Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə7/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   2   3   4   5   6   7   8   9   10   ...   45

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
44 
rıdırsa, o qatarın xoş, müqəddəs nəğməsində B.Vahabzadə könlünün çırpıntıları qüd-
rətlə səslənir. O durna qatarı üfüqdən-üfüqə, nəsildən-nəslə qanad açdıqca Bəxtiyar 
ilhamının xalq və vətən təranələrini də özüylə aparacaq, ürəklərdən-ürəklərə səpə-
cəkdir. 
 
 
“OĞUZNAMƏ”DƏ İŞLƏNƏN İSİM VƏ SİFƏTLƏR 
Çinarə MƏHƏRRƏMOVA 
ADPU-nun filologiya fakultəsinin II kurs, 201-ci qrup tələbəsi 
Elmi rəhbər: professor  Əzizxan Tanrıverdi 
 
“Oğuznamə” indiyədək türkologiya elminə məlum olmayan, XV-XVI əsrlərdə 
üzü köçürülən  əlyazmasıdır.Bu  əlyazma ulu babalarımızın dil və  təfəkkür tərzini 
bizə çatdıran Azərbaycan və türk dilləri tarixini müxtəlif cəhətdən öyrənmək işinə 
xidmət edəcək çox qiymətli yazılı ədəbi abidədir. 
“Oğuznamə” türk filologiyası,ümumiyyətlə türk mədəniyyəti üçün sanballı 
mənbədir. Cünki əlyazma Azərbaycan və türk folklorunun ən qədim qaynaqların-
dandır, oğuz atalar sözü və zərbi-məsəllərindən ibarət məcmuədir. 
Xalqın müşahidələrini təsəvvür və  təfəkkür tərzini, canlı məntiqini hifz eləyən 
atalar sözü sıxılmış yaydır; onun əsl enerjisi, təsir qüvvəsi nitq məqamında, konkret 
zaman,  şərait daxilində bilinir. Bu halda hər bir paremik vahid əyrini doğrayan 
qılınca, zülməti dağıdan işığa, yaxud dərdlərə şəfa verən məlhəmə çevrilir. “Oğuz-
namə”də olan atalar sözü və  zərbi məsəllərin tərkibində  işlənmiş isim və sifətlər 
müəyyən saydadır. Bu nitq hissələrinin işlənmə tezliyinə fakir versək, görərik ki, 
isimlər daha çoxdur, daha zəngindir. Bu baxımdan demək olmaz ki,sifətlər tam 
məhduddur. Sadəcə isimlərlə müqayisə etdikdə bu nisbət fərqi nəzərə çarpır. Bu 
məqamda maraqlı bir detala fikir verək: (təbii ki, sifət işlənməsi ilə bağlı) Oğuz-
namənin “Yad fəriştədən biliş albız yegdür” məsəlindəki “albız” 3 məna ifadə edir:  
1) al arvadı;  
2) albasdı;  
3) şər ruh. 
Birləşmənin I tərəfi al məhz  şər mənası ifadə etməklə sifət vəzifəsini icra 
etmişdir. Məlumdur ki al sözünün bir çox mənaları vardır. Məsələn:hiylə, qırmızı, 
al qırmızı, aldatmaq və s. Qədim forması isə yal şəklində olmuş, həmin kökdən yıl-
dız, yıldırım kimi sözlər yaranmışdır. Oğuznamədə olan yıldırmaq felı  də buna 
misaldır. (Əzizxan Tanrıverdi “Kitabi Dədə Qorqudun söz dünyasi” Bakı 2007 
səh.232) Deməli, sifət abidədə əsasən I növ  təyini söz birləşməsinin I tərəfi kimi 
daha çox işlənmişdir. Məsələn: Eybsiz yar istəyən yarsuz qalır. Eyiblü tavar issində 
yaraşar kimi nümunələrdəki eybsiz yar, eybli tavar kimi I növ təyini söz 
birləşməsinin I tərəfi də sifət vəzifəsindədir.Oğuznamədə  işlənən isimlər eləcədə 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
45 
sifətlər  abidənin dilini qədim zamanlara çəkib aparan xüsusiyyətlər kimi məhz 
oğuz dilinin statusunu təsəvvür etməyə imkan yaradır. Abidənin dilində elə isimlər 
vardır ki, onlar bəzi türk dillərində  məhz “Oğuznamə”də  işlənən və  oğuz dilinə 
məxsus fonetik variantda bugün də işlənməkdədir. Məsələn: arx, ümid, qıtlıq, kösöv 
kimi sözlər oğuznamədə arğ, umız, qızlıq, kösək şəklində işlənmişdir. Yəni həmin 
sözlərin əvvəlki şəkli oğuznamədəki kimi olmuşdur. Tədqiqatlardan məlumdur ki, 
ümid sözü bəzi hallarda fars mənşəli götürülür. Baxmayaraq  ki, türk mənşəli um-
maq felindəndir. X əsrdə pəhləvi dilinə keçib ommid şəklində işlənmişdir. XV əsrdə 
isə yenidən öz dilimizin leksionuna qaytarıb ümid şəklində  işlətmişik. Deməli, 
fonetik dəyişiklik mənaya xələl gətirməmişdir. Lakin bununla yanaşı Oğuznamədə 
işlənən isimlərin bir qismi geniş məzmunda, əlavə qrammatik mənalarda işlənmiş-
dir. Məsələn:Qab sözü tarixən,yəni oğuznamədə  həmdə qablq mənasını ifadə 
etmişdir. Maraqlı faktlardan biri də odur ki, oğuznamədə işlənmiş baba, qarı, igid, 
oğlan kimi ümumişlək isimlər, həmin bu abidədəki arxaik məna çalarlarını bu gun 
artıq itirmişlər. Belə ki, Oğuznamədə baba-ata, qarı-arvad, igid-cavan, oğlan-uşaq, 
yaxud oğlan uşağı  mənalarını ifadə etmişdir. Misal göstərək-Oğlan ağlamayınca 
məmə verməzlər. Oğuznamədə elə isimlər işlənmişdir ki, biz bu isimlərə Azərbay-
can dilinin başqa yazılı abidələrində rast gəlmirik.Bunlardan  ör ismi “əcdad, tayfa” 
mənasında,  əm – dərman məna–sında,  əm-səm mürəkkəb ismi “dava-dərman” 
mənasında işlənməsini misal göstərə bilərik. Bu isimlərin ifadə etdiyi həmin məna-
lar Mahmud Kaşğarinin lüğətində də vardır. 
Oğuznamədə işlənən isimlərin müəyyən hissəsi hal-hazırda Azərbaycan ədəbi 
dilində işlənməyən sözlərdir. Yəni onların ifadə etdiyi mənanı başqa sözlərlə avəz 
etmişik. Məsələn: çətik-pişik, kənəz-təvs, xəsis adam, issi-yiyə,sahib, nəsnə-şey. 
Məs: İssinə bəzəməyən oğurluqdur. Üç nəsnə adamı arıqladır. sini anğırdısı, övrət 
yavuzlığı, intizar çəkmən.. 
Beləliklə,bütün misallardan, faktlar aydın olan bir cəhət var: ”Oğuznamə”nin 
bu  əvəzsiz abidənin həm qrafik-orfoqrafik cəhətdən, həm də dil xüsusiyyətlərinə 
görə spesifik səciyyəsi vardır. 
 
 
“NƏSİMİ LEKSİKASI” 
Gülnar ASLANOVA 
ADPU – nun filologiya fakültəsinin II kurs 203 qrup tələbəsi 
Elmi rəhbər: filologiya elmləri dok.Nəbi Əsgərov 
 
Nəsimi öz dövrünün bütün şeir janrlarında, əsasən əruz vəzninin növləri  olan 
qəzəl, qəsidə, məsnəvi, fəxriyyə və rübailər, hətta heca vəznində də qoşmalara yaxın 
şeirlər yazmışdır. Nəsiminin Azərbaycan əbədi dilinin inkişafındakı rolunu göstər-
məkdə bu mənbələr mühüm rolu vardır. Onun əsərlərində yazılı ədəbi dilin bütün  
xüsusiyyətlərini görmək olar. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
46 
I Yazılı ədəbi dilin formalaşmasında canlı danışıq dili və şifahi ədəbi dil-folk-
lor mühüm rol oynadığından Nəsimi də bu mənbələrdən istifadə etmişdir. Buna 
görə  də  Nəsimi öz əsərlərində Azərbaycan sözlərindən istifadə etmişdir. Nəsimi 
əsərlərində işlənmiş Azərbaycan sözlərini tarixi inkişaf baxımından aşağıdakı əla-
mətlər sırasında qruplaşdırmaq olar. 
1)   Müasir Azərbaycan dilində eyni ilə işlənən ümumişlək sözlər: ata, ana, ağ, 
ağac, batmaq, baxmaq. 
2)   Müasir  Azərbaycan dilində tarixi-fonetik qanunlara müvafiq olaraq dəyi-
şilməklə öz mənasında işlənən sözlər: oq-ox, ol-o, uyqu-yuxu, bin-min 
3)   mənasını azacıq dəyişərək müəyyən mürəkkəb sözün, ifadənin tərkib hissəsi 
halında müasir Azərbaycan dilində izi qalan sözlər: kişi – “adam” mənasında, indi 
isə “adamın erkək cinsi” mənasında 
II Nəsimi əsərlərinin dilində ərəb, fars, sözləri Azərbaycan dilinə 3 yolla çev-
rilərək işlənmişdir. 
1. ərəb, fars sözləri dəyişilmədən, Azərbaycan dilinə tərcümə edilməmiş işlənir: 
ab-həyat-həyat abı, zülf-pərişan- pərişan- zülf 
2. ərəb, fars tərkiblərini təşkil edən sözlərin biri Azərbaycan dilinə  tərcümə 
edilərək işlənir: can fəza-can verici, dil-xəstə. 
3. ərəb, fars tərkiblərini təşkil edən sözlərin hər ikisi Azərbaycan dilinə tərcümə 
edilərək işlənir: məntiq-üt-teyr-quş dili, buy-zülf-saçın qoqusu 
III Azərbaycan yazılı  ədəbi dilinin başlanğıc mərhələsində  ərəb, fars dilində  
eyni zamanda Azərbaycan dilində yazırdılar. Bu baxımdan Nəsimi dövründə ərəb, 
fars sözləri Azərbaycan sözlərinə nisbətən məhdud işlənmişdir. Nəsimi əsərlərində 
işlənmiş ərəb, fars sözlərini 2 qrupa bölmək olar. 
1.  Azərbaycan dilində qarşılığı olmayan sözlər 
2.  Azərbaycan dilində qarşılığı olan sözlər 
IV Azərbaycan ədəbi dilinin səlişdirilməsi və zənginləşdirilməsi Nəsimi əsərlə-
rində öz əksini tapmışdır. 
Azərbaycan məxsus bəzi sözdüzəldici şəkilçilər ilə alınma sözlərdən yeni sözlər, 
ifadələr düzəlbid işlənmişdir. Sız/siz şəkilçisi: “Ey hüsnü bidayətsiz, ey nitqi nəha-
yətsiz”. 
Köməkçi fellərlə alınma sözlərin birləşməsindən düzəldilmiş mürəkkəb-
analitik fellərin ilk nümunələri Nəsimi əsərlərində işlənmişdir, bu fellərdən ən çox, 
etmək, bulmaq, olmaq, eyləmək, çəkmək, qılmaq sözləri işlənir. 
V. Nəsimi əsərlərinin dilindən bəhs edərkən belə bir cəhəti qeyd etmək lazım-
dır ki, onun əsərləri bədii üslubun qəzəl, qəsidə, fəxriyyə, məsnəvi və rübai kimi 
formalaşmış əsərlərdir, bu əsərlərin dili əsasən bədii üslubla bağlıdır.Nəsimi əsər-
lərində bədii üslubun ünsürləri kimi yer tutan aşağıdakı nümunəvi vahidləri nəzər-
dən keçirmək vacibdir. 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
47 
Qurandan alınmış ifadələr: “allahu-səməd”, “qul hüvəllahı əhəd” 
Elmi, fəlsəfi, dini terminlər: ənəlhəq, ənəllah. 
Bəzi saylar, hərf adları: “Əbcəd ilə həm əlif beydir yüzün”. 
Daha çox dini-fəlsəfi üslubda yazılmış şeirlərdə bir sıra adlar-bunlardan bir qis-
mi dini, əfsanəvi və tarixi şəxslərin adlarıdır:Adəm, Həvva, Nuh, Süleyman, Musa, İsa. 
Nəsiminin dini-fəlsəfi üslubda yazılan  şeirləri başqa  şairlərin  şeirlərindən bu-
nunla fərqlənir ki, belə şeirlər xitablar, nidalar, çağırış, hökm və əmrlər ifadə edən 
sözlərlə dolğundur.  Mən bu cahanə sığmazam. Kəs sözünü və əbsəm ol. 
Klassik şeir-qəzəl üslubunu və dini-təbliği-fəlsəfi şeir üslubunu diqqətlə nəzər-
dən keçirdikdə aydın olur ki, bu üslubların formalaşmasında Nəsiminin rolu həlledici 
olmuşdur. 
 
 
DİALEKTLƏRİMİZDƏKİ İSİMLƏR VƏ FELLƏR 
(Oğuz rayonunun materialları əsasında) 
Vüsalə QƏRİBZADƏ 
ADPU-nun filologiya fakültəsi,II kurs, 201-ci qrup 
Elmi rəhbər: prof. B. Xəlilov 
 
Məhdud dairədə işlədilən dialekt və şivə sözlərinə dialektizmlər deyilir. Dilçi-
lik  ədəbiyyatında dialektizmlər qeyri-ədəbi dil ünsürləri hesab olunsada onların 
ədəbi dildə qarşılığı vardır.Dialektizmlərin muasir Azərbaycan dilinin zənginləş-
məsində böyük əhəmiyyəti vardır. Oğuz rayonunun dialektləri Azərbaycan dilinin 
dialektoloji lüğətinin tərkibində özünəməxsus yer tutur.Oğuz dialektində isim və 
fellər sayına görə üstünlük təşkil edir. Onların bir qismini heca tipləri üzrə nəzər-
dən keçirək. 
1. Oğuz rayonunun dialektlərində işlədilən isimlər: 
a) 1 hecalı isimlər üzrə aşağıdakı nümunələri göstərə bilərik: 
öj (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 387) – düşmən, zidd 
Məsələn: O, mənnən öjdü. 
tuğ(Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 506) – narın süpürgə 
Məsələn: Tuğ yumuşaxdı, tozu süpürür. 
sirt (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 440)  – zirvə 
Məsələn: Qazmaların sirtiynən sən qalx, mən də suzqa suyu kəsiciyəm. 
şəl (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 461)  - yarpaq 
Məsələn: Ağaşdan şəllər töküldü. 
b) 2 hecalı isimlər üzrə aşağıdakı nümunələri göstərə bilərik: 
doqqaz (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 138) – çəpər 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
48 
Məsələn: Doqqaz ağaclardan hazırlanır. 
cicil (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 78)  - itburnu 
Məsələn: Soyuxdəyməsi olana cicil xeyirdi. 
tülü (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 512) – oğru 
Məsələn: Oğru olufdu, ona görə ona tülü di:llər 
qilif (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 305) – yorğan – 
döşək astarı 
Məsələn: Gedirəm yorğana qilif alım. 
ko:ğa(Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 257)  – ucu qırmaq 
şəkilli uzun ağac və ya dəmir 
Məsələn: Çöreyi ko:guyə taxıf təndirdə qızadıllar. 
kirtik (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 256) – işlədilmiş 
sabun qalığı 
Məsələn: O kirtiyi ver əlim yu:m. 
öynə (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 390)  - günorta 
yeməyi vaxti  
Məsələn: Qış oynəsi çox şaqqa olur. 
kilkə (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 254)  - çay puçalı 
Məsələn: Ay qız, o kilkəni at, çayniki yaxala, təzədən dəmlə. 
c) 3 hecalı isimlər üzrə aşağıdakı nümunələri göstərə bilərik: 
uçuncax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 515) – 
yelləncək 
Məsələn: Gəti bir uçuncax sal uçunax. 
cümcümə (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 83) - hiylə 
Məsələn: Bunun işi  tamam cümcümədi. 
qilo:şa (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh 297) – xəbərçi 
Məsələn: Qilo:şa axlına gələni danışar. 
2. Oğuz rayonunun dialektlərində işlədilən fellər: 
a) 3 hecalı fellər üzrə aşağıdakı nümunələri göstərə bilərik: 
burşdamax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 67) – 
tumur-cuqlamaq 
Məsələn: Yayda ağaşdar burşduyur. 
çul düşməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 107) – 
əldən düşmək 
Məsələn: Gidif çul düşəllər. 
hərfləməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 202) – 
kifləmək, ərp bağlamaq 
Məsələn: Qatıx hərfli: f 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
49 
hoyxurmax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 209) – 
üşüyən zaman əlləri nəfəslə qızdırmaq 
Məsələn: Əllərin bərk üşüyürdü, hoyxurdum bir qədər qızındım. 
işarmax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 238) –şit-şit 
gülmək 
Məsələn: Niyə işarırsan? 
lej düşməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 326) – 
düşmən olmaq 
Məsələn: Aralarında nə olufsa, İskəndərnən Yunus lej tüşüflər. 
macdamax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 341) – 
lobya və ya xiyar tağının sarınması üçün onun dibinə ağac, çubuq basdırmaq 
Məsələn: Paxlanı sabah macdıyacam. 
süyüşməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 453) – 
xəlvətcə qaçmaq 
Məsələn: Dalaşan uşağ süyüşüf aradan çıxdı. 
tıncıxmax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 496) – ürəyi 
darıxmaq 
Məsələn: Kök adam həmişə tıncıxır. 
yayxammax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 543) – 
lovğalanmaq 
Məsələn: Adam çox yayxammaz. 
vallamax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh.530) – 
aldatmaq, kələk gəlmək 
Məsələn: Sənə didim axı, mə:i vallama. 
b) 4 hecalı fellər üzrə aşağıdakı nümunələri göstərmək olar: 
cıbrıxlamax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 75) – qər-
zəkdən çıxarmaq 
Məsələn: Şabalıdı cıbrıxla, mən də gəlləm. 
çitələməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 104) – tələsik 
tikmək 
Məsələn: Ala bu köynəyi çitələ ver. 
əyişdirməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 168) – isti suyu 
soyutmaq və ya əksinə 
Məsələn: Al bu çayı əyişdir. 
dürmələməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007.səh.148) – bük-
mələmək 
Məsələn: Otu dürmələ, doldur buxariyə külək girməsin. 
həfra düşməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 199) – 
didərgin düşmək 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
50 
Məsələn: Məcnun Leylinin dərdindən həfra düşdü. 
loxmalamax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 336) – 
parçalamaq 
Məsələn: Qəndi çanağa qoyuruq, üsdündən çəkişnən vuruf loxmalıyırıx. 
lombalamax (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 337) – 
tələsik yemək 
Məsələn: A bala, lombalama, bacına da saxla. 
pöşələməx (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı. 2007. səh. 408) – 
yaxşı çeynəmədən yemək 
Məsələn: Hümbət üç çörəyi pöşələdi. 
Oğuz rayonunun dialekt  və şivələrində dil xüsusiyyətləri olduqca zəngindir. Biz 
onların bir qismini burada izah etməyi məqsədəuyğun saydıq. Bu istiqamətdə geniş 
tədqiqat aparmağa böyük ehtiyac vardır. 
 
 
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN 
YARADICILIĞINDA TÜRK-AZƏRBAYCAN                         
DİLİ MÖVZUSU 
  
Səidə HACIYEVA 
ADPU, filologiya fakültəsi, II kurs, 201-ci qrup 
Elmi rəhbər: prof. B.Ə.Xəlilov 
 
Şəhriyar ədəbi irsinin bədii və fəlsəfi  siqləti onun bəşəri konsepsiyasındadır. 
Qüdrətli şairin əsərləri bizi bu gündə  yazıb-yaratmağa, gələcəyə nikbin gözlə bax-
mağa, bir sözlə, birləşməyə səsləyir. Məhz buna görə də Şəhriyar bütün müsalman 
dünyasının qüdrətli bir ustadıdır. 
Heydər Əliyev, 10 aprel 1993 
Azərbaycan ədəbiyyatının  İran və Türkiyədə deyil, həm də bir çox Şərq ölkə-
lərində geniş dairədə tanınan, sevilən və böyük maraq göstərilən ədəbi şəxsiyyətlə-
rindən biri də M.Şəhriyardır. M.Şəhriyar təkcə çağdaş Azərbaycan  ədəbiyyatının  
deyil, həmdə XX əsr  Şərq  şerinin nadir simalarındandır. Böyük dahinin zəngin 
yaradıcılığında ümumbəşəriliklə yanaşı, mənsub olduğu cəmiyyətin, yaşadığı mühi-
tin, hadisə  və  əhvalatlarının həyati, fəlsəfi və tarixi anlamda dərki və qiymətlən-
dirilməsi əsas meyardır. Şəhriyar bütün mütərəqqi sələfləri kimi hər şeydən əvvəl 
öz əsrinin oğludur. Ustad şairin sənətinin əsasında bir çox məsələlərlə yanaşı, həm 
də Azərbaycançılıq və türkçülük ideyalarının təbliği dayanır. Yaradıcılığının əksə-
riyyətinin  fars dilində formalaşmasına baxmayaraq, “elimin farsıca da dərdini söylər 
diliyəm mən” deməklə öz idealına sadiqliyini,türk təfəkkürlü düşüncələrin məhsulu 
olan farsdilli nümunələrində belə xalqına, elinə, obasına bağlılığını bir daha nüma-
yiş etdirmişdir. 

Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
51 
İstibdad dövründə ağır həyat sürən Şəhriyara ana dilində yazıb-yaratmaq qada-
ğan edilsə də, onun tuti qəlbi susmamış, şerlərini fars və ərəb dillərində qələmə al-
mışdır. Onun ana dilində yazdığı  əsərlər həcmcə nisbətən az olsa da, öz ictimai 
əhəmiyyəti və bədii dəyəri cəhətdən son dərəcə qiymətlidir. 
Ustad sənətkarın yaradıcılığının zirvəsi “Heydərbabaya salam” poemasıdır. Bu 
əsər təkcə onun yaradıcılığının yox, həm də müasir Azərbaycan  ədəbiyyatının 
emblemidir. Qeyd edim ki, İranda  müəyyən təhqir, töhmət, bəyənməzlik, qadağa ilə 
üzləşən Azərbaycan dili bu əsərin yazılması ilə öz həqiqi uğur və şöhrətini təsdiq-
ləyə bildi. Çünki poema ədəbi aləmdə, eləcə də adi həyatda elə bir mənəvi ehtiya-
cın ödənilməsinə xidmət şəklində ortaya çıxdı ki, qeyri dillilər, xüsusilə farslar məhz 
bu əsəri oxumaq, mənimsəmək xatirinə Azərbaycan dilini öyrənməyə məcbur oldular. 
“Heydərbabaya salam” da millilikdən doğan xəlqilik ruhu,  Azərbaycan koloriti 
çox güclüdür. Eyni zamanda burada millilik, beynəlmiləllik, ümumbəşəriliklə bağ-
lıdır. Bu misralarda  milli gerçəklik, xalq mənəviyyatı ən yüksək ideallarla aşılanır. 
Həmin millilik məhdud millətçiliyin heç bir təzahürü ilə bir qəlibə  sığmır.  Əsl 
bəşərilik də məhz  milli formada meydana çıxır. Şəhriyarın parlaq milli kolorit, xəl-
qilik ruhu duyulan əsərlərində təsvir olunan obraz və hadisələrin mahiyyətinə var-
dıqda görürük ki, bu insanlar öz xarakter və təbiətləri  etibarilə Azərbaycan türklə-
ridir. Azərbaycan xalqının milli xüsusiyyətlərinin gendaşıyıcısıdır. 
M. Şəhriyar doğma Azərbaycan dilində ancaq “Heydərbabaya salam” poema-
sını yazmış olsaydı belə, yenə milli bir şair kimi, əsl vətənpərvər sənətkar kimi 
tarixlərdə yaşayacaqdı. Lakin Şəhriyar bununla kifayətlənmədi. O, “Türkün dili” 
(1969), “Dərya elədim”, “Oyun olduq”, “İnsü cin”, “Hara qaçsın insan?”, “Məlul 
yazıq neyləsin?”, “Can alır indi”, “İman ilə getdi” şeirlərini doğma türkcədə yaz-
maqla xalqının milli şərəfini, ləyaqətini qoruyurdu. 
Cabbarbəy Bağçaban isə bütün  Azərbaycan türkləri adından şairə xitab edərək 
belə deyirdi: 
Nə qədər dadlıymış sənin bu dilin, 
Eşidən kimi bu səsini elin, 
Qoca, cavan, uşaq, oğlan, qız, gəlin, 
Səni dinləməyə qaçdılar çölə, 
Anam qurban olsun bu şirin dilə. 
Şəhriyarın  lirik şeirlərinə, “Heydərbabaya salam” poemasına, saysız-hesabsız 
nəzirələr yazılması, yalnız onun unikal ədəbi hadisə olmasında deyil, həm də xalq-
ların tarixi taleyinə ustad şairin dərindən bələdliyində, onların acılı-şirinli həyatını, 
arzu-istəklərini əks etdirməsində idi. Məlum olduğu kimi, klassik ədəbi irsin ənənə-
lərindən bəhrələnən  şair şeirə-sənətə öz sözü ilə    gəlmiş, ölməz sənət nümunələri 
yaratmışdır. Ona görə də, Şəhriyar poeziyası sərhəd tanımamışdır. 
Bütün bu məziyyətlərinə görə Şəhriyar şeiri söz kəhkəşanında dan ulduzu kimi 
parladı. Beləliklə, Şəhriyar bütövlükdə xalq ruhunun, mənəvi vəhdətin birlik rəm-

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
52 
zinə, mədəniyyət körpüsünə çevrildi. Bu ədəbi prosses bu gün də davam edir və bun-
dan sonra da davam edəcəkdir: 
“Türkün dili tək sevgili, istəkli dil olmaz, 
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz”. 
 
 
“ SİNXRON TƏRCÜMƏ “ 
Sevinc AGAYEVA 
Qafqaz Universiteti IV kurs Tərcümə 
Elmi Rəhbər: Şeyda Suleymanova 
 
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq 
məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən 
bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və 
iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təx-
minən eyni zamanda izləyə bilirlər. Ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt iki-
qat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır. İşlənmə məkanına uyğun 
olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» 
də deyilir. 
Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız bir çox beynəlxalq 
konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə ölkəmizdə sinxron tərcümə-
çilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır. Lakin bu sahədə mütəxəs-
sis hazırlığı bir sıra ciddi çətinliklərlə üzləşir. Sinxron tərcüməçilərin hazırlığı ilə 
bağlı çətinlik ondan ibarətdir ki, şifahi tərcümədə dinləmə və danışma proseslərinin 
qeyri-təbii olaraq eyni zamanda baş verməsi və məruzəçinin fikrini  tərcüməçinin 
əvvəlcədən duyması zərurəti ilə əlaqədardır. Belə ki, bu mürəkkəb prosesdə tərcü-
məçi vaxt itirmədən natiqi dinləyə-dinləyə  təxminən eyni zamanda nitqi tərcümə 
etməlidir, burada dinləmə, anlama, tərcümə dilinə çevirib səsləndirmə mərhələləri 
arasındakı müddət çox anidir. Konfrans Tərcüməçilərinin Beynəlxalq Assosiasiya-
sının rəsmi internet saytındakı  məlumata görə, 6 saatlıq iş günü ərzində sinxron 
tərcüməçi təxminən 65 çap səhifəsinə bərabər materialı şifahi tərcümə etmiş olur. 
Bu elə bir məharət və səriştə tələb edir ki, tərcüməçi eşitdiyi fikri tərcümə dilində 
ifadə edə-edə növbəti cümləni də tuta bilsin. Belə bir səriştənin formalaşması üçün 
xüsusi məşq tələb olunur. Sinxronçular hər  şeydən  əvvəl, gözəl dinləmə, həm də 
səlis və gözəl nitq söyləmək qabiliyyətinə malik olmalıdırlar. Bir türk xalq məsə-
lində deyilir ki, «Anası, cocuğuna təkcə söyləməyi deyil, dinləməyi də öyrət ki, 
sənin balan əsl danışmağı öyrənmiş olsun». Sinxron tərcüməçinin dinləmə qabiliy-
yətini, eləcə də qısamüddətli yaddaşını inkişaf etdirmək üçün başlanğıc mərhələdə 
tələbələrə ana dilində  eşitdikləri informasiyanı öz sözləri ilə  təkrarlamağı  tələb 
edən çalışmalar verməlidir. Sinxron tərcümənin tədrisi ilə bağlı xarici ölkələrin təc-
rübəsində sözlərin, cümlələrin və paraqrafların təqlid yolu ilə izlənməsi, sinonim-

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin