Azərbaycan Dövlət


-ci  sual.  Mülki  müdafi



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   13   14   15   16   17   18   19   20   21
mulki az03032016


2-ci  sual.  Mülki  müdafiə  xəbərdarlıq  siqnalları,  onların  verilmə  üsulları 
və əhalinin davranış qaydaları.
 
Siqnalın 
adı 
Nə məqsədlə 
verilir 
Verilmə üsulu 
Mülki müdafiə siqnalı ilə  
əhalinin fəaliyyəti 
1. “Diqqət 
hamıya” 
Əhalinin 
diqqətini 
cəlb etməli. 
Sirenaların, 
isteh-salın və 
nəqliyyat 
vasitələrinin 
fitlə-rinin 
səslənməsi. 
Radionöqtələri, rsdioqəbulediciləri 
və televizorları qoşmalı. 
2. “Hava 
Düşmən 
Radiotranslyasiya 
Əgər siqnalı eşitmisinizsə 

həyacanı” 
 
hücumu 
təhlükəsinin 
bilavasitə 
yaranması 
barədə 
əhaliyə 
xəbərdarlıq 
etməli.  
şəbəkələri, radio 
və televiziya 
stansiyaları, 
səyyar 
səsucaldan 
qurğular  vasitəsi 
ilə mətnin 
verilməsi. 
 
 
 
 
 
1. İşdə. 
    Müəssisənin(sexin)  xüsusi  təlimatı 
ilə  bu  hal  üçün  nəzərdə  tutulmuş 
tədbirləri  yerinə  yetirməli,  dərhal 
sığınacağa girməli. Fasiləsiz texnoloji 
prosesə  görə  iş  yerindən  yayılmaq 
olmaz,  iş  yeri  yaxınlığında  xüsusi 
sığınacaqdan istifadə etməli. 
2. Evdə. 
   İşıqları,  qıxdırıcı  cihazları,  qaz  və 
suyu  kəsməli.  Özünüz  ilə  ərzaq 
ehtiyatı, 
dərmanlar, 
içməli 
su, 
sənədlər,  fərdi  mühafizə  vasitələri 
götürməli.    
3. Şəhər nəqliyyatında. 
    Dayanacaqda  düşməli  və  polis 
işçisinin  göstərişinə  əsasən  hərəkət 
etməli. 
4. Xidmətdə. 
   Təlimata və müdiriyyətin  göstərişi  
üzrə hərəkət etməli. 
5. İçtimai yerlərdə. 
     Müdiriyyətin  və  polis  postlarının 
göstərişinə  əsasən    hərəkət  etməli. 
Bütün  hallarda  yaxın  sığınacaqlarda                                                   
gizlənməyə 
imkan 
tapmayan 
vətəndaşlar 
kanal, 
təpə, 
dərə, 
xəndək və s. istifadə etməli. Siqnalın 
verildiyi 
vaxtdan 
düşmənin 
hücumunadək  cəmi  bir  neçə  dəqiqə 
keçə  bilər,  ona  görə  də  cəld  və 
mütəşəkkil hərəkət etmək lazımdır.  
3. “Hava 
həyacanı 
keçdi” 
 
 
Əhaliyə 
“Hava 
həyacanı” 
siqnalı ilə 
kəsilmiş və-
zifələri yeri-
nə yetir-
məklə da-
Radiotranslyasiya 
şəbəkələri, radio 
və televiziya 
stansiyaları, 
səyyar səsucal-
dan qurğular  
vasitəsi ilə 
mətnin verilməsi. 
     Əhali  sığınacaqlardan  çıxır  və 
vəzifələrinin 
yerinə 
yetirməkdə 
davam  edir.  Əgər  nüvə  zərbəsi 
endirilmişsə,  “Hava  həyacanı  keçdi” 
siqnalı verilmir.  

vam etdir-
məyə icazə 
verməli. 
4.Radiasiya 
təhlükəsi” 
 
Radioaktiv 
maddələrdən 
mühafizə 
tədbirləri 
qəbul 
etməyin 
zəruriliyi 
barədə 
əhaliyə 
xəbərdarlıq 
etməli. 
Radiotranslyasiya 
şəbəkələri, radio 
və televiziya stan-
siyaları, səyyar 
səsucaldan 
qurğu-lar  vasitəsi 
ilə mətnin 
verilməsi. 
    Bütün 
vətəndaşlar 
tənəffüs 
orqanlarını  mühafizə  vasitələrinin 
geyməli, 
ərzaq 
məhsulları, 
su 
ehtiyatı  götürməli  və  sığınacaqlara, 
radiasiya  əleyhinə  daldalanacaqlara, 
zirzəmilərə,  sadə  tipli  örtüklərə, 
xəndəklərə keçilməlidirlər. 
 .”Kimyəvi 
təhlükə” 
 
Zəhərləyici 
maddələrdən 
mühafizə 
tədbirləri 
qəbul 
etməyin 
zəruriliyi 
barədə 
əhaliyə 
xəbərdarlıq 
etməli. 
Radiotranslyasiya 
şəbəkələri, radio 
və televiziya 
stansiyaları 
vasitəsi ilə 
mətnin verilməsi. 
    Dərhal 
əleyhqaz, 
mühafizə 
paltarlarını  və  sığınacağa  girməli. 
Çıxmaq üçün xüsusi icazə alınanadək 
orada 
qalmalı. 
Sığınacaqlardan 
kənarda  qalan  bütün  vətəndaşlar 
dərhal 
əleyhqazları, 
qoruyucu 
paltarları  geyməli  və  Mülki  müdafiə 
postlarının 
göstərişlərini 
rəhbər 
tutaraq, 
zəhərlənmiş 
sahədən 
tezliklə çıxmağa çalışmalıdırlar. 
 
 
Yekun hissə - 5 dəq. 
 
  Dərsin mövzusunu təkrar edərək, qarşıda qoyulmuş məqsədə nail olunmasını 
elan edirəm, tələbələrə ev tapşırığı verirəm. 
 
Mövzuya aid yoxlama suallar: 
 
1. Azərbaycan Respublikasının Dövlət sistemində fövqəladə hallarda 
xəbərdarlıq sistemi nədir? 
2. Mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri nədən ibarətdir? 
3.  Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr hansılardır? 
4. İdarəetmə fəaliyyətinin qarşısında qoyulan tələblər hansılardır? 
5. Mülki müdafiənin idarəetmə məntəqələri, onların təyinatı, yerləşdirilməsi?  
6. Mülki müdafiənin idarəetmə məntəqələri, onların avadanlığı və işçi heyəti? 

7. Mülki müdafiə sahəsində tabelikdəki qüvvələri idarə etmək üzrə MM 
rəhbərinin və  qərargahının iş qaydası necədir? 
8.  Mülki müdafiə rabitə və onun təyinatı nədən ibarətdir? 
9. Mülki müdafiə sahəsində rabitənin və xəbərdarlığın təşkili qaydaları 
hansılardır? 
10. Mülki müdafiə sistemində siqnalların və xəbərlərin verilməsi qaydası 
necədir? 
11. Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və əhalinin 
həmin siqnallar üzrə davranış qaydaları? 
12.  Sülh dövründə təbii fövqəladə hadisələr və istehsalat qəzaları barədə 
xəbərdarlıq siqnallarını kim verir? 
13. Müharibə dövründə düşmənin hücumu barədə xəbərdarlıq siqnallarını 
kim verir? 
14.  Mülki müdafiənin hansı siqnalı ilə əhali mühafizə qurğularına daxil olur? 
 
 
Mülki müdafiə fənninin müəllimi                        Neymət Lətifov 
 
 

 
                                                               
 
 
 
Azərbaycan Dövlə
İ
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
Mövzu 8: “Fövqəladə hallardan 
mühafizə sahəsində əhalinin 
hazırlanmasının əsasları.” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
                          
                                                                                      “Təsdiq edirəm” 
                                                                                    Mülki müdafiə  
                                                                                    kafedrasının  müdiri   
                                                                                    ___________   Elçin Əliyev 
 
                                                                                    “___”  yanvar  2015-ci il 
 
 
Azərbaycan Dövləİqtisad Universitetinin 
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
  Mövzu  8:   “Fövqəlada hallardan mühafizə sahəsində əhalinin 
                                      hazırlanmasının əsasları.” 
 
  Keçirmə vaxtı:        2   saat 
       
  Keçirmə üsulu:       mühazirə 
 
  Keçirmə yeri:          sinif otağı 
 
  Dərsin məqsədi:    Ali məktəblərin tələbələrinə Fövqəlada hallardan mühafizə   
                                sahəsində əhalinin hazırlanması qaydaları, barədə onları    
                                məlumatlandırmaq.  
   Dərsin sualları: 1 Fövqəlada hallardan mühafizə sahəsində əhalinin                                     
                               hazırlanmasının əsasları. 
                               
2. Fövqəlada hallardan mühafizə sahəsində əhalinin                                     
                               hazırlanmasının, mülki müdafiə təlimlərinin prinsipləri, forma və   
                               metodları. 
 
   Ədəbiyyat:      -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında”   
                            Qanunu; 
                            -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193           
                            nömrəli qərarı; 
                            -  H.Ocaqov  -  “Mülki Müdafiə”  
                            -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                            -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
 
 
 
 
 
 
 
 

 
 
I. Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin  dərsə  hazırlığını  yoxlayıram.  Dərsin  mövzusunu,  məqsədini,  sualları  elan 
edirəm. 
 
II. Əsas hissə - 80 dəq. 
 
1-ci sual. Fövqəlada hallardan mühafizə sahəsində əhalinin  hazırlanmasının əsasları. 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  25  sentyabr  1998-ci  tarixli,  193  nömrəli 
qərarına əsasən, Azərbaycan Respublikasında fövqəladə hadisələrdən 
müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları müəyyən edilib. 
Bu qaydalarda aşağıdakilər öz əksini tapıb.  
 
Fövqəladə  hadisələrdən  müdafiə  sahəsində  əhalinin  hazırlanması  mülki  müdafiənin  əsas  
vəzifələrindən biridir. 
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır. 
Bu  zaman  6-17  yaşlı  şəxslərə  -  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hadisələrdən 
mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə bundan əlavə, belə hadisələrin nəticələrini 
aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir. 
Fövqəladə  hadisələrdən  müdafiə  qaydalarının  və  mülki  müdafiənin  əhaliyə  öyrədilməsi 
respublikanın  bütün  ərazisindəki  nazirlik,  komitə,  idarə,  müəssisələrin,  təşkilatların 
rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri 
ilə  yanaşı  mülki  müdafiə  üzrə  vəzifələr  də  nəzərə  alınmaqla,  fərdi  və  fasiləsiz  yerinə 
yetirilir. 
Obyektlərdə  mülki  müdafiənin  öyrədilməsi  işləri  tədris  qruplarında  məşğəl  aparmaq, 
mühafizə  məsələlərini  müstəqil surətdə öyrənmək üsulları ilə, məşq və təlimlər vasitəsi ilə 
həyata keçirilir. 
Məşğələlərin  mövzuları,  keçirilməsi  qaydası  və  vaxtı  (iş  vaxtı  və  ya  işdən  sonra)  yerli 
şə
rait, istehsalın xüsusiyyətlərini və öyrədilən şəxslərin hazırlıq dərəcəsini  nəzərə almaqla 
müəyyən edilir. 
İş
çilər  fəaliyyətə  hazırlanarkən  onlara  «Mülki  müdafiə»  mövzularının  öyrədilməsi 
nəzərdə  tutulur,  həmçinin  təhlükəsizlik  texnikası  üzrə  ilkin  təlimat  proqramlarına, 
müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir. 
Dövlət  və  qeyri-dövlət  təhsil  müəssisələrində  şagirdlərin,  tələbələrin  və  dinləyicilərin 
mülki  müdafiə  hazırlığı  proqramları,  mövzuları  və  tədris  saatlarının  miqdarı  müvafiq 
nazirlik,  dövlət  komitələri,  baş  idarələr,  təhsil  müəssisələri  tərəfindən  yerli  xüsusiyyətlər 
nəzərə  alınmaqla  işlənib  hazırlanır  və  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar 
Nazirliyi ilə razılaşdırılır. 
Ə
məli məşğələlər, mülki müdafiə təlimləri və məşqləri - sülh və müharibə dövrlərindəki 
fövqəladə  hallarda  mülki  müdafiə  tədbirlərinin  yerinə  yetirilməsinə  bütün  əhali  qruplarını 
hazırlamağın əsas forması hesab edilir. 
Respublikanın  əhalisinə  mühafizə  biliklərinin  öyrədilməsində  mülki  müdafiə  təbliğatına 
geniş yer verilir. 
Mülki  müdafiə  təbliğatı  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  mühafizənin 
üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir. 
 
Obyektlərdə  müəyyən  edilmiş  qaydada  və  vaxtlarda  mülki  müdafiənin  əməli 
məşğələləri, təlimləri və məşqləri keçirilir. 
Obyektlərdə  keçirilən  əməli  məşğələlərin,  mülki  müdafiə  təlimləri  və  məşqlərinin  əsas 
növləri bunlardır: 

-  mülki  müdafiə  normativlərinin  yerinə  yetirilməsi  -  normativlər  adətən  ayda  bir  dəfə 
mülki müdafiə məşğələsi zamanı öyrədilir; 
- rəhbər heyətin mülki müdafiə məşqləri - ildə bir dəfə keçirilir və belə məşqlər zamanı 
rəhbər  heyət  obyektin  mülki  müdafiə  planına  əsasən  özünün  xidməti  vəzifələrini  dəqiq  
öyrənir;  məşqə  obyektin  MM  qərargahı,  MM  xidmətlərinin  rəhbər  heyətləri  və 
hərbiləşdirilməmiş dəstələrin komandir-rəis heyəti cəlb edilir; 
Kompleks  mülki  müdafiə  təlimləri  -  hər  üç  ildən  bir,  2-3  gün  ərzində  aşağıdakı 
obyektlərdə keçirilir:  
-  işçilərinin  sayından  asılı  olmayaraq,  mülki  müdafiə  üzrə  dərəcəli  obyektlərdə  və 
kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə;  
- işçilərinin sayı 300 nəfərdən artıq olan dərəcəsiz obyektlərdə;  
- çarpayılarının sayı 200-dən artıq olan müalicə-profilaktika müəssisələrində.  
Təlimə  obyektin  rəhbər,  komandir-rəis  heyətləri,  hərbiləşdirilməmiş  mülki  müdadiə 
dəstələrinin  şəxsi  heyəti,  dəstələrə  cəlb  olunmayan  işçilər  cəlb  edilir.  Habelə  obyektin 
ə
trafında yaşayan əhali də təlimlərə cəlb edilə bilər. 
Qalan  obyektlərdə,  o  cümlədən  təhsil  müəssisələrində  (ümumtəhsil  məktəbləri,  texniki 
peşə, orta ixtisas  məktəbləri və onlara bərabər tutulan digər məktəblərdən başqa) üç ildən 
bir 8-10 saat davam edən obyekt mülki müdafiə məşqləri keçirilir. 
Məşqlərə  obyektin  rəhbər,  komandir-rəis  heyətləri,  hərbiləşdirilməmiş  MM  dəstələrinin 
şə
xsi heyəti, dəstələrə cəlb olunmayan işçilər və təhsil alan gənclər cəlb edilir; 
Hərbiləşdirilməmiş  mülki  müdafiə  dəstələri  ilə  əməli  məşğələlər  -  yüksək  hazırlıqlı 
dəstələrlə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir - kompleks təlim və ya obyekt məşqi 8 
saat həcmində keçirilir; 
Ümumtəhsil  məktəblərində,  texniki  peşə,  orta  ixtisas  məktəblərində  və  onlara  bərabər 
tutulan digər təhsil ocaqlarında isə hər il «Mülki müdafiə» günü keçirilir və bu tədbir həmin 
məktəblərin illik tədris planlarında da nəzərdə tutulur; 
Hər bir hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə məşq ildə 
iki dəfə keçirilir. 
 
Obyekt işçilərinə mülki müdafiə bilikləri aşağıdaki qaydalarla öyrədilir: 
Obyektin  rəhbər  heyəti,  xidmət  rəisləri,  hərbiləşdirilməmiş  mülki  müdafiə  qüvvələrinin 
komandir-rəis  heyəti  və  hərbiləşdirilməmiş  mülki  müdafiə  qüvvələrinin  üzvləri  15  saatlıq 
proqram həcmində hazırlıq keçirlər. 
İ
darə,  müəssisə,  təşkilat  və  digər  obyektlərdə  işləyən,  lakin  hərbiləşdirilməmiş  mülki 
müdafiə dəstələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan işçilərə mülki müdafiə bilikləri 
hər il iş yerində, istehsalatdan ayrılmadan 12 saatlıq proqram həcmində öyrədilir.  
Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən edilir: 
-  mülki  müdafiə  məsələlərini  müstəqil  surətdə  öyrənmək  və  hər  ay  sex,  sahə,  şöbə  və 
digər bölmə rəhbərlərinin keçirdiyi mülki müdafiə məşqlərində iştirak etmək; 
-  tədris  qrupunun  tərkibində,  xüsusi  hazırlanmış  qrup  rəhbərlərinin,  yaxud  bilavasitə  öz 
rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək. 
Obyektin  ştatlı  mülki  müdafiə  işçiləri  belə  məşğələ  rəhbərləri  ilə  və  ya  təlimatçılarla 
tədris ilinin əvvəlində bir iş günlük metodik toplanış keçirirlər.  
Ş
tatlı  mülki  müdafiə  işçiləri  olmayan  obyektlərdə  belə  toplanışlar  zona,  şəhər,  rayon 
mülki müdafiə icra orqanlarında və kurslarında təşkil edilir. 
 
İ
stehsalat  və  xidmət  sahələrində  işləməyən  əhaliyə
  mülki  müdafiə  bilikləri  yaşayış 
yerlərində,  kütləvi  informasiya  vasitələrinin,  mənzil  idarələrində  yerli  icra  hakimiyyəti 
orqanlarının  yaratdığı  məsləhət  məntəqələrinin  yardımı  ilə  müstəqil  surətdə  və  təsərrüfat 
müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli məşğələlərə, mülki müdafiə 
məşqlərinə cəlb edilməklə 12 saatlıq proqram həcmində öyrədilir.  

Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil 
məktəbləri şagirdlərinə mülki müdafiə 
aşağıdaki qaydalarla 
öyrədilir: 
Mülki  müdafiə  -  ali  məktəblərdə  əyani,  qiyabi  və  axşam  şöbələrinin  bütün  tələbələrinə 
öyrədilməsi məcburi olan fənn sayılır və tədris planlarına xüsusi fənn kimi daxil edilir. 
Ali  məktəblərin  tələbələrinə  mülki  müdafiə  fənni  qüvvədə  olan  proqramlara  müvafiq 
tədris edilir. 
Tələbələrə mülki müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: 
-  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  fəaliyyət  göstərmək  və  ali 
məktəblərdə  aldıqları  ixtisasa  müvafiq  olaraq,  obyektlərin  sabit  işinin  təmin  edilməsi 
üsullarını öyrənmək; 
-  tibbi  biliklərin  əsaslarına  yiyələnmək  və  fövqəladə  hallarda  əməli  olaraq  ilkin  tibbi 
yardım göstərməyi bacarmaq; 
-  ümumtəhsil  məktəblərinin  II,  V,  VI  siniflərində  mülki  müdafiə  hazırlığı  fənni  üzrə 
məşğələlər aparmağı bacarmaq. 
Ali pedaqoji məktəb tələbələrinə təcrübə keçən dövrdə onlarla mülki müdafiə fənni üzrə 
məşğələlər aparılması planlaşdırılır. 
Mülki müdafiə fənni imtahan verməklə qurtarır.  
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan məktəblərin 10-11 sinif 
ş
agirdlərinə, tələbələrinə mülki müdafiə «Gənclərin ibtidai hərbi hazırlıq proqramı»na bölmə 
kimi  daxil  edilir  və  proqramda  nəzərdə  tutulan  miqdarda  hərbi  rəhbər  tərəfindən  tədris 
olunur. 
Mülki  müdafiə  fənni  2-ci  sinifdə  6  saat,  5-ci  sinifdə  8  saat  və  6-cı  sinifdə  8  saat  tədris 
olunur.  Saatlar  bədən  tərbiyəsi  fənninin  tədris  saatlarına  daxil  edilir  və  sinif  rəhbərləri 
tərəfindən tədris olunur. 
Mülki  müdafiəni  tədris  edən  sinif  rəhbərləri  tədris  ilinin  əvvəlində  yerli  mülki  müdafiə 
qərargahlarının nəzdində 3 günlük kurs keçirlər. 
 
2-ci  sual.  Fövqəlada  hallardan  mühafizə  sahəsində  əhalinin  hazırlanmasının,  mülki 
müdafiə təlimlərinin prinsipləri, forma və metodları.  
 
Ə
halinin fövqəladə hallardan qorunması sahəsində hazırlığı 
Ə
haliyə  düşmən  tərəfinin  istifadə  edə  biləcək   kütləvi  qırğın  silahlarının  və  digə
hücum vasitələrinin təsirindən qorunmasının öyrədilməsi Mülki Müdafiə orqanlarının 
ümdə vəzifələrindən biridir. 
 
 
Tədris  işi  Mülki  Müdafiə  və  onun  qərargahları   rəhbərlərinin,  eləcə  də  mülki  müdafiə 
məsələləri üzrə yerli orqanların göstərişləri əsasında təşkil edilərək keçirilir. Bu məsələ bu 
gün də olduqca aktualdır. 
Yerlərdə Mülki Müdafiənin rəhbər tərkibinin, eləcə də bu və ya digər obyektlərin fəhlə 
və qulluqçularının, idarə evində yaşayan əhalinin öyrədilməsinə məsuliyyət obyektin Mülki 
Müdafiə  rəisinin  üzərinə  qoyulmuşdur.   Mülki  Müdafiə  qərargahı  vasitəsilə  o,  tədris 

tədbirlərini  təşkil  və  təmin  edir,  məşğələlərin,  təlimlərin   vaxtlı-vaxtında  və  yüksək 
keyfiyyətlə keçirilməsinə rəhbərlik edir. 
Fəhlə və qulluqçular obyektdəki  mülki müdafiə üzrə funksional vəzifələrinə  uyğun şərti 
olaraq  aşağıdakı  kateqoriyalara  bölünürlər:  mülki  müdafiənin  rəhbər  tərkibi;  fəhlə  və 
qulluqçular;  istehsalatda  və  xidmət  sahələrində  məşğul  olmayan  və  idarə  evində  yaşayan 
ə
hali. Hər bir kateqoriya xüsusi hazırlanmış proqram əsasında öyrədilir. 
Ə
halinin  mülki  müdafiə  əsaslarına  öyrədilməsinin  təşkilində  və  keçirilməsində  əsas 
prinsiplər aşağıdakılardır: 
- Elmilik; 
- Hərbi zaman şəraitinə uyğun zəruri biliklərin tədrisi; 
- Sistemlilik və ardıcıllıq; 
- Şüurluluq və fəallıq; 
- Əyanilik və anlaşıqlılıq; 
- Biliklərə və təcrübəyə  mükəmməl yiyələnmə; 
- Tədrisə kollektivlilik və fərdilik nöqteyi - nəzərindən yanaşma; 
- Mənəvi-psixoloji dayanıqlığın tərbiyələndirilməsi. 
Ə
halinin mülki müdafiəyə öyrədilməsi keyfiyyətli tədrisin düzgün istifadə edilən forma 
və metodlarından asılıdır.  
Tədrisin forması tədris prosesinin təşkilati tərəfini ifadə edir. 
Tədrisin formaları aşağıdakılardır: 
- Sinif məşğələsi; 
- Məşqlər; 
- Xüsusi taktiki təlimlər; 
- Komanda-qərargah təlimləri; 
- Obyekt məşqləri; 
- Kompleks təlimlər.  
Proqramın öyrənilməsi rəhbəredici tərkibin mülki müdafiə üzrə kompleks təlimdə iştirakı 
ilə bitir.  Bu təlimin gedişatında alınan nəzəri və praktik  biliklər müxtəlif şəraitdə   bir daha 
təkmilləşdirilir və cilalanır. 
Komanda heyətinin hazırlanmasında seminarlardan, sinif qrup və praktik məşğələlərdən, 
eləcə  də  qərargah  məşqlərdən  və  komanda-qərargah  təlimlərindən,  sıravi  tərkibin 
hazırlanmasında isə praktik məşğələlərdən istifadə edilir. 
Praktik məşğələlər aşağıdakı bilik  və vərdişlərə yiyələnmə məqsədlərini güdür: 
- radiasiya  və kimyəvi kəşfiyyat cihazları ilə işləmə və onlardan düzgün istifadə; 
- radioaktiv çirklənməyə  və şüalanmaya nəzarət; 
- düşmən tərəfin tətbiq etdiyi kütləvi qırğın silahlarının, təbii fəlakətlərin, iri qəzaların və 
faciələrin nəticələrinin ləğv edilməsi üzrə  işlərinin aparılması; 
-  kütləvi  qırğın  silahlarından  qorunmaya  aid    praktik  tədris  üzrə  normativlərin  işlənib 
hazırlanması. 
Obyektdə  mülki  müdafiə  üzrə  hazırlığın  planlaşdırılması  zamanı  aşağıdakı  sənədlərin 
işlənib-hazırlanması tövsiyə edilir: 
1.  Obyektin  MM  rəisinin  mülki  müdafiə  üzrə  hazırlığın   nəticələrinə  dair   ötən  ilin 
yekunlarına  və yeni tədris ilinin  vəzifələrinə aid əmri; 
2. Rəhbər  tərkibin, fəhlə və qulluqçuların hazırlanması, istehsalat və xidmət sahələrində 
işləməyən və idarə evində yaşayan əhalinin öyrədilməsinin əsas tədbirlər planı; 
3. Hər bir tədris qrupu ilə məşğələ cədvəli; MM üzrə qərargah məşq və təlimlərin mövzu 
siyahısı; 
4. Yeni tədris ilində MM kurslarında rəhbər və komanda heyətinin hazırlığı üzrə sifariş 
planı. 

Göstərilən sənədlərdən əlavə obyektdə digər sənədlər də tərtib edilə bilər.  Bunlar: 
-  obyektin  tədris-maddi  bazasının  istifadə  cədvəli  və  obyektin  Mülki  Müdafiə 
qərargahının aylıq fəaliyyət planıdır. 
Mülki  Müdafiə  üzrə  əmr,  plan,  proqram,  rəhbəredici  sənədlər  əsasında  struktur 
bölmələrdə  tədris  qrupları  yaradılır  və  hər  bir  tədris  qrupu  üçün  məşğələlər  cədvəli  tərtib 
edilir. 
Yekun hissə - 5 dəq. 
 
  Dərsin  mövzusunu  təkrar  edərək,  qarşıda  qoyulmuş  məqsədə  nail  olunmasını  elan 
edirəm, tələbələrə ev tapşırığı verirəm. 
 
Mövzuya aid yoxlama suallar: 
1. Mülki müdafiə üzrə əhalininm hazırlanmasında məqsəd nədir? 
2. Mülki müdafiə üzrə əhalininm hazırlanmasında hansı rəhbər sənədlər istifadə olunur? 
3. Mülki müdafiə üzrə əhalininm hazırlanmasında əsas üsullar hansılardır? 
4. Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin təyinatı nədən ibarətdir? 
5. Nə vaxt və kimlərdən hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri komplektləşdirilir? 
6.  Azərbaycan  Respublikasında  hansı  yaşa  kimi  kişilər  hərbiləşdirilməmiş  mülki 
müdafiə qüvvələrinə təyin edilirlər? 
7.  Azərbaycan  Respublikasında  hansı  yaşa  kimi  qadınlar  hərbiləşdirilməmiş  mülki 
müdafiə qüvvələrinə təyin edilirlər? 
8.Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin 
hansı Qaydalarla hazırlanırlar? 
9.Mülki müdafiənin əməli məşğələləri, təlimləri və məşqləri, onların keçirilmə müddəti 
və həcmi? 
10.  İşçilərə  və  işləməyən  əhaliyə  mülki  müdafiə  biliklərinin  öyrədilməsi  qaydaları 
nədən ibarətdir? 
11. Mülki müdafiə sahəsində əhali kimlər tərəfindən hazırlanır? 
12.  Təsərrufat  obyektlərinin  rəhbərləri  mülki  müdafiə  sahəsində  işçilərin 
hazırlanması, öyrədilməsi üçün nələri bilməlidirlər? 
13.  Təsərrufat  obyektlərində  işçilər  mülki  müdafiə  sahəsində  hazırlanarkən,  hansı 
qruplara bölünməlidirlər? 
14.  Təsərrufat  obyektlərində  işçilərin  mülki  müdafiə  sahəsində  hazırlanmasını 
təşkil etmək və həyata keçirmək üçün hansı sənədlər tərtib edilir? 
15.Təsərrufat  obyektlərində  işçilərin  mülki  müdafiə  sahəsində  hazırlanmasında 
hansı tədris formasından istifadə olunur? 
16. Təsərrufat obyektlərində işçilərlə mülki müdafiə dərslərini kimlər keçirlər? 
 
Mülki müdafiə fənninin müəllimi                        Neymət Lətifov 
 
 
 
 
 
                                                          
 
 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin