Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   2   3   4   5   6   7   8   9   ...   27
S-leymanov-Abid-h-d 311019

NƏTİCƏ 
VƏ 
TƏKLİFLƏR..................................................................................73 
ƏDƏBİYYAT SİYAHISI......................................................................................77 
 



 
 
 
 
GİRİŞ 
Mövzunun aktuallığı. Mühasibat uçotu üzrə əməliyyatların Azərbaycan 
Respublikasında inkişafının təmin ediməsi və daha təkmilləşdirilməsinin 
zəruriliyini bir neçə xarici və daxili amillərlə əsaslandırmaq olar. Azərbaycanın 
dünyada baş vermiş və getdikcə dərinləşən iqtisadi mühitə inteqrasiyası, ölkədə 
xarici investisiyanın axınının genişlənməsi, müəssisələrin beynəlxalq şirkətlərlə 
münasibətlərinin güclənməsi uçot, maliyyə hesabatı, həmçinin təhlillərin 
təkmilləşdirilməsi, habelə beynəlxalq standartlara uyğunlaşmasını şərtləndirəcək 
xarici amillərdən bəziləridir. Bununla paralel olaraq vahid iqtisadi sferada, qlobal 
bazarlarda tərəfdaşlar daxilində ünsiyyət və münasibət vasitəsi olaraq məhz 
uçotun, təhlilin, auditin, hesabatın vermiş olduğu informasiyadan istifadə olunur. 
Qeyd edilən informasiyaların hər kəs tərəfindən eyni formada başa düşməsi üçün 
dünya səviyyəsində uçot qaydalarının, hesabatların, həmçinin uzunmüddətli
aktivlərlə bağlı uçotun, təhlilin və hesabatların nəzəri, metodoloji, habelə metodiki 
bazasının razılaşması və harmanizasiyasını zəruriləşdirir. Məhz bu səbəbdən də 
“Mühasibat uçotu haqqında ” Azərbaycan Respublikası Qanununda olan 
maddələrinin, eyni zamanda onlarda göstərilmiş konkret şərt və tələblərin 
reallaşması “Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”nın 
hazırlanmasını şərtləndirmişdir. Həmin qanuna uğun olaraq uzunmüddətli
aktivlərlə birbaşa bağlı olan bəzi standartların hazırlanması planlaşdırılmışdır. 
Ancaq uzunmüddətli aktivlərlə əlaqədar uçotun və təhlilinin təkmilləşməsi, 
eyni zamanda beynəlxalq standartlara uyğunluğunun zəruriliyini təkcə xarici 
amillərlə əlaqələndirmək həm nəzəri sahədə, həm də praktiki sahə üzrə düzgün 
olmazdı. Bunu başqa sözlə ifadə etsək, bu istiqamətdə var olan uçotun, təhlilin və
hesabatın mövcud sistemi nəzəri-metodoloji, habelə praktiki aspektdən müəyyən 
əksikliklərə və qüsurlara sahibdir. Bu da mövcud sistemin formalaşdırdığı infor-



masiyanın daxilində və keyfiyyətində özünün əksini tapır. Yəni, bu informasiyaya 
bağlı olaraq uzunmüddətli aktivlərin daha səmərəli və effektiv idarə olunması, 
maliyyə və investisiya xüsusiyyətinə sahib iqtisadi sahədə qərarların qəbul edilmiş 
olması praktiki aspektdən mümkün deyil. Bütünlükdə nəzərə aldıqda, uzunmüd-
dətli aktivlərin uçotunun, bununla yanaşı təhlilinin və hesabatlarının cari 
vəziyyəti bazar iqtisadiyyatında çağdaş dinamikaya, onun xüsusiyyətlərinə bir 
bütün olaraq və tam şəkildə uyğun olmur, onun inkişafına bəzən maneə yaradır. 
Beləliklə, dövlətimizdə uzunmüddətli aktivlərlə bağlı uçotun, təhlilinin, hesaba-
tlarının cari vəziyyətinin geniş qaydada tədqiqi, onun təkmilləşməsi, eyni zamanda 
beynəlxalq standartlara uyğunlaşması günümüzdə obyektiv bir zərurətə 
çevrilmişdir. Bütün bu vurğulanan cəhətlər tədqiq edilən magistr dissertasiyasının 
mövzusunu aktuallaşdırır, habelə bu sahədə elmi və təcrübü əhəmiyyətini 
müəyyənləşdirir. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin