Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021


Mövzu № 5. Orta əsrlər Şərq-müsəlman fəlsəfəsi



Yüklə 99 Kb.
səhifə4/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021

Mövzu № 5. Orta əsrlər Şərq-müsəlman fəlsəfəsi.
Ərəb-müsəlman fəlsəfəsinin yaranmasının daxili və xarici amilləri. Xarici amil: xristianlığın Qərbdə və xüsusilə Bizans imperiyasında güclənməsi Antik fəlsəfənin və onun nümayəndələrinin Şərqə köçməsi, burada Antik fəlsəfənin yayılması. Daxili amil: İslam dininin yaranması və dini ehkamların təfsiri üçün fəlsəfi bazanın yaradılmasının zəruriliyi.
Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları. ərəb-müsəlman ortodoksal sxolastikası –kəlam; Şərq peripatetizmi(məşşaiyyə); ərəb-müsəlman neoplatonizmi –işrakiyyə; mistik panteizm –vücudiyyə.
Kəlam və onun mənbələri: qədərilər və cəbərilir; mötəzililik –Vasil ibn Əta. Kəlamın əsas prinsipləri və görkəmli nümayəndələri: Əbül Həsən Əl-Əşəri, Əbu Hamid Əl-Qəzali.
Şərq peripatetizmi. Əl-Kindi: “aktiv” və “passiv” intellekt; beş önsubstansiya. Farabi: Allah və təbiətin qarşılıqlı münasibəti, “zəruri varlıq” və “mümkün varlıq” konsepsiyası. İbn Sina: varlığın üç növü və universalilər probleminin həlli. İbn Rüşd: ikili həqiqət konsepsiyası.


Mövzu №6. XI-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi dünyagörüşü.

Orta əsrlər Azərbaycan fəlsəfəsinin ümumi səciyyəsi. Ərəb-müsəlman fəlsəfəsinin inkişafında azərbaycanlı filosofların rolu. Ə.Bəhmənyar: varlıq probleminin həlli və məntiq məsələləri. E.Miyanəçinin panteist təlimi və onun emanasiyalar nəzəriyyəsini tənqidi. İşrakilik fəlsəfəsi: Ş.Sührəverdi.


Nizami Gəncəvinin fəlsəfi və kosmoloji təlimi: dünya və insanın mənşəyi, kainatın quruluşu problemi, onun ideal cəmiyyət konsepsiyası. Ə.Xunəcinin məntiq, tibb və hüquqa dair baxışları, idrak nəzəriyyəsi. S.Urməvinin varlıq təlimi. N.Tusinin varlıq, idrak, məntiq və əxlaqa dair görüşləri.
Azərbaycanda panteizm, sufizm və hürufizm fəlsəfəsi. Panteizmin əsas prinsipləri. Sufiliyin əsas ideyaları və həqiqətə çatmanın dörd mərhələsi. Hürufilik: Fəzlullah Nəimi, İmaddədin Nəsimi.
M.Qarabağinin varlıq və idrak haqqında fikirləri, onun tərəfindən kəlamçıların tənqidi. Rəcəbəli Təbrizinin peripatetizm ideyalarının inkişaf etdirilməsi.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin