətləri üçün minimum nizamnamə kapitalı da tələb olunmur);  

-

 



ƏDV ilə bağlı çətinliyi aradan qaldırmaq üçün Vergi qanunvericiliyində də düzəlişlər 

etmək;  


-

 

Xaricdən gətirilən nadir və bahalı lizinq obyektlərini qismən və ya tamamilə gömrük 



rüsumlarından azad etmək;  

-

 



Lizinq şirkətlərinin marketinq və menecment departamentlərinin işlərini 

gücləndirmək;  

-

 

Maliyyələşmə mənbələrində daxili investorların payını çoxaltmaq;  



-

 

Lizinq şikətlərində müştərilərə elektron xidmətlər göstərmək;  



-

 

Lizinq şirkətlərinin xarici bazarlarda fəaliyyəti üçün müxtəlif kanallara çıxışda dövlət 



tərəfindən dəstək vermək;  

-

 



Bu sahədə assosiyasiyalar və ya ittifaqlar yaratmaq;  

-

 



Lizinq Fondu yaratmaq (maliyyələşdirmə mənbələri ilə bağlı çətinliyi aradan qaldıra 

bilər);  

-

 

Bankların lizinq fəaliyyəti ilə məşğul olması məsələsini nəzərdən keçirmək;  



-

 

Tənzimləmə məqsədilə lizinq şirkətləri üçün minimum nizamnamə kapitalını 



müəyyən etmək;  

-

 



Lizinq birjası yaratmaq (bu, imkan verəcək ki, lizinq şirkəti və lizinq alan haqqında 

tam informasiya əks olunsun elektron baza əsasında və lizinq bazarının bu şəkildə 

tam təsvir olunması onun digər fondlarla müqayisəsinə də imkan yaradacaqdır);  

-

 



Sahibkarların maariflənməsi məqsədilə lizinq mözusunda təlimlər təşkil etmək və s. 

 

 

İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR 



 

1.

 



Azərbaycan Respublikasının Mülki Məcəlləsi  

2.

 



Azərbaycan Respublikasının Vergi Məcəlləsi  

3.

 



Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, www.maliyye.gov.az 

4.

 



Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, www.azstat.org 

5.

 



Azərbaycan Respublikasının Mərkəzi Bankı, www.cbar.az 

6.

 



Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi,  Normativ  Hüquqi  Aktların  elektron  məlumat 

bazası, www.e-qanun.az 



7.

 

Azərbaycanda sığorta sistemi:iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi. Bakı: Qanun 

Nəşriyyatı, 2011 

8.

 



A.Ü.H.F , Banka ve Ticaret Hukuku Araştırma Enstitüsü Yayınları Dergisi 1999 

9.

 



Ahmet Erol, Finansal Kiralama,Türmob Sirküler rapor 79, Ankara, 1999 

10.


 

Prof.Dr. Recep Pekdemir, Finansal Kiralama İşlemlerinde Değerleme ve Raporlama, Sirküler 

Rapor 2003-12, Ankara, 2003 

11.


 

M. Cengiz Ünlü,Şirketlerin Kuruluşu ve Tasfiye işlemleri Rehberi,Adalet Yayınevi,Ankara,1997  

12.

 

-M. Şerif Aktaş, Dış Ticaret Finansmanında Factoring, İGEME, Ankara, 1989  



13.

 

Erkut Onursal, Dış Ticaret İşlemleri ve Uygulama, Orta Anadolu İhracatçı Birlikleri Yayını, 



Ankara, 1996  

14.


 

FİNANSMAN YÖNTEMLERİNDEN FACTORİNG , Stj. Av. ÇİLEM SAKLAVCI , Makale 

15.

 

Dr.M.Argun Köteli, Karşılaştırmalı Hukuk ve Türk Hukukunda Finansal Kiralama, Kazancı 



Kitap Ticaret A.Ş, 1991 

16.


 

-Mehmet Hoç, Bütün yönleriyle Finansal Kiralama, Alfa Basım Dağıtım, İstanbul, Nisan 1999 



17.

 

-Prof.Dr. Selahattin Tuncer, Türkiye’de Sermaye Piyasası, Teori-Uygulama, Okan Yayıncılık 

Dağıtımcılık, İstanbul, 1985 

18.


 

Bax: Swiss Re: “Islamic Insurance Revisited” September, 2011. S.14. 

19.

 

Dr. Muhamməd Məsum Billəh “Different models of Takaful in the Global sound market”, 



Preview. www.islamic-insurace.com 

20.


 

Pricewaterhouse Coopers “Takaful: Growth opportunities in a dynamic market Insurance” 2008, 

S. 3. 

21.


 

Muhəmməd Saleh əl-Munəccid “Ailə tərbiyəsinə dair 40 nəsihət” Bakı 2005, s. 26. 

22.

 

Muhəmməd ibn-İsmail Əl-Buxari “Peyğəmbərin əxlaqı” _ Muhəmməd Nasiraddin Əl-Albaninin 



təhqiqatı _ Əlixan Musayevin tərcüməsi, Bakı 2005, s. 436. 

23.


 

Muheymin İqbal “General Takaful Practice: Technical Approarch to Eliminate Gharar 

(uncertainty), Maisir (gambling), and Riba’ (usury)” (“Ümumi təkaful təcrübəsi: qarar, meysir və 

ribanin aradan qaldırılmasına texniki yanaşma”), Cakarta 2005, s.16 

24.

 

Əli Xurşud “Islamic insurance: A modern approach to Islamic banking” 2004 –cü ildə ABŞ-da 



“Routledge Curson” mətbəəsində 230 səhifədə çap edilib İSBN 0-415-31105-5, s. xi. 

25.


 

"Səhih Muslim", 1513 

26.

 

www.islam-qa.com  



27.

 

“RİSK” jurnalı, 2012-ci il №1(3), s. 36-39 



28.

 

"Dəvət" juranli, May 2013 / №5 (22), s. 32-35 



29.

 

http://www.euro-leasing.eu/home  



30.

 

http://www.leaseurope.org/  



31.

 

http://banker.az/aze/  



32.

 

http://www.aqrolizinq.com 



 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin