AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
MƏHƏMMƏD FÜZULĠ adına ƏLYAZMALAR ĠNSTĠTUTU
VÜSALƏ MUSALI
MƏTNLƏRĠN NƏġRƏ
HAZIRLANMASI PROBLEMLƏRĠ
«Elm və təhsil»
BAKI – 2012
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
2
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar Ġnstitutu elmi Ģurasının 6 aprel 2012-ci il 3
saylı iclasının qərarı ilə nəĢr edilir.
Elmi redaktoru: Nəsib GÖYÜġOV
filologiya elmləri doktoru,
Rəyçi: Knyaz ASLAN
pedaqoji elmlər namizədi,
dosent
Korrektor: Ülkər SƏMƏDOVA
Musalı (Səmədova) Vüsalə Azər qızı. Mətnlərin nəĢrə
hazırlanması problemləri. – Bakı, “Elm və təhsil”, 2012, 261 s.
Monoqrafiyada elmi, elmi-kütləvi, klassik ədəbiyyatın nəĢrə hazırlanma-
sı və redaktəsi məsələlərindən bəhs olunmuĢdur. Dövri nəĢrlərin tipoloji əlamət-
ləri və növləri Ģərh olunmuĢ, elmi jurnalların növlərindən, məqsəd və oxucu tə-
yinatından asılı olaraq növ və janrlarından, elmi jurnalların nəĢri tarixindən və
mərhələlərindən bəhs edilmiĢ, nəĢrə hazırlanma və redaktə xüsusiyyətləri, gizli
rəyçilərə göndərilmə və s. problemləri iĢıqlandırılmıĢ, Azərbaycanda nəĢr olu-
nan elmi jurnalların, Azərbaycanlı müəlliflərin elmi məqalələrinin Thomson re-
yestrində öz əksini tapması, ölkəmizdəki elmi jurnalların bu agentliyin impact
factorunu alması məsələləri və qarĢıda duran vəzifələr araĢdırılmıĢdır.
AMEA Əlyazmalar Ġnstitutu
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
3
Böyük itkilər insanları dərinləĢdirir.
NitĢe
Qısa ömrünə üç müdrik insan ömrünü sığdırma-
ğı bacarmış, şərəfli, ləyaqətli bir həyat sürmüş,
qohumları, dostları arasında böyük hörmət
qazanmış, ailəmizin qüruru, iftixarı, fəxri olan,
mənəvi borcunu heç bir zaman ödəyə bilməyəcə-
yim çox hörmətli qayınatam
Hacı Seyfulla Ağacan oğlu Musayevin əziz
xatirəsinə sonsuz ehtiramla ithaf edirəm.
ÖN SÖZ
Ġnsanların duyğularını, düĢüncələrini, mədəniyyətlərini və
biliklərini baĢqa nəsillərə çatdırmaq üçün istifadə etdikləri ən mü-
hüm vasitə yazı olmuĢdur. Yazı ixtira olunmamıĢdan öncə insan-
lar, Ģəkil və simvollardan istifadə etmiĢlər. Daha sonra kağızın
kəĢfi və əlyazma kitablarının meydana gəlməsi insan cəmiyyətinin
mədəni tərəqqisinə öz dəyərli töhfəsini vermiĢdir.
Bütün orta əsrlər boyu Azərbaycanda kitab sənətkarlığı insa-
nın ictimai fəaliyyətinin ən sayılan, möhtəĢəm saray emalatxanala-
rından tutmuĢ məktəb, mədrəsələrədək hər yerdə yüksək qiymət-
ləndirilən mötəbər və nüfuzlu bir sahəsi hesab edilmiĢdir. Yüzillər
ərzində Azərbaycan elmi və mədəniyyəti, o cümlədən kitab mədə-
niyyəti öz himayədarı olan Azərbaycan aristokratiyasının – Ģahlıq,
xanlıq və bəyzadəlik dünyasının vəsaiti ilə çiçəklənmiĢ, Müsəl-
man ġərqinin ümumi mədəniyyətinin zinətləndirilməsinə xidmət
etmiĢdir. Ölkənin iri Ģəhərlərində yaradılmıĢ kitab emalatxanala-
rında və zəngin kitabxanalarda dünyanın ən böyük elm və mədə-
niyyət korifeylərinin əsərləri köçürülərək tirajlanır və yayılırdı
1
.
1
Adilov M. Azərbaycan paleoqrafiyası. Bakı, 2010, s.180.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
4
Orta əsrlərdə ġərq aləmində kitaba böyük dəyər verilirdi. Bu
baxımdan XVI əsr Osmanlı Ģairi və təzkirəçisi Lətifinin kitab haq-
qında yazdığı bir qəzəl xüsusilə diqqəti cəlb edir:
“Hər dəm əhli-dillərün yanında yarıdur kitab,
Munisi-ovqatı, yari-qəmküsarıdur kitab.
Nitəkim əyləncəsidür malu-cahı cahilün,
Əhli-irfanun da mali-bi-Ģümarıdur kitab.
Yeg durur bin kani-zərdən əhli-fəzlə bir vərəq,
Cahil almaz bir pula, netsün, nə karıdur kitab?!
Kənzi-la-yəfnaya irər, padiĢahi-vəqt olur,
Hər kimün gəncinəvü-gəncinədarıdur kitab.
Gəl bərü, ey zülmət içrə abi-heyvan istəyən,
Bu səvad içrə o eynün çeĢməsarıdur kitab.
QönçəvəĢ diltəng olanun könlün açar gül gibi,
San güli-sədbərgi-fəsli-novbaharıdur kitab.
Ol kiĢi buldı cahan içində yari-bi-xələl,
Ey Lətifi, hər kimün yanında yarıdur kitab”
2
.
Taxta qəliblərlə kitab çapı (ksiloqrafiya) VII əsrdə Çində
meydana gəlmiĢ və bu çap üsulu yaponlar, koreyalılar və uyğur
türkləri arasında da yayılmıĢdır. Minlərcə simvoldan ibarət Çin
yazısı üçün bu cür çap olduqca yararlı idi. Ksiloqrafik çapda hər
hansı bir mətnin bir səhifəsi ağac qəlibinə güzgü görüntüsü Ģəklin-
də qazıldıqdan sonra qəlib üzərinə mürəkkəb gəzdirilib, kağıza ba-
sılaraq çap edilirdi. Bir müddət sonra ksiloqrafik çap metodunun
ġərqi Türküstan üzərindən Ġslam dünyasına keçdiyinin Ģahidi olu-
ruq. Belə ki, Misiri idarə etmiĢ Fatimilər sülaləsinin hakimiyyəti
2
Latifi. TezkiretüĢ-Ģuara ve tabsıratün-nuzama (inceleme – metin). Hazırlayan:
R.Canım. Ankara, 2000, s.86.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
5
dövründə (909-1171) “Quran”dan bəzi ayələri ehtiva edən dua ki-
tabçaları taxta qəliblər vasitəsilə çap edilmiĢdir. Eyni zamanda,
Əndəlüs hökmdarı olan Əbdürrəhman ən-Nəsrin (912-961) öz va-
lilərinə çap olunmuĢ əmrnamələr göndərdiyi məlumdur
3
.
1040-cı illərdə çinli Pi ġeng (990-1051) hər heroqlif üçün
ayrıca qəlib düzəldərək, mütəhərrik (hərəkət edən literlərlə) kitab
çapı metodunu icad etmiĢdir. Bu üsul çoxsaylı heroqliflərə malik
Çin yazısı üçün effektli olmasa da, Pi ġengin icadından dörd əsr
sonra Avropada uğurla tətbiq olunmağa baĢladı. Məhz 1440-cı
illərdə Almaniyada Ġohann Qutenberqin (1400-1468) ilk mətbəəni
açması ilə kitab nəĢri tarixində yeni dövr baĢladı. Mütəhərrik kitab
çapı Avropada istifadə edilən əlifbalar üçün daha münasib idi.
Çünki hərflərin sayı olduqca azdır, hər hərf üçün ayrıca qəlib dü-
zəldilir, hərflər ayrı-ayrı tökülür və bunlardan sözlər, cümlələr, sə-
hifələr və mətnlər düzülürdü. Beləliklə, kitab çapına dair ilk təĢəb-
büslər və təcrübələr Çindən baĢlayaraq bir sıra ġərq ölkələrində sı-
naqdan keçirilsə də, mətbəə iĢi Avropada özünə yeni həyat tapdı
və sürətli inkiĢaf yoluna qədəm qoydu.
Azərbaycanda ilk mətbəələr XIX əsrdə yaradılsa da, nəĢriy-
yat iĢi XX əsrdən inkiĢaf etməyə baĢlamıĢdır. Azərbaycanda ilk
mətbəənin qurulması XIX əsrin birinci rübünə təsadüf etmiĢdir.
Qacarlar sülaləsindən olan Fətəli Ģahın böyük oğlu, vəliəhdi və
Azərbaycan hakimi Abbas mirzənin (öl. 1833) himayəsi ilə Təb-
rizdə ilk mətbəə yaradılmıĢdır. Lakin bu mətbəənin qurulma tarixi
ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, mövcud ədəbiyyatda bu
hadisənin 1812-ci, 1817-ci və 1818-19-cu illərdə baĢ verməsi haq-
qında fikirlər səsləndirilmiĢdir
4
.
3
Orlin Sabev (Orhan Salih). Ġbrahim Müteferrika ya da ilk Osmanlı matbaa
serüveni (1726-1746). Ġstanbul, 2006, s.18.
4
Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I
c. Tərtib edəni: Ə.Y.Əliyev. Bakı, 1963, s.XXX; Zəkiyev Ġ., Ġsmayılov R.,
Əliyeva Z. Azərbaycanda nəĢriyyat iĢi. Bakı, 2000, s.52; Zərinəzadə H. Fars di-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
6
H.H.Zərinəzadə Azərbaycanda ilk mətbəənin qurulması haq-
qında “Kavə” jurnalının 1921-ci ildə buraxılmıĢ 5-cı sayından
(səh.12-13) sitat gətirir: «Fətəli Ģahın Ģahlığı dövründə ilk mətbəə
Təbrizdə quruldu. Bu barədə Hotem-ġindler yazır: “1818-ci ildə
təbrizli Ağa Zeynalabidin adlı bir adam tipoqrafiya, yəni Ģrift ilə
çap etmə mətbəəsinin azacıq alət-vəsaitini Təbrizə gətirərək, Azər-
baycanın o zamankı hökmdarı olan caniĢin Abbas mirzənin hima-
yəsi altında kiçik bir mətbəənin əsasını qoydu...”... Doktor Kotton
deyir ki, “1822-ci ildə Mirzə Cəfər adlı bir gənc ilk qurĢun mətbə-
əsini bu Ģəhərdə (Təbrizdə) iĢə saldı, çap edilmiĢ ilk kitab isə “Gü-
lüstan” idi... Təxminən 1825-ci ildə caniĢin Abbas mirzə təbrizli
Mirzə Cəfəri Moskvaya göndərdi ki, bir daĢ mətbəə gətirsin və o
sənəti də öyrənsin. O, Təbrizə bir dəzgah gətirərək, onu iĢə sal-
dı»
5
.
Yeri gəlmiĢkən, bəzi müəlliflər
6
“çap” sözünün hind mənĢəli
olduğunu irəli sürsələr də, H.H.Zərinəzadə bu sözün Azərbaycan
dilindən fars dilinə keçdiyini ehtimal etmiĢdir. Belə ki, monqol
hökmdarı Keyxatu xan dövründə Təbrizdə “çav” adlanan çap
olunmuĢ kağız pullar dövriyyəyə buraxılmıĢdı. Alimin fikrincə,
“çav” termini “çap” sözünün qədim formasıdır: “Təbrizdə “çav”ın
çalınması və Azərbaycan dilində “çalınmaq” felinin, baĢqa məna-
larla yanaĢı olaraq, bir də pul çalmaq mənası daĢıması “çav” ilə
“çalmağ”ın əlaqədar olduğu ehtimalını da doğurur. Ola bilər ki, bu
mənada olan “çalmaq” sözü “çav”dan əmələ gəlmiĢ və əslində
“çavlamaq” imiĢ”
7
. Dilimizdə bir də “çapmaq” sözünün mövcud-
luğunu xatırlamağın heç də yersiz olmayacağı qənaətindəyik.
lində Azərbaycan sözləri. Bakı, 1962, s.261; Xəlilov A. Ġlk Azərbaycan kitabı.
Bakı, 1995, s.16.
5
Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.261-262.
6
Müin M. Fərhəngi-farsi. I c. Tehran, 1342, s.1262-1263.
7
Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.271-273.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
7
Biblioqraf alim A.Xəlilov yazır ki, Abbas mirzənin təhsil al-
maq üçün Ġngiltərəyə göndərdiyi Mirzə Saleh ġirazi orada çapçılıq
iĢini öyrənmiĢ və 1819-cu ildə Təbrizə qayıtdığı zaman özü ilə bir
çap dəzgahı da gətirmiĢdir. Eyni ildə Azərbaycan alimi Mirzə
Zeynalabidin Təbrizi də mətbəəçilik fəaliyyətinə baĢlamıĢdır. Elə
həmin il Təbrizdə görkəmli Azərbaycan Ģairi Məhəmməd Füzuli-
nin doğma dildə yazdığı “Leyli və Məcnun” poeması nəĢr edilmiĢ-
dir
8
. Çox keçmədən Ġran Azərbaycanının bəzi digər Ģəhərlərində
(Urmiya, Ərdəbil və s.) də mətbəələr yaradıldı
9
.
ġimali Azərbaycanda ilk mətbəə 1830-cu illərdə ġuĢada əc-
nəbi missionerlər tərəfindən xristianlığın təbliği məqsədi ilə təsis
edilmiĢdir
10
.
TanınmıĢ Azərbaycan Ģairi, rəssamı, xəttat və musiqiĢünası
olan Mir Möhsün Nəvvab (1833-1918) da ġuĢadakı evində mətbəə
təĢkil etmiĢdir. O, litoqrafiya mətbəəsi açmağa müvəffəq olmuĢ,
hətta burada özünün bir neçə əsərini çap etmiĢdir.
XIX əsrin son rübündə Azərbaycanda kitab çapı iĢinin inki-
Ģafında Ünsizadə qardaĢlarının Tiflisdə və ġamaxıda fəaliyyət
göstərən mətbəəsinin böyük rolu olmuĢdur. XX əsrin əvvəllərində
isə Azərbaycanda ən böyük mətbəə Orucov qardaĢlarının Bakıda
qurulan və o zamanın Ģəraitinə görə texniki cəhətdən mükəmməl
olan müəssisəsi idi. Əgər 1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipo-
litoqrafiya var idisə, 1900-cü ildə mətbəələrin sayı 16-ya çatmıĢ-
dı
11
. Artıq 1908-ci ildə Bakıda otuz mətbəə və litoqrafiya fəaliyyət
göstərirdi.
8
Xəlilov A. Ġlk Azərbaycan kitabı. Bakı, 1995, s. 16-17.
9
Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I
c. Tərtib edəni: Ə.Y.Əliyev. Bakı, 1963, s.XXX.
10
Daha ətraflı bax: ġahmərəsi P.Z. Qarabağnamə: əz ədvari-kohən ta doureyi-
müasir. Tehran, 1389, s.250-252.
11
Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I
c. Tərtib edəni: Ə.Y.Əliyev. Bakı, 1963, s.XXXIX.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
8
Sovet hakimiyyəti illərində respublikamızda nəĢriyyatçılıq sa-
həsində bir sıra yeniliklər meydana gəldi. 1922-ci ildə “Bakı Fəh-
ləsi NəĢriyyatı”, 1924-cü ildə isə “Azərbaycan Dövlət NəĢriyyatı”
yaradıldı. 1925-ci ildə “Bakı Fəhləsi” və Azərbaycan Dövlət NəĢ-
riyyatı “AzərnəĢr” adı altında birləĢdirildi. 1960-80-ci illərdə Ba-
kıda böyük poliqrafiya müəssisələri – kitab kombinatı və “Kom-
munist” nəĢriyyatı üçün yeni binalar tikilib istifadəyə verildi,
“Elm”, “Maarif”, “Gənclik”, “ĠĢıq”, “Yazıçı” nəĢriyyatları yara-
dıldı
12
.
XX əsrin 20-ci illərindən baĢlayaraq, demək olar ki, 70 il ər-
zində kitab sənayesi ilk növbədə kommunist ideologiyasına xid-
mət etmiĢdir. Lakin onu da qeyd etmək lazımdır ki, bu dövrdə nəĢ-
riyyat sektoru heç də təkcə mənfi yönləri ilə yadda qalmamıĢdır.
Z.Əliyeva sovet dövründə kitab nəĢrini təhlil edərkən yazır: “Bu
dövrdə respublikamızda poliqrafiya sənayesi xeyli inkiĢaf etmiĢ,
kitabların bədii tərtibatı xeyli yaxĢılaĢmıĢ, nəĢriyyat və poliqrafiya
sahəsində peĢəkarlar ordusu yetiĢmiĢdi. Buna görə də 70 illik ki-
tab mədəniyyəti dövrünə birmənalı yanaĢmaq olmaz”
13
.
Azərbaycanda XX əsrin 80-cı illərinin sonuna qədər nəĢriy-
yat və poliqrafiya iĢi bütövlükdə dövlətin əlində cəmlənmiĢdi və
onun tərəfindən tənzimlənirdi. R.Ġsmayılov XX əsrin sonunda
Azərbaycanda nəĢriyyat iĢini təhlil edərkən yazır ki, 80-cı illərin
sonunda ilk özəl kooperativ nəĢriyyatlar yaranmıĢdı. Heç bir uzun-
müddətli nəĢr planı tutmayan, sadəcə olaraq “bazara iĢləyən” bu
nəĢriyyatlar oxucunun nəbzini tez bir zamanda tutdular və dövlət
nəĢriyyatlarından fərqli olaraq, onun yeni informasiyaya olan ehti-
yacını çevik Ģəkildə ödəməyə baĢladılar. 90-cı illərin ortalarından
kitab nəĢri sahəsində durğunluq baĢladı. 80-cı illərin sonu – 90-cı
illərin əvvəllərində ilkin kapital və təcrübə əldə etmiĢ, kiçik də ol-
12
ASE, VII c., s.235-236.
13
Azərbaycanda nəĢriyyat iĢi. – Bakı: Yeni nəsil, 2000, s. 75.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
9
sa öz poliqrafiya və nəĢriyyat bazasını yaratmıĢ özəl nəĢriyyatlar
yeni duruma uyğunlaĢmalı oldular
14
.
Hal-hazırda respublikamızda “Elm”, “Təhsil”, “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzi, “Azərbaycan”, “Aspoliq-
raf”, “Elm və təhsil”, “Nurlan”, “ġərq-Qərb”, “Nafta-Press”,
“Adiloğlu”, “Altun kitab”, “ÇaĢıoğlu”, “BeĢik”, “Tutu” və baĢqa
nəĢriyyatlar fəaliyyət göstərməkdədir.
Azərbaycanda kitab nəĢri vəziyyətini nəzərdən keçirdikdə üç
səciyyəvi xüsusiyyət diqqəti cəlb edir. Belə ki, bəzi kitabların nəĢ-
ri dövlət tərəfindən maliyyələĢdirilir. Buraya AMEA institutların-
da həyata keçirilən tədqiqatlar, ibtidai sinif dərslikləri, görkəmli
Ģəxsiyyətlərin və tarixi hadisələrin yubileyləri ilə bağlı nəĢrlər da-
xildir. Bir çox kitablar müəlliflərin öz vəsaitləri hesabına çap olu-
nur. Bu cür kitablar əksəriyyət təĢkil edir. Bir qisim kitablar isə
sponsorların, eləcə də xarici Ģirkət və səfirliklərin vəsaiti hesabına
nəĢr edilir.
ĠnkiĢaf etmiĢ ölkələrin kitab bazarında naĢir kitabın nəĢrinə
baĢlamazdan öncə ehtimal olunan qiymət və tiraj ilə bağlı marke-
tinq araĢdırmaları aparır, kitab satıĢı Ģirkətlərindən sifariĢ yığır və
beləliklə, öz kommersiya riskini minimuma endirir.
Azərbaycanda kitab nəĢri "NəĢriyyat iĢi haqqında" qanunla
və bir sıra digər qanunların müvafiq maddələri ilə tənzimlənir. Ġs-
tənilən Ģəxs "Hüquqi Ģəxslərin dövlət qeydiyyatı haqqında" Azər-
baycan Respublikasının Qanununa uyğun olaraq nəĢriyyat aça
bilər. NəĢriyyat-poliqrafiya fəaliyyəti ilə məĢğul olmaq üçün li-
senziya almaq lazımdır.
Sovet dövründə kitab yayımı vahid sistemə malik idi. Keç-
miĢ Mətbuat və Ġnformasiya Nazirliyinin "Azərkitab" Kitab Tica-
rəti Ġdarəsi Ģəhər yerlərində, "Azərittifaq"ın "Kəndkoopkitab" Ki-
tab Ticarəti Ġdarəsi isə kənd yerlərində kitab satıĢı ilə məĢğul
olurdu. Kitabxana Kollektoru respublikadakı kitabxanaları kitabla
14
Azərbaycanda nəĢriyyat iĢi. – Bakı: Yeni nəsil, 2000, s. 78.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
10
təmin edirdi. Bazar iqtisadiyyatına keçid dövründə bu sistem iflasa
uğradı. "Azərkitab"ın mağazalarının əksəriyyəti özəlləĢdirildi və
öz profilini dəyiĢdi.
Hazırda kitab yayımı ilə ya nəĢriyyatlar, ya da kitab müəllif-
ləri özləri məĢğul olurlar. NəĢriyyatların, çox az qisminin öz ma-
ğazası var.
Hal-hazrda marketinq və reklam iĢi ilə “Kitab Klubu” məĢ-
ğul olur. “Kitab Klubu” 2003-cü ildə yaradılmıĢdır. Klubun məq-
sədi Azərbaycanda nəĢriyyat iĢinin səmərəli qurulması və kitab
bazarının normal qaydalar üzrə iĢləməsinə yardım göstərməkdir.
Birinci növbədə kitab bazarının vəziyyəti öyrənilməli, bu barədə
məlumatları naĢirlərə və müəlliflərə, yeni nəĢr olunmuĢ və oluna-
caq kitablar haqqında informasiyanı isə potensial oxuculara çatdı-
rılmalıdır. Bunu həyata keçirmək üçün kitab bazarının öyrənilməsi
məqsədilə sorğular aparılmalı, yeni kitab kataloqları buraxılmalı
və yayılmalı, kitab sərgiləri təĢkil edilməli, yeni kitabların təqdi-
matı, müzakirəsi, müəlliflərlə görüĢlər keçirilməli, müəlliflərə ki-
tabın tərtibatı və çapında yardım göstərilməli, yeni kitabların satıĢı
üçün sifariĢlər toplanılmalı, kitab iĢi üzrə mütəxəssislərin və müəl-
liflərin iĢtirakı ilə vaxtaĢırı görüĢlər, seminarlar, konfranslar keçi-
rilməli, ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadi-
ləsi, kitabxana və oxu zalı xidməti göstərilməlidir
15
.
Azərbaycanda oxucu kütləsini Ģərti olaraq üç qrupa ayırmaq
olar:
Həm kiril, həm də latın qrafikasında sərbəst oxuya bilən-
lər. Bunların xüsusi çəkisi azdır və buraya hər cür yaĢ
qrupundan oxucu daxildir;
Yalnız kiril əlifbasında sərbəst oxuyanlar. Bu qrupa nisbə-
tən yaĢlı nəslin nümayəndələri aiddir.
15
http://www.kitabklubu.org/
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
11
Yalnız latın qrafikasında sərbəst oxuyanlar. Bu qrupa isə
bu gün müxtəlif təhsil müəssisələrində təhsil alan bütün
gənc oxucular daxildir
16
.
Müstəqillik dövründə Azərbaycanda kitab nəĢri sahəsində
inkiĢaf və müəyyən nailiyyətlər müĢahidə edilir. Belə ki, nəĢriy-
yat-poliqrafiya fəaliyyəti sahəsində özəl sektor xeyli möhkəmlə-
nib və onun iĢində hiss ediləcək canlanma yaranıb. 90-cı illərin
əvvəllərində fəaliyyətə baĢlayan özəl mətbəələrin çoxu bu gün
xeyli təkmilləĢdirilmiĢ poliqrafiya bazasına malikdirlər. Belə ki,
özəl mətbəələr, bəzi hallarda öz məhsuldarlığına, maddi-texniki
və kadr bazasına görə dövlət nəĢriyyatlarını üstələyirlər
17
. Hazırda
Azərbaycanda özünün kiçik poliqrafiya bazası olan yüzdən çox
müəssisə vardır. Poliqrafiya avadanlıqlarının keyfiyyəti nəĢriyyat-
lar arasında rəqabətin mühüm amilinə çevrilir, bu səbəbdən yerli
nəĢriyyatlar tez-tez xarici mətbəələrə müraciət edirlər
18
.
Redaktə nəĢriyyat iĢinin ən mühüm mərhələlərindəndir. Re-
daktə latın sözü olub, «düzəldilmiĢ, qaydaya salınmıĢ» mənasını
ifadə edir. Müxtəlif növ nəĢrlərin redaktor hazırlığı çətin, çoxas-
pektli prosesdir. Belə ki, hər Ģeydən öncə redaktor kitab bazarını
öyrənir, oxucu tələbatını və sorğuları araĢdırır, nəĢrin repertuarını,
problem-tematik və növ-tipoloji tərkibini müəyyən edir, təkrar
nəĢr üçün əsas ola biləcək kitabları üzə çıxarır. Bundan baĢqa, re-
daktor gələcək kitabın konsepsiyasını tərtib edir, gələcək nəĢrin
modelini iĢləyir, nəĢrin aparatının və onun ayrı-ayrı elementlərinin
hazırlanmasını təmin edir, bədii redaktorla birlikdə kitabın tərtiba-
tına və illüstrasiyaların verilməsinə ümumi yanaĢmanı müəyyən
edir.
16
http://mct.gov.az/?/az/culturehistory/693/211
17
bax: http://www.indigo.az/az; http://www.eastwest.az/; http://altun-kitab.com/
18
http://mct.gov.az/?/az/culturehistory/693/211
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
12
Redaktənin tarixini nəzərdən keçirsək görərik ki, bu sənətin
ġərqdə qədim bir ənənəsi mövcud olmuĢdur. Hafiz ġirazinin aĢa-
ğıdakı beytinə nəzər salaq:
“Yad bad anke be eslah-e Ģoma miĢod rast
Nəzm-e hər qouhər-e nasofte ke Hafez-ra bud”
19
.
(Sizin düzəliĢlərin sayəsində Hafizin Ģeirlərindəki
DeĢilməmiĢ gövhərlərin düzəldiyini heç vaxt unutmaram).
Burada Hafizin müraciət etdiyi Ģəxs onun Ģeirlərinin redak-
torundan baĢqa bir kəs deyil. «Redaktə» sözündən diksinən və re-
daktorun iĢinə istehza ilə baxıb onun əhəmiyyətini kiçildən bəzi
mühafizəkar ədiblərin əksinə olaraq, klassiklər ədəbi redaktəyə
xüsusi diqqət yetirmiĢlər. Buna əmin olmaq üçün ġəms Qeys Ra-
zinin «əl-Möcəm»dəki sözlərinə nəzər salaq:
«… [ġair] gərək ilk dəfə söylədiyi və yazdığına arxayın ol-
masın və onu bir neçə dəfə söz bilicilərinə, savadlı və səmimi
dostlarına göstərib qüsur və məziyyətləri barədə onların fikirlərini
eĢitməyincə, onlar onun Ģeirinin düzgünlüyünü, vəzninin məqbul-
luğunu, qafiyəsinin doğruluğunu, ifadələrinin gözəlliyini və məna-
larının incəliyini təsdiq etməyincə, həmin Ģeiri camaat içərisinə
çıxarmasın… Və əgər bir hünər sahibi Ģeiri anlamaqda və düzgün
qiymətləndirməkdə Ģöhrət və nüfuz qazanıbsa, onun Ģeirləri barə-
də dediklərini qəbul etsin və hər dediyinə qəti dəlil göstərməsini
və aydın izah verməsini tələb etməsin, çünki bir çox Ģeyləri zövqlə
duymaq olur, lakin ifadə etmək mümkün olmur»
20
.
Redaktənin nə dərəcədə əhəmiyyətli olduğunu göstərmək
üçün bir nümunəyə nəzər salaq. MəĢhur ingilis Ģairi T.S.Eliot
1921-ci ildə bir neçə həftə istirahət etmək üçün Lozannaya getmiĢ,
o sakit guĢədə XX əsrin ən gözəl və eyni zamanda ən bədbin əsər-
19
Fərruxfal R. Ədəbi mətnlərin redaktəsi / fars dilindən çevirən M.Məhəmmədi.
http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-metnlerin-redaktesi/
20
Yenə orada.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
13
lərindən biri olan «ĠtirilmiĢ torpaq» poemasını yazmıĢdı. Əksər
Qərb tənqidçiləri bu poemanı Ģah əsər sayır və onun barəsində
yazdıqları Ģərh və təhlillərdə əsərin çox mürəkkəb və mükəmməl
bir struktura malik olduğunu qeyd edirlər. Onlar həmçinin «Ġtiril-
miĢ torpağ»ın oxucuya çatana qədər (yəni 1922-ci ildə ilk dəfə çap
olunmazdan qabaq) ciddi və əsaslı redaktəyə məruz qalmıĢ əsərlə-
rin bir nümunəsi olduğunu göstərirlər. Deyirlər, bu poema əslində
800 misra imiĢ və Eliot səfərdən qayıtdıqdan sonra onu öz rəyini
bildirmək üçün dostu Ezra Paunda vermiĢdi. Paund əsərin təqribən
400 misrasını, yəni yarısını lazımsız saymıĢ və heç bir mərhəmət
göstərmədən artıq misralar kimi onların üstündən xətt çəkmiĢdi.
Eliot, çox güman ki, bütün ixtisarlarla razı deyilmiĢ, lakin bununla
belə tələbkar söz sərrafının rəyi ilə hesablaĢaraq, düzəliĢ və qısalt-
maların hamısını qəbul etmiĢ, hətta poemanı sevgi və sayğı dolu
sözlərlə Paunda ithaf etmiĢdi
21
Dostları ilə paylaş: |