Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 60,12 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix13.12.2023
ölçüsü60,12 Kb.
#176476
  1   2   3   4
Yusifova Röya. MQT-2301B. Neyronun quruluşu və onun funksiyası (1)



AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
SƏRBƏST İŞ 
 
Fakültə: Məktəbəqədər təhsil 
İxtisas: Məktəbəqədər təhsil 
Qrup: MQT-2301B 
Fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası 
Müəllim: Biol.ü.f.d. Leyla Hüseynova 
Tələbə: Röya Yusifova
Mövzu: Neyronun quruluşu və onun funksiyası 
 
 
BAKI-2023 


Neyronun quruluşu və onun funksiyası
Orqanizmdə hüceyrə toxuma , orqan və orqanlar sisteminin fəaliyyətinin 
tənzimlənməsində sinir sistemi mühüm rolu var. Sinir sisteminin köməyi ilə 
orqanizm tam bir vəhdət şəkilində işləyir. İnsanın duyğuları, yaddaşı, nitqi, 
təfəkkürü və digər psixi proseslər sinir sisteminin fəaliyyəti ilə bağlıdır. 
Sinir toxuması. Sinir toxuması onurğa kanalında və kəllə boşluğunda 
yerləşərək baş beyin və onurğa beyninin əsas kütləsini təşkil edirlər. O əsasən iki 
növ hüceyrədən- neyronlardan və kiçik peyk hüceyrələrindən (qliya 
hüceyrələrindən) təşkil olunmuşdur. 
Neyronlar iki cür çıxıntıları olur: dendritlər və aksonlar. Dendritlərin çoxu 
(dendron-yunanca ağac deməkdir)-qısa çox şaxələnən çıxıntılardır, lakin onların az 
bir qismi uzundur. Sinir impulusları dendritlərlə neyronun cisminə daxil olur. 
Akson (aksis-yunanca çıxıntı deməkdir)- əksər hallarda uzun, az şaxələnən 
çıxıntıdır. Onların az bir hissəsi qısa olur. Hər bir neyronun yalnız bir aksonu olur: 
onun uzunluğu 1 metrə qədər çatır. İnsan orqanizmdə ən uzun aksonlar onurğa 
beynini ətraf əzələləri ilə əlaqələndirən hərəki neyronun aksonudur. Aksonlarla 
sinir impulusları neyronun cismindən çıxaraq uzaq məsafələrə göndərilir. 
Göründüyü kimi, neyronlarda sinir impulusları yalnız bir istiqamətdə hərəkət edir- 
dendritlərlə impuluslar neyron cisminə və aksonlarla cismindən digər neyrona və 
ya iş orqanlarına göndərilir. 
Forma və funksiyalarına görə 3 cür neyronlar ayırd edilir: 
Duyğu, hərəki və ara. 
Duyğu neyronu- sinir impulusları duyğu orqanlarında baş beyinə və onurğa 
beyninə örtülür. Bu neyronların cisimləri mərkəzi sinir sisteminə gedən duyğu 
yolundakı sinir düyünlərində yerləşir. 
Hərəki neyronlar- sinir impuluslarını baş beyin və onurğa beynindən daxili 
orqanlara və əzələlərə aparır. Onların cismi mərkəzi sinir sisteminin boz 
maddəsində yerləşir. 
Ara neyron- duyğu və hərəki neyronların arasında əlaqə yaradır. Onların nə 
cisimləri nə də çıxıntıları baş beyin və onurğa beynindən kənara çıxmır. Deməli, 


duyğu və hərəki neyronlar arasında əlaqə yalnız baş beyin və onurğa beynində 
yaranır. 
Neyronların çıxıntılarının uclarında xüsusi uc aparatları yerləşir. Quruluşuna 
və funksiyasına görə , üç cür sinir ucu ayırd edilir. 
Duyğu sinir uclarına – reseptorlar deyilir. 
Reseptorlar yalnız duyğu neyronlarının dendritlərinin uclarında yerləşir. 
Onların vəzifəsi qıcığı qəbul edərək sinirbimpuluslarına çevirməkdən ibarətdir. 
Bədənimizin hər yerində çoxlu reseptorlar vardır. Əzələlərdə, oynaqlarda, 
vətərlərdə və daxili orqanlarda əmələ gələn sinir impulusları duyğu yolu vasitəsi ilə 
baş beyin və onurğa beyninə ötürülür. 
Duyğu orqanlarında isə xüsunöv reseptorlar vardır. Onların hər biri yalnız 
müəyyən biri qıcığın təsirindən oyanır. Məsələn, göz-işığı, qulaq- səsi, dil – dadı, 
burun isə qəbul edir. Bu orqanlarda əmələ gələn oyanmalar yarımkürələr qabığının 
duyğu nahiyyəsinə göndərilir. 
Hərəki sinir ucları- hərəki neyronların aksonlarının uclarında olur. Bu uclar 
vasitəsi ilə sinir impulusları iş orqanlarına ötürülür. 
Neyronlar bir-biri ilə birləşərkən onların çıxıntılarının arasında xüsusi 
əlaqələndirici uclar əmələ gəlir ki bunlara sinaptik uclar deyilir. Sinapsların 
köməyi ilə impuluslar bir neyrondan digər neyrona ötürülür. 
Sinir sistemində bir qayda olaraq bir neyronun dendriti ikinci neyronun 
aksonu ilə birləşir. Heç bir vaxt dendrit-dendritlə və akson-aksonla birləşmir. Bu 
onunla əlaqədardır ki, neyronlarda sinir impulusları yalnız bir istiqamətdə nəql 
olunur. 
Neyronların ətrafında xırda peyk hüceyrələri yerləşir. Peyk hüceyrələri burda 
hüceyrəarası maddə rolunu oynayaraq qidalanma, dayaq, qoruyucy və 
elekroizolyasiya funksiyaları yerinə yetirirlər. Peyk hüceyrələri neyronları hər 
tərəfdən əhatə edərək onları mexaniki zədələnmələrdən qoruyur. 
Peyk hüceyrələri neyronlardan təxminən 10 dəfəyə qədər çox olur. Sinir 
toxumasının təxminən 9% neyronlar, 91% isə peyk hüceyrələridir. 


Sinir sistemində ağ və boz maddəyə rast gəlinir. Ağ maddə- üzəri ağ yağa 
bənzər maddə (mielin qişa) ilə örtülmüş aksonların yığımından əmələ gəlmişdir. 
Ağ maddə baş beyin və onurğa beynində aparıcı yollar əmələ gətirərək onların tam 
bir vəhdət şəkilində işləməsini təmin edir. 
Dendritlər və neyron cisimlərinin bu vür ağ qlafı olmur. Onların yığımı boz 
maddəni əmələ gətirir. Boz maddə baş beyində, onurğa beynində və sinir 
düyünlərində olur. 
Neyronlar uzun dendritləri və uzun aksonlarinin üzəri xüsusi qabıqla örtülərək 
sinir lifləri və ya sinirləri əmələ gətirir. Orqanizmdə 3 cür sinirlərə rast gəlinir: 
duyğu, hərəki və qarışıq sinirlər. 
Duyğu siniri- duyğu neyronunu dendritindən əmələ gəlmişdir. Bu sinirlərlə 
impulslar duyğu orqanlarından baş beyin və onurğa beyninə ötürülür. 
Hərəki sinirlər- hərəki neyronların aksonlarından əmələ gəlmişdir. Bu 
sinirlərlə impulslar baş beyin və onurğa beynindən daxili orqanlara və əzələlərə 
ötürülür. 
Qarışıq sinirlərin tərkibində duyğu neyronlarının dendriti və hərəki 
neyronların aksonu olur. Ona görə də bu sinirlərlə impulslar hər iki istiqamətdə 
nəql olunur. 
Sinir hüceyrəsi çıxıntılı hüceyrədir və o, öz çıxıntıları ilə birlikdə 

Yüklə 60,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin