Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
S-leymanov-Abid-h-d 311019

Münasiblik göstəricisi. Müxtəlif dövrlərdə (keçmiş, indiki, gələcək) baş 
vermiş və verəcək hadisələri qiymətləndirərək istifadçilərin iqtisadi qərarlar 
verməsinə təsir göstərən məlumat uyğun hesab olunar. İnformasiyanın münasib 
olması, onun mahiyyətinə və əhəmiyyətliliyinə bağlı olaraq dəyişir. Bəzən 
informasiyanın daşıdığı məna, onun uyğun olması üçün kifayət olur. Başqa 
zaman isə informasiyanın mahiyyətivə əhəmiyyətliliyi nirlikdə diqqətə alınır.
Əhəmiyyətlilik göstəricisi. Maliyyə əməliyyatları üzrə hesabatları təqdim edən 
şəxslər tərəfindən diqqət verilməməsi ya da təhrif olunduğu üçün istifadçilərin bu
hesabatlarda əks olunan məlumatlara uyğun olaraq iqtisadi qərarları effektiv qəbul
etməsinə təsir göstərə bilmiş informasiya faydalı hesab edilir.


24 
Sxem 3. Maliyyə əməliyyatları üzrə hesabatlarda verilən məlumatların 
keyfiyyəti 
Mənbə: Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat, “Kapital Audit Ltd” 
MMC, Bakı şəhəri, 2007-ci il 
Əhəmiyyətlilik müəyyən dövrdə və mühitdə maliyyə əməliyyatları üzrə 
hesabatlarda diqqətsizlik səbəbi ilə qeyd edilməmiş məlumatın ya da baş vermiş 
bir səhvin səviyyəsindən asılı olaraq dəyişir. Başqa sözlə, əhəmiyyətlilik anlayışı 
məlumatın daşıdığı keyfiyyət göstəriciləri üzrə deyil, həmin məlumatların 
mütənasibliyini təyin edən kəmiyyətlə ölçülər.
Münasiblik 
Əhəmiyyətlilik 
Etibarlılıq 
Neytrallıq 
Mahiyyətin 
formadan 
üstünlüyü 
Düzgün 
təqdimat 
Ardıcıllıq 
Müqayisəlilik
Tamlıq 
Ehtiyatlılıq 
Anlaşıqlılıq 


25 
Etibarlılıq göstəricisi 
Maliyyə əməliyyatları üzrə hesabatlarda göstərilən məlumatların tərkibində 
ciddi səhvlər, habelə qabaqcadan yaranmış yanlış ya da qərəzli fikirlər 
göstərilməyən məlumat toplusu etibarlı görülür. İstifadçilər bu məlumatları etibarı 
gördükdə, buna güvənə bilirlər. Etibarlı hesab edilən məlumat neytral, ehtiyatlı, 
dürüst təqdimolma və vahidlik kimi bəzi keyfiyyətlərə sahib olmalıdı.
Düzgün təqdimat
Təşkilatlarda 
hazırlanan 
Maliyyə 
əməliyyatları 
üzrə 
hesabatlarda 
məlumatların 
dürüst təqdimat edilməsi, müəssisənin maliyyəsinin vəziyyəti ilə fəaliyyətinin 
nəticələrini aydın və dürüst, həm də təhrifə yol vermədən, manipulya olmamış və 
ya faydalı faktları gizli tutmadan, məğzin formadan üstün olması konsepsiyasına 
uyğun, mümkün qədər daha obyektiv qaydada əks etməsini ifadə etməkdədir. Bu
o mənayə gəlir ki, Konseptual Əsasların ya da müvafiq Beynəlxalq Mühasibat 
Uçotu Standartının tanınmasının əsas göstəricilərinə uyğun olan və hesabat 
müddətində, və ya hazırlanmış hesabat dövrü ərzində göstərilən aktivlərlə
öhdəliklərə, bundan başqa kapitala, müəssisə gəlirlərinə və xərclərinə təsir göstərən 
təsərrüfat əməliyyatlarının hamısına və başqa hadisələri maliyyə əməliyyatları üzrə 
hesabatlarda düzgün formada əks olunacaqdır.
Mahiyyətin formadan üstün olması
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş əməliyyatlarla başqa 
hadisələrin doğru olması məqsədilə bu əməliyyatlarla hadisələr, iqtisadi məğzin 
hüquqi formadan üstün olması prinsipinə uyğun təqdim olunur.
Neytrallıq göstəricisi 
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş informasiyanın etibarlı 
və güvənli olması məqsədilə məlumatlar neytral qaydada, başqa sözlə, qərəzsizliyi 
ifadə etməlidir. Maliyyə əməliyyatları üzrə hesabatları hazırlayanların təqdim 
etdiyi informasiya, əvvəlcədən müəyyən edilmiş nəticənin əldə edilməsində 
istifadçinin qərarlarına təsir göstərdikdə, maliyyə əməliyyatları üzrə hesabatlar 
tərəfsiz hesab edilmir.


26 
Ehtiyatlılıq göstəricisi
Ehtiyatlılıq göstəricisi, qeyri-müəyyən imkanlar daxilində qiymətləndirmə
zamanı aktivlərin, həmçinin gəlirlərin artırılmamasını, öhdəliklərlə xərclərin
azalmamasının təmini məqsədi ilə dəqiq yanaşmanın nəticəsidir. Bəzi halda bu o 
mənaya gəlir ki, qeyri-müəyyən şəraitdə aktivlərlə gəlirin mümkün olan 
dəyərlərindən ən aşağı, öhdəliklərlə xərcin ən yüksək olan dəyəri istifadə 
edilməlidi. Amma qeyd edilən ehtiyatlılıq prinsipinə əməl edilməsi gizli kapital 
ehtiyatlarının vəhəddən artıq səviyyədə hesablanan və qiymətləndirilın öhdəliklərin
yaranmasını, habelə aktivlərlə gəlirlərin qəsdən azaldılmasını ya da öhdəliklərlə 
xərclərin bilərəkdən artmasını əsaslandırmır.
Tamlıq göstəricisi
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş informasiyanın daha 
etibarlı görülməsi məqsədilə bu informasiyalar, onun əhəmiyyətlilik səviyyəsi, 
ona çəkilən xərcləri diqqətə almaqla, daha əhatəli olmalıdır. 
Müqayisəlilik göstəricisi 
İstifadçilər üçün maliyyə əməliyyatları üzrə hesabatlar arasında uyğunluq ilə 
fərqliliyi müəyyənləşdirmək və qiymətləndirmək fürsətini yaradan məlumat 
müqayisəli hesab olunur. 
İstifadçilərin əsasən müəssisənin çeşidli dövrlərinə aid edilmiş maliyyə 
əməliyyatları üzrə hesabatlarının və müxtılif təşkilatların maliyyə əməliyyatları 
üzrə hesabatların müqayisəsinin aparılması istifadəçinin təşkilatın maliyyə 
vəziyətindəki, həmçinin fəaliyyətinin maliyyə nəticələrində olan trendləri 
müəyyənləşdirmək fürsəti yaranır.
Ardıcıllıq göstəricisi 
Müqayisəsi aparılan informasiyanın ən mühim keyfiyyətilərindən biri onların 
ardıcıllığı ilə bağlıdır. Müqayisəlilik prinsipinin əsası, maliyyə əməliyyatları üzrə 
hesabatlarda qeyd edilmiş informasiyanın bir dövrdən digər dövrə qədər ardıcıl
formada göstərilməsini, qiymətləndirilməsini, həm də təqdimatını tələb 
etməkdədir.


27 
İnformasiyaların müəyyən bir ardıcıllıqla göstərilməsi şirkət tərəfindən 
dövrlərin hamısında bir birinə oxşayan hadisələrlə bağlı eyni uçot qaydasının tətbiq 
olunmasını bildirməkdədir. Ancaq ardıcıllıq prinsipi seçilib tətbiq edildiksə 
maliyyə əməliyyatları üzrə hesabatlarının etibarlılığının, münasibliyinin, habelə 
anlaşılmasının təkmilləşməsi üçün aparılacaq uçot siyasətində dəyişikliklərin baş 
verməsinə çətinlik göstərməməlidir.
İnformasiyaların müqayisə edilməsi və ardıcıllığının təmin edilməsi maliyyə 
əməliyyatları üzrə hesabatların tərtib edilərək hazırlanmasında istifadə olunan uçot
siyasəti haqqında istifadçilərin məlumatlandırılmasına təminat verir. Tətbiq 
edilmiş uçot siyasəti zamanı aparılmış hər bir dəyişiklik, əldə edilmiş nəticələrlə 
bir bütün olaraq izah edilməlidir.
Anlaşıqlılıq göstəricisi 
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş informasiyanın 
mahiyyəti istifadçilər tərəfindən düzgün anlaşılmalıdı. Həm də, istifadçilər 
kommersiya fəaliyyəti, həm də mühasibat uçotu üzrə məcburi biliyə sahib olaraq 
bütün məlumatları tam olaraq dərindən qavramağa hazır olmalıdı. Bu informasiya 
bütünü, əsasən onların çətinliyinə əsasən istifadçilər tərəfindən aydın olmaması 
səbəbi ilə maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilməlidir.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin