Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   13   14   15   16   17   18   19   20   21
mulki az03032016


Alınmış tapşırığın aydınlaşdırılması. 
Bu o deməkdir ki, mülki müdafiə rəhbəri yuxarı rəisdən iş tapşırığı (göstəriş) 
alarkən, bu konkret məsələləri özü üçün tam aydınlaşdırılmalıdır: 
- qarşıda duran işlərin məqsədi və yuxarı rəisin niyyəti; 
- bu işlərin icrasında özünün tabeliyindəki qüvvələrin yeri və rolu; 
- icra edilməli işlərin həcmi. 
Tapşırığı  aydınlaşdırıb,  mülki  müdafiə  rəisi  dəstələri  fəaliyyətə  hazırlamaq 
məqsədilə  dərhal  görülməli  tədbirləri  müəyyənləşdirməli,  tabelikdəkilərə  bu 
barədə  ilkin  sərəncam  verməli  və  qərar  qəbul  etmək  üçün  lazımi  məlumatları 
cəmləşdirməyi mülki müdafiə qərargahına və xidmət rəislərinə (mütəxəssislərə) 
tapşırmalıdır. 
Vəziyyətin təhlil edilməsi və qiymətləndirilməsi. 
Yaranmış  vəziyyəti  qiymətləndirərkən  (fövqəladə  hadisələr  dövründə  isə 
vəziyyəti proqnoz edərkən) mülki müdafiə rəhbəri bu məsələləri araşdırıb dəqiq 
öyrənməlidir: 
- Tapşırılmış işləri hansı şəraitdə yerinə yetirmək lazım gələcəkdir (radiasiya 
və  kimyavi  şərait,  hava  şəraiti),  bu  şərait  işlərin  gedişatına  necə  təsir  göstərə 
bilər? 
- Tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti) 
necədir? 
- Hansı qüvvələrlə qarşılıqlı fəaliyyətdə olacaqdır və onların imkanları nədən 
ibarətdir? 
Bu məsələləri aydınlaşdırmaqdan ötrü mülki  müdafiə rəhbəri lazımi hallarda 
mülki  müdafiə  qərargahı  və  xidmətləri  rəislərinin  (baş  mütəxəssislərin) 
mə’lumatlarını dinləyə bilər. 
Beləliklə, mülki müdafiə rəhbəri alınan tapşırığı aydınlaşdırmaq və vəziyyəti 
qiymətləndirməklə sanki, qarşıda duran vəzifələri öz imkanlarını müqayisə edir 
və çıxardığı nəticə əsasında müəyyən bir qərara gəlir. 
Qərar  qəbul  edilməsi  MM  rəhbəri  tapşırığın  icrasını  təşkil  etmək  üçün 
qərar vərəkən (qərar qəbul edərkən) aşağıdakıları müəyyənləşdirir:
 
-  tabeliyindəki  qüvvələrin  fəaliyyətinin  əsas  mahiyyətini  (görüləcək  işlərin 
həcmi və icrasının ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq, hansı 
məsələyə xüsusən diqqət yetirilməlidir); 
- hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri; 
- digər qüvvələrlə qarşılıqlı fəaliyyət qaydası; 
- işlərin təchizatı və təminatı üzrə görülməli tədbirlər; 

- iş prosesində idarəetmə necə təşkil ediləcək. 
Bütün bunlar mülki müdafiə rəhbərinin idarəetmə üzrə zehin işindən ibarətdir. 
Bir  daha  qeyd  etmək  lazımdır  ki,  qərar  qəbul  etmək  idarəetmə  prosesinin  ən 
çətin  və  çox  məsuliyyətli  mərhələsidir.  Obyekt  rəhbərinin  sahə  üzrə  bilikləri, 
təşkilatçılığ bacarığı, iş təcrübəsi və təzahürünü məhz bu mərhələdə tapır.  
İ
darəetmə  həmçinin  irəlini  görmək  məharətidir.  Mülki  müdafiə  rəhbəri  icra 
üçün qərar qəbul edərkən, icranın nəticələrini də əvvəlcədən görməyi, yaranacaq 
şə
raiti proqnozlaşdırmasını bacarmalıdır: çalışmalıdır ki, onun qəbul etdiyi qərar 
tabelikdəki  işçilərin  fəaliyyətini  tamamilə  məhdudlaşdırmasına  və  yerlərdə 
təşəbbüs  göstərilməsinə  imkan  qalsın.  Təcrübə  göstərir  ki,  idarəetmənin  aşağı 
pillələrində qəbul edilən qərarlar daha dəqiq olur və vaxtında yerinə yetirilir. 
Həmin cəhətləri bacarıq dairəsində nəzərə almaqla qərar qəbul edəndən sonra 
rəhbər  icraçıları  əməli  işə  cəlb  etmək  üçün  öz  qərarını  onlara  sərəncam  (əmr) 
formasında elan edir. 
Tabelikdəkilərə iş tapşırığının verilməsi.  
Vəziyyətdən  asılı  olaraq,  tabelikdəkilərə  iş  tapşırığı  əmr  və  ya  sərəncam 
formasında  yazılı,  yaxud,  şifahi  olaraq,  şəxsən  ya  da  qərargah  vasitəsilə 
çatdırılır.  Mülki  müdafiə  rəhbərinin  verdiyi  bütün  şifahi  əmr,  sərəncam  yaxud 
göstərişlər  mülki  müdafiə  qərargahında  yazılı  surətdə  rəsmiləşdirilib  qeydə 
alınır.  
Ə
mr  və  ya  sərəncamların  mümkün  qədər  aydın,  konkret  və  qısa  olması 
məsləhət  görülür.  Bu  məqsədlə  həmin  sənədlərin  prinsipcə,  vahid  forması 
müəyyən edilmişdir. 
Qısa və aydın olsun deyə, əmr müəyyən edilmiş ardıcıllıqla yazılır, onun hər 
bir bəndində konkret göstərişlər verilir.  
Ə
mri  mülki  müdafiə  rəhbəri  imzalayır  (tədris  məqsədilə  tərtib  olunan  belə 
sənədin  variantını  yaxud  onun  forması  göstərilən  plakatı  dinləyicilərə  nümayiş 
etdirməк olar). 
Məsələn,  fövqəladə  hadisələr  dövründə  təbii  fəlakət  və  istehsalat  qəzalarının 
nəticələri  aradan  qaldırılarkən  xilasetmə  işlərinin  təşkili  üçün  verilən  əmrdə 
bəndlərin  ardıcıllığı  və  onların  məzmunu  belə  ola  bilər  -  sənədin  adı,  sayı, 
verildiyi yer, tarixi (gün və saat) yazılandan sonra:  
1-ci  bənddə  –  baş  vermiş  təbii  fəlakətin  (istehsalat  qəzasının)  növü,  yeri, 
miqyası və nəticələri. 
2-ci  bənddə  –  fəlakətin  nəticələrini  aradan  qaldırmaq  və  işçilərə  yardım 
göstərmək  üçün  cəlb  olunan  qüvvələrin  tərkibi  və  sayı.  Xilasetmə  işlərinin 
başlanması müddəti. 
3-cü bənddə – «Əmr edirəm» ifadəsindən sonra, mülki müdafiə qərargahına, 
hər  bir  mülki  müdafiə  xidmətinə,  qüvvəsinə  tapşırıq  verilir  və  icra  müddətləri 
göstərilir. 
4-cü bənddə – işlər aparılan dövrdə MM rəhbərlərinin harada yerləşəcəyi (İM-
in yeri) və icra barədə məlumat təqdim etmək qaydası. 

5-ci bənddə – icra dövründə mülki müdafiə rəhbərinin müavinləri kimlər təyin 
edildiyi göstərilir və əmr imzalanır. 
Ə
mr icraçılara çatdırılandan sonra mülki müdafiə rəhbərinin və qərargahının 
ə
n  vacib  vəzifələri  –  tabelikdəkilərin  işlərini  hərtərəfli  təmin  və  təchiz  etmək, 
müxtəlif  dəstələrin  qarşılıqlı  fəaliyyətini  təşkil  etmək,  eləcə  də  tapşırıqların 
vaxtında yerinə yetirilməsinə nəzarət etməkdir. 
Texnikanı  yanacaqla,  şəxsi  heyəti  su  və  isti  yeməklə,  dəstələri  rabitə, 
mühafizə  vasitəsilə  və  alətlərlə,  işlərin  aparılmasına  cürbəcür  lazımi 
materiallarla  və  s.  təmin  etmək  bilavasitə  mülki  müdafiə  xidmətlərinin 
(mütəxəssislərin) məsuliyyət daşıdığı sahələrdir. 
Qarşılıqlı  fəaliyyət  dedikdə,  müxtəlif  təyinatlı  dəstələrin  eyni  yerdə  və  eyni 
vaxtda  birgə  işləyərək  eyni  məqsədə  nail  olmaq  üçün  bir-birinə  yardım 
göstərməsi nəzərdə tutulur.  
Bu hər bir qüvvənin fəaliyyətinin daha da səmərəli etmək üçündür. Qarşılıqlı 
fəaliyyət  adətən,  ən  əsas  vəzifəni  (məsələn,  adamların  xilas  edilməsi  işlərini) 
yerinə yetirən bölmələrin dəstəklənməsinə yönəldilir. Qarşılıqlı fəaliyyəti mülki 
müdafiə  rəhbəri  təşkil  etməli  və  bunun  üçün  qüvvələrin  fəaliyyəti  qaydaların, 
onlar  arasında  rabitə,  məlumat  mübadiləsi  üsullarını,  ümumi  siqnalları  və  s. 
bütün qüvvə komandirlərinə izah etməlidir.  
İ
craya nəzarət zamanı ilk növbədə elə tədbirlərin həyata keçirilməsinə diqqət 
yetirmək  lazımdır  ki,  bütün  tapşırığın  yerinə  yetirilməsi  daha  çox  onlardan 
asılıdır.  
Nəzarət,  həmçinin  qabaqlama  xarakteri  daşımalıdır  ki,  sərəncam  və 
göstərişlərin  başdansovda,  yanlış  icrasının  qarşısı  vaxtında  alınsın,  eləcə  də, 
icraçılara kömək göstərilsin. 
Mülki  müdafiə  rəhbəri  icraya  şəxsən  və  özünün  mülki  müdafiə  qərargahı 
vasitəsilə  nəzarət  edir.  Bütün  hallarda  və  ən  öncə  mülki  müdafiə  qərargahının 
borcu – tabelikdəki şəxslərin sərəncam, göstəriş və siqnalların vaxtında aldığına, 
düzgün  başa  düşdüklərinə-  tədbirlərin  vaxtında  və  tam  həcmdə  yerinə 
yetirilməsinə  icraçıların  qərar  və  fəaliyyətinin  verilən  tapşırıqlara  uyğun 
gəlməsinə nəzarət etməkdir. 
Mülki  Müdafiə  sistemində  rabitənin  və  xəbərdarlığın  təşkili.  Mülki  müdafiə 
rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri. 
Mühafizə  tədbirləri  həyata  keçirilərkən  Mülki  müdafiə  qüvvələrinə  rəhbərlik 
üçün  mülki  müdafiə  idarəetmə  sistemi  yaradılır.  Bu  sistemin  məqsədi  hər  cür 
şə
raitdə  tabelikdəki  qüvvə  və  vasitələrin  fəaliyyətə  hazırlanmasına  və  əməli 
işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.  
Rabitə  -  idarəetmə  sisteminin  tərkib  hissəsidir  və  onun  əsas  vasitələrindən 
biridir.  
Rabitə  olmadan  fasiləsiz  və  çevik  idarəetmə  mümkün  deyil.  Xüsusən 
fövqəladə  hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir. Buna görə 
də  mülki  müdafiəuin  bütün  vasilələrində,  obyektlərdə,  rayon  və  şəhərlərdə, 

respublikada  onların  rəhbərlərinin  qərarları  ilə  müvafiq  rabitə  və  xəbərdarlıq 
sistemləri təşkil edilir.  
Mülki  müdafiənin  rabitə  sistemi  mövcüd  olan  bütün  rabitə  qüvvələri  və 
vasitələrinin,  o  cümlədən  də  obyekt  daxili  rabitə  şəbəkəsinin  vahid  təşkilati-
texniki birliyinə deyilir.  
Belə  sistem  ümumdövlət  və  sahə  rabitə  xətlərindən,  radio,  radio-rele  və 
məftilli  rabitə  qovşaqlarından  və  stansiyalarından  eləcə  də  mülki  müdafiə 
qərargahlarının  tabelli  texniki  rabitə  avadanlığından,  səyyar  və  siqnal 
vasitələrindən istifadə edilməklə yaradılır. 
Bütün  səviyyələrdən  olan  rabitə  sisteminin  əsas  vəzifələri
  -  tabelikdəkilərin 
fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını 
həmçinin  sərəncəmların,  siqnalların  məlumatların  vaxtında  verilməsi  və  qəbul 
olunmasını təmin etməkdən ibarətdir. 
Rabitə - yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin 
qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir. 
Rabitə  sistemi  işə  daim  hazır  vəziyyətdə  saxlanmalı,  informasiyanın  etibarlı 
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir. 
Buna  nail  olmaq  üçün  idarəetmə  məntəqələrində  rabitə  qovşaqlarını 
ə
vvəlcədən  yaratmaq,  bütün  rabitə  vasitələrindən  kompleks  halında  istifadə 
etmək,  eləcə  də  rabitə  vasitələrinin  ehtiyatlarını  yaratmaq  lazımdır.  Fövqəladə 
hallarda  rabitə  sisteminin  sabitliyini  artıran  tədbirlərin  həyata  keçirilməsi, 
qərargah  və  xidmət  işçilərinə  texniki  rabitə  vasitələrini  dəqiq  işlətmək,  onlara 
vaxtında  və  düzgün  xidmət  göstərmək  qaydalarının  öyrədilməsi,  şəxsi  heyətin 
və  avadanlığın  etibarlı  müdafiəsinin  təmin  olunması  da  bu  sahədəki  əsas 
tədbirlərdəndir. 
Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə 
vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyirlər. 
Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki bir çox 
orqanlarla eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir. 
Məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki müdafiənin 
bütün strukturlarında geniş istifadə olunur. 
Səyyar  rabitə  vasitələri  xüsusən  xilasetmə  işləri  aparılan  vaxt  cürbəcür 
operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də 
yuxarı  qərargahlara  çatdırmaq  üçündür.  Səyyar  rabitə  vasitəsi  kimi 
təyyarələrdən, 
helikopterlərdən, 
avtomobillərdən 
və 
digər 
nəqliyyat 
vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər. 
Siqnalla  rabitə  vasitələrindən
  -  əhalini  xəbərdar  etmək,  habelə  göstəriş  və 
siqnalları təkrar vermək  məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və 
ə
l sirenalarından, siqnal raketlərindən, yeni işıq və səs siqnalı verən vasitələrdən 
ibarətdir. 
Mülki  müdafiəin  xəbərdarlıq  sistemi  də  rabitə  vasitələri  əsasında  təşkil 
olunmuşdur.  

Xəbərdarlıq  sistemi  dedikdə,  mülki  müdafiə  orqanlarına  əhaliyə  siqnal  və 
göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur. 
Bu 
sistemə 
mərkəzləşdirilmiş 
xəbərdarlıq 
aparatları, 
radio-yayım 
(translyasiya) şəbəkəsi və sirenalar daxildir.  
Sistemin  əsas  vəzifəsi
  mülki  müdafiəin  rəhbər  heyətinə,  qərargahlar  və 
xidmətlərə  idarəetmə  orqanlarını,  mülki  müdafiə  qüvvələrini,  obyektləri 
müxtəlif  hazırlıq  səviyyələrinə  keçirmək  haqqında  sərəncamları  vermək,  eləcə 
də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə, 
təbii  fəlakət  və  qəzalar  barədə  siqnalları,  xəbər  və  məlumatları  qısa  müddətdə 
çatdırmaqdır. 
Xəbərdarlıq  müvafiq  mülki  müdafiə  rəhbərinin,  yaxud  yuxarı  qərargahın 
göstərişlərinə  əsasən  təşkil  edilir.  Xəbərdarlıq  siqnalları  bütün  rabitə  və  yayım 
vasitələri  ilə  növbədənkənar  verilir  və  yerli  mülki  müdafiə  qərargahları 
tərəfindən təkrar etdirilir. 
Rabitənin və xəbərdarlığın təşkilində MM qərarğahlarının rolu. 
Qərarğah  bütün  mühafizə  işlərinin  təşkilatçısı,  mülki  müdafiənin  əsas 
idarəetmə  orqanıdır.  Etibarlı  rabitə  sisteminin  yaradılmasına  və  xəbərdarlığın 
vaxtında  təşkil  edilməsinə  məhz  qərarğah  cavabdehdir.  Bu,  onun  ən  vacib 
vəzifələri sırasına daxildir. 
Qərarğah  rabitəni  və  xəbərdarlığı  mülki  müdafiə  rəhbərinin  qərarı  və  yuxarı 
qərarğahın  rabitə  haqqında  sərəncamı  əsasında  təşkil  edir.  Rabitənin  təşkilinə 
ümumi rəhbərlik şəxsən mülki müdafiə qərarğahının rəisinə həvalə olunur. 
O  özünün  tabeliyindəki  rabitə  qüvvələri  və  vasitələrinin  vəziyyətini  və 
imkanlarını 
bilməyə, 
rabitənin 
təşkili 
üzrə 
vəzifələri 
vaxtında 
müəyyənləşdirməyə  və  tabelikdə  qərarğahlara,  qüvvələrə  rabitənin  yaradılması 
barədə sərəncam verməyə borcludur. 
Rabitəni  və  xəbərdarlığı  bilavasitə  təşkil  etmək  və  həyata  keçirməkdən  ötrü 
şə
hərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə 
və  vasitələrdən  istifadə  etməklə  rabitə  xidməti  və  hərbiləşdirilməmiş  rabitə 
dəstələri  yaradılır.  Xidmətin  rəisi  vəzifəsinə  xidmət  yaradılan  müəssisənin, 
bölmənin  (rabitə  qovşağı,  telefon  stansiyası)  rəhbəri  təyin  olunur.  Belə  xidmət 
yaratmaq  üçün  baza  (rabitə  qovşağı,  telefon  stansiyası)  olmayan  obyektlərdə 
rabitə  və  xəbərdarlığın  təşkil  vəzifəsi  mülki  müdafiə  qərargahı  rəisinin 
köməkçilərindən  birinə  həvalə  edilə  bilər.  Xidmətin  rəisi  rabitə  və  xəbərdarlıq 
üzrə  tədbirlərin  planlaşdırılması,  vaxtında  həyata  keçirilməsi,  qüvvə  və 
vasitələrin daim hazır vəziyyətdə saxlanması, avadanlığın təmir olunması üçün 
cavabdehdir. 
Rayonda, obyektdə rabitənin və xəbərdarlığın təşkili. 
Şə
hərin  (rayonun)  ərazisində  vahid  mülki  müdafiə  rabitə  sistemi 
yaradılmalıdır.  Buna  bütün  mövcüd  qüvvə  və  vasitələri,  o  cümlədən  də  dolayı 
rabitə xətlərini bir mərkəzdə (mülki müdafiə rabitə xidmətlərində) cəmləşdirmək 
onlara  rəhbərliyi  mərkəzləşdirilmiş  halda  planlaşdırmaq  və  rabitənin  bütün 
növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür. 

Şə
hərin  (rayonun)  rabitə  xidməti  imkan  verməlidir  ki,  mülki  müdafiə 
rəhbərləri  öz  idarəetmə  məntəqələrindən  tabelikdəki  təşkilatların  və  mülki 
müdafiə  xidmətlərinin  başçıları  ilə  yuxarı  və  qarşılıqlı  fəaliyyət  gösrən  mülki 
müdafiə qərargahları ilə, eləcə də ərazi mülki müdafiə dəstələrinin komandirləri, 
kəşfiyyat  orqanları,  əhalini  köçürmə  (qəbuletmə),  nəqliyyata  mindirmə 
(düşürmə)  məntəqələri  ilə  etibarlı  əlaqə  saxlaya  bilsin,  həmçinin,  hər  cür 
təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək 
mümkün olsun. 
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) 
olduğu  kimidir.  Burada  rabitə  sistemi  konkret  olaraq  müəssisənin  rabitə 
qovşağını  (rabitə  vasitələrini)  və  mülki  müdafiə  dəstələrinin  rabitə  vasitələrini 
özündə  cəmləşdirir.  İri  müəssisələrin  rabitə  qovşaqlarında  adətən,  istehsalat 
avtomat-telefon  stansiyası  (İATS),  radioyayım  qovşağı,  texnoloci  rabitə  xətləri 
(sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur. 
Obyektlərin  idarəetmə  məntəqələrindəki  rabitə  qovşağında  isə  kommutator 
(telefon 
stansiyası), 
radiorabitə 
vasitələri 
(əsasən 
ultraqısadalğa 
radiostansiyaları),  siqnal  vasitələri,  vacib  obyektlərdə  isə  həmçinin  son  bloku 
xəbərdarlıq aparaturu olmalıdır. 
Mülki  müdafiə  qüvvələrinin  rabitə  vasitələri-müxtəlif  tipli  telefon 
aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel 
üzrə verilən digər avadanlıqdan ibarətdir. 
Obyektlərdə  də  rabitənin  adları  çəkilən  bütün  dörd  növündən  aşağıdakı 
qaydada istifadə olunur: 
- məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə:  
-  obyektin  sığınacaqları,  müşahidə  postu,  öz  iş  yerlərindəki  sex  və  şöbə 
rəisləri və obyektin mülki müdafiə xidmətləri ilə əlaqə saxlamaq mümkündür. 
- radiorabitə - obyektdə, adətən mülki müdafiə rəhbərinin radioşəbəkəsi təşkil 
edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur.  
Obyekt  mülki  müdafiə  rəhbərlərinin  radiostansiyası  isə  şəhər  (rayon) 
rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və 
zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur. 
- səyyar rabitədən - texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə 
vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə 
edilir. 
-  siqnalla  rabitə  vasitələri  -  sirenalar,  siqnal  raketləri  və  bayraqcıqları  həm 
xəbərdarlıq  üsün,  həm  də  mülki  müdafiənin  sərəncam  və  komandalarını 
çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir. 
Rabitə  xidmətini  icra  etmək  üçün  obyektlərdə,  eləcə  də  mülki  müdafiə 
qüvvələrində  rabitə  qrupları  və  manqaları  yaradılır.  Bunlardan  təşkilati 
strukturu,  şəxsi  heyətinin  sayı  və  avadanlıqla  təchizat  normaları  yuxarı  mülki 
müdafiə  rəhbərləri  tərəfindən  müəyyən  edilir.  Obyektin  rabitə  sistemi  mülki 
müdafiəin  bütün  fəaliyyət  mərhələlərində  -  yəni  müəssisənin  daimi  yerləşdiyi 

yerdə  və  xilasetmə  işləri  aparılan  sahələrdə  obyekt  rəhbərini  etibarlı  rabitə  ilə 
təmin etməlidir. 
Müəssisənin daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçirilərkən 
rabitə burada əvvəlcədən hazırlanm 
ış idarəetmə məntəqəsindən təşkil edilir. 
Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır: 
- obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar; 
-  nazirliyin  (şirkətin)  eləcə  də  rayonun  (şəhərin)  mülki  müdafiə  qərargahı 
digər təşkilatları ilə telefon rabitəsi; 
-  müəssisənin  sığınacaqları,  «Hava  həyacanı»  siqnalı  üzrə  işini 
dayandırmayan  sexləri,  eləcə  də  mülki  müdafiə  qüvvələri,  o  cümlədən  də 
müşahidə postu ilə bilavasitə, yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi; 
-  rayonun  köçürmə  (qəbuletmə),  toplanış,  nəqliyyata  mindirmə  (düşürmə) 
məntəqələri ilə 
şə
hərin ATS-i vasitəsilə telefon rabitəsi; 
-  obyektin  şəhərdənkənar  zonadakı  operativ  qrupu  ilə  sifariş  sistemi 
qaydasında telefon rabitəsi; 
-  yerli  mülki  müdafiə  qərargahı  və  fəaliyyətdə  olan  kəşfiyyat  bölmələri  ilə 
radio  rabitəsi.  Digər  hallarda  da  rabitənin  müxtəlif  növlərindən  kompleks 
surətdə istifadə edilir. 
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:  
-  xəbərdarlıq  siqnallarının  həm  respublika  Mülki  müdafiə  idarəsi  tərəfindən 
verilib,  regional  şöbələrə,  şəhərlərə  və  rayon  mərkəzlərinə  çatdırılması 
mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt mülki 
müdafiə qərargahlarının özləri tərəfindən verilə bilər.  
Birinci  halda  -  respublika  Mülki  müdafiə  idarəsindən,  yaxud  onun  regional 
ş
öbələrindən,  rayon  mərkəzlərinə  çatdırılan  siqnallar  yerli  qərargah  tərəfindən 
təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir. 
Rəhbər-heyət  iş  və  mənzillərdəki  telefon  vasitasilə  xəbərdar  edilir.    Əhaliyə 
siqnal,  xəbər  və  məlumatlar  iş  və  yaşayış  yerlərindən  müvafiq  mülki  müdafiə 
rəhbərləri  tərəfindən,  eləcə  də  yerli  radioyayım  şəbəkəsi  ilə  çatdırılır.  İstehsal, 
sosial  və  digər  təşkilatların  rəhbərlərinə  rayonun,  bir  sıra  hallarda  isə  paralel 
nazirliyin  mülki  müdafiə  qərargahları  xəbər  verirlər.  Obyektlərdə  isə  öz 
növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, 
eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir. 
Xəbərdarlıq  sxemi  obyektdə  rəhbər  heyətin,  mülki  müdafiə  qüvvələrinin  və 
digər  işçilərin  iş  və  qeyri  iş  vaxtı  xəbərdar  edilməsi  qaydasını  müəyyən  edən 
sənəddir. 
Siqnal  və  sərəncamları  tez  çatdırmaq  üçün  vacib  obyektlərin  mülki 
müdafiənin  mərkəzləşdirilmiş  avtomat  xəbərdarlıq  sisteminə  qoşurlar.  Belə 
sistem obyektin özündə də yaradıla bilər. 
Mərkəzləşdirilmiş  avtomat  xəbərdarlıq  sisteminin  tərkibi  S-40  və  S-28 
elektrik  sirenalarından  məsafədən  idarəetmə  və  məcburi  çağırış  aparaturundan 
(MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir. 

S-40  elektrik  sirenası  küçələrdə  qoyulmaq  üçündür,  səsi  300-700  metrdən 
eşidilir. 
S-28  sirenası  isə  sənaye  müəssisələrinin  səs-küylü  sexlərində  qoşulur. 
Məsafədən  idarəetmə  və  məcburi  çağırış  P-160  aparaturu  elektrik  sirenalarının 
mərkəzdən  işə  qoşulmasını,  xəbərdarlıq  siqnalları  vermək  üçün  radioyayım 
qovşağı  proqramının  məsafədən  məcburi  surətdə  dəyişdirilməsini,  eləcə  də 
rəhbər  heyətin  iş  və  mənzil  telefonlarına  çağırış  siqnallarının  məcburən 
verilməsini təmin edir. 
Aparatura saz telefon şəbəkəsinin danışıq gedən və ya baş xətləri üzrə işləyir. 
Beləliklə,  bütün  bu  vasitələrdən  istifadə  rayonlarda,  obyektlərdə  təhlükə 
yarandığı  barədə  «Hamının  diqqətinə!»  xəbərdarlıq  siqnalını  əhaliyə 
çatdırmağın vahid sistemi yaradılır. 
Təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə 
düşmən  basqını  barədə  əhalini  xəbərdarlığın  əsas  üsulu  radio  və  televiziya 
vasitəsilə  şifahi  xəbərlərin  verilməsidir.  Belə  xəbərlərdən  əvvəl  hökmən 
«Hamının  diqqətinə!»  siqnalı  elan  edilməlidir.  Əldə  olan  xəbərvermə 
vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnit 
məlumat  daşıyıcılardan  istifadə  etməklə  siqnalı,  eləcə  də  «Hava  həyəcanı», 
«Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin 
müxtəlif  təbii  fəlakət  və  istehsalat  qəzaları  barədə  xəbərlərin  məzmununu 
dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarına riayət olunmalıdir. 
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə, əlavə olaraq, lokal (məhəlli) 
xəbərdarlıq  sistemi  də  yaradılmalıdır.  Bu  sistem  obyektlərin  və  ərazinin  vahid 
bir  struktura  birləşdirilmiş  xəbərdarlıq  vasitələrindən  ibarətdir.  Məqsədi  - 
fövqəladə  hallar  yarandığı  barədə  həmin  obyektin  işçilərini,  habelə  ehtimal 
olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, 
idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir. 
Lokal  xəbərdarlıq  sisteminin  quraşdırılması  sxemi  və  iş  prinsipi,  kimyəvi 
təhlükəli müəssisələrdə belə ola bilər:  
- kimyəvi təhlükəli obyektin  radiotranslyasiya (radioyayım) qovşağı-buradan 
yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə 
vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki 
radio  reproduktorlar.  Burada  elektrik  sirenaları  ancaq  «Hamının  diqqətinə!» 
siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və 
məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür. 
Təhlükə  barədə  siqnal  və  məlumatlar  obyektin  radioyayım  qovşağından  ya 
bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə 
bilər.  Güclü  qəzalar  zamanı  şəhərin  lokal  xəbərdarlıq  sistemi  ilə  əhatə 
olunmamış  rayonlarda  əhalini  xəbərdar  etmək  və  onların  zəhərli  zonaya 
girməsinin qarşısını almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə 
etmək mümkündür. 

Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon 
stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq 
daha məqsədə uyğundur. 
Lokal  xəbərdarlıq  sistemindən  istifadə  qaydası  belədir:  “kimyəvi  təhlükəli 
obyektdə  güclü,  təsirli,  zəhərli  maddələrin  ətrafa  yayılması  ilə  baş  verən  qəza 
hallarında  növbətçi  dispetçerin  fəaliyyət  qaydası  haqqında  birtipli  təlimat” 
mövcuddur.  Bu  sənədə  görə,  belə  obyektlərdə  fövqəladə  hallar  yaranarkən 
müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək 
radiusda  yerləşən  digər  müəssisələrin,  idarə  və  təşkilatların  rəhbərlərinə,  eləcə 
də  əhaliyə  xəbər  vermək  üçün  müstəqil  olaraq  qərara  gəlmək  səlahiyyətinə 
malikdir. 
Deməli,  o,  belə  hallarda  heç  bir  əlavə  göstəriş  gözləmədən  müəssisənin 
rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə, 
tibb  xidmətlərinin)  növbətçilərinə  mülki  müdafiə  qüvvələrinə,  digər  idarə  və 
təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə 
hallar  komissiyası  və  mülki  müdafiə  qərargahlarının  növbətçisinə,  habelə 
ə
haliyə xəbər verməlidir.  
Mülki müdafiə qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini 
texniki  vasitələrlə  elan  edərək,  bundan  sonrakı  davranışı  nizama  salır.  Adətən, 
xəbər  və  göstərişlərin  mətnlərini  proqnoz  məlumatları  əsasında  müxtəlif 
variantlarda  tərtib  edib  qərargahların  operativ  növbətçilik  otaqlarında 
saxlayırlar. 
Mülki  müdafiə  İdarəsi  idarəetmə  prosesində  məlumatların  toplanması  və 
sistemləşdirilməsi,  sərəncamların,  siqnalların  tez  və  dəqiq  çatdırılması  üçün 
texniki  vasitələrdən  geniş  istifadə  etməyə  çalışmalıdır.  Kiçik  şəhərlərin,  kənd 
rayonlarının  və  obyektlərin  mülki  müdafiə  qərargahlarında  bu  məqsədlə  vahid 
formalı formalaşdırılmış sənədlərdən, operativ vəziyyətin dəyişməsi, göstərilən 
maqnit  əsaslı  iş  xəritəsindən  kodlaşdırılmış  danışıq  və  siqnal  cədvəllərindən, 
zəhərlənmə  zonaların  xəritələrdə  qeyd  etmək  üçün  şablonlardan,  müxtəlif 
sənədlərin blanklarından və idarə prosesini sürətləndirən digər sadə vasitələrdən 
istifadə olunur. 
Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili. 
FH  komissiyası  Respublikanın  inzibati-ərazi  bölgüsünə  və  sahə  idarəetmə 
orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və 
digər  yaşayış  məntəqələrini,  istehsalat  sahələri  üzrə  bütün  nazirlikləri,  baş 
idarələri və hər cür sosial obyektlərini əhatə edir:  
- rəhbər orqanlar;  
- gündəlik idarəetmə orqanları;  
-  ətraf  mühitə  və  təhlükə  potensiallı  obyektlərə  nəzarət  və  müşahidə  edən 
qüvvə və vasitələr: fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə 
və vasitələr rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər 
müəyyən edilmişdir.  
Komissiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir: 

-  Fövqəladə  halların  qarşısını  almaq  və  onların  nəticələrini  zəiflətmək 
məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək; 
- ətraf mühitə və təhlükə potensialı obyektlərdə daimi müşahidə və nəzarətin 
təşkil 
edilməsi, 
fövqəladə 
hallarda 
baş 
verə 
biləcək 
vəziyyətin 
proqnozlaşdırılması və qiymətləndirilməsi; 
-  fövqəladə  hallar  yaranarkən  idarəetmə  orqanlarının,  qüvvə  və  vasitələrin 
fəaliyyət göstərməyə daim hazır olmasını təmin etmək; 
-  fövqəladə  hallara  qarşı  profilaktika  tədbirləri  görmək,  qüvvə  və  vasitələri 
saxlamaq  və  təchiz  etmək,  xilasetmə  işləri  aparmaq  və  zərər  çəkmiş  əhaliyə 
yardım  göstərmək  üçün  lazımi  maliyyə,  maddi-texniki  vəsait  ehtiyatları 
yaratmaq; 
- fövqəladə hallar ehtimalı barədə xəbər və məlumatlar toplamaq, elə halların 
nəticələrinin  aradan  qaldırılmasına  kömək  göstərmək,  sahəsində  digər 
rayonların,  regionların  fövqəladə  komissiyaları  ilə  qarşılıqlı  fəaliyyəti  təşkil 
etmək; 
-  fövqəladə  hallar  yaranərkən  və  onların  nəticələri  aradan  qaldırılarkən 
fəaliyyətə rəhbərlik etmək. 
 Fövqəladə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan  Dövlət  Sisteminin  gündəlik 
idarəetmə orqanları aşağıdakılardan ibarətdir: 
-  fövqəladə  hallara  görə  bütün  səviyyədən  onlar  ərazi  komissiyalarının 
növbətçi  xidmətlərindən  (deməli,  bütün  komissiyalar  yanında  növbətçi 
xidmətlər olmalı, onlar fəaliyyətə daim hazır halda saxlanmalıdır); 
-  nazirliklərin,  baş  idarələrin,  sənaye  və  sosial  təyinatlı  obyektlərinin 
növbətçi-dispetçer  xidmətlərindən  (belə  xidmətlər  təhlükə  potensiallı  bütün 
obyektlərdə olmalıdır); 
- bütün səviyyədən olan Mülki müdafiə qərargahlarından; 
-  respublikanın  əhəmiyyətli  xilasetmə  qüvvələrinin  və  digər  qüvvələrin 
növbətçi xidmətlərindən. 
Beləliklə,  fövqəladə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan  Dövlət  sisteminin 
rəhbər  orqanları  (komissiyalar)  və  saydığımız  bu  gündəlik  idarəetmə  orqanları 
onun idarəetmə sistemini təşkil edir. 
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin