Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
S-leymanov-Abid-h-d 311019

 
 
 
 
 
Cədvəl 9. Gömrükdə rəsmiləşdirilərək idxal edilən malalr üzrə 
əməliyyatlar 


71 
Mənbə: Yeni Hesablar Planından istifadə edərək müəllif tərəfindən tərtib edilib. 
Əvvəlki balans hesablarının ən maraqlı maddələrindən biri də 06 saylı 
“Uzunmüddətli maliyə qoyuluşları” idi. Əvvəlcə, bu balans hesabında hansı 
əməliyyatların əks olunduğuna nəzər salaq və daha sonradan isə yeni hesablar 
planına uyğun müqayisəsini aparaq. Yəni həmin əməliyyatların yeni hesablar planı 
ilə uyğunluq dərəcasini nəzərdən keçirək. 06 saylı balans hesabda üç əməliyyatın 
nəticələri əks olunur. Bunlar; 06-1 subhesabında hər hansı qrumun və ya təşkilatda 
pay, səhmlər üzrə qoyuluşları uçota alınmaqdadır. Məsələn, təşkilatın digər bir 
müəssisədə nizamnamə kapitalında olan payını, yaxud digər müəssisə səhmdar 
cəmiyyətidirsə, səhmlərinin alınmasını buna misal olaraq göstərilə bilər. Tutaq ki, 
A müəssisəsi V müəssisəsinin səhmlərini almaq istəyir və bunun üçün 1000 manat 


72 
vəsait ödəyir. O zaman bu əməliyyat 06-1 balans hesabının debetində aparılacaq. 
Yeni hesablar planda bu əməliyyat necə əks etdiriləcəyinə baxaq. 
Artıq belə investisiyalar yeni hesablar planında hərhansı müəssisənin digər 
müəssisənin pay və səhmlərinə qoyduğu investisiyadan asılı olarub müxtəlif 
hesablarda uçotu aparılır. Yeni standartda törəmə müəssisələr, asılı müəssisələr və 
birgə müəssisələr anlayışları vardır. Ona görədə bu anlayışlara uyğun qoyulmuş 
investisiya başqa–başqa hesablarda uçotu aparılır. Əvvəllər də belə müəssisələr 
vardı. Amma onlara qoyulan hansısa investisiya yalnız 06-1 saylı balans hesabın 
uçota alınırdı.
Yeni standartda törəmə müəssisə, təşkilat asılı müəssisənin və birgə 
müəssisənin daşıdığı anlayışın izahı da verilmişdir. İndı isə həmin anlayışın izahını 
verə bilərik. Ola bilərki, bir müəssisə digər bir müəssisənin idarə edilməsinə
qərarların qəbuluna, maliyyə əməliyyatlarının effektiv idarə olunmasına nəzarət 
funksıyasına malikdir. Məsələn, bir qurum digər bir qurumun nizamnamə 
kapitalına payları yaxud da sahmlərin 50% hissəsindən çoxuna, qeyd etdiyimiz 
nəzarət funksiyasına malik olsa, artıq bu payların sahibi olan qurum, ana müəssisə 
olur. İkinci qurum isə öz növbəsində asılı müəssisə hesab edilir. 
Başqa müəssisələrdə 20%-dən daha aşağı paya sahib olmuş müəssisə ana 
müəssisə hesab edilmir və başqa müəssisədə olan payı təkcə investisiya 
qoyuluşlarıu (maliyyə aktivləri) hesab edilir.
Birgə müəssisələr isə, iki ya da daha cox müəssisənin iş birliyi ilə qurulur. 
Burda paylardan asılı olmadan, bütun qərarlarda, maliyyə əməliyyatlarında 
tapşırıqlar tərəflər tərəfindən birgə qəbul edilməkdədir. 
Qeyd edilmişdir ki, bütün bunlar əvvəllər bir balans hesabında 06-1-də uçota 
alınırdı. Yeni hesabların planına uyğun qaydada, asılı olan müəssisəyə 
investisiyalar 151 saylı “Asılı müəssısələrə investisiyalar”; birgə müəssisəyə 
investisiya 152 saylı “Birgə müəssısələrə investisiyalar”, törəmə müəssisələrə 
investisiyalar isə 183 saylı “Uzunmüddətli investisiyalar” hesabda uçota 
alınmaqdadır. 


73 
Başqa müəssisələrdə 20%-dən az bir paya malik investisiyalar da 183 saylı 
“Uzunmüddətli invcstisiyalar” hesabında uçotu aparılır.
Yeni hesablar planının 15-ci maddəsini nəzərdən keçirək. Bu maddələrə aid 
nümunəyə baxaq.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin