Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
mulki az03032016


əssisələrində yaradılan mülki müdafiə dəstələri. 
Rayonun  müəssisələrində,  şəhər  və  qəsəbələrində  bu  dəstələr  yaradılır:  xilasedici 
dəstələr  (komandalar),  kəşfiyyat  qrupları  (manqaları),  ətraf  mühitin  radioaktivliyini 
müşahidə  postları,  rabitə  qrupları,  sanitar  drujinası  dəstələri  və  sanitar  drujinalan, 
yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), 
zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə 
komandaları (qrupları). 
Kənd  yerlərindəki  müalicə-profilaktika  idarələrinin  və  şəhərlərdən  köçürülən  tibb 
idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, 
ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstə-
xanaları  idarəsi,  çeşidləmə-köçürmə  hospitalları,  mərkəzi  və  profil  xəstəxanaları)  təşkil 
edilir. 

Dəstələr  istehsalat  prinsipi  əsasında  komplektləşdirilir  və  təlimə  cəlb  edilirlər. 
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə 
qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və 
təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır. 
Xilasedici  dəstə
  2-4  komandadan  ibarət  olur,  obyektin  əsas  mülki  müdafiə  dəstəsi 
sayılır.  Xilasedici  dəstə  zədələnmiş  adamları  axtarmaq,  uçqunlar  altından,  dağıdılmış 
sığınacaq  və  binalardan  çıxarmaq,  həkimə  qədər  yardım  göstərmək,  habelə  onları 
zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. 
Xilasedici  dəstə  bir  iş  növbəsi  (8-10  saat)  ərzində  aşağıdakı  işlərdən  birini  görə  bilər: 
zədələnmiş  600-1200  nəfər  adamı  zədələnmə  ocağından  çıxarıb  250-350  m  məsafəyə 
daşımaq;  zədələnmiş  120-240  nəfəri  uçqun  altından,  qismən  uçulmuş  binalardan  çıxarıb 
250-350  m  məsafəyə  aparmaq;  qismən  dağılmış  xəndək  və  ya  qazma  tipli  60-120 
daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. 
Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı 
texnikası ilə təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir. 
Kəşfiyyat  qrupu
  3-5  manqandan  ibarət  olur.  Bu  qrupun  əsas  vəzifələri  -  zədələnmə 
ocağının  hüdudlarını,  dağıntıların  xarakterini  və  miqdarını,  radiasiyanın  səviyyələrini, 
zəhərləyici  maddələrin  və  bakterioloji  vasitələrin  növünü  müəyyən  etməkdir.  Kəşfiyyat 
bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların 
və  daldalanacaqların  vəziyyətini  müəyyənləşdirir,  texnika  və  nəqliyyatın  hərəkəti  üçün 
yararlı  olan  marşrutlar  tapır,  harada  yaralılar  olduğu  barədə  məlumat  toplayır  və  başqa 
işləri icra edir. Kəşfiyyat qrupu adamların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun 
zəhərlənməsinə nəzarət et¬mək işinə də cəlb oluna bilər. 
Zərərsizləşdirici  komanda
  -  2-4  qrupdan  ibarət  olub  ərazini,  tikintiləri  və  texnikanı 
zərərsizləşdirmək  üçün  nəzərdə  tutulur.  Bir  iş  növbəsində  350-600  min  kvadrat  metr 
sahəni və ya 80-120 min kvadrat metr tikilini deqazasiya edə bilər. 
Sanitar  drujinaları  dəstəsi
  -  4-5  sanitar  drujinasından  ibarətdir  və  kütləvi  zədələnmə 
ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin 
şə
xsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə 
ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir. 
Sanitar  drujinaları  -  beş  manqandan  ibarətdir;  kənd  təsərrüfatı  və  orta  təhsil 
müəssisələrinin,  bazası  əsasında  yaradılır.  Drujinalar  zərər  çəkmiş  şəxslərə  zədələnmə 
ocağında ilk tibbi yardım göstərmək üçündür. 
Ə
traf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları
 müəssisə və obyektlərdə 
radioaktiv,  kimyəvi  və  bakterioloji  vəziyyəti  müşahidə  etmək,  sahələrdə  zəhərlənmə 
başladığını  vaxtında  aşkar  çıxarmaq  və  bu  barədə  obyektin  mülki  müdafiə  qərargahına 
məlumat vermək üçündür. 
 
Mövzuya aid yoxlama suallar: 
 
1.  Sovet  İttifaqı  dağıldıqdan  sonra  Fövqəladə  halların  qarşısının  alınması  və  belə 
hallarda  fəaliyyət    üzrə  Azərbaycan  Dövlət  Sisteminin  yaradılması  üzrə    hansı  ışlər 
görülmüşdür? 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
hansı  məqsədlərlə yaradılmışdır? 
3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
ə
sas vəzifələri hansılardır? 
4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
ə
sas funksiyaları hansılardır? 

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
hüquqları nədən ibarətdir? 
6.  . Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
işi hansı qaydada təşkil edilir? 
7.    Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyası 
sədrinin hüquqları nədən ibarətdir? 
8.  Azərbaycan Dövlət Sistemi tədbirlərinin yerinə yetirilirməsində Dövlət orqanlarına 
hansı funksiyalar həvalə olunur? 
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
tərkibinə kimlər daxildir? 
10. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət  üzrə Azərbaycan 
Dövlət Sisteminin əsas vəzifələri nədən ibarətdir? 
11. Azərbaycan Dövlət Sistemi tədbirlərin yerinə yetirilirməsi üçün hansı iş rejimlərı 
müəyyən sdilib? 
12. Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları hansılardır? 
13. Təbii mühitin və potensial təhlükəli obyektlərin monitorinq sistemi hansı qüvvə və 
vasitələrlə həyata keçirilir? 
14. Təbii mühitin və potensial təhlükəli obyektlərin monitorinq sisteminin əsas vəzifələr 
hansılardır? 
15.  Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün cəlb edilən qüvvə və 
vasitələrə nələr daxildir? 
16. Azərbaycan Dövlət Sisteminin işinin məlumatlarla təmin edilməsi üçün informasiya-
idarəetmə sistemi nədən ibarətdir? 
17.  Azərbaycan Dövlət Sistemi informasiya-idarəetmə sisteminin əsas funksiyaları 
hansılardır? 
18. Azərbaycan Dövlət Sistemi müxtəlif iş rejimlərində hansı tədbirləri yerinə yetirir? 
19. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinə hansı komissiyalar birbaşa 
rəhbərlik edirlər? 
20. Fövqəladə rejimdə Azərbaycan FHN qüvvələrinə hansı tapşırıqlar həvalə olunur? 
21. Hansı əlamətlərə görə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri yaradılır? 
22. Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri hansı qruplara bölünürlər? 
23. Ərazi mülki müdafiə qüvvələri harada yaradılırlar və hansı dəstələr onlara aiddir? 
24. Xilasetmə dəstələri hansı işləri görürlər? 
25. Müəssisələrdə yaradılan  mülki müdafiə qüvvələrinə hansı komandalar aiddir?   
26. Hansı müəssisələrdə ştatdan kənar qəza-xilasetmə qüvvələri yaradılır? 
 
 
 
Mülki müdafiə fənninin müəllimi                                     Neymət Lətifov 
 
 
 
 
 
 
 
 
 
 

          
 
 
 
 
Azərbaycan Dövlə
İ
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
 
 
Mövzu  3 “Fövqəlada hallarda 
yaranmış şəraitin qiymətləndirilməsi”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
                                                                                           “Təsdiq edirəm” 
                                                                                           Mülki müdafiə  
                                                                                           kafedrasının  müdiri   
                                                                                            ___________   Elçin Əliyev 
   
                                                                                           “___”  fevral  2015-ci il 
 
 
Azərbaycan Dövləİqtisad Universitetinin 
tələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
Mövzu  3: “Fövqəlada hallarda yaranmiş şəraitin qiymətləndirilməsi.” 
 
  Keçirmə vaxtı:      4   saat 
       
  Keçirmə üsulu:     Mühazirə 
 
  Keçirmə yeri:       auditoriya 
 
  Dərsin məqsədi:  1. Tələbələrə  radiasiya, kimya, mühəndis və yanğın şəraiti     
                          haqqında anlayışları izah etmək, onların qiymətləndirilməsi   
                          qaydaları ilə tanış etmək.  
                              
  Dərsin sualları: 1. Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında     
                       anlayış. 
                           2. Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya,    
                       mühəndis və yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları.  
 
  Ədəbiyyat:   -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında”       
                     Qanunu; 
                     -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                     Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli,  
                     193 nömrəli qərarı; 
                     -  H.Ocaqov  -  “Mülki Müdafiə”  
                     -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                     -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
I .Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin dərsə hazırlığını yoxlayıram. 
Dərsin mövzusunu, məqsədini, sualları elan edirəm. 
 
 
 
 
 

II. Əsas hissə - 80 dəq. 
 
1-ci sual.  Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış
 
Ə
halinin  və  xalq  təsərrufatı  obyektlərinin  fövqəladə  halların  nəticələrindən  qorunması 
tədbirləri kompleksinə radiasiya, kimya, mühəndis və yanğın hadisələrinin aşkar edilməsi 
və şəraitinin qiymətləndirilməsi əsas yer tutur. Onların hər biri fövqəladə hallar şəraitində 
ümumi qiymətləndirilmənin vacib tərkib hissəsidirlər.   
Qəzalar,  fəlakət  və  təbii  hadisələr  zamanı  şəraitin  qiymətləndirilməsi  qəza-xilasetmə 
işlərinə təsir göstərən amillərin  və səbəblərin öyrənilməsi və analiz edilməsi deməkdir. 
Şə
rait aşağıdaki əsas elementlərlə qiymətləndirilir: 
- qəzaların, fəlakətlərin və təbii fövqəladə hadisələrinin xarakteri və miqyası, istehsalatda 
işləyən  işkilərə  və  əhaliyə  onların  yaratdığı  təhlükə  dərəcəsi,  təhlükəli  ərazilərin 
(dağıntıların,  partlayışların,  yanğınların,  radioaktiv  çirklənmənin,  kimyəvi  və  bioloji 
zəhərlənmələrin, 
daşqınların, 
subasmaların) 
sərhədlərini 
və 
yayılmalarını 
proqnozlaşdırılması; 
- təxirəsalınmaz işlərin növləri, həcmi və yerinə yetirmə şəraiti; 
- işlərin qısa müddət ərzində aparılması üçün tələb olunan qüvvə və vasitələr; 
-  qüvvələrin  və  vasitələrin  miqdarı,  komplektləşdirilməsi,  təminatı,  onların  fəaliyyətə 
hazırlığı, onların obyektlərə (sahələrə) yerıdilməsi. 
 Şəraitin  qiymətləndirilməsi  zamanı  mütəxəssislər  işlərin  yerinə  yetirməsi  üçün 
qüvvələrə və vasitələrə olan tələbatı, onların faktiki mövcudluğunu, onların imkanlarını və 
onların  istifadəsi  üçün  optimal  (real)  variantı  seçirlər.  Şəraitin  qiymətləndirilməsi, 
qüvvələrin və vasitələrin istifadəsi barədə təkliflərini obyekt rəhbərinə məruzə edirlər. 
Mütəxəssislərin təklifləri ümumiləşdirilir və qərar qəbul edildikdə istifadə olunur. 
Şə
raitin qiymətləndirilməsi aşağıdakı fövqəladə hallar üçün istifadə oluna bilər: 
- obyektin özündə qəzalar və fəlakətlər baş verdikdə; 
- digər obyektlərdə qəzalar və fəlakətlər baş verdikdə və ya təhlükəli maddələr daşıdıldıqda 
baş vermiş qəzaların və fəlakətlərin nəticələri obyektin fəaliyyətinə təhlükə yarada bildikdə; 
- təbii fövqəladə hallar baş verdikdə. 
 
Yanğın və partlayış təhlükəli obyektlərdə şəraitin qiymətləndirilməsi fəaliyyət planının 
tərtibatçıları  gözlənilən  partlayışın  parametrlərini  -  yəni  hava  dalğasının  cəbhəsindəki 
təzyiqi  və  onun  açıq  ərazidə  olan  binalara,  qurğulara  və  insanlara  təsirinin  dərəcəsini    
müəyyən  etməlidirlər,  proqnozlaşdırmalıdırlar.  Alınmış  məlumatlar  əsasında  baş  verəcək 
fövqəladə hallarda mühəndis, yanğın və tibbi şərait qiymətləndirilir.  
Digər  obyektlərdə  qəzalar  və  fəlakətlər  baş  verdikdə  və  ya  təhlükəli  maddələr 
daşıdıldıqda baş vermiş qəzalarıda şərait qiymətləndirilirməsi üçün həmin obyektlərə olan 
məsafəni,  təhlükəli  maddələrin  daşındığı  hərəkət  marşrutları  və  onun  miqdarı  müəyyən 
edilməlidir.  
Dağıntıların  və  itkilərin  həcmini  proqnozlaşdırmaq  və  müəyyən  etmək  üçün 
qasırğaların,  tufanların  dağıdıcı  xarakteristikalarını  -  küləyin  surəti,  sahənin  eni  və  onun 
təsir müddətini bilmək tələb olunur. 
İ
ntensiv yağışlar nəticəsində (12 saat və daha az müddətdə yağdıqda 50 mm həcmində) 
böyük itkilər baş verə bilər. 
Güclü yağışlar aşağıdaki nəticələrə gətirə bilər: 
- sanitar-epidemioloji şəraitin pisləşməsinə; 
- su təminatı mənbələrinin çirklənməsinə; 
- zirzəmilərin və təxniki yeraltı sahələrin subasmasına; 
- binaların deformasiyaya uğramasına, torpağın şişkinliyinə,  yumşalmasına, çökməsinə; 

-  yeraltı  suların  ağır  metallarla,  neft  məhsulları  və  digər  kimyəvi  maddələrlə 
çirklənməsinə; 
-  korroziya  prosesinin  güclənməsi  səbəbindən  boruların  və  digər  yeraltı  qurğuların 
dağılmasına. 
Güclü  qar  yağması  və  elektrik  xətlərinə  yapışmış  qarların  donaraq,  ağıraşması 
nəticəsində elektrik xətləri qırıla bilər. 
 
2-ci sual.  Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və 
yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları.  
 
Şə
raitin  qiymətləndirilməsi-yaranmış  konkret  vəziyyətdə  obyektin  fəaliyyətinə 
müsbət  və  mənfi  təsir  göstərən  amilləri  təhlil  edərək  ümumi  nəticə  əldə  etməkdə
ibarətdir. 
Müharibələr  adi  silahların  (odlu  silah,  yandırıcı  vasitələr,  həcmli  partlayış  döyüş 
sursatları, kasetli döyüş sursatları) tətbiqi ilə başlanır. Adi silahlar da getdikcə təkmilləşir 
və onların zədələyici amillərinin təsir qüvvəsi artır və fəsadlarının miqyası genişlənir. 
Müasir  müharibələrdə  adi  silahlarla  yanaşi  kütləvi  qırğın  silahları  da  tətbiq  oluna 
bilərlər.  Əgər  müharibə  başlansa,  insanların  fəaliyyəti  çox  mürəkkəb  və  spesifik  bir 
şə
raitdə  keçəcəkdir.  Buna  görə  əhalinin  kütləvi  qırğın  silahlarının  zədələyici  amilləri, 
onların  təsiri  nəticəsində  meydana  gələn  zədələnmələr  və  yaranan  kütləvi  zədələnmələr 
ocaqlarının xarakteristikası haqqında kifayət qədər məlumatları olmalıdır. 
 
Radiasiya  təhlükəsizliyi  -  insanın,  bütövlükdə  populyasiyanın,  ətraf  mühit 
obyektlərinin  ionlaşdırıcı  şüalanmanın  zərərli  təsirlərindən  qorunmasını  təmin  edən  elmi 
ə
saslanmış tədbirlər kompleksidir. 
Bu tədbirlər insan fəaliyyətinin müxtəlif sferalarında ionlaşdırıcı şüalanma mənbələrinin 
və atom enerjisinin təhlükəsiz şəraitdə istifadəsinin yaradılmasına istiqamətlənib. 
Radiasiya  təhlükəsizliyinin  əsas  vəzifələrindən  biri  ionlaşdırıcı  şüalanmanın  müxtəlif 
formalarının  təhlükəliliyinin  qiymətləndirilməsi  kriteriyalarının  işlənib  hazırlanmasıdır. 
Bu radiobioloji eksperimentlərin nəticələrinin analizi yolu ilə həll edilir və burada məqsəd 
ionlaşdırıcı  şüalanmanın  müxtəlif  formalarının  canlı  orqanizmə,  ayrı-ayrı  sistemlərə 
təsirini  öyrənmək  və  eyni  zamanda  radiasiya  qəzaları  zamanı  və  ya  ionlaşdırıcı 
ş
üalanmanın  təsiri  altında  işləyən  sağlam  insanın  vəziyyəti  haqqında  məlumat  almaqdır. 
Burada  daha  çox  əhəmiyyətli  olan  məsələ,  ionlaşdırıcı  şüalanmadan  şərtlənən  effekt  və 
ş
üalanmanın səviyyəsi arasında kəmiyyət əlaqələrinin qurulmasıdır.  
Bunun  üçün  şüalanma  səviyyəsinin  qiymətləndirmə  sistemi  və  radiasiyanın  təsirinin 
müxtəlif yollarında onun ölçülməsi üsulları işlənib hazırlanmışdır.  
Effektin  təzahürünu  xarakterizə  edən  parametr  xüsusiyyətlərində  ekvivalent  dozadan 
istifadə edilir. Qəbul edilmiş təhlükəsizlik kriteriyalarına əsasən ionlaşdırıcı şüalanmanın 
təsirinin  icazə  verilən  həddinin  sistemi,  qanunverici  sənədlərdə  qeydiyyat  şəkli,  qismən 
radiasiya təhlükəsizliyinin normaları işlənib hazırlanır. 
Radiasiya  təhlükəsizliyinin  digər,  heç də az  əhəmiyyətə  malik  olmayan  vəzifələrindən 
biri də əhalinin normal əmək şəraitinin və yaşayışının təmin edilməsi, eyni zamanda atom 
enerjisindən  istifadə  zamanı  ətraf  mühitdəki  obyektlərin  ionlaşdırıcı  şüalanmadan 
qorunması  məqsədilə  radiasiya  şəraitinin  proqnozlaşdırma,  qiymətləndirmə  üsullarının 
işlənib hazırlanmasıdır.  
Bura aiddir: 
-  şüalanma  mənbələrinin  xarakteristikası,  hansı  ki,  texnoloji  proseslərin  müxtəlif 
mərhələlərində  və  atom  enerjisindən  müxtəlif  məqsədlərlə  istifadə  zamanı  əhaliyə  və 
heyətə təsir edə bilər; 

- ionlaşdırıcı şüalanmanın səviyyəsinin dəyişməsinin tədqiqi, hansı ki, bu onların istifadə 
şə
raitindən və iş rejimindən asılı olur; 
-  radioaktiv  maddələrin  yayılma  qanunauyğunluğunun,  xarakterinin,  onların  iş  şəraitində 
və  qəza  halları  baş  verdikdə  işçilərə,  əhaliyə,  ətrafdakı  obyektlərə  təsir  həcminin 
öyrənilməsi. 
Bütün  bunlar  əlverişli  əmək  rejimi,  sanitar  -  buraxılış  rejimi,  fərdi  və  qrup  halında 
qorunma  üsulları  və  vasitələrinin  əsaslanmış  seçimi  və  ionlaşdırıcı  şüalanmadan  digər 
qorunma tədbirlərinin seçimi üçün vacibdir. İonlaşdırıcı şüalanmanın təsirindən qorunmaq, 
vaxtında  qərar  qəbul  etmək  üçün  radiasiya  şəraitinin  parametrləri  haqqında  obyektiv, 
ə
traflı məlumata malik olmaq lazımdır.  
Buna görə də radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri də effektiv dozimetrik 
nəzarət  sisteminin  yaradılmasıdır.
 
Bu,  vəzifəli  şəxslər  tərəfindən  müəyyənləşmiş 
dozimetrik  xidmət  tərəfindən  xüsusi  cihazlardan,  üsullardan  istifadə  etməklə  həyata 
keçirilə  bilər.  Dozimetrik  xidmətin  əsas  vəzifəsi-  ionlaşdırıcı  şüalanma  mənbələri  ilə 
işləyən  şəxslərin  əsas  radiasiya  təhlükəsizliyi  normalarına,  sanitar  qaydalara  əməl 
edilməsinə  nəzarət,  istehsalat  binalarında  və  ətraf  ərazidə  nəzarət  üsullarının  və 
nöqtələrinin  seçilməsidir.  Çox  zaman  qapalı  radionuklid  mənbələrindən  istifadə  edən 
qamma-deffektoskopik və ya qamma-terapevtik qurğuların istismarı qamma - şüalanmanın 
nəzarəti ilə məhdudlaşır. 
Radiokimyəvi istehsalatda, çox zaman işlənmiş nüvə yanacaqlarının emal zavodlarında 
qamma  -  şüalanmanın  səviyyəsini  ölçməklə  yanaşı,  binanın  səthinin  və  havasının 
radioaktiv çirklənməsinə nəzarətə də diqqət yetirilir. Nüvə reaktorlarında aparıcı radiasiya 
faktorlarının  normal  istismarı  şəraitində  heyətə  təsir  edən  xarici  qamma  -şüalanma  və 
neyronlar  olur.  Reaktorun  çevrəsindən  radioaktiv  maddələrin  sızmasını  vaxtında  aşkar 
etmək  üçün  işçi  binanın  və  ətraf  mühitin  havasının  radioaktivliyinə  nəzarət  etmək 
lazımdır. Aparılan nəzarətin sıxlığı müəssisənin iş rejimindən asılı olur. 
Belə  ki,  qurulmuş  texnoloji  rejimdə  işləyən  AES  və  ya  radiokimyəvi  istehsalatda 
səthlərin  radioaktiv  çirklənməsi  səviyyəsinin  yoxlanılması  sutkada  və  hətta  həftədə  bir 
dəfə olaraq aparılır. Çatışmamazlıqlar aşkar edildikdə, təmir işləri aparıldıqda nəzarət daha 
tez-tez aparılmalıdır.  
Radioaktiv təhlükəsizliyin funksional vəzifələri aşağıdakılardır: 
1.  Heyətin  və  əhalinin  şüalanma  səviyyəsinin  kompleks  layihə,  tibbi  -  sanitar,  texniki  - 
təşkilati tədbirlər əsasında reqlament həddinə endirilməsi. 
2.  Ətraf  mühitin  çirklənməsinin,  heyətin  şüalanması  səviyyəsinin  yüksəlməsini  operativ 
surətdə  qeydiyyata  almağa,  tədbirlər  həyata  keçirməyə  imkan  verən  effektiv  radiasiya  - 
nəzarət sisteminin yaradılması. 
Texnoloji  tədbirlər
-
hərəkətli,  stasionar  qoruyucu  hasarların,  avtomatlaşdırılmış, 
mexanikləşdirilmiş,  texnoloji  proseslərin  yaradılması,  radioaktiv  maddələrin  atılması 
zamanı havanın təmizlənməsi. 
Tibbi  -  sanitar  tədbirlər-
 
sanitar-qoruyucu  ərazinin  yaradılması,  məcburi  sanitar-
buraxılış rejiminin təşkili, heyətin sağlamlığına nəzarət.
 
Təşkilati  tədbirlər
  -
ilk  növbədə  ionlaşdırıcı  şüalanmanın  artmış  səviyyəsi  şəraitində 
ə
mək rejiminin təmin edilməsi aiddir.  
Ş
üalanmanın  səviyyəsini  aşağı  salmağa  istiqamətlənmiş  kompleks  tədbirlər  radiasiya, 
atom-enerji qurğuların təyinatı və tipindən, radioaktiv maddələrin əldə edilməsi, işlənməsi 
zamanı texnoloji proseslərin xarakterindən asılı olur. Qapalı radioaktiv maddələrlə işləyən 
zaman  şüanın  xarici  axınından  qorunmanın  yaradılması  ilə  məhdudlaşdırmaq  kifayətdir. 
Digər  hallarda  isə,  məsələn,  radiokimyəvi  istehsalatda  radioaktiv  tullantıların  emalı 
zamanı  radioaktiv  maddələrin  ətraf  mühitə  yayılmasına  və  onların  işçilərin  orqanizminə 

düşə  biləcəyinə  diqqət  yetirmək  lazımdır.  Yuxarıda  göstərilən  funksional  vəzifələrin 
ə
həmiyyəti böyükdür. Belə ki, onların çatışmamazlığı heyətin, əhalinin sağlamlığına zərər 
verə, ətraf mühitin çirklənməsinə, iqtisadi itkilərə səbəb ola bilər. 
Nüvə  energetikasında  işlənib  hazırlanmış  üsullar  və  zərərli  istehsalat  faktorlarının 
təhlükəliliyinin  qiymətləndirilmə  kriteriyalarına  əsaslanan  yanaşmalar  istehsalatın  digər 
sahələrində uğurla istifadə edilir. 
 
Kütləvi qırğın silahlarına (KQS) nüvə, kimyəvi və bakterioloji (bioloji) silahlar aiddir. 
Tətbiq  olunmuş  KQS-ın  növündən  asılı  olaraq  kütləvi  zədələnmələr  ocaqları  4qrupa 
bölünürlər: 
1) Nüvə. 
2) Kimyəvi. 
3) Bakterioloji. 
4) Kombinəolunmuş zədələnmə ocaqları. 
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin