Azərbaycan döVLƏT İQTİsad universiteti


Sxem 5. Əsas vəsaitər hesabında uçota alınmış əmək vəsaitlərinin



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
S-leymanov-Abid-h-d 311019

Sxem 5. Əsas vəsaitər hesabında uçota alınmış əmək vəsaitlərinin 
qruplaşdırılması 
Binalar; 
Qurğular; 
Ötürücü qurğular; 
Maşınlar və avadanlıqlar; 


64 
Mənbə: Ə.Sadıqov, Mühasibat uçotu, 2015, Bakı 
Əsas diqqətimizi işçi heyvanlar və ümumiyyətlə məhsuldar heyvanlara və sair 
əsas vəsaitlərə yönəldək. Burda “işçi və məhsuldar heyvanlar” aşağıdakı qruplara 
bölünür:
1. İşçi heyvanlar (at, öküz, dəvə və başqa heyvanlar). 
2. Məhsuldar/damazlıq heyvanlar (inək, döl ökuzü, camış). 
3. Kitabxana fondu. Vahidin (nüsxəsinin) qiymətindən birbaşa olaraq asılı 
olmayan bütün növdə elmi, tədris və ya xüsusi növdə ədəbiyyatlar, bədii əsərlər və 
digər nəşrlər kitabxanın fonduna daxildir.
Sair əsas vəsaitlər isə aşağıdakı qaydada qruplaşdırılmaqdadır;
1) Çoxillik əkmələr. Bura yaşından asılı olmadan mədəni çoxıllik əkmələr, 
bütün növdə meyvə ilə giləmeyvələr çoxillik əkmələr (ağaclarla kollar) … və digər 
məqsədlərlə bağlı əkilmiş çoxillik əkmələr aiddir.
2) Torpaqların yaxşılaşması üçün əsaslı xərclər. Kapital qoyuluşu hesabında 
aparılmış torpaq sahələrinin əkilməsi üçün planlaşdırılan, ərazinin körükdən 
təmizlənmiş olması və əkinə hazırlığı, sahələrın daşlardan və ya kəsəklərdən, eyni 
zamanda alaqlardan və digər müxtəlif lazımsız bitkilərdən təmizliyi, balaca 
təpəciklərin düzləşməsi, nohurların yox edilməsi və s. torpaqların yaxşılaşması 
kimi çeşidli işləri (burda tikinti ilə quraşdırma işləri üçün əlaqəsi olmamış işlər) 
əsaslı xərclərə aiddir.
Nəqliyyat vasitələri; 
İstehsal alətləri və təsərrüfat inventarları; 
İşçi və məhsuldar heyvanlar; 
Kitabxana fondu; 
Sair əsas vəsaitlər. 


65 
İndi isə müqayisə üçün yeni Milli Mühasibat Uçotu Standartlarında, 
standartların tövsiyələrində və şərhlərındə əsas vəsaitlər (aktivlər). daha doğrusu
“Torpaq, tikili və avadanlıqlar” haqqında nə yazıldığına baxaq və bunların köhnə 
hesablarda olan əsas vəsaitlərlə uyğunluğunu araşdıraq. 
Mühasibat balansında göstərilmiş 11-ci maddə “Torpaq, tikili və 
avadanlıqlar" adlanmışdır. Bu maddədə təşkilatın maddi forması ilə fiziki formaya 
sahib olan aktivləri aiddi. “Torpaq, tikili və avadanlıqlar” 7 saylı Milli Mühasibat 
Uçotu Standartında izah edilməkdədir. Mühasibat balansında həmin maddədə 
müəssisənin mülkiyyətində olmuş ya da maliyyə icarəsi üzrə istifadə edilən 
amortizasiya xərc/məsrəfləri çıxılandan sonra torpağın; - tikililər, avadanlığın, 
maşının, cihazı, nəqliyat vasitələrınin və diər topraq; tikili ilə adanlığın xalis balans 
dəyərinə aiddi. Bu maddənin tərkibinə, həm də 13 saylı Milli Mühasibat Uçotu 
Standartına görə, torpaq; tikili/adanlıqların təkrar olaraq istehsalı üzrə əlaqədar 
yaranan hər hansı xərclərin kapitallaşması daxil olmuşdur. Torpaqlar, tikililər və 
avadanlıq müvafiq qaydada hesablar planında 111 nömrəli və 113 nömrəli 
hesablarda uçota alınmaqdadır. 
Torpaq istisna edilməklə, “Torpaq, tikili və avadanlıqlar"a aid edilən bütün 
maddələri müxtəlif istismar müddətinə malık olduğuna görə onlara həmin 
müddətdə sistemli və rasional qaydada şəkildə amortizasiya hesablanmalıdır. 
Göstərilən amortizasiyanın məbləği isə 112 saylı hesabda uçota aparılır.
Torpaqların; tikililərlə avadanlıqların dövriyədən kənar maddı aktivlər olub, 
müəssisə tərəfindən aşağıda sıralanan məqsədlərə görə istifadə oluna bilər:
 istehsalda ya da malların, materialların çatdırılması və ya xıdmətlərin 
göstərilməsinda istifadəsi;
başqa tərəfə icarə edilməsi;
 inzibati hədəflər üçün saxlanılması.
Hazırda mövcud olan standart torpaq - tikili və avadanlıqlar mənasını verən 
obyektin strukturunu, nələrdən təşkil olunduğunu, yenı aktivin bilinməsi məqsədilə 
ölçü vahidini təyin etmir. 


66 
Yeni əldə edilən obyektlərə parallel olaraq, keçmiş dövrdə sahib olunan 
torpaq; tikili və avadanliqlar olaraq bilinən obyektlər də torpaqlar, tikililər və 
avadanliqların bilinməsi meyarına uyğun olub cavab verməlidir. Torpaqlar, tikililər 
və avadanlıqların ayrılıqda obyektlərinin nələrdən ibarət olduğunu tapmaq 
məqsədilə müəsisənin xüsusi vəziyyətlərinə tanınma meyarlarını tətbiq etmək üçün 
peşakar düşüncədən istifadə edilməsi zəruridir. Ayrılıqda əhəmiyyətsiz görülən 
maddələrin (qalıb, alətlər, şablon) qruplaşdırılaraq həmin meyarın ümumi olaraq 
hesablanmış dəyərinə tətbiqi daha məqsədəuyğun olardı. 
Müəssisə öz torpaqları, tikililəri və avadanlıqlarına çəkilmiş məsrəflərin 
hamısı, onların formalaşdığı zaman cari tanınma meyarına uyğun gəlib-gəlməməsi 
predmetinə uyğun qiymətləndirməlidir.
Bu məsrətlər torpaqlar, tikililər və avadanlıqlara aidiyyatlı obyektlərin ilkin 
alınmağı ya da yaradılması məqsədilə çəkilmiş və sonradan bu obyektlərə əlavə 
edilmiş, müəyyən hissəsinin dəyişməsi yada onlara xidmətlərin göstərilmasi üçün 
çəkilmiş xərcləri özündə əks etdirməkdədir.
İndi isə köhnə hesabların istifadə edilmiş planı ilə yeni hazırlanmış hesablar 
planında uçotunun aparıldığı uzunmüddətli aktivləri fərqləndirək. Köhnə 
qaydalarda konkret yazılıb ki. 500.000 AZM-dən, yəni 100 AZN-dən artıq dəyəri 
olan, istismar müddəti 1 ildən yuxan aktivlar əsas vəsait olaraq uçota alınmalıdı.
Amma 
yeni 
Milli 
Mühasibat 
Uçotu 
qaydalarındu 
artıq 
100 
manat məhdudiyyəti yoxdur, təkcə 1 il məhdudiyyəti vardır. Yəni standartlara 
əsasən istənilən bir aktivin, əmlakının məbləği 100 manatdan aşağıdırsa, amma 
onun faydalı olacaq istifadə müddəti, yəni iqtisadi ömrü bir ildən çoxdursa, onda o, 
“torpaqlar, tikililər və avadanlıqlar” olaraq, yəni əvvəlki qaydada qeyd etsək, əsas 
vəsait olaraq uçota alına bilir. Burada yaranan sual, Vergi Məcəlləsində də əsas 
aktivlərlə bağlı 100 manat məhdudiyyəti var.
“Torpaqlar, tikililər və avadanlıqlar”ın, yəni əsas vəsaitin uçota alınmağı ilə 
əlaqədar qısa məlumatdan sonra əsas vəsaitlərlə “torpaqlar, tikililər və 
avadanlıqlar”ın uçotunda olan başqa fərqlərə nəzər salaq. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin