DüzəliĢ
Səhifə
Sətir
Gedib
Olmalıdır
52
http://www.isbn-international.org/
53
Vəliyev Ġ. Redaktənin əsasları. Bakı, 2009, s. 126.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
43
Azərbaycanda elmi ədəbiyyatın nəşri məsələləri
Azərbaycanda nəĢr olunan elmi ədəbiyyatı nəzərdən keçirsək
görərik ki, bu kitabların böyük bir qismi əsasən “Elm”, “Nurlan”,
“Elm və təhsil”, “Nafta Press” nəĢriyyatında iĢıq üzü görmüĢlər.
“Elm” respublikamızda elmi ədəbiyyat nəĢr edən ixtisaslaĢ-
mıĢ nəĢriyyat kimi 1945-ci ildə təsis olunmuĢdur
54
. 1997-ci ildə
nəĢriyyat yenidən təĢkil olunaraq MEA “Elm Redaksiya-nəĢriyyat
və Poliqrafiya Mərkəzi” adlanmağa baĢlamıĢdır.
Ġ.Umudlu elmi və elmi-kütləvi ədəbiyyat nəĢrində olan ten-
densiyaları təhlil edərkən yazır: “Azərbaycanın elm potensialının
çox böyük bir qismi Milli Elmlər Akademiyasında cəmləĢdiyindən
elmi və elmi-kütləvi ədəbiyyatın, sahə ədəbiyyatının nəĢri burada
maliyyələĢdirilir və qurumun tərkibindəki “Elm” nəĢriyyatında
iĢıq üzü görürdü”
55
. Amma 1990-ci illərdən sonra nəĢriyyatın çap
etdiyi kitabların sayı azalmıĢdır. 2000-ci illərdə yenidən artım mü-
Ģahidə olunmaqdadır.
Hal-hazırda "Elm" nəĢriyyatı bir çox müsabiqələrdə iĢtirak
edir. Akademiyaların Beynəlxalq Assosiasiyasının kitab nəĢri üzrə
ġurası 2010-cu il noyabrın 25-də Moskvada ən yaxĢı elmi nəĢrlər
layihəsi üzrə “Elmi kitab” adlı beynəlxalq müsabiqə keçirilmiĢdir.
Müsabiqədə AMEA “Elm” nəĢriyyatı da iĢtirak etmiĢ və “Ġctimai
elmlər” nominasiyası üzrə M.Seyidbəylinin “Rusiyada Azərbay-
can faktoru: formalaĢması və inkiĢafının xüsusiyyətləri, istiqamət-
ləri” kitabının hazırlanması və nəĢrinə görə qalib elan edilmiĢdir.
“Elm” nəĢriyyatının direktoru ġ.AlıĢanlı xarici ölkələrin elmi isti-
qamətli nəĢriyyatları ilə əməkdaĢlıq etdiklərini qeyd edir: “Ötən il
AMEA-nın müxbir üzvü X. Hüseynovun fundamental monoqrafi-
yasını “Nauka” nəĢriyyatı ilə birgə nəĢr etmiĢik. Akademiyaların
Beynəlxalq Assosiasiyasının təĢkil etdiyi elmi konfrans və sərgi-
54
ASE, c. IV, s. 44.
55
Umudlu Ġ. Kitab nəĢri bu gün. Bakı: 2004, s. 33.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
44
lərə “Elm” nəĢriyyatı ardıcıl Ģəkildə qatılır, respublikamızda aparı-
lan elmi tədqiqatların əyaniləĢdiyi nəĢrləri beynəlxalq miqyasa çı-
xartmaqda mövcud imkanlardan yararlanır”
56
.
“Nurlan” nəĢriyyat-poliqrafiya müəssisəsi 1994-cü ildə filo-
loq alim prof. N.Məmmədli tərəfindən yaradılmıĢdır. Universal
nəĢriyyat kimi fəaliyyət göstərsə də, əsas çap məhsulunu elmi ədə-
biyyat təĢkil edir. 2000-ci illərdə nəĢr olunmuĢ elmi ədəbiyyatın
böyük bir qismi bu nəĢriyyatın payına düĢür.
"Elm və təhsil" nəĢriyyatı 2006-cu ildə yaradılmıĢdır. NəĢ-
riyyat elmi, bədii ədəbiyyatların buraxılıĢı ilə də məĢğul olur.
“Nafta-press” nəĢriyyatı 1997-ci ildə AMEA Geologiya Ġns-
titutu tərəfindən yaradılmıĢdır. Bu nəĢriyyatın da əsas çap məhsu-
lunu elmi ədəbiyyat təĢkil edir.
Ġ.Umudlu elmi ədəbiyyat nəĢrində tendensiyalardan bəhs
edərkən qeyd edir ki, say və həcm artımının qarĢılığında keyfiyyət
aĢağıdır. Yəni, bir sıra müəlliflərin elmi kitab adı ilə buraxdıqları
kitablar adi elmi tələblərə cavab vermir, bu baxımdan onların çoxu
“elmi əsər” adlandırıla bilməz... Elmi əsərlərin nəĢrinə keçmiĢin
ciddi yanaĢma tərzi bu gün yalnız AMEA-nın öz vəsaiti ilə çap
olunan kitablara tətbiq olunur, yəni əvvəllərdəki kimi olmasa da,
hər halda AMEA sistemində kitabların səviyyəsinə müəyyən bir
nəzarət var
57
.
Azərbaycanda son illərdə çıxan elmi ədəbiyyatı nəzərdən ke-
çirdikdə məlum olur ki, bu kitabların əksəriyyəti müəlliflərin öz-
ləri tərəfindən nəĢr olunur. Monoqrafiyaların böyük bir hissəsi bu
kitablara qarĢı qoyulan tələb və standartlara cavab vermir. Çünki
bu əsərlər ya namizədlik, ya da doktorluq dissertasiyalarının əsa-
sında hazırlanır. Müəlliflər əlyazmanı redaktə və korrektura mər-
hələlərindən keçirmədən, sadəcə kitab formatına salmaqla kifayət-
lənərək nəĢriyyata təqdim edirlər. Nəticədə monoqrafiyalar elmi
56
525-ci qəzet, www.525.az/view.php?lang=az&menu
57
Umudlu Ġ. Kitab nəĢri bu gün. - Bakı: 2004, s. 35-36.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
45
aparatsız və bəsit Ģəkildə nəĢr olunur. Qeyd edək ki, monoqrafiya
və dissertasiyaların nəĢrə hazırlanmasında, elmi aparatının tərti-
bində fərqlər çoxdur.
Ədəbiyyat
Baydur G. Kitap sonu indeksleri // Türk kütüphaneciligi dergisi,
1988, N 2, s. 61-68.
Bozuyla M. Bilgisayar yardımı ile kitap sonu indeksi hazırlanması.
Pamukkale Üniversitesi, Fen Bilimleri Fakültesi, Yüksek Lisans
Tezi, 2011, 79 s.
Demirel Ġ. H., Erol B., Saraç C. Akademik yazım ihlalleri. – Ankara:
TÜBĠTAK, ULAKBĠM, 2011, s. 58.
Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. Bakı, 2010, 184 s.
GöyüĢov N. Milli sənətin nəzəri təhlilinə giriĢ. Bakı: Nurlan, 2006.
Musalı V. Elmi nəĢrlər: mahiyyəti, tipoloji əlamətləri və redaktə
prinsipləri // Dil və ədəbiyyat (beynəlxalq elmi-nəzəri jurnal), Bаkı,
2008, № 6 (66), s. 277-281.
Vəliyev Ġ. Redaktənin əsasları. – Bakı: GünəĢ, 2009, 399 s.
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник.
– М.: Издательство МГУП., 2002, 468 с.
Антонова С., Соловьев В. Редактирование. Общий курс. – М.:
Издательство МГУП, 1999, 256 с.
Научная литература. Язык. Стиль. Жанры. М.: 1985.
Редактирование отдельных видов литературы / Под ред. Н.
Сикорского. – Москва: Книга, 1987.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
46
III FƏSĠL
ELMĠ-KÜTLƏVĠ NƏġRLƏR
Elmi-kütləvi nəşrlərin tipoloji xarakteristikası və redaktə
xüsusiyyətləri
Elmi biliklərin populyarlaĢdırılmasının müxtəlif üsulları var-
dır. Buraya kino, televiziya, radio, dövri nəĢrlər aiddir. Əsas rol
isə kitab və jurnallara məxsusdur. GeniĢ mənada elmi-kütləvi nəĢr
nəzəri və ya eksperemental tədqiqatları əhatə edir, elmi, texniki
nəticələrin yayılması məqsədi ilə hazırlanır və geniĢ oxucu kütləsi
üçün nəzərdə tutulur
58
.
Elmin məhsuldar qüvvəyə çevrilməsi, sürətli inkiĢafı və Ģa-
xələnməsi, sosial xarakteri elmi-kütləvi ədəbiyyata geniĢ oxucu
kütləsinin diqqətini artırır. Elmi-kütləvi ədəbiyyata fundamental
və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xa-
dimlərinin həyatından, səyahətlərindən bəhs edən müxtəlif janrlı
əsərlər daxildir
59
. Elmi-kütləvi əsərlərdə qabaqcıl elmi nailiyyətlər
anlaĢıqlı formada təbliğ edilir.
Elmi-kütləvi nəĢrlərin predmetinə elm və elmi tədqiqata
daxil olan hər bir problem aiddir:
Elmi tədqiqatın nəticələri;
Tədqiqat aparılan elm sahəsi;
Tədqiqatın obyekti;
Elmi problemin, tədqiqatın məqsədi və metodu, tədqiqatın
aparılma Ģəraiti, tədqiqatın əsasını təĢkil edən faktlar, qanun, hipo-
tez, kəĢflər və s.
58
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - Москва,
2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
59
ASE, c. IV, s. 48.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
47
Elmi-kütləvi nəĢrlərin tematikası çox geniĢ ola bilər. O, cə-
miyyətin tələbatı, oxucuların sorğu və marağı ilə müəyyən olunur.
Elmi-kütləvi nəĢrlərin təyinatı texnikanın, mədəniyyətin tətbiqi sa-
hələrinin, elmin əsas yeniliklərinin geniĢ oxucular arasında yayıl-
ması və təbliğindən ibarətdir. Oxucuda elmi dünya görüĢünün for-
malaĢdırılması elmi-kütləvi kitabların məqsədlərinə daxildir.
Funksional cəhətlərinə gəlincə, onlar müxtəlifdir. Bu kitabla-
rın əsas funksiyası elmi biliklərin yayılması və təbliğidir.
Elmi-kütləvi kitablara qoyulan tələblər aĢağıdakılardan iba-
rətdir:
müasir elmin vəziyyətini əks etdirən yeni tədqiqatların,
kəĢflərin iĢıqlandırılması;
kəĢflərin üzə çıxarılma prosesi və hansı Ģərtlər altında
həyata keçirilməsi;
Ģərhin son dərəcə aydınlığı, məntiqiliyi və maraqlılığı;
nəticələrin dəqiqliyi və kütləviliyi
60
.
Elmi-kütləvi kitabların qruplar üzrə oxucularının bölgüsü
çox çətindir. Bu kitabların oxucu auditoriyası Ģagirddən alimə qə-
dər müxtəlif oxucu qruplarını əhatə edir. Ancaq elmi-kütləvi ki-
tabların oxucusunun qeyri mütəxəssislər olması qəbul olunmuĢ-
dur. Yəni söhbət kitabın mövzusunun aid olduğu sahənin mütəxəs-
sisi olmayan oxuculardan gedir.
Kütləvi kitabların oxucularını hər hansı qruplara müxtəlif
Ģərtlərlə bölmək olar. Elmi, texniki, mədəni inkiĢafı izləyən ümu-
mi hazırlıqlı oxucular və ali təhsilli oxucular. Elmi-kütləvi kitab-
larda bu oxucular kainat, məiĢət, din və s. haqqında suallara cavab
axtarırlar.
Digər bir qrup orta təhsilli oxucuları təĢkil edir ki, onlar
kainat haqqında ümumi təsəvvürə malikdirlər və yeni məlumat-
60
Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – Москва,
2002.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
48
larla maraqlanırlar. Onlar üçün elmi-kütləvi kitablar praktik sual-
ların həllində qiymətli mənbə rolunu oynayır.
Oxucuların geniĢ hissəsini isə məktəb Ģagirdlərindən tutmuĢ
universitet tələbələrinə kimi oxucu qrupu təĢkil edir. Bu qrupa təh-
sil və yaĢ səviyyəsinə görə yanaĢmaq lazımdır. Eləcə də, psixoloji
hazırlığı nəzərə almaq gərəkdir.
Elmi-kütləvi kitabın oxucu tələbatı marketinq tədqiqatı ilə
üzə çıxarılır. Elmi-kütləvi kitabın oxucu auditoriyasını iki hissəyə
ayırmaq olar:
kütləvi oxucular – qeyri ixtisas;
yaxın sahə mütəxəssisləri.
KitabĢünaslıqda elmi-kütləvi kitabların təsnifatına birmənalı
baxıĢ mövcud deyil. Elmi-kütləvi kitabı nəĢrə hazırlayarkən re-
daktor nəzərə almalıdır ki, bugünkü oxucu müxtəlif vasitələrlə in-
formasiya alır və yüksək bilik səviyyəsinə malikdir. Sözügedən ki-
tabları nəĢrə hazırlayarkən redaktorun qarĢısında iki vəzifə durur:
məzmunun elmi olmasını qiymətləndirmək;
kütləviləĢməni təmin edən üsul.
Elmi-kütləvi əsərin məzmunu üzərində redaktor iĢi iki planlı
xarakter daĢıyır:
1. məzmunun elmiliyini yoxlamaq;
2. onun kütləviliyini təmin edən əksetdirmənin mövcud-
luğu
61
.
Belə ki, kitabda istifadə olunan Ģərh metodları elmi prinsip-
lərə cavab verməlidir. Redaktor məzmunun nəyin hesabına aydın-
laĢdığını görməlidir. Digər tərəfdən əsərin çətin materialla yüklən-
mədiyindən əmin olmalıdır. Onu da unutmaq olmaz ki, elmi-küt-
ləvi əsərdə sadələĢmə gerçəkliyin təhrifinin səbəbi hesab olunur
61
Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – Москва,
2002.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
49
və oxucunun çaĢmasına gətirib çıxarır. Sadəlik elmi məlumatın
məzmun və xarakterinin müəllif Ģərhinin göstəricisidir.
Elmi-kütləvi kitabda fakt materialı verərkən optimal nöqteyi-
nəzərdən yanaĢmaq lazımdır. Faktların çox verilməsi məzmuna
xələl gətirir, oxucunun diqqəti yayınır, əsas mətndən uzaqlaĢır.
YaxĢı olar ki, elmi-kütləvi kitablarda az sayda əsas faktlar yer
alsın.
Elmi-kütləvi kitablarda materialın ənənəvi Ģərhlərindən isti-
fadə olunur: təsviri, təhkiyə və problem-analitik. Bunlardan hər
hansı birinin seçilməsi elmi-kütləvi kitabın məzmun xüsusiyyətlə-
ri, oxucu ünvanı və ən əsası müəllifin yaradıcı imkanlarından ası-
lıdır.
Kitabın kütləvi oxucu üçün hazırlanmasında əsas Ģərtlərdən
biri də sadəlikdir. Sadəlikdən danıĢarkən auditoriyanın hazırlığını,
təhsil və yaĢ səviyyəsini nəzərə almaq lazımdır.
Sadəliyə iki vasitə ilə çatmaq mümkündür:
1. Ģərhin məntiqiliyi (ardıcıllığı);
2. konkretlik.
Elmi-kütləvi kitablarda Ģərh müxtəlif vasitələrlə çatdırılır:
vaxtın dəqiqliyi, hadisənin yeri, məlumatın mənbəyi. Mücərrəd fi-
kirlər faktik məlumatlar (rəqəm, cədvəl, qrafik, Ģəkil, formul,
sxem) vasitəsi ilə sübut olunmalıdır.
Kitabın populyarlaĢdırılması təcrübəsində mətnə terminlərin
daxil edilməsi yolları formalaĢdırılmıĢdır:
a)
termini verərkən tanınmıĢ alimdən sitat gətirilməsi;
b)
yeni söz haqqında məlumat verərkən müəllif geniĢ açıqla-
ma vermir, yalnız ən xarakterik cəhətləri yazır;
c)
hər hansı sözün sözarası dırnaq içində bir və ya iki sözlə
ifadəsi;
d)
geniĢ yayılmamıĢ terminlərin mötərizədə verilməsi;
e)
müəllifin hər hansı hadisə haqqında birdən məlumat ver-
məməsi, oxucunu onu xatırlamağa məcbur etməsi;
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
50
f)
elmi məfhumun məzmununu açarkən müəllif tərəfindən
ümumi qəbul edilmiĢ bütün əlamətlərin verilməsi
62
.
Əsas odur ki, terminin istifadəsi əsaslandırılsın və məzmu-
nun dərk olunmasını çətinləĢdirməsin. Bu məsələlərin həllində son
sözü redaktor deyir.
Elmi kitabların struktur və kompozisiyasında əsas rolu müx-
təlif növ illüstrativ materiallar oynayır. Xarakterinə görə onları el-
mi anlaşımlı (qrafik, sxem) və sənədli (foto) kimi növlərə ayrılır-
lar.
Elmi-kütləvi kitablarda illüstrasiyaların xarakteri nəĢrin təyi-
natı və oxucu ünvanına cavab verməlidir. Elmi-kütləvi kitablarda
əsasən qrafiklərdən istifadə olunur. Cədvəllərdən fərqli olaraq,
qrafiklər elmi tədqiqatın nəticələrini daha informativ təqdim edir.
Ancaq kitabda qrafiklərin sayının çox olması da məqsədəuyğun
deyil. Hər bir müəllif əvvəlcədən fikirləĢməlidir ki, hansı illüstra-
siyalar kütləvi oxucuya hər hansı elmi fikirləri izah edə bilər. Ġl-
lüstrasiyaların sayı, onların seçimi və verilməsi nəĢrin növü, janrı
və məzmunundan asılıdır. Bioqrafik materiallar adətən sənədli il-
lüstrasiyalarla (fotolar, fotosurətlər, sənədli illüstrasiya) müĢayiət
olunur.
Ġ.Umudlu elmi-kütləvi ədəbiyyat nəĢrindəki tendensiyaları
təhlil edərkən yazır: “...hələ sovet dönəmində Azərbaycanda elmi-
kütləvi ədəbiyyatın o qədər də geniĢ çap olunmadığı bəllidir. Bu
ondan irəli gəlirdi ki, bu iĢ müəllifdən xüsusi peĢəkarlıq tələb etdi-
yindən heç də hər görkəmli alim elmi-kütləvi əsər yazmağı bacar-
mırdı...Dövlət bu kateqoriyadan olan ədəbiyyata xüsusi önəm ve-
rir, müəllifləri həvəsləndirmək üçün hər il prestijli mükafatlar təsis
edirdi”
63
.
62
Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – Москва,
2002.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
63
Umudlu Ġ. Kitab nəĢri bu gün. - Bakı, 2004, s. 36.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
51
Ədəbiyyat
Umudlu Ġ. Kitab nəĢri bu gün. – Bakı, 2004, 322 s.
Vəliyev Ġ. Redaktənin əsasları. – Bakı: GünəĢ, 2009, 399 s.
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002,
200 s.
Антонова С и др. Редакторская подготовка изданий: Учебник. –
М.: Издательство МГУП, 2002, 468 с.
Миьчин А. Методика и техника редактирования текста. - М.:
Книга, 1972, 320 с.
Ребров М. Грани популяризации науки или пути к читателю.
М.: Наука, 1981.
Редактирование отдельных видов литературы / Под ред. Н.
Сикорского. – Москва: Книга, 1987.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
52
IV FƏSĠL
KLASSĠK ƏSƏRLƏRĠN NƏġRƏ HAZIRLANMASI VƏ
REDAKTƏSĠ
Klassik ədəbiyyatın nəĢri mürəkkəb bir proses, dərin zəhmət
və spesifik bilik, təcrübə tələb edən bir iĢdir. ÇağdaĢ əsərlərin
nəĢri ilə müqayisədə klassiklərin ədəbi irsinin çapa hazırlanmasın-
da elə çətinliklər meydana çıxır ki, onun aradan qaldırılması ya
çox çətinliklə baĢa gəlir, ya da heç mümkün olmur. Klassik irsin
nəĢri sahəsində qazanılmıĢ təcrübələri ümumiləĢdirərək, klassik
Ģair və yazıçılarımızın yeni nəĢrlərini bu sahədəki ən sərfəli prin-
siplərə uyğun hazırlamaq gərəkdir
64
.
Azərbaycan əlyazma kitabı dünyəvidir, onun bizə çatdırdığı
informasiya həyatidir, gerçəkdir, təqdim etdiyi onlarla, bəlkə də,
yüzlərlə müəllif təkcə Azərbaycan deyil, yalnız müsəlman aləmi
deyil, bütün dünyada elm və mədəniyyətin zənginləĢməsində və
yayılmasında əvəzsiz rol oynamıĢlar. Bu baxımdan ġərq, o cümlə-
dən Azərbaycan əlyazma kitabının dünyada misli-bərabəri yox-
dur
65
.
Mətnşünas hər hansı bir əsərin yaranma tarixini və onların
mətninin düzgün olub-olmadığını tədqiq edib öyrənir, bu mətnləri
elmi-tənqidi üsulla tərtib edib çapa hazırlayır, müxtəlif nəşrləri
zəruri izahlar və qeydlərlə təmin edir. Bütün bu iĢlərin ədəbiyyat-
Ģünaslıq, dilçilik, poetika, kitab nəĢri və s. sahələr üçün böyük
əhəmiyyəti vardır.
ƏdəbiyyatĢünaslığın köməkçi hissəsi olan mətnĢünaslıq, ey-
ni zamanda ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi qolları ilə sıx
bağlı olub, onlar üçün məxəz rolunu oynayır
66
.
Müəllif öz əsəri üzərində iĢləyəndən sonra mətnin son va-
riantını hazırlayıb, oxucuya bitkin Ģəkildə təqdim etməklə iĢini
64
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. - Bakı: 2002, s. 109.
65
Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: 2010, s. 200.
66
Mirəhmədov Ə. ƏdəbiyyatĢünaslıq. Ensiklopedik lüğət. - Bakı: 1998, s.132.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
53
bitirir. MətnĢünas isə son variantla birlikdə mətnin yaradıcılıq pro-
sesində hansı mərhələlər keçdiyini, onun hansı qaralamaları, plan-
ları, əlavə və silinmiĢ yerləri olduğunu da öyrənir. Bəzən mətnĢü-
nas hər hansı bir əsəri nəĢrə hazırlayarkən həmin əsərin qaralama
variantı ilə üzü ağardılmıĢ variantını kontaminasiya
*
yolu ilə bir-
ləĢdirib, vahid, mükəmməl mətn yaratmıĢ olur.
Qədim abidələrin mətni öyrənilərkən təkcə onların müəllif
tərəfindən necə, nə zaman, hansı Ģəraitdə yaradıldığı deyil, həmçi-
nin sonralar hansı dəyiĢikliklərə məruz qaldığı da tədqiq edilib
müəyyənləĢdirilməlidir. Bir çox hallarda mətnĢünas qədim abidə-
nin bir neçə əlyazmasının müqayisəsi yolu ilə elmi-tənqidi mətnini
tərtib edir.
MətnĢünaslıq nəzəriyyəsinə nəzər salsaq görərik ki, bu sa-
hədə Rusiya alimlərinin (S.Reyser, L.Superanskaya, E.Proxorov)
gördükləri iĢlər diqqətəlayiqdir. MətnĢünaslığın elmi-nəzəri və
əməli problemlərinin həlli akademik D.Lixaçovun fəaliyyəti və
əsərləri ilə bağlıdır. D.Lixaçov digər xarici ölkələrdə mətnĢünaslıq
elminin acınacaqlı vəziyyətinin bir sıra ümumi səbəbləri olduğunu
yazır. Belə ki, mətnĢünaslıq, mətn nəĢrinin praktiki məsələlərilə
boğulmuĢdur. Bu da nəzəriyyənin inkiĢafına mənfi təsir etmiĢdir
67
.
Türkiyədə isə dəyərli layihə həyata keçirilmiĢdir. Belə ki,
Mədəniyyət Nazirliyi tərəfindən “Türkiye yazmaları” adlı sayt ha-
zırlanmıĢdır. Burada əlyazma kitablar haqqında dəyərli tədqiqatlar
yer almıĢ və Türkiyə kitabxanalarında mühafizə olunan əlyazma-
ların böyük bir qisminin mətni verilmiĢdir
68
.
*
Bir ədəbi əsərin süjetinə və surətlər sisteminə aid müəyyən ünsürün, ya ünsür-
lərin baĢqa əsərə nüfuz etməsi.
67
Bax: ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s.6.
68
Bax: Ünver N., Kaya D. Yazma kitaplar.
http://www.yazmalar.gov.tr/elyazmaciligimiz_tr.php
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
54
Azərbaycan alimləri mətnĢünaslığın bu və ya digər məsələ-
ləri ilə bağlı müxtəlif elmi və elmi-kütləvi nəĢrlərdə çıxıĢ et-
miĢlər
69
.
MətnĢünaslığın tarixini qədim dövr, orta çağlar, XIX əsr -
XX əsrin əvvəlləri və nəhayət XX əsrin ortalarından günümüzə-
dək olan mərhələlərə görə Ģərh etmək olar. Məhz bu bölgülərin
ümumi kontekstində Azərbaycan mətnĢünaslarından Xətib Təbri-
zi, Əbdülqəni Nuxəvi Xalisəqarızadə, Mirzə Kazım bəy, Salman
Mümtaz, Əziz Mirəhmədov, Cahangir Qəhrəmanov, ġamil CəmĢi-
dov, Azadə Musabəyli, Kamandar ġərifli və b. xatırlanmalıdır
70
.
Uzun əsrlərdən bəri zəngin elmi ənənələr yaratmıĢ Azərbay-
can mətnĢünaslığı haqqında yalnız Azərbaycanda deyil, eyni za-
manda dünya ĢərqĢünaslığında da indiyədək heç bir monoqrafik
tədqiqat aparılmamıĢdır. Prof. K.ġəriflinin “Azərbaycan mətnĢü-
naslığının təĢəkkülü və inkiĢafı”, “MətnĢünaslıq” və “MətnĢünas-
lığın nəzəri əsasları” adlı əsərləri iĢıq üzü gördükdən sonra bu el-
min tarixi köklərinə, inkiĢaf yollarına, metod və prinsiplərinə ay-
dınlıq gətirilmiĢdir. Prof. A.Musayevanın “MətnĢünaslığın nəzəri
və təcrübi əsasları” adlı dərs vəsaiti də bu baxımdan dəyərlidir.
Azərbaycan əlyazma kitabı elmi və tərtibat baxımından rən-
garəng olduğu kimi, paleoqrafik xüsusiyyətləri baxımından da çox
zəngindir. Əlyazmaların paleoqrafik xüsusiyyətlərinin araĢdırılma-
sı bir tərəfdən Azərbaycan kitab və yazı mədəniyyətinin inkiĢaf
mərhələlərini öyrənmək baxımdan, digər tərəfdən isə klassik
Azərbaycan mətnĢünaslığının qaynaqlarını iĢıqlandırmaq baxımın-
69
Əlizadə Ə. Azərbaycan mətnĢünaslığının inkiĢafı tarixindən // Azərbaycan
SSR Elmlər Akademiyasının Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası),
1970, N 2, s. 8; Məhərrəmov T. Tənqidi mətn tərtibində vahid üsul yaradılması
// Azərbaycan SSR EA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1974, N
2; Mirəhmədov Ə. Azərbaycan mətnĢünaslığının vəziyyəti və inkiĢaf perspek-
tivləri // Azərbaycan mətnĢünaslığı məsələləri. - Bakı: 1979, s. 4-32;
70
Musayeva A. MətnĢünaslığn nəzəri və təcrübi əsasları. - Bakı: 2007, s. 4.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
55
dan böyük elmi əhəmiyyət kəsb edir
71
. MətnĢünaslıq tədqiqatları
baĢlıca olaraq paleoqrafiyanın yardımı ilə aparılır.
Azərbaycan paleoqrafiyasının bu və ya digər məsələlərini
mərhum əlyazmaĢünas alim Prof. Məmməd Adilov araĢdırmıĢ və
onun bu sahədəki tədqiqatları dörd kitabda öz əksini tapmıĢdır. Bu
monoqrafik tədqiqatlarda Azərbaycan yazıları, əlyazma kitabı, ya-
zı materialları, filiqranlar və digər problemlər araĢdırılmıĢdır
72
.
Klassik əsərlər üzərində mətnşünaslıq tədqiqatı
Dostları ilə paylaş: |