ƏDƏBĠYYAT
Fərruxfal R. Ədəbi mətnlərin redaktəsi / fars dilindən çevirən
M.Məhəmmədi.http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-
metnlerin-redaktesi/
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002.-
200s.
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, Издательство МГУП., 2002, 468 с.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
201
Барыкин В. Справочный аппарат изданий художественной
литературы. - М.: 1978.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
202
X FƏSĠL
TƏKRAR NƏġRLƏR
Təkrar nəşrlərin tipoloji xarakteristikası
Kitabların təkrar nəĢri ilə bağlı terminlərin və ″təkrar nəĢr″
anlayıĢının vahid izahı, demək olar ki‚ indiyədək mövcud deyil.
Təkrar nəĢrlərin əsas növləri aĢağıdakılardır: həqiqi təkrar nəşr və
təkrar çap olunma.
Bu anlayıĢlar mahiyyətcə eynilik təĢkil etsələr də‚ onların
bir-birindən fərqli cəhətləri də mövcuddur. Belə ki‚ ″təkrar çap
olunma″ hər hansı əsərin əvvəllər nəĢr olunmuĢ və baĢqa bir nəĢ-
riyyat tərəfindən buraxılmıĢ mətni əsasında çapıdır. ″Təkrar nəĢr″
isə mövcud nəĢriyyat tərəfindən iĢıq üzü görmüĢ hər hansısa bir
nəĢrin yenidən çap olunmasıdır.
Mətnində zəruri dəyişiklik edilən və ya edilməyən, ayrıca ti-
rajla buraxılan nəşrlər təkrar nəşr adlanır.
Təkrar nəĢr hansısa bir dəyiĢiklik‚ əlavələr‚ səhvlərin dü-
zəliĢi‚ yenidən iĢlənmə‚ həmçinin sadalanmıĢ növlərin birgə kom-
binasiyası və ya əvvəlki nəĢrin tamamilə təkrar edilməsi əsasında
hazırlana bilər. Onu da qeyd edək ki‚ əgər nəzərdə tutulan nəĢrdə
bundan öncəki nəĢrin mətninin 25%-dən çoxu dəyiĢikliyə uğra-
mıĢsa‚ bu təkrar nəĢr deyil‚ əksinə‚ tamamilə yeni nəşr hesab olu-
nur. Bütün bu xüsusiyyətləri nəzərə alaraq‚ təkrar nəĢrlərin aĢağı-
dakı növləri müəyyən olunmuĢdur
179
:
TamamlanmıĢ
Səhvləri düzəldilmiĢ
Yenidən iĢlənmiĢ
Yenidən baxılmıĢ
179
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, 2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
203
GeniĢləndirilmiĢ
Stereotip.
Təkmilləşdirilmiş nəşr əvvəlki nəĢrdən əlavə mətni və əlavə
qeydləri ilə fərqlənən nəĢrdir.
Yenidən işlənmiş nəşr əvvəlki nəĢrdən müəyyən dəyiĢikliyi
ilə fərqlənən nəĢrlərə deyilir.
Stereotip nəşr dəyiĢiklik edilmədən əsərin stereotipdən tək-
rar çapıdır.
Bundan əlavə‚ təkrar nəĢrlərin əsas qrupunu reprint və faksi-
mile nəşrlər təĢkil edir. Onları eyniləĢdirmək olmaz. Reprint nəĢr
– müvafiq nəĢrin ayrıca ottiskinə deyilir. Belə hesab edilir ki‚ rep-
rint nəĢrlərdən çox mürəkkəb topluların təkrar nəĢri zamanı və ya
ilkin nəĢrin simasını saxlamaq ehtiyacı olarkən istifadə etmək
daha məqsədəuyğundur. Reprint nəĢrlər 2 növə bölünür:
1.
Əvvəllər müxtəlif nəĢrlərdə iĢıq üzü görmüĢ əsərlərin bir
nəĢrdə yenidən çap edilməsi;
2.
NəĢrin əsas tirajı hazırlanana qədər çap olunan cüzi
nəĢrlər.
Preprint nəĢrlər əksər hallarda reklam məqsədilə hazırlanır.
Faksimile - qrafik orijinalın fotoqrafiya‚ yaxud çap üsulu ilə
çıxarılan dəqiq surətidir. Faksimile nəĢr zamanı qrafik orijinalın
ölçüləri‚ kağızın və ya cildin xarici görünüĢü‚ mətnin və ya illüs-
trasiyaların bütün xüsusiyyətləri və s. qorunub saxlanılmalıdır.
Təkrar nəĢr müqavilədə qeyd olunmuĢ müddət və ya əvvəlki
nəĢr üçün qanuni müddəti bitdikdən sonra iĢıq üzü görə bilər. Bu-
nun üçün kitabın müəllifi ilə müqavilə bağlanır və ona müəyyən
məbləğdə qanorar ödənilir. Əgər müqavilədə göstərilmiĢ müddət
ərzində əsər dəyiĢiklik edilmədən tamamlanmıĢ‚ yəni əlavə tirajla
çap olunmuĢsa və müəllif qanorarı ödənilmiĢsə‚ bu tiraj yenidən
çap adlanır. Bu zaman nəĢriyyat orijinalı kimi baĢqa nəĢriyyatda
çap olunmuĢ hər hansı bir mətndən istifadə olunur. NəĢriyyatın öz
nəĢrini yenidən çap etməsi ya dəyiĢiklik olunmadan təkrar nəĢrdir‚
ya da çapın tamamlanmasıdır. NəĢriyyat redaktoru əsərləri təkrar
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
204
nəĢrə hazırlayarkən bəzi kriteriyalara xüsusi diqqət yetirməlidir.
Əsərin seçilməsi isə müntəzəm‚ sistematik‚ ildən-ilə aparılmalıdır.
Seçim subyektiv və ya təsadüfi olmamalıdır. Subyektiv elementlə-
rin mümkün qədər az olması üçün ölkənin görkəmli elm adamla-
rından ibarət komissiya bu iĢə cəlb olunmalıdır. NəĢrlərin seçimi
onların bədii keyfiyyətlərinə görə aparılmalıdır. Lakin diqqət ye-
tirmək lazımdır ki‚ eyni bir əsər dəfələrlə təkrar nəĢr olunmasın.
Hal-hazırda nəĢriyyatların çoxu bədii prinsiplər əsasında de-
yil, kommersiya prinsipləri əsasında fəaliyyət göstərirlər. PeĢəkar
redaktor nəĢrin səmərəli (rasional) tirajını müəyyən edir, oxucu tə-
ləbatını, mövcüd kitabda oxucunu cəlb edən xüsusiyyətləri, onun
məzmun və tərtibatını öyrənir.
Əvvəllər nəĢriyyatla kitab ticarəti müəssisələri arasında
funksiya bölgüsünü və bununla bağlı mövcud ənənələri nəzərə
alaraq belə hesab edirdilər ki, oxucu marağının və oxucu tələbatı-
nın öyrənilməsi kitab ticarəti ilə məĢğul olan müəssisələrin və ki-
tabxanaların vəzifələridir.
Praktikada isə aktuallıq kriteriyasından istifadə olunur. Tək-
rar nəĢrlərin bu və ya digər hadisələrlə bağlı olaraq nəĢr edilməsi
aktuallığın formal əlamətidir. Nisbətən az aktuallığı ilə seçilən və
qeyri-aktual nəĢrlərin iĢıq üzü görməsinin qarĢısını almaq üçün te-
matik plan tərtib olunarkən gələcək nəĢrlərin mövzusunu düzgün
qiymətləndirmək, onlardan ən aktualını, yəni böyük elmi və mə-
dəni əhəmiyyəti ilə fərqlənən mövzuları seçmək lazımdır.
Seçim üçün ən vacib kriteriya - kitabın təkrar nəĢri üçün ve-
rilmiĢ mövzunun məqsədəuyğun olmasıdır. Professional naĢirlər
hazırkı dövrdə təkrar nəĢri planlaĢdırarkən onun oxucu auditoriya-
sını və bazardakı tələbatı nəzərə alırlar.
Çox zaman təkrar nəĢrin məqsədəuyğunluğu ticarət Ģəbəkə-
sinin sifariĢi əsasında iki yolla müəyyən edilir:
əlavə edilmiĢ tiraj formasında
yeni nəĢrin buraxılıĢ sifariĢi yolu ilə
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
205
Tədris proqramlarında edilən dəyiĢikliklər, elmi-texniki
nailiyyət, yeni normativ aktlar, texnologiyada və ölçü vahidlərin-
dəki dəyiĢikliklər, həmçinin kitabların məhvi – bütün bu xüsusiy-
yətlər bu və ya digər əsərin təkrar nəĢri haqqında qərar çıxarılma-
sına bilavasitə təsir göstərir.
Plana daxil etmək üçün mövzu seçərkən nəzərə almaq la-
zımdır ki, mövcud mövzuya aid kitabın təkrar nəĢri üçün nəĢriyya-
tın real imkanları varmı və poliqrafiya müəssisəsi nəĢrin tərtiba-
tının bütün tələblərini keyfiyyətlə yerinə yetirmək qabiliyyətində-
dirmi?
Statistikadan aydın görünür ki, təkrar nəĢrə daha çox rast gə-
linən ədəbiyyat növü dərsliklərdir.
Əksər hallarda təkrar nəĢr haqqında qərar qəbul edilərkən
kommersiya gəliri əsas götürülür. NaĢirlər böyük oxucu tələbatı
ilə seçilən dərslikləri, sorğu kitablarını, istehsal vəsaitlərini yeni-
dən nəĢr edirlər. Çox zaman elmi (orta və ali məktəb dərslikləri,
elmi-köməkçi vəsaitlər), filoloji (xarici dilləri öyrədən dərsliklər),
ikidilli lüğətlər və hüquq ədəbiyyatı nəĢrləri (rəsmi sənədlər, qa-
nunlar, aktlar, sərəncamlar) daha çox təkrar nəĢr olunurlar.
NaĢirlər üçün vacib problemlərdən biri – nəĢrlərin tipologi-
yasıdır. Təkrar nəĢr zamanı redaktor üçün vacib məsələlərdən biri
gələcək nəĢrin tipinin düzgün müəyyən olunmasıdır. NəĢrin kitab
bazarındakı uğuru, alıcılıq qabiliyyəti bundan asılıdır. Bu, həm də
təkrar və paralellizmlə bağlı olan çoxlu sayda nəĢriyyat problem-
lərinin aradan götürülməsinə, nəĢrin uyğun aparatla təmin edilsinə,
redaktor hazırlığının təkmilləĢdirilsinə, oxucuların bu və ya digər
nəĢrə olan tələbatının ödənilməsinə kömək edir.
Müxtəlif tipli nəĢrlərin təsnifləĢdirilməsinin məqsədi və oxu-
cu ünvanının əlamətlərinə görə tipologiyanın müəyyənləĢdirilmə-
sində hələ də çox ziddiyyətli fikirlər vardır. Uzun müddət Ģikayət
edilirdi ki, müəllif əsərlərinin əksəriyyəti aydın profilsiz, dəqiq
oxucu auditoriyasına ünvanlanmadan, bütün məsələləri gündəmə
gətirib heç birini sona qədər tam həll etmədən çap olunurlar. Məhz
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
206
bu ziddiyyətli fikirlərin qarĢısını almaq üçün və ölkədə nəĢr olu-
nan təkrar nəĢrlərin keyfiyyət səviyyəsini artırmaq üçün nəinki
əsər müəllifləri, həmçinin nəĢri həyata keçirəcək nəĢriyyat, onun
redaktoru, digər məsul Ģəxslər və kitab ticarəti ilə məĢğul olan
ayrı-ayrı müəssisə rəhbərləri də bu iĢdə maraqlı olmalıdırlar. NəĢr
üzərində redaksiya iĢinin nə kəmiyyət, nə də keyfiyyət xarakteris-
tikası onun tipini müəyyənləĢdirmək iqtidarında deyil. Bu zaman
nəĢrin araya-ərsəyə gəlməsi üçün sərf edilən bütün əmək əhəmiy-
yətini itirər və bu yalnız mənasız vaxt itkisinə gətirib çıxarar. NəĢ-
rin tipini yalnız onun nəyi ifadə efməsi baxımından müəyyənləĢ-
dirmək olar
180
.
Təkrar nəĢrin redaktə prosesinə yalnız təkrar nəĢr üçün əsər
seçildikdən, gələcək təkrar nəĢrin tipoloji xarakteri müəyyənləĢdi-
rildikdən, bütün lazımi dəyiĢikliklər və tamamlanma edildikdən,
səhvlər üzərində müəyyən iĢlər aparıldıqdan sonra baĢlamaq olar.
Təkrar nəşrlərin çapa hazırlanması
Hər hansı bir əsərin təkrar nəĢri zamanı redaktor müəlliflə
birgə iĢlənəcək yeni materialın həcm və məzmununu müəyyən
edir, yəni əsas mətnə ediləcək dəyiĢikliklərin xarakterini tapır.
Təkrar nəĢrlərin növündən asılı olaraq, ediləcək əlavələrin məz-
munu və həcmi müəyyən olunur. Redaktor özü-özlüyündə edilə-
cək əlavələrin nə qədər vacib olduğunu, nəĢri keyfiyyət baxımın-
dan necə yaxĢılaĢdıracağını müəyyənləĢdirməyə borcludur. Ortaya
çıxan qüsur və anlaĢılmamazlıqları redaktor müəlliflə birgə həll
etməyə çalıĢmalıdır və nəĢrin səviyyəli alınmasında ilk növbədə
redaktor və müəllif maraqlı olmalıdırlar. Elə hallar da olur ki, ilkin
nəĢrdə texniki səbəblər üzündən mətni ixtisar etmək, yaxud da
180
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, Издательство МГУП., 2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
207
əlavələr etmək lazım gəlir ki, nəĢrin həcmini mövcud çap vərəqinə
tam Ģəkildə çatdırıb yerləĢdirmək mümkün olsun. Bəzən müəlliflə
birlikdə redaktor heç də böyük əhəmiyyəti olmayan bir materialı
mətnə əlavə etməyə və ya hansısa bir fəsli tamamilə ixtisar etməyə
məcbur olur
181
. Növbəti, yəni təkrar nəĢrdə isə həm müəllif, həm
də redaktor əvvəlki nəĢrdə ixtisar olunmuĢ materialı əlavə etmək,
bütün səhvləri düzəltmək, köhnəlmiĢ informasiyaları mümkün
qədər
azaltmaq
imkanına
malikdirlər.
Təkrar
nəĢrin
kompazisiyasına redaktor xüsusi bir diqqətlə yanaĢmalıdır və
peĢəkarcasına davranmalıdır. Yenidən iĢlənmiĢ materialın həcmi
çox olarsa, bu zaman redaktor təkrar nəĢrin və onun ayrı-ayrı his-
sələrinin nə dərəcədə uğurlu olduğunu dəqiq müəyyən etməlidir.
Kompozisiyadakı dəyiĢikliklər əsaslandırılmıĢ Ģəkildə olmalıdır və
nəĢrin planını və məzmununu tam qavramaq üçün redaktor əsəri
bütünlüklə oxumalı, onu özündən əvvəlki nəĢrlə müqayisə etməli,
gələcək nəĢrə veriləcək adın nə dərəcədə dəqiq və dolğun
seçildiyini müəyyənləĢdirməlidir.
Təkrar nəşrin aparatının redaktəsi
NəĢr aparatı−axtarıĢ, sorğu, elmi və ya izahlı mətn element-
lərinin kompleksidir. NəĢrin aparatının tərkibi konkret ədəbiyyat
növü ilə sıx bağlıdır. NəĢrin aparatına aĢağıdakılar daxildir:
birbaĢa mətnin məzmununa münasibət bildirən və oxucuya
müəllif mətni haqqında düzgün təsəvvür formalaĢdırmağa
kömək edən materiallar, müĢayiətedici məqalələr və Ģərhlər
bu materiallara aiddir;
tam sorğu xarakteri daĢıyan elementlər. Bu elementlərin
nəĢrdənkənar mövcudluğu mümkünsüzdür. Onlar bir növ
181
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, Издательство МГУП., 2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
208
mətn üzərində bələdçi rolunu oynayır. Məsələn, baĢlıqlar bu
elementlərə aid edilir. Bu elementlər adətən ″köməkçi
elementlər″ adlandırılır
182
.
BuraxılıĢ məlumatları – çıxıĢ məlumatlarının bir hissəsi
olub, nəĢrin yaradıcı-texniki xarakteristikasını verir, kitabın isteh-
sal tarixini, çap olunduğu mətbəə və nəĢriyyat haqqında məlumat-
ları özündə əks etdirir. BuraxılıĢ məlumatlarına aiddir: nəĢriyyat
fəaliyyətinə dair lisenziya nömrəsi, verilmə tarixi, formanın yığı-
ma verilmə tarixi, çapa imzalanma tarixi, format, kağız növü və
nömrəsi, qarnitur, çap üsulu, fiziki çap vərəqi, uçot-nəĢriyyat vərə-
qi, tiraj, səhifə sayı, poliqrafiya müəssisəsinin formaya dair sifariĢ
nömrəsi, nəĢriyyat və mətbəənin adı, ünvanı, nəĢrin ili və s. Bu sa-
dalanan elementlərə heç də həmiĢə təkrar nəĢrlərdə rast gəlinmir.
Təkrar nəĢrlərin Ģərhi üzərində iĢləyərkən redaktor əvvəlki nəĢrin
müsbət təcrübəsindən geniĢ istifadə etməlidir. Digər tədqiqat-
çıların göstərdiyi faktı araĢdırarkən mütləq onların müəlliflərini
göstərmək lazımdır.
ġərhlərin tərtibi zamanı iki problem yarana bilər. Onlardan
biri budur ki, mətn quru protokol Ģərhləri ilə müĢayiət oluna bilər.
Belə Ģərhlər bədii obrazların özunəməxsusluq və gözəlliyini anla-
mağa mane olur. Digər təhlükə isə ondadır ki, müəllif mətni sər-
bəst və subyektiv Ģərhlərə meyilli ola bilər. NəĢri Ģərh edən Ģəxs
oxucuya əlçatmaz faktları dəqiq təqdim etməlidir. Çünki bu faktla-
rı dəqiq mənimsəmədən baĢa düĢmək qeyri-mümkündür. ġərhçi
daima əsərin bu və ya digər yerində subyektiv Ģərh təhlükəsi qarĢı-
sında durur. Subyektiv qərar nə qədər qaçılmaz olsa belə, verilmiĢ
Ģərh materialın subyektivliyi və mövcud ifadələrin akademik dol-
ğunluğu ilə seçilməlidir.
182
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, Издательство МГУП., 2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
209
ġərhçi mətndə olan bu və ya digər ad və faktları Ģərh edər-
kən mütləq bu analoji ad və fakt materiallarının dəqiq izahının ve-
rilməli olduğunu unutmamalıdır. ġərhlərdə (izahatlarda) natamam-
lıq və anlaĢılmazlıq olmamalıdır. Həm də unutmaq lazım deyil ki,
bir naməlum faktı digəri ilə əvəzləmək olmaz. Əgər Ģərhçinin izah
etdiyi sözlər və ifadələr məna etibarilə oxucuya tam aydın deyilsə,
bu, normal hal deyil.
Mətnin açıqlanmamıĢ, dolğun Ģərh olunmamıĢ bu ya digər
faktları və incəlikləri adətən redaktorun etinasız, qeyri-ciddi mü-
nasibətindən yaranır. Əgər Ģərhlərin izahının bu natamamlığı mə-
lumatın kifayət qədər olmaması baxımındandırsa, bu halda, Ģərh
zamanı uyğun düzəliĢ və ya qeydlər göstərilməlidir.
ġərhlərin çox ciddi və tipik çatıĢmamazlıqlarından biri onun
struktur elementlərinin əlaqəsizliyidir. Ġstənilən Ģərhdə elmi möv-
qe olmalıdır, ifadə üslubu ciddi obyektivliyi ilə seçilməlidir və po-
lemikadan tamamilə qaçmaq lazımdır. ġərh zamanı predmeti müx-
təlif prizmadan xaraterizə edən faktlar seçilməlidir.
Retrospektiv təkrar nəĢrlər istisna olmaqla, qeydlər səhifənin
sonunda, izah və Ģərhlər hissəsində yerləĢdirilir. Bəzən kombinə
olunmuĢ üsuldan istifadə olunur. Məsələn, müəllif qeydləri ha-
Ģiyədə göstərilir (HaĢiyə - mətndəki hər hansı istinadı göstərmək
məqsədilə səhifənin sonunda verilən qeyddir. O, xırda Ģriftlə yı-
ğılır, özündən əvvəl müxtəlif simvollar – rəqəm, ulduz və s. qoyu-
lur.); redaksiya və nəĢriyyat qeydləri isə mətndən kənara çıxarılır.
Bu cür üsul seçilmiĢ əsərlər toplusunda və istənilən alimin hər
hansısa bir əsərinin təkrar nəĢri zamanı mümkündür.
Təkrar nəĢr redaktorunun vəzifəsi qeyd və izahları unifikasi-
ya etmək, onları əvvəlki nəĢrlərə uyğunlaĢdırmaqdır (əgər mətn
gələcək təkrar nəĢrin əsasını təĢkil edirsə).
Bundan baĢqa, bütün dəyiĢikliklər barədə məlumat Ģərhlərə
verilmiĢ preambulada öz əksini tapmalıdır.
Təkrar nəĢrdə ön söz və giriş məqaləsi xüsusi diqqət tələb
edir. Redaktor təkrar nəĢr sifariĢi alarsa, ön sözə xüsusi bir diqqət-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
210
lə yanaĢmalı, ya yeni bir ön söz yazmalı, ya da ön sözü öncəki
nəĢrdə olduğu kimi verməlidir. Təkrar nəĢr zamanı giriĢ məqaləsi
isə əksər hallarda yenidən yazılır
183
.
Ön sözdə adətən əvvəlki nəĢrin çatıĢmamazlıqları, nöqsanla-
rı, gələcək nəĢrin öncəkindən fərqli cəhətləri qeyd edilir, yeni
nəĢrdəki dəyiĢikliklər və tamamlanmalar xarakterizə edilir, həmçi-
nin təkrar nəĢrin vacibliyi izah edilir. Bundan əlavə, ön sözdə yeni
tədqiqatların, yeni texnologiyanın, elmi iĢin nəticələri, bəzi mə-
lumatların yenilikləri və s. göstərilir. Əgər öncəki nəĢrdəki ön söz-
də prinsipial məsələlərə toxunulmuĢsa, onda gələcək nəĢrdə bu ön
söz saxlanıla bilər.
Redaktor əvvəlki nəĢrin nöqsanlarını, qüsurlu cəhətlərini nə-
zərə almalı, onları düzəltməyə çalıĢmalıdır, bu məqsədlə də mətni
dəfələrlə oxumalıdır. Təkrar nəĢrdə hansı göstəriciyə ehtiyac oldu-
ğunu müəyyən etmək lazımdır: ad, predmet, xronoloji.
Əgər təkrar nəĢrə yeni material əlavə olunmuĢsa, nəĢrin
struktur və kompozisiyası dəyiĢdirilir və ən əsası, köməkçi göstə-
ricilər yenidən tərtib olunur.
Təkrar nəĢrdə göstərici bir sıra tələblərə cavab verməlidir ki,
bu tələblər onun funksiyalarının tez və keyfiyyətlə yerinə yetiril-
məsinə imkan verir:
Birincisi, göstərici kitabın məzmununu kifayət qədər dolğun
əks etdirməlidir. Bu meyar elmi iĢçilər, mütəxəssislər üçün olduq-
ca əsasdır. Göstəricinin tamlığı anlayıĢların elmi, praktiki əhəmiy-
yətinə görə müəyyən edilir.
Ġkincisi, göstərici oxucuya lazımi informasiyanı tez və dəqiq
tapmağa kömək etməlidir.
Üçüncüsü, göstəricidə semantik cəhətdən yaxın, lakin leksik
cəhətdən müxtəlif anlayıĢlar bir-birinə bağlı olmalıdır.
183
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, Издательство МГУП., 2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
211
Dördüncüsü, göstəricinin tərtibatı texniki nöqteyi-nəzərdən
yüksək səviyyədə olmalıdır, həmçinin çap keyfiyyətinə, materialın
yerləĢdirilməsinə, Ģriftə, mətndə istifadə olunmuĢ sitatların dəqiq-
liyinə xüsusi diqqət göstərilməlidir. Əgər təkrar nəĢrdə mətnə də-
yiĢikliklər edilmiĢsə və əvvəlki göstəricini olduğu kimi saxlamaq
qərarı alınmıĢsa, redaktor səhifələrdə sitatların yerləĢmə də-
qiqliyini yoxlamalıdır.
Təkrar nəĢr üçün mütləq yeni bir buraxılıĢ məlumatları tərtib
olunmalıdır: titul vərəqi, annotasiya, buraxılıĢ, çap məlumatları və
s. Titul vərəqində təkrar nəĢrin növü və nömrəsi göstərilir. Kitabın
titul elementlərini hazırlayarkən annotasiya xüsusi diqqət tələb
edir.
Annotasiyalarda oxucuya lazım və gərəkli olan kifayət qədər
məlumat vardır ki, onların köməyilə oxucu qarĢısında duran kitab
barədə, onun ifadə etdiyi əsas məna, məzmun haqqında ilkin in-
formasiyaya yiyələnmiĢ olur.
Təkrar nəĢrlərdə verilmiĢ annotasiyaların əsas və ən geniĢ
yaylmıĢ qüsuru odur ki, annotasiyalar kitabın əsas məzmununu aç-
mır, müəllifin əsərə hansı yeniliklər gətirdiyini özündə əks etdir-
mir, mövcud nəĢrlə əvvəlki nəĢr arasındakı fərqləri göstərmir. An-
notasiya tərtibi təcrübəsində çox vaxt kitabın üstünlükləri ĢiĢirdi-
lir. NəĢrin müsbət tərəfləri və bu müsbətliyə verilən dəyər qeyd
oluna bilər, lakin bu məlumat öz obyektivliyini qoruyub saxlama-
lı, zorla oxuculara hər hansısa fikri aĢılamamalıdır. Redaktor bü-
tün buraxılıĢ, çap məlumatlarını, həmçinin biblioqrafik təsvirləri
hal-hazırda qüvvədə olan standarta uyğun tərtib etməlidir.
Təkrar nəĢrlər qüvvədə olan nəĢriyyat iĢi haqqında qanunu-
nun xüsusi maddələri ilə nizamlanır. Əgər nəĢriyyat hər hansısa
bir kitabın təkrar nəĢrini qərara alıbsa, bunu müəllifə bildirməyə
borcludur. Əsərin dəyiĢiklik edilərək təkrar nəĢri (səhvlərin düzəl-
dilməsi istisna olmaqla) yalnız müqaviləyə əsasən gerçəkləĢə
bilər.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
212
Təkrar nəĢr məqsədilə seçilən əsərlərin hazırlanmasının
müəyyən prinsip və qaydaları mövcuddur. Köhnə texnologiyaya
əsasən müəyyən standartda olan çap vərəqi nəĢriyyata təqdim olu-
nurdu. (Çap vərəqi - nəĢrin çapı üçün istifadə olunan müxtəlif öl-
çülü standart kağız vərəqlərdir. Adətən 1/16 formatında olan çap
vərəqlərindən istifadə olunur). Qaydalar çox ciddi idi, belə ki, təq-
dim olunan çap vərəqi qeydlərlə birlikdə mətbəəyə gedirdi. Ha-
zırda, bir qayda olaraq, əlyazmaların yığılması birbaĢa nəĢriyyatda
kompüterdə reallaĢdırılır. Çap üçün göndəriləcək orijinal maket də
mətbəədə hazırlanırdı. Bu gün isə tam əksinə, hər bir nəĢriyyat
əsərin müəllifinə öz tələblərini irəli sürür. Əsərin təkrar nəĢrinin
qayda və prinsipləri müqavilə ilə müəyyən olunur. Müəllif əsərin
mətnini kompüterdə çap olunmuĢ və ya diskə yığılmıĢ halda
nəĢriyyata təqdim edə bilər. Üzərində müəyyən iĢ görülməklə
baĢqa bir variant da mövcuddur: müəllif kitabı və çap olunmuĢ
vərəqləri mətnin yenidən iĢlənmiĢ yerlərini göstərməklə və ya dü-
zəldilmiĢ yanlıĢ yerləri bildirməklə nəĢriyyata təqdim edir. Mətnin
təqdim edilməsinin digər variantları da mövcuddur (nəĢriyyatın
rəhbərliyi ilə razılığa əsasən). Sonunda mətn lazımi dərəcədə iĢ-
lənib hazırlandıqdan sonra əlyazma yığılmaq üçün verilir. Bu
yığılma yeni nəĢrin keçdiyi aĢağıdakı hazırlıq mərhələlərini keçir:
tutuĢdurma və ya tutuĢdurulub yoxlama mərhələsi, əlyazmanın
qrammatik və redaksiya proseslərinə hazırlıq mərhələsi, səhi-
fələnmə mərhələsi və s.
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası müstəqil ölkə-
mizdə həyata keçirilən ən təqdirəlayiq islahatlardan biridir. Bu is-
lahatın həyata keçirilməsi istiqamətində bir sıra əsaslı iĢlər görül-
müĢdür.
Respublikamızda təkrar nəĢrlərin kütləvi çapı Azərbaycan
Respublikası Prezidentinin 12 yanvar 2004-cü il «Azərbaycan di-
lində latın qrafikası ilə kütləvi nəĢrlərin həyata keçirilməsi haqqın-
da» sərəncamından sonra geniĢ vüsət almıĢdır. Sərəncamda de-
yilir:
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
213
«Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sa-
hələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan
əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir.
H.Əliyevin “Dövlət dilinin tətbiqi iĢinin təkmilləĢdirilməsi haq-
qında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azər-
baycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il
tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə
olmuĢ və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə
təmin etmiĢdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımı-
zın bütün sahələrində tam yerini tutmuĢdur. Bununla yanaĢı, Azər-
baycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası
ilə çap olunmuĢ qiymətli nümunələrinin latın qrafikasında yenidən
kütləvi Ģəkildə nəĢr olunması günün ən vacib məsələlərindən biri
olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti Ġ.Əliyevin imzaladı-
ğı sərəncamda deyilir: “Dövlət müstəqilliyinin baĢlıca rəmzlərin-
dən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını
təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən
gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillə-
rə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafika-
sında çap olunmuĢ əsərlərin latın qrafikası ilə yenidən nəĢrinin
kütləvi Ģəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara
alıram:
1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsər-
lərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə AR-ın
bütün kütləvi kitabxanalarına latın qrafikası ilə yenidən çap olunmuĢ kitabların
alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.
3.Azərbaycan Respublikası Prezidentinin Ġcra Aparatına tapĢırılsın ki, -
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AR-ın Mədəniyyət Nazirliyi,
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə bir-
likdə 2005–2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsər-
lərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün AR-ın prezi-
dentinə təqdim etsin;
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
214
- Azərbaycan Respublikasının Nazilər Kabineti və respublikanın maliyyə
qurumları birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən
nəĢr olunması nəzərdə tutulan kitablarn çapını təmin etsin;
- Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən
çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daĢıyıcıları və internet vasi-
tələri ilə yayılmasını, latın qrafikasında Azərbaycan ədəbiyyatının virtual kitab-
xanasının yaradılmasını təmin etsin”.
Sərəncamda Azərbaycan dilində latın qrafikası ilə yenidən
nəĢri nəzərdə tutulan kitabların siyahısı içərisində ilk növbədə lü-
ğət və ensiklopediyaların, Azərbaycan xalq ədəbiyyatı, klassik və
müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatından seçilən nü-
munələrin nəĢri planlaĢdırılmıĢdır.
Təkrar nəĢrlərin çapı sahəsində önəmli islahatlardan biri də
AR Prezidentinin «Dünya ədəbiyyatının görkəmli nümayəndələri-
nin Azərbaycan dilində nəĢri nəzərdə tutulan əsərlərinin siyahısı-
nın təsdiq edilməsi haqqında» 30 dekabr 2007-ci il tarixli sərənca-
mıdır. Sərəncamda deyilir:
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri-
nin Azərbaycan dilində nəĢr edilməsi haqqında” AR Prezidentinin
24 avqust 2007-ci il tarixli 2354 nömrəli Sərəncamına uyğun ola-
raq qərara alıram:
1. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət
150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuĢ əsərlərin siyahısı
təsdiq edilsin (siyahı əlavə olunur).
2. Azərbaycan Milli Elmlər Akademiyası bu Sərəncamın I bəndi ilə təs-
diq olunmuĢ Siyahıya daxil edilmiĢ əsərlərin tərcüməsi, tərtibatı, çapa hazırlan-
ması barədə təkliflərini bir ay müddətində AR Prezidentinin Ġcra Aparatına təq-
dim etsin.
3. AR-ın Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll et-
sin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. “Dünya ədəbiyyatı
kitabxanası”na daxil olunmuĢ əsərlərin siyahısı içərisində isə klassik dünya
ədəbiyyatı, müasir dünya ədəbiyyatı nümunələri, Nobel mükafatına layiq
görülmüĢ müəlliflərin əsərlərindən seçmələr və dünya ədəbiyyatı üzrə antologi-
yalar yer almıĢdır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
215
Hal-hazırda bu kitabların böyük əksəriyyətinin latın qrafika-
sında təkrar nəĢri həyata keçirilmiĢdir
184
.
Dostları ilə paylaş: |