Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   13   14   15   16   17   18   19   20   21
mulki az03032016


Zəhərlənmələrin nəticələrinin aradan qaldırılması. 
 
Dezaktivasiya  -
  zəhərlənmiş  sahələrin,  texnikanın,  əşyaların,  paltarların  və 
ayyaqqabıların  səthindən  radioaktiv  maddələri  kənar  etməklə  zəhərlənmənin  təhlükəsiz 
dərəcəyədək azaldılmasıdır. 
Dezaktivasiyanı 2 üsulla-fiziki və fiziki-kimyəvi üsulla aparmaq olar. 

Fiziki  üsul  radioaktiv  maddələri  səthlərdən  yumaq,  silmək,  süpürmək,  zəhərli  üst  qatı 
qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir. 
Fiziki-kimyəvi  üsul zəhərli  səthləri turşu,  qələvi və  ya  adi  yuyucu  məhlulları  ilə  yuyub 
təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar 
yalnız əşyaların səthindən kənar edilir. 
Ə
razini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fiziki-
kimyəvi  üsulla  dezaktivasiya  etmək  olar.  Mexaniki  üsulun  mahiyyəti  zəhərlənmiş 
obyektlərin,  nəqliyyat  vasitələrinin  və  əşyanın  üzərindən  radioaktiv  tozu  süpürərək, 
çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir. 
Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır.  
Ə
razinin dezaktivasiyası aşağıdakı üsullarla aparılır: 
-  asfalt  və  beton  örtüklü  ərazilərdən  küçəsüpürən-yığışdıran  maşınların  köməyilə 
süpürülməsi; 
- bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə 
su şırnağı ilə yuyulması; 
-  buldozerlər  vasitəsilə  zəhərlənmiş  qruntun  5-10  sm  qalınlığında  qazılıb 
kənarlaşdırılması; 
- zəhərlənmiş sahələrin 8-10 sm qalınlığında təmiz qruntla örtülməsi; 
- zəhərlənmiş zonanın traktorlarla 20 sm dərinliyində şumlanması; 
- əgər yuxarıdakı üsulları tətbiq etmək mümükün deyilsə, o zaman zəhərlənmiş zonadan 
keçmək üçün xüsüsi örtüklü yolların salınması; 
- qış vaxtı qar və buz örtüyü 20 sm qalınlığında qazılıb bir yerə buz qalağı kimi yığılır. 
Binaların  və  tikililərin  dezaktivasiyası  su  ilə  yuyulmaqla  aparılır.  Ədatən,  yuyulma 
yuxarıdın  aşağıya  aparılır.  Pəncərələr,  qapılar,  eyvanlar,  karnizlər  və  binaların  aşağı 
mərtəbələri xüsusilə təmiz yuyulmalıdır. 
Daxili otaqların dezaktivasiyası əsgilərin, süpürgələrin və fırçaların köməyilə, həmçinin 
su ilə yumaqla apaparılır. 
Yaşayış otaqları aşağıdakı qaydada dezaktivasiya edilir:  
Tavan  yaş  əsgi  ilə  silinir,  mebellər  divarlardan  kənara  çəkilir  və  yaş  əsgi  ilə  silinir, 
yumşaq  mebel  xüsusi  sahələrdə,  həyətldərdə  çırpılır,  xalçalar  və  digər  əşyalar  tozsoranla 
təmizlənir, döşəmə isti su və sabunla yaxud, 2-3%-li sodalı su ilə yuyulur, sonra radiometrlə 
ölçmələr aparılır; tikililərin daxilində zəhərlənmə 90 mR/saatdan artıq olmamalıdır. 
Müəssisələrin  sexlərində  və  qarajlarda  dezaktivasiya  su  ilə  tavanların,  divarların, 
döşəmənin  yuyulması  ilə  aparılır.  Dəzgahlar  və  cihazlar  su  və  ya  sabunlu-sodalı  məhlulla 
yuyulur, hissələri benzin və ağ neftlə silinir. 
Nəqliyyatın və texnikanın dezaktivasiyası radioaktiv maddələrlə zəhərlənmə 180 mR/saat 
həddini keçdikdə aparılır. Texnika və nəqliyyat vasitələri qismən və ya tam dezaktivasiya 
edilə bilər. Aşağıdakı üsullarla aparılır: radioaktiv maddələrin 2-3 atmosfer təzyiq altında su 
ş
ırnağı  ilə  yuyulması;  texnikanın  0,15-0,3%-li  yuyucu  toz  məhlulları  ilə  yuyulması; 
texnikanın benzində, ağ neftlə və dizel yanacağında isladılmış əsgi ilə silinir. 
Qismən  dezaktivasiya  zamanı  maşınların  metaldan,  plastik  kütlədən  və  taxtadan 
düzəldilən  hissələrini  yaş  əski  ilə  silib,  yuyub  və  fırça  ilə  təmizləyirlər.  Brezentləri, 
kabinanın parçadan tikilmiş içəri örtüklərini süpürür, fırça ilə təmizləyir, çırpırlar. 
Deqazasiya-
zəhərləyici  maddələrin  neytrallaşdırılması  və  ya  zəhərli  səthlərdən  kənar 
edilməsindən ibarətdir.  
Davamlı  zəhərli  birləşmələrlə:  iprit,  zarin,  zoman  V-qazlarla  zəhərlənmiş  obyektlərin 
deqazasiyası aparılır. 

Zəhərləyici  və  güclü  təsirli  zəhərli  maddələrlə  kimyəvi  reaksiyalara  girən,  onları 
zərərsizləşdirən,  qeyri-toksik  və  zəif  toksiki  birləşmələrə  çevirən  kimyəvi  birləşmələrə  və 
yaxud qarışıqlara deqazasiya maddələri deyilir. 
Deqazasiya maddələri xassələrinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə 
ilə qarşılıqlı kimyəvi reaksiyaya girməsi xüsusiyyətlərinə görə 2 qrupa təsnif olunur: 
1) oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri; 
2) hidroliz təsirli deqazasiya maddələri. 
Birinciyə  aiddir-  kalsium  hipoxlorid,  dixloramin,  heksaxlormelanin,  kalsium  hidroksid, 
kalsium xlorid, kalsium karbonat. 
İ
kinciyə aiddir- 2aş, 2bş №-li deqazasiya məhlulları, susuzlaşdırılmış kalsiumlu soda və 
ammonium bikarbonat. 
Deqazasiya 
kimyəvi, 
fiziki-kimyəvi, 
fiziki 
üsullarla 
aparılır. 
Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki 
zəhərləyici  maddələrlə  kimyəvi  reaksiyaya  girməsinə  əsaslanır.  Nəticədə  qeyri-toksiki 
birləşmələr  əmələ  gəlir.  Bu  üsul  zəhərlənmiş  yerləri  deqazasiya  məhlulları  (suspenziya), 
yaxud xlorlu əhəngin sulu sıyığı ilə təmizlənməsi ilə aparılır. Bu üsulla deqazasiya zamanı 
xüsusi  maşınların  deqazasiya  məhlullarında  isladılmış  fırçalardan,  əsgilərdən  istifadə 
olunur. 
Zəhərləyici maddənin növü müəyyən edilməmişsə, zəhərlənmiş obyektləri əvvəlcə 1№-li 
deqazasiya  məhlulul  ilə  təmizlənir,  sonra  isə  2-aq  (ammonyak-qələvi)  №-li  (aq) 
(ammonyaksız  -  qələvili)  deqazasiya  məhlulundan  istifadə  edirlər.  1№-li  deqazasiya 
məhlulunun  hazırlanmasında  dixloretandan  DT-6  (heksaxlormelanin),  həm  də  DT-2  üçün 
həlledici  kimi  istifadə  olunur.  V-qaz  və  ipritlə  zəhərlənmiş  texnikanın  deqazasiyası  və 
dezinfeksiyası üçün istifadə olunur. 
2-aq  №-li  məhlulun  tərkibi  2  faiz  yeyici  natrium,  5%  monoetanolamin  və  93% 
ammonyaklı su təşkil edir. 
2-aq  №-li  məhlulun  tərkibi  10%  yeyici  natrium,  25%  monoetanolamin  və  65%  sudan 
ibarətdir. Güclü qələvi xassələrinə malik olduğuna görə, zarinin deqazasiyası üçün istifadə 
edilir.  Bu  məhlullar  boyaları  yumşaldıb  yuyur,  aliminium  səthlərin  korroziyasına  səbəb 
olur, yun, dəri və xəz əşyaları dağıdır, insan dərisinə düşdükdə onu qıcıqlandırır. 
1№-li  və  2№-li  deqazasiya  məhlulullarından  istifadə  olunduqda  səthi  deqazasiyaya 
dərhal nail olunur, amma dərin deqazasiyaya müəyyən vaxt tələb olunur. Məhz bundan ötrü 
texniuka  və  avadanlığın  deqazasiyasından  sonra  müəyyən  müddət  ərzində  təhlükəsizlik 
qaydalarına riayət etmək lazımdır. 
Deqazasiyanın  fiziki-kimyəvi  üsulu  yuyucu  məhlullar,  yaxud  həlledicilər  vasitəsilə 
zəhərlənmiş səthdən zəhərli maddənin yuyulmasına əsaslanir. Yuyucu məhlullar deqazasiya 
məhlullarına nisbətən zəifdir. Onlar vasitəsilə ancaq səthi deqazasiyaya nail olunur. Yuyucu 
məhlullardan  deqazasiya  məhlulları  olmadıqda,  yaxud  1№-li  və  2№-li  məhlullarla 
deqazasiya  aparmaq  mümkün  olmadıqda  (təyyarələr,  optika,  rabitə  vasitələri)  istifadə 
olunur. 
Həlledicilərlə  deqazasiya  zamanı  ZM  zəhərsizləşmir,  amma  həll  olunub  həlledici 
maddələrlə səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan, 
spirt daha çox işlədilir. 
Deqazasiyanın  fiziki  üsulu  yüksək  tempraturlu  qaz  axının  təsiri  şəraitində  zəhərlənmiş 
səthlərdən  ZM-nin  buxarlanması  və  qismən  parçalanmasına  əsaslanır.  Bu  üsul  istilik 
maşınları vasitəsilə aparılır. 
Mexaniki üsulla torpağın və ya başqa müəyyən maddələrin üst qatını qazıb (kəsib) atırlar. 
Nəqliyyatın və texnikanın deqazasiyasının tam aparılmasını yoxlamaq məqsədilə kimyəvi 
kəşfiyyat cihazından istifadə olunur. 

Dezinfeksiya  -
  xarici  mühitdə  infeksion  xəstəlik  törədicilərinin  məhv  edilməsi  üçün 
keçirilən xüsusi tədbirlər kompleksidir.  
Dezinfeksiya - müxtəlif əşyaların səthindəki xəstəliktörədici mikrobların (bakteriyaların, 
virusların)  və  toksinlərin  məhv  edilməsidir.  Geniş  mənada  buraya  həmçinin  dezinseksiya, 
deratizasiya daxildir. 
Dezinfeksiya cari, son və profilaktik məqsədlə aparılır. 
Cari  dezinfeksiya  xəstənin  yatağı  yanında  yoluxmanın  yayılmasının  qarşısını  almaq 
məqsədilə keçirilir (xəstənin ifrazatını və onun istifadə etdiyi əşyaları). 
Son  dezinfeksiya  yoluxma  ocağında  xəstə  təcrid  ediləndən,  xəstəxanaya  qoyulandan, 
sağalandan  və  ya  öləndən  sonra  yoluxma  ocağını  xəstəliktörədicidən  tam  təmizləmək 
məqsədilə aparılır. 
Profilaktik  dezinfeksiya  yoluxcu  xəstəliklərin  baş  verməsi  və  ümumi  istifadə  olunan 
əş
yalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır.  
Zibil  tökülən  yerlər,  ifrazat  sularının  axıdıldığı  yerlər,  insanların  cəmləşdiyi  yerlər 
təmizlənir. 
Dezinfeksiya əsasən 3 üsulla: mexaniki, fiziki və kimyəvi vasitələrlə aparılır. Hər bir üsul 
sərbəst və ya digər üsullarla birlikdə aparıla bilər. 
Mexaniki
 - mənzilin nəm  yığışdırılması, paltar, yatacaq dəstlərini çırpılması, tozsoranla 
yığışdırma,  havaya  vermə,  divarlarvn  ağardılması,  rənglənməsi,  əllərin  yuyulması  aiddir. 
Mexaniki  üsul  mikrobları  məhv  etmir,  yalnız  əşyaların  üzərindən,  səthlərdən,  havadan 
mikrobları uzaqlaşdırır. Bu üsulla bina və paltarlar mikroblardan 50-60% təmizlənir. 
Fiziki
  -  günəş  şüalarından,  ultrabənövşəyi  şüalardan,  qızdırılmış  ütüdən,  zibilin 
yandırılması  üsulundan,  quru  qızmar  havadan,  su  buxarlarından,  habelə  qaynatma 
üsulundan istifadə olunur. Bu məqsədlə dezinfeksion kameralar və avtoklavlardan istifadə 
olunur.  Bu üsullar sadə  və  effektiv  olduğu  üçün  geniş istifadə  olunur.  Bağırsaq və  yuxarı 
tənəffüs yolları infeksiyaları törədiciləri 60-800

S temperaturda 30 dəq. qaynatdıqda məhv 
olur.  Qaynatma  üsulu  ilə  mətbəx  ləvazimatı,  qablar,  xəstəyə  qulluq  əşyaları,  tibbi  alətlər, 
həmçinin  yataq  ağları,  alt  paltarlar  dezinfeksiya  olunur.  Qaynatmaq  mümkün  olmayan 
ləvzimatlar və əşyalar quru isti hava vasitəsilə dezinfeksiya olunur. Su buxarlarında 100


hərarət olur və bundan xüsusi buxar kameralarında istifadə olunur. 
Kimyəvi  üsulla  dezinfeksiya  zamanı  kimyəvi  dezinfeksiyaedici  maddələrdən  istifadə 
olunur.  Kimyəvi  üsul  -  turşu,  qələvi,  xlorlu  əhəng,  xloramin,  fenol,  formalin  məhlulları 
müxtəlif qatılıqlı məhlullar şəklində tətbiq edilir. 
Xlorlu əhəng xlor iyi verən ağ tozdur, tərkibində 25-35% aktiv xlor vardır. Dezinfeksiya 
üçün  0,2-5%-li  məhlullarından  istifadə  olunur.  Əvvəlcə  10%-li  məhlul  hazırlanır-bunun 
üçün  10  litr  suya  1kq  və  daha  çox  toz  tökülür,  qarışdırılır,  bir  sutka  çökdürülür.  Sonra 
məhlulun üst duru hıssəsı götürülür, çöküntü hissəsi atılır. Durulaşmış məhlulundan yaşayış 
yerlərini, ümumi istifadə yerlərini, qablar, qida qalıqlqrı və xəstənin ifrazatını dezinfeksiya 
etmək  istifadə  olunur.  10-20%-li  məhlulundan  ayaqyollarının  divarlarını,  zibil  yeşiklərini, 
heyvandarlıq binalarının divarlarını ağartmaq üçün istifadə olunur. 
Xlorlu əhəng metalların korroziyasına, rəngli əşyaların ağarmasına, pambıq parçaların tez 
yeyilib xarab olmasına səbəb olduğu üçün bunların dezinfeksiyasında istifadə olunmur. 
Kimyəvi dezinfeksiya  üçün  kalsium  hipoxlorit duzundan,  neytral kalsium  hipoxloritdən 
istifadə olunur. 
Xloramin suda yaxşı həll olan, zəif xlor iyi verən ağ rəngli tozdur. 26-28% aktiv xlordan 
ibarətdir.  0,2-10%-li  məhlullarından  xəstələrin  ifrazatını,  qabları  və  qida  qalqlarini  alt 
paltarlar  və  yataq  ağlarını  binaları  dezifeksiyası  üçün  istifadə  olunur.  Vərəm  cöplərinə  və 
sibir yarası törədicilərinə qarşı az effektlidir. 

Dezinseksiya  -
  infeksion  xəstəlik  törədicilərini  yayan  həşəratlar,  məişət  həşəratları, 
buğumayaqlılar,  həmçinin  paltar  və  əmlaka  ziyan  vuran  həşəratlara  qarşı  aparılan  xüsusi 
tədbirlər kompleksidir. 
 Məişətdə dezinseksiya  milçəklərin, tarakanların, taxtabitilərin, birələrin məhv edilməsi, 
həmçinin ağcaqanadların, gənələrin dişləməsindən müdafiə kimi başa düşülür. 
Dezinseksiya  həm  sərbəst  həm  də  dezinfeksiya,  deratizasiya,  sanitar  təmizləməsi  ilə 
birlikdə  həyata  keçirilir.  Mexaniki,  fiziki,  kimyəvi,  bioloji,  genetik  və  kombinə  olunmuş 
dezinseksiya üsulları vardır.  
Dezinseksiya tədbirləri şərti olaraq profilaktik və məhvedici növlərə ayırd olunur. 
Profilaktik  tədbirlərə  aiddir
-  mexaniki  dezinseksiya  üsulunda  yaşayış  mənzillərinin, 
təsərrüfat  və  əlavə  otaqların  təmiz  saxlanması,  müntəzəm  nəm  yığışdırılması,  pəncərə  və 
qapılara  tor  setkaların  çəkilməsi,  qida  məhsullarının  xüsusi  taralarda  saxlanması,  şəxsi 
gigiyenanın gözlənilməsi,  bədən və  yatacaq  ağlarının  müntəzəm  yuyulub təmizlənməsi və 
dəyişdirilməsi,  müntəzəm  olaraq  mənzillərdə  zirzəmilərdə  havanın  dəyişdirilməsi,  xüsusi 
yapışdırıcı kağızlardan istifadə olunması, xırda su hövzələrinin, arxların təmizlənməsi, xırda 
gölməçələrin,  su  çuxurlarının  torpaqla  doldurulması,  su  saxlanan  sisternaların,  bakların, 
çəlləklərin,  su  quyularının  qapalı  saxlanması.  Zibil  və  ərzaq  tullantılarının  vaxtında 
təmizlənməsi də mexaniki dezinseksiyaya aiddir. 
Məhvedici tədbirələrə aiddir: 
- fiziki; 
- kimyəvi; 
- bioloji üsullar. 
Fiziki  üsullara  aiddir-  paltarların,  yataq  əşyalarının,  xalçalarnı,  pərdələrin  silkələnib-
çırpılması,  tozsoranla  tozun,  həşaratların  sorulub  təmizlənməsi,  tarakanlar  və  milçəklər 
üçün  müxtəlif  tələlərin,  milçək  və  tarakanların  qaynar  su  və  dezinfeksion  kameraların  və 
qaynar  ütünün  köməyilə  məhv  edilməsi.  Fiziki  dezinseksiya  üsulunda  oddan,  yüksək  və 
aşağı  temperaturdan,  buxardan,  quru  isti  havadan,  dezinfeksiya  kameralarından  istifadə 
olunur. Belə ki, 500

S temperaturdan yuxarı hərarət buğumayaqlı həşəratlara öldürücü təsir 
göstərir. Yataq ağları, alt paltarları və başqa geyimlər 30 dəq. ərzində (1%-li soda məhlulu 
ə
lavə  etməklə)  qaynatmaqla  həşəratlardan  təmizlənir.  Həşəratların  çox  toplandığı  yerlər, 
əş
yalar (zibil, yararsız mebel və əşyalar) yandırılır. Döşəklər, çarpayılar, kiçik şkaflar buxar 
vasıtısılə təmizlənir. 
Dezinseksiyanın kimyəvi üsulu kimyəvi zəhərli maddələrin həşəratlara öldürücü təsirinə 
ə
saslanır. 
Kimyəvi 
üsullara 
aiddir 
-xlorlu 
məhlullar-heksaxloran, 
DDT 
(dixlordifeniltrixloretan),  fosforlu  üzvü  birləşmələr-xlorofos,  karbofos  kimyəvi  vasitələr, 
yuyucu tozlar, məhlullar aerozol kimi tətbiq edilir. 
Bioloji üsul
 – “canlıya qarşı-canlı” prinsipi ilə həyata keçirilir. 
Bura aiddir -gəmiricilərin fiziki və kimyəvi metodla artımının qarşısının alınması. 
Deratizasiya -
 epidemioloji təhlükə yaradan gəmiricilərlə mübarizəyə deyilir.  
Gəmiricilər  taun,  tulyaremiya,  quduzluq,  yalançı  vərəm,  sibir  yarası,  ensefalit  kimi 
xəstəliklərin ötürücüsü ola bilər.  
Epidemioloji  təhlükədən  savayı  gəmiricilər  iqtisadi  ziyan  da vururlar-  qida  maddələrini 
xarab  edir,  yaşayış  yerlərini  və  ərzaq  anbarlarını  çirkləndirir,  rabitə  və  elektrik  xətlərini 
gəmirir, aparatları sıradan çıxarır. Yaşayış yerlərində və onlara yaxın ərazilərdə əsasən boz 
siçovul və ev siçanlarına rast gəlinir. Açıq sahələrdə isə çöl və meşə siçanlarına rast gəlinir.  
Deratizasiya-xalq  təssərüfatına  iqtisadi  zərər  vuran,  həmçinin  insanda  yolxucu  xəstəlik 
törədən gəmiricilərin məhv edilməsidir. 
Profilaktik  tədbirlərə  aiddir-  gəmiricilərin  yuva  qurmasına,  yemlənməsinə,  artıb-
çoxalmasına  şərait  yaranmasının  qarşısını  almaq  -bunun  üçün  yaşayış  evlərinə  daxil 

olmasına  mane  olmaq,  buğda, un,  ət  məhsullarının, tərəvəzin  xüsusi  taralarda  saxlanması, 
ventilyasiya  yollarının  xüsusi  metal  setkalarla  örtülməsi,  zirzəmilərin,  çardaqların 
pəncərələrinin şüşə ilə örtülməsi aiddir. 
Məhvetmə  metodoarı-bioloji,  mexaniki,  kimyəvi-profilaktik  tədbirlərlə  yanaşı 
aparılmalıdır. 
Bioloji  metod-gəmiricilərə  qarşı  it,  pişik,  kirpilərdən  istifadə  etməklə  aparılır.  Təbiətdə 
bu məqsədlə bir çox yırtıcı heyvanların tələlər vasitəsilə ovlanması qadağan edilir-gəlincik, 
qunduz, qartal, bayquş, gecə quşu bunlara aididir. 
Mexaniki vasitələr-müxtəlif tələlərin qurulmasıdır. 
Kimyəvi  üsul  -müxtəlif  zəhərlər  qarışdırılmış  qida  maddələrin  istifadə  edilməsidir. 
Kimyəvi üsulla mübarizə aparmaq üçün sink fosfid, zookumarin, ratindin kimi maddələrdən 
istifadə olunur. Zəhərli qida tələləri hazırlamaq üçün çörək qırıntıları, müxtəlif yarmalardan 
sıyıqlar, bitki yağı, şəkər, duz, tərəvəzlər istifadə olunur. Bu məhsulları qaba qoyub üzərinə 
zəhərli maddə, bitki yağı qoyub qarışdırırlar və torbalarda siçan yuvaları, deşiklərə qoyulur 
və ya açıq şəkildə divar diblərində, mebel altında qoyub gecə saxlayıb səhər təmizləyirlər. 
Su  şəklində  olan  zəhəli  maddələrdən  istifadə  olunur.  Krısid,  sink  fosfid,  zookumarin  və 
rafindin  kimi  zəhərlərin  sulu  məhlulu  siçan  yuvalarından  içəri  tökülür.  Çöl  şəraitində 
deratizasiya  məqsədilə  zəhərli  dənli  bitkilərdən,  buğdadan  istifadə  olunur.  Kiçik  sahələr 
ə
llə, böyük sahələr isə texnika ilə deratizasiya olunur. 
Tam və qismən sanitariya təmizlənməsi. 
Sanitariya  təmizlənməsi  -  insanların  bədənini  və  paltarlarını  zəhərlənmələrdən 
təmizləməkdən ibarətdir.  
Radiasiyalı,  kimyəvi  və  bioloji  təhlükəli  obyektlərdə  qəzalar  baş  verdikdə  və  kütləvi 
qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiq edildikdə insanların dərisi, paltarları, texniki 
vasitələr, binalar, mühafizə qurğuları vasitələrlə zəhərlənə bilər. 
Radioaktiv  maddələrin  təsiri  bir-neçə  gün  ərzində,  damcı  şəklində  olan  zəhərləyici 
maddələr  bir-neçə  gün,  soyuq  vaxtlarda  isə  bir-neçə  həftə  və  ay  davam  edir.  Bioloji 
vasitələrin 
təsir 
müddəti 
bir-neçə 
gün 
və 
ay 
ola 
bilər. 
İ
nsanlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr 
xüsusi təmizləmə keçməlidirlər. 
Adamların sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır. 
Qismən sanitariya təmizlənməsi
 zədələnmə sahəsində və sahədən çıxarkən hər bir adam 
tərəfindən müstəqil olaraq apırılır.  
Qismən  sanitar  təmizlənməsi  bədənin  açıq  səthlərinə,  paltara,  ayyaqqabılara  və  fərdi 
mühafizə  vasitələrinə  düşmüş  radioaktiv  maddələrin  və  bakterial  vasitələrin  kənar 
edilməsindən  və  zərərsizləşdirilməsindən  ibarətdir.  Qismən  təmizləmə  zədələnmə 
ocaqlarında  və  yaxud  onlardan  çıxandan  sonra  vaxt  az  olduqda  bədənin  açıq  hissələrini 
müstəqil təmizləməklə bitir. 
Qismən sanitariya iəmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət dilməlidir. 
Zəhərlənmə ocaqlarında: 
-  üst  paltarı,  dəri  müdafiə  geyimləri  və  ayaqqabını  şotka  və  yaxud  süpürgə  ilə 
təmizləməli; 
- islanmış dəsmal (tampon) ilə əlin açıq yerlərini və əleyhqazın üz hissəsini silməli. 
Zəhərlənmə ocaqlarından çıxdıqdan sonra: 
- ehtiyatla üst paltarı və dəri müdafiə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır); 
- arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək; 
-  çüxarılmış  paltarı  kəndirin  üzərinə  asıb  şotka  və  yaxud  süpürgə  ilə  radioaktiv  tozu 
süpürməli, əleyhqazın çantasını təmizləməli və hissəsini islanmış əski ilə silməli; 

- əleyhqazı çıxarılıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız, burun boşluğunu təmiz 
su ilə yaxalamalı. 
Bakterioloji vasitələrlə zəhərləndikdə: 
- paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı; 
- fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyəsini və əlləri silməli. 
Eyni  vaxtda  radioaktiv,  kimyəvi  və  bakterioloji  zədələnməyə  məruz  qaldaqda,  birinci 
növbədə  kimyəvi,  sonra  isə  radioaktiv  və  bakterioloji  zəhərlənmənin  qarşısını  almaq 
lazımdır. 
Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır: 
- əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silirlər, süpürürlər və çırpırlar; 
- ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar; qışda təmiz qarla təmizləmək olar. 
-  əleyhqazların  (respiratoru)  çantasını  silirlər,  üzun  borucuğunu,  qutusunu  yaş  əski  ilə 
silirlər; 
- əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə yuyub, ağızı və 
boğazı qarqara edirlər. 
Ə
gər  su  yoxsa  dərinin  açıq  hissələri  kimya  əleyhi  fərdi  paketin  daxilindəki  maye  ilə 
silinir  (qışda  təmiz  qarla).  Daha sonra  üst  paltarları  çıxarıb,  arxası küləyə  tərəf  dayanaraq 
onları çırpırlar, sonra kəndirdən asıb, süpürgə ilə yuxarıdan aşağıya doğru radioaktiv tozdan 
təmizlənir və ya çubuqla çırpırlar. 
Kimyəvi maddələr və bakterioloji vasitələrlə zəhərlənmə zamanı: 
- kimya əleyhi fərdi paketi (İPP-8) açmalı, əski (tampon) hazırlamalı; 
-  dərinin  açıq  yerlərini,  əleyhqazın  üz  hissəsini,  paltarın  yaxalarını  və  əl  dəyən  yerləri 
silməli (bunu bir neçə dəfə təkrar etmək lazımdır). 
İ
nsanların  dərisi  və  paltarında  damcı-maye  halında  olan  zəhərləyici  maddə  damcılarını 
aşkar  etdikdə,  bint  salfetkası  deqazasiya  məhlulu  ilə  isladılır  və  onunla  dərinin  açıq 
hissələri, paltarlar və əleyhiqazın üz hissəsi silinir. 
Kimya əleyhi fərdi paket olmadıqda zəhərləyici maddə damcıları pambıq, bint, hər hansı 
parça ilə ehtiyatla yuxarıdan aşağı istiqamətində silinir, hər dəfə onu yenisi ilə əvəz edirlər. 
İ
mkan  olan  kimi  isə  həmin  nahiyələri  dərhal  su  ilə  sabunla  yuyurlər  və  təmiz  dəsmalla 
quruluyurlar. 
Kimya  zədə  ocağından  çıxan  kimi  xüsusi  ayrılmış  yerdə  mühafizə  vasitələri  çıxarılır. 
Sonra əleyhiqazı çıxartmadan dərinin açıq hissələri paltar və ayyaqqabılar yenidən gözdən 
keçirilir,  əgər  zəhərləyici  maddə  damcıları  aşkar  olunarsa,  onlar  yenə  də  deqazasiya 
məhlulu ilə təmizləyirlər. 
Ayyaqqabılar əsgi, kağız və otla təmizlənir. Təmizləmə işlərini qurtardıqdan sonra, əllər 
və bədənin açıq hissələri kimya əleyhi fərdi paketin məhlulu ilə silinir. 
Qismən  sanitariya  təmizləməsi  sayəsində  bütün  radioaktiv  maddələri  tamamilə  kənar 
etmək  mümkün  olmur.  Buna  görə  də  belə  təmizləmədən  keçmiş  adamlar  adətən  fərdi 
dozimetrik  nəzarətdən  keçirilir.  Əgər  məlum  olsa  ki,  paltarın  və  bədənin  radioaktiv 
zəhərlənməsi  yol  verilən  səviyyədən  artıqdır,  onda  tam  sanitariya  təmizlənməsi  aparmaq 
lazımdır. 
Tam  sanitariya  təmizləməsi
  -bütün  bədənin  isti  su,  sabun  və  kisə  ilə  yuyulmasından, 
habelə  gözlərin,  burun  və  ağız  boşluğunun  selikli  qişalarının  2%-li  soda  məhlulu  ilə 
təmizlənməsindən ibarətdir.  
Tam təmizləmə vaxt çox olduqda zədələnmə ocaqlarından çıxandan sonra, sanitar yuma 
məntəqələrində (SUM) aparılır. Bu vaxt insanların bədəni isti su ilə, sabunla və hamam lifi 
vasitəsilə yuyulur. 
Tam sanitar təmizlənməsindən keçməli olanlar: 

-  qismən  sanitar  təmizləməsindən  sonra  radioaktiv  maddə  ilə  zəhərlənmə  səviyyəsi  yol 
verilən normadan (bədəndə 15mR/saat) artıq olan şəxslər; 
- zəhərləyici maddələrlə və onların aerozolları ilə bilavasitə təmasda olan, bakterial zədə 
ocağında olan bütün əhali; 
-  bakterial  zədə  ogağında,  kimya  zədə  ocağında  zərərsizləşdirmə  tədbirlərini  həyata 
keçirən MM dəstələrinin şəxsi heyəti. 
Tam  sanitariya  təmizləməsi  mülki  müdafiə  qoşun  bölmələrinin  xüsusi  təmizləmə 
məntəqələrində,  adi  hamamlarda,  sanitariya  buraxıcılarında  düzəldilən  stasionar və  səyyar 
yuyunma  məntəqələrində  aparılır.  Hər  bir  şəxsə  40  litr  su  və  25  mq  sabun  sərfi  nəzərdə 
tutlur. 
Adamların  tam  sanitariya  təmizlənməsi  ilə  birlikdə  paltar  zərərsizləşdirən  stansiyalarda 
alt və üst paltarlar, ayaqqabılar tam dezaktivasiya edilə bilər. 
Xüsusi  təmizləmə  məntəqələrində  nəzarət-bölüşdürmə  məntəqəsi,  adamların  sanitariya 
təmizlənməsi  meydançası,  habelə,  paltar,  ayaqqabı  və  fərdi  mühafizə  vasitələrinin 
dezaktivasiyası meydançası düzəldidlir. 
Hər bir sanitariya təmizləməsi  məntəqəsində insanlar ardıcıl olaraq dozimetrik postdan, 
soyunma yerindən, duş şöbəsindən keçirlər. 
Yuyunduqdan  sonra  insanlar  bir  daha  dozimetrik  nəzarətdən  keçirilir  və  yalnız  bundan 
sonra geyinmə şöbəsinə buraxılırlar. 
Bütün təmizləmə meydançaları 2 hissədən: təmiz və çirkli hissələrdən ibarət olur. 
Səyyar  yuyunma  məntəqələrinin,  paltar  zərərsizləşdirən  stansiyaların  şəxsi  heyəti 
tənəffüs üzvlərini mühafizə edən vasitələrdə, rezin çəkmələrdə, əlcəklərdə, döşlüklərdə və 
ya qoruyucu kombinezonda işləməlidir.  
Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində və yaxud 
da xüsusi düzəldilmiş yuyunma məntəqəsində keçirilir. Hökmən alt paltarını dəyişirlər.  
Yuyunma məntəqəsində və ya meydançasında adətən üç şöbə olur: 
- soyunma, yuyunma və geyinmə.  
Lazımi  hallarda  paltar  zərərsizləşdirmə  şöbəsi  də  düzəldilə  bilər.  Soyunma  şöbəsində 
təmiz skamyalar qoyulmalıdır. Zəhərli paltarlar rezinli parçadan olan kisələrə yığılmalıdır. 
Sənədlər və qiymətli əşyalar xüsusi yerdə saxlanmalıdır. 
Geyinmə 
ş
öbəsində 
skamyalar, 
təmiz 
paltar 
qoyulan 
yer 
olmalıdır. 
Yuyunma  məntəqəsinə  xidmət  edən  həyət  zəhərli  paltarları,  ayaqqabları  və  mühafizə 
paltarlarını  zəhərsizləşdirmə  şöbəsinə  aparıb  orada  təmizləməli,  sonra  geyinmə  şöbəsinə 
gətirməlidirlər.  Sanitariya  təmizlənməsinə  göndərilən  şəxslər  soyunma  məntəqəsində  tibbi 
müayinədən  keçməli  gözlərin,  ağız/burun  selikli  qişalarını  2%-li  çay  sodası  məhlulu  ilə 
təmizləməlidirlər. Yuyunma  məntəqəsində ardıcıllıqla əlləri, üzü, başı və bütün bədəni iki 
dəfə sabunlayıb və isti su ilə yuyurlar. Yuyunma 10-15 dəq. davam etməlidir. Yuyunduqdan 
sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetrik cihazla yoxlamaq lazımdır. 
Ə
gər bədənə qalmış zəhərlənmə normadan artıq olarsa, yuyunma təkrar edilməlidir. 
Lazım olduqda əhali sanitariya təmizlənməsini öz evlərində də təşkil edə bilərlər. 
Ə
rzaq və sənaye mallarında mühafizəsi və zərərsizləşdirilməsi. 
Zəhərlənmiş  yeyinti  məhsullari,  yem  və  su  insanların  və  heyvanların  kütləvi 
zəhərlənməyi üçün mənbə ola bilər,  
Buna  görə  də  göstərilənlərin  kütləvi  zəhərlənmə  vasitələrindən  mühafizəsinin  təşkili-
müvafiq xidmət dəstələrininin, eləcə də kənd təsərrüfatı və yeyinti sənayesi müəsslərinin ən 
mühüm  vəzifəsidir.  Ərzaq  məhsullarının,  suyun  və  yemin  mühafizə  edilməsi 
zəhərləndikdən sonra onları zərərləşdirməkdən asandır. 
Birinci  dərəcəli  mühafizə  tədbirlərinə  ərzaq  və  yem  ehtiyatının  seyrəldilməsi,  onların 
mümkün  ola  bilən  radiasiya  kimyəvi  zəhərlənmə  obyektlərindən  uzaqda  yerləşdirilməsi, 

ə
rzaq  saxlamaq  üçün  yararlı  olan  zirzəmiləridən  istifadə  edilməsi  və  sığnacaqların,  mühit 
(əsas)  anbarların,  soyuducuların,  müxtəlif  anbarların  hazırlanması  və  avadanlıqla  təchiz 
edilməsi,  yanğın  təhlükəsizliyinin  gözlənilməsi,  ərzaq  məhsulları  saxlanan  rayonlarda 
radiasiya,  kimyəvi  və  bakterioloji  kəşfiyyat  aparılması,  müsahidə  və  labəratoriya  nəzarəti 
daxildir. 
Mühafizə  üçün  müxtəlif  talvarlardan,  kip  taralardan  (yeşik,  kisə)  və  anbar  binalarından 
istifadə edirlər. İş yerlərində (təhlükə zamanı), mağazalarda bir günlük təlabat miqdarında 
ə
rzaq  saxlayır,  qalan  ərzağ  isə  sığınacaqlarda  yerləşdirilir.  Anbarların  kipləşdirilməsi  ilə 
ə
laqədar mühafizədə tədbirləri xüsusi əhəmiyyətə malikdir. 
Anbarlarda  saxlanan  yeyinti  məhsullarını  əsasən  radioaktiv  toz  ilə,  duman  buxar  və 
damcı-maye  şəklində  zəhərləyici  (GTZ)  maddələrlə,  habelə  bakterioloji  aerozollarla 
zəhərlənmədən  qoruyurlar.  Anbarların  damları  axmamalı,  yan  divarları  kip  olmalıdır. 
Pəncərələrin    çoxunu  kərpiclə  tikir,  az  hissəsini  lövhə  ilə  kip  bərkidirlər.  Qapılarına 
rezinləşdirilmiş parça, polietilen pərdə, yaxud digər qalın material çəkirlər. 
Yeyinti məhsulları və yem qəfəsələrdə saxlanırlır. Qalaq şəklində yığılmış məhsulun üstü 
brezentlə  örtülür.  Yeyinti  məhsullarını  və  dənli  yemi  açıq  yerlərdə  saxladıqda  üzərini 
polientilen pərdə/yaxud 20-25sm. qalınlığında ot və ya saman qatı ilə örtürlər. 
Ə
rzağı daşımaq üçün divarları və damları saz olan, pəcərə lyukları kip bağlanan xüsusi 
nəqliyyatlardan  avtorefrijitorlardan,  sistemlərdən,  izotermik  vaqonlardan  istifadə  edirlər. 
Ümumi  təyinatlı  avtomobil  nəqliyyatından  istifadə  etdikdə  yeyinti  məhsullarını  və  yemi 
konteynerlərə,  yeşiklərə,  qalın  parçadan  tikilmiş  kisələrə  doldurulmuş  halda  maşınlara 
yığmaq  məqsədəuyğundur.  Bunlar  olmadıqda  isə  ərzağın  üstünü  brezentlə  diqqətlə  örtüb, 
kəndir ilə bağlamaq lazımdır. 
Taranın  da  böyük  əhəmiyyəti  vardır.  Kip  metal  və  şüşə  taralar  yükü  etibarlı  mühafizə 
edirş.  Konsentratları,  suxarını,  peçenye,  qənd,  çayı  ikiqat  kağıza  bükməklə  radioaktiv 
maddələrlə  zəhərlənmədən  tamamilə  qorumaq  olur.  Bağlamaları  polietilen  və  digər 
pərdələrlə, sellofan kisə, rezinləşdirilmiş parça ilə sandıqda saxladıqda, yaxud bir neçə qat 
kağıza  bükdükdə  onların  mühafizə  qabiliyyıtlərini  yüksəltmək  olar.  Belə  yolla  yeyinti 
məhsulları zəhərləyici maddələrdən, zəhərlənmədən yaxşı mühafizə etmək olar. 
Yeyinti  məhsulunu  bükdükdən  sonra  saz  taralara  qabladıqda  daha  yaxşı  mühafizədə 
etmək  oar.  Ən  etibarlı  tara  -  qalın  kartondan  hazırlanmış  kip  qutular,  turşuya  qoyulmuş 
tərəvəz, duzlanmış ət, balıq  saxlanan taxta çəlləklər, habelə bitki yağları üçün olan dəmir 
boçkalar hesab edilir. Taxılı,yarmanı, unu ikiqat parçadan,yaxud kağiz və qoruyucu pərdə 
qatı ilə kambinəli şəkildə tikilmiş kisələrə qabladıqda mühafizə qabiliyyət yüksək olur. 
Kisələri,  yeşikləri  və  digər  bağlamaları  üst-ustə  kip  yığmaq  lazımdır  ki,  aralarındakı 
boşluqlardan  qalaqların  içərisinə  radioaktiv  və  zəhərləyici  maddələr  daxil  ola  bilməsin, 
yeyinti  məhsullarının  üstünü  brezentlə  örtdükdə,  brezentlə  məhsulun  arasına  qalınliğı  10 
sm-rə qədər olan ağac tircəklər qoyuuar. 
Xüsusi  qaydada  mühafizə  edilməyən  yeyinti  məhsulları  və  yem  radioaktiv  dumanın 
hərəkəti,  elecə  də  zəhərləyici  maddələr,  bakterioloji  aerozol  buxarlarının  yayılması 
nəticəsində, habelə zəhərlənmiş həşarat və gəmiricilər vasitəsilə zəhərlənə bilər. Buna görə 
də  FH  təhlükəsi  yaranqıda  yeyinti  məhsullarını,  taxılı,  tərəvəzi  və  yemi  əl  altında  olan 
vasitələrlə örtür, yaxud talvarlar düzəldir, taxılı, tərəvəzi, yemi onların altına yığıb üstlərini 
örtürlər. 
Yeyinti  məhsulları  ehtiyatı  saxlanan  anbarlar  aerozolları,  radioaktiv  və  zəhərləyici 
maddələri  keçiirmirsə,  orada  saxlanan  ərzaqın  və  yemin  mühafizəsi  tələb  olunmur.  Ot 
tayasının  səthinə  xırda  samanla  gil  qarişiğinda  hazırlanmış  məhlul  çəkdikdə  ot  yaxşi 
mühafizə  olunur.  Heyvanların  tövlələrində  saxlanılan  ot  tayalarını  xüsusi  diqqətlə 
qoruyurlar. 

Fərdi yeyinti məhsulları və su ehtiyatının mühafizə edilməsi.  
Durğun sulu nohurların, göllərin və hovuzların zəhərlənməsi çox təhlükəlidir. 
Ev  şəraitində  fərdi  yeyinti  məhsulları  ehtiyatinı  mühafizə  etmək  üçün  qutulardan, 
yeşiklərdən  və  digər  kip  bağlanan  qablardan,  eləcə  də  soyuduculardan,  ev  anbalarindan 
istifadə edirlər. 
Kərə  yağını,  marqarini,  çörəyi,  əti  və  baliği  şüşə  bankalarda,  yaxud  kip  bağlanan 
yeşiklərdə, sellofana, perqament, yaxud adi qalın kağiza bükülmüş halda saxlayırlar. 
Maye  metal,  yaxud  şüşə  qablarda,  bidonlarda,  termoslarda,  butulkalarda,  qrafinlərdə 
saxlanılır.  Hər  bir  ailənin  konservləşdirilmiş  minimum  mıhsul  ehtiyati  olması  məsləhət 
görülür. 
Radioaktiv, kimyəvi və bioloji zəhərlənmədən sonra yeyinti məhsullarından, yemdən və 
sudan 
istifadə edilmə qaydaları.  
RM,  GTZM  və  BV  yerləşən  rayonda  yeyinti  məhsullarının,  suyun  və  yemin 
zəhərlənməsində  şübhə  doğurur.  Əgər  bunlar  kip  bağalanan  qablarda  saxlanmayıbsa  və 
zəhərlənmə əlamətləri görünürsə, belə məhsulları tədqiq edilmədən istifadə etmək olmaz. 
Zəhərləndiyi  şübhə  edilən  yeyinti  məhsullarından  və  sudan  zərərsizləşdirildikdən  sonra 
istifadə  edilməsinə  tibbi  xidməti,  yemin  və  çiy  heyvanı  məhsulların  istifadə  edilməsinə 
baytarlıq xidməti icazə verir. 
Yeyinti  məhsullarının,  yemin  və  suyun  əsas  zərərləşdirilməsi  üsullari-dezaktivasiya, 
deqazasiya və dezinfeksiyadır. 
Yeyinti  məhsullarını  və  yemi  dezaktivasiya  etməzdən  əvvəl  onların  radioaktiv 
maddələrlə  zəhərlənmə  dərəcəsini  müəyyənləşdirirlər.  Əgər  zəhərlənmə  yolverilən 
normadan  artıqdırsa,  onda  yeyinti  məhsulunu  və  yemi  dezaktivasiya,  yaxud  öz-özünə 
dezaktivasiya  edirlər.  Zəhərlənmə  yolverilən  normadan  aşağı  olduqda  isə  onları  dəqiq 
dozimetrik yoxlamadan keçirdikdən sonra istifadə etmək olar. 
Birinci  növbədə  daha  qiymətli,  elecə  də  asanlıqla  dezaktivasiya  edilən  məhsulları  
dezaktivasiyadan kecirirler, iri bazalarda ve anbarlarda yerləşən zəhərlənmiş, gec xarab olan 
məhsul  ehtiyatını  öz  -  özunə  dezaktivasiya  olunmaq  ucun  saxlayırlar.    Dezaktivasiya 
etdikdə  adətən  əvvəlcə  taranı  sonra  ise  məhsulu  təmizləyirlər.  Yeyinti  məhsulunu 
zəhərlənmiş taradan (kisədən, sandıqdan, yesikdən, çəlləkdən) götürüb, təmizinə də qoymaq 
olar. İçərisində yarma, qənd və digər səpələnən məhsullar olan zəhərlənmiş taranı (kisəni) 
radioaktiv toz əmələ gəlməsinin qarşısının almaq üçün əvvəlcə su ilə isladırlar. Un ilə dolu 
kisələri  əvvəlcə  su  ilə  yuyub,  qurutduqdan  sonra  unu  təmiz    kisələrə  boşaldırlar. 
Zəhərlənmiş  undan  yoğrulmuş  xəmirin  üst  qatını  məhv  edirlər.  Maye  məhsulları  3-5  gün 
ə
rzində çökdürüb, sonra çökdürürlmüş hissəni sifon vasitəsilə təmiz qaba axıdırlar. 
Zəhərlənmiş  ət  məhsullarını  (mal,qoyun  və  donuz  ətini)  bişirdikdə  1-ci  20-25  dəqiqədə 
radioaktivliyin  təxminən  50%-i  ətin  suyuna  keçir  .Sonraki  qaynama  praktik  olaraq  effekt 
vermir. 
Südü  emal  etdikdə  radioaktiv  izotop  emal  məhsuluna  qeyri-bərabər  keçir.  Südün  daha 
tam  təmizlənməsi  üçün  süd  zavodlarından  quraşdırılan  xüsusi  iondəyişən  süzgəclərdən 
istifadə edirlər. 
Zəhərlənmiş ərazidə yetişdirilmiş kartofu təmizlədikdə onun radioaktivliyi iki dəfə azalir. 
Şə
kər  çugundurunu  emal  etdikdə  radioaktiv  maddələrin  əsas hissəni  çuğundur  puçalarının 
içərisində qalır. Qənd isə praktiki olaraq həmin maddələrdən azad olur. 
 Miqdarınndan,  sığınacaqların  növündən,  zəhərlənmə  xarakteri  və  dərəcəsindən  asılı 
olaraq yemi də dezaktivasiya edir, yaxud öz-özünə dezaktivasiya olunmaq üçün saxlayırlar. 
Aşağıdakı  dezaktivasiya  üsulları  mövcuddur.  (bunların  hamısı  zəhərlənmiş  yemin 
zəhərlənməmiş yemdən ayrilmasına əsaslanır): 

a)  10-15sm  qalınlığında  xarici  qatın  götürülməsi.  bu  qatı  zəhərlənmə  dərəcəsindən  və 
miqdarından asılı olaraq təbii dezaktivasiya  üçün  saxlayir,  yaxud  çuxur    yerdə  yandıraraq 
üzərinə torpaq tökürlər; 
b) zəhərlənmiş taranın təmiz tara ilə əvəz edilməsi. Bu zaman zəhərlənmiş kisənin səthini 
isladır, dənin zəhərlənməmiş hissəsini təmiz kisəyə boşaldir, çirkli kisəni və bunun səthinə 
yaxın  dən  qatını  yandırırlar.  Dezaktivasiya  olunmuş  yemi  dozimetrik  və  radiometrik 
yoxlamadan keçirirlər. 
Preslənmiş  ot  tayasından  üst  və  xarici  zəhərlənmiş  qatını  götürürlər.  Bir  çox  hallarda 
(xüsusilə daldalandırılmiş) böyük həcmli və dənli yem ehtiyatı radioaktiv toz ilə çox dərin 
zəhərlənə bilməz. Bəzən yemin üst qatını götürüb, qalan hissənin zəhərlənmədiyini, yaxud 
yolverilən normda zəhərləndiyini müəyyənləşdirdikdən sonra təyinatına görə işlətmək olar 
.Başqa halda isə yemi uzun müddət, təbii yol ilə zəhərlənmə səviyyəsi aşağı düşənə qədər 
saxlayırlar.  Bir  müddətdən  sonra  saxlanmış  yemi  təkrar  radiometrik  yoxlamadan  keçirib 
işlətmək olar. 
Suyu müxtəlif üsullarla dezaktivasiya edirlər: çökdürməklə, süzməklə və distillə etməklə. 
Təbii ionitləri -  gili, permutiti, qara torpağı - su ilə dolu qaba tökür və yaxşıca qarışdıraraq 
çökməsini gözləyirlər. Çökdükdən sonra üst təmiz su qatı 50-70% və daha artıq stronsium -
90 digər radioktiv izotoplardan təmizlənmiş olur. 
Zavod  şəraitində  hazirlandıqda  süddəki  radionuklidlərin  müxtəlif  süd  məhlullarına  payı 
(süddəki radionukledlərin tərkibinə görə, % ilə). 
Müxtəlif tutumlu bir neçə tip süzgəc mövcuddur. Xüsusilə gövdəsində mayenin axması 
üçün ayrıca olan tutumdan geniş istifadə edilir. Onun içərisinə posa, koks və antrasiti qat-
qat tökürlər (qum, yerli, seolitlər yaxud ağac kömürü də tökmək olar). Su yuxarıdan süzgəc 
vasitəsilə  bu  tutuma  axaraq  85-90%  radioaktiv  maddələrdən  təmizlənir  və  aşağı  ayrıcıdan 
süzülür. 
Suyun  çökdürülməsini  süzülmə  ilə  eyni  zamanda  aparmaq  yaxşi  nəticə  verir.  Suyun 
distillə edilməsi ən yaxşı təmizləmə üsulludur- ancaq bu proses çox yavaş gedir. 
Suyu dezaktivasiya etdikden sonra dozimetrik yoxlamadan keçirirlər . 
Ş
axta  quyularını  dezaktivasiya  etdikde  əvvəlçə  qrunt  qatını  5  sm  dərinlikdə  və  15-20m 
radiusda  kəsir,  sonra  içərisindəki  suyu  çəkib  boşaldır  və  dibindəki  lili  yaxud  qumu 
təmizləyirlər.  Eyni  zamanda  kəsilmiş  hissənin  xariçi  və  daxili  tərəflərini  də  dezaktivasiya 
edirlər   
Nohurlardakı zəhərlənmiş suyu təmizləmək üçün sahildən 3-5 m aralı xüsusi xəndəklər 
qazırlar.  Əgər  sahil  su  keçirəndirsə  onda  əlavə  süzücü  qurğu  düzəltməyə  ehtiyac  qalmır. 
Qrunt  su  keçirməyən  olduqda  süzücü  lağım,  yaxud  boru  düzəldilir,  divarlarını  quyunun 
divarları  kimi  (dəmir-beton  borular,  daş,yaxud  ağac  kəsmələr)  edirlər.  Lağıma  (sugötürən 
yerinə)  çınqıl,  qum,  quyunun  dibinə  və  süzücü  borunun  quyuya  girəcəyinə  iri  çınqıl 
tökürlər.  Süzücü  lağımın  orta  hissəsində  nəzarət  quyusu  düzəldirlər.  Bundan  süzücü  qatı 
dəyişdirib  yenisi  ilə  doldurmaq  üçün  istifadə  edirlər.  Lazım  gəldikdə  buraya  xüsusi  əlavə 
süzgəc qoymaq olar. 
Su  qülləsini  belə  kipləşdirirlər:
  bankaların  ağzını  qapaqlarla  bağlayır,  ventilyasiya 
borularına süzgəclər - pambıq ,tənzif, arasına kəpitkə, mamır,  yun və s. doldurulmuş təlis 
qoyurlar. Supaylaşdıran kolonkanı üzərinə tol, yaxud dəmir çəkilmiş qapaqlarla bağlayırlar. 
Açıq nohurlardan naxır bulağı kimi istifadə etmək vacib olduqda nohuru elə düzəldirlər 
ki,  dibinə  çökmüş  radioaktiv  tozun    bulandırılmasına  yol  verılməsin.  Bundan  sonra 
zərərsizləşdirilməsinin keyfiyyətini müəyyən etmək üçün dozimetrik yoxlama aparırlar. 
Yeyinti  məhlulunun  və  yemin  deqazasiyası  mürəkkəb  prosesdir.  Bəzi  zəhərləyici 
maddələrdə zəhərlənmiş ərzaq məhsulları zərərsizləşdirilməyib məhv edilir.  

Məsələn,  zoman  və  ipritlə  zəhərlənmiş  bitki  yağlarının,  süd  məhsullarının  (süd,  xama, 
kəsmik,  kərə  yağı  və  s.),  tərəvəzin,  çörəyin  və  s.  içərisində  bu  zəhərləyici  maddələrin 
damcıları tamamilə,yaxud qismən həll olur və bütün məhsul kütləsini zəhərləyir. 
İ
prit  buxarının  təsirinə  məruz  qalmış  ərzağı  bişirməklə,  yaxud  uzun  müddət  küləyə 
verməklə  deqazasiya  aparırlar.  Bərk  konsistensiyalı  yeyinti  məhsullarının  ancaq  üst  qatı 
damcı-maye  şəklində  ipritlə  zəhərlənir.  Odur  ki,  belə  məhsullardan  zəhərlənmiş  üst  qatı 
götürülür  və  məhv  edilir.  Taxıl,  yarma,  un  damci-maye  şəklində  ipritlə  zəhərlənikdə 
zəhərlənmiş  qatı  götürlər,  yenə  də  zəhərlənmə  qaldıqda  taxılı  və  yarmanı  əvvəlcə  isti 
yuyucu məhlullarla sonra təmiz su ilə yuyub qurutmaqla təmizləyirlər. 
Damcı-maye  şəklində  zəhərləyici  maddələrlə  zəhərlənmiş  yemi  deqazasiya  etmək  üçün 
dənin,yemin zəhərlənmiş üst qatını 10-15 sm qalınlığında, otun, samanın üst qatını isə 20-
25  sm  qalınğında  götürürürlər.  Yemin  qalan  hissəsini  küləyə  verirlər.  Öz-özünə 
deqzasiyanın  sürətini  artırmaq  üçün  temperaturu  və  rütubəti  yüksəldir,  habelə  küləyin 
sürətini  artırırlar.  İlin  isti  vaxtlarında  çox  böyük  həcmli  və  dənli  yemin  öz-özünə 
deqazasiyası - zarinlə zəhərlənmədə 2-4 gündən, üç xlor 3-etilaminlə zəhərlənmədə 15-40 
gündən, zomanla zəhərlənmədə 20-45 gündən sonra başa gəlir. 
Örtülü  tikililərdə  saxlanan  yem  dayanıqsız  zəhərləyici  maddələrdə,  yaxud  dayanıqlı 
zəhərləyici  maddələrin  buxarları  ilə  zəhərləndikdə  qapıları,  pəncərələri,  ventilyasiya 
qurğularını açır, yaxud yemi açıq havaya çıxardıb küləyə verirlər. 
Zəhərlənmiş su quyularından suyu boşaldır, dibinə xlorlu əhəng tökür, divarlarına xlorlu 
ə
həng horrası çəkir, sonra dibindən 10 sm qalinlığında torpaq qatını çıxarırlar. 
Quyu  su  ilə  dolan  kimi  onu  yenidən  nasosla  başaldırlar.  Bundan  sonra  quyunu  su  ilə 
doldurduqda suyun zərərsizliyini yoxlayırlar. 
  Su  quyularını  təmizləmək  üçün  0.5  litr  suya  ən  azı  5%  aktiv  xlor  hesabından,  sporlu 
formalarla  zəhərlənmə  zamanı  isə  1  m
3
  suya  4  litr  hesabindan  xlorlu  əhəng  məhlullu 
tökürlər,  sonra  suyu  diqqətlə  qarışdırır,  10-12  saat  saxladiqda  sonar  çəkib  boşaldırlar. 
Bundan sonra, suyu yoxlayaraq işlədilməsinə icazə verirlər. 
 Suyun ən sadə zərərsizləşdirilməsi üsulu-qaynatmalıdır. Mikrobların sporlu formaları ilə 
zəhərlənmə  zamanı  suyu  ən  azı  iki  saat  qaynadırlar:  toksinlər  və  vegetativ  formalı 
bakteriyalar 30 deq. ərzində məhb olu. Az  miqdarda suyu tez zərərsizləşdirmək üçün parça-
kömür, asbest, yaxud 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin