Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   13   14   15   16   17   18   19   20   21
mulki az03032016


colloid 
süzgəclərdən istifadə edilir. 
Su  təhcihatı  sistemində  suyu  təmizləyici  qurğularda  xüsusi  təlimatlara  müvafiq  olaraq 
xlorlayirlar. 
Mühafizə tədbirlərinə  əməl  edilmədən  əhalinin ixtiyarında olan  ferdi  yeyinti  məhsulları 
ehtiyatı yandırılmalıdır. 
Taralarda  saxlanan  ərzaq  bakterioloji  vasitələrlə  zəhərləndikdə  əvvəlcə  taraların  səthini 
10%-li ammonium-sulfat məhlulu və 20%-li xlorlu əhəng məhlulu ilə yuyur, sonra həmin 
məhlullarda isladılmiş əsgi ilə silirlər. Zəhərsizləşdirilmiş taralardan çıxarılmış ərzağı uzun 
müddət  yüksək  temperaturda  qaynadıb,  laboratoriyada  yoxladıqdan  sonra  işlədirlər. 
Konservləri  və  kip  taralardakı  digər  məhsulları  açana  qədər  3%-li  soda  məhlulunda  100-
110
o
 S temperaturda 30-60 dəq.qaynadırlar. 
Bakteriloji  vasitələrlə  zəhərlənmiş  çörəyi,  unu  və  suxarını  mümkün  olan  qədər 
zərərsizləşdirib, ondan heyvanlara yem kimi istifadə edir, ya da məhv edirlər. Əti, balığı iki 
saat  müddətində  qaynatmaqla  zərərsizləşdirirlər.  Ət  parçalarının  çəkisi  1  kq  olmalıdır. 
Yağları 110
o
 S-dən aşağı olmayan temperaturda 30-60 dəq. qızdırırlar. 
Dənli  yemi  aşağıdakı  kimi  zərərsizləşdirirlər:  patogen  mikrobların  sporları  ilə 
zəhərlənmiş ot tayası və dən qalağı səthini, ot tayası, yaxud dən qalağının 1m kvadratına 2 
litr hesabından 4%-li formaldehid məhlulu ilə iki dəfə (24 saat ara verməklə) təmizləyirlər. 
Dənli  yemi  agzı  qapaqlı  sukeçirməyən  çəlləklərdə  4%  formaldehid  məhlulu  (1:1-ə 

nisbətində) içərisinə tökmək olar, 24 saatdan sonra dəni buradan çıxarıb, preparatın iyi yox 
olana qədər qurudurlar. 
Botulizm  xəstəlik törədən  mikrobları,  yaxud onun toksinləri  ilə  zəhərlənmiş  dənli yemi 
1%-li  natrium-hidroksid  məhlulunda  4  saat  isladır,sonra  üç  dəfə  təmiz  suda  yuyub 
qurudurlar. 
Zərərsizləşdirmədə  yüksək  temperaturdan  -  qizdırılma,  bişirmə,  dənli,  kombinə  edilmiş 
yemin, kəpəyin, jmıxın və s. buğa verilməsi istifadə edilə bilər. Dən (kombinə edilmiş yem) 
adi  parça  kisələrə  doldurulmuş  halda  olduqda  kisəni  açmadan  8  saat  müddıtində  4%-li 
formaldehid  məhlulunda,  ya  alqı-satqı  müddətində  6%-li  hidrogen-peroksid  məhlulunda, 
yaxud 2 saat 2%-li aktivləşdirilmış xloramin məhlulunda saxlayırlar. Bu müddət keçdikdən 
sonra  yem  yoxlanilır  və  təmiz  taralara  boşaldır,  kisələri  isə  2  dəfə  dezinfeksiya  edirlər. 
Çoxqatlı  kağız  kisələrdə  olan  yemi  zərərsizləsdirdikdə  kisələrin  xarici  səthini    göstərilən 
məhlullarla təmizləmək olar. Belə kisələri boşaltdıqdan sonra yandırırlar. 
Dənli  yemi  zərərsizləşdirmək  üçün  qaz  üsulu  ilə  dezinfeksiyadan  da  istifadə  edirlər. 
Etilen oksidi və metilbromiddən istifadə etməklə kipləşdirilmiş dən anbarlarını, kameraları, 
yaxud  sintetik  materiallardan  hazırlanmış  qeyri-keçirici  taraları  dezinfeksiya  etmık  olar. 
Kipləşdirilmiş kameralar yemlə ancaq 1/3 həcmlə doldurulmuşsa, müsbət effekt əldə edilir. 
300mm  civə,  süt  ,vakuum  şəraitində  və  20*S  temperaturda  1  m  kub  sahəyə  1.5  kq  etilen 
oksidi sərf etdikdə 5 saatdan sonra sporlar məhv olur. 
Belə yemlərdən istifadə edilməsi ancaq laboratoriya analizindən sonra qərara alınır. 
Yeyinti  məhsullarının  xlorlu  əhəng,  karbon  turşusu  ,  formalin,  kreolin,  lizol  məhlulu, 
yaxud digər iyli vasitələrlə dezinfeksiya olunması 
qəti qadağan edilir. 
 Zərərsizləşdirilməsi  mümkün  olmayan,  yemək  üçün  heyvanlara  yem  və  texniki 
məqsədlər  üçün  yaramayan  bütün  məhsulları  məhv  edirlər.  Belə  məhsulları  xüsusi 
meydançalara töküb yandırırlar, ya da üzıərinə pis iyi verən maddələr töküb ən azı 1.5 m 
dərinliyində yerə basdırırlar. Məhv edilmiş bütün məhsullar üçün akt tərtib edirlər. 
 
Yekun hissə - 5 dəq. 
 
  Dərsin  mövzusunu  təkrar  edərək,  qarşıda  qoyulmuş  məqsədə  nail  olunmasını  elan 
edirəm, tələbələrə ev tapşırığı verirəm. 
 
 
Mövzuya aid yoxlama suallar: 
 
1.  Fövqəladə  halların  qarşısını  almaq  nəyi  nəzərdə  tutur  və  buraya  hansı  tədbirlər 
daxildir? 
2. Mülki müdafiədə hansı görülən işlərə xilasetmə və digər təxirəsalınmaz işlər deyilir? 
2. Qəza-xilasetmə işlərinə hansı işlər aiddir? 
3. Digər təxirəsalınmaz hansı işlər aiddir? 
4. Nüvə zədələnməsi ocağın hansı tədbirlər görülür? 
5. Zəlzələ rayonlarında hansı tədbirlər görülür? 
6. Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsinə hansı işlər aiddir? 
7. Uçqun altında qalmış sığınacağın açılması və insanların oradan   
çıxarılması üçün hansı tədbirlər görülür? 
8.  Uçqunların  altından,  zədələnmiş  və  yanan  binalardan  insanların  xilas  edilməsi  üçün 
hansı tədbirlər görülür? 
9. Təbii fəlakətlər zamanı aparılan xilasetmə işlərinin və digər   
təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri nədən ibarətdir? 
10. Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinə hansı işlər   
aiddir? 
11. Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin   

xüsusiyyətləri nədən ibarətdir? 
12. Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən müvafiq  
təhlükəsizlik qaydaları hansılardır? 
13. Zəhərlənmələrin nəticələrinin aradan qaldırılmasına hansı işlər daxildir? 
14. Dezaktivasiya nədir, hansı üsulla aparılır və görülən işlər nədən  
ibarətdir? 
15. Deqazasiya nədir və görülən işlər nədən ibarətdir? 
16. Dezinfeksiya nədir, hansı məqsədlərlə aparılır, görülən işlər nədən  
ibarətdir? 
17. Deratizasiya nədir, hansı məqsədlərlə aparılır, görülən işlər nədən  
ibarətdir? 
18. Tam sanitariya təmizlənməsi nədir, görülən işlər nədən ibarətdir? 
19. Qismən sanitariya təmizlənməsi nədir, görülən işlər nədən ibarətdir? 
 
Mülki müdafiə fənninin müəllimi                        Neymət Lətifov 
 
 

                                                               
 
 
 
 
Azərbaycan Dövlə
İ
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
Mövzu 7: “Fövqəladə hallarda  
rabitə, xəbərdarlığın təşkili və  
həyat fəaliyyətinin təmini” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                        
                                                                                      “Təsdiq edirəm” 

                                                                                    Mülki müdafiə  
                                                                                    kafedrasının  müdiri   
                                                                                    ___________   Elçin Əliyev 
 
                                                                                    “___”  mart 2015-ci il 
 
 
Azərbaycan Dövləİqtisad Universitetinin 
tələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
  Mövzu 7: “Fövqəladə hallarda rabitə, xəbərdarlığın təşkili və həyat    
                     fəaliyyətinin təmini” 
 
  Keçirmə vaxtı:        2   saat 
       
  Keçirmə üsulu:       mühazirə 
 
  Keçirmə yeri:          auditoriya 
 
  Dərsin məqsədi:  Tələbələrə fövqəlada hallar zamanı mülki müdafiə rabitə və   
                              xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və   
                              idarəetmə məntəqələri, onların təyinatı, növləri və vasitələri    
                              barədə məlumatlandırmaq, xəbərdarlıq siqnalları, onların verilmə   
                              qaydaları və vasitələri ilə tanış etmək. 
 
   Dərsin sualları: 1. Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq    
                              sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə               
                              məntəqələri, onların təyinatı, növləri və vasitələri.    
                               2. Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və   
                             əhalinin davranış qaydaları.
 
  
   
Ə
dəbiyyat:      -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu; 
                            -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193           
                            nömrəli qərarı; 
                            -  H.Ocaqov  -  “Mülki Müdafiə”  
                            -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                            -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
 
 
I. Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.  
Dərsin mövzusunu, məqsədini, sualları elan edirəm. 
 
 
II. Əsas hissə - 80 dəq. 

 
1-ci sual. Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq  
sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə məntəqələri, 
onların  təyinatı, növləri və vasitələri.  
 
Mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri. 
Mühafizə  tədbirləri  həyata  keçirilərkən  mülki  müdafiə  qüvvələrinə  rəhbərlik 
üçün  mülki  müdafiə  idarəetmə  sistemi  yaradılır.  Bu  sistemin  məqsədi  hər  cür 
şə
raitdə  tabelikdəki  qüvvə  və  vasitələrin  fəaliyyətə  hazırlanmasına  və  əməli 
işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir. 
Rabitə  idarəetmə  sisteminin  tərkib  hissəsidir  və  onun  əsas  vasitələrindən 
biridir.  Rabitə  olmadan  fasiləsiz  və  çevik  idarəetmə  mümkün  deyil.  Xüsusən 
fövqəladə hadisələr yaranan dövrdə çox böyük əhəmiyyət kəsb edir. 
a) İdarəetmənin mahiyyəti, vəzifələri və ona verilən əsas tələblər. 
Fövqəladə  hadisələr  dövrlərində  müdafiə  tədbirlərinin  vaxtında  və 
müvəffəqiyyətlə  yerinə  yetirilməsini  təmin  edən  başlıca  şərtlərdən  biri  -  mülki 
müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti - mülki 
müdafiə  rəhbər  və  qərargahının  özlərinə  tabe  olan  qüvvələrə  daim  rəhbərlik 
etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən 
ibarətdir. 
Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır: 
-  Mülki  müdafiə  tədbirlərinin  və  qüvvələrin  fəaliyyətinin  əvvəlcədən 
planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi; 
-  fövqəladə  hadisələr  baş  verərkən  yaranmış  vəziyyət  barədə  mə’lumatların 
fasiləsiz surətdə toplanması və öyrənilməsi; 
- fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması; 
-  qarşılıqlı  fəaliyyətin  təşkili  və  görülməli  işlərin  hərtərəfli  təmin  və  təchiz 
olunması; 
-  iş  tapşırıqlarının  tabelikdəkilər  tərəfindən  vaxtında  icra  edilməsinə  nəzarət 
və onlara lazımi yardım göstərilməsi; 
-  mülki  müdafiə  qüvvələrində  və  qərargahlarında  şəxsi  heyətin  yüksək 
mənəvi-psixoloci ovqatının saxlanması. 
Mülki müdafiə - mülki müdafiə rəhbərinin qərarına əsasən idarə edilir. Qərar 
qəbul etmək mürəkkəb, həm də məsuliyyətli işdir və mülki müdafiə rəhbərinin 
ə
sas hüququ, başlıca vəzifəsidir. Mülki müdafiə rəhbəri tərəfindən qəbul edilmiş 
qərarın  müddəaları  mühafizə  və  digər  tədbirlərin  planlaşdırılmasına,  eləcə  də 
tabelikdəkilərə  verilən  iş  tapşırıqlarında  və  başqa  prinsipial  məsələlərdə  öz 
ə
ksini tapmalıdır. Mülki müdafiə rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin 
ə
sas  məqsədini,  mahiyyətini  və  icra  yollarını  müəyyən  edən  ana  xətt  rolunu 
oynayır.  Buna  görə  də  belə  qərarlar  konkret  şəraitə  uyğun  gəlməli,  qüvvə  və 
vasitələrdən səmərəli istifadə olunmasını təmin etməlidir. 
Ehtimal  olunan  hərbi  münaqişələrin  xarakterindən  asılı  olaraq  hazırda 
idarəetmə fəaliyyətinə yüksək tələblər verilir.  
Bunlardan ən əsasları aşağıdakılardır: 

- İdarəetmə qətiyyətli olmalıdır. Bu mülki müdafiə rəhbərlərinin inamla qərar 
qəbul  etmək  bacarığından  və  bu  qərarın  tabelikdəkilər  tərəfindən  icrasına 
qətiyyət  inadla  nail  olmasından  ibarətdir.  Bu  tələb  -  sərəncam  vermə 
funksiyasını yerinə yetirərkən mülki müdafiə rəhbərinə verilən təkbaşına hərəkət 
etmək hüququndan, yəni mülki müdafiə vahid rəhbərlik prinsipindən irəli gəlir. 
Bu o deməkdir ki, hər bir qərar, onu mülki müdafiə rəhbəri təsdiq edib icra üçün 
sərəncəm verənədək müzakirə oluna bilər. Bundan sonra isə o dəqiq və vaxtında 
həyata keçirilməlidir. İdarəetmənin qətiyyətli olması - qəbul edilmiş qərarların, 
planların  icrasına  ciddi  nəzarəti,  tabelikdəki  heyətə  yüksək  tələbkarlıq 
göstərilməsini,  icradar  boyun  qaçırmaq  üçün  subyektiv,  yaxud  obyektiv 
bəhanələr axtarılmasına yol verilməməsini nəzərdə tutur; 
-  idarəetmə  çevik  olmalıdır.  Bu  vəziyyətin  dəyişməsinin  operativ  və  çevik 
surətdə  nəzərə  alınması  deməkdir.  mülki  müdafiə  rəhbəri  vəziyyətin,  şəraitin 
dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəyişib dəqiqləşdirməyə, yaxud yeni 
qərar qəbul etməyə, icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. 
Buna  nail  olmaq  üçün  başlıca  şərt  yaranmış  vəziyyəti  bilmək,  onu  dərhal 
qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır; 
- idarəetmə fasiləsiz və dayanıqlı olmalıdır, yeni bu sistem hər cür fövqəladə 
hallarda  tabelikdəki  qüvvələrin  fəaliyyətinə  fasiləsiz  rəhbərlik  etməyə  imkan 
verməlidir. İdarəetmə prosesinə fasilə yaranması, yaxud onun pozulması, adətən 
işdə  nailiyyətsizliklə  nəticələnir.  Buna,  idarəetmə  məntəqələrini,  rabitə 
qovşaqlarını əvvəlcədən yaratmaq, onların xidmətçi heyətlərini işə hazırlamaqla, 
habelə  bütünlükdə  idarəetmə  sisteminin  davamlı  olmasını  tə’min  edən  bir  sıra 
tədbirlər görməklə nail olmaq mümkündür. 
- idarəetmə prosesində məxvilik rejiminə (xüsusən hərbi dövrdə) ciddi riayət 
edilməlidir,  yəni  operativ  sənədləri  işlətmək,  rabitə  xətlərindən,  vasitələrindən 
istifadə etməyin rejim və qaydaları sözsüz gözlənilməlidir; 
- idarəetmə işinə verilən ən əsas tələblərdən biri - onun bütün vəsilələrinin - 
rəhbər  heyətin,  idarəetmə  orqanlarının  digər  heyətlərinin,  rabitə  və  xəbərdarlıq 
vasitələrinin fəaliyyətə daimi hazır saxlanılmasıdır.  
İ
darəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi mülki müdafiə qüvvələrinin 
hazırlıq  dərəcəsindən  bir  səviyyə  yüksək  olmalıdır.  Bu,  lazım  gəldikdə  mülki 
müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.  
Mülki  müdafiənin  idarə  olunmasını  təmin  üçün  onun  idarəetmə  sistemi 
yaradılmalıdır.  Mülki  müdafiənin  idarəetmə  sistemi  –  idarəetmə  orqanlarının, 
idarəetmə  məntəqələrinin,  rabitə  və  xəbərdarlıq  vasitələrinin  vahid  halda 
birliyindən ibarətdir. İdarəetmə sistemi idarəetmə prosesinin maddi əsasını təşkil 
edir.  Beləliklə  mülki  müdafiənin  idarə  edilməsi  idarəetmə  orqanlarından 
(qərargahlardan), idarəetmə məntəqələrindən, rabitə və xəbərdarlıq sistemindən 
ibarətdir. 
Ə
razi  üzrə  (respublika-şəhər-rayon-qəsəbə)  mülki  müdafiə  idarəetmə 
orqanlarında müvafiq mülki müdafiə qərargahları, mülki müdafiə xidmətləri və 
köçürmə orqanları, sahə üzrə (nazirlik, şirkət-birlik istehsal və sosial obyektlər) 

idarəetmə  orqanlarına  isə  bunlardan  əlavə  həmçinin  nazirliklərin,  şirkətlərin 
struktur idarələri, şöbə və bölmələri aiddir. 
Bütün hallarda əsas idarəetmə orqanı Mülki müdafiə idarəsidir. Onun başlıca 
funksiyası  -  hər  cür  şəraitdə  fasiləsiz,  idarəetmə  işini,  yeni  mülki  müdafiə 
rəhbərinin  və  yuxarı  mülki  müdafiə  idarəsinin  qərar  və  göstərişlərinin  həyata 
keçirilməsini qətiyyətlə təşkil etməkdir. 
İ
darəetmə  prosesində  rabitə  və  xəbərdarlıq  sisteminin  əhəmiyyəti  olduqca 
böyükdür. 
Mülki  Müdafiənin  rəhbəri  özünə  tabe  olan  qüvvələri  adətən  idarəetmə 
məntəqəsindən idarə edir. 
İ
darəetmə  məntəqələri,  onların  təyinatı,  yerləşdirilməsi,  avadanlığı  və  işçi 
heyəti. 
Yuxarıda  deyildiyi  kimi,  mülki  müdafiəin  idarəetmə  sisteminin  tərkib 
hissələrindən biri idarəetmə məntəqələridir. 
İ
darəetmə  məntəqəsi  (İM)  –  mülki  müdafiəni  hərbi  vəziyyətə  keçirərkən  və 
fövqəladə  hadisələr  dövründə  idarəedici  heyətin  yerləşməsi  və  işləməsi  üçün 
nəzərdə  tutulmuş,  xüsusi  olaraq  avadanlıqla,  texniki  rabitə  və  xəbərdarlıq 
vasitələrilə təchiz edilmiş otaqlardan, yaxud nəqliyyat vasitələrindən ibarətdir. 
Bəzi  hallarda  bu  məntəqələrdən  fövqəladə  hallarda  görülən  tədbirlərə  də 
rəhbərlik etmək mümkündür. 
Təyinatına  və  yerinə  görə  İM-nin  əsas  ehtiyat,  yardımçı  -  şəhərlərlərdə  və 
şə
hərkənarı zonada yerləşən stansionar və səyyar növləri ola bilər.  
Qeyd  etmək  lazımdır  ki,  dərəcəli  şəhərlərdə  və  onların  rayonlarında, 
nazirliklərdə (dövlət 
komitələrində,  şirkətlərdə)  idarəetmə  məntəqələrinin  yerləri,  sayı,  onlara 
verilən tələblər respublikada hökumətinin qərarı ilə müəyyən edilmişdir. Bütün 
İ
M  -  ləri  müvafiq  olaraq  nazirliklərin,  yaxud  ərazi  hakimiyyət  orqanlarının 
vəsaiti  hesabına  tikilir,  avadanlaşdırılır  və  qorunub  saxlanılır.  Bu  qurğular 
regional  şöbələrin  deyil,  məhz  müvafiq  mülki  müdafiə  rəhbərlərinin  idarəetmə 
məntəqələridir, onların tabeliyində və məsuliyyətindədir. 
İ
darəetmə  məntəqələri  burada  yerləşən  idarəetmə  heyətin  fövqəladə  hallarda 
fasiləsiz  işini,  normal  həyat  fəaliyyətini,  qidalanma,  növbə  üzrə  dincəlmə  və 
etibarlı müdafiəsini təmin etməlidir. İM adətən aşağıdakı otaqlardan ibarət olur: 
- Mülki müdafiə rəhbərinin iş otağından; 
- digər heyət, yəni operatorlar yerləşən operativ iş otağından; 
- xidmət rəislərinin (mütəxəssislərin) iş otağından; 
- rabitəçilər qrupu yerləşən rabitə qovşağından; 
- növbələrlə dincəlmə yerindən (otağından); 
-  İM  heyəti  üçün  fərdi  mühafizə  vasitələri,  ərzaq  su  ehtiyatları  saxlanılan 
yerdən (otaqdan); 
- sanitariya qovşağından. 
İ
darəetmə məntəqəsində mülki müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri 
(baş  mütəxəssislər)  və  mülki  müdafiə  qərargahının  əsas  heyəti  (qərargah  rəisi, 

onun  müavinləri,  şöbə,  bölmə  rəhbərləri)  yerləşirlər.  Məntəqənin  normal  işini 
təmin etmək üçün lazımi hallarda oraya xidmətçi heyət (rabitəçilər, komendant 
müdafiə qrupu) verilir, nəqliyyat vasitələri təşkil edilir. 
Kiçik şəhərlərdə və kənd rayonlarında mülki müdafiə rəhbərlərinin idarəetmə 
məntəqəsini yerləşdirmək üçün mövcud olan bina (iş yeri) uyğunlaşdırılır (yəni, 
bu  məqsədlə  əlavə  qurğular  tikilmir),  burada  işləyən  heyətin  mühafizəsindən 
ötrü 
yaxınlıqdakı 
zirzəmilərdən, 
yaxud 
digər 
radiasiya 
ə
leyhinə 
daldalanacağından istifadə edilir. 
Fövqəladə  hadisələr  zamanı  fəaliyyətini  iri  şəhərlərdə  davam  etdirən 
obyektlərin  idarəetmə  məntəqələrini  sığınacağın  bir  otağında  yerləşdirmək  və 
orada telefon rabitəsi və radioyayım qurğusu düzəltmək məsləhət görülür. Belə 
otağın sahəsi adambaşına 2 kv.metr olmaqla 10 nəfər üçün nəzərdə tutulmalıdır. 
Həmin  obyektlərin  işdən  sonra  şəhərdənkənar  zonada  dincələn  növbələri 
yerləşdiyi ictimai  və digər binalarda olan rabitə vasitələrindən istifadə etməklə 
idarə edilir. 
Kiçik  şəhərlərdəki  və  kənd  rayonlarındakı  istehsalatlarında  eləcə  də  hərbi 
dövrdə  işini  şəhərdənkənar  zonaya  keçirən  iri  şəhərlərin  obyektlərində  mülki 
müdafiə  rəhbərləri  müdafiə  tədbirlərinin  icrasını  iş  yerlərindən  idarə  edirlər. 
Lakin,  lazımi  hallarda  onların  müdafiəsi  üçün  yaxınlıqda  radiasiya 
daldalanacağı  düzəldilməli  və  burada  mülki  müdafiənin  xəbərdarlıq  siqnalları 
veriləndən sonra da idarəetmə işlərinə imkan verən  avadanlıq və şərait (rabitə, 
siqnal vasitələri, iş yerləri, sənədlər) olmalıdır. 
Yuxarıda  deyildiyi  kimi,  lazım  gəldikdə  səyyar  və  yardımçı  idarəetmə 
məntəqələri də yaradıla bilər. 
Səyyar  idarəetmə  məntəqəsi  nəqliyyat  vasitələrində  (rabitə  avadanlığı  ilə 
təchiz  olunmuş,  avtobus,  yaxud  digər  səyyar  nəqliyyat  maşını)  düzəldilir.  O, 
zədələnmə ocaqlarında MM qüvvələrinin yürüş  marşrutlarında, hərəkət zamanı 
bilavasitə və operativ surətdə idarəetmə üçündür. Bütün dərəcələrdən olan mülki 
müdafiə rəhbəri üçün belə məntəqələr düzəldilə bilər. Səyyar İM-nə danrəhbəri 
və ya onun müavini başçılıq edir, ona xidmət üçün operativ qrup yaradılır. Bu 
zaman mülki müdafiə qərargahı rəisi stansionar idarəetmə məntəqəsində qalaraq 
digər tədbirlərin icrasını təşkil edir. 
Yardımçı  idarəetmə  məntəqəsi  isə  bütün  tədbirlərə  bir  (əsas)  məntəqədən 
rəhbərlik etmək mümkün olmayan hallarda (biri digərindən uzaq sahələrdə eyni 
zamanda  xilasetmə  işləri  aparılarkən)  müəyyən  müddət  üçün  yaradılır.  Belə 
müvəqqəti  idarəetmə  məntəqəsinin  konkret  vəzifələri  və  işçi  heyəti  müvafiq 
mülki müdafiə rəhbəri tərəfindən təyin edilir. 
Düşmən  basqını  təhlükəsi  yaranan  dövrdə  idarəetmə  məntəqələrində  rəhbər 
vəzifəli  şəxslərin  fasiləsiz  növbətçiliyi  təşkil  edilir.  Oradakı  rabitə-xəbərdarlıq 
vasitələri  iş  vəziyyətinə  gətirilir.  Məntəqə  kəşfiyyat  nəzarət  cihazları  və  digər 
ş
tat  avadanlığı  ilə  təchiz  olunur:  onun  qorunması  təşkil  edilir  və  yaxınlığında 
radiasiya  və  kimya  müşahidəçi  postu  qoyulur;  işçi  və  xidmətçi  heyətlərinin 
vəzifələri dəqiqləşdirilir. 

c)  Tabelikdəki  qüvvələri  idarə  etmək  üzrə  mülki  müdafiə  rəhbərinin  və 
qərargahının iş qaydası. 
Mülki  müdafiə  tədbirlərinin  təşkili  və  yerinə  yetirilməsi  üzrə  mülki  müdafiə 
rəhbəri  və  qərargahının  fəaliyyət  qaydası,  əsasən,  yaranmış  şəraitdən,  qarşıya 
qoyulan konkret vəzifələrdən və icra verilən müddətdən asılı olur. Bununla belə 
bütün hallarda mülki müdafiə rəhbərliyinin idarəetmə üzrə iş prosesi aşağıdakı 
mərhələlərdən ibarətdir: 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin