Azərbaycan döVLƏT İQTİsad universiteti


  Cədvəl 6. Milli Mühasibat Uçotları arasında bəzi fərqlər



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
S-leymanov-Abid-h-d 311019

 


67 
Cədvəl 6. Milli Mühasibat Uçotları arasında bəzi fərqlər 
Mənbə: müəllif tərəfindən hazırlanmışdır 
Göründüyü kimi, qeyd edilmiş hər iki halda uçota alınanlar eynidir. Yeganə 
fərq köhnə hesablar planında olan “İşçi və məhsuldar heyvanlar” və “Sair əsas 
vəsaitlər”in tərkibində uçota alının “Çoxillik əkmələr”lə bağlıdır. Daha doğrusu
bunlar köhnə hesablar planının 01 nömrəli balans hesabında qeydə alınırdı, amma 
yeni hesablar planının 111 saylı hesabında artıq uçota alınmır.
Onda qarşıya çıxan əsas sual, bunların hansı balans hesabında uçota alınması 
ilə bağlıdr. Köhnə hesablar planındakı “İşçı və məhsuldar heyvanlar” və “Çoxillik 
əkmələr” artıq 13 saylı maddədə, 131, 132 saylı hesablarda uçota alınır.
Göründüyü kimi fərqlər çox sadədir və uçot baxımındın problem yaratmır. 
Qeyd edildiyi kimi, əvvəlki qaydada istifadəedilən hesablar planında əsas vəsaitə 
uyğun gələn bütün akivlər (məbləğ limiti nəzərə alınmamaqla) yeni hesablar planı
111-ci hesabında qeydə alınır 
(https://muhasib.az/). 
111-ci hesabla 01-ci hesabda uçotu aparılan aktivlə bağlı fərqin biri də uzun 
müddətdə icarəyə götürülən aktivlərdir. Əvvəlki hesablar planında uzun müddətə 
icarəyə götürümüş əsas vəsaitlər 03 saylı balans hesabında uçot alınırdı.
Müəssisə digər təşkilatlardan uzunmüdətli icarə əsasında əsas vəsait əldə 
edəndə icarəyəgötürən (icarəçi) onu artıq 01 saylı “Əsas vəsailər” balans hesabında 


68 
yox, 03 saylı “Uzunmüddətə icarə götürülən əsas vəsaitlər” hesabında debetdə 
uçota almalı və ona müvafiq şəkildə amortizasiya hesabamalı idi.
Amma son hesablar planında daha uzun dövrdə icarəyə götürülmüş əsas 
vəsaitlərin uçotu üçün ayrıca hesab nəzərdə tutulmayıb. Belə aktivlər 111 saylı 
“Torpaq, tikili və avadanlıqlar – dəyər” adlanmış hesabatda uçota alınmaqdadır.
Sadəcə, təcrübədə belə aktivləri ayırmaq üçün 111-ci hesabda olan 
subhesabların özü də bölünür. Məsələn, təşkilatın balansında həm özünün 
mülkiyətində olan binası və həmdə maliyyənin icarəsi üzrə alınmış bina var. Bu 
zaman onların uçotu belə aparıla bilər: 
111.2. “Tikililər” 
111.2.1. “Tikililər – mülkiyyətdə olan” 
111.2.2. “Tikililər- maliyyə icarəsi ilə alınan” 
“Əsas vəsaitlər” və yaxud “Torpaq, tikili və avadanlıqlar”la bağı təcrübədə 
tez-tez rastlaşılan müxabirləşmələrə nəzər yetirək. Müxabirləşmələr həm köhne 
hesablar planı, həm də yeni hesablar plani ilə aparılacaq. Eyni zamanda daha yaxşı 
anlaşılması üçün əməliyyatların təsviri veriləcək.
Müxabirləşmələrə keçməzən əvvəl yeni standartlarda əsas vəsaitlərdə 
(torpaq, tikilı, avadanlıqların) balans dəyərini (yeni milli standartlarda ilkin 
dəyərinin) formalaşması üçün hansı xərclərin hara aid olduğuna, daha doğrusu 
hansı xərclərin kapitallaşdırıldığına nəzər salaq.
“Torpaq, tikili və avadanlıqlar”ın bilinmə meyarına cavab verəcək obyektlər 
əsasən ilkin dəyərinə görə qiymətləndirilməlidi. İlkin dəyərin strukturu və ya 
hissələri ayrılır: torpaq, tikili və avadanlıqlarin ilk məbləğinin tərkib hissələri 
aşağıdakılara bölünür: 
- Alış qiymətindən müxtəlif ticarət endirimlərinin çıxılmasından sonra, 
idxalla bağlı rüsumlar, habelə alışla əlaqəli əvəzləşdirilməmiş vergilər daxil 
edilməklə ümumi olaraq sərf edilmiş məsrəflər 
- Aktivdən müəssisənin rəhbəri tərəfindən müəyyənləşdirilmiş qaydada 
istifadə edilməsi naminə onu lazımı istismaredilmə yerinə və vəziyyətinə 
gətirməsinə çəkilmiş bütün birbaşa xərclər. 


69 
- obyektin alınmağı, habelə onun ehtiyyatlar yaratmaq üçün deyil, müxtəlif 
məqsədlərə görə müəyyənləşmiş müddət daxilində istifadə edilməsinin nəticəsi 
olaraq ləğvi, bundan başqa onun yerləşmiş olduğu sferanın bərpaedlməsi kimi 
işlərin görülməsiylə bağlı müəssisənin öz üzərinə götürmüş olduğu öhtəliklərə 
uyğun çəkilmiş xərclərin ilkin smetasının dəyəri. 
Nümunə. Müəssisə digər təşkilatdan (malgöndərəndən) 1000 manatlıq 
avadanlıq (məsələn, kompüter) alıb. Alınan avadanlıq istismara verilib.
Bu halda müxabirləşmələrin aparılması qaydası aşağıda əks olunan kimi 
olacaq (müxabirləşmələr köhnə hesablar planı və yeni hesablar planı üzrə 
aparılacaq, lazım gələrsə mühasiblər onu subhesablar üzrə yaza bilər): 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin