Ədəbiyyat
Aral N. Erken çocukluk dönemi ve kitap // Türk xalqları ədəbiyyatı
II Beynəlxalq UĢaq ədəbiyyatı konqresi materialları, 2008, s. 471 –
475.
Azim M. Çocuk kitaplarının hazırlanması // Türk xalqları ədəbiyyatı
II Beynəlxalq UĢaq ədəbiyyatı konqresi materialları, 2008, s. 462 –
468.
Erbay F., Samur A.Ö. Anne ve babaların çocuk kitapları hakkındakı
genel görüĢleri ile çocukların alıcı dil geliĢim düzeyleri arasındakı
iliĢkinin incelenmesi // Turkish Studies International Periodical For
the Languages, Literature and History of Turkish or Turkic. Volume
5/4 Fall 2010, s. 1063-1073.
Əliyeva N. UĢaq ədəbiyyatının tərcüməsi – kim nəyi kimlər üçün
tərcümə edir? // Türk xalqları ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyya-
tı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 929.
Musalı V. UĢaq kitablarının nəĢrə hazırlanma prinsipləri // Türk
Xalqları ədəbiyyatı (II) Beynəlxalq UĢaq Ədəbiyyatı konqresi.
Materiallar. 2-ci kitab, Bakı: 2009, s. 447-451.
Namazov Q. Azərbaycan uĢaq ədəbiyyatı. Dərslik. – Bakı: Maarif,
1983.
*
“Azərbaycanda uĢaq ədəbiyyatı nəĢr edən nəĢriyyatlar və onların fəaliyyətinin
təhlili” adlı məruzəmiz 11 oktyabr 2012-ci ildə Qafqaz Universitetinin təĢkil
edəcəyi “II Türk xalqları uĢaq ədəbiyyatı konqresi”nə təqdim olunmuĢdur.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
188
Nəcəfzadə Q. Müasir uĢaq ədəbiyyatının problemləri // Türk xalqları
ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı:
2008, II kitab, s. 655.
Öztürk H.E. Tercüme çocuk klasiklerinde temel değerler. Marmara
Üniversitesi, SBE, Yüksek lisans tezi, Ġstanbul, 1991, 164 s.
Pekmezci S.C. Resimli çocuk kitaplarında hayvan imgesi. Hacettepe
Universitesi SBE, Yüksek lisans sanat eseri, 2004, 95 s.
Umudlu Ġ. Kitab nəĢri bu gün. – Bakı: Əbilov, Zeynalov və oğulları,
2004. - 322 s.
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002. -
200 s.
Yusifoğlu R. Azərbaycan uĢaq ədəbiyyatının yaranmasında varislik
prinsipi // Türk xalqları ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı
konqresi materiallar. Bakı: 2008, II kitab, s. 181.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
189
IX FƏSĠL
ƏDƏBĠ-BƏDĠĠ ƏSƏRLƏRĠN REDAKTOR HAZIRLIĞI
Ədəbi-bədii əsərlərin tipoloji xarakteristikası ədəbi əsərin
spesifikası ilə müəyyən olnur. Ədəbi-bədii əsəri nəĢrə hazırlayan
redaktor əsərin mütaliə xarakterini öyrənməlidir. Oxucuların bir
hissəsi ədəbiyyatı yolda, nəqliyyatda, digər bir hissəsi asudə vaxt-
da mütaliə edir. BaĢqa bir qrup isə əsərə tədqiqatçı gözü ilə yana-
Ģır. Hər bir qrupun müəyyən növ ədəbi-bədii əsərlərə ehtiyacı var-
dır. Redaktor mütaliənin məqsədini, oxucu tələbatını və oxucu ka-
teqoriyasını yaxĢı öyrənməlidir. Bədii əsər oxucusu iki kateqoriya-
ya ayrılır: mütəxəssis və kütləvi oxucu.
Hazırda redaktorların funksiyası daha geniĢ mahiyyət kəsb
edir və Qərb ölkələrində onlar, əsas vəzifəsi yeni istedadlar tap-
maq olan ədəbi müəssisə və ya vasitəçilərdən sonra ədəbi məhsul-
ların hazırlanması və bazara çıxarılmasında həlledici rol oynayır-
lar. Redaktor naĢir üçün planlar hazırlayır və müasir mətbuatın dili
ilə desək, onun xəttini müəyyənləĢdirirlər.
Rza Fərruxfal “Ədəbi mətnlərin redaktəsi” adlı məqaləsində
ədəbi əsərlərin redaktəsi məsələsi üzərində durmuĢ və çox maraqlı
nümunələr təqdim etmiĢdir. Müəllif məqaləsinin sonunda böyük
Amerika yazıçısı Con Steynbekin bir məktubundan redaktor və
naĢirin yazıçı ilə rəftarı baxımından maraq doğuran dialoqdan par-
çanı vermiĢdir
177
.
«Hərdən mənə elə gəlir ki, ovcumda bir od yandırıb saxlamıĢ
və onun iĢığında bir səhifəni yazmıĢam. Bununla belə bacarıqsız-
lıq, biliksizlik və acizliyin ağır yükü heç vaxt məni ra-
hat buraxmamıĢdır. Kitab da insan kimidir – ağıllı və səfeh, cəsa-
rətli və qorxaq, gözəl və kifir olur. Hər halda, kitabın yazılıĢı baĢa
177
Fərruxfal R. Ədəbi mətnlərin redaktəsi / fars dilindən çevirən M.Məhəm-
mədi.
http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-metnlerin-redaktesi/
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
190
çatmıĢdır. Artıq nə olmalı idisə, olub. Yazıçı qıĢqırmaq istəyir:
«Onu mənə qaytarın! Qoyun onu bir daha yazım və ya yaxĢısı bu-
dur ki, qoyun onu yandırım. Qoymayın ki, elə yararsız Ģəkildə or-
taya çıxsın!»
Amma özün hamıdan yaxĢı bilirsən ki, kitab yazıçının əlin-
dən birbaĢa oxucuya çatmır. Əvvəlcə redaktorlar, naĢirlər, korrek-
torlar və nəĢriyyatların satıĢ Ģöbəsinin müdiri kimi aslanların əli-
nin altına düĢür. Onu xurdxəĢil edirlər, özündən çıxarırlar, dərisini
soyurlar və ürəyi qana dönmüĢ sahibi onun müdafiəsinə qalxmalı
olur:
Redaktor: Kitabda tarazlıq yoxdur. Oxucu bir Ģey gözləyir,
siz ona baĢqa bir Ģey verirsiniz. Siz iki kitab yazmısınız və onları
bir-birinə calamısınız. Oxucu baĢa düĢməyəcək.
Yazıçı: Xeyr, cənab, bir kitab yazmıĢam. Mən bir ailə barədə
yazmıĢam və baĢqa bir ailədən də ona uyğun əhvalatları nəql
etmiĢəm, bu isə əsərə rəngarənglik bəxĢ edir.
Redaktor: Oxucu baĢa düĢməyəcək. Sizin uyğunluq üçün
verdiyiniz hissələr əslində kitabın ahənginin yavaĢımasına səbəb
olmuĢdur.
Yazıçı: Bu yavaĢıma lazımdır, yoxsa siz tezləĢməni haradan
baĢa düĢərdiniz?
Redaktor: Siz əhvalatı buraxıb, Allah bilir, hara gedib
çıxmısınız.
Yazıçı: Bəli, belə etmiĢəm. Bilmirəm niyə, amma ürəyim
belə istəyib. Bəlkə də, səhv etmiĢəm.
SatıĢ Ģöbəsinin müdiri: Roman çox qalındır. Kitabın qiyməti
yuxarı olacaq. Gərək ona beĢ dollar qiymət qoyaq. Camaat bu
kitaba beĢ dollar verməyəcək. Kitab satılmayacaq.
Yazıçı: Əvvəlki kitabım həcmcə kiçik idi. O vaxt demiĢdiniz
ki, camaat nazik və kiçik kitabları almır.
Redaktor müavini: Hadisələrin xronologiyasında uyğun-
suzluq var. Kitab qrammatik səhvlərlə doludur. Filan səhifədə bir
kiĢini təsvir etmiĢsiniz ki, buxar gəmilərinin qiymətini tapmaq
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
191
üçün dünya salnaməsinə baxır. Buxar gəmilərinin qiyməti həmin
mənbədə yoxdur. Özüm yoxlamıĢam. Çin yeni ili məsələsində
səhv etmiĢsiniz. Romanın surətləri sabit deyil. Liza Hamiltonu bir
cür təqdim edirsiniz, amma əməllərini baĢqa cür göstərirsiniz.
Redaktor: Keti surətini çox tünd boyalarla vermiĢsiniz. Oxu-
cu inanmayacaq. Sem Hamiltonu isə çox iĢıqlı vermiĢsiniz.
Oxucunun inanmağı gəlməyəcək. Heç bir irlandiyalı sizin əsərin
qəhrəmanı kimi danıĢmır.
Yazıçı: Mənim babam elə danıĢardı.
Redaktor: Heç kəs inanmayacaq.
Redaktor müavini: Heç bir uĢaq o cür danıĢmır.
Yazıçı (yavaş-yavaş özündən çıxır): Necə yəni? Bu, mənim
kitabımdır. Necə istəyirəmsə, uĢaqları o cür danıĢdırıram. Mənim
əsərim xeyir və Ģər barəsindədir; bəlkə, bu mövzudan yazmaq
olmaz? Çap etmək istəyirsiniz, ya yox?
Redaktor: Dayanın, görək, nə edə bilirik. Çox iĢ tələb olun-
mur. Siz istəmirsiniz ki, kitabınız ortaya təmiz halda çıxsın? Mə-
sələn, kitabın sonuna baxın, oxucu bu sonluğu baĢa düĢməyəcək.
Yazıçı: Siz ki baĢa düĢürsünüz?
Redaktor: Bəli, amma oxucu baĢa düĢmür. Görürsünüzmü,
yazıçının özü ilə gətirdiyi dürr və mərcan bunlar üçün necə bir
ovuc saxsı qırığına çevrilir?! Və bu zaman yeni bir qəhrəman da
meydana çəkilir ki, ona «oxucu» deyirlər.
Ədəbi-bədii əsərlərin seçimi və redaktəsi məsələləri
Mütəxəssislər bədii əsəri öyrənir və onu təbliğ edirlər. Mütə-
xəssisləri aĢağıdakı qruplara ayrılırlar:
Ədəbiyyatşünaslar və ədəbiyyat tarixçiləri. Bu qrup
oxucular ədəbi əsərin yaranmasını, spesifikasını, nəzəri əsaslarını
öyrənirlər. Onlar ədəbi prosesi analiz edir, müasir ədəbiyyatın in-
kiĢaf istiqamət və ənənələrini tədqiq edirlər.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
192
Ədəbi tənqidçilər. Onlar ədəbi prosesi analiz edirlər və iĢlə-
rinin nəticələrini rəy və məqalə Ģəklində dərc etdirirlər.
Ali və orta məktəb müəllimləri, kitabxanaçılar və digər mütə-
xəssislər praktiklər qrupunu təĢkil edirlər. Onlar iĢlərində yalnız
bədii əsərin mətnindən istifadə etmirlər. Bu qrup ədəbi əsəri daha
dərindən baĢa düĢməyə imkan verən kontekstini, bədii obyekt
«ətraf»ındakı informasiyaları qavrayırlar və onu kütləvi oxucuya
çatdırırlar.
S.A.Trubnikov oxucu təsnifatının kateqoriyası kimi 3 əsas
mütaliə mədəniyyətini ayırır:
1. ədəbiyyatı seçmə mədəniyyəti;
2. əsəri anlama (qavrama) mədəniyyəti;
3. alınmıĢ informasiyanı mənimsəmə.
NəĢrin yaradılması əsər seçimindən baĢlayır. Belə ki, bədii
ədəbiyyat seçiminin özünəməxsus xüsusiyyətləri vardır. Redaktor
əsər seçimi zamanı aĢağıdakı cəhətləri nəzərə almalıdır:
Vətən və xarici ədəbiyyatın yayılması məsələsi;
Oxucu tələbatı, onların daha əvvəl nəĢr olunan ədəbiyyata
marağı;
Cəmiyyətin estetik tələbatının inkiĢaf səviyyəsi;
Müəllif tərəfindən yeni əsərlərin təklifi.
NəĢrin növü və tipi onun oxucu ünvanına və məqsəd təyina-
tına görə müəyyən olunur. Ədəbi əsərin Ģərhi (izahı) üçün redaktor
aĢağıdakı nəĢr növlərindən istifadə edir:
MononəĢr – bir əsərin nəĢri;
Toplu – iki və ya daha çox əsəri əhatə edən nəĢr;
Əsərlər toplusu – bir müəllifin bütün və ya bəzi əsərləri.
Beləliklə, nəĢrin növü əsərə daxil edilmiĢ əsərlərin sayının
formal əlamətləri ilə müəyyən olunur. Bu formal əlamətlər bu və
ya digər Ģəkildə əsərin Ģərhinin xarakterinə təsir göstərir. Məsələn,
topluda yerləĢdirilmiĢ nağıllar bir-birilərindən ayrı deyil, məcmu
kimi qəbul edilir. Redaktor bu cəhəti nəĢrin yaradılması zamanı
nəzərə almalıdır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
193
Əsərin Ģərhinin aktivliyi daha çox hər hansı nəĢr tipi hesabı-
na təmin olunur. NəĢr tiplərini aĢağıdakı qruplara ayrırlar: kütləvi,
elmi-kütləvi, elmi.
Qeyd olunan nəĢr növlərinin və tiplərinin hər birinin spesifik
daxili və xarici xarakteristikası vardır. NəĢrin xarici xarakteris-
tikasını həcm və nəĢr olunan əsərlərin sayı təĢkil edir və nəĢrin nö-
vünə (mono nəĢr, toplu) bağlıdır. Daxili xarakteristika əsər seçimi,
onun yerləĢməsi və aparatı ilə müəyyən olunur. Burada söhbət
nəĢrin tipindən gedir.
Mononəşr bir əsəri əhatə edir. Əgər nəĢriyyat mononəĢr bu-
raxmaq qərarına gəlibsə, bu zaman roman, epopeya və poema
seçilə bilər. MononəĢr kimi kiçik həcmli əsərlər də (nağıl və s.)
götürülə bilər. Bəzən mononəĢr formasında kino-televiziya tama-
Ģaları, pyeslər də nəĢr olunur. MononəĢrləri jurnallarda da çap et-
dirmək ənənəsi də mövcuddur. Əgər oxucu jurnalda nəĢr olunan
əsəri bəyənirsə, bu zaman əsər mononəĢr kimi çap oluna bilər.
Bəzən mononəĢrlər təkrar nəşr kimi buraxılır. Təkrar nəĢr
üzərində iĢləyərkən hər Ģeydən öncə əsərin məzmununun ak-
tuallığına istiqamətlənən yeni məlumat aparatı hazırlanmalıdır.
Təkrar nəĢrlərdə ənənəvi olaraq, yenidən hazırlanmıĢ aparat ele-
mentlərindən istifadə olunur.
MononəĢrlər müəyyən qrup oxuculara istiqamətləndirilir.
Müasir belletristika
178
(detektivlər, hekayələr) əksərən mononəĢr-
lər Ģəklində buraxılır.
NəĢrin növünü müəyyən edərkən redaktor məktəb və ya ali
məktəb proqramına əsaslana bilər. Məsələn, məktəblərdə tədris
olunan Azərbaycan klassiklərinin əsərləri mononəĢr kimi seçilə
bilər.
GeniĢ yayılmıĢ nəĢr növlərindən biri də toplulardır. Topluda
bir və ya müxtəlif janrlarda olan əsərlər (povest, nağıl, pyes) əhatə
178
Belleristika – nəsr Ģəklində yazılan təhkiyəedici bədii əsərlərə (roman, po-
vest, hekayə, novella) verilən ümumiləĢdirici addır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
194
olunur. Burada bir və ya bir neçə müəllifin, bir və ya bir neçə
janrda olan əsərləri yer ala bilər. Topluların hazırlanmasına ayrı-
ayrı yazıçıların yaradıcılığına bələd olan ədəbiyyatçı alimlər cəlb
olunmalıdır. Bu xarakterli ədəbiyyatda hər hansı müəllifin əsərləri
ilə yanaĢı, onun yaradıcılığına aid olan gündəlik və məktub-
larından parçalar da nəĢr oluna bilər.
Kollektiv topluları nəĢrə hazırlayan zaman eyni janrda və sə-
viyyədə olan əsərlərin seçilməsi vacibdir.
Toplular həftəlik, aylıq, rüblük, illik olub, elmi məqalə və
məruzələri iĢıqlandırır. Toplular təkrar çap olunmur, bunun yerini
yeni toplular tutur.
Topluların əsas, vacib aspektlərindən biri də onun adının
analizidir. Toplu üçün ad seçilərkən müxtəlif prinsiplərdən istifadə
olunur. Məsələn, sərlövhə olaraq topludakı əsərlərdən birinin adını
seçmək olar. Bu zaman tanınmıĢ və çox sevilən əsərlər nəzərə
alınmalıdır.
Toplular arasında almanaxlar, antologiya və müntəxəbatları
fərqləndirirlər. Almanaxlar bir-birinə müəyyən cəhətdən bağlı
olan ədəbi və ədəbi-tənqidi əsərlərdən ibarət olur. Məsələn, 1940-
cı ildə Bakıda Nizami əsərlərinin almanaxı çap olunmuĢdur.
Antologiya müxtəlif müəlliflərin seçilmiĢ əsərlərindən ibarət
Ģeir və ya nəsr məcmuəsidir. Buna misal olaraq, Azərbaycan ədə-
biyyatı antologiyasını göstərmək olar.
Əsərlər toplusu Ģair və yazıçının yaradıcılığı və əsərlərini
əks etdirir. Burada yazıçının müxtəlif dövrlərdə, müxtəlif janrlarda
qələmə aldığı əsərlər yer alır. Əsərlər toplusu hazırlayan zaman re-
daktor yalnız əsərə olan oxucu marağını deyil, həm də müəllifin
məĢhurluğunu nəzərə almalıdır. Əsərlər toplusu çoxcildli (müəlli-
fin bütün əsərlərini əhatə edən) və bircildli (əsas əsərlərini əhatə
edən) ola bilər.
Əsərlər toplusunda yazıçının yaradıcılığı haqqında ümumi
məlumat verilir. Bundan çıxıĢ edilərək, əsər seçimi qiymətlən-
dirilir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
195
Əsərlər toplusunu böyük kollektiv hazırlayır. Redaksiya he-
yəti yaradılır, aparat elementlərinin (ön söz, Ģərh və s.) tərtibçiləri
müəyyən olunur. Mütəxəssis-filoloqlar nəĢrin konsepsiyasının ya-
radılması məsələlərini (aparatın təĢkili, mətnin seçimi və yerləĢdi-
rilməsi) həll edir.
Tam olmayan əsərlər toplusuna «Seçilmiş əsərlər» aiddir.
SeçilmiĢ əsərlərdə müxtəlif dövrlər üçün xarakterik olan əsərlər və
eləcə də, ədəbi-tənqid, qeydlər, məktublar yer alır.
Nəşrlərin tip spesifikası. Hər bir nəĢr müvafiq marağın həya-
ta keçirilməsi üçün hazırlanır. Redaktor nəĢrin konsepsiyasını və
modelini hazırlayan zaman aparat və illüstrasiyalarla bağlı mə-
sələləri həll etməlidir.
Kütləvi nəşrlərdə aparat əsas və vacib elementlər (giriĢ mə-
qaləsi, nəticə (nəĢriyyat və ya tərtibçidən) və qeydləri əhatə edir.
Belə ki, əsərdəki aparat populyarlaĢdırıcı xarakter daĢımalıdır.
Çox yaxĢı olardı ki, müqəddiməni tanınmıĢ bir yazıçı hazırlasın.
GiriĢdə yazıçının yaradıcılığı açıqlanmalı, nəĢrə daxil edilən əsə-
rin xüsusiyyətləri vurğulanmalıdır. Redaktor kitabın gələcək oxu-
cusunun səviyyəsini və əlavə informasiyanı qavrama qabiliyyətini
nəzərə almalıdır. Hansı söz və ifadələrin oxucu tərəfindən baĢa
düĢülməyəcəyi müəyyən olunmalı və onların açıqlanması ve-
rilməlidir. Bu zaman sətiraltı istinadlardan və ya əsərin sonunda
verilən qeydləridən istifadə olunmalıdır.
Elmi-kütləvi nəşrlər oxucu təsnifatı nəzərə alınaraq hazır-
lanmalıdır. Belə nəĢrlərin aparatı öyrədici məzmun kəsb etməlidir.
Aparat ədəbi tənqidin və ədəbiyyatĢünaslığın son naliyyətləri he-
sabına hazırlanmalıdır. Aparatın ayrı-ayrı elementləri hazırlanar-
kən elmi (akademik) nəĢrlərdəki materiallardan istifadə oluna bi-
lər. Bu əsərlərin məqsəd təyinatı ədəbi əsəri populyarlaĢdırmaqdır.
Elmi-kütləvi nəĢrlər hazırlanarkən tərtibçi müəllifin ən yaxĢı
əsərini seçir. Elmi-kütləvi nəĢrlərin aparatına giriş (giriĢ mə-
qaləsi), qeyd və şərhlər daxildir. Bu elementlərin redaktor anali-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
196
zinin məqsədi müasir ədəbiyyatĢünaslığın səviyyəsinə uyğun ol-
masını müəyyənləĢdirməkdir.
Elmi nəşrlər (akademik) yazıçının yaradıcılığının ədəbiyyat-
Ģünaslıq, mətnĢünaslıq prosesini və onların nəticəsini əks etdirir.
Bu nəĢrlərin aparatı çox qəliz və çətindir və bu sahənin alim-tədqi-
qatçı kollektivi tərəfindən hazırlanır. Bütün bu aspektlər əsərin
kontekstini təĢkil edir. Aparat əsərin o hissələrini izah edir ki,
onları anlamaq üçün əlavə ədəbiyyatdan (ensiklopediya, soraq ki-
tabçası, ədəbiyyatĢünaslıq tədqiqatları) istifadə etmək lazım gəlir.
İllüstrasiyalar üzərində iş
Ədəbi-bədii əsərlərdə illüstrasiyalar üzərində iĢin özünəməx-
sus cəhətləri vardır. Redaktor illüstrasiyaların mahiyyətini, onların
mətnlə əlaqəsini, illüstrasiyalaĢdırılmıĢ hissənin dilini baĢa düĢmə-
lidir. Bədii ədəbiyyatda illüstrasiyaların verilməsinin həm
əleyhdarları, həm də tərəfdarları mövcuddur. Belə bir fikir möv-
cuddur ki, incəsənətin növlərindən biri olan ədəbi əsər “özü-öz-
lüyündə” qavrayıĢ üçün kifayət qədər əyanidir və illüstrasiyalar ya
əsərin mənasını tam uyğun Ģəkildə əks etdirə bilmir, ya da yanlıĢ
əks etdirir. Çap olunmuĢ kitabları nəzərdən keçirsək görərik ki, il-
lüstrasiyaları olmayan kifayət qədər ədəbi-bədii əsərlər mövcud-
dur.
Bu prosesdə redaktorun rolu bu faktla müəyyənləĢir ki, məhz
redaktor əsərin səciyyəvi xüsusiyyətlərini daha aydın surətdə
təsəvvür edir, müəllif üslubunun fərdiliyini anlayır, kitabın oxucu
tərəfindən qavranılmasının xüsusiyyətlərini bilir. Ġllüstrasiyaların
qiymətləndirilməsi zamanı redaktor subyekt-obyekt münasibət-
lərinin kitabı müəyyən edən xüsusiyyətlərindən çıxıĢ etməlidir. Bu
münasibətləri ətraflı Ģəkildə nəzərdən keçirək.
Subyekt-obyekt münasibətlərinin strukturunu aĢağıdakı əla-
qələr təĢkil edir:
əsər – illüstrasiyalar – nəĢrin aparatı
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
197
müəllif – redaktor – oxucu (əsər)
müəllif – oxucu – rəssam (illüstrasiyalar)
redaktor – oxucu (aparat)
əsər (müəllif, redaktor) – illüstrasiyalar (rəssam-redaktor)
Redaktor və rəssam kitab nəĢri və yaxud kitab qrafikası vasi-
tələri ilə əsərin mənasını və zahiri əlamətlərini Ģərh edirlər. Redak-
torun və rəssamın mövqeyi hər hansı bir nöqtədə üst-üstə düĢür.
Belə ki, yuxarıdakı sxemdən göründüyü kimi, həm birinci, həm də
ikinci Ģəxs əsərin anlaĢılmasında və Ģərhində oxucunu nəzərdə
tutur.
Kitabın illüstrasiyasına tətbiqən rəssamın mətnin oxunma-
sına, baĢa düĢülməsinə və dəyərləndirilməsinə müdaxiləsinin im-
kanları, yolları və sərhədləri problemi üzə çıxır. Problem redakto-
run və rəssamın mətni anlama tərzlərinin üst-üstə düĢməsi və illüs-
trasiyalarda mətnin Ģərhi istiqamətlərinin müəyyənləĢdirilməsi ilə
həll olunur. Əlbəttə, redaktor bədii vasitələrin seçiminə müdaxilə
etmir. O, yalnız illüstrasiyaların bəzi xüsusiyyətlərinə istinadlana-
raq və onların oxucu tərəfindən qavranılma keyfiyyətini nəzərə
alaraq, təqdim olunmuĢ ədəbi əsərə illüstrasiya çəkilməsinə ümu-
mi yanaĢmanın imkanlarını göstərir.
Redaktor soraq aparatını hazırlamaqla, rəssam isə illüstrasi-
ya çəkməklə məzmunu daha dolğun Ģəkildə açmağa və müəllifin
baĢlıca ideyalarına oxucunun marağını artırmağa can ataraq, ədəbi
əsərin çağdaĢ ictimai-mədəni kontekstə daxil olmasını təmin
edirlər. Ġllüstrasiya çəkilməsinin bu və ya digər gediĢatının orijina-
lın ruhuna və məzmununa uyğunluğu məsələsi illüstrasiyaların
qiymətləndirilməsinin ən zəif məqamıdır. Belə ki, eyni əsərin
müxtəlif rəssamlar tərəfindən Ģərhi faktları məlumdur. Bu faktlar
göstərir ki, daha yaxĢı və daha adekvat izahın, Ģərhin inandırıcı
əsasları mövcud deyildir. Kitab qrafikasının ədəbi əsərin ideyaları-
na və üslubiyyatına uyğunluğu məsələsinin indiyədək elmi əsas-
landırılması yoxdur. Ġllüstarsiya çəkilməsi prosesinin nəzəri mode-
linə və keyfiyyətin ciddi meyarlarına rast gəlinmir. Lakin illüstra-
siyanı ədəbi əsərin mətninə tabe vəziyyətdə nəzərdən keçirmək la-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
198
zımdır. Rəssam əsərin məzmununu daha dolğun ifadə etmək im-
kanlarını axtarmalıdır. Məhz bu cür yanaĢma illüstrativ sıranın re-
daktor tərəfindən nəzərdən keçirilməsinin əsasında durur. Ġllüstra-
siyanın oxucu tərəfindən qavranılmasında emosional baĢlanğıc
ciddi yer tutur. Redaktor təhlilinin inandırıcı olması üçün mate-
rialın nəĢrin mahiyyətindən doğan illüstrativ sıranın nəzəri cəhət-
dən əsaslandırılmıĢ xüsusiyyətlərinə istinadlanaraq qiymətləndiril-
məsi zəruridir.
Kitabın nəĢri prosesi mürəkkəb, kompleks prosesdir. Redak-
tor illüstrativ sıranı qiymətləndirərkən ədəbi əsərin, nəĢrin, oxucu
qavrayıĢının baĢlıca xüsusiyyətlərindən çıxıĢ edir və illüstrasiyala-
rın funksiyalarını nəzərə alır. Bu xassələri nəzərdən keçirək.
Məlum olduğu kimi, bədii əsər məzmunun mənası və onun
təqdimatı forması kimi göstəricilərlə səciyyələndirilir. Ġllüstrasiya-
lar əsərin mənasına və yaxud onun formasına istiqamətlənə bilər.
Ġllüstarsiyaların hazırlanması istiqamətlərinin müəyyənləĢdi-
rilməsinin çoxlu imkanları vardır. Belə ki, nəĢrin verbal və vizual
sıralarının qarĢılıqlı təsirinin müəyyənləĢdirilməsinə müxtəlif
yanaĢmaları əks etdirən ən müxtəlif konsepsiyalara təsadüf etmək
mümkündür.
NəĢrin baĢlıca xüsusiyyətləri də redaktor tərəfindən illüs-
trativ sıranın qiymətləndirilməsinə təsir edir. Redaktor illüstrasiya-
nı təhlil edərkən nəĢri həm hadisə, həm də proses kimi nəzərdən
keçirməlidir. Ġllüstrativ sıra ədəbi əsərə tabe olmalı və bu əsərin
mənasının aydınlaĢdırılmasına yönəlməlidir.
Kitabı (nəĢri) proses kimi nəzərdən keçirərkən illüstrativ sı-
ranın vizual qavrayıĢ dinamikasında oxucuya təsirinin imkanlarını
nəzərə almaqla nəĢrin tərtibatının çıxıĢ müddəalarını müəyyənləĢ-
dirmək mümkündür. Bundann baĢqa, illüstrasiyalaĢdırma konsep-
siyasının müəyyənləĢdirilməsi zamanı nəĢr tiplərinin və növlərinin
xüsusiyyətlərini nəzərə almaq zəruridir.
İllüstarsiyaların funksiyaları. Ġlk növbədə redaktorun nəzərə
alması üçün zəruri olan funksiyalar aĢağıdakılardan ibarətdir:
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
199
Ġdraki;
Tərbiyəvi;
DolğunlaĢdırıcı;
Təqlidi;
Məzmunu izahedici və dərinləĢdirici;
Estetik.
NəĢrin tərtibatının dəyərləndirilməsi zamanı yalnız rəssam
tərəfindən orijinalın hazırlanması keyfiyyəti deyil, habelə illüstra-
siyaların poliqrafik icrasının keyfiyyəti də əhəmiyyətə malikdir.
Bu prosesdə redaktorun və rəssamın iĢi kompleks səciyyə daĢıyır.
Rəssam illüstrasiyaların hazırlanmasına müraciət edərkən nəzərdə
tutulan kitab üçün mövcud olan poliqrafik Ģərtlər haqqında aydın
təsəvvürə malik olmalıdır. Redaktor, rəssam və bədii redaktor ilə
birlikdə ədəbi əsərin və bütövlükdə kitabın surət-assosiativ qurulu-
Ģunun, illüstrativ sıranın yaradılması metodlarının axtarıĢında iĢ-
tirak etməlidir.
Məzmunun vizual nümayiĢi metodunun müəyyənləĢdirilmə-
sinin əsasında, bir qayda olaraq, ədəbi əsərin məzmunun, səciyyə-
vi xüsusiyyətlərinin, oxucu maraqları və qavrayıĢ imkanlarının ke-
yfiyyətinin nəzərə alınması durur.
Kitabı hadisə kimi nəzərdən keçirərkən onun tamlığını, bü-
tövlüyünü nəzərə almaq lazımdır. Ġllüstrasiyalar mətnin və təsvirin
ümumiliyini təmin etməli, bədii əsərin məzmun və formasının
vəhdətinin qavranılmasında oxucuya yardım etməlidir. Buna görə
də redaktor iĢinin baĢlıca prinsiplərindən biri ayrı-ayrı vərəqlərin
deyil, ədəbi əsərdə təhkiyənin ən mühüm dönüĢlərinin nəzərə alın-
ması Ģərtilə illüstrasiyaların hamısının qiymətləndirilməsidir.
NəĢrin tamlığı əslində illüstrativ sıranın tamlığı ilə təmin
olunur. Ġllüstrasiyalar öz aralarında yerləĢmənin müəyyən ardıcıl-
lığı, uzlaĢması, onlarda məzmunun inkiĢaf dinamikasının düĢünül-
müĢ olması ilə bir-birinə qarĢılıqlı təsir göstərməlidir. Yəni, illüs-
trasiyalar özəl kiçik süjetə malik olaraq, hərəkətin müəyyən inki-
Ģafını nümayiĢ etdirərək müstəqil əhəmiyyət kəsb edir. Bundan
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
200
baĢqa, ardıcıl epizodlar sırasının vahid kompozisiyada birləĢdiril-
məsi təhkiyəni dolğunluqla təmin edir, təfsilatı qeyd etmək imkanı
verir.
NəĢrin tamlığı kitabın bütün təsviri elementlərinin tərtibat
tərzinin vəhdəti ilə yaradılır. Seriyalı nəĢrin yaradılması gediĢatın-
da vahid üsluba əməl etmək xüsusilə çətindir. Bu zaman hər bir
cildə və yaxud seriyanın buraxılıĢına illüstrasiyaların seriya tərti-
batı və hazırlanması iĢi ilə müxtəlif rəssamlar məĢğul olurlar.
Redaktor kitabda illüstrativ materialın yerləĢməsinin təĢkili-
nin qanunauyğunluqlarına istinad etməlidir. Bu qanunauyğunluq-
lar qiraətin dinamikası ilə müəyyən olunur. Belə ki, illüstrasiya bi-
liklərin alınması ritmini, mətnin və illüstrasiyaların əvəzlənməsi
hesabına təhkiyənin ritmini verə bilər. Əgər oxucunun diqqətini
yalnız ümumi planda təqdim olunmuĢ hadisəyə yönəltmək zəruri-
dirsə, lakin redaktorun fikrincə məzmunun baĢa düĢülməsi üçün
vacib əhəmiyyət kəsb edirsə, onda illüstrasiyanı üfüqi vəziyyətdə
yerləĢdirmək olar.
Ədəbi-bədii nəĢrin illüstrasiyaları üzərində iĢ redaktorun yal-
nız yaradıcı münasibətini tələb etmir. Eləcə də bu iĢ ondan nəĢrin
vizual sırasının xüsusiyyətlərini yaxĢı bilməyi, rəssamı və incə-
sənət əsərlərinin bədii qavranılmasının səciyyəvi xüsusiyyətlərini
anlamaq bacarığını tələb edir.
Dostları ilə paylaş: |