Azərbaycan döVLƏT İQTİsad universiteti


III FƏSİL. AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ UZUNMÜDDƏTLİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
S-leymanov-Abid-h-d 311019

III FƏSİL. AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ UZUNMÜDDƏTLİ 
AKTİVLƏRİN UÇOTUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 
 
3.1. “Maliyyə əməliyyatları üzrə hesabatlarının Beynəlxalq Standartlarına 
və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına 
əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın istifadə və tətbiqi 
imkanları
Maliyyə 
əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarına 
və kommersiya təşkilatlarının fəaliyyəti üçün hazırlanmış Milli Mühasibat Uçotu 
Standartlarına uyğun olaraq, ölkədə mühasibat uçotunun təşkili qaydaları və 
prinsipləri Azərbaycanda kredit verən müəssisələrdən başqa digər təşkilatların uçot 
qaydalarını tənzimləyir. Bu təşkilatların siyahısına: kommersiya təşkilatları, 
hüquqi subyekt yaratmadan kommersiya əməliyyatları ilə fəailiyyətdə olmuş fiziki 
şəxslərin apardıqları mühasibat uçotunun prinsiplərini tənzimləməkdədir. Ölkədə 
olan mikro, orta və makro kommersiya şirkətləri beynəlxalq səviyyəli standartlara 
uyğun formada maliyyə əməliyyatları üzrə hesabatlarını tərtib edirlər. Bu 
standartların müddəaları onların hesabatlarının qaydalar müəyyənləşdirir. 
Qeyd edilən qaydalara görə mühasibat uçotunun təkili prosesində beynəlxalq 
səviyyəli standartlara əsaslanmış qaydalara və prinsiplərə görə maliyyə 
əməliyyatları üzrə hesabatlarının keyfiyyət xüsusiyyətləri, eyni zamanda onların 
elementlərinin effektiv formada qiymətləndirilmə metod və yöntəmlərinə üstünlük 
verilməkdədir. 
Mühasibat uçotununun aparılması prosesini tənzimləyən 
qanunvericilik və digər hüquqi aktlarında əks olunmuş tələblərin və qaydaların 
mühasibat uçotunun subyekti olan müəssisələrdə iş xüsusiyyətinin dəyişməsi ilə 
bağlı olaraq, mühasibat uçotunda subyektlərin uçot siyasətində müvafiq 
müddəalarda da düzəlişlər ciddi formada aparılmalıdır və bütün istifadəçilərin 
diqqətinə çatdırılmalıdır. 
Artıq Azərbaycanda müəyyən bir miqyasda Milli Mühasibat Uçotu 
Standartlarının Beynəlxalq tələb və şərtlərinə uyğun harmonizasiya olmasının 
vacib meyilləri üzrə əlaqəli olması istiqamətində əhəmiyyətli addımlar atılmış və 


53 
icra olunmağa başlamışdır. Milli Mühasibat Uçotu Standartlarının hər kəs 
tərəfindən başa düşülməsi, habelə tətbiqi üzrə Maliyyə Nazirliyinin çeşidli 
mülkiyyətdə olan müəssisələrə kifayət dərəcədə yüksək bir metodoloji dəstək 
göstərmişdir. Xüsusilə də 2010-cu ildən etibarən Maliyyə Nazirliyilə yanaşı Təhsil 
Nazirliyi ilə bir neçə universitetlərin dəstəyi ilə bu istiqamətdə yetkin 
mütəxəssislər hazırlayan faəliyyətlər aparılmışdır. Bu sahənin mütəxəssislərinə 
uyğun sertifikatların verilməsi üçün treninqlər hazırlanmış və keçirilmişdi. 
Azərbaycan Respublikası səviyyəsində Milli Mühasibat Uçotu Standartlarının 
tərtibi işi demək mümkündür ki, sonlanmışdır. Bundan başqa təşkilatların bir 
çoxunda bu standartların tətbiq olunması və icrası ilə əlaqadar geniş işlər 
görülmüşdür. Ancaq gələcək dövrdə bu standartların seçilməsi ilə bağlı həyata 
keçiriləcək işlər və ya yaranabiləcək problemlər çoxdur, onların həllini tapmadan 
reformları sonlandırmaq olmaz. İlk olaraq təşkilat və müəssisələrın mühasibat 
uçotunun aparılması, maliyyə əməliyyatları üzrə hesabatın hazırlanması 
istiqamətində metodiki bazanın qaydaya salınması çox vacibdir. Bunların 
reallaşması üçün uzunmüddətli aktivlərin; torpaq, tikinti və avadanlıqların, bioloji 
aktivlərin, uzunmüddətli öhdəliklərin və digərlərinin hazırlanan maliyyə uçotunda 
əks olunması və sənədləşməsi üzrə təzə informasiyalar hazırlanmalıdır. Ölkədəki 
kommersiya təşkilatlarının fəaliyyətinə görə hazırlanmış 1 №li Milli Mühasibat 
Uçotu Standartında göstərilmiş, habelə təşkilatların həyata keçirdikləri işlər üzrə 
xüsusiyytləri diqqətə alan uyğun hesablar planı, ya subhesablar ölkənin uçotla 
bağlı əvvəlki təcrübəsində uzun müddət kəsiyində istifadə ediləcək hesablar 
planından çox fərqli olub mühüm əlamətlərə görə seçilir. Başqa sözlə, adı qeyd 
edilmiş yeni hesablar planını ölkədə aparılacaq uçot istiqamətində işləyən 
mütəxəssislərin iştirak etməsi ilə mətbuatla yanaşı eynı zamanda uyğun 
konfranslarla və ya seminar vasitəsilə ilə müzakirə olunmalı və kifayət səviyyədə 
sadələşdirilməlidir. Yəni anlaşıqlı bir formaya salınmalıdır. Başqa vacib bir nüans 
isə kadr təminatı ilə əlaqəlidir. Burda nəzərdə tutulmuş yeni tələblərə uyğun 
mühasib peşəsinin yaranması, mühasibat uçotu prosesi üzrə mütəxəssislərın 
ixtisasının yenilənməsi kimi məsələlərdir. Əgər ölkənin milli mühasibat uçotu 


54 
siyasəti üzrə hazırlanmış standartlar, mülkiyyət quruluşundan asılı olmadan bütün 
müəssisələrdə tətbiq ediləcəksə, ondan müəssisə kadrları bu cür təhsili verən 
xüsusi kurslara getməli və ixtisaslarını dayanmadan artırmalıdırlar.
Mühasibat uçotunun əsas subyektlərinin apardıqları mühasibat uçotu 
prosesində, müəyyən hesablama metoduna görə təşkil edilir və bu qaydalara uyğun 
formada maliyyə əməliyyatları üzrə hesabatları tərtib edirlər. Bu metodda bir 
qayda olaraq əməliyyatların, həm də müxtəlif hadisələrin təsiri ilə aktivlərin uçotu 
zamanı tanınır. Mövcud pul vəsaitləri ilə onların ekvivalentləri hesab edilən 
aktivlərin qəbul olunduğu zaman, ya da onların ödənildiyi müddətdəki vaxt nəzərə 
alınmır. Uçotla bağlı registrlərdə qeyd edilməkdədir, bundan başqa onların aid 
edildiyi dövrdə maliyyə əməliyyatları üzrə hesabatlarda təqdim edilməkdədir. 
İstifadə ediləcək hesablama metoduna uyğun qaydada hazırlanmış maliyyə 
əməliyyatları üzrə hesabatların istifadəçiləri yalnız pul vəsaitlərinin ödənilməsi və 
alınmasıyla bağlı keçmiş əməliyyatlar barədə deyildir, buna paralel olaraq pul 
vəsaitlərinın gələcəkdə ödənilməsi üzrə öhdəliklar və gələcəkdə əldə edilməli olan 
pul vəsaitlərini ifadə edən resurslar barədə də məlumatlandırır. Bu səbəbdən də, 
iqtisadi aspektdə qərarların verilməsi və qəbul edılməsi baxımından istifadəcilər 
üçün daha əhəmiyyətli olan keçmiş əməliyyatlar, müxtəlif hadisələr haqqında 
detaylı informasiyanın əldə edilməsini təmin etməkdədir. 
Qəbul edilmiş Qaydaya uyğun olaraq, uzunmüddətli aktivlərlə bağllı maliyyə 
əməliyyatları üzrə hesabatların mühasibat uçotunu istifadə edən subyektin apardığı 
fəaliyyətin davam etməsi və yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyi 
ehtimalına əsaslanaraq hazırlanır. Mühasibat uçotunu aparan subyektlərin 
fəaliyyətinin davamlı və fasiləsiz olmasının konsepsiyası, Mühasibat uçotunun 
təyin edilmiş subyektlərinin fəaliyətinin davam edəcəyıni və orda aparılan 
fəaliyyətin durdurulması, həm də fəaliyyətin həcminin gözlə görülən səviyyədə 
azalması, ixtisara salınması zərurətini, eyni zamanda niyyətinin olmamasını 
nəzərdə tutmaqdadır. 
Uzunmüddətli aktivlərlə bağlı maliyyə əməliyyatları üzrə hesabatlarının 
hazırlanmasında aktivlərlə öhdəliklərın ilkin olaraq tapılan dəyəri onların 


55 
qiymətləndirilmə bazası kimi istifadə ediləcəksə, mühasibat uçotunu aparan 
subyektin fəaliyyətində fasiləsizliyi ehtimalı aktivlərin, həm də öhdəliklərın ilk 
hesablanmış dəyəriylə qiymətləndirilməsinə zəmin yaratmaqdadır. 
Müxtəlif iqtisadi şəraitlərdə (məsələn, hiperinflyasiya şəraitində) müəssiəslər 
tərəfindən hazırlanacaq maliyyə əməliyyatları üzrə hesabatları üzrə məlumatlar 
aydın açıqlanmalıdır. Belə ki, aşağıda sıralanan məlumatlar bilinməlidir:
a) maliyyə əməliyyatları üzrə hesabatların, habelə əvvəlki dövrlərdə müvafiq 
rəqəmlərin, əməliyyat valyutasının ümumi alıcılıq qabiliyyətində dəyişikliklər 
nəzərə alınmaqla, yenidən hesablandığı və beləliklə hesabat dövründə qüvvədə 
olmuş qiymətləndirmə vahidləri ilə təqdim olunduğu faktı;
b) hesabat tarixində qiymət indeksinin adını və səviyyəsini cari hesabatla 
əvvəlki hesabat dövrləri ərzində indeksdə baş vermiş dəyişikliklər. 
Əgər mühasibat uçotunda müəyyənləşmiş subyektin ləğv ediləcəyi ehtimal 
oluncaqsa, aktivlərin qiymətlənməsinin əsası kimi həmin aktivlərin alınmasına sərf 
edilmiş məsrəflərdən başqa (onlar aid deyil), onların ehtimal edilən satış 
dəyərindən (başqa sözlə, satışlarla bağlı yaranmış xərclər çıxılaraq satış 
qiymətindən) istifadə edilməkdədir. Mühasibat uçotunin müəyyənləşmiş 
subyektinin yaxın dövrdə ləğv olunacağı gözlənilməkdədirsə, aktivlərin ehtimal 
edilmiş satış məbləği mühasibat uçotunun bu subyekti tərəfindən müəssisə 
öhdəlikləri və vəzifələrinin ödənilməsi məqsədilə tələb olunmuş pul vəsaitlərinin 
gözlənilmiş mədaxili üzrə daha düzgün məlumatlar verir. 
Mühasibat 
uçotunun 
müəyyənləşmiş 
subyektinin 
fəaliyyətində 
müəyyənləşmiş sabitlik ehtimal olunduğu zaman, onun uzunmüddətli aktivləri 
amortizasiya edilir. Mühasibat uçotunun təyin edilən subyektlərinin ləğv olunması 
gözlənilən bir haldırsa, aktivləri öz daxilində qısamüddətli (və ya dövriyyə) və 
uzunmüddətli (və ya dövriyyədənkənar) olaraq təsnifləşdirmək olmaz. Bu vaxt, 
aktivlərin hamısı ləğv olunan zaman gözlənilmiş qısamüddətli aktivlər kimi 
qeydiyyatı aparılır. Bundan başqa öhdəliklərsə, maliyyə əməliyyatlarıyla bağlı 
hazırlanmış hesabatların istifadəçiləri üçün həmin öhdəliklərin kreditorlara 
verəcəyi ödənişlər əsas prioritetlər sırasında təsnifləşdirilir, onların ənənəvi 


56 
qaydada, qısamüddətli öhdəlik və uzunmüddətli öhdəlik olaraq təsnifləşdirilərək 
daha vaci və faydalı hesab edil- 
məkdədir. 
Qeyd edilmiş qaydalara görə Azərbaycan Respublikasının ərazisi daxilində 
fəaliyyətdə olan mühasibat uçotunun bütün subyektləri tərəfindən aparılan 
mühasibat uçotu üzrə registrlər Azərbaycanın dövlət dilində aparılmaqdadır. 
Ölkəmizin xaricində fəaliyyətdə olan mühasibat uçotunun digər subyekti isə 
Azərbaycan dilində olan mühasibat uçotu üzrə registrləri, məlumatları həmin 
ölkələrin mövcud olan qanunvericiliyinə əsasən təyin edilən qaydalar əsasında bu 
ölkənin dilinə tərcümə edilə bilir. 
Buna əlavə olaraq deyilməlidir ki, əl ilə hazırlanmış mühasibat üçotu üzrə 
əməliyyatlar (kitablarında) olan səhifələr nömrələnməlidir. Kitabın ən sonuncu 
səhifəsində isə bütün səhifələrin ümumi sayı göstərilir və mühasibat uçotunun 
müəyyən edilmiş subyektinin (şirkətin) baş mühasibi ilə həmin mühasibat 
uçotunun subyektinin müdirinin (rəhbəri) seçdiyi aşqa bir mühasibat əməkdaşının 
imzasına əsasən təsdiq edilərək möhürləyir. Hər bir kitabda mühasibatlıq uçotunun 
subyektləriinin, mərkəzı mühasibatlığın qeydiyyatı, adı, habelə kitabın açıldığı 
dövr - tarix qyd edilir. Kitabda qeyd edilmiş subhesabların hamısının mütlər olur. 
Bəzi subhesablarla bağlı yazılışlar bu kitabın başqa bir səhifəsinə nüsxələndiyi 
zaman (köçürülərkən), bu subhesabla bağlı başlıqda, digər səhifəyə verilən nömrə 
göstərilərək yazılışın köçürülməsi üzrə əməliyyat da yazılır. 
Hazırlanmış hesabatın dövrü sona çatdıqdan sonra mühasibat uçotu üzrə 
kitablarda mövcud olan boş səhifələr isə növbəti ilin hesabatının hazırlandığı 
dövrdə əməliyyatların yazılışları üzrə istifadə oluna bilir. Mühasibat uçotunda 
aparılan registrlərdə aparılan yazılışlar ilk uçot sənədinə görə qələmlə ya da 
avtomatlaşdırılan yollarla aparılmaqdadır. Mühasibat uçotunun mövcud registrləri 
həm də komputerlə ya da çağdaş hesablama texnikasının cihazları ilə tərtib 
edilməkdədir. Hər ayda son dövrdə aparılan analitik uçotla bağlı registrlərdə 
dövriyyənin yekunu müəyyənləşir, həm də subhesablarla bağlı qalıqlar 
çıxarılmaqdadır. İlin əvvəlində hesablanmış dövriyyə balansının tapılmış 


57 
informasiya 
toplusu (qalığı) hesabatın 
əvvəlki 
dövründə 
tapılmış
və 
sonunda təsdiqlənmiş yekun (son) balansın məlumatlarına əsasən tərtib 
olunmalıdır. Hesabat ilində ilk dövrdə dövriyyə balansının tapılmış 
göstəriciləri dəyişiləcəksə onun əsas səbəbləri aydınlaşmalıdır. 
İlkin sənədlər, tərtib edilmiş uçot registri, həmçinin maliyyə əməliyyatlarıyla 
bağlı hesabatlar arxivə göndərilənə kimi mühasibat sistemində xüsusi yerlərdə ya 
da baş mühasibin tərəfindən seçilmiş şəxslər tərəfindən cavabdehliklə bağlı 
rəflərdə qorunur. Mühasibat sənədlərinin hamısı mühasibat uçotunun təyin edilmiş 
subyektlərin mühasibat arxivində müəyyənləşmiş müddətə qədər mühafizə edilərək 
saxlanılır. Mühafizə edilən dövr qurtardıqdan sonra mühasibat sənədlərinin 
əvvəlcədən təyin edilmiş qaydalara uyğun olaraq müvafiq dövlətin arxivinə 
göndərilir. Sənədlərin bu arxivə göndərilməsini ya da qanunvericiliyin mövcud 
şərtlərinə uyğun formada ləğv edilməsini göstərən aktlar mühasibatlıqda həmişə 
mühafizə edilməkdədir.
Mühasibat uçotunun subyektinin hazırladığı uçotla bağlı ilkin sənədləri, 
bundan başqa uçot registrləri, maliyyə əməliyyatları üzrə hesabatlar istintaq 
təşkilatları, prokuror, həmçinin məhkəmənin tərəfindən ilkin istintaq məqsədilə 
Azərbaycan Respublikasının qüvvədə olmuş müvafiq qanunvericiliyinə görə bu 
təşkilatların qərarına uyğun olaraq götürülə bilir. Sənədlər təhvil verilən zaman 
uyğun qaydada protokol tərtib edilərək, bu protokolların nüsxəsi iltızam alaraq 
mühasibat uçotunun uyğun subyektlərinin vəzifəli işçisinə verilməkdədir. 
Sənədləri götürən təşkilatların razılığına və nümayəndələrınin iştirakıyla mühasibat 
uçotunun subyektlərinın müvafiq vəzifəli işçiləri sənədlərin götürülməsinin qeyd 
eidlən tarixi və əsasınının göstərilməsilə onların nüsxəsini çıxara bilir. İlkin uçotun 
hazırlanması üzrə sənədlərin, uçot registrlərinın və maliyyə əməliyyatları üzrə 
hesabatlarının itirilməsi halında mühasibat uçotunun uyğun subyektinin rəhbərinin 
əmrinə əsasən bu kimi halların əsas səbəbini tədqiqedən komisiya yaradılmaqdadır. 
Komisiyanın işinin nəticələri mühasibat uçotu üzrə subyektin rəhbərləri tərəfindən 
təsdiq edilmiş aktla rəsmiləşdirilməkdədir. Bu aktların surətləri yuxarı qurumlara 
(əgər varsa) dərhal göndərilməkdədir. 


58 
Mühasibat uçotunun təyin edilmiş subyektlərinin apardıqları mühasibat uçotu,
bu mühasibat uçotunda təyin edilən subyektlərin vasitəsilə təşkil edilən 
mühasibatlıq, mərkəzı mühasibatlıq ya da mühasibat uçotunu verən xidməti verən 
investisya sahiblərinin subyektləri vasitəsilə həyata keçiriməkdədir. Mühasibat 
uçotunun təyin edilmiş subyektlərinin apardıqları mühasibatlıqlar ilə ya da bu 
mühasibat uçotunun təyin edilmiş subyektlərinin strukturunda, tərkibində təşkil 
edilən mərkəzi mühasibatlıq illik maliyyə əməliyyatları üzrə hesabatları tərtib 
edərək təqdim etməlidi. 
Azərbaycan Respublikasında olan qanunvericiliyə uyğun olaraq ləğv edilmiş 
mühasibat uçotunun uyğun subyektlərinin ləğvi haqqında qərar verildikdə 
müəyyən edilən tarixə qədər mühasibat uçotu subyekti üzrə ləğv edilən 
komissiyanın yekun maliyyə əməliyyatları üzrə hesabatlarını, habelə yekun 
birləşdirmələrin (konsolidə edilən) maliyyə əməliyyatları üzrə hesabatlarını tərtib 
edirlər. Mühasibat uçotu üzrə əməliyyatların subyektlərin əmlakı ləğv edilən 
komissiyasının müəyyən edilmiş qaydalarda təyin edilən qiymətlər üzrə uçotunu 
aparır. Ümidsiz borclarıla bağlı və ya zərərlər üzrə yekun maliyyə əməliyyatları 
üzrə hesabatlara və yekunda birləşdirilən (konsolidə edilən) maliyyə əməliyyatları 
üzrə hesabatlara daxil edilməməkdədir. Ləğv edilmiş mühasibat uçotunun təyin 
edilən subyektinin öhdəliyi dəqiqləşərək yekunda “Maliyyə vəziyyəti haqqında” 
hesabatda əks edilir və “Əhəmiyyətli uçot siyasəti və izahli qeydlər”də ödəniş 
tarixindən başlayaraq öhdəliklərın icra edilməsinin xronoloji ardıcıllıqla bölgüsü 
üzrə göstərilməkdədir. 
Mühasibat uçotunun təyin edilmiş subyektləri baş verən maliyyə və təsərrüfat 
əməliyyatları və işlərinin xüsusiyyətlərinə bağlı olub Beynəlxalq Standartların şərt 
və tələbinə uyğun qaydada həmin prinsiplərdə əks etməyən mühasibat yazılışlarını 
sistemləşdirmək hüququna malikdi.
Həmin Qaydalarla müəyyən edilmiş hesablar planının hazırlanacaq mühasibat 
uçotunda təyin edilən subyektlərin fəaliyyət prinsiplərini və xüsusiyətlərini özündə 
ehtiva edir. Hesablar Planda olan “Uzunmüddətli aktivlər”lə əlaqəli olan planı 


59 
“Əlavələr”də səhifə 82-də olan Mühasibat uçotu subyektləri üçün “Uzunmüddətli 
aktivlər”lə bağlı Hesablar Planı adlı Cədvəl 5-də göstərilmişdir. 
Mühasibat uçotunun təyin edilmiş subyektlərinin hesabat zamanı 
ərzində maliyyə və təsərrüfat əməliyatları üzrə aparılmış və ya səhv verilən 
mühasibat yazılışları üzərinə düzəlişlər bu yazılışlarda əks ya da storno üsuluyla, 
başqa sözlə mənfi rəqəmlərlə mühasibat yazılışlarında müxabirləşmələr verilərək 
həyata keçirilməkdədir. 
Mühasibat uçotunun təyin edilmiş subyektləri Beynəlxalq Standartlara görə 
tərtib olunmuş və avtomatlaşdırılan proqramların istifadəsi əsasında mühasibat 
uçotunu həyata keçirmək və maliyyə əməliyyatları üzrə hesabatları tərtib edə 
bilmək hüququna malikdir. 
Beləliklə, maliyyə əməliyyatları üzrə hesabatlarının Beynəlxalq Standartlara 
görə mühasibat uçotunun aparılmağının qaydaları Azərbaycanda kommersiya 
qurumları, həm də hüquqi şəxs formalaşdırmadan sahibkarlıq fəaliyyəti üzrə 
məşğul olmuş fiziki şəxslərin bu qaydaları istifadə etmək, həm də onların effektiv 
tətbiqi imkanları genişdir.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin