Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə5/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   2   3   4   5   6   7   8   9   ...   45

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
28 
Respublikamızda Avropa dillərindən tərcümə  işində yeni bir mərhələnin baş-
landığına sevinirik. Bildiyimiz kimi, Azərbaycanda avropa dillərindən tərcümə işi 
əsasən XX əsrin əvvəllərindən başlayır. Bu dövrdə Avropa dillərindən edilən tərcü-
mələrin əksəriyyəti orijinaldan olunmuş tərcümələrdir.Lakin sonralar Avropa dillə-
rini bilən mütərcimlər aramızdan getdiyi üçün və bir müddət onların əvəzinə Avropa 
dilllərini bilən mütərcimlərimiz kifayət qədər olmadığı üçün tərcümələr orijinaldan 
edilmirdi. Son zamanlar ingilis, alman, fransız və ispan dillərindən olunan tərcümə-
lər öz tədqiqatçısını gözləyir. 
Beləliklə, tərcüməni dillər arasındakı transformasiya adlandırmaq olar. Tərcü-
mədə transformasiya dedikdə biz müxtəlif dillərin bir-birinə real münasibətini 
nəzərdə tuturuq.Indiki dövrdə yazılı tərcümə ilə yanaşı şifahi tərcümə növü də geniş 
yayılmışdır. Yazılı  tərcümənin elmi və  bədii tərcümə kimi geniş yayılmış növləri 
vardır. Şifahi tərcümənin də iki əsas növü vardır: fasiləli və ardıcıl (sinxron) tərcümə. 
Fasiləli tərcümə zamanı danışanın nitqindən sonra müəyyən fasilə olur. Bu fasilə 
zamanı dilmanc tərcümə edir. Ardıcıl tərcümə zamanı danışanın nitqi ilə dilmancın 
tərcüməsi arasında fasilə olmur. Dilmanc natiqin ardınca dalbadal tərcümə edir. Bu 
növ tərcümədən elmi və ictimai-siyasi konfranslarda istifadə edilir. 
Şifahi tərcümənin geniş yayılmış başqa bir növü də ikitərəfl tərcümədir.  İki-
tərəfli tərcümə zamanı dilmanc təkcə xarici dildən deyil ana dilindən də xarici dilə 
tərcümə edir. İkitərəfli tərcümə fasiləli tərcümənin bir növü olub, iki müxtəlif dil-
lərdə danışanlar arasında bir vasitəçi rolunda çıxış edir. 
Klassik Azərbaycan  ədəbiyyatının Qərbi Avropa dillərinə, o cümlədən ingilis 
dilinə  əhatəli tərcüməsinin XVII əsrdən etibarən başlandığını, XVIII əsrdən isə daha 
intensiv şəkil aldığını söyləmək olar. Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi, 
Füzuli kimi klassiklərin  əsərləri Avropada öyrənilməklə  bərabər, eyni zamanda 
əcnəbi xalqların dillərinə də tərcümə edilməyə başlanmışdır.  “İngilis şərqşünaslı-
ğının atası” kimi dəyərləndirilən Vilyams Cons ilk dəfə 1786-cı ildə Kəlkütdə “Ni-
zaminin nağılları  və ibrətli hekayələri” adı ilə N.Gəncəvi yaradıcılığını ingilis ədəbi 
dünyasına çatdırmışdır. 
Ötən  əsrin 70-ci illərində ABŞ-ın Pensilvaniya Universitetində  nəşr olunan 
“Ədəbiyyat” adlı jurnalda da Şərq Ədəbiyyatına, o cümlədən Azərbaycan Ədəbiy-
yatına xüsusi diqqət yetirilmiş, jurnalın bəzi nömrələrində  ədəbi nümunələrimiz 
birbaşa orijinaldan tərcümədə verilmişdir. 
İngilis Ədəbiyyatından Azərbaycan dilinə tərcümə işinə isə XIX əsrin sonların-
dan başlanmışdır. H.Vəzirov Şekspirin “Otello” faciəsini 1892-ci ildə Azərbaycan 
dilinə tərcümə etmiş, 1904-cü ildə Şuşada tamaşaya qoymuşdur. İngilis ədəbiyya-
tının digər klassiklərinin  əsərləri də ayrı-ayrı iIlərdə Azərbaycan dilinə  tərcümə 
olunmuşdur. 
Bu illər ərzində ingilis dilindən azərbaycan və azərbaycan dilindən ingilis dilinə 
tərcümə sahəsində ixtisaslaşmış peşəkar tərcüməçilər nəsli yetişmişdir. Bu sahədə 
Zeydulla Ağayev, Sabir Mustafa və başqalarının adlarını çəkmək yerinə düşər. 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
29 
Azərbaycan oxucuları fransız  ədəbiyyatı ilə çoxdan tanışdılar. Hələ 1885-ci 
ildə dahi fransız yazıçısı Viktor Hüqo vəfat edərkən “Kəşkül” qəzeti 24-cü nömrə-
sində bu münasibətlə nekroloq vermiş,  ədibin  şeirlərindən tərcümələr dərc etdir-
mişdir. XX  əsrin əvvəllərində Hüqo yaradıcılığına müraciət edənlərdən biri də gör-
kəmli  şair və  tərcüməçi Abbas Səhhətdir. Fransız dilini gözəl bilən Səhhət  şairin 
“Yatmış uşaq” şeirini orijinaldan tərcümə etmişdir. 
Azərbaycan oxucuları Balzak yaradıcılığı ilə də çoxdan tanışdır. Hələ 1939-cu 
ildə Azərbaycan Dövlət Dram Teatrında  ədibin “Ögey ana” pyesi tamaşaya 
qoyulmuşdur. Görkəmli  ədəbiyyatşünas alim tərcüməçi Mikayıl Rəfili Balzakın 
novellalarını 1942-ci ildə dilimizə çevirərək nəşr etdirmişdir. 
1940-50-ci illərdə Azərbaycan oxucusunun dünya ədəbiyyatına ehtiyacı duyu-
lurdu. Həm tərcüməçi mütəxəssislər,həm də tərcümə olunmuş əsərlər azlıq   edirdi. 
Azərbaycan Yazıçılar  İttifaqının plenumlarından birində  çıxış edən prof. Cəfər 
Xəndan bu məsələyə toxunaraq deyir: ”Bizim hələ mütəssis tərcüməçilərimiz azdır. 
Hər iki dili yaxşı bilən bəzi yazıçılarımız nədənsə bu işə qoşulmurlar. Misal üçün, 
M.Rəfili yoldaş    peşəkar tərcüməçi kimi tanınan yazıçıların bir çoxundan daha 
yaxşı tərcümə edə bilər. Nə üçün Azzərbaycan Yazıçılar İttifaqı onu tərcümə işinə 
cəlb etmir? Unutmaq  olmaz ki, yaxşı tərcümə işinin özü də yaradıcılıqdır.” 
C.Xəndanın Yazıçılar İttifaqının plenumundakı çıxışından sonra Mikayıl Rəfili 
iki böyük əsəri–Balzakın “Qorio ata” və Viktor Hüqonun  “Səfillər” romanını tər-
cümə edib nəşr etdirdi.1952-ci ildə Azərbaycan dilində ilk dəfə  işıq üzü görən 
“Qorio ata” romanı sonra ayrı-ayrı illərdə (1978-1989-cu illərdə) yenidən nəşr 
olundu. Qeyd etmək lazımdır ki, Balzakın ”Qobsek” əsərinin tərcüməsi də M. Rəfiliyə 
məxsusdur. 
Fransız ədəbiyyatı nümunələri Azərbaycan dilinə tərcümə olunduğu kimi, ədə-
biyyatımızın bir sıra inciləri də fransız dilinə tərcümə olunmuşdur. Ancaq, xüsusi vur-
ğulamaq lazımdır ki, ikincinin tərcüməsi birinciyə nisbətən daha əvvəllərə gedib çıxır. 
Dahi Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin fransız dilinə tərcümələri ilə 
bağlı bir sıra sanballı əsərlərin müəllifi olan Əsgər Sərkəroğlunun yaradıcılığından 
bəlli olur ki, XVII, XVIII, XIX və XX əsrlərdə Fransanın bir sıra görkəmli şərqşü-
nasları, alim, yazıçı və şairləri bu dünya şöhrətli şair haqqında məqalələr yazmış, 
onun əsərlərini fransız dilinə çevirmiş və ona şeirlər həsr etmişlər. 
Eyni zamanda dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun komedi-
yaları  hələ XIX əsrdə fransız dilinə tərcümə olunmuşdur. 1881-ci ildə Barbier de 
Meynar və Stonislav Qiyard M.F.Axundovun “Mürafiə  vəkillərinin hekayəti”, 
”Xırs quldurbasan” və ”Molla İbrahim Xəlil kimyagər” əsərlərini farscadan fransız 
dilinə çevirmiş, farscası ilə bərabər ”Tros Komedis Fransız” başlığı altında Parisdə 
çap etdirmişdir. 
 
 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
30 
“ƏDƏBİYYATIMIZ- MƏNƏVİYYATIMIZ” 
Aygün İSKƏNDƏROVA 
Azərbaycan Müəllimlər İnstitutu Pedaqogika və 
filalogiya fakültəsinin 3-cü kurs 315-qrup tələbəsi 
Elmi rəhbər : Şahəliyeva Mətanət müəllimə 
 
Sənətkar əsəri xalq üçün, cəmiyyət üçün yaranır. ”Özü üçün” və “başqaları üçün” 
yaradıcılıq yolu yoxdur, ola da bilməz.Böyük sənətkar yaradıcılığın ictimai təbiə-
tini bir an da olsun unutmamalıdır. Müasir dünyanın alim, tənqidçi və nəzəriyyə-
çiləri də insan fəaliyyətini cəmiyyətdən kənarda təsəvvür edə bilmir. 
Dərin, ictimai pafosla dolu olan Azərbaycan ədəbiyyat tarixi dünya ədəbiyyatı 
tarixində  sədaqət səsli bir simfoniyanın – ədəbiyyat tarixinin möhtəşəm mətnini 
yazdı. Dünya xalqlarının  ədəbiyyatları içərisində Azərbaycan xalqının  ədəbiyyatı 
həmişə öz zənginliyi və humanist ideyaları ilə seçilmiş, seçkinlik  indi də davam 
etməkdədir. Ədəbiyyatımızın keçib gəldiyi yola ötəri də olsa nəzər salsaq, görərik ki, 
bizim ədəbiyyatımız-folklorumuz və klassikamız heç vaxt speratçı ideyaları təbliğ 
etməmiş,öz xoşbəxtliyini bədbəxtliyi üzərində qurmaq kimi sərsəm xülyalara dal-
mamış, daima sülh, səmimiyyət, dostluq ideyalarının çarçısına çevrilmişdir. 
Azərbaycan xalqının bədii-poetik düşüncəsinin münbit tarlalarında Nizami, Füzuli 
kimi dünya şöhrətli ölməz söz sənətkarları ərsəyə gəlmişdir. Dünya ədəbiyyatının 
korifeyləri ilə bir sırada qürurla dayanan bu dahi şəxsiyyətlərin adları Azərbaycan 
ədəbiyyatının şərəfli tarixi haqqında təsəvvür yaratmağa əsas verir. 
Xalqın-bütövlükdə tarixin ayrılmaz üzvi hissələrindən birini də  həmin xalqın 
minilliklər boyunca yaradıb ərsəyə gətirdiyi ədəbiyyatın tarixi, başqa sözlə, bu ədə-
biyyatın keçdiyi tarixi yol və mərhələlər təşkil edir. 
Bəşəriyyətin keçdiyi tarixi yol göstərir ki, zəngin ədəbiyyatı olan xalqlar həmişə 
öz yaxın və uzaq qonşularından humanizm, insansevərlik, əxlaq gözəlliyi prinsipləri və 
bu prinsiplərin yerinə yetirilməsində göstərilən ciddiyyət və ardıcıllığa görə seçilir-
dilər. Azərbaycan xalqı da həmişə bu xalqların sırasında və çox zaman ön cərgəsində 
olub. 
Hələ tarixən ən qədim dövrlərdən başlayaraq əcdadlarımızın yaratdığı mifoloji 
örnəklər öz dərin hümanizmi və bütün canlılara məhəbbət hissi ilə seçilibdir. Təsadüfi 
deyil ki,dədə-babalarımızdan bizə gəlib çatan folklor mətinlərində milli, dini, irqi, 
hətta məxluqi ayrı- seçkilik yox dərəcəsindədir. Bu Azərbaycan xalqının bir Tanrı 
yaradıcılığı kimi kamilliyindən,  əbədi yaşarlıqdan, necə deyərlər totemimiz olan 
olan “qurdla qiyamətə qalacağından” xəbər verir. Çünki Dostoyevski demişkən, 
dünyanı gözəllik xilas edəcək və Azərbaycan  ədəbiyyatı tarixində,  ədəbi dünya 
görüşündə və yaradıcılığında gözəllik mütləq bir kateqoriya kimi həmişə ön-aparıcı 
yer tutmaqdadır. Azərbaycan Ədəbiyyatı nifrət toxumu səpmir,  məhəbbət toxumu 
səpir. Klassik ədəbiyyatımız böyük məktəbdir.Müasir elmin hansı sahəsini götür-

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
31 
sək,onun köklərini klassik poeziyamızda tapa bilərik. Gözəllik fəlsəfəsi anlayışına 
gəlincə bu sahədə poeziyamız ucu-bucağı görünməyən bir dəyyadır. Ona görə  də 
gözəllikdən söz düşəndə ədəbiyyat tariximizə baş vurmamağı, isnad etməmək böyük 
qüsur olardı.İstər zahiri, istərsə  də  mənəvi gözəllikdən doğan ilk hiss heyrətdir, 
heyrətdən doğan hiss isə sevgidir. Bir sözlə gözəllikdən heyrət,  heyrətdən məhəb-
bət doğur. Bizim divan ədəbiyyatımız da məhz bu 3 sütun üzərində qurulmuşdur. 
Ədəbiyyat tarixi təkcə ədəbi hadisələrin və şəxsiyyətlərin xronologiyası deyil, eyni 
zamanda  ədəbi-estetik, poetik fikrin,ədəbiyyatşünaslığın inkişaf və  zənginləşmə 
tarixidir. 
Dağ çeşmələrinin şırıltısından, at kişkərtilərindən, küləklərin vıyıltısından, quş-
ların nəğməsindən nəğmə alan bu xalqa “Şair xalq”(H.Tixonov)deyilməsi təsadüfi 
deyildir. 
Söz sənətinin daxili qaydalarını-məzmunla formanın vəhdətini, ədəbi janırların 
özünə  məxsusluğunu, həyat hadisələrinin inikası üçün yazıçının müraciət etdiyi 
ədəbi vasitələri, yaradıcılq metodonu, ayrı-ayrı dövrlərdə yazıb-yaradan sənətkar-
ların yaradıcılığını tədqiq edib tarixən əmələ gəlmiş cəryanları, mühitin bədii tələb-
lərini aşkara çıxarmaq və ümumiləşdirmək isə ədəbiyyat nəzəriyyəsinin üzərinə düşür. 
Ədəbiyyat nəzəriyyəsi qədim yunan alimi Aristotelin “Poetika” əsərindən öz 
kökünü götürərk zəmanəmizə  qədər böyük inkişaf yolu keçmişdir. Ayrı-ayrı zaman-
larda yazıçıların dövrün tələbinə uyğun yaradıcılıq axtarışı ilə  əlaqədar  ədəbiyyat 
nəzəriyyəsi daha da inkişaf edir və zənginləşir. 
Biz batan günəşin üfüqlərdə yaratdığı  əlvan mənzərəyə,rənglərin ahənginə  nə 
qədər baxmış, baxmaqdan doymamışıq. Qürub həmişə qürubdur. Lakin bəzən bizə 
elə  gəlir ki, dünənki qürub bugünkü qədər gözəl deyildi. Nəsə bugünkü qürubda 
tamam başqa rənglər, başqa çalarlar tapır, buna görə  də tamaşasına doymuruq. 
Təbiətə hər baxanda onda əvvəl görmədiyimiz gözəllikləri tapdığımız kimi hər dəfə 
yeni bir əsər,yeni bir ədəbi nümunə oxuyanda onda yeni hisslər,yeni duyğular, yeni 
fikirlər tapır və bu böyük sənətdən doya bilmirik. Çünki sözlər mənalı, fikirlər 
dərin, duyğular səmimidir. 
Düşünən, duyan,hiss edən,sevən,nifrət edən, bir sözlə, sözün geniş mənasında 
yaşayan hər kəs ədəbi əsərlərimizdə öz sualına cavab tapa bilər. 
Sadə insani hisslər və səmimi duyğularla dolu olan el ədəbiyyatının orjinal milli 
xüsusiyyətləri klassik üslubda yazan bir sıra şairləri xalq şeiri janrlarına müraciət 
etməyə təşviq etdiyi kimi həmin üslubun özündə də folklora məxsus yeni meyllərə 
yol açırdı. Bu əlaqələrin güclənməsi sayəsində  şeirin janrı  və obrazlar sistemi də 
zənginləşirdi. 
Bizim günlərədək gəlib çıxmış əsərlər göstərir ki, dövrün mahir sənətkarları sözün 
qüdrətinə, söz, şeir texnikasına mükəmməl yiyələnmiş, onu daha da inkişaf etdirmişlər. 
İctimai-mədəni mühit ədəbiyyatı xalq həyatı ilə getdikcə daha sıx bağlayır, 
onun mövzu dairəsi genişlənir və müasirləşir, əsərlərdə yeni motivlər, xalq həyatın-

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
32 
dan gələn yeni insan surətləri özünü göstərir, köhnə Şərq poetikası qanun və qay-
daları  tədricən öz mövqeyini itirir,yeni ədəbi sistemə keçid prosesi gedir. Ədə-
biyyat get-gedə camiyyətin,mənəvi həyatın daha geniş sahələrini  əhatə edərək,öz 
dairəsini genişləndirir. Bütün bunlar isə ədəbi əsərlərdə öz ictimai mənşəyi, dil və 
üslub xüsusiyyətləri və yeni tipli qəhrəman surətlərinin yaranmasına səbəb olur. 
Ədəbiyyat nəzəriyyəsinin təkamülü – onların yaranması,inkişaf və  tənəzzülü, 
janr və obrazlar sisteminin əvəzlənməsi Azərbaycan  ədəbiyyatının nəzəri tarixi 
üçün müstəsna  əhəmiyyətə malikdir. Bu ilk növbədə  ədbiyyatımızda,  ədəbiyyat 
nəzəriyyəmizdə poetik formaların aparıcı mövqeyi və estetik tutumu ilə bağlıdır. 
İstənilən bədii  əsərin  ədəbi təşkili müəllifin  şüurlu,məqsədli istəyindən çox 
aslıdır. Memar yaşayış evinin layihəsini hazırlayanda hətta sonradan suvağın altında 
qalmaqla qətiyyən görünməyəcək ən kiçik detalı belə nəzərə aldığı kimi, müəllif də 
bədii əsərin ədəbi təşkilində oxucunun diqqətini cəlb edib – etməyəcəyindən asılı 
olmayaraq əsərini düzəldir, yazıb-yaradır və qurur. 
Ədəbiyyatımız bir sıra dövrlərdə zərbələrə tuşlanmışdır.Əslində bu qara qüvvələr 
əsla ədəbi sənətkarlarımızı,ədəbiyyatımızı söndürə biləmişdir. Ədəbiyyatımzı daha 
da canlandırmışdır. Xalqımız, onun dünyagörüşünün aynası olan ədəbiyyatımız bir 
an belə mövqeyindən dönməmiş, öz doğru yolundan, haqq yolundan geri çəkilmə-
mişdir. Böyük Sabirin sözlərini bir qədər başqa yozumda işlətsək deyə bilərik ki: 
”Əvvəl nə idiksə, yenə biz şimdi həmanız!” 
Vətənimizin müstəqilliyini, azadlığını təmin edən Müasir Azərbaycan ədəbiy-
yatı nəyə qadir olduğunu anlatmağa başladı. Nakam bir şairin – M.Hadinin vaxtı ilə 
köks ötürərək yazdığı bu – 
Qoymuş miləl imtasını övraqı-həyata, 
Yox millətimin xətti bu imzalar içində,- 
misralarının  əksinə olaraq bu günün şairi – S.Vurğun xalqının tərəqqisini görüb 
ucadan deyirdi: 
O böyük dastanın hər varağında, 
Onun hər fəslinin yazılmağında 
Mənim yurdumun da öz imzası var. 
Humanist  ənənələr üzərində formalaşmış Azərbaycan  ədəbiyyatı da insanse-
vərlikdə kimsədən geri qalmadığını bir çox ölməz bədii örnəklərlə sübut etmişdir. 
Böyük romantik şairimiz A.Şaiq 
Həpimiz bir günəşin zərrəsiyiz, 
Həpimiz bir yuva pərvərdəsiyiz! – 
deyərək təkcə Azərbaycan xalqını, təkcə şərqi nəzərdə tutmurdu, bütün bəşər övla-
dına üz tuturdu. 
Göründüyü kimi Azərbaycan xalqı onun folkloru və ədəbiyyatı tarix boyu baş-
qalarının qəminə və sevincinə şərik olmuş, yüksək insan adını həmişə şərəflə doğ-
rultmuşdur. 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
33 
Ədəbiyyatımıza,dilimizə olan qayğı həmişə diqqət mərkəzində olmuşdur. Azər-
baycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 12 yanvar 2004-cü il 
tarixində “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 
haqqında”sərəncam verdi. 
Bu sərəncama əsasən bütün kitablarımız latın dilində yenidən nəşr olundu. Bütün 
bunlar ədəbiyyatımıza-mənəviyyatımıza olan böyük məhəbbətdən,qayğıdan irəli gəlir. 
Dövrlər dəyişir, ömür keçir, lakin həqiqi əsər, həqiqi sənət dünyanı bizim üçün 
əbədi, həmişəyaşar varlığa çevirir. 
 
ƏDƏBİYYAT 
1. Azərbaycan ədəbiyyat tarixi. I cild Bakı-  “Elm”-2004 
2.    Azərbaycan ədəbiyyat tarixi poetikası II cild Bakı- “Elm”-2006 
3.    Azərbaycan ədəbiyyat tarixi II cild Bakı-  “Elm”-2007 
4.   Müasir Azərbaycan ədəbiyyatı I cild Bakı Universiteti nəşriyyatı-2007 
5.   Bəxtiyar Vahabzadə “Gəlin açıq danışaq...” (məqalələr toplusu) Azərbaycan Dövlət nəşriyyatı 
Bakı -1989 
 
 
DİL MƏNALARININ TƏRCÜMƏDƏ İSTİFADƏSİ 
Günay İSMAYILOVA 
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi, III kurs tələbəsi 
Elmi rəhbər: prof. Novruzov R. 
 
Dil mənaları haqqında məsələlər bu günə  qədər dilçiləri maraqlandırır. Bəzi 
alimlər dilin birtərəfli mahiyyətini qeyd edərək mənanın dil vahidlərinin tərkibində 
olmadığını, sözdən ayrı  şəkildə yerləşdiyini deyirlər. Bu fikirlə razılaşmaq olmaz 
çünki əgər söz öz mənasını itirsə, o artıq söz olmayacaq. 
Semiotikada (işarələr haqqında elm) dil mənalarının 3 növündən bəhs edilir: 
1. Referensial məna 
2. Praqmatik məna 
3. Dildaxili məna 
Referensial məna semantika, praqmatik məna praqmatika, dildaxili məna isə 
sintaqmatikada öyrənilir. 
Referensial məna işarə və əşya (hadisə, əlamət və s.) arasındakı münasibət adlanır. 
Praqmatik insan və onun istehsal etdiyi işarələr arasındakı mənaya deyilir. 
Dildaxili məna isə hər hansı bir dilin daxilində işarələr arasındakı münasibət-
lərin tərcümə dilinə münasibətinə deyilir. 
1.  Refrensial məna tərcümə dilinə tam şəkildənisbətən uyğun gələ və tama-
milə uyğun gəlməyə bilər. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
34 
2. Praqmatikaya sözlərin üslubca  növlərisözün reqistri və emosional çalar-
lığı aiddir
Sözlərin üslubi cəhətdən aşağıdakı növləri var: 
1. Neytral leksika 
2. Məişət-danışıq leksikası 
3. Kitab leksikası 
4. Poetik leksika 
5. Terminoloji leksika 
Sözün reqistri ünsiyyət şəraitinin və şərtlərinin seçilməsidir. Aşağıdakı reqistr-
lər mövcuddur: 
1. Familyar reqistr 
2. Sərbəst reqistr 
3. Formal reqistr 
4. Neytral reqistr 
5. Yüksək reqistr 
Sözün emosional çalarlığı danışanın sözlə emosional münasibətindən asılıdır. 
Bu münasibət müsbət, mənfi və ya neytral ola bilər. 
3. Dildaxili məna dilin işarələri arasında münasibəti ifadə edir. Bu münasibətlər 
müxtəlif ola bilər: 
a) sözlərdə səs uyğunluğu 
b) morfem struktunun uyğunluğu 
c) sözlərin cümlədə bir-biri ilə uyğunluğu 
Tərcümə prossesində referensial məna daha çox verilir, praqmatik nisbətən az. 
Dildaxili məna isə demək olar ki, heç əks olunmur. 
Tərcümə praktikası zamanı aydın olur ki, dil mənalarının istifadə olunması 
tərcümə prossesinin əsasını təşkil edir. 
 
 
“MAHMUD KAŞĞARININ HƏYATI VƏ                          
“DİVANİ -LÜĞATİT TÜRK” ƏSƏRİ” 
İlkin ƏSGƏROV 
Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika və filologiya fakültəsinin                     
Azərbaycan dili və ədəbiyyatı şöbəsinin I kurs tələbəsi 
Elmi rəhbər: f.e.d. Əliyev Ramil 
 
XI əsrdə yaşayıb, yaratmış türkləri dünya miqyasında tanıtmış görkəmli mütə-
fəkkirlərdən biri də Mahmud Kaşğaridir. Onun həyatı haqqında hələ də  tam və dəqiq 
məlumat yoxdur. Katib Çələbinin “Səyahətnamə” sində xatırlanan yığcam məlumat 
istisna olmaqla Mahmud Kaşğari haqqında yazılan əsərlər, bir qayda olaraq onun 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
35 
“Divani -lüğatit türk” əsərində verdiyi məlumatlara  əsaslanır. O, Oğuzların Kınık 
boyuna məxsusdur. Mahmud Kaşğarinin doğum və ölüm tarixi haqqında mülahizə-
lərdə bir-birindən fərqlənir. Müəllifin adı Mahmud ibn Əl-Hüseyn Məhəmməd oğlu-
dur. Atasının adı Hüseyn, anasının adı  Rəbiyə, babasının adı isə  Məhəmməddir. 
Bəzi tədqiqatçılar Mahmud Kaşğarinin 1008-ci ildə Qaraxanilər dövlətinin paytaxtı 
Qaşqar kəndində anadan olduğunu qeyd edirlər. Uşaqlıqdan elmə, biliyə maraq gös-
tərən Mahmud Kaşğari ərəb və fars dillərini mükəmməl öyrənmiş və ərəb xilafəti-
nin paytaxtı Bağdad şəhərində universitetdə təhsil almışdır. Uşaqlıq və gənclik illəri 
Qaşqarda siyasi çaxnaşmalar şəraitində keçmişdir. 
Bəzi alimlər, xüsusilə O. Pritsak onun 1029-1138-ci illər arasında yaşadığını 
güman edir. 
Mahmud Kaşğari 49 yaşında olarkən (1157-ci il) Qaraxanilər dövlətinin başçısı 
Həsənə və onun ailəsinə sui qəsd olur. Bunun nəticəsində onun atası və əmisi öldü-
rülür. Mahmud Kaşğari təsadüfən sağ qalır. Mənbələrdə Mahmud Kaşğarinin 1095-
ci ildə 87 yaşında vəfat etdiyi qeyd olunur. Lakin bu tarixi 1126-cı il kimi qeyd edən 
tədqiqatçılar da mövcuddur. Mahmud Kaşğarini bütün türk dünyasında məşhurlaş-
dıran, ona şöhrət gətirən “Divani -lüğatit türk” əsəridir. Bu türkün tarixini, dünya-
görüşünü əks etdirir. Əsərin yazılma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. 
Mahmud Kaşğari öz əsərinin bir neçə hissəsində  əsərin yazılma tarixi haqqında 
məlumat vermişdir. O, qeyd edirdi ki, bu lüğətin tərtibinə 464-cü il (hicri) cumad 
ayının birində başladım, əsərə düzəlişlər etdikdə, üzərində bir neçə dəfə işlədikdən 
və dörd dəfə üzə köçürüldükdən sonra 466-cı ilin (hicri) cumad ayının onunda 
yekunlaşdırdım. Əsərdə hicri ilə göstərilən bu tarixin milada çevrilməsi ilə müvafiq 
olaraq  əsərinin yazılma tarixi 1072-ci ilin yanvar ayının 25-i çərşənbə günü baş-
landığını, 1074-cü ilin fevral ayının onu bazar ertəsi günü yekunlaşdırdığı aydın olur. 
Mahmud Kaşğarinin “Divani -lüğatit türk” əsərinin  ən  əhəmiyyətli və birinci 
cəhəti ondan ibarətdir ki, müəllif bu əsəri yazarkən bütün türk dünyasını - Sibiri, 
Şərqi Sibiri, Volqa çayı boyu ölkələri, Türküstanı gəzmiş və onların zəngin yaradı-
cılığından bəhrələnmişdir. Bütün türk xalqlarını dünyada məşhurlaşdıran bu divan 
əski Xaqaniyyə türkcəsində yazılmışdır. Əsər ərəblərin türk dilini öyrənməsi arzusu 
ilə qələmə alındığına görə burada istifadə olunmuş izahlar ərəbcə, söz, ifadə və bədii 
şeir nümunələri türk dilindədir. Həmçinin müəllif bu lüğətdə XI əsrə qədər tarixin 
sərt sınaqlarından keçib gələn türklərin tarixi, mədəniyyəti, coğrafiyası, etnoqrafi-
yası keçmişi haqqında məlumat vermişdir. 
Mahmud Kaşğari bu lüğətdə 7500-dən artıq söz və ifadənin şərhini vermişdir. 
Son elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əsərdə 9222 söz və ifadə iş-
lənmişdir. O, qeyd edirdi ki, bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, 
yalnız unudulmuş kəlmələri bu kitaba daxil etdim. Yəni, Mahmud Kaşğarinin “Divani 
-lüğatit türk”də işlətdiyi sözlər o dövr üçün arxaik türk sözləridir. 
“Divani -lüğatit türk”ün mənası türk dillərinin lüğəti (divanı) deməkdir.  Əsər 
tərtib olunarkən müəllif əlifba üsulunda istifadə etməmişdir. Bu lüğətdə sözlər ya-
zıda istifadə olunan hərfləri sayına görə qruplaşdırılmışdır. Məsələn: Mahmud Kaş-
ğari üç, dörd və beş hərifli sözləri ayrıca başlıqlar altında qruplaşdırmışdır. 

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin