Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə6/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   2   3   4   5   6   7   8   9   ...   45

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
36 
Bütün türk dilləri, xüsusilə Azərbaycan ədəbi dili üçün xarakterik cəhət sayılan 
“ahəng qanunu” ilk dəfə  Mahmud Kaşğari aşkar etmiş və türk dillərinin fonetik və 
morfoloji xüsusiyyətlərini aşkar etmişdir. 
Mahmud Kaşğari bu əsərində ikiliklər və dördlüklər şəkilində olan 764 misra 
şeir, 300 deyim (atalar sözü və  zərbi məsəllər), o cümlədən bunların arasında 10 
alqış  və qarğışlardan istifadə etmişdir. “Divani -lüğatit türk” əsərində  əski türk 
dastanları olan “Şu Xaqan” və “Alp Ər Tonqa” dastanlarının müəyyən hissələrinə 
rast gəlmək mümkündür. Divanda olan atalar sözü və məsəllər ilk dəfə almaniyalı 
alim Brokkelman seçərək ayrıca kitabça  şəkilində  Berlində nəşr etdirmişdir. 
Əski türkçə də verilən mətnlər əsasən 5-15 hecadan ibarətdir. Onların arasında 
bəzən 3 hecalı nümunələrə  də rast gəlmək mümkündür. Mahmud Kaşğarinin bu 
əsərində, xüsusilə bədii şeir nümunələrində türklərin qəhrəmanlıqları, döyüş səhnə-
ləri və təbiət gözəllikləri tərənnüm olunur. 
Türk xalqlarının ilk lüğəti olan bu əsərin əsli dövrümüzə qədər gəlib çatmamı-
şdır. “Divani -lüğatit türk” əsərinin mətni 319 böyük vərəqdə yazılmışdır. Əlyazma 
638 səhifədən ibarətdir və  hər səhifədə  sətirlərin sayı 17-dir. İstanbulun Millət 
kitabxanasının Əl Əmiri adına fondunda saxlanılan yeganə əski əl yazma nüsxəsi 
1266-cı ilin avqust ayının birində katib Məhəmməd Əssami tərəfindən götürülmüş-
dür. Bu işlə sonralar Məhəmməd Şamlı məşğul olunmuşdur. Əsər haqqında ilk dəfə 
Kilisli Rifət məlumat vermişdir. O, əsəri 1917 -1919-cu illərdə  nəşr etdirmişdir. 
Ötən əsrin ortalarında “Divani -lüğatit türk”ün tədqiqinə maraq daha da artmışdır. 
XX əsrin 60-cı illərində əsər tərcümə olunaraq Özbəkistanın paytaxtı Daşkənd şə-
hərində nəşr olunmuşdur. 
Divanda istifadə olunmuş şeir mətnləri əsasən 7-8 hecadan ibarətdir. Nümunə-
lər əsasən qoşma şəklində qafiyələnir. Daha dəqiq desək birinci 3 misra öz aralarında 
qafiyələnir, dördüncü misra isə  hər bəndin sonunda təkrar olunur. Burada ağılara da 
rast gəlmək mümkündür. Əsərdə 17 bənd ağının 11 Alp Ər Tonqanın ölümünə həsr 
olunmuşdur. Məsələn: 
Alp Ər Tonqa öldümü? 
Yaman dünya qaldımı? 
Fələk öcün aldımı? 
İndi ürək yırtılır. 
 
Fələk fürsət gözlədi 
Gizlincə tələ qurdu 
Bəylər bəyin yanıtdı 
Qaçsa necə qurtulur 
“Divani -lüğatit türk”də tuyuqlar da öz əksini tapmışdır. Lakin bu gün bir çox 
elmi  ədəbiyyatlarda tuyuq janrını Qazi Bürhanəddin ilə  əlaqələndirirlər. Bu bir daha 
sübut edir ki, türk ədəbiyyatı yüksək inkişaf etmiş və zəngin təşəkkül dövrünə qədəm 
qoymuşdur. Aydın olur ki, türklərin mədəniyyəti, tarixi daha qədim əsrlərə  məxsusdur. 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
37 
“Kitabi -Dədə Qorqud” dastanında işlənmiş bir çox sözlərin izahı “Divani -lüğatit 
türk”də şərh olunur. Mahmud Kaşğarinin bu əsəri təkcə Azərbaycan xalqının deyil, 
ümumilikdə bütün türk dünyasının ortaq yazılı abidəsidir. 
 
 
“TƏRCÜMƏ NƏZƏRİYYƏSİ VƏ ONUN 
PROBLEMLƏRİ” 
Günel RZAZADƏ 
ADPU-nun filologiya fakültəsi, II kurs 207-ci qrup tələbəsi 
Elmi rəhbər: dos. Nailə Əlizadə 
 
Dil haqqında elmin tətbiqi sahəsində daxil olan tərcüməşünaslıq elminin tarixi 
qədimdir. Bu sahənin tarixinin qədimliyi onun praktikliyi ilə sıx bağlıdır. Lakin o 
zamanlar dil öyrənmək məqsədyönlü şəkildə, elmi metodlarla deyil, insanların düş-
düyü dil mühitinin təsirindən baş verirdi. Sonralar “xarici dil” dedikdə Latın dilinin 
öyrənilməsi nəzərdə tutulurdu və onun öyrənilməsinə  tətbiq edilən metodlar, üsullar, 
eləcə də latın dilinin öyrənilməsi zamanı qarşıya çıxan problemlər digər dillərə də 
aid edilirdi. Lakin müasir dövrdə hər bir dilin öyrənilməsinə tətbiq edilən metodlar 
bir-birindən fərqlənir. 
Tərcüməşünaslıq şöbəsi nitq fəaliyyətinin bir növü olan tərcümə haqqında elm-
dir. Bu şöbəni bəzən “translatalogiya”, bəzən isə “tərcümə nəzəriyyəsi” də adlandı-
rırlar. Linqvistik tərcüməşünaslığın mövzusunu tərcümə fəaliyyəti məsələləri, tər-
cümə prosesinin ümumi qanunauyğunluqlarını  işıqlandırmaq problemləri təşkil 
edir. Müxtəlif forma və məzmunda olan materialların tərcüməsi ilə əlaqədar tərcü-
mənin iki böyük növü meydana çıxmışdır. Bunlardan biri bədii tərcümədir. Bədii 
tərcümənin yəni (bədii  ədəbiyyatın tərcüməsinin) öz məzmunu və tədqiqat metodları 
vardır. Tərcüməşünaslığın digər növü informativ tərcümədir. 
İnformativ tərcümə dedikdə, buraya elmi, rəsmi, ictimai publisistik, kargüzarlıq və 
sair materiallarının tərcüməsi daxil edilir. Tərcümə nitq fəaliyyətinin xüsusi bir 
növüdür. Bir dildən başqa dilə tərcümə zamanı  başqa dildə yeni mətn yaranır. Bu 
mətnin orijinala tam uyğun gəlməsi üçün tərcümənin dəqiqliyi tələb olunur. Bu də-
qiqlik dil ünsürlərinin bütün incəliyi, variantları və çalarları ilə tərcümə olunması, 
dil normalarının təhrif olunmasına yol verilməməsini tələb edir. Çox zaman yuxarı-
dakı normalara tam şəkildə olmasa da, qismən əməl olunur. Lakin bəzi hallarda elə 
söz və ifadələr quruluşları ilə rastlaşırıq ki, onları  hərfi tərcümə etməklə düzgün 
məna çalarları alınmır. Tərcümə zamanı rast gəlinən bu tip problemlərdən biri də 
atalar sözlərinin, frazeloji  birləşmələrin dilimizə  məna dəqiqliyi ilə tərcüməsidir. 
Məsələn: “Mrs Smith is very blue stocking woman.”- cümləsinin tərcüməsi ilk 
baxışda çox sadə görünür. Blue-stocking sözünün tərəflərinin ayrı-ayrılıqda tərcü-
məsi mavi-corab deməkdir. Lakin həm qrammatik, həm də semantik cəhətdən doğru 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
38 
səslənmir. Deməli, blue stocking sözünün düzgün tərcüməsini birləşmə  şəklində 
axtarmalıyıq. Və bu zaman bu sözün “ziyalı” mənasına rast gəlirik. Deməli cümlə-
nin düzgün tərcüməsi: - Xanım Smit çox ziyalı qadındır.”- kimidir. Bəzən isə elə 
bir cümləyə rast gəlirik ki, cümlənin tərkibindəki bütün sözləri bilirik, lakin tərcü-
mədə çətinlik çəkirik. Məsələn: 
Better be late, driver 
Than the late  driver. 
Bu cümlənin düzgün tərcümə olunması üçün ilk əvvəl o düzgün intonasiya ilə 
oxunmalıdır. Yəni birinci cümlədəki driver (sürücü) sözü xitabdır və onu qısa fasilə 
edərək oxumalıyıq və cümlədəki sözlərin digər mənalarına da baxmalıyıq. Həm də 
ikinci cümlədə  işlənən driver sözünü sifət kimi axtarmalıyıq. Və  nəticədə “late” 
sözünün “mərhum” mənasına rast gəlirik. Yəni düzgün tərcümə belədir. 
Better be late, driver 
Than the late driver. 
Gecikən sürücü olmaq, mərhum sürücü olmaqdan yaxşıdır. 
Tərcümə zamanı rast gəlinən çətinliklər sırasına vurğu ilə  dəyişən sözləri də 
əlavə edə bilərik. Məsələn, present ['preznt]; present [pri'zent]. 
Hər iki halda, yəni həm isim kimi, həm də fel kimi bu sözün bir çox mənası var. 
Birinci hala misal olaraq: The present owner of the house (Evin indiki sahibi) 
İkinci halda isə “the local government will present the prizes at the end of the 
ceremony.” (Mərasimin sonunda yerli hökumət mükafatları veriləcək.) cümlələrini 
göstərə bilərik. 
Eyni cür səslənən söz birləşmələri də bəzən nitqdə anlaşılmazlığa səbəb olur. 
Məsələn: 
My train is coming.(Mənim qatarım gəlir). 
Look at the clouds it might rain.(Buludlara bax, yağış yağa bilər). 
Bu cümlələrdəki my train və might rain ifadələri bir-birinə çox oxşayır. Lakin 
tələffüz zamanı biz fasilə etmiş olsaq, onları bir-birindən asanlıqla fərqləndirə bilərik. 
Çoxmənalı sözlər dedikdə sözün əsas mənası  və onunla bağlı yaranan əlavə 
mənalı sözlər başa düşülür. Belə sözlərdə az və ya çox dərəcədə əsas məna ilə bağ-
lılıq olur. Lakin tərcümə zamanı sözün bir mənasının  əvəzinə digərinin işlənməsi 
düzgün deyildir. Məsələn, gift sözünün bir neçə mənası var: Mother had never got such 
a gift – Ana heç vaxt belə hədiyyə almayıb. 
She had a gift of lying – Onun yalan danışmaq istedadı var idi. 
Omonim sözlərdə əsas və ya törəmə məna olmur. Belə sözlərə tez-tez rast gəlirik. 
Və onların bütün mənalarını bilməmək səhv tərcüməyə  səbəb olur. Lakin onların 
hansı mənada işləndiyini cümlədən, daha doğrusu, konteksdən müəyyənləşdirmək 
olar. Məsələn: 
In the thick forest I saw a bird on the top of the palm. (Qalın meşədə palma 
ağacının üstündə quş gördüm). 
There is fifteen pens in his palm.(Onun ovucunda 15 pens var). 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
39 
“MƏXƏZ VƏ TƏRCÜMƏ MƏTNLƏRİNDƏ             
DENOTATİV UYĞUNLUQ” 
Lalə NƏCƏFOVA 
Odlar Yurdu Universitenin Tərcümə fakültəsi 927T qrupu 
Elmi Rəhbər:Nəsirova Ü . Ə 
 
Tərcümə ilə orijinal arasında leksik,eləcə  də denotativ uyğunluq dedikdə  məxəz 
mətndəki sözlərlə  tərcümə  mətninin sözlərinin üst-üstə düşməsi nəzərdə tutulur. 
Məlumdur ki, bir-birinin eyni olan 2 dil yoxdur, belə olduğu halda da onların 
dəqiqliyi ilə üst-üstə düşməsi qeyri-mümkündür.Onda ümumi məzmun ilə tərcümə 
arasında oxşarlıq ola bilər,lakin bu eyni təəssüratı bağışlamayacaq.İngilis tərcümə 
nəzəriyyəçisi Konstans Uest yazır: ”Tərcümə etmək məsuliyyətini üzərinə götür-
müş şəxs sanki borc aldığı haqqında müqavilə imzalayır,qaytardıqda  borcu həmin 
valyuta ilə deyil,həmin məbləğdə qaytarmalıdır ”.Heç kəs elə  təsəvvür etməsin 
ki,tərcümə zamanı şərhdən yayınmaq mümkündür. 
Tərcümə müxtəlif yollarla,prinsiplərlə  həyata keçirilir.Ənənəvi olaraq sərbəst 
və yaxud parafrastik tərcümələri orijinala yaxın,yaxud hərfi tərcümələrlə qarşı-
qarşıya qoyuruq.Əslində növlər daha çoxdur,lakin ən azından bu fərqləndirməyə 
nəzər salaq.Məsələn,sətri tərcümələrdə eyni söz eyni tərzdə  tərcümə edilir.Digər 
növündə isə əsasən məxəz mətndəki informasiyanı verməkdən çox,oradakı əhval-
ruhiyyəni yaratmağa üstünlük verilir.Ezra Pond yazır ki,tərcümədə  əsas məsələ 
sintaksisin yox,mənanın verilməsidir.Eyni fikri E.Miliqan da dəstəkləyərək yazır 
ki, ”Tərcümədə sözü yox,mənanı vermək lazımdır.` Hərfilik tərcüməni öldürür, 
orijinalın ruhunu canlandırmaq isə ona həyat verir `. 
Tərcümənin müəyyən məqsədləri onun üsulunun,növünün seçilməsi üçün mü-
hüm amil ola bilər. San Blas təhkiyyəçisi öz oxucu, yaxud dinləyicisini yalnız əylən-
dirmək məqsədi güdür, amma bu cür hekayələri tərcümə etməyi qarşısına məqsəd 
qoymuş etnoqraf oradakı özünəməxsusluğu üzə çıxarmağa, qabartmağa, ən yaxın, 
ən münasib ekvivalenti tapmağa çalışır. 2 əsas ekvivalent növü mövcuddur: Formal 
ekvivalentlik və Dinamik ekvivalentlik. 
Formal ekvl.- diqqəti forma və  məzmunun hər ikisi daxil olmaqla mətndəki 
məlumat üzərində cəmləşir. Etnoqraf çalışır ki, nəzm nəzm üstə, cümlə cümlə üstə
anlayış anlayış üst-üstə düşsün, hər bir element bu 2 mətndə bir-birinə uyğun gəlsin, 
olduğu kimi tərcümə etsin. Bu cür struktural ekvivalentliyi tam əks etdirən tərcü-
məni “ Gloss “ adlandırırlar. Dinamik ekvivalentliyə əsaslanan tərcümənin təbii dili 
olur, olduğu kimi yox əsas məna dinləyiciyə çatdırılır. Nümunə olaraq belə bir söz 
birləşməsinə  nəzər salaq : “ ive one another a hearty hand – shake all around ” 
(ürəkdən  əl sıxmaq,ürəkdən görüşmək) mənasında verilmişdir. Elə buna gorə  də 
son illər dinamik üsula  üstünlük verilir. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
40 
İstər formal, istərsə də dinamik ekvivalentlikdən bəhs etdikdə məlumatın ötü-
rülməsi üçün istifadə edilən mədəniyyət yaxınlığından da istifadə olunur, çünki çox 
vaxt yaxın dillərdən və  mədəniyyətlərdən tərcümələr olunur. Beləki yaxınlıq çox 
olduğu halda tərcümə ciddi problemlər yaratmır, lakin lap yaxın olduqda oxşarlıq 
tərcüməçini aldadır və nəticədə zəif tərcümə əldə edilir. Ən ciddi təhlükələrdən biri  
“ alınma va yaxud eyni kökdən olan sözlər “ çox vaxt ilk baxışda ekvivalent təsiri 
bağışlayır, amma həmişə belə olmur. Məsələn, İngilis dilindəki “ demand  “ sözü 
ilə Fransız dilindəki “ demander “, ing.cə “ ignore “ ilə İspanca “ ignorar “, ing.cə 
“ virtue “ ilə Latınca “ virtus “ sözləri buna misal ola bilər. Mədəniyyətlər yaxın, 
dillər uzaq olduqda isə tərcüməçi çoxlu formal dəyişikliklər etməli olur, ekstralan-
qvistik situasiyadan istifadə edib mətni, mövzunu genişləndirməlidir. Bu da artıq 
bir mədəniyyətdən digərinə tərcümə adlanır. Əslində mədəniyyətlər arası fərqlər dil 
fərqlərindən də çox çətinliklər yaradır. 
Tərcüməçiliyin müəyyən növləri haqqında bir sıra mühüm və nisbətən anlaşıqlı 
fikirlər deyilmişdir. 
Şe`r tərcüməsindən bəhs edən Cekson Metyuz yazır : “ Bir şey aydındır  bir 
şe`ri bütövlükdə  tərcümə etmək yeni şe`r yazmaqdır “. Bu orijinalın məzmununa 
sadiq, formasına təxminən yaxın, lakin artıq  ərsəyə tamam fərqli bir əsər çıxmış 
olacaq. Ricmon Lattimer də  şe`r tərcüməsindən bəhs edərək Yunan poeziyasının 
ingilis dilinə tərcüməsindən danışır. O, göstərir ki, yunan şe`rini ingilis dilinə tər-
cümə etmək ingiliscə yeni şe`r yazmaq deməkdir, çünki əsərin tərcüməsi yox, 
məhz şe`r tərcüməsi yeni yaradılış tələb edir. Şe`r nəsrdən fərqli olaraq forma daha 
əhəmiyyət kəsb edir. Bu demək deyil ki, şe`r tərcüməsində məzmun formaya qur-
ban verilir, məzmun sıxışdırılıb müəyyən formalı bir qəlibə salınır. Çox nadir hal-
larda forma və məzmun öz əksini tapır,əksər hallarda məzmunun ötürülməsi xatirinə 
forma qurban verilir. Nəsrlə tərcümə olunmuş lirik şe`r adekvat ekvivalent deyil.Bu 
konseptual məzmunu verə bilsə də, şe`rə məxsus emosionallığı və oxunaqlığı verə 
bilmir, amma bəzən mümkün olur. Homerin epik şe`rlərinin ingilis dilinə tərcüməsi 
formaca çox qədim və qəribə görünür, burada Homer üslubuna məxsus ardıcıllıq və 
təbiilik yoxdur. Bunun səbəblərindən biri odur ki, oxucular hekayənin nəzm ilə 
nəqlinə öyrəşməmişlər. Buna görə də E.B.Riyu Homerin “ İliada “ və “ Odissey “ ini 
tərcümə edərkən onları nəsrlə tərcümə etməyi daha münasib hesab etmişlər. 
Eyni əsərin müxtəlif tərcümələri arasında fərqlər 3 amillə bağlıdır:  
a) Ötürülən məlumatın xarakteri, 
b) Müəllifin və tərcüməçinin əsas məqsədi, 
c) İnformasiyanı qəbul edən şəxslərin kimliyi 
Ötürülən məlumatlar başlıca olaraq məzmunun və yaxud formanın hansı dərə-
cədə dominant olması ilə  fərqlənir. Bəzi məlumatlarda məzmuna bəzilərində isə 
formaya üstünlük verilməlidir. 
İnformatika tərcümələrinin  əsas məqsədi idraki səciyyə daşıyır, məsələn, 
etnoqrafın, yaxud müəyyən bir fəlsəfi traktatın tərcüməsi sırf informativdir. Əsas – 
üslub, təbiilik, və oxunaqlılıqdır. Maks Beerbort yazır ki, pyesləri ingilis dilinə tər-

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
41 
cümə edənlərin ən böyük günahı dilin təbiiliyinə əhəmiyyət verməməkdir, oxuduqda, 
dinlədikdə açıq – aydın bilinir ki, əsər tərcümədir. Tərcüməçilərin  əksəriyyətinin 
belə bir cəhəti var ki, onlar elə sözlər tapıb işlədirlər ki, heç onu orta səviyyəli ingi-
lis işlətmir. Qudspid bildirir ki, ən yaxşı  tərcümə odur ki, onu oxuyanda tərcümə 
oxunduğu yada salınmır, təbii ingilis dilinə çevrilir, yeni bir dildə oxucuya oriji-
nalın öz oxucusuna bağışladığı təsiri bağışlayır. 
Tərcüməçinin məqsədi təhrikedici (imperative) olduqda adaptasiya daha geniş 
yer alır. Bu zaman tərcüməçi nəinki müəyyən bir davranış tərzi təlqin etməyə çalı-
şır, həm də bunu aydın və təhrikedici şəkildə edir. O, oxucunun onu başa düşməsini 
yox, tərcümənin də aydın olmasına çalışır.Bundan əlavə oxucunun da dərk etməsi-
nin ən azı 4 səviyyəsi var : 
a) Uşaq səviyyəsi ( məhdud leksikonu və təcrübəsi olduğu üçün )  
b) Yenicə savad alanların səviyyəsi  ( şifahi məlumatı  dərk edir,yazılı  məlu-
matı dərk etmək qabiliyyəti məhduddur )  
c) Orta səviyyəli yaşlı savadlı adamlar ( nisbətən asanlıqla həm yazılı,həm 
şifahi məlumatı dərk edir)  
d) Yüksək dərk etmə səviyyəsi ( bura mütəxəssislər daxildir,öz sahələrinə dair 
məlumatı asanlıqla dərk edirlər.) 
Eləcə də bir sıra formal ekvivalentlər o cümlədən   
1)   qrammatik  vahidləri ,  
2)   sözlər arasındakı məntiqliyi ,  
3)   leksik  mənaları saxlamağa çalışır. 
Qrammatik  vahidlərin tərcümədə saxlanması dedikdə:  
a)   ismin isimlə,fe`lin fe`llə və s. verilməsi  
b)   bütün frazaların , cümlələrin orijinalda olduğu kimi (yəni mürəkkəb, qarı-
şıq cümlələr parçalanmır, ayrı şəkildə formalaşdırılmır) ,  
c)  bütün formal göstəricilərin (məsələn, durğuişarələri, abzaslar, pauzalar, 
şe`rə məxsus formal elementlər) qarşılığını tapıb tərcümədə verilməsi nəzərdə 
tutulur. 
Ümumiyyətlə tərcümə haqqında, onun tərifi haqqında fikirlər saysız hesabsızdır. 
Müxtəlif fikirlərin olması  təbiidir, çünki dillər özü də daim inkişaf edir, dəyişir, 
müxtəlif modifikasilar baş verir. Müəyyən bir dövrdə məqbul sayılan tərcümə, vaxt 
keçdikcə dəyərdən düşür, qeyri-məqbul hesab edilir. Tərcümənin məqsədi isə infor-
masiya verməkdən də artıq ola bilər. Orijinaldakı sözlərin ardıcıllığını, məntiqi 
əlaqəsini  əks etdirməyə  cəhd edərkən formal ekvivalent yönümlü tərcümə  bəzən 
əlaqəsiz söz düzümünə gətirib çıxardır. Belə hallarda tərcüməçi elə ağıllı, elə kiçik 
manevrlər,dəyişikliklər aparır ki, oxucu onun nə demək istədiyini anlayır,o zaman 
isə artıq tərcüməçi oxucusundan `necə də ağıllıdır` yox, `nə qədər mənalıdır` sözlərini 
eşidir. Hər bir halda unutmaq lazım deyil ki, ən əsas məqsəd həm məzmun, həm də 
formanın tərcümədə öz əksini tapmasıdır. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
42 
“BƏXTİYAR VAHABZADƏ POEZİYASINDA 
MƏCAZLAR (METAFORA, METONİMİYA, TƏŞBEH)” 
Əminə MAHMUDZADƏ 
ADPU  filologiya fakültəsi,  II kurs 201-ci qrup 
Elmi rəhbər: prof. Əzizxan Tanrıverdi 
 
Yaşamaq-yanmaqdır, yanasan gərək 
Həyatın mənası  yalnız ondadır. 
Şam əgər yanmırsa, yaşamır demək 
Onun da həyatı yanmağındadır. 
Sevimli xalq şairi  Bəxtiyar Vahabzadənin  bu gün  müdriklik  zirvəsində qərar 
tutmuş poeziyasının saysız-hesabsız  pərəstişkarlarının dillər əzbəri olan bu qanadlı  
misraları xalqımızın həyatında kəşməkəşli, məşəqqətli, zaman miqyasında dəyiş-
məz, mərdanə həyat, yaşayış prinsipi və məsləki, yarıməsrlik fədakar sənətkar öm-
rünün məhək daşı, estetik meyarı, amalı olmuşdur.B. Vahabzadə yaşayan, döyüşən, 
səfərbər edən və  Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş  
Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlı-
lıq, təkrarsız fərdi, milli çalar Bəxtiyar  şeirini artıq, müasir poeziyamızın tarixi-bədii 
faktın və hadisəsinə çevirmişdir. O, poeziyamızı dövrün ağır sınaqlarında  qoruyub 
saxlamağı bacaran , “öz sinəsində hər zərbəyə açıq dərisi soyulmuş ürək gəzdirən” 
həqiqi milli şairdir. Bəxtiyar sayca az olan o xoşbəxt şairlərdəndir ki, zəngin yara-
dıcılığı hamını  həyəcanlandırır. Uşaq da, böyük də, bu poeziyadan zövq alır. Bu 
poeziya, sözün əsl mənasında xəlqi poeziyadır və xalqa mənsubdur. Şairin  poezi-
yasını suyu büllur  kimi təmiz, büllur kimi şəffaf olan bulaqlara oxşatmaq olar. Elə 
bulağa ki, onun suyu ən təşnə  ürəklərə də, əvəzsiz bir sərinlik , rahatlıq gətirir. Bu, 
həqiqətən belədir, bəzilərinin daha üstün tutduqları təxminilik  əvəzinə bu şeirlərdə 
bir duruluq, dəqiqlik var.  Şairin bədii obrazlarla, ən çeşidli məcazlarla  zəngin olan  
poetik dili heyrətli bir sadəliklə, aydınlıqla seçilir. Şairin şeirlərində  zəngin məna 
çalarına malik məcazın müxtəlif növlərinə rast gəlinir.  Şair metafora yolu ilə bir 
əşya üzərinə müxtəlif əlamət və keyfiyyət köçürərək, əsərlərinin emosional gücünü 
artırmış, yaratdığı obrazların xüsusiyyətlərini daha qabarıq ifadə etmişdir. Hətta bə-
zən şair nəzərə çatdırmaq istədiyi fikirlə əlaqədar olaraq bir neçə metafora işlədərək 
demək olar ki,  metafora silsiləsi yaradır. 
Heyf o ilahi,  qövsi qaşlara 
Sınacaq kədərli düşüncələrdən. 
Burada tək bir “sınacaq” sözünün köməyi ilə şair bütöv bir bədii portret çək-
miş, fikrindən sınmış qaşları, o qaşların sahibini gözlərimiz önündə canlandırmış-
dır.  Şair bəzən eyni bir predmeti ən müxtəlif sözlərlə  rəngləyir. Lakin sözlərin 
müxtəlifliyi onların təyin etdiyi predmetin qavranılmasını mürəkkəbləşdirmir,  əksinə  
daha da əyaniləşdirir. Bəxtiyar poziyasında oxucunu düşündürmək, onu daim ayıq 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
43 
saxlamaq,  hər kəlməsi, hər beyti,  hər bəndi və bunu şeir silsiləsi ilə onu həyata və 
fəaliyyətə səsləmək keyfiyyəti vardır və bu onun poetik üslubunun  məziyyətlərin-
dən biridir. Şairin poeziyasında metaforalara geniş sayda rast gəlmək  mümkündür. 
Məs: “Bəlkə göy kişnədi, bulud ağladı?”, “bu səslər bizə atəşlər yurdunun fəlsə-
fəsindən danışır”, “azadlıq quşun qanadında uçur,” “həqiqət  ədalət məhkəməsinə 
qol çəkir”, “insan da bar verib başını əyir”, “alışıram gecələr masa arxasında mən, 
saçlarım  da ağarır qəlbimin atəşindən”, “elm ayaq açıb dolanır indi”, “sənə güllər 
nəğmə deyir”, “sızıldayan külək də dərdimizə qan ağlar”, “ağlayıb dağlardan əsən 
küləklər, bu məsum xəbəri aləmə yaydı” və s nümunələr buna əyani sübutdur. 
Bəxtiyar poeziyasında çox istifadə edilən təsvir vasitələrindən biri də təşbehlər-
dir. Adətən şair  təəccüblü təşbeh işlətməyi sevmir. Onun təşbehləri adiliyi ilə  bir 
qədər də kütləviliyi ilə gözəldir. Şairin yaratdığı təşbehlər şeirin ümumi ahəngində, 
canlandırdığı  təbiət mənzərəsində diqqəti ayrıca çəkmir,  şeir bütöv bədii  lövhə 
kimi qavranır. Şairin poeziyası  təşbehin  bütün növləri ilə  zəngindir. Məs:“Adam 
tanıyıram yuxularında, üzür balıq kimi yad sularında”, “şair-fikirlərin çırpınan seli, 
şair-təbiətin danışan dili”, “yolunda yay kimi hey gərilim mən”,“gözü buz bağlayan 
bulaqlar kimi soyuq adamın da qəlbi kor olur”, “ürəyi buz ,sözü isti, özü ilıq”, 
“babamın beli kimi daş divarı əyilmiş, ay atamın koması”, “narahat ürəklər daşqın 
sel kimi dillənər”, “saçlarıma yarpağa xal düşən kimi, dən düşür”, “ tarix alqışları 
sillə kimi üzünə  çəkdi”, “ömrüm boyu arılar kimi qəzetdən, kitabdan şirə  çəkmi-
şəm” və s nümunələr söylədiklərimi bir daha təsdiq edir. 
Şairin poeziyasında tez-tez rast gəlinən,  şeirlərindəki mənanı qüvvətləndirən, 
şirinləşdirən məcaz  növlərindən biri də, metonimiyadır. 
Düyməni basırsan efirdə səslər 
Qarışıb dolaşır biri-birinə 
Bir ölkə  havadan hey axşam-səhər 
Böhtanlar yağdırır özgələrinə. 
Bu parçada ölkənin havadan hey axşam-səhər böhtan yağdırması metonimi-
yadır, yəni ölkədə yaşayan əhali nəzərdə tutulur. Şairin poeziyasında metonimiya 
işlənmiş çoxlu nümunələr vardır. Məs: “yanımdan maşınlar, qatarlar ötüb, mənə əl 
ediblər pəncərələrdən”, “oldu başdan-başa o boyda ölkə, məhkum millətlərin həbs-
xanası”, “yalan zurnasına oyandı ölkə”, “Şuşan ağlar qaldı , köçdü el-oba”, “verib 
Qarabağı Bakıya çatdıq”,“hər gecə danışır radio havadan”,“Bakıyla Təbrizin arasın-
dayam”, “Türk oğlu ortada durub seyr edir” və sair. 
Vahabzadə yaradıcılığında metafora, metonimiya, təşbehlər semantik tutumuna 
görə  zəngin, formaca rəngarəngdir. Bu vahidlər oxucuya yalnız zövq vermir, 
obrazları gücləndirməklə  bərabər, həm də oxucunu düşünməyə, ondan mənəvi qida 
almağa sövq edir. Şairin yaradıcılığında məcazlar bütün müstəvilərdə gözəl görü-
nür, poetik səslənir, məcazların hər biri ayrılıqda bir əsər təsiri bağışlayır. Bəxtiyar 
poeziyası  sistemli şəkildə tədqiq olunmalı, onun şeirlərindəki ən kiçik detal belə 
təhlil süzgəcindən keçirilməlidir. Əgər doğma poeziyamız əzəmətli bir durna qata-

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin