AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məRKƏZĠ NƏbatat bağI



Yüklə 5.39 Mb.
Pdf просмотр
səhifə1/19
tarix28.01.2017
ölçüsü5.39 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

 
AZƏRBAYCAN  MĠLLĠ  ELMLƏR  AKADEMĠYASI 
 
MƏRKƏZĠ  NƏBATAT  BAĞI
 
 
 
 
 
 
 
 
 
 
BİTKİLƏRİN İNTRODUKSİYASI 
 
VƏ 
 
İQLİMLƏŞDİRİLMƏSİ
 
 
 
 
 
Mərkəzi Nəbatat Bağının əsərləri 
 
 
VI 
 
 
 
 
 
 
 
 
 

 
Bakı - «Elm» - 2006 
 
 
 
 
 
Redaktorlar:              b.e.d.,  O.V.Ġbadlı,  
                                  b.e.n.,  N.B.Hüseynova 
 
Redaksiya heyəti:     b.e.n. E.P.Səfərova,       
                                  b.e.n., dos., ġ.N.Qasımov,   
                                  b.e.n. C.N.Nəcəfova 
 
 
  
“Bitkilərin introduksiyası və iqlimləĢdirilməsi” 
(Mərkəzi Nəbatat Bağının əsərləri, VI cild) 
 
 
Məcmuə Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı 
ölkələrin  florasından  olan  bəzək,  dərman,  efiryağlı  ağac,  kol,  ot  və 
çiçək,  o  cümlədən  nadir  və  nəsli  kəsilməkdə  olan  bitkilərinin 
öyrənilməsinə həsr olunmuşdur. 
 
Kitabda  bir  sıra  bitkilərin  bioloji  xüsusiyyətləri,  o  cümlədən 
biomorfologiyası,  bioloji  müxtəlifliyi,  boy  və  inkişafının  dinamikası, 
çoxaldılma  üsulları  və  vaxtı,  ilkin  becərilmə  aqrotexnikası,  respub-
likanın  şəhər  və  digər  yaşayış  məntəqələrinin  yaşıllaşdırılmasında 
istifadəsi haqqında tövsiyələr verilmişdir. 
 
Topludan bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, 
aqronomlar, 
biologiya 
və  kənd  təsərrüfatı  mütəxəssisiləri,  
aspirantlar,  tələbələr,maqistrlar,  həvəskar  bağbanlar  istifadə  edə 
bilərlər.
 
 
 
 
 

 
 
© “Tural” NPM - 2006 
UOT  631. 529: 631(479.24) 
 
 
O.V.ĠBADLI 
 
 
ABġERON  ġƏRAĠTĠNDƏ  GEOFĠTLƏRĠN  TOXUM 
MƏHSULDARLIĞI  VƏ  TOXUMDAN  ÖZ-ÖZÜNƏ 
BƏRPASI 
 
İntroduksiya  olunmuş  və  yaxud  introduksiya  edilən 
bitkilərin  toxum  əmələ  gətirmək  qabiliyyəti  və  toxumun 
məhsuldarlığı introduksiyada ən əsas göstərcilərdən  biri sayılır. 
Bu  baxımdan  toxumun  məhsuldarlığının  öyrənilməsi  çox 
vacibdir.  
İntroduksiya  olunan  bitkilərdən  bir  çoxu  vegetativ  yol  ilə 
çətinliklə və bəzən isə heç çoxalmırlar. Belə vaxtda toxumlarla 
çoxaltma  iqtisadi  cəhətdən    xeyirli    olmaqla    çox  saylı    əkin 
materialı əldə etməyə imkan verir.  
Bir  sıra  tədqiqatçılar  bitkilərin  bir  yerdən  başqa  yerə 
köçürülməsində    təkcə    iqlimə  uyğunlaşmanın  deyil,  onların  
çiçək  açıb  toxum  vermələrinin  ən  vacib  və  ümdə  məsələlərdən 
biri olduğunu müəyyənləşdirmişlər: 
N. A Avrorin [1], N. A. Bazilevskaya [2], E. V. Vulf [3], S. 
S. Xarkeviç [4],  İ. İ. Sikura [5],  İbadov  O. V. [6]  və b. geofit 
bitkilərin  introduksiya  olunma  dərəçəsini  müəyyənləşdirərkən 
bitkilərin  toxum  əmələ  gətirmə  qabiliyyətini  və  onların 
məhsuldarlığını nəzərə almışlar.  
Beləliklə,  çoxillik  təcrübələr  göstərir  ki,  bitkilərin  nə 
dərəcədə  introduksiya  olunması  onun  toxum  verməsi  ilə  sıx 
əlaqədardır.    Bütün  bunları  nəzərə  alaraq,  Abşeron  şəraitində 
introduksiya 
olunmuş  geofitlərin  toxum  məhsuldarlığı 
öyrənilmişdir.  

 
Abşeron  şəraitində  aparılmış  tədqiqatlar  nəticəsində 
AMEA-nın    Mərkəzi  Nəbatət  Bağında  ilk  dəfə  bəzi  geofit 
bitkilərin toxum məhsuldarlığı öyrənilmişdir (cədvəl 1). 

 
                                                                
 Çədvəl  1. 
Bəzi geofit bitkilərin toxum məhsuldarlığı (1970-2000-çi illər üzrə orta). 
 
№ 
Bitkilərin adı 
Təbii şəraitdə 
Kultura 
şəraitində 
Orta hesabla ədədlə 
Çiçək 
qrupun-
da 
çiçəklər 
Çiçək 
qrupunda 
qutucuqlar 
Toxumlar 
Çiçək 
qrupun-
da 
çiçəklər 
Çiçək 
qrupunda 
qutucuqlar 
Toxumlar 
Fərdi 
Qutu- 
cuqda 
Fərdi 
Qutu-
cuqda 









10 

Akaka soğanı 
50 
41 
164 

80 
65 
325 


Qarabənövşəyi s. 
276 
153 
612 

410 
340 
1700 


Ürəkvari erkəkcikli s. 
198 
125 
500 

299 
271 
1626 


Tor s. 
280 
205 
820 

357 
320 
1920 


Lənkəran s. 
75 
68 
272 

142 
125 
625 


Ağrəng s. 
285 
162 
648 

485 
394 
2758 


Soviç s. 
80 
72 
288 

165 
145 
755 


Talış s. 
120 
106 
424 

203 
172 
860 


Dağ iksiolirionu 


12 



30 

10  Fişer şterenbergiyası 


--- 



--- 
--- 
11  Sarı s. 


--- 
--- 


--- 
--- 

 
12  Xəzər qulançarı 
145 
128 
384 

203 
175 
700 

13  Nazikyarpaq q. və ya M.  
200 
174 
522 

1500 
1420 
5680 

14  Dərman q. və ya M. 
850 
75 
275 

2200 
1500 
6000 

15  Qəşəng süsəni 


40 
40 


60 
60 
16  Gürcü s. 


19 
19 


34 
34 
17  Fomin sünbülçiçəyi 
60 

235 


64 
448 

18  Sıxçiçək s. 
46 
32 
192 

90 
75 
525 

19  Vilhelm s. 
60 
40 
200 

109 
85 
510 

20  Ziqomorflu s. 
48 
38 
190 

145 
123 
738 

21 
İkiyarpaqlı 
vaxtsızçiçək 


18 
18 


36 
36 
22  Sevinc v. 


70 
70 


100 
100 
23  Gözəl v. 


42 
42 


60 
60 
24  Şovis v. 


70 
70 


90 
90 
25  Görkəmli çiriş 
65 
40 
200 

180 
142 
1136 

26  Azərbayçan ç. 
72 
51 
255 

210 
160 
1280 

27  Qafqaz laləvəri 


85 
85 


120 
120 
28  Sarı l. 


69 
69 


114 
14 
29  Ağaran danaqıran 






12 

30  Ücsütüncuqlu d. 






15 

31 
Qəşəng gəmirici 
soğanı 
30 
21 
105 

80 
65 
390 

32  Qafqaz g.s. 
26 
17 
85 

75 
60 
360 


 
33  Ağızcıqlı g.s. 
40 
36 
180 

80 
63 
378 

34 
Yastıyarpaq xıncalaus 
və ya quşsüdü. 


80 
16 
35 
20 
400 
20 
35  Pireney x. və ya q. 
90 
75 
450 

205 
185 
1480 

36  Şelkovnikov x. və ya q. 
35 
20 
100 

65 
50 
400 

37  Sintenisi x. və ya q. 


15 

16 
13 
104 

38  Zümrüdvari puşkiniya 


--- 
--- 


--- 
--- 
39  Eyxler dağlaləsi 


180 
180 


360 
360 
40  Florenski d. 


138 
138 


180 
180 
41  Yuliyev d. 


102 
102 


200 
200 
42  Çoxçiçəkli d. 


60 
60 


150 
150 
43  Şmidt d. 


160 
160 


290 
290 
44  Qafqaz buynuzbaşı 






24 

45  Mlokoseviç b. 


12 



30 

46  Zərif meşənovruzu 






20 

47  Yaz m.n. 






24 

48 
İrikasaçaqlı 
novruzçiçəyi 
14 
11 
66 

22 
16 
112 


 
1  saylı  cədvəldən  göründüyü  kimi  təbii  şəraitə  nisbətən 
kultura şəraitidə müqayisəli dərəcədə öyrənilmiş 48 növ bitkidən 
yalnız  birində,  yəni  Zümrüdvari  puşkiniyada  toxum  əldə 
edilməmişdir.  Qalan  47  növ  yaxşı  inkişaf  edir  və  təbii  şəraitə 
nisbətən daha çox toxum verir. 
  Kultura  şəraitində  tədqiq  olunmuş  bitkilərdən  ən  çox 
toxum  verəni  dərman  qulançarı  və  ya  mərəçüyüdü  6000  ədəd, 
ağrəng  soğan  2758,  tor  soğanı  1920  ədəd  toxum  əmələ  gətirir. 
Müqayisəli  dərəcədə  həmin  növlər  təbiətdə  2175,  648  və  272 
ədəd toxum əmələ gətirirlər.  
Bitkilərin introduksiyası və iqlimləşdirilməsində ən yüksək 
göstərici onların toxumları vasitəsi ilə öz-özünə  bərpası sayılır. 
Bitkilərin  öz-özünə  toxumdan  bərpa  olunması  xarici  mühit 
amillərinin  təsirindən  və  növlərin  bioloji  xüsusiyyətindən  çox 
asılıdır [2,7].  
Azərbaycanda,  o  cümlədən  də  Abşeronda  geofit  bitkilərin 
toxumdan  öz-özünə  bərpasına  aid  ədəbiyyat  məlumatları 
məhduddur. Nəbatat Bağının geofit bitkiləri sahəsində 323 bitki 
introduksiya olunmuş, onlardan 120 növü toxum verir, 78 növü 
isə toxumdan öz-özünə bərpa olunur. (cədvəl  2).  
1970-2000  -ci  illər  ərzində  geofit  bitkilərin  toxumdan  öz-
özünə bərpası üçün təcrübələr aparılmışdır. Əsas tədqiqat işi 375 
kv.  m  sahədə  (100  ləkdə,  hər  ləkin  ölçüsü  2,5x1,5  m) 
aparılmışdır.  
Hər  ləkdə  2-3  növdən  ibarət    50  ana  bitki  əkilmişdir. 
Toxum verərkən 40 ədəd bitkinin toxumları toplanmış, qalan 10 
növün  toxumları  isə  gələcəkdə  öz-özünə  bərpa  üçün 
saxlanılmışdır.  
Fenoloji müşahidələr bütün il boyu əsasən aşağıdakı qayda 
üzrə  aparılmışdır:  vegetasiyanın  başlanması  və  qurtarması, 
çiçəkləmə  müddəti,  toxumların  yetişməsi  və  toxumların  öz-
özünə bərpası.  
2 saylı cədvəldə bitkilərin öz-özünə toxumdan bərpa olun-
ması  3 qrupa bölünmüşdür:

 
 
Cədvəl  2. 
Mərkəzi  Nəbatat Bağında geofitlərin toxumdan öz-özünə bərpası (1970-2000 illər üzrə orta) 
 
Sıra №-
si 
Bitkilərin adı 
Cücərtilərin əmələ 
gəlmə vaxtı 
Cücərtilərin sıxlığı 
Qeyd 






Allium atroviolaceum 
IV-IX 
tək-tək 
Cücərtilər 6-7 ildən sonra toxum 
verir. 

A. cardiostemon 
VI-X 
“---“ 
6-7 ildən sonra toxumlayır. 

A. dictyporasum 
IV-X 
bol 
Cücərtilər geniş yayılır və 
cırlaşır. 

A. lenkoranicum 
IV-VII 
zəif 
Zəif inkişaf edir. 

A. leucanthum 
VI-IX 
normal 
Ancaq ləklərdə müşahidə edilir. 

A. saxatile 
IV-IX 
“---“ 
Yaxşı bitir, 4-5 ildən sonra 
toxum verir. 

A. victorialis 
IV-VI 
zəif 
Zəif inkişaf edir. 

A. vineale 
VI-XI 
“---“ 
“---“ 

A. viride 
VI-VIII 
normal 
Yanaşı ləklərdə də müşahidə 
olunur və toxum verir 
10 
A. woronowii 
IV-V 
zəif 
İlk yayda tələf olur. 
11 
Gallanthus caucasicus 
III-IV 
“---“ 
Çox zəif inkişaf edir, 5-6 ildən 
sonra toxum verir. 

 
12 
G. nivalis 
III-IV 
“---“ 
“---“ 
13 
Asparagus caspius 
III-IV 
bol 
Geniş yayılır və tez toxum verir. 
14 
A. leptophyllus 
III-IV 
“---“ 
“---“ 
15 
A. officinalis 
IV-V 
“---“ 
Öz-özünə yaxşı bərpa olunur, 
geniş yayılır. 
16 
A. verticillatus 
III-IV 
normal 
“---“ 
17 
Tragopogon pusillus 
IV-V 
“---“ 
Ancaq təcrübə ləklərində 
görünür. 
18 
T. tuberosus 
IV-V 
“---“ 
“---“ 
19 
Bongardia chrysogonum 
II-III 
“---“ 
Yaxşı çoxalır, geniş yayılır. 
20 
Corydalis erdelii 
IV-V 
zəif 
Zəif inkişaf etməklə 3-5 cücərti 
verir. 
21 
C. marschalliana 
IV-V 
“---“ 
“---“ 
22 
Crocus caspius 
XI-III 
“---“ 
“---“ 
23 
C. speciosus 
III-IV 
boldur 
Əla bitir. 4-5-ci ildə toxumlayır. 
24 
Gladiolus   atroviolaceus 
III-IV 
“---“ 
“---“ 
25 
G. imbricatus 
III-IV 
“---“ 
“---“ 

 
26 
Iridodictyum robiculat. 
II-III 
bol 
“---“ 
27 
Iris acutiloba 
III-V 
zəif 
Zəif bitir, az cücərti verir. 
28 
I. carthalincae 
V-VI 
normal 
“---“ 
29 
I. elegantissima 
IV-V 
zəif 
Çox zəif inkişaf edir. 
30 
I. medwedewii 
V-VI 
“---“ 
“---“ 
31 
I. musulmanica 
VI-X 
“---“ 
“---“ 
32 
I. pseudacorus 
VI-IX 
normal 
Başqa ləklərdə görünür, 5-7 
ildən sonra toxum verir. 
33 
I. schelkownikowii 
II-III 
zəif 
Nadir hallarda çox zəif inkişaf 
edir. 
34 
Juno caucasica 
III-IV 
“---“ 
“---“ 
35 
J. pseudocaucasica 
III-IV 
normal 
Əla cücərir və 4-6 ildən sonra 
toxum verir. 
36 
Asphoedeliane lutea 
III-IV 
bol 
Geniş yayılır və 3-4 ildən sonra 
toxumlayır. 
37 
A. szovitsii 
III-X 
“---“ 
“---“ 
38 
Bellevalia  albana 
II-III 
“---“ 
Əla bitir, geniş yayıla bilir, 3- 
ildən sonra toxumlayır. 
39 
B. fominii 
II-III 
“---“ 
“---“ 

 
40 
B. longistyla 
II-III 
“---“ 
“---“ 
41 
B. pucnantha 
II-III 
zəif 
Çox zəif cücərir və tez də ölür. 
42 
B. wilhelmsii 
II-III 
“---“ 
“---“ 
43 
B. zygomorpha 
II-III 
bol 
Əla cıxış verir, 3-5-çi ildə 
toxumlayır. 
44 
Eremurus  
azerbajdzhanicus 
II-IV 
“---“ 
Geniş ərazidə yayılır, 4-6 ildən 
sonra toxum verir. 
45 
E. spectabilis 
II-IV 
“---“ 
“---“ 
46 
Fritillaria  lutea 
III-IV 
zəif 
Çox zəif inkişaf edir. 
47 
Gagea caucasica 
I-II 
orta 
3-5 ildən sonra toxum verir. 
48 
G. dubia 
II-III 
“---“ 
“---“ 
49 
G. germainae 
I-II 
“---“ 
“---“ 
50 
G. pusilla 
II-III 
zəif 
Az çıxış verir, zəif toxumlayır. 
51 
G. tenuissima 
II-III 
“---“ 
“---“ 
52 
Leopoldia caucasica 
II-III 
bol 
Geniş ərazidə yayılır, asan cırlaşır, 
3-5 ildən sonra toxum verir. 
53 
L. tenuflora 
I-II 
“---“ 
“---“ 

 
54 
Muscari alpanicum 
II-III 
“---“ 
“---“ 
55 
M. eleganthum 
II-III 
“---“ 
“---“ 
56 
M. grossheimii 
II-III 
normal 
Əla bitir, təcrübə ləkindən 
kənarda rast gəlinir, 3-6 ildən 
sonra toxum verir. 
57 
M. leucostomum 
I-II 
“---“ 
“---“ 
58 
M. polyanthum 
I-II 
“---“ 
“---“ 
59 
M. szovitsianum 
I-II 
“---“ 
“---“ 
60 
Ornithogalum  balansae 
II-III 
“---“ 
“---“ 
61 
O. hyrcanium 
II-III 
“---“ 
“---“ 
62 
O. kochii 
II-III 
“---“ 
“---“ 
63 
O. montanum 
II-III 
zəif 
Çox az çıxış verir, nadir hallarda 
toxum verir. 
64 
O. ponticum 
II-III 
“---“ 
“---“ 
65 
O. schelkownikowii 
III-IV 
normal 
Yaxşı çıxış verir. 
66 
O. tempskyanum 
I-IX 
bol 
Əla çıxış verir, geniş yayılır, 
normal toxumlayır. 

 
67 
O. sintenisii 
II-III 
“---“ 
“---“ 
68 
O. t. Julia woronowii 
II-III 
“---“ 
“---“ 
69 
Pseudomuscari pallens 
I-II 
“---“ 
“---“ 
70 
P. paradoxum 
II-III 
“---“ 
“---“ 
71 
Tulipa biebersteiniana 
II-III 
normal 
Yaxşı çıxış verir. 
72 
T. eichleri 
II-III 
bol 
Əla çıxış verir, 3-4 ildən sonra 
toxumlayır. 
73 
T. florenskyii 
II-III 
normal 
Yaxşı bitir. 
74 
T. julia 
II-III 
bol 
Cücərtilər başqa ləklərə yayılır, 
3-5-çi ilində çiçəkləyir. 
75 
T. polychroma 
II-III 
“---“ 
“---“ 
76 
T. schmidtii 
II-III 
zəif 
İldə 2-3 cücərti müşahidə edilir 
və zəif böyüyür. 
77 
T. scherenkii 
II-III 
“---“ 
“---“ 
78 
T. violaceae 
I-II 
normal 
Az cücərti verir, ancaq yaxşı 
böyüyür. 
 

1.  Bol  cücərmə:  Cücərmiş  toxumlar  asanlıqla  təcrübə 
ləklərindən kənara çıxa bilir, sürətlə inkişaf edərək, ləkdən xeyli 
aralıda yayılırlar.  Bu qrupa 23 növ daxildir.  
2. Normal cücərmə: Cücərmiş toxumlar təcrübə ləklərindən 
kənara çıxa bilmir. Normal inkişaf edirlər. Ləkdən kənara çox az 
çıxır. Bu qrupa 25 növ daxildir.  
3.  Zəif  cücərmə:  cücərmə  zəif  gedir,  xüsusən  ilkin 
mərhələlərdə  aqrotexniki  xidmətə  ehtiyacları  olur.    Ləkdən 
kənara çıxa bilmirlər. Bu qrupa 25 növ daxildir.  
Tədqiq  olunmuş  78  növ  toxumdan  öz-özünə  bərpa 
olunmaqla  külli  miqdarda  əkin  materialı  əldə  etməyə  imkan 
verir.  
Tədqiqat  nətiçəsində  ilk  dəfə  olaraq  Abşeron  şəraitində  
geofitlərin  48  növünün    toxum  məhsuldarlığı  və  78  növün 
toxumdan  öz-özünə  bərpa  olunma  qabiliyyəti  müəyyən 
edilmişdir.  

 
ƏDƏBIYYAT 
 
1.
 
Аврорин  Н.  А.  Переселение  растений  на  Полярный 
Север.  Эколого-географический  анализ.  М.  Л.,  АН 
СССР, 1956,286 с.  
2.
 
Базилевская  Н.  А.  Теория  и  методы  интродукции 
растений, М., Изд. Московского университета, 1964, 
129 с. 
3.
 
Вульф  Е.  В.    Историческая  география  растений,  М., 
Л., АН СССР, 1973,     256 с. 
4.
 
Харкевич С. С. Полезные растения природной флоры 
Кавказа  и  их  интро  дукции  на  Украине.  Киев, 
Наукова Думка, 1966, 300 с.  
5.
 
Сикура  И.  И.  Переселения  растений  природной 
флоры  Средней  Азии  на  Украину.  Киев,  Наукова 
Думка, 1982, 208 с.  
6.
 
Ибадов  О.  В.  Самосев  у  Кавказских  геофитов, 
интродуцированных  на  Абшероне,  Бюл.  Гл.  Ботан. 
Сада, 1987, вып. 143, с. 25-26. 
 
О. В. Ибадлы 
 
СЕМЕННАЯ ПРОДУКТИВНОСТЬ И САМОСЕВ 
ГЕОФИТОВ В УСЛОВИЯХ АБШЕРОНА 
 
         Впервые были изучены семенная продуктивность 48-и  
и самосев   78-и видов геофитов в условиях Абшерона.   
 
 

 
UOT 582. 5                                             
                                                                A. Bayramov, 
ġ.Qasımov, Z. Ġslamova. 
 
 
ABġERON ġƏRAĠTĠNDƏ ĠNTRODUKSĠYA EDĠLMĠġ 
BƏZĠ YENĠ DEKORATĠV BĠTKĠLƏRĠN  
BĠOEKOLOJĠ XÜSUSĠYYƏTLƏRĠ VƏ BECƏRĠLMƏSĠ 
 
   
2001-2005-ci  illərdə  Mərkəzi  Nəbatat  Bağında  aparılan 
elmi tədqiqat işlərinin nəticələrinə əsasən daxili yaşıllaşdırmada 
istifadə 
olunan 
dekorativ 
bitkilərin 
assortimentini 
zənginləşdirmək  məqsədi  ilə  19  yeni  növ  cəlb  edilmişdir. 
Tədqiqat obyekti kimi aşağıdakı növlər götürülmüşdür: Othona 
capensis 
Harv.,Senecio 
petracus 
(R.E.Fries.) 
Jacobs 
.,S.articulatus  (L.F.)Sch.Bup.,  S.herrianus  Dinter.,  Cyanothis 
somaliensis Clerke, Glottiphyllum depressum    ( Haw.) N.E.Br., 
Oscularia  deltoids  (Mill.)  Swant.,  Faucaria  scheama  L.Bol., 
Aechmea  fasciata  “Morqana”  Ananas  comosus  “Variegatus”, 
Billbergia  nutans  Rql.,  Guzmania  “Grand  Prix”,  Guzmania 
“Empire”,  Sansevieria  grangis  Hook.f.,  Agave  americana 
var.marginata Trel. (şək.6), A.filifera Salm-Dyck. 
Abşeron  şəraitində  bu  bitkilərin  introduksiyasının 
perspektivliyini  öyrənmək  məqsədi  ilə  onların  ilkin  ontogenez 
mərhələsində (yuvenil, cücərti fazaları) və ümumiyyətlə virginil 
və  generativ  dövrlərində  bioekologiyası,  morfogenezi, 
fenologiyası, anatomik quruluşu öyrənilmişdir.  
Göstərilən 
növlərin  hər  biri  fərdi  bioekoloji  xüsusiyyətlərə  və  struktur 
quruluşuna  malikdirlər.  Lakin,  biz  onların  ümumi,  praktik 
becərmə  üçün  vacib  olan  xüsusiyyətlərini    qeyd  edib  ,  analtik 
təsvirini  veririk. 
 
Aparılmış  tədqiqat  işlərində  Kultiasov  M.V.(2), 
Smirnova  E.S.(5),  Rusiya  EA  Baş  Botanika Bağı  (3)  tərəfindən 
təklif  olunan  ümumi  fenoloji,  tarixi-ekoloji  və  florogenetik 

 
üsullarından istifadə olunmuşdur. Göstərilən üsullardan istifadə 
etməklə 
introduksiya 
olunan 
bitkilərin 
ontogenezinin, 
fenologiyasının,  ekoloji  dözümlülüyü,  morfoloji  əlamətlərin 
uyğunlaşma  xüsusiyyətləri  (1;4)  və  ilkin  aqrotexnikası  işlənib 
hazırlanmışdır.Həyat 
tsiklində 
bitkilərin 
biomorfoloji  
strukturunun  öyrənilməsi  göstərir  ki,  sukkulent  növlər 
ontogenezin ilk dövründə ortotrop budaqlar əmələ gətirir. Lakin 
birinci  inkişaf  ilinin  sonunda  bitkilərin  budaqları  plaqiotrop 
formasını  alır.  Bu  isə  təbii  şəraitdə  bitkilərin  torpaq  üzərindəki 
azacıq  rütubətdən  istifadə  edərək  sərt  şəraitdə  bitməsinə  imkan 
verir.  
 
Bromeliyanın tətqiq olunan növləri (eləcə də Sansevieria   
və    Agave  cinsinin        növləri)  əsasən  ortotrop  tipli  və  böüyən 
rozetkalar və kiçik kollar əmələ gətirir. Bu kolcuqların budaqları 
hər iki tipli ola bilər, bəzən isə inkişaf mərhələsindən asılı olaraq 
öz  istiqamətini  dəyişə  bilər  (anizotrop)  və  yaxud  saxlaya  bilər 
(izotrop). 
 Bromeliyanın  ilkin  inkişaf  mərhələləri  haqqında  ədəbiyyat 
məlumatları  yoxdur, xariçi ədəbiyyatda isə onlar nisbətən azdır 
(6). 
   
Bromeliyanın  müxtəlif  cinslərinin  toxumdan  cücərməsi 
və  cücərtilərin  formalaşma  xüsusiyyətləri  öyrənilmişdir.Tədqiq 
olunan  növlərin  cücərməsi  bağlayıçılı  yerüstü  cücərmə 
formasına  görə  yerüstü  cüərmə  tipinə  aiddir.  Öyrənilən  bütün 
növlərdə cücərmə toxumun qabığının partlaması  ilə başlayır və 
toxumdan  əsas  kökə  başlanğıc  verən  ruşeym  kökcüyü  ilə 
hipokotil  çıxır.  Bromeliya  üçün  xarakterik  olan  əsas  kökün 
meydana  çıxmasından  bir  neçə  gün  sonra  böyüməsi  dayanır  və 
tədricən  məhv  olur,  nətiçədə  yan  köklər  inkişaf  edir. 
Cücərtilərdə  rozetin  yaranması    epikotilin  və  buğumarasının  
inkişafdan qalması nəticəsində əmələ gəlir. 

 
 
                
                  Şəkil  1. Agava americana var. marginata Trel. 
 
 
Öyrənilən bitkilərin toxumdan cücərməsi ilkin mərhələdə 
xarici görünüşçə oxşardır. 
         Aparılmış  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki, 
oranjereya şəraitində bromeliyalarda, xüsusən tropik meşələrdən 
çıxanlarda oktyabr-aprel aylarında nisbi sakitlik mərhələsi qeyd 
edilir. Bütün tədqiq edilən növlərdə maksimal artım iyul-avqust 
aylarında müşahidə edilir, sonra böyümə prosesi  tədriçən azalır 
və  bitkilər  noyabrdan  başlayaraq  mart-apreləçən  davam  edən 
nisbi sakitlik mərhələsinə keçirlər. 
 
Bromeliyanın monokarp növlərində böyümə və inkişafın 
vegatativ  hissəsi  generativ  inkişafın  başlanması  ilə  qurtarır. 

 
Çiçəkləmədən  sonra  öz-özünü  tozlayan  növlərdə  toxum  əmələ 
gəlir, bitki isə tədricən məhv olur, əvəzinə ana bitkini əvəz edən 
yan  zoğlar  meydana  çıxır.  Bitkilərin  toxumdan  toxumacan 
inkişafı 3,5-5 il ərzində baş verir. 
 
Tədqiq  olunan  bitkilər  üçün  ümumi  əlamət  çiçək  əmələ 
gətirən budağın və yaxud rozetkanın özünə su toplamağıdır. Bu 
toplanan su çiçək açan və toxum yetişən zaman bitki tərəfindən 
tədricən  istifadə  olunur  və  orqanizmin  bu  əsas  inkişaf  dövrünü 
normal  başa  vurmasına  imkan  yaradır.  Bu  bitki  tərəfindən 
təkamüldə əldə edilmiş  ən vacib əlamətlərdən biridir. 
 
Öyrənilən  bitkilərin  kök  sistemləri  torpağın  dərin 
qatlarına yayılmır və əsasən yer səthinə yaxın üst köklər əmələ 
gətirir.  Ontogenezin  birinci  ili  əsas  kök  gözə  çarpır.    Lakin 
inkişafın  birinci  ilinin  axırında    o  intensiv  inkişaf  etmiş  əlavə 
köklər  arasında  itir.  Kök  sisteminin  yer  səthinin  üst  qatlarında 
əmələ gəlməsi bitkilərin yaşadığı edafik  şərait ilə bağlıdır.  
 
 Anatomik  quruluşun  (şək.1,2,3,4,5)  analizi  göstərir  ki, 
çox  qatlı  probka  (mantar)  və  çox  qatlı  qabıq  parenximinin 
olması, bitki qabığından gövdənin orta hissəsinə (stelə) keçidin 
(yəni  ,  tipik  elementlərsiz-  endoderma  və  peritskilsiz)  demək 
olar  ki,  hiss  olmadan  baş  verməsi  gövdədə  (Bromeliya,  Agava 
və  Sansevierada  isə  həmdə  yarpaqlarında)  künc  kollenxim 
şəkilində  mexaniki  toxumaların  olması,  öyrənilən  bitkilər  üçün 
ümumi əlamətlərdir. Bromeliyanın (Aechmea) həm də toxum və 
toxum qabığının quruluşu öyrənilmişdir. (şək.7) 
 

 
 
    Şəkil 2. Othonna capensis. Yarpağın gövdə üzərində 
diafraqması və  gövdənin anatomik qurluşu 

 
                        
 
 
 
 
 
               
Şəkil  3.  Senecia  articulatus.  Yarpağın  və  gövdənin 
anatomik qurluşu 

 
 
Şəkil 4. Senecio herreianus.  Çiçək açmış zoğ və yarpağın 
anatomik qurluşu 
 

 
            Şəkil 5. Senecio petracus. Vegetativ zoğ və gövdənin 
anatomik qurluşu 
 
 
Şəkil 6.Cyanothis somaliensise.  Çiçək açan zoğ və gövdənin                
                                anatomik quruluşu 

 
 
 
      Şəkil 7.  Aechmea bracteata-nın meyvə, toxum və toxum 
qabığının quruluşu xa – xarici intequment törəməs 
da –daxili intequment törəməsi 
n – nutsellüs 
a – aleyron qatı 
e – endosperm 
x – xalazal törəmə 
 
 

 
Tədqiq olunan bitkilərin ekoloji –tarixi şəraiti təkamüldə 
bunlarda  müxtəlif  tipli  morfoloji  uyğunlaşmalar  əmələ 
gətirmişdi  –sukkulent  yaxud  cod  yarpaqlı  (Agavalarda, 
Sansevierialarda,  Bromeliyalarda)  gövdəsiz  və  ya  qısa  gövdəli 
kol və kolcuqlar . 
 
Tarixən formalaşmış ekoloji xüsusiyyətlərinə əsaslanaraq 
bu bitkilərin aqrotexniki qulluq qaydaları işlənmişdi.  
 
Bitkinin  genotipində  olan  mütəhərrik  xüsusiyyətlərin 
ontogenezin  ilk  mərhələsində  (ətraf  mühütə  adekvat  olaraq) 
biruzə verməsini nəzərə alaraq, bitkilərin becərilməsi toxumdan 
başlanmalıdır.  Lakin  öyrənilən  bitkilər  həm  də  vegetativ  yolla 
çoxaldıla  bilər.  Bitkilərin  böyümə  və  inkişafını  müəyyən  edən, 
xüsusilə örtülü şəraitdə, əsas şərtlərdən biri bu və ya digər bitki 
üçün  optimal  substratın  seçilməsidir.  Ancaq  tədqiq  edilən 
bitkilər  münbit  torpaqda  çox  tələbkar  olmadıqlarına 
baxmayaraq,  yaxşı  qidalanmaya  həssasdırlar.  Onlar  üçün 
torpağın  kimyəvi  tərkibindənsə,  fiziki  strukturu  daha  vacibdir. 
Yaxşı  drenajlı  torpaq  suyun  artdığını  saxlamayaraq  süzür  və 
kökü çürüməkdən qoruyur.  
 
 Tədqiq  olunan  bitkilər  maksimum  işıqlı  yeri  tələb 
edirlər.  Bəzi  hallarda  bromeliyalar  üçün  ötəri  gün  şüaları  daha 
faydalıdır.  Buna  görə  də  bu  bitkilər  ən  işıqlı  yerlərdə 
yerləşdirilməlidir.  Becərilmənin  ən  vacib  şərtlərindən  biri 
düzgün  sulama  rejiminin  aparılmasıdır.  Bitkilərin  ekoloji 
xüsusiyyətlərini  nəzərə  alaraq  qeyd  etmək  lazımdır  ki,  onlar 
suyun azlığına daha dözümlüdürlər, nəinki suyun artıq olmasına. 
Sulamanın  aparılma  rejimini  və  miqdarını  müəyyənləşdirəndə 
bitkilərin  il  boyu  gedən  böyümə  və  inkişaf  tsiklinin 
xüsusiyyətlərini nəzərə almaq lazımdır.  
 
 Beləliklə,  tədqiq  olunan  növlərin  ekoloji  -  tarixi  analizi 
və  onların  struktur  quruluşu  göstərir  ki,  onların  həyatı  gücü 
yüksək  səviyyədədir  və  təkamüldə  yaranmış  genotipi  bitkiləri 
Abşeron iqlimi üçün perspektivli edir.   
 

 
 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə