Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021


Mövzu №7. Yeni dövr Qərbi Avropa fəlsəfəsi



Yüklə 99 Kb.
səhifə5/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021

Mövzu №7. Yeni dövr Qərbi Avropa fəlsəfəsi.
Yeni dövr bəşər tarixinin XVII-XIX əsrlərini əhatə edir. Yeni dövrün başlanması şərti olaraq İngiltərə burjua inqilabının baş verdiyi il –1640-cı il qəbul edilir (bəzən bu tarix 1517-ci il M.Lüter reformasiyası ilə götürülür). Məhz bu inqilab yeni dövrə –kapitalizmə, və yaxud industrial (sənaye) sivilizasiyaya keçidi şərtləndirmişdir.
F.Bekon: “Elm –gücdür demıkdir”. Elmi biliyin əldə edilmə yolları, insanın həqiqi bilik əldə etməsinə mane olan səbəblər: “kabuslar”. T.Hobbsun fəlsəfi baxışları, dövlət haqqında təlimi. R.Dekart: “Fikirləşirəmsə, deməli mövcudam”, substansiyalar haqqında təlimi, “anadangəlmə ideyalar”. C.Lokkun idrak nəzəriyyəsi və sosial-fəlsəfi baxışları. C.Berklinin subyektiv idealizmi. B.Spinozanin panteizmi və idrakın üç mərhələsi. Q.Leybnisin monadologiyası. D.Yum: “daxili və xarici təcrübənin təəssüratları”.
Fransa Maarifçilik fəlsəfəsi: Volter, Didro, Russo, Monteskyö.
Klassik alman fəlsəfəsi. İ.Kant: təbiətşünaslıq haqqında baxışları, fenomenlər və noumenlər, apriori və aposterior bilik, “özündə şey”. G.Hegel: varlıq və təfəkkürün eyniliyi ideyası. Mütləq ruhun özgələşmə şəkilləri.
Mövzu№8.XIX-XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi dünyagörüşü.
Azərbaycan maarifçilik hərəkatının yaranması və onun əsas prinsipləri. A.A. Bakıxanovun dünyagörüşü: qrammatika, tarix, coğrafiya, məntiq və əxlaq haqqında fikirləri, onun sufi mövqeyi. Mirzə Kazımbəyin qrammatika, tarix, din, və miflərə dair baxışları, tarixi hadisələrin baş verməsində sosial-siyasi aspektlərin araşdırılması.
M.F.Axundovun həyatı və bədii yaradıcılığı. Onun varlıq, məkan və zaman haqqında fikirləri. M.F.Axundovun “Aldanmış kəvakib” əsəri və onun ədalətli şah konsepsiyası.
H.B.Zərdabinin dünyagörüşünün təbii-elmi əsasları və onun tərəfindən darvinizimin təbliği. Cəmiyyətin inkişafına dair baxışlarında idealist mövqeyi. Azərbaycanda mətbuatın yaranması: “Əkinçi” qəzeti. N.Nərimanov Azərbaycan ictimai– siyasi fikrinin tanınmış nümayəndəsi kimi, bədii əsərlərində mövhumat və xurafata qarşı mübarizə.
M.Ə.Rəsulzadə: Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqu, Azərbaycan istiqlal savaşına bağlılığı və milli dövlətçiliyimizə xidməti. “Əsrimizin Səyavuşu”, “Azərbaycan cümhüriyyəti” və s. əsərlərində xalqımızın zəngin mənəvi, siyasi və fəlsəfi dünyasının öyrənilməsində əhəmiyyəti.
Sovetlər dövründə Azərbaycan fəlsəfəsinin inkişafı: Aleksandr Makovelski, Mehbalı Qasımov, Heydər Hüseynov, Ziyəddin Göyüşov, Aslan Aslanov.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin