Azərbaycan döVLƏT İQTİsad universiteti


Problemin öyrənilmə səviyyəsi



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   2   3   4   5   6   7   8   9   ...   27
S-leymanov-Abid-h-d 311019

Problemin öyrənilmə səviyyəsi. Uzunmüddətli aktivlər bütünlükdə 
müəssisələrin sahib olduğu əmlakın içində yüksək və əhəmiyyətli çəkiyə malikdir. 
Bu qeyd edilmiş səbəblərdən də, bu aktivlərin uçotu üzrə təhlili, həm də nəzəri və 
ya metodoloji baxımdan, həm də təcrübi aspektdən daima tədqiqat obyekti olaraq 
qəbul edilməkdədir. Uzunmüddətli aktivlərlə bağlı maddələrdə olan aktivlərin 
mahiyyətini, təsnifatının, qiymətləndirilməsinin, uçotunun, həmçinin təhlilinin
aparılmasının uyğun metodikasının, həm də hesabatlarda əks olunmasının 
qaydaları ölkə alimləri tərəfindən, xüsusilə H.İ.Namazəliyevin, S.M.Səbzəliyevin, 
V.T.Novruzovun, Ə.İ.Daşdəmirovun, Q.Ə.Abbasovun, H.A.Cəfər-linin, N.M. İs-
mayılovun, R.N.Kazımovun, V.M.Quliyevin və digərlərinin əsərlərində əks 
olunmuşdur. Xarici mənbə olaraq, P.S.Bezrukix, V.D.Novodvorski, V.F.Paliy, 
N.P.Kondrakov, O.V.Solovyova, A.İ.Staxanov, V.V.Kovalyov kimi iqtisadçı 
alimlərinin uzunmüddətli aktivlərlə bağlı uçotunun, həm də təhlilinin 
metodikasının təkmilləşdirilməsi istiqamətində öz təkliflərini və tövsiyyələrini 
yazmışdır. Ancaq uzunmüddətli aktivlərlə bağlı uçotunun və hesablarının 
aparılması üzrə, bağlı çoxsaylı tədris vəsaitlərinin, tədqiqat xüsususiyyəti daşıyan 
monoqrafiyaların, həm də məqalələrin olmasına baxmayaraq, qeyd edilən 



aktivlərin uçotu, təhlilinin beynəlxalq standartlara əsalanan təkmilləşdirilmə 
yönündə konkret təkliflərin verilməsinə böyük ehtiyac var. Bütün bu deyilənlər 
magistr dissertasiyasının məqsəd və vəzifəsini müəyyənləşdirmişdir. 
Tədqiqatın məqsədi və vəzifələri. Hazırlanmış magistr dissertasiyasının 
məq- 
sədi uzunmüddətli aktivlərlə bağlı uçotun və təhlilinin metodikasının cari vəziyyə- 
tinin geniş aspektdən tədqiqi əsasında, geniş nəzəri, habelə metodoloji əksikliklərin 
aşkarlanmasının, milli, habelə beynəlxalq standartlara əsalanmış təkmilləşdirilmə 
məsələlərinə uyğun təkliflərlə tövsiyyələrin hazırlanmasından ibarətdir. Qarşıya 
qoyulmuş bu məqsədə əsasən aşağıda göstərilən vəzifələri müəyyənləşdirmək 
mümkündür: 
- uzunmüddətli aktivlərin iqtisadi mahiyyətinin, habelə funksiyasının 
qanunvericiliyə - normativ sənədlərə uyğunluğunun, nəzəri və təcrübədəki 
məsələlərə toxunan ədəbiyyatlarda hansı istiqamətdə açıqlandığının araşdırılması 
və bunların dəqiqləşdirilməsi, 
- uzunmüddətli aktivlər üzrə uçotun və hesabatda təsnifləşdirilməsinin çağdaş 
vəziyyətinin araşdırəlması, 
- uzunmüddətli aktivlərdə uçot metodikasını hər tərəfdən araşdırılması, bu 
sahədə mövcud çatışmazlıqların və nöqsanların göstərilməsi, 
- uzunmüddətli aktivlərin təsnifat qruplarına uyğun qaydada ayrı-ayrı 
bölmələrinin uçotunun və hesabatlarda qiymətləndirilməsi metodlarının təhlil 
edilməsi, 
- uzunmüddətli aktivlərin mövcudluğunun və hərəkətinin keyfiyyətli və 
effektiv informasiya formalaşdırmaq naminə, cari təsnifatının dəqiqləşdirilməsi və 
təkmilləşdirilməsi, 
- uzunmüddətli aktivlər üzrə uçotun və təhlilinin metodikasının təkmilləşdi-
rilməsi istiqamətində konkret təkliflə tövsiyyələrin işlənib hazırlanması, 
- uzunmüddətli aktivlərin Maliyyə əməliyyatları üzrə hesabatlarda beynəlxalq 
standartlara uyğun təsnifatının və qiymətləndirilməsinin vəziyyəti haqqında 
əsaslandırılmış təkliflərin verilmiş olması. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin