Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   19   20   21   22   23   24   25   26   27
S-leymanov-Abid-h-d 311019

NƏTİCƏ VƏ TƏKLİFLƏR 
“Azərbaycan qanunvericiliyində uzunmüddətli aktivlərin beynəlxalq 
səviyyədə qəbul edilmiş standartlara uyğun uçotunun təşkili məsələləri” 
mövzusunda aparılmış tədqiqat əsasında bir neçə faydalı nəticələr əldə edilmişdir 
və bəzi təkliflər irəli sürülə bilər. Bu təkliflər əsasən aşağıdakılardır: 
1. Uzunmüddətli aktivlərin effektiv idarə olunması, habelə onların beynəlxalq 
səviyyədəki standartlara uyğun uçotunun təşkil olunması həm uyğun 
qanunvericiliyin formalaşmasını, həm də bu bazanın müəssisələr tərəfindən 
istifadəsinin mərkəzləşməsini tələb etməkdədir. Azərbaycanda müəssisələrin 
mühasibat uçotu ürə hesabatların beynəlxalq səviyyəli standartlara çatdırılması və 
uyğun uçotunun aparılması, inkişafının təmini, habelə effektivliyin təmini üçün 
maliyyə əməliyyatları üzrə hesabatlarda gözlənilən şəffaflığın və açıqlığın təmin 
edilməsi məqsədilə qurumlar üçün maliyyə əməliyyatları üzrə hesabatlarının 
mövcud beynəlxalq standartlarında əsaslanmış və uygulaşdırılmış standartlar və 
təlimatlar istifadə edilməlidir. 
2. Uzunmüddətli aktivlərdən istifadə etmənin səmərəliyinin və effektivliyinin 
yüksəldilməsi müvafiq informasiyaların yayılmasını, habelə bunlara nəzarət 
mexanizminin olmasını zəruri edir. Bu cür bir yanaşma azad bazar sisteminin 
mühim elementlərindən olmuş mühasibat uçotu və maliyyə əməliyyatları üzrə 
hesabatları vasitəsilə formalaşır və baş tutur. Ancaq mühasibat uçotunun və 
maliyyə hesabatının tərtibi zamanı əldə edilən informasiya bazasının keyfiyyəti ilə 
kəmiyyətinə qarşı mövcud tələb və zərurət müəyyən bir zaman kəsiyi keçdikdə də-
yişir və fərqliləşir. Obyektiv qaydada bu vəziyyət, aparılan uçot və maliyyə 
hesabatının sisteminin də öz növbəsində mütəmadi olaraq təkmilləşməsi və 
yenilənməsini tələb edəcəkdir. Mühasibat uçot ilə maliyyə əməliyyatları üzrə 
hesabatın mövcud olmuş sistemində əsasən bazar mexanizminə, həmçinin də 
sahibkarlıq fəaliyyətlərinin idarə edilməsinin uyğun qayda və yöntəmlərinə 
uyğunlaşdırılır və adaptasiya olunur. Buna pararlel olaraq, mövcud sistemin daha 
effektiv və qənaətbəxş formalaşması, habelə fəaliyyətdə olması öyrənilmiş 
obyektlərin, daha dar baxımdan isə uzun müddətli hesab edilən aktivlərin iqtisadi 


76 
məğzini aydın və düzgün formada açıqlanmağından, təsnifatının verilməsinin və 
qiymətləndirilmə qaydasının elmi, metodiki-praktiki aspektdən hərtərəfli 
araşdırılmasından birbaşa qaydada asılı olmaqdadır. Aparılmış bu tədqiqat ortaya 
qoymaqdadır ki, öyrənilmiş obyektlərin, başqa bir ifadə ilə uzunmüddətli aktivlərin 
iqtisadi məğzini və icra etdiyi funksiyaları düzgün anlamadan onların adekvat 
uçotunun və maliyyə hesabatının sistemini formalaşdırmaq mümkün 
olmamaqdadır. 
3. Aparılan tədqiqatlara görə, qeyd edilə bilərki, mövcud ədəbiyyatlarda həm 
ümumilikdə aktivlərin, həm də onların ən mühim tərkib hissəsindən biri olmuş 
uzunmüddətli aktivlərin məğzi iqtisadi hadisələr aspektindən deyil, əsasən hüquqi 
münasibətlər aspektindən izah olunmalıdır. 
4. Uzunmüddətli aktivin təsnifatının aparılması bu aktivin uçotu və maliyyə 
əməliyyatları üzrə hesabatlarının təşkil edilməsinin metodoloji bazasından birini 
təşkil etməkdədir. Ancaq nəzəriyyədə, bu istiqamətdə hazırlanmış ədəbiyyatlarda 
aktivlərlə bağlı elmi aspektdən əsaslandırılmış bölmə və təsnifatlar əksikdir. 
Əvvəllər olduğu kimi, günümüzdə də aktivlərin təsnifatının aparılması onların 
mövcudluq strukturuna uyğun olaraq təsnifləşdirilir. Bu vaxt belə, nəticədə əldə 
edilə bilər ki, uzunmüddətli aktivlərin müxtəlif növləri çeşidli funksiyalar icra edir. 
Bununla belə, mövcudolma strukturundan, ya da növündən asılı olmayaraq 
uzunmüddətli aktivlərin hamısı müəyyən funksiyaya sahibdir. Qeyd edilmiş bu 
meyar isə öz qaydasında uzunmüddətli aktivlərin təsnifi və qruplaşmasının 
əsasında mümkündür.
5. Ümumilikdə aktivlərin, habelə uzunmüddətli aktivlərin idarəolunması 
mexanizmi və metodunun əhəmiyyətli elementləri vardır. Bu elementlərdən hamısı 
vacib olsa belə, bu elementlərdən biri qiymətləndirmədir. Beynəlxalq miqyasda, 
həm də aparılmış tədqiqatlara əsasən vurğulamaq mümkündür ki, mühasibat 
uçotunun və maliyyə əməliyyatları üzrə hesabatın təkmilləşmiş metodologiyaya 
sahib olarsa belə, elmi və praktiki aspektdən əsaslı qiymətləndirmə mərkəzi 
mövcud olmasa uzunmüddətli aktivlərlə bağlı etibarlı, sağlam və həqiqəti əks 
etdirən informasiya yaratmaq mümkün olmur. Qiymətləndirmə mexanizmi isə 


77 
mövcud olmasa mühasibat uçotunun doğru aparılması mümkün olmayacaqdır. 
Müəssisənin apardığı əməliyyatlar nəticəsində ortaya çıxan maliyyə nəticələri 
müəssisənin aktivlərini, habelə uzunmüddətli aktivlərini dəyərləndirməklə 
müəyyənləşdirmək mümkündür. Qeyd edilənlərdən isə sonda bir nəticə kimi qeyd 
etmək mümkündürki, uzunmüddətli aktivlərlə bağlı uçotun, həm də hesabatının 
hazırlanmasının əsas metodologiyası məhz qiymətləndirmə amilidir. 
Azad bazar iqtisadiyyatında aktivlərin, həmçinin uzunmüddətli aktivlərin 
sahib olduğu ilkin dəyər və ya maya dəyəri; həmçinin tarixi aspektdən aldığı 
dəyərlə bərabər, bugünki dəyərə əsasən qiymətləndirilməsinin zəruəti yaranır. Belə 
ki, azad bazar iqtisadiyyatında qiymətləri əmələ gətirən amillər bazarın aparıcı 
ünsürləridir. Bunlar isə inflyasiya, iqtisadi subyektlərin tələbi ilə təklifinin 
səviyyəsi, rəqabət dərəcəsi və başqa faktorlar aid edilə bilir. Bu faktorlar güclü 
təsirə sahib olub, onların göstərdiyi təsir nəticəsində formalaşır. Yəni, uçot ilə 
hesabatların hazırlanmasında uzunmüddətli aktivlərin qiymətləndirilməsində tarixi 
aspektə paralel olaraq, eyni vaxtda cari/bazar qiymətləri də nəzərə alınmalıdır. 
6. Uzunmüddətli aktivlərin normativ sənədlərə əsasən dəqiq qaydada 
təsnifatının aparılması, çağdaş şərtlərə və tələblərə uyğun olmuş mühasibat 
uçotunun maliyyə əməliyyatları üzrə hesabatı sistemi günümüzdə tam formada 
mövcud olmayıb hazırlanma mərhələsindədir. Yəni, mühasibat uçotunda aparılan 
hesablar planında uzunmüddətli aktivlərin təsnifatının və uçotunun aparıldığı 
sistem metodoloji qaydalara və praktiki şərtlərə lazımı səviyyədə cavab 
verməməkdədir. Aparılmış araşdırma ilə müəssisələrin işlərinin nəticəsində əldə 
olunan təcrübələr qeyd etməyə əsas verməkdədir ki, bu sistemlər öz növbəsində 
məntiqi sona çatmamışdır, həm də çağdaş tələblərə uyğun olmur. Uzunmüddətli 
aktivlərin, onun sintetik uçotunun aparılma qaydasının metodoloji bazası və şərtləri 
keçmişdə aparılmış qaydalardan çox fərqlənməmişdir. Uzunmüddətli aktivlərin 
analitik uçotunun təşkili, həm də bu aktivlərin sintetik uçotla əlaqələndirilmiş 
olması bir sistem olaraq çox mürəkkəb olub, bəzən gözlənilən səmərəni 
verməməkdədir.
Günümüzdə uzunmüddətli aktivlərinin, ya da onlardan istifadəedilmə nəticə- 


78 
sində yarana biləcək xərclərin, həm də gəlirlərin uçotunun tək bir mühasibat 
uçotunun aparıldığı sistemdə və ya mərkəzdə aparılmalıdır. Bu isə uzunmüddətli 
aktivlərlə bağlı detaylı informasiyanın formalaşmasına, beləliklə, bu 
informasiyadan məqsədəuyğun və effektiv istifadə etməsinə imkan yaratmır. 
Bütövlükdə isə, var olan uçot sisteminin yarandığı məlumat həm daxili idarəetmə 
sisteminin, həmdə kənardan olan istifadəçilərin tələbatını qarşılanır. Bu sistem öz 
növbəsində nə metodoloji olaraq, nədə praktiki aspektdən beynəlxalq prinsiplərə, 
müəyyən edilmiş standartlara bütünlükdə uyğun olmur. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin