Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021



Yüklə 99 Kb.
səhifə8/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021

Mövzu №13. Elmin fəlsəfəsi.
Elm –insanın obyektiv gerçəkliyin dərkinə və dəyişdirilməsinə istiqamətlənmiş fəaliyyət formasıdır. Elmin sosial funksiyaları: mədəni-dünyagörüşü, birbaşa məhsuldar qüvvə, sosial güc.
Elmi idrakın meyarları: obyektivlik, birqiymətlilik, rasionallıq, sistemlilik, universallıq, praktiki tətbiq edilmə, verifikasiya və falsifikasiya. Elmi idrakın səviyyələri: empirik və nəzəri, hər iki səviyyəyə uyğun olaraq tədqiqatın iki növü: empirik tədqiqat və nəzəri tədqiqat.
Elmi idrakın metodları. İdrakın ümumməntiqi metodları: analiz və sintez; mücərrədləşdirmə; ümumiləşdirmə; induksiya və deduksiya; analogiya; modelləşdirmə. Empirik tədqiqatın metodları: müşahidə; müqayisə; ölçmə; eksperiment. Nəzəri tədqiqatın metodları: aksiomatik; hipotetik-deduktiv.
Dünyanın elmi mənzərəsi. Dünyanın Aristotel elmi mənzərəsi və onun əsas prinsipləri: geosentrizm, naturfəlsəfə, panteizm, dövrülük. Dünyanın Nyuton elmi mənzərəsi: heliosentrizm, mexanisizm, deizm, stasionarlıq. Dünyanın Eynşteyn elmi mənzərəsi: nisbilik nəzəriyyəsi, mikro-dünyanın kəşfi, “böyük partlayış” hipotezi, kosmik təkamül mərhələlərinin aşkarlanması.


Mövzu№14. Fəlsəfədə insan və cəmiyyət problemi.
İnsan fəlsəfi problem kimi. Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr: antik fəlsəfə: insan mikrokosmosdur, sofistlər və Sokratın insan haqqında düşüncələri; Platon: can və bədənin antropoloji dualizmi; orta əsrlər xristian fəlsəfəsinin insan konsepsiyası; Yeni dövr fəlsəfəsinin antropoloji rasionalizmi; Klassik alman fəlsəfəsində insan probleminə yanaşmalar.
İnsanın mənşəyi haqqında konsepsiyalar: kreasionizm, təkamülçülük, kosmizm. Bioloji və arxeoloji tədqiqatlara əsaslanan alimlərin insanın ulu əcdadlarını müəyyənləşdirməsi. Antropogenez amilləri. İnsanın təbiəti və mahiyyəti. Fərd, fərdiyyət, şəxsiyyət. İnsan həyatının mənası.
Cəmiyyət –yaşayış ərazisi, dövr, ənənə və mədəniyyət eyniliyi ilə birləşmiş insanların həyat və fəaliyyət sistemidir. İctimai varlıq və onun iki cəhəti: obyektiv və subyektiv cəhətlər.
Cəmiyyət mürəkkəb sistem kimi və onun altsistemləri və yaxud əsas sferaları: iqtisadi, siyasi, sosial və mənəvi. İctimai şüur və onun əsas formaları.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin