Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
mulki az03032016


Azərbaycan Dövlət Sisteminin rəhbər orqanları aşağıdakılardan ibarətdir: 
 
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası;  
-  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin  fövqəladə  hallar  üzrə 
komissiyası;  
- Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları;  
- Xalq təsərrüfatı obyektlərində yaradılan obyekt fövqəladə hallar komissiyası (OFHK);  
-  Respublikanın  nazirlikləri  və  baş  idarələrində  yaradılan  sahə  fövqəladə  hallar 
komissiyası (SFHK).  
Fövqəladə hallar üzrə komissiyalara aşağıdakı şəxslər başçılıq edirlər: 
- Azərbaycan Respublikasında—baş nazirin müavinlərindən biri;  
- Naxçıvan Muxtar Respublikasında—baş nazirin müavini;  
-  Respublikanın  şəhərlərində  və  rayonlarında—icra  hakimiyyəti  başçılarının 
birincimüavini;  
- Xalq təsərrüfatı obyektlərində—baş mühəndislər.  
- Nazirlik və baş idarələrdə sahə rəhbərlərinin müavini. 
Fövqəladə  hallar  üzrə  komissiyalarda  ştatlı  struktur  bölmələr  (komissiyanın  aparatı) 
yaradıla  bilər.  Belə  bölmələrin  tərkibi  Respublika  Nazirlər  Kabineti,  Naxçıvan  Muxtar 
Respublikası  Nazirlər  Kabineti,  icra  hakimiyyəti  orqanlarının  başçıları,  nazirlik  və  baş 
idarələr tərəfindən, işin həcmindən asılı olaraq müəyyən edilir. 
Fövqəladə hallar üzrə obyekt komissiyaları onlara tələbat və təşkili üçün müvafiq baza 
olarkən yaradılır. 
Azərbaycan Dövlət Sisteminin vahid məqsədləri nəzərə alınmaqla fövqəladə hallar üzrə 
bütün səviyyələrdən olan komissiyaların əsas funksiyaları aşağıdakılardan ibarətdir: 
-  tabeliyindəki  müvafiq  ərazilərdə,  sənaye  sahələrində,  xalq  təsərrüfatı  obyektlərində 
Azərbaycan Dövlət Sisteminin və onun vəsilələrinin fəaliyyətinə rəhbərlik etmək;  
-  fövqəladə  halların  qarşısının  alınması,  müxtəlif  qəzaların,  təbii  fəlakətlərin  vurduğu 
ziyanın  azaldılması  üzrə  tədbirlər  işləyib  hazırlamaq  və  həyata  keçirmək,  fövqəladə 

hallarda  təhlükə  potensiallı  istehsalatlarda  və  xalq  təsərrüfatı  obyektlərində  işlərin 
etibarlığını təmin etmək;  
-  tabeliyindəki  ərazidə  (obyektlərdə)  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin 
vəziyyətini  daimi  müşahidə  və  nəzarəti,  fövqəladə  hallar  yaranması  ehtimalının  və  onun 
nəticələrinin proqnozlaşdırılması və qiymətləndirilməsini təşkil etmək;  
- fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyətinə 
daim hazırlığını təmin etmək;  
-  profilaktika  tədbirlərinə,  qəza-xilasetmə  və  qəza-bərpa  dəstələrinin  saxlanmasına  və 
təchizatında,  fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılmasına  və  zərərdidələrə 
yardım  göstərilməsinə  çəkilən  xərclərin  ödənilməsindən  ötrü  maliyyə  və  maddi-texniki 
ehtiyatlar yaratmaq;  
- tabelikdəki ərazi fövqəladə hallar komissiyalarının fövqəladə halların qarşısının alınması 
və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərini əlaqələndirmək;  
-  qonşu  regionların  fövqəladə  hallar  üzrə  komissiyaları  ilə  hərbi  komandanlıqla,  ictimai 
təşkilatlar və hərəkatlarla fövqəladə hallar barədə məlumatların toplanması və mübadiləsi, 
lazım gəldikdə isə belə halların qarşısının alınması üçün qüvvə və vasitələr göndərilməsi 
məsələləri üzrə qarşılıqlı fəaliyyəti təşkil etmək;  
-  fövqəladə  hallar  yaranarkən  və  genişlənərkən,  onların  nəticələri  aradan  qaldırılarkən 
fəaliyyətə rəhbərlik etmək;  
-  tabelikdəki  ərazilərdə,  xalq  təsərrüfatı  obyektlərində  fövqəladə  hallar  yaranarkən 
beynəlxalq yardımı bilavasitə bölüşdürmək və ondan istifadə etmək.  
Azərbaycan  Dövlət  Sisteminin  gündəlik  idarəetmə  orqanları  aşağıdakılardan 
ibarətdir: 
- fövqəladə hallar üzrə bütün səviyyədən olan ərazi komissiyalarının növbəti xidmətləri;  
- nazirliklərin, baş idarələrin, xalq təsərrüfatı obyektlərinin növbətçi-dispetçer xidmətləri;  
- bütün səviyyədən olan mülki müdafiə qərargahları;  
-  respublika  xilasetmə  dəstələrinin  və  fövqəladə  halların  nəticələrinin  aradan 
qaldırılmasına cəlb olunan könüllü ictimai təşkilatların növbətçi xidmətləri.  
Azərbaycan  Dövlət  Sisteminin  rəhbər  orqanları  və  gündəlik  idarəetmə  orqanları  onun 
idarəetmə sistemini təşkil edir. 
 Təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini müşahidə və nəzarət qüvvə 
və vasitələri aşağıdakılardan ibarətdir: 
-  Azərbaycan  Respublikası  Dövlət  Təbiəti  Mühafizə  Komitəsinin,  Azərbaycan 
Respublikası Dövlət Geologiya Komitəsinin, Azərbaycan Respublikası Dövlət Geodeziya 
Komitəsinin,  Azərbaycan  Respublikası  Dövlətmədənnəzarət  Komitəsinin,  Azərbaycan 
Respublikası Dövlət Standartlar İdarəsinin qüvvələri;  
-  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  Dövlət  Sanitariya  Nəzarəti  qüvvələri 
(respublika gigiyena və sanitariya mərkəzi);  
-  Azərbaycan  Respublikasının  baytar  xidməti  qüvvələri  (Kənd  Təsərrüfatı  və  Ərzaq 
Məhsulları Nazirliyi);  
-  müşahidə  və  laboratoriya  nəzarəti  xidmətləri  (idarələri),  həmçinin  Azərbaycan 
Respublikasının  profilli  elmi-tədqiqat  təşkilatlarının,  nazirliklərinin,  baş  idarələrinin  və 
Elmlər  Akademiyasının  təbii  mühitə  nəzarətlə  məşğul  olan  və  müşahidə  və  laboratoriya 
nəzarəti sisteminə (MLNS) daxil edilmiş idarələri;  
-  Azərbaycan  Respublikası  Hidrometeorologiya  Komitəsinin  hidrometeoroloji  və 
geliofiziki  təbii  hadisələr  barədə  xəbərdarlıq,  təbii  mühitin  radioaktivliyini  və 
çirklənməsini  müşahidə  qüvvələri,  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının 
seysmik müşahidələr və xəbərdarlıq xidməti qüvvələri və Azərbaycan Respublikası Dövlət 

Təbiəti  Mühafizə  Komitəsinin  təbii  mühitə  zərərli  maddə  düşməsi  mənbələrinə  nəzarət 
qüvvələri;  
- Azərbaycan Aerokosmik agentliyinin müşahidə qüvvələri.  
Təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini  müşahidə  və  nəzarət 
sisteminin əsas vəzifələri bunlardır; 
-  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini  daimi  müşahidə  və  nəzarət 
etmək,  fövqəladə  hallar  yaranması  ehtimalını,  həmçinin  onların  nəticələrini 
proqnozlaşdırmaq və qiymətləndirmək;  
- təbii mühitin vəziyyəti barədə məlumatlar toplamaq və onu ümumiləşdirmək;  
- kor-təbii hadisələrin baş verməsi və genişlənməsini, hmçinin hidrometeoroloji, geofiziki 
və ekoloji nəzarəti proqnozlaşdırmaq və müşahidələr aparmaq;  
- xalq təsərrüfatı obyektlərinin tikintisi, modernləşdirilməsi və yenidən qurulması zamanı 
sənaye və ekoloji nəzarəti proqnozlaşdırmaq və müşahidələr aparmaq;  
- xalq təsərrüfatı obyektlərinin tikintisi, modernləşdirilməsi və yenidən qurulması zamanı 
sənaye və ekoloji təhlükəsizliyə nəzarət etmək;  
-  seysmik  rayonlarda  tikinti  normativlərinin  gözlənilməsinə  və  tikintinin  keyfiyyətinə 
nəzarət etmək;  
-  istehsal  qüvvələrinin,  sənaye  sahələrinin  və  onların  obyektlərinin  inkişafı  və 
yerləşdirilməsi üzrə və perspektiv planların və sxemlərin ekoloji ekspertizası;  
- təbii ehtiyatlardan istifadə olunması və təbii obyektlərin istismarına nəzarət;  
- təbii fəlakətlərin, texnoloji qəza və fəlakətlərin ekoloji nəticələrini proqnozlaşdırmaq və 
qiymətləndirmək;  
- epizootiyalar və epifitotiyalar yaranması və yayılması ehtimalını proqnozlaşdırmaq.  
Fövqəladə  halların  nəticələrini  aradan  qaldıran  qüvvə  və  vasitələr  aşağıdakılardan 
ibarətdir: 
- nazirliklərin və baş idarələrin hərbiləşmiş və hərbiləşməmiş qəza-xilasetmə, qəza-bərpa, 
yanğınsöndürən və digər dəstələri;  
-  Azərbaycan  Respublikası  fəaliyyətdə  olan  tikinti,  xüsusi  və  quraşdırma  təşkilatları, 
nazirlik və idarələrinin tikinti bölmələrinin bazasında yaradılan qəza-bərpa dəstələri;  
-  respublika  Səhiyyə  Nazirliyinin,  habelə  digər  nazirliklər  və  baş  idarələrin  təcili  tibbi 
yardım xidməti idarələri və dəstələri;  
- təcili baytar yardımı və bitkilərin mühafizə xidməti dəstələri;  
-  Azərbaycan  Respublikası  FHN  Dövlət  Yanğından  Mühafizə  Xidmətinin  yanğından 
mühafizə hissələri; 
i
 
-  MM-in  qoşun  hissələri,  ərazi  və  ixtisaslaşdırmış  dəstələri;  «Azərbaycan  Hava  Yolları» 
Qapalı Səhmdar Cəmiyyətinin müvafiq xidmətləri; 
- Azərbaycan Dəmir Yol İdarəsinin bərpaetmə və yanğınsöndürmə qatarları;  
-  «Xəzərneftqaz»  birliyinin,  «Azərneft»  birliyinin  Xəzərgəmiçiliyi  idarəsinin, 
Azərbalıqsənaye birliyinin qəza-xilasetmə xidmətləri;  
-  «Azəravtonəqliyyat»  Dövlət  Konserninin,  respublika  nazirlik  və  idarələrinin  nəqliyyat 
bölmələrinin avtonəqliyyat vasitələri;  
- digər könüllü ictimai təşkilatların qüvvələri.  
Azərbaycan  Dövlət  Sisteminə  daxil  edilmiş  bütün  bu  qüvvə  və  vasitələr  bütövlükdə 
fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr və vasitələr sistemini təşkil edir. 
10.  Azərbaycan  Respublikası  FHN  yanğından  mühafizə  qurumunun  müxtəlif  nazirlik  və 
baş  idarələrin  hərbiləşdirilmiş  mədən-xilasetmə,  qaz-xilasetmə  xidmətlərin  və  digər  belə 
peşəkar  xidmətlərin,  Azərbaycan  Respublikası  MM-in  qoşun  hissəsinin  bazası  əsasında, 
respublika nazirlikləri və baş idarələri ilə razılaşdırılmaqla, daimi hazırlıqlı qəza-xilasetmə 
bölmələri  yaradılır  ki,  bu  bölmələr  Azərbaycan  Dövlət  Sistemi  tərəfindən  həm 

respublikanın  müxtəlif  regionlarında,  həm  də  yardım  məqsədilə  respublikanın 
hüdudlarından  kənarda  fövqəladə  halların  nəticələrini  operativ  surətdə  məhdudlaşdırmaq 
və aradan qaldırmaq üzrə onların imkanları daxilindəki işlərə cəlb edilə bilər. 
Azərbaycan Dövlət Sisteminin informasiya idarəetmə sistemi onun işini informasiya ilə 
təmin edir və aşağıdakılardan ibarətdir: 
-  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  fövqəladə  hallar  üzrə  Komissiyasının 
respublika İnformasiya Hesablama Mərkəzi;  
- Azərbaycan Respublikasının əhalisinə xəbərdarlıq sistemi;  
- Naxçıvan MR informasiya-hesablama mərkəzi;  
- Azərbaycan Respublikası nazirliklərinin və baş idarələrinin hesablama mərkəzləri;  
- Azərbaycan Respublikası şəhərləri və rayonlarının hesablama mərkəzləri;  
-  fövqəladə  halların  nəticələrini  aradan  qaldıran  qüvvələr  və  vasitələrin  (qoşun  hissələri, 
hərbiləşdirilmiş və hərbiləşdirilməmiş dəstələri) idarəetmə məntəqələri;  
-  infoormasiya  mərkəzləri  (təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini 
müşahidə və nəzarət sisteminin ilkin məlumat toplama mərkəzləri);  
- rabitə və məlumatvermə vasitələri.  
 Azərbaycan  Dövlət  Sistemi  informasiya-idarəetmə  sisteminin  əsas  funksiyaları 
bunlardır: 
-  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinə  müşahidə  və  nəzarət 
sistemindən alınan məlumatların kompleks öyrənilməsi, o cümlədən baş vermiş fövqəladə 
hallar  barədə  xəbərdarlıq,  belə  xəbərlərin  seçilməsi  və  aidiyyatı  üzrə  abonentlərə 
(istifadəçilərə) çatdırılması;  
-  Sistemin  abonentlərindən  (istifadəçilərindən)  alınan  məlumatların  toplanması  və 
öyrənilməsi;  
-  Azərbaycan  Dövlət  Sisteminin  müxtəlif  vəsilələri  arasında,  həmçinin  bütün 
səviyyələrdən  olan  fövqəladə  hallar  üzrə  komissiyalar  və  fövqəladə  halların  nəticələrini 
aradanqaldırma  qüvvələri və vasitələrinin idarəetmə  məntəqələri,  habelə  təbii  mühitin və 
təhlükə  potensiallı  obyektlərin  vəziyyətinə  müşahidə  və  nəzarət  sisteminin  idarəetmə 
məntəqələri arasında məlumat (informasiya) mübadiləsini təşkil etmək.  
Azərbaycan Dövlət Sisteminin fəaliyyəti fövqəladə halların qarşısının alınması və belə 
hallarda fəaliyyət üzrə tədbirlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsindən 
ibarətdir. 
Mövcud şəraitdən asılı olaraq sistemi üç iş rejimi müəyyən edilmişdir: 
-  gündəlik  iş  rejimi—normal  sənaye  istehsalı  və  radiasiya  şəraitində,  həmçinin  normal 
kimyəvi, bioloji (bakterioloji), seysmik, hidrometeoroloji şəraitdə, epidemiya, epizootiya, 
epifitotiya olmayan hallarda sistemin işi;  
-  yüksək  hazırlıq  rejimi—sənaye  istehsalı  və  radiasiya  şəraiti,  kimyəvi,  bioloji 
(bakterioloji),  seysmik  və  hidrometeoroloji  şərait  xeyli  pisləşdikdə,  həmçinin  fövqəladə 
hallar yaranması ehtimalı haqqında proqnoz alınarkən sistemin işi;  
- fövqəladə rejim—fövqəladə hallar yaranarkən və onların nəticələri aradan qaldırılarkən 
sistemin işi.  
Azərbaycan  Dövlət  Sisteminin,  onun  vəsilələrinin  bu  və  ya  digər  rejimə  keçirilməsi 
haqqında  qərar  fövqəladə  hallar  üzrə  müvafiq  komissiyalar  tərəfindən  konkret  şərait 
nəzərə alınmaqla qəbul edilir. 
Vəziyyətdən  asılı  olaraq  Azərbaycan  Dövlət  Sistemi  və  onun  vəsilələri  müxtəlif 
rejimlərdə işləyə bilər. 
Azərbaycan  Dövlət  Sistemi  müxtəlif  rejimlərdə  işləyərkən  aşağıdakı  tədbirlər  yerinə 
yetirilir: 
a) gündəlik iş rejimində

-  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinin  müşahidə  və  nəzarət 
edilməsi;  
-  fövqəladə  halların  qarşısının  alınması  və  nəticələrinin  aradan  qaldırılması,  fövqəladə 
hallar  baş  verərkən  əhalinin  təhlükəsizliyini  artırmaq  və  xalq  təsərrüfatı  itkilərini 
azaltmaqdan  ötrü  dövlət,  dövlətlərarası  uzunmüddətli  birməqsədli  proqramların  və 
qabaqlama (preventiv) tədbirlərin yerinə yetirilməsi;  
-  Azərbaycan  Dövlət  Sistemi  idarəetmə  orqanlarının  qüvvə  və  vasitələrinin  fövqəladə 
hallar  üçün  fəaliyyətə  hazırlanması,  hazırlığın  təkmilləşdirilməsi  və  lazımi  səviyyədə 
saxlanması,  fövqəladə  hallarda  mühafizə  üsullarının  və  fəaliyyət  qaydalarının  əhaliyə 
öyrədilməsi.  
b) yüksək hazırlıq rejimində
-  Azərbaycan  Dövlət  Sisteminə,  fövqəladə  hallar üzrə  komissiyalara  rəhbərliyi  bilavasitə 
öz  üzərinə  götürmək,  lazımi  hallarda  şəraitin  pisləşməsi  səbəblərini  aşkara  çıxarmaq  və 
onu proqnozlaşdırmaq üçün operativ qruplar yaratmaq;  
- növbətçi-dispetçer xidmətini gücləndirmək;  
-  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinə  müşahidə  və  nəzarəti 
gücləndirmək,  fövqəladə  halların  yaranması  ehtimalını  və  onun  nəticələrini 
proqnozlaşdırmaq;  
-  əhalinin  mühafizəsi  və  xalq  təsərrüfatı  obyektlərinin  dayanaqlığının  artırılması  üçün 
tədbirlər görmək;  
-  güman  edilən  halların  nəticələrini  aradan  qaldırmaqdan  ötrü  nəzərdə  tutulan  qüvvə  və 
vasitələrin  hazırlıq  dərəcəsini  yüksəltmək,  lazım  gələrsə  onları  ehtimal  olunan  fəaliyyət 
rayonlarına göndərmək.  
v) fövqəladə rejimdə: 
- əhalinin mühafizəsini təşkil etmək;  
- fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təşkil etmək;  
-  işlərə  bilavasitə  rəhbərlik  etmək  üçün  operativ  qrupları  fövqəladə  hallar  baş  vermiş 
rayonlara göndərmək;  
-  işləri  yerinə  yetirmək  üçün  qüvvə  və  vasitələri  fövqəladə  hallar  baş  vermiş  rayonlara 
göndərmək;  
-  fövqəladə  hallar  yaranmış  rayonlarda  təbii  mühitin  vəziyyətinə  daimi  nəzarəti 
gücləndirmək.  
Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılmasını  fövqəladə  hallar  üzrə 
komissiyalar təşkil edirlər. Adətən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına 
bilavasitə aşağıdakı komissiyalar rəhbərlik edir: 
- nəticələri istehsalat binalarından kənara yayılmayan qismi fövqəladə hallarda—fövqəladə 
hallar üzrə obyekt komissiyaları;  
- nəticələri obyektin ərazisindən kənara yayılmayan obyekt miqyaslı fövqəladə hallarda—
fövqəladə  hallar  üzrə  obyekt  komissiyaları  (ehtiyac  olarsa,  şəhər,  rayon  və  sahə 
komissiyaları operativ qruplarının iştirakı ilə);  
- fövqəladə halların yayılması hüdudlarından asılı olaraq nəticələri şəhərin (rayonun) və ya 
regionun  ərazisindən  kənara  yayılmayan  fövqəladə  hallarda—fövqəladə  hallar  üzrə  icra 
hakimiyyəti orqanlarının və ya Naxçıvan MR Nazirlər Kabinetinin komissiyası;  
-  nəticələri  respublikanın  ərazisindən  kənara  yayılmayan  regional  fövqəladə  hallarda  - 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası.  
Azərbaycan Dövlət Sistemi və onun vəsilələri müvafiq surətdə respublika büdcəsindən 
və  yerli  büdcələrdən,  ayrılan  xüsusi  fondlar  hesabına  nazirliklərin  və  baş  idarələrin 
mərkəzləşdirilmiş  fondlarından,  həmçinin  müəssisələrin  sosial-iqtisadi  inkişaf 

fondlarından  maliyyələşdirilir.  Göstərilən  fondların  sərəncamçıları  müvafiq  fövqəladə 
hallar üzrə komissiyalardır. 
Azərbaycan  Dövlət  Sisteminin  hər  bir  səviyyəli  vəsiləsi  fövqəladə  halların  qarşısının 
alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  işlərin  maddi-texniki  və  maliyyə  təminatını 
müstəqil surətdə təşkil edir. 
Fövqəladə halların qarşısının alınması işlərinə cəlb olunmuş təşkilatların xərcləri onları 
işə cəlb etmək barədə qərar verən orqanın hesabına ödənilir. 
Ə
haliyə  fövqəladə  hallardan  mühafizə  üsullarının  öyrədilməsi  müstəqil  surətdə,  iş, 
yaşayış  və  təhsil  yerlərində  aparılan  məşğələ  və  məşqlərdə,  kütləvi  informasiya 
vasitələrindən istifadə olunmaqla və xüsusi təlimlər keçirməklə təşkil edilir. 
Azərbaycan  Dövlət  Sisteminin  təşkilini  təkmilləşdirmək,  sistemin  idarəetmə 
orqanlarının, qüvvə və vasitələrinin hazırlığını və hazırlanmasının keyfiyyətini yoxlamaq 
məqsədilə hər il onun vəsilələrində planlaşdırılmış təlimlər və məşqlər keçirilir. 
 
2-ci sual.
 
Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi. Hərbiləşdirilməmiş 
mülki müdafiə xidmətləri, qüvvələri.
 
 
Yeni  Qanuna  və  Əsasnaməyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasında  Mülki 
Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 
Azərbaycan  Respublikasının  Mülki  Müdafiəsinə  respublikanın  Baş  Naziri  bilavasitə 
rəhbərlik  edir  və  mülki  müdafiənin  qarşısında  duran  vəzifələri  həyata  keçirməyə  daim 
hazır olması üçün məsuliyyət daşıyır. 
Mülki  müdafiə  tədbirlərini  planlaşdırmaq  və  həyata  keçirilməsini  təşkil  etmək,  habelə 
icraya  nəzarət  məqsədilə  Respublika  Nazirlər  Kabinetində  fəaliyyət  göstərən  Fövqəladə 
Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı mülki müdafiəyə gündəlik 
rəhbərlik edir. 
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: 
- Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri; 
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və onların 
nümayəndələri; 
- təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları. 
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların 
vəzifə  borcuna  daxildir.  Onlar  rəhbərliyi  qərargah,  xidmətlər  və  başqa  dövlət  orqanları 
vasitəsilə yerinə yetirirlər. 
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə 
yetirilməsini  təşkil  etmək  və  onların  icrasına  nəzarət  üçün  yerlərdə  mülki  müdafiə 
qərargahları  yaradılır.  Mülki  müdafiə  sistemində  təsərrüfat  obyektləri  (müəssisələr) 
mühüm  yer  tutur.  Təsərrüfat  obyektləri  (müəssisələr)  mülki  müdafiənin  təşkilində  vacib 
rola malikdir və əsas mərhələdir. 
Bütün  mülki  müdafiə  tədbirlərinin  bünövrəsi  məhz  burada  qoyulur.  Obyekt  dedikdə 
idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti 
üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin 
yerinə  yetirilməsi  barədə  müəssisə  rəhbərinin  əmr  və  sərəncamlarını  obyektin  bütün 
vəzifəli şəxsləri hökmən icra etməlidirlər. 
Obyektlərdə  mülki  müdafiə  -  fəhlə,  qulluqçu,  gəncləri,  tələbələri  (şagirdləri) 
qabaqcadan  müasir  qırğın  vasitələrindən  mühafizəyə  hazırlamaq,  obyektin  fövqəladə 
hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz 

işlər  (X  və  DTİ)  görmək,  təbii  fəlakət  və  istehsalat  qəzalarının  nəticələrini  ləğv  etmək 
üçün yaradılır. 
Obyektin  rəhbərinə  mülki  müdafiə  üzrə  kömək  göstərmək  məqsədilə  onun  müavinləri 
(köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur. 
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; 
Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri 
üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən 
və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir. 
Mülki  müdafiənin  xüsusi  tədbirlərini  yerinə  yetirmək,  bu  məqsədlə  qüvvə  və vasitələr 
hazırlamaq,  xilasetmə  və  digər  təxirəsalınmaz  işlər  aparılarkən  mülki  müdafiə 
qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır. 
Obyektlərdə  xidmətlərin  vacib  rolu  vardır.  Onlar  obyektin  şöbələri,  təşkilat  və 
laboratoriyaları  əsasında  yaradılır.  Xidmətlərin  rəisləri  obyektin  baş  mütəxəsisləri, 
istehsalat rəhbərlərindən təyin edilir. 
Mülki  müdafiənin  xidmətləri  yerli  şəraiti,  həll  edilən  məsələlərin  həcm  və 
xüsusiyyətlərini,  xidmət  yaratmaq  üçün  lazımi  maddi  bazanın,  qüvvə  və  vasitələrin 
olmasını  nəzərə  almaqla  müvafiq  icra  hakimiyyəti  başçılarının  qərarı  və  obyekt 
rəhbərlərinin  əmrləri  ilə  yaradılır.  Mülki  müdafiənin  əsas  xidmətləri  bunlardır:  rabitə  və 
xəbərdarlıq;  tibbi;  yanğından  mühafizə;  ictimai  asayişi  mühafizə;  sığınacaq  və 
daldalanacaqlar;  mühəndis;  avtomobil  nəqliyyatı;  maddi-texniki  təchizat;  ticarət  və 
energetika; kimya və radiasiyadan mühafizə və s. 
Lazımi  hallarda  və  müvafiq  baza  olduqda  digər  xidmətlər  də  yaradıla  bilər.  Kənd 
təsərrüfatı  istehsalı  obyektlərində  bunlardan  başqa  kənd  təsərrüfatı  heyvanlarını  və 
bitkilərini mühafizə xidməti də yaradılır. 
Mülki 
müdafiə 
xidmətləri, 
qüvvələri, 
onların 
təyinatı 
və 
yaradılması 
Mülki  müdafiə  qüvvələri  mülki  müdafiənin  qoşun  hissələrindən,  ştatlı  qəza-xilasetmə 
dəstələrindən,  hərbiləşməmiş  mülki  müdafiə  dəstələrindən,  həmçinin  nazirliklərin,  baş 
idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin 
vəzifələrinin  yerinə  yetirilməsinə  cəlb  olunan  müxtəlif  dəstələrdən,  təşkilatlardan  və 
idarələrdən ibarətdir. 
Mülki  müdafiə  qüvvələri  FH-in  nəticələrini  aradan  qaldırarkən  X  və  DTİ  yerinə 
yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək 
üçündür.  Mülki  müdafiə  qüvvələrinin  əsasını  hərbiləşməmiş  dəstələr  təşkil  edir.  Bunlar 
sülh  və  müharibə  vaxtı  yerinə  yetiriləsi  tədbirlərdə  iştirak  edən  mülki  müdafiə 
qüvvələrinin sayca ən böyük hissələridir. 
Ə
razi  və  sahə  orqanları  tərəfindən  yaradılan  hərbiləşməmiş  ümumi  və  xüsusi  mülki 
müdafiə dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir. 
Xatırladaq  ki,  mülki  müdafiə  dəstələri  ərazi-istehsalat  prinsipi  üzrə  Naxçıvan  Muxtar 
Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır. 
Mülki  müdafiə  dəstələri  əmin-amanlıq  dövründə  ayrı-ayrı  təsərrüfat  obyektlərində 
yaradılır.  Dəstələr  adamlarla,  əşyalarla,  texniki  və  nəqliyyat  vasitələri  ilə  təşkilatın 
hesabına normalara uyğun olaraq təchiz olunurlar. 
Hərbiləşməmiş  mülki  müdafiə  dəstələrinə  Azərbaycan  Respublikasının  vətəndaşı  olan 
18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və 
ikinci qrup əlillər, hamilə  və  8  yaşınadək uşağı  olan  qadınlar, həmçinin  3  yaşadək uşağı 
olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar. 
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür: 
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər. 

Yerinə  yetirdikləri  vəzifələrə  görə
 
-  obyektlərdə  ümumi  məqsədli  mülki  müdafiə 
dəstələri,  xidmət  dəstələri  (xüsusi  məqsədli  dəstələr),  kimyəvi  təhlükəli  obyektlərdə  isə 
ixtisaslaşdırılmış dəstələr yaradılır. 
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin 
və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. 
Yığma  komandalar  (qruplar),  xilasetmə  dəstələri  (komandaları,  qrupları),  yığma 
mexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır. 
Mülki  müdafiə  xidmət  dəstələri  -  xüsusi  təyinatlı  dəstələr  kəşfıyyat,  tibbi  yardım, 
yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır. 
Yüksək  təhlükəli  obyektlərdə  (AES,  kimyəvi  maddələrdən  istifadə  edən  və  s.) 
ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir 
hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar 
(24 saat). 
Rayonun mülki müdafiə qərargahı.  
Rayonun  icra  başçısı  MM  dəstələrinin  işinə  qərargah  və  xidmət  rəisləri  vasitəsilə 
gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şöbələrinin, idarələrinin və 
digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah 
rəisi)  rəhbərlik  edir.  Qərargahın  digər  şəxsi  heyəti  öz  vəzifələrini  əsas  işdən  ayrılmadan 
yerinə yetirir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və 
obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin plan üzrə və 
məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır. 
Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 
nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-
3  köməkçi);  döyüş  hazırlığı  qrupu  (rəis  və  2-3  köməkçi);  mühəndis-texniki  və 
radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis 
ve  1-2  köməkçi).  Rayon  İcra  Başçısı  rayon  tabeliyində  olan  şəhərdə  yerləşirsə,  belə 
hallarda  rayonun  ve  şəhərin  birləşmiş  mülki  müdafiə  qərargahı  yaradılır,  həmçinin 
rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir. 
Rayon  qərargahının əsas  vəzifələri:  rayonun  mülki  müdafiə  planını  işləyib  hazırlamaq 
və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və 
zərər  çəkmiş  şəhərlərə  yardım  göstərmək  üçün  mülki  müdafiənin  döyüş  hazırlığını  daim 
təmin  etmək;  əhaliyə  mülki  müdafiə  siqnalları  vasitəsilə  xəbər  vermək  və  dəstələrin, 
xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəşfiyyatı təşkil etmək və ona 
müntəzəm  rəhbərlik  etmək;  əhalinin  və  xalq  təsərrüfatı  istehsalı  obyektlərinin  nüvə, 
kimyəvi,  bakterioloji  və  adi  silahlardan,  sülh  mahiyyətli  FH-dan  mühafizəsinə  dair 
tədbirləri  işləyib  hazırlamaq  və  həyata  keçirmək;  mülki  müdafiə  xidmətləri  və  dəstələri 
şə
xsi  heyətinin  hazırlığını  təşkil  etmək  və  onun  keçirilməsinə  nəzarət  etmək;  rayonun 
ə
razisində yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir. 
Rayonun  (şəhərin)  mülki  müdafiə  xidmətləri.  Mülki  müdafiə  tədbirlərini,  dəstələrin 
hazırlığını  və  zədələnmiş  (zəhərlənmiş)  yerlərdə  iş  görərkən  onların  düzgün  idarə 
olunmasını  təmin  etmək  üçün,  yerli  şəraiti  və  müvafiq  bazanın  olmasını  nəzərə  alaraq 
rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır. 
Rabitə  xidməti
  -  rayon  (şəhər)  rabitə  təşkilatının  bazası  əsasında  təşkil  olunur.  Rabitə 
xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli 
şə
xslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər 
verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır 
və onu daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə 
qüvvə və vasitələrinin idarə olunmasını təmin edirlər. 

Tibb xidməti
 - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun 
baş  həkimidir).  Xidmət:  müalicə-profilaktika,  epidemiya  əleyhinə  və  sanitariya-gigiyena 
tədbirlərini  həyata  keçirir;  tibb  dəstələrinin  ixtisas  hazırlığını  təmin  edir;  zərərçəkmiş, 
zədələnmə  ocağından  çıxarılan  adamların  qəbul  edilməsi,  yerləşdirilməsi  və  müalicəsi 
üçün binaları hazırlayır. 
İ
ctimai  asayişi  mühafizə  xidməti
  -  rayon  polis  şöbəsinin  bazası  əsasında  təşkil  olunur 
(xidmətin  rəisi  -  rayon  polis  şöbəsinin  rəisidir).  Xidmətə:  dövlət  mülkiyyətini  və  ictimai 
mülkiyyəti,  habelə  vətəndaşların  şəxsi  əmlakını  qorumaq;  çaxnaşmanın  qarşısını  almaq; 
nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə 
yetirilməsinə  nəzarət  etmək  həvalə  olunur.  Xidmət  köçürülmə  işlərinə,  mülki  müdafiə 
siqnalları  üzrə  əhalinin  daldalanmasına  yardım  göstərir,  zədələnmə  ocağına  buraxılma 
rejiminin  və  bakterioloji  yoluxma  ocağında  karantin  tədbirlərinin  yerinə  yetirilməsini 
təmin edir. 
Yanğından  mühafizə  xidməti
  -  yanğından  mühafizə  təşkilatlarının  bazası  əsasında 
yaradılır  (xidmətin  rəisi  -  rayonun  yanğından  mühafizə şöbəsinin (idarəsinin)  rəisi  və  ya 
yanğından  mühafizə  müfəttişidir).  Bu  xidmətin  vəzifələri:  yanğınsöndürən  dəstələr 
hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə 
kənd  və  qəsəbələrin  ərazisində  su  hövzələri  tikilməsini  təşkil  etməkdən  ibarətdir. 
Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür 
tədbir görür. 
Ə
rzaq və paltarla təchizat xidməti
 - rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında 
yaradılır  (xidmətin  rəisi  rayon  istehlak  cəmiyyətinin  sədridir).  Bu  xidmət:  anbarlarda, 
ictimai  iaşə  və  ticarət  müəssisələrində  saxlanan  malların  zəhərləyici,  radioaktiv 
maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən 
və  zərər  çəkmiş  əhalinin  yeməklə  təmin  olunmasını  sahmana  salır,  onları  ən  lazımi 
ş
eylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi heyətini yeməklə 
təmin edir. 
Heyvanları  və  bitkiləri  mühafizə  xidməti
  baytarlıq  və  aqronomiya  idarələrinin  bazası 
ə
sasında  təşkil  olunur.  Xidmət  baytarlıq  tədbirlərini  və  heyvanların,  kənd  təsərrüfatı 
bitkilərinin,  meyvə  ağaclarının  və  meşələrin  kütləvi  zədələnmə  vasitələrindən  qorunması 
üçün  tədbirlər  həyata  keçirir.  Kənd  təsərrüfatı  məhsulları  emal  edən  müəssisələrdə  bu 
xidmət  həmçinin  su  mənbələrinin,  taxıl,  alaf  və  başqa  kənd  təsərrüfatı  məhsullarının 
mühafizəsi  üzrə  tədbirlər  görür.  Heyvanları  və  bitkiləri  mühafizə  xidməti  heyvandarlıq 
məhsullarının  baytarlıq-sanitariya  ekspertizasını  təşkil  edir,  kənd  təsərrüfatı 
müəssisələrində  su  mənbələrinin  və  ərzaq  ehtiyatlarının  vəziyyətinə  nəzarət  edir;  tibb 
xidməti,  habelə  ərzaq  və  paltarla  təchizat  xidməti  ilə  birlikdə  zəhərlənmiş  məhsullardan 
istifadə olunması qaydalarını müəyyənəşdirir. 
Lazım  gəldikdə  rayon  (respublika)  rəhbərliyinin  razılığı  ilə  rayonda  yuxarıda 
göstərilənlərdən  əlavə  başqa  xidmətlər
  də  (kommunal-texniki  xidmət  -  rayon  kommunal 
təsərrüfatı  kombinatı  bazası  əsasında;  mühəndis  xidməti  -  tikinti  təşkilatlarının  bazası 
ə
sasında;  avtomobil  nəqliyyatı  xidməti  -  avtomobil  təsərrüfatları,  yol  idarələri  və  digər 
təşkilatların  bazası  əsasında;  maddi-texniki  təchizat,  energetika  və  b.  xidmətlər)  yaradıla 
bilər. 
Ə
gər  xidmət  bir  neçə  idarənin  bazası  əsasında  yaradılırsa,  bu  zaman  həmin  idarələrin 
rəhbərlərindən  biri  xidmətin  rəisi,  qalanları  isə  onun  müavinləri  təyin  edilir.  Rayon 
xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yuxarı xidmətlərin 
göstərişləri  əsasında  və  rayonun  xüsusiyyətləri  nəzərə  alınmaqla  yuxarı  idarə  rəhbərləri 
tərəfindən müəyyən edilir. 

Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq 
burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, 
ictimai  asayişi  mühafizə,  rabitə,  kommunal-texniki,  avtomobil  nəqliyyatı,  heyvanları  və 
bitkiləri  mühafizə  manqalları  təşkil  edə  bilər.  Bundan  başqa,  mülki  miidafiə  məqsədləri 
üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, habelə maddi və 
texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələrindən istifadə olunur. Rayonun 
və  şəhərlərdən  köçürülən  müalicə-profilaktika  və  tibb  idarələrinin  bazası  əsasında  baza 
xəstəxanaları  idarəsi,  çeşidləmə-köçürmə  hos-pitalları,  baş  və  profil  xəstəxanaları,  ilk 
yardım dəstələri və epidemiya əleyhinə dəstələr yaradılır. 
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir
. Bu məntəqəni 
rabitə  vasitələri  ilə,  məntəqənin  şəxsi  heyətini  isə  nəqliyyat  vasitələri  və  fərdi  mühafizə 
vasitələri  ilə  təmin  edirlər.  Komanda  məntəqəsində:  rəhbər  heyət,  qərargahın  və 
xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir. 
Müəssisə  direktorları,  rəhbərləri  mülki  müdafiəyə  cavabdeh  şəxs  sayılırlar.  Onlara 
aşağıdakı vəzifələr həvalə olunur: 
-  obyekt  dəstələri  yaratmaq,  onları  lazımi  əmlakla  təchiz  etmək  və  bu  dəstələrin  döyüş 
hazırlığını təmin etmək; 
- əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək; 
-  mülki  müdafiə  dəstələri  və  əhali  üçün  xüsusi  əmlak  və  fərdi  mühafizə  vasitələri  əldə 
etmək, bunları toplayıb saxlamaq; 
-  vəzifəli  şəxslərə,  dəstələrin  şəxsi  heyətinə  və  əhaliyə  FH  təhlükəsi  haqqında  vaxtında 
xəbər vermək; 
- əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək; 
- profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək; 
= şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək; 
- əhalinin köçürülməsini təşkil etmək; 
- xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq; 
- dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək; 
- kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mənbələrinin 
radioaktiv,  kimyəvi  maddələr,  bakterioloji  vasitələrlə  yoluxmadan  mühafizəsi  üzrə 
tədbirləri yerinə yetirmək; 
-  əkinlərin,  su  anbarlarının,  meşələrin,  otlaqların  və  başqa  kənd  təsərrüfatı  sahələrinin 
zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək, 
habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək. 
Obyekt  dəstələrinin  hazırlığına  gündəlik  rəhbərliyi  təmin  etmək  və  mülki  müdafiə 
tədbirlərini  planlaşdırmaq  üçün  obyektlərdə  3-5  nəfərdən  ibarət  qərargah  (qərargahın 
heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır. 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin