Azərbaycan döVLƏT İQTİsad universiteti


Sxem 4. Maliyyə analizləri zamanı hazırlanan hesabatlar



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
S-leymanov-Abid-h-d 311019

Sxem 4. Maliyyə analizləri zamanı hazırlanan hesabatlar 
Mənbə: Z. Zeynalova, Müəssisədə maliyyə resurslarının idarəedilməsi, Bakı 2018 
Kommersiya təşkilatları uzunmüüdətli aktivlərinin uçotunu hazırlayarkən bəzi 
nüanslara nəzarət etməlidi. “Mühasibat uçotu haqqında” Qanunda 10.1 maddənin 
əsasən sosial əhəmiyyət daşıyan qurumlar və kiçik təsərrüfat subyektlərindən 
başqa, kommersiya ilə məşğul olan təşkilatların maliyyə əməliyyatları üzrə 

• Mühasibat balansı 

• Mənfəət və zərər haqqında hesabat 

• Kapitalda dəyişikliklər haqqında hesabat 

• Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 

• Uçot siyasəti və izahlı qeydlər 


41 
hesabatları Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına 
görə tərtib etməlidi. Kommersiya müəssisələrinin mühasibat uçotu ilə bağlı 
hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının maliyyə əməliyyatları üzrə 
hesabatlarına uyğun beynəlxalq standartlar əsasında hazırlandığı üçün bu 
təşkilatlar da yuxarıda adı çəkilmiş maliyyə hesabatlarını hazır etməlidi. Bundan 
başqa qanunda qeyd edilən 9.0.2 maddəsinə görə kiçik həcmli təsərrüfat obyektləri 
özlərinin seçimindən asılı formada maliyyə əməliyyatları üzrə hesabatları 
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsaslanmış 
qaydada tərtib edə bilirlər. 
Qeyri-hökümət təşkılatları uzunmüüdətli aktivlərinin uçotunu hazırlayarkən 
bəzi nüanslara nəzarət etməlidi. “Mühasibat uçotu haqqında” Qanunda 13-cü 
maddədə qeyd edildiyi kimi, bələdiyə orqanları, daha sonra büdcə təşkilatları ilə 
büdcədən kənar dövlət fondlarının hazırladığı maliyyə əməliyyatları üzrə 
hesabatları Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartında 
göstərilmiş qaydada tərtib olunur. Hökumət təşkilatları olmayan qurumlar isə tələb 
edilən və hazırlanmalı olan maliyyə üzrə hesabatları Qeyri-hökumət Təşkilatları 
üçün Milli Mühasibat Uçotu üzrə Standartına əsaslanan formada tərtib etməlidirlər. 
Qanunun 6.0.3 maddəsində əks olunduğu kimi, Büdcə Təşkilatları Milli Mühasibat 
Uçotu Standartları İctimaı Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq 
Standartlarına uyğun hazırlanmış İctimaı Sektor üçün Mühasibat Uçotunun 
Beynəlxalq Standartlarıyla nizamlanmış bütün mövzuları əhatə etməlidi. İctimai 
sektorla bağlı hazırlanmış mühasibat uçotuyla bağlı müxtəlif beynəlxalq 
standartlardan birinin bütünlükdə ya da müəyyən müddəalarının Büdcə Təşkilatları 
üçün Milli Mühasibat Uçotunun Standartlarına aid etməməsi ya da aid etməmişdən 
daha əvvəlcə, dəyişiklik aparmaqla bağlı zərurət formalaşarsa, bu sahəyə nəzarət 
edən icra hakimiyyətinin təşkilatı ictimai sahəyə yönəlik mühasibat uçotu ilə bağlı 
beynəlxalq standartların ilk formasının tətbiqinin olmamasının əsas səbəbini 
yaradır. Büdcə təşkilatlarında aparılacaq uçot qaydasının Milli Mühasibat Uçotu 
Standartlarına uyğun olan ictimai sahə üçün hazırlanmış mühasibat uçotun 
aparılması üzrə beynəlxalq standartlar daxilində görülən müxtəlif fərqlər müvafiq 


42 
milli mühasibat ucotunun mövcud standartlarının əlavəsində açıqlanmalı və izah 
edilməlidir. Büdcə təşkilatları Büdcədən maliyyələşən müəssisələrə yönəlik Milli 
Mühasibat Uçotu üzrə Standartlara əsaslanan qaydada aşağıda göstərilən hesabat 
formasını tərtib edirlər: maliyyə vəziyyəti üzrə hesabat, maliyyə fəaliyyətı üzrə 
hesabat, kapitalda baş vermis dəyişikliklərlə bağlı hesabat, pul vəsaitlərinin axını 
üzrə hesabat. 
Qeyri-hökumət müəssisələrinin fəaliyyəti üçün hazırlanmış Milli Mühasibat 
Uçotu üzrə Standart birbaşa olaraq Beynəlxalq Standartın heç birinə 
əsaslanmamışdı. Bu cür standartlar hazırlanan zaman İctimai Sektor üçün 
Beynəlxalq Mühasibat Uçotu Standartlarında qeyd edilən prinsiplər nəzərə 
alınmışdı. Amma bu prosesə baxmayaraq, bu müəssisələr də büdcədən 
maliyyələşən təşkilatlar tərəfindən tərtib edilmiş yuxarıda qeyd edilən hesabat 
formalasını tərtib etməlidi. 
Uzunmüddətli aktivlərlə bağlı maddələrin uçotunun əks olunduğu Maliyyə 
əməliyyatları üzrə hesabatları hazırlamalıdır: “Mühasibat uçotu haqqında” 
Qanunda 4.2 maddəsində qeyd olunmuşdurki, mühasibatlıqla bağlı uçotla dövlət 
tənzimlənməsi Azərbaycan Respublikasında Maliyyə Nazirliyinin hazırlaması 
lazımdır və həyata keçirməkdədir. Yalnız Qanunun 12.2 maddəsində qeyd edildiyi 
kimi təbii inhisarlıqla məşğul olan subyektlər və dövlətin zəmanətinə əsasən kredit 
almış ya da dövlət borcunun xərclənməsi istiqamətində layihələrdə iştirak etmiş, 
həmçinin büdcədən bəzi yardımlar, yəni subsidiya, subvensiya və ya qrant, buna 
parallel olaraq müəyyən səlahiyyətlərin icra olunması üzrə büdcə vəsaitlərini 
ayıran kommersiya təşkilatları bir illik tərib edilmiş maliyyə əməliyyatları üzrə 
hesabatları, habelə birləşdirilmiş, yəni konsolidə edilən maliyyə əməliyyatları üzrə 
hesabatları mühasibat uçotuyla əlaqəli sferada dövlət tənzimlənmə fəaliyyətini 
həyata keçirmiş Maliyyə Nazirliyindən müraciət nəticəsində təqdim edir. Həmin 
qeyd edilən maddədə tam olaraq göstərilməkdədir ki, qeyd edilmiş təşkilatlar 
arasında Maliyyə Naziriliyindən gələn müraciət əsas alınaraq hesabatı tələb etmək 
olar. Bundan başqa, bəzi müəssisələrin maliyyə əməliyyatları üzrə hesabatlar 
Maliyyə Nazirliyinə verilməsi Qanunda qeyd edilməmişdir. Eyni zamanda 


43 
mühasibat uçotunun istiqamətində dövlətin tənzimlənməsini icra etməsi nəzarətin 
bir forması deyildir. Dövlətin bu sferanı tənzimlənməsi ifadəsi isə, qeyd edilmiş 
sahədə normativ baza paketlərinin hazırlanmasını, həm də metodiki 
koordinasiyasının 
olmasını, 
monitorinq 
prosesinin 
təşkilini 
nəzərdə 
tutur. Günümüzdə isə müəssisələrin hazırladığı maliyyə əməliyyatları üzrə 
hesabatların qurumların hansına təqdim ediləcəyi haqqında işlər aparılmaqdadır 
(Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması barədə 
Azərbaycan Respublikasi maliyyə nazirliyinin qərarı 09.02.2012, s.14)

Uzunmüddətli aktivlərlə bağlı əməliyyatların beynəlxalq standartlarına 
keçməsi məqsədilə təşkilatlarda əvvəlcə uçot siyasətinin hazırlanması mütləqdir. 
Hazırlanmış bu siyasətdə istifadəsi planlaşdırılan amortizasiya ilə qiymətləndirmə 
metodlarının seçilməsi standartlarda əks etdirilməkdədir. Buna əlavə olaraq, 
maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartlara bənzər formada 
olması, təşkilatda işçi hesablar planının bazılanması ilə başlayır. Hesablar planının 
bazasında təşkilatın daşıdığı fəaliyyətin xüsusiyyətinə uyğun olan beynəlxalq 
şərtləri nəzərə alır. Bu qayda ilə mühasibat uçotunda aparılacaq hesabların 
müxabirələşməsi hazırlanır. 
Ümumiyyətlə, uzunmüddətli aktivlərdə əməliyyatlarla bağlı beynəlxalq 
standartlara keçmək naminə maliyyə nazirliyi ölkədə maarifləndirməylə bağlı işləri 
görmüşdür. Maarifləndirmə işinin tərtibi və reallaşması, habelə mühasibatlıq 
işlərini icra edənlərə istiqamət vermək məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən 
hazırlanmış bütün standartlar və həmçinin standarttın tətbiqi üzrə şərhlər, 
tövsiyələr, həm də qanunun tənzimlədiyi normativ hüquqi sənədlər Nazirliyə 
məxsus rəsmi hazılanmış internet səhifəsində yerləşdirilir. Eyni zamanda 
mühasibat uçotu haqqında təşkil edilmiş konfrans, elmi tədqiqatlarda iştirak 
edərək, təzə standartların tətbiqi üzrə məruzələr verilir. Ancaq bunların hamısı 
mühasiblərin bu istiqamətdə biliklərinin dolğun olmasına tam kafi olmur. Qısa 
dövr kəsiyində həmin sahədə dərin biliklərin toplanması üçün peşəkar və səriştəli 
kadrların toplanması və bü şəraitin yaradılması üçün müəssisələrdə əməkdaşlıq 
yüksəldilməlidir. Yəni peşəkar mühasibatlıq təşkilatlarıyla, həm də azad 


44 
təlimçilərlə qarşılıqlı olaraq əməkdaşlıq aparılması vacibdir. Praktika vurğulanıq 
ki, mühasibatlıqla məşğul olan təşkilatlar tərəfindən verilən təlim-tədris 
prossesində maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarla bağlı 
qanunvericilikdə müəyən edilmiş qayda və şərtlərdə qəbul edilən rəsmi ifadələr və 
konsepsiyalardan fərqli olaraq termindən, həm də müəssisənin özünün yaratdığı və 
Maliyyə Nazirliyilə razılaşdırmamış tədris sənədlərindən istifadə etməklə 
mühasiblər daxilində çaşqınlıq və müəmma formalaşdırır. Bu cür baş verən hallara 
maneə yaratmaq, həm də peşəkar səviyyədə təşkil edilmiş mühasibatlıq 
təşkilatlarının apardığı fəaliyyəti tənzimləmək naminə mövcud olan qanunverici 
aktlar, sənədlərin təsdiq edilməsində zərurət yaranmışdı. Bunun üçün ölkədə 
Maliyyə Nazirliyinin həyata keçirmiş olduğu dövlət tənzimlənməsinin reallaşması 
mıəqsədilə həmin mühasibatlıq təşkilatlarıyla əməkdaşlığın aparılmasını, maliyyə 
əməliyyatları üzrə hesabatların beynəlxalq standartları və milli səviyyədə mövcud 
olan mühasibat uçotu standartlarının tədris olunmasında vəsaitlərin hazırlanması və 
formalaşmasının təşkilini nəzərdə tutmaqdadır. Yəni, “Mühasibat uçotu haqqında” 
Qanunda, daha dəqiq desək, 4.3.6 maddədə mühasibat uçotunun tətbiqi 
istiqamətində dövlətin aparacağı tənzimməni həyata keçirəcək qrum olan Maliyyə 
Nazirliyi, milli səviyyəli mühasibat uçotunun mövcud sistemində təkmilləşdirmə 
aparılması üçün, peşəkarcasına çalışan mühasib təşkilatlarıyla əməkdaşlıq 
fəaliyyəti göstərməlidir. 
Bunlara əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasında MDB 
üzvi ölkələrdən fərqli qaydada, mühasibat uçotu haqqında qanunvericiliyin 
pozulması, həmçinin də maliyyə əməliyyatları üzrə hesabatların tərtibinin düşgün 
icra edilməməsi səbəbindən cərimələr nəzərdə tutulmuşdu. Ölkəmizidə tətbiq 
edilmiş İnzibati Xətalar Məcəlləsində də qeyd edildiyi kimi, mühasibat uçotunun 
müəyyənləşmiş prinsiplər çərçivəsində təşkil edilməməsi zamanı tutulan 
cərimələrin məbləği artmışdı. Başqa ifadə ilə, Azərbaycan Respublikasında olan 
İnzibati Xətalar Məcəlləsinin 247.1 maddəsinə görə mühasibat uçotunun tətbiqiylə 
əlaqəli qanunvericiliyin əməl edilməməsi, yəni pozulması zamanı, vəzifəli şəxslərə 
40 manatdan 60 manata qədər tətbiq ediləcək cərimənin məbləği dəyişib, üç yüz 


45 
manatdan yüz manat artırılaraq, dörd yüz manata çatməşdır. Bundan başqa, hüquqi 
şəxslərə tətbiq edilən 100 manatdan 150 manata qədər olan məbləğ yüksələrək, 
nəzərdə tutulan cərimədə məbləği 1500 manatdan 2000 manatadək artırılmışdır. 
Hesab edilirki, cərimələrin çox artması mühasibatlıq sahəsində uçotla bağlı yeni 
standartların istifadəsini və bunun genişlənməsini və həmin standartlara uyğun 
maliyyə əməliyyatları üzrə hesabatların tərtibində mühasiblərin daşıyacağı 
məsuliyyəti və fərqdi yanaşmanı gedərək artırmış olacaqdır (https://muhasib.az/). 
Ümumiyyətlə, mühasibatlıq fəaliyyəti ilə məşğul olan subyektlərin həyata 
keçirdiyi uçotda əsas hissə kommersiya təşkilatları ilə bağlıdır. Bu çərçivədə kiçik 
həcimli təsərrüfat subyektlərinin fəaliyyətini aparması üçün tərtib edilmiş maliyyə 
əməliyyatları üzrə hesabatların müvafiq dövlət qrumlarına təqdim edilməsinin 
qayda və prinsiplərinin qanunvericiliyə uyğun formada təyin edilməməsinə görə 
problemlər yaranır. Bu problemlərdən ən mühimi təşkilatlara tətbiq ediləcək 
cərimələrlə bağlı yaranan çətinliklərdir. Qeyd ediləndən başqa, qanunvericilikdə 
olan digər şərt və tələblərə əsasən, bir neçə təşkilatlarda maliyyə əməliyyatları üzrə 
hesabatların nizamnamələrində qeyd edilən müddət ərzində auditor tərəfindən 
verilmiş rəy də əlavə olunmalıdır. Bu rəy, mətbuatda, müəyyən internet 
səhifələrində ictimaiyyətə bildirilməli və yayınlanmalıdır. Dərc edilmiş sənəd, 
onlara nəzarətin bir formasıdır, habelə, bu cür tələblərə məcburi olaraq imperativ 
normalar seçilməmiş və müəyyən edilməmişdi. Görüldüyü kimi, qeyd edilmiş 
sferada vahid bir requlyasiya mexanizmi hazırlanan zaman, mühasibatlıq fəaliyyəti 
və uçotuna uyğun normativ-hüquqi sistem daha da təkmilləşməlidir. Bu 
təkmilləşmə aparıldıqdan, qanunvericilik sənədləri arasında mövcud ziddiyyət və 
anlaşılmaz məqamlar yox edildikdən, müvafiq maliyyə əməliyyatları üzrə 
hesabatların tərtibinin aparılması və daha sonra təqdim edilməsilə bağlı qaydalar 
hazırlanmalıdır. Son mərhələdə isə hesabatların təqdimi və dövlət təşkilatları 
arasında səlahiyyət və vəzifələrin tam bölgüsü müəyyənləşdikdən sonra tətbiq 
ediləcək cərimələrin daha üffüktiv formada tətbiq edilməsinə nail olmaq 
mümkündür. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin