Mənbə göstərin



Yüklə 15,43 Kb.
tarix08.10.2022
ölçüsü15,43 Kb.
#64735
baliqlar


Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.[mənbə göstərin]
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.

Balıqlarda oksigen məməlilərdəki kimi birbaşa ağciyərlərə daxil olmur. Qəlsəmələrə daxil olan sulardakı oksigen buradakı nazik damarlardan qana keçir. Balıqların qan dövranı da məməlilərinkindən çox fərqlənir. Məsələn, insanda ürək 4 kameralı olduğu halda, balıqlarda iki kameralıdır. Bunun səbəbi balıqlarda qanın bir istiqamətli hərəkətidir. Qan ürəyə bir damardan daxil olur və qəlsəmə istiqamətində ürəkdən çıxır. Qəlsəmələr qanın ətrafındakı sudan oksigeni toplayır və bütün vücuda daşıyır. İstifadə olunmuş oksigen ürəyə qayıdır. Qan qəlsəmə liflərinin arasında suyun əksi istiqamətində hərəkət edir. Bu, sudakı bütün oksigenin qana keçməsi üçün çox əhəmiyyətlidir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsə idi, sudakı oksigenin yalnız yarısı qana keçərdi. Qan və sudakı oksigen eyni səviyyəyə çatdıqda qan oksigen qəbulunu dayandırardı. Ancaq suyun əksi istiqamətində hərəkət sayəsində oksigenin qəbulunda heç bir problem yaşanmır: suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-dən çoxu qana qarışdıqdan sonra belə oksigen ötürülməsi davam edir. Bu sistem sayəsində balıq 80-90% daha çox oksigenlə təmin olunur.

Xarici tənəffüs, yəni suda həll olmuş oksigenin qana keçməsi və qandakı karbondioksidin (CO2) suya keçməsi (qazlar mübadiləsi) qəlsəmə lövhələrindəki kapilyarlar vasitəsilə həyata keçir. Hər qəlsəmə qövsündə lamellər (incə lövhələr) cüt şəkildə sıra ilə düzülüdür. Qəlsəmələr funksiyalarını yerinə yetirmək üçün daima su ilə təmasda olmalıdırlar. Buna görə də balıqlar tez-tez ağızlarını açıb-bağlayırlar. Bu zaman qəlsəmə qapaqları da su sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq açılıb-bağlanır.
Yüklə 15,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin