Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021



Yüklə 99 Kb.
səhifə3/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021

Mövzu №3. Antik dövr fəlsəfəsi.
Antik dövr fəlsəfəsi m.ö.VII-VI əsrlərdə yunanlar tərəfindən yaradılmış, sonrakı mərhələdə romalılar tərəfindən davam etdirilmiş fəlsəfi cərəyan və məktəblərin məcmusudur. Ənənəvi olaraq bu dövr üç mərhələyə ayrılır: Sokrataqədərkilər; Klassik dövr; Ellin-Roma mərhələsi.
Sokrataqədərkilər. Milet məktəbi: Fales, Anaksimandr, Anaksimen. İlkbaşlanğıc problemi. Heraklit: əksliklərin mübarizəsi və vəhdəti (eyniliyi) ideyası. Pifaqor və pifaqorçular: ədəd ilkbaşlanğıc kimi. Eley məktəbi: Ksenofan, Parmenid, Eleyli Zenon. Varlıq probleminin qoyuluşu. Empedokl: dörd ünsür haqqında təlim, iki kosmik qüvvə: məhəbbət(dostluq) və nifrət(düşmənçilik). Anaksaqor: “homoemerlər” (“şeylərin toxumu”) və hərəkətverici qüvvə ( “Nus”). Atomistlər: Levkipp və Demokrit. Bölünməz mikroskopik hissəciklər: atomlar ilkbaşlanğıc kimi. Sofistlər. Protaqor: “İnsan hər şeyin ölçüsüdür”.
Klassik dövr. Sokrat: “Fəzilət bilikdir”, mayevtika metodu. Platon, onun ideyalar nəzəriyyəsi. Platonun qnoseoloji təlimi: “xatırlamalar nəzəriyyəsi”. Dövlət və cəmiyyət haqqında təlim. Aristotel: fəlsəfi biliyin təsnifatı. Platonun ideyalar nəzəriyyəsinin tənqidi, materiya və cəmiyyət haqqında konsepsiya.
Ellin-Roma mərhələsi. Ellin-Roma mərhələsi fəlsəfəsinin ümumi səciyyəsi və əsas problem sahəsi.
Kiniklər təliminin əsas prinsipləri və praktiki əhəmiyyəti, Antisfen. Skeptiklər: Elidalı Pirron. Antik skeptisimin iki növü. Epikür və epikürçülük: kanonika, fizika, etika. Stoiklər: Kitionlu Zenon. Stoisizmin əsas ideyası və başlıca müddəaları. Neoplatonizm: Plotin və onun tərəfindən Platon ideyalarının orijinal təfsiri.


Mövzu №4. Orta əsrlər Qərb fəlsəfəsi və İntibah.
Orta əsrlər Qərb fəlsəfəsinin ümumi səciyyəsi. Orta əsrlər Qərb fəlsəfəsinin ideya və prinsiplərinin öz inkişafında iki mərhələsi: patristika və sxolastika.
Patristika və onun əsas mövzusu: Allahın mahiyyəti, İusus Xristosun Allah-İnsan təbiəti, cəmiyyət həyatında kilsənin rolu, elmi biliklə imanın qarşılıqlı münasibəti. Tertullian: imanın zəkadan üstünlüyü. Origen və xristian ilahiyyatının elmi sistemini hazırlanması. Avqustin: ilk sistematik xristian ilahiyyatının yaradıcısı kimi.
Sxolastika: VI-XIII əsrlər ərzində Roma-Katolik kilsəsində xristian təliminin rasionallaşdırılması. Sxolastikanın əsas məqsədi –xristian təlimini nizama salmaq və dərk olunmasının asanlaşdırılması, onun əsas mərhələləri. Foma Akvinalı və “sxolastikanın qızıl əsri”. Universalilər problemi: realizm və nominalizm.
İntibah fəlsəfəsi. XIV-XV əsrlərdə Avropa ölkələrində baş verən sosial-iqtisadi dəyişikliklər, böyük coğrafi kəşflər, elmi-texniki inkişaf və onların yeni dünyagörüşünün formalaşmasına təsiri. Antik mədəniyyətin, antik həyat tərzinin, təfəkkür və qavrama üsulunun dirçəldilməsi.
İntibah dövründə ictimai-fəlsəfi fikrin üç əsas istiqaməti. Humanizm: F.Petrarka, L.Valla. Naturfəlsəfə: N.Kuzalı, C.Bruno. İntibah dövrünün ideal cəmiyyət konsepsiyaları: N.Makiavelli, T.Mor, T.Kampanella.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin