Azərbaycan döVLƏT İQTİsad universiteti


 Mühasibat uçotu sistemində uzunmüddətli aktivlərin uçotu və qarşısında



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
S-leymanov-Abid-h-d 311019

 
1.2. Mühasibat uçotu sistemində uzunmüddətli aktivlərin uçotu və qarşısında 
duran vəzifələr
 
Mövcud əməliyyatlar və dəyişikliklər zamanı uzunmüddətli aktivlərlə bağlı 
əsas məqsəd, Maliyyə əməliyyatları üzrə hesabatlarda bu istiqamətdə şəffaflıqla 
cavabdehliyin ödənməsindən ibarətdir.
Şəffaflıq ifadəsi, müəssisədə cari halı, qərarlarla fəaliyyət üzrə 
informasiyanın maliyyə əməliyyatları üzrə hesabatları istifadçilər üçün dəqiq 
formada çatdırılması, anlaşılan olmasını ifadə edir. Cavabdehlik ifadəsi isə maliyyə 
əməliyyatları üzrə hesabatları hazırlayan heyətə həvalə olunan resursların idarə 
edilməsi, həm də onların qəbul etdikləri qərarlarla bağlı məsuliyyəti üzərinə 
götürməsinin vacibliyini nəzərdə tutmaqdadır. 


20 
Uzunmüddətli aktivlərin daşıdığı iqtisadi mahiyyət, habelə onların 
təsnifatının konseptual əsasları hazırlanacaq hesabatlarda bu hesabatların geniş 
saylı istifadçiləri tərəfindən effektiv iqtisadi qərarların verilməsi və reallaşması 
naminə mühasibat uçotunun subyektlərinin maliyyə vəziyyəti, həmçinin apardığı 
fəaliyyətinin nəticələri və mövcud maliyyə vəziyyətində yaşanan dəyişikliklər 
haqqında vacib hesab olunmuş informasiyanın sistemli formada təmin edilməsidir.
Ümumiyətlə, uzunmüddətli akivlərdə daxil olmaqla bu istiqamətdə 
hazırlanmış maliyyə əməliyyatları üzrə hesabatların istifadçiləri müəssisənin 
rəhbərliyi, sərmayədarları, borcverənlər və kreditorlardan, bundan başqa muzdlu 
işçilər, analitiklər, məsləhətçilər, hökumət ilə cəmiyyətdən, habelə işgüzar sferada 
olan təmas qruplarından formalaşır. Bu qruplarla onlar üçün zəruri olan 
informasiya ehtiyacı aşağıda göstərilən kimi təsvir oluna bilər 
(Mühasibat uçotunun 
hesablar planı və onun tətbiqinə dair Təlimat, “Kapital Audit Ltd” MMC, Bakı 2007, s.20-23):
 Səhmdar qrupu. Səhmdarlar qrupuna cari mülkiyyətçilər ilə potensial 
mülkiyyətçilər, habelə konvertasiya edilən qiymətli kağızlar, səhmlərlə bağlı 
varrantların; opsion müqaviləsinin sahibi aid edilir. Bu qrupda olan üzvlər 
müəssisə sərmayəsinin alınıb satılması, ya da tutularaq saxlanılması ilə əlaqədar 
düzgün qərarın qəbulu məqsədilə zəruri görülən informasiya ilə təmın edilməlidir. 
 Borcverən qrupu. Qeyd edilən qrupda veksellə istiqrazların cari sahibləri ilə 
potensial sahibləri, eyni zamanda təminatlı qısa müddətli borc verən subyektlər 
və bu qaydada təminatsız olaraq borc verən subyektlər aid edilir. Borcverənlər 
borclarla faizlərin zamanında və tam məbləğdə ödənilməsi haqqında informasiya 
verilməlidir.
 Muzdlu işçi qrupu. Müəssisədə keçmiş zamanda və hazırda işləyən, həm də 
gələcəkdə işləyə biləcək əməkdaşlar bu qrupa aid edilir. Bu qrupda olan üzvlər 
müəssisənin stabilliyinin, onun işçilərinə verilən əmək ödənişlərinin və bu iş 
yerindən ayrıldıqdan sonra pensiyaların alınmasının, həm də işçi heyətinin 
məşğulluğunun təmininin mümkün imkanları üzrə faydalı məlumatlara sahib 
olmaqda maraqlı olurlar.


21 
 Məsləhətçi və analitiklər qrupu. Maliyyə üzrə ekspertlər, tətqiqatçılar bu qrupa 
aiddir. Bu qrup müəssisədə gələcək dövrdə mənfət və pul resurslarını əldə etmək 
fürsətini dəyərləndirmək məqsədilə zəruri informasiya ilə təmin etməlidir.
 İşgüzar təmas yaradan qrup. Tədarükçülər, istehlak qrupu və başqa məqsədli 
subyektlər bu qrupa daxil edilir.
 Hökumət. Təsərrüfat fəaliyyətinə nəzarəti icra edən dövlətin və yerli hakimiyyət 
qurumları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün 
tələb olunan müvafiq informasiyalarla təmin olunmalıdır.
 Cəmiyyət. Müəssisənin apardığı fəaliyyət nəticəsində təmas qurulan ya da maraq 
qruplarını geniş qaydada təmsil edən qrumlardır. Maliyyə əməliyyatları üzrə 
hesabatlarla cəmiyyət üzvlərini təşkilatın müxtəlif sferalarında fəaliyyəti ilə bağlı 
hadisələr, tendensiyalar və yaşanan dəyişikliklərlə bağlı məlumatla təmin edərək, 
ictimaiyyətə köməkçi ola bilir. 
Uzunmüdətli aktivlərlə bağlı məlumatların münasib görülməsi üçün 
zamanında təqdim olunması vacibdi. Təqdim edilən zaman səbəb olmadan 
ləngimələrə imkan yaradan informasiyaya öz münasibliyini qoruması lazımdır. 
Ancaq 
bəzən, 
informasiyaların zamanında təqdim edilməsi məqsədilə 
əməliyyatlarda və digər hadisələrdə bütün aspektlərin tam müəyyənlşməsinə kimi 
hesabat vermək zərurəti yarana bilir. Bu da öz növbəsində maliyyə əməliyyatları 
üzrə hesabatlarda verilən informasiyaların etibarlılıq dərəcəsinin aşağı düşməsinə 
səbəb ola bilir. Bunun əksinə olaraq, hesabatın verilməsi zamanı bütün zəruri 
xüsusiyyətlər müəyyən olunana qədər gecikdirilərsə, həmin məlumat yüksək 
səviyyədə etibarlı, ancaq bundan öncə qərarı qəbul etməli olan istifadçilər 
baxımından çox faydalı ola bilmir.
Müəssisədə rəhbərlik uzunmüüdətli aktivlərin də əks olunsuğu maliyyə
hesabatının vaxtında və düzgün formada təqdim edilməsi və etibarlığından əldə 
ediləcək nisbi səmərənin tarazlığını təmin edəcəkdir. Tarazlığın əsasən təmin 
olunması, maliyyə əməliyyatları üzrə hesabatların standartda təyin edilən 
müddətdə təqdimi deməkdir. 


22 
Uzunmüddətli aktivlərin alt bölmələrində sistemləşdirilmiş və maliyyə 
əməliyyatları üzrə hesabatlarda göstərilmiş informasiyadan əldə ediləcək səmərə 
həmin informasiyanın tərtibi ilə əlaqədar xərcdən çox olmalıdı. Buna görədə, 
maliyyə əməliyyatları üzrə hesabatlarda əhəmiyyətsiz olacaq informasiyanın 
verilməsinə ehtiyac yoxdu 
(Ə.Sadıqov,Bakı 2015, s.22-24). 
Yəni keyfiyyətin xüsusiyyətləri arasında tarazlığı qorunması zəruridir. 
Təcrübədə keyfiyyətin xüsusiyyətləri arasında olan tarazlığın əldə edilməsi mühim 
göstəricilərdən olaraq hesab edilə bilər. Maliyyə əməliyyatları üzrə hesabatların 
vəzifələrinin icra oluması və effektiv reallaşması üçün keyfiyyətin xüsusiyyəti 
arasında zəruri tarazlıq səviyyəsinə çatmaq məqsədəuyğun olardı. Müxtəlif 
vəziyyətlərdə, keyfiyyətlərin nisbi olaraq mühimlüyü peşəkar fikirlərin predmetini 
formalaşdırır.
Müəssisədə fəaliyyətin fasiləsizliyinin təmin edilməsi konsepsiyası 
müəssisədə fəaliyyətin davamlı olacağını və həmin fəaliyyətin durdurulması ya da 
fəaliyyətin həcmində əhəmiyyətli səviyyədə ixtisara düşməsinin zəruriliyinin ya da 
istəyinin olmadığını nəzərə alır. Əsasən, maliyyə əməliyyatları üzrə hesabatların 
hazırlandığı dövrdə aktivlərlə öhdəliklərin ilk dəyəri, aparılan qiymətləndirmənin 
əsası olaraq istifadə ediləcəkdir. Müəssisədə fəaliyyətin fasiləsiz olması haqqında 
ehtimal mövcud aktivlərlə öhdəliklərin ilk dəyəri üzrə qiymətləndirmənin tətbiq 
olunmasına zəmin yaradacaqdır.
Təşkilatın ləğv edilməsi ilə bağlı bir ehtimal olduğu halda, aktivlərin 
qiymətləndirmə əsası olaraq bu aktivləri əldə etmək üçün ayrılmış xərclər deyil,
onlarda ehtimalı planlaşdırılan satış həcminin dəyərindən, başqa sözlə, aparılmış 
satışlarla bağlı xərclər çıxıldıqdan sonrakı qiymətin istifadə edilmiş olması daha 
düzgün olar. Belə ki, əgər təşkilatın yaxın dövr ərzində ləğv edilməsi gözlənilsə, 
aktivlərin ehtimal edilən satış dəyəri təşkilat tərəfindən üzərinə götürülmüş 
öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələb yaranan pul resurslarının gözlənilən 
axını haqqında daha düzgün məlumat təmin edir 
(S.M.Səbzəliyev, R.Ş.Hacıyev, Bakı 
2003, s.51).


23 
Müəssisədə uzunmüddətli aktivlərin amortizasiya olunması təkcə onun 
fəaliyyəti zamanı stabillik vəziyyəti yarandıqda, məqsədəmüvafiq hesab oluna 
bilir. Müəssisənin fəaliyyətinin ləğv edilməsi qaçılmaz olarsa, aktivlərin 
qısamüddətli aktivlər və uzunmüddətli aktivlər olaraq təsnifləşdirilməsi 
məqsədəuyğun olmazdı. Yəni, bu zaman, sıralanan aktivlərin hamısının ləğv
edilməsi gözlənilən qısa müddətli aktivlərlə əlaqədar hesab ediləcəkdir. 
Öhdəliklərlə bağlı qeyd edildikdə isə, maliyyə ıməliyyatları üzrə hesabatların 
istifadçiləri nəzərə alınaraq həmin öhdəliklərin müəssisənin kreditorlarına 
ödənişlərinin prioritetlərinə uyğun təsnif edilməsi onların, əsasən, qısamüddətli 
öhdəliklər ilə uzunmüddətli öhdəliklər olaraq təsnifatının aparılmasından daha 
faydalı hesab oluna bilir. 
Mühasibat uçotu üzrə əməliyyatlarda uzunmüdətli aktivlərin uçotu haqqında 
hazırlanmış 
maliyə 
hesabatlarında 
keyfiyyət 
xüsusiyyətlərini 
müxtəlif 
istiqamərlərdə sistemləşdirmək olar 
(Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə 
dair Təlimat, “Kapital Audit Ltd” MMC, Bakı 2007, s.25). 
Keyfiyyətin xüsusiyyətləri 
hazırlanan maliyyə hesabatında əks edilən informasiyaları istifadçilər üçün daha
faydalı edəcək aşağıda göstərilən əsas faktorlardan ibarətdi (Sxem 3.).

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin