F. k öçər LI a dına Respublika Uşa q Kitabx anası



Yüklə 365,51 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü365,51 Kb.
#7314

        

F.K öçər li a dına Respublika

Uşa q Kitabx anası

 

  



Sultanməcid Qənizadə -150 

   


    Görkəmli maarif və mədəniyyət xadimi 

                        

 

                                

                      

                                    Bakı -2016

1


        Tərtibçi:                                              Aynurə Əliyeva

                                          

            Sevil Əhmədova

İxtisas  redaktoru və buraxılışa məsul:  Şəhla Qəmbərova        

                                                 Əməkdar Mədəniyyət 

işçisi


      Redaktor:                                            Səməd Məlikzadə

Sultanməcid Qənizadənin 150 illik yubileyi  münasibətilə 

respublika uşaq kitabxanaları üçün hazırlanmış  metodik 

vəsait / tərt.ed. A.Əliyeva; red. və burax. məsul Ş.Qəmbərova;

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.-24 s.

                                                                                        

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016 



             

2


                 Tərtibçidən  

      Azərbaycanda maarifçilik cərəyanının ilk çağları XIX

əsrin   sonları  və  XX   əsrin   əvvəllərinə  təsadüf   edir.  Bu

cərəyanının 

görkəmli   nümayəndələrindən

 biri


Sultanməcid   Qənizadə   olub.  O,  dövrünün   bir   çox

ziyalılarından fərqli olaraq, çoxşaxəli fəaliyyəti ilə seçilib.

Maarif  və   teatr  xadimi,  pedaqoq,   yazıçı,   tərcüməçi,

jurnalist   Sultanməcid   Qənizadinin   bu   il   150   illik

yubileyidir. 

        Sultanməcid   Qənizadə   1866-cı   ilin   aprel   ayında

Şamaxı şəhərində,  tacir Hacı Murtuzəli kişinin ailəsində

dünyaya   gəlib.   Tədqiqatçıların   yazdıqlarına   görə,

Sultanməcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının

tanınmış   şairlərindən   olub.   Ədibin   bəzi   məqalələrində

"Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir.

Sultanməcidin atasının  da elmə, maarifə böyük marağı

varmış. Sultanməcidin  ilk müəllimi  də elə atası  olub. O,

əvvəlcə  oğluna  yazıb-oxumaq   öyrədib,   sonra   da   onu

şəhərdəki   müxtəlif   məktəblərdə   oxudub,   bir   neçə   dilin

öyrədilməsinə nail olub.

Sultanməcid   Qənizadə  rus   dilini   mükəmməl

bildiyindən   1883-cü   ildə   Tiflisdəki   Aleksandrovski

Müəllimlər İnstitutuna daxil olub. Qeyd edək ki, bu institut

50   ilə   yaxın   bir   müddətdə  ətraf  vilayətlərin   şəhər

məktəbləri   üçün   müəllim   kadrları   hazırlayıb.   O   vaxt

müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar

hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid

Qənizadə  və  tələbə   dostu,  yaxın   silahdaşı   Həbibbəy

3


Mahmudbəyovla birlikdə kənd məktəbinə təyin ediliblər.

Bu   haqsızlıqla   razılaşmayan   dostlar  Bakıya   gələrək

1887-ci   ildə   “Rus-Tatar  məktəbi”   adlı   ibtidai   təhsil

ocağının yaradılmasına nail olublar. Bu maarif  ocağının

işığı tezliklə yurdumuzun bir sıra bölgələrinə yayılıb. 

Azərbaycan   maarifinin   ağırlığını   çiynində   şərəflə

daşıyan   Sultanməcid   Qənizadə   bir   müddət   Qori

Müəllimlər   Seminariyasında,   sovet   hakimiyyəti   illərində

isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış,

müxtəlif   elmi   cəmiyyətlərin  və  komissiyaların   üzvü

olmuşdur.   Azərbaycan   müəllimləri   arasında   böyük

hörmətə   və   nüfuza   malik   olan   bu   qocaman   maarif

xadiminə   hamı   ehtiramla   "Mirzə   Məcid"   deyə   müraciət

edərmiş.


  Sultanməcid   Qənizadə  həm   də  mədəniyyət

xadimi idi. Azərbaycan teatrının inkişafında  onun  böyük

xidmətləri   olmuşdur.  O,  neçə-neçə   istedadlı  gəncin

səhnəyə   gəlişinə   kömək   göstərmişdir.  Görkəmli   aktyor

Hüseyn   Ərəblinskinin   teatra   gəlməsində  də   onun  rolu

olmuşdur.  Qeyd   edək   ki,  Hüseyn   Ərəblinski   ilk   dəfə

məhz   Sultan   Məcid   Qənizadənin   rejissorluğu   ilə

hazırlanmış   “Vəziri   xani-Lənkəran”   komediyasının

tamaşasında   (1898)   Mehtər   Kərim   rolunu   oynamışdır.

Araşdırmalar göstərir ki, S. Qənizadə həm gözəl rejissor,

həm də istedadlı  dramaturq  olmuşdur. Təəssüf ki, onun

bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməyib. 

Sultanməcid   Qənizadə   tərcüməçi  işini   də   yaxşı

bacarmışdır.  O,  1894-cü   ildə  böyük   rus   yazıçısı  Lev

4


Tolstoyun   “Əvvəlinci   şərabçı”   pyesini   tərcümə  etmiş,

həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur. Bu

da  Azərbaycan  teatrı  tarixinə   rus   dramaturgiyasının   ilk

tamaşası kimi daxil olmuşdur. Onu  da  əlavə edək ki,  S.

Qənizadə   müasiri   Lev   Tolstoyla   sıx   əlaqə  saxlamış,

onunla məktublaşmışdır. 

Məlumata görə, Sultanməcid Qənizadənin qələmə

aldığı ilk pyes “Qönçə xanım” adlanıb. Təəssüf ki, həmin

əsər   indiyədək  tapılmayıb.   Rus   ədiblərindən   etdiyi

tərcümələrlə yanaşı, Sultanməcid xalq nağılları əsasında

uşaqlar   üçün   mənzum   hekayələr   də   yazmışdır.   Ən

sanballı   bədii   əsəri   isə   “Məktubati-Şeyda   bəy   Şirvani”

adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün

məzmunu   əsərin   baş   qəhrəmanı   Şeyda   Məsihzadənin

gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq

təsdiqləyiblər   ki,   Şeyda   bəy   elə   Qənizadənin   özüdür.

Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki

hissədən   ibarətdir.   Sovet   dövründə   bu   romanın   təhlili

ziddiyyətli   şəkildə   aparılmışdır.   Müəllifin   fanatizmə,

geriliyə  qarşı  yönəldilmiş tənqidi təqdirlənsə  də, Allaha

inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin

fikirləri  “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.

Sultanməcid   Qənizadə   jurnalistliklə   də   məşğul

olmuşdur.  O,  Qori  Müəllimlər  Seminariyasında   işlədiyi

illərdən başlayaraq  mətbuatda müntəzəm çıxış etmişdir.

Yazıları  əsasən  “Dəbistan”   jurnalında   çap  olunmuşdur.

Ədəbiyyatşünas   Firudin   Hüseynovun   yazdığına   görə,

Sultanməcid Qənizadə  Nəriman Nərimanovla  yaxından

5


dostluq   etmişdir. 

O,

 əqidə   yoldaşı   Həbibbəy



Mahmudbəyovla   birlikdə   maarifçi  bir   mətbuat   orqanı

açmaq  fikrində   olmuşdur.   1906-cı   ildə   nəşrə   başlayan

“Molla   Nəsrəddin”   jurnalının   yaranışını   alqışlayan   və

buna   çox   sevinən   ziyalılarımızdan   biri   S.   Qənizadə

olmuşdur.  Təəssüf ki, tədqiqatçılar "Molla Nəsrəddin"in

yazarları   haqqında   araşdırma   apararkən   Sultanməcid

Qənizadənin   üstündən   sükutla   keçmişlər.  Bu   fikirdəyik

ki, belə bir jurnalın çıxmasına sevinən, Sabirlə dost olan,

o   dövrün   müxtəlif   mətbuat   orqanlarında   çıxış   edən   bir

ədib "Molla Nəsrəddin" jurnalına nəsə yazmamış olsun.

Bəlkə   də  naməlum   qalan   imzalardan  biri  Sultanməcid

Qənizadəyə məxsusdur. Yəqin ki, haçansa, tədqiqatçılar

tərəfindən bu qaranlıq məsələyə bir aydınlıq gətiriləcək.

Sultanməcid Qənizadə böyük azərbaycanlı idi. O,

müəllimliyə   başladığı   ilk   gündən   həyatını   və

yaradıcılığını   millətinin   oyanışına,   tərəqqisinə,   təhsilinə

və   işıqlı   gələcəyinə 

bağlamışdı.   Görkəmli

ədəbiyyatşünas   Firidun   bəy   Köçərli   yazırdı:   “Qənizadə

iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində

təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr,

gözəl əqidələr var  ki, hər  kəsə onları oxumağı tövsiyə

edirik”.   Bir   çox   həmkarından   fərqli   olaraq,  S.Qənizadə

yaradıcılığında   da,   pedaqoji   fəaliyyətində   də   insanları

Allahın   buyurduğu   şəriətlə   yaşamağa   çağırırdı.   İnsan

mənəviyyatını,   əxlaqını   önə   çəkən   Qənizadə   dünyəvi

elmləri   yorulmadan   təbliğ   etməklə   yanaşı,   hər   kəsi

insaniyyətə,   milliyyətə,   Vətənə   xidmətə   səsləyərdi.   O

dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən

6


biri   də   qadın   azadlığı   məsələsi  idi.   Sultanməcid

Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən

qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili”ndə

öz fikirlərini oxucuların mühakiməsinə vermişdi. 

 Xalqına göstərdiyi böyük xidmətlərə baxmayaraq

Sultanməcid   Qənizadə  Stalin   rejimi   tərəfindən  “xalq

düşməni” adlandırılıb. Onun tərcümeyi-halında oxuyuruq:

“S.  Qənizadə   1937-ci   ildə,   72   yaşında   vəfat   etmişdir”.

Əslində  Sultanməcid   Qənizadə   öz   əcəli   ilə   vəfat

etməmişdir.   Ömrü   boyu   millətinə,   xalqına,   onun   işıqlı

gələcəyinə xidmət göstərən  bu fədakar insan, günahsız

olsa   da,  həbs   edilərək,  “xalq   düşməni”   kimi

güllələnmişdir.

           Yazarın Əli İskəndər Cabbarovla birlikdə  qələmə

aldığı 

“Kəlili   ədəbiyyat”   (müntəxabat),   “İstilahi



Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)” və

s.   əsərləri   məktəblərdəki   boşluğu   qismən   doldurmağa

xidmət   etmişdir.   O,   “Axşam   səbri   xeyir   olar”   əsəri   ilə

ədəbiyyat   tariximizdə   təbdilin   əsasını   qoymuşdur.   Ən

orjinal   əsəri   “Məktubati-Şeyda   bəy   Şirvani”   romanıdır.

Onun yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında

çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur.  

Görkəmli   maarifçi,   yazıçı,   pedaqoq   Sultanməcid

Qənizadənin anadan olmasının 150 illik yubileyi ilə bağlı

bir   sıra   tədbirlər-    kitab   müzakirəsi,   oxucu   konfransı,

rəsm   və   digər   müsabiqələr,   ədəbi-bədii   gecə   keçirilə

bilər.   Bu  cəfakeş  şəxsiyyəti   sevdirmək,   yaradıcılığını

gənc   nəslə   və   şagirdlərə   tanıtmaq   məqsədilə   kitab

7


sərgisi  də  təşkil   oluna   bilər.  Sərgiyə   müxtəlif   başlıqlar

verilə bilər:  “İttihadçı və türkçü Sultanməcid Qənizadə”,

“Azərbaycanın   böyük   oğlu  -  Sultanməcid   Qənizadə”,

Azərbaycan   maarifinin   ağırlığını   çiynində   şərəflə



daşıyan  -  Sultanməcid   Qənizadə”,   “Hamıya   örnək

pedaqoq”,  “Böyük azərbaycanlı- Sultanməcid Qənizadə”

və s. Bundan başqa, Sultanməcid Qənizadənin  müxtəlif

illərdə çəkilmiş foto şəkillərindən ibarət stend və kitabları

da  sərgidə  oxuculara çatdırılmalıdır.  Ayrı-ayrı  ədiblərin,

alim   və   yazarların   Sultanməcid   Qənizadə   haqqında

yazdığı yazılar, söylədikləri sitatların da sərgidə nümayiş

olunması vacibdir. 

         Görkəmli şəxsiyyətlərin Sultanməcid Qənizadə

haqqında söylədikləri

“Məktubati-Şeyda bəy” sərlövhəsi ilə yazdığı “Müəllimlər

iftixarı” və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin

iqtidarlı   bir   ədib   olduğunu   bildirir.   Bu   əsərlərin   hər

birisində   təzə   fikirlər,   vüsətli   xəyallar,   dərin   mənalar,

nazik   işarələr,   gözəl   əqidələr   var   ki,   hər   kəsə   onları

oxumağı tövsiyə edirik. 

8


              F.Köçərli,

         maarifçi-pedaqoq. 

  Biz hamımız Sultanməcidin rəhbərliyi ilə işləyirik. Onun

evi   bizim   üçün   ədəbiyyat   və   maarif   mənzili   idi.   Bizim

zəhmətimizi bu kişi çox çəkibdir. Bizi zəhmət və maarifə

cəlb edən o olubdur, hamımızda ruh və fərəh oyandıran

o olubdur.

      Nəriman Nərimanov,



 

            yazıçı, dövlət  xadimi

   Qənizadə   Azərbaycan   maarifinin   ağırlığını   çiynində

daşıyan   görkəmli   ziyalılarımızdan   biri   olmuşdur.

Azərbaycan   müəllimlərinin   bir   neçə   nəsli   Qənizadəyə

“Mirzə   Məcid”   deyə   yüksək   ehtiram   hissi   ilə   müraciət

etmiş,   ondan   öyrənmiş,   ondan   göstəriş   almışlar.   Rus

dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də

Sultanməcid Qənizadəyə müyəssər olmuşdur.

                                    Abbas Zamanov,

 ədəbiyyatşünas, alim

  Yenilikçi alim-filoloq və görkəmli publisist Sultanməcid

Qənizadənin  Azərbaycanda  mədəni,   ədəbi-ictimai   fikrin

inkişafında   xüsusi   mövqeyi   vardır.  Xalqlar   dostluğunun

ardıcıl təbliğatçılarından olan Sultanməcid Qənizadə rus

və  Azərbaycan   xalqları   arasında   dostluq   və   qardaşılıq

əlaqələrini   daha   da   inkişaf   etdirilməsi   və

möhkəmləndirilməsi məsələsinə xüsusi fikir verirdi. 

9


                 Bəkir  Nəbiyev,

akademik

  Sultanməcid   Qənizadə   milli   maarif   və   mədəniyyət

tariximizə çox  zəngin bir irs qoyub  getmişdir. O böyük

maarifçi   olmaqla   yanaşı,   görkəmli   dilçi,  metodist   alim,

tanınmnış ədib və mühərrir kimi də maarif və ədəbiyyat

tarixində iz qoymuş şəxsiyyətlərdən biridir. 



                                                      Misir Mərdanov,

                                                       elmlər doktoru 

 Sultanməcid Qənizadənin əsərlərində zəmanənin nəbzi

vururdu. O, həmişə zəruri problemlər irəli sürür və nəcib

əxlaqi   keyfiyyətlər   təbliğ   edirdi.   Buna   görə   də   əsərləri

ədəbi   ictimayyətin   nəzərini   cəlb   edir,   yaradıcılığı

müasirləri tərəfindən yüksək qiymətləndirilirdi. 



                                                   Xeyrulla Məmmədov,

                                                       ədəbiyyatşünas

  Sultanməcid   Qənizadə   əsərlərində   bədii

 

ədəbiyyat,



onun   idrakı   və   tərbiyəvi   əhəmiyyəti,   insan   qəlbinə   və

hissinə təsiri haqqında danışmağı da unutmamış və bu

xüsusda bir sıra qiymətli və diqqətəlayiq mülahizələr irəli

sürmüşdür. 



                                                     Hidayət Əfəndiyev,

                                                 filologiya elmləri doktoru 

          Sultanməcid   Qənizadənin   yubileyi   münasibətilə

kitabxanada   “Sultanməcid   Qənizadə   yaradıcılığında

körpəlik pedaqogikası” adlı  “dəyirmi masa”  keçirilə bilər.

10


Tədbirdə   müəllimlər,   pedaqoqlar,   tələbələr,   iştirak   edə

bilərlər. Tədbir iki ana xətdən ibarət olur. 

I.  Azərbaycan   pedaqoqu,  maarifçisi  Sultanməcid

Qənizadə  və  tərbiyə  (cismani   tərbiyə,   mənəvi   tərbiyə,

valideyinlər və milli tərbiyə).

   II.  S.Qənizadənin  pedaqogikaya baxışı və  bu sahədə

rolu. 

           Məruzəçilər   bu   mövzularda   danışmaq   üçün   söz



alırlar. 

I məruzəçi: - Ümumi pedaqogikanın müstəqil bir elm kimi

son zamanlar formalaşmasına baxmayaraq, onun tarixi

çox  keçmişə  söykənir. Bütövlükdə

  “

Pedaqogika” yunan



sözü   olub   ədəbiyyatda   “uşaq   ötürən”,   “uşaq   himayə

edən” və yaxud “yönəldirəm, tərbiyə edirəm” mənasında

işlənir.   Sultanməcid   Qənizadə   isə   bu   sözü   “lələ”

adlandırır. O yazır: “Pedaqogika ləfzi yunan dilində  “lələ”

deməkdir   ki,   ibarətən   tərbiyə   elmi   zəmnində   istemal

olunur”.   Çox   maraqlıdır   ki,   “lələ”   sözünə   qardaş   türk

pedaqoji   ədəbiyyatında,   həmçinin   Azərbaycan

dastanlarında rast gəlirik. “Lələ” sözünə Azərbaycan aşıq

dastanlarında da rast gəlirik.  Məsələn, “Əsli və Kərəm”

dastanında deyilir: 

Ərzurumun gədiyinə varanda, 

Onda gördüm burum-burum qar gəlir.

Lələ dedi:  gəl bu yoldan qayıdaq, 

                     Dedim dönmək namusuma ar gəlir. 

Beləliklə,   böyük   maarifçi   Sultanməcid   Qənizadənin

məqaləsində   “lələ”   sözü,   fikrimizcə,   çox   yerində

işlədilmişdir. 

11


II məruzəçi: - Məlum olduğu kimi,

 

pedaqogikanın bir elm



kimi   formalaşması   çex   pedaqoqu   Y.A.Komenskinin   adı

ilə bağlıdır. Azərbaycan elmi-pedaqoji fikri tarixində isə

bu məsələ Sultanməcid Qənizadənin (1866-1942) adı ilə

bağlıdır.  Sultanməcid Qənizadənin fikrincə, “pedaqogika

ən mühüm və ən vəsi (yəni ən geniş, vüsətli) elmlərdən

birisidir”.   Onun     pedaqogika   elminə   verdiyi   tərif   də

maraqlıdır.   O,   yazır   ki,   pedaqogika   elmi   insan

tərbiyəsinin müxtəlif tərəflərini tədqiq edir. Bununla belə,

əslində pedaqogika insan tərbiyəsinin  iki əsas cəhətini

öyrənir   ki,   bunlardan   biri   cism,   yəni   bədən   tərbiyəsi,

digəri   isə   ruh   tərbiyəsidir.   Göründüyü   kimi,   müəllif

tərbiyənin iki növü  -  ruhi və cismani, müasir terminlərlə

desək,   mənəvi   və   fiziki   tərbiyəni   nəzərdə   tutur.  Müəllif

fiziki tərbiyə ilə yanaşı, mənəvi tərbiyədən də ətraflı bəhs

etməyi vəd etsə də, əsərdə yalnız fiziki tərbiyə məsələləri

şərh olunmuşdur. Buna baxmayaraq, o, tərbiyənin hər iki

növünü bir-birindən təcrid etmir, birini digəri üçün əsas

hesab   edirdi.   Fikrimizcə,   həqiqətən   də   insanın

tərbiyəsində yuxarıda göstərilən hər iki cəhət əsas olub,

aparıcı   yer   tutur.   Müəllif   bu   iki   cəhətdən   birinin-

 

fiziki


tərbiyənin   üzərində   dayanır,  onu   daha   geniş   və   ətraflı

şəhr   edir.   Müəllifin   fikrincə,   bədən   tərbiyəsi   insanın

sağlamlığına, uşağın daxili və xarici orqanlarının düzgün

inkişafında xidmət edir. 

III   məruzəçi:  -  Sultanməcid   Qənizadənin   fikrincə,

insanların   şüuru,   idrakı,   fəhmi,  uzaqgörmə   qabiliyyəti,

gözüaçıqlığı   və   s.   hissləri   onları   digər   varlıqlardan

fərqləndirir   və   bu   cövhərlərin   bünövrəsi   hələ   ana

bətnində ikən Allah tərəfindən qoyulur. Müəllifin fikrincə,

12


insanın mövqeyi uca olduğuna görə,  onun tərbiyəsi də

daim zəhmət və hünər istəyir. Sultanməcid Qənizadənin

gəldiyi  elmi-pedaqoji nəticələrdən biri də budur: “Tərbiyə

işində   cism   tərbiyəsi   ruh   tərbiyəsindən   müqəddəmdir.

Belə ki, əgər bədən   salamat olmasa, ruh asayişdə ola

bilməz”.   Ümumiyyətlə,   böyük   maarifçinin   fikirlərində

körpənin bədən tərbiyyəsinə, xüsusilə də ana bətnində

tərbiyəsinə, başqa sözlə, körpəlik pedaqogikasına ayrıca

diqqət yetirilmişdir.

     Bu görkəmli şəxsiyyəti sevdirmək, yaradıcılığını gənc

nəslə   tanıtmaq   məqsədilə   kitabxanada   səhnəciklər   də

təşkil   edilə   bilər.   Səhnəcik   əsasən   azyaşlı   uşaqlar

arasında   keçirilir.   Kitabxananın   nağıl   otağına   yığışan

uşaqlar   mədəniyyət   tariximizə   görkəmli   maarif   xadimi,

pedaqoq, yazıçı, metodist və bir sıra lüğətlər, dərsliklər

və   istilahlar   müəllifi   kimi   daxil   olan   Sultanməcid

Qənizadənin   “Nağıl”   adlı   əsərinin   səhnəciyinə   baxa

bilərlər.  Bu zaman nağıl otağı əsərə uyğun bəzədilir. İlk

olaraq   kitabxanaçı   uşaqlara   Sultanməcid   Qənizadə

haqqında qısa məlumat verir. Daha sonra bədii hissəyə,

səhnəciyə keçid alınır. 

Uşaqlar   nağılın   qəhrəmanlarına   uyğun   geyimlərdə

səhnəyə çıxırlar.

I iştirakçı: -  Ay uşaqlar, balalar!

         Dağda kəklik balalar...

         Durun çıxın eşiyə, 

         Baxın Məstan pişiyə.

         Quyruğu ilan kimi,

         Gözləri mərcan kimi,

         Tel-tel sarı bığları, 

13


         Şimşəkdir qulaqları.

         Siçan görcək marıldar, 

         Quş görcəyin moruldar...

         Görüz, o nə haldadır, 

         Nağıl hələ daldadır. 

         Bircə kişi var idi, 

         Başmaqları dar idi. 

         Çıxdı bir gün buz üstə, 

         Sürüşdü, düşdü diz üstə. 

Kişi: - Ay buz, sən nə zalımsan!

Buz: - Zalım olsaydım, məni gün əritməzdi...

Kişi: - A gün, sən nə zalımsan!

Gün: - Zalım olsaydım, mənim üstümü bulud almazdı... 

Kişi:  - A bulud, sən nə zalımsan!

Bulud: - Zalım olsaydım, məndən yağış yağmazdı...

Kişi:  - A yağış, sən nə zalımsan!

Yağış:  - Zalım olsaydım, məndən göy ot bitməzdi...

Kişi:  - Ay göy ot, sən nə zalımsan!

Göy ot :- Zalım olsaydım, məni qoyun-quzu yeməzdi...

Kişi: - Ay qoyun-quzu, sən nə zalımsan!

Qoyun-quzu: - Zalım olsaydıq, bizi qəssab kəsməzdi.

Kişi:  - A qəssab, sən nə zalımsan!

Qəssab: - Zalım olsaydım, məni çoban aldatmazdı...

Kişi:  - A çoban, sən nə zalımsan!

Çoban:   -  Zalım   olsaydım,   çarığımın   bağın   siçan

kəsməzdi...

 

Kişi:  - A siçan, sən nə zalımsan!



Siçan: - Zalım olsaydım, məni pişik yeməzdi...

Kişi:  - A pişik, sən nə zalımsan!

14


Pişik: - Zalımam hay, zalımam.

 

Kürsü altı qışlağımdır, 



Yük üstü yaylağımdır.

Yay günü yel əsəndə

Çardaqlar oynağımdır.

Qış günü qar yağanda 

Mətbəxlər ovlağımdır. 

Çilə çıxar, qış gedər,

Xəbər novruzdan yetər,

Murov-murov çağırram. 

Miyau-miyau bağırram. 

Tüstü qalxar ocaqdan, 

Mən qalxaram bucaqdan. 

Duraram hay, duraram, 

Bığlarımı buraram,

Qarı nənə çölə çıxanda 

Süd-qaymağın vuraram.

   Yazıçını və onun əsərlərini  azyaşlı oxuculara tanıtmaq

məqsədilə kitabxanada “psixologiya saatı” da keçirmək

olar.   Tədbirdə   azyaşlı   uşaqlar   iştirak   edir.   Psixoloq

uşaqlara Sultanməcid Qənizadə haqda məlumat verir və

əvvəlcədən   seçilmiş   hekayələrə  -  “Aslan   və   siçan”   və

“İtin nağılı”na keçid alır. O, ilk “Aslan və siçan”ın nağılını

qiraətli bir şəkildə oxuyur.  

Psixoloq:  -   “Aslan   yatmışdı.   Siçan   onun   üstündən

yürüyüb   qaçdı.  Aslan   oyanıb   onu   tutdu.   Siçan   başladı

aslana yalvarmağa və dedi:

-

Hərgah   məni   buraxsan,   mən   də   sənə   yaxşılıq



elərəm. Aslan buna gülüb siçanı buraxdı. Bundan

bir az sonra aslan tora düşüb başladı bağırmağa.

15


Siçan aslanın bağırtısını eşidib gəldi və toru dişi

ilə kəsib, aslanı qurtardı.”  

Nağılı bitirdikdən sonra psixoloq uşaqlara bir neçə

sual verir: 

-

Uşaqlar,   yazıçı   bu  nağılla  oxucuya  nə   demək



istəyir? Fikrinizi söyləyə bilərsinizmi?

I uşaq:  -  Yazıçı bizə çatdırmaq istəyir ki, qarşımızdakı

insanı heç vaxt zəif, gücsüz bilməyin.

II uşaq: - Yazıçı demək istəyib ki, insan verdiyi sözə əməl

etməlidir. 

III uşaq: - Məncə, nağılda deyilən əsas fikirlərlərdən biri

budur   ki,   insan   gövdəsi,   çəkisi   ilə   deyil,   əməlləri   ilə

böyükdür. 

Bundan sonra, psixoloq ikinci  nağılı  uşaqlara oxumağa

başlayır.

Psixoloq:  -  “İt dişində bir parça ət aparırdı. Taxta körpü

ilə çaydan keçəndə öz əksini suda görüb hayla bildi ki,

sudakı   özgə   itdir.  Onun   dişindən   artıq   əti   almaq   üçün

özünü suya tulladı, amma suda nə it, nə də ət tapmadı

və öz ətini də itirdi”. 

 Psixoloq nağılı bitirdikdən sonra, yenə uşaqlara müxtəlif

səpkili suallar ünvanlayır:

-

Uşaqlar,  sizcə,  itin   səhvi   nə   idi?   Nə   üçün   onun



aqibəti belə oldu? İt nəyə görə aza qane olmadı?

Müəllif  bu əsərdə nə demək istəyir?

  I   uşaq:  -  Müəllif   demək   istəyir  ki,   gərək   insan   acgöz

olmasın.


II uşaq: - Biz  başqasının tikəsinə göz dikməməliyik.

 III uşaq: - Düşünülmədən atılan addım səhv olur.

16


Psixoloq:  -  Bu nağıla uyğun hansı atalar sözlərini misal

göstərə bilərsiz?

I uşaq: - Çox istəyən azdan da olar. 

II uşaq: - Artıq tamah baş yarar. 

III uşaq: - Tələsən təndirə düşər. 

IV uşaq: - Yüz ölç, bir biç.

V uşaq: - Sonrakı peşmançılıq fayda verməz. 

VI uşaq: - Özgəsinə quyu qazan özü düşər. 

VII: - Ala qarğa çoxbilmişliyindən ilişər. 

            Sultanməcid   Qənizadənin   150  illik   yubileyi   ilə

əlaqədar   keçirilə  biləcək  maraqlı   tədbirlərdən   biri   də

ədəbi-bədii gecədir. “Qaranlığa işıq tutan maarifçi” adlı

ədəbi-bədii gecədə alimlər, maarifçilər, jurnalistlər, sənət-

söz adamları, oxucular və məktəblilər iştirak edə bilərlər.

     Gecənin aparıcıları səhnəyə yaxınlaşırlar 

I aparıcı: - Salam, dəyərli qonaqlar, bu il böyük maarifçi,

pedaqoq,   yazıçı-tərcüməçi,   teatr   xadimi  Sultanməcid

Qənizadənin   anadan   olmasının   150  illiyi   tamam   olur.

Buraya da o fədakar insanın keçdiyi şərəfli ömür yoluna

işıq   salmaq   üçün   toplanmışıq.

 

Sultanməcid   Qənizadə



çox qısa zamanda fəaliyyət sahələrinin hər birində uğur

əldə  etmişdir.  Sadaladığımız  adların hər  birini  ədibimiz

öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdır. 

II   aparıcı:  -  O,   “Qönçə   xanım”  adlı  dramın,  “Gəlinlər

həmayili”  adlı  romanın, “Müəllimlər iftixarı”  adlı  publisist

hekayənin,   “Tülkü   və   Çaqcaqbəy”  adlı  ilk   yumoristik

mənzum   uşaq   hekayəsinin  müllifidir.   Sultanməcid

Qənizadənin adı milli mədəniyyət və dövlətçilik tariximizə

böyük   maarifçi,   bənzərsiz   pedaqoq,   əsl   xalq   müəllimi,

məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və

17


təşkilatçısı,   dilçi-metodist   alim,   tanınmış   ədib,   yazıçı,

mühərrir,   mütərcim,   nəhayət,   milli   istiqlal   mücahidi   və

dövlət xadimi kimi daxil olmuşdur.

I   aparıcı:  -  Əziz   qonaqlar,   gəlin   məktəblilərin  ifasında

böyük  şəxsiyyət  Sultanməcid   Qənizadənin   müdrik

fikirlərini dinləyək. 

İştirakçılar səhnəyə yaxınlaşaraq öz yerlərini alırlar.

 

  “Çobanın sürüyə acığı tutanda kor keçini qabağa salır.

Müəllimin evi kitabxanadır, dövlət kiçik şagirdlər, sazı və

nəğməsi   şagirdlərin   sədası,   qazancı   isə   millətin

məhəbbət və ehtiramıdır. Müəllim dediyimiz zat mərifət

külbəsinin (dünyasının) dərbanı (qapıçısı), nicat yolunun

rəhbəridir. Millətin cəhalətindən həzər edən müəllim öz

balasına nifrət edən ata kimidir.  Bizlər (millət) üçün əgər

bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa

gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab (ay) doğacaq

isə,   yenə   məktəb   divarından   parlayacaqdır.   Əgər

sultanlıq   istərsən,   dəri-məktəbdə   (məktəb   qapısında)

xadim ol!  Əgər insanın malı gedə təəssüf olmaz, təəssüf

olur, əgər abrusu tökülə”.

II   aparıcı:  -  Sultanməcid   Qənizadənin   öz   yaradıcılıq

taleyi,   içtimai-pedaqoji   fəaliyyəti   ilə   müasiri   olan

yazıçıların bir çoxundan fərqlənir.  Onun  yaradıcılığında,

içtimai-pedaqoji görüşlərində  bir sıra ziddiyyətlər vardır.

Belə   ki,  S.Qənizadə  yaradıcılığında   və   pedaqoji

fəaliyyətində yorulmadan dünyəvi elmləri təbliğ etməsinə

18


baxmayaraq,   bəzən   elmlə   şəriəti   eyniləşdirməyə   meyl

göstərir.



I aparıcı: - Azərbaycan milli ideyasının formalaşmasında

mühüm   rol   oynayan   mütəfəkkirlərimizdən   olan

S.Qənizadə (1866-1937) türklüyə və islama münasibətdə

də   özünəməxsus   yer   tutmuşdur.   Hələ,   1880-ci   illərin

sonlarından   başlayaraq   Azərbaycan   türklərinin

maariflənməsi   uğrunda   mübarizəyə   başlayan

Sultanməcid  Qənizadə   bu   dövrdə   digər   Azərbaycan

ziyalısı  Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə

Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai təhsil

ocağının  əsasını   qoymuşdur.  Çünki   bu   dövrdə   əsasən

dini elmləri öyrədən mədrəsələr mövcud idi və orada da

dərslər   yalnız   fars   və   ərəb   dillərində   keçirilirdi.   Ancaq

yeni   tipli   məktəbdə  məşğələlər  Azərbaycan  dilində

aparılır, eyni zamanda burada dünyəvi elmlər - coğrafiya,

riyaziyyat, tarix və s. də keçirilirdi. 

II   aparıcı:  -  Bu   məktəbin   yaradılması  Azərbaycan   milli

ideyasının   inkişafına   da   müsbət   təsir   göstərmişdir.

Məlumat üçün deyək ki, Məhəmməd Əmin Rəsulzadə də

həmin   məktəbin   məzunlarından 

biri 

olmuşdur.



Sultanməcid bəy Azərbaycan dilinin inkişafına da böyük

diqqət yetirmiş,  XX  əsrin əvvəllərində onun «Lüğəti-rusi

və   türki»,   «İstilahi-Türki»   və   başqa   kitabları   nəşr

olunmuşdur.

S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha

çox   cəmiyyətin   savadlanmasına,   elm   və   bilik   sahibi

olmasına   çalışmışdır.   Onun   fikrincə,   müəllimin   əsil

övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni

19


zamanda,   müəllimin   mal   və   dövləti   dərs   və   təlimdir,

müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir. 



I   aparıcı:  -  Sultanməcid   Qənizadə  deyirdi  ki,   artıq

mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat

yolu   ilə   getmək,   zülf   və   şövqlə   mədhiyyələr   oxumaq

hünər   deyildir.   Artıq   dünyəvi   elmlərə   meyil   etmək,

cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır.

 

Bu



nəqsədlə  Qənizadə bir sıra əsərlər  -  “Məktubati-Şeyda

bəy   Şirvani”,   “Allah   xofu”   və   s.   yazmışdır.   O,   həmin

əsərlərində də,  ilk növbədə,  yeni tipli məktəblərdən və

həmin   məktəblərdə   dərs   deyən   müəllimlərin   milli

ruhlarından bəhs etmişdir. Sultanməcid Qənizadə hesab

edirdi   ki,   dini   xurafat   və   mövhumatdan,   cahillik   və

nadanlıqdan   qurtulmağın   ilk   yolu  yeni  məktəblərin

yaranmasından və həmin məktəbdə millətin övladlarına

bilik vermək istəyən müəllimlərin olmasından başlayır.

II aparıcı: - Onun fikrincə, müəllim millətini cəhalətindən

qurtarmaq   üçün   hər   şeyi   gözə   almalıdır:  “Millətin

cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən

ata   kibidir.   Hünərli   ustad   xam   dəmirdən   səbirlə   misri

qılınc   yapa   bilərsə,   yaxşı   müəllim   kəctəb   millətdən

xoşəxlaq cəmiyyət hazırlaya bilər”.

Hətta,   Qənizadə   müəllimliyi   həccə   getmək   istəyən

müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir.

Onun fikrincə, müəllim çox məsuliyyətli bir vəzifə daşıyır:

“Müəllimliyə   təklif   olan   şəxs   həcc   və   zəkatə   müstəti

olmadıqda   “kimləri   öyrətdin   və   nə   öyrətdin?”   sorulub

bazxast  (tələb)  olacaqdır.  İnsafən  müəllimlik təklifi  ağır

təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər

20


bir   əsrdə   ağır   olubsa,   bu   əsrimizdə   daha   ağırraqdır!

Əsrimiz   bir   əsrdir   ki,   gündüzlər   qiraət,   gecələr   kitabət

müəllimlər üçün din borcudur”.

I   aparıcı:  -  S.Qənizadə   1918-ci   ildə   Azərbaycan   Milli

Şurasının   üzvü,   1919-cu   ildə   Azərbaycan   Xalq

Cümhuriyyəti  parlamentin   sədr   müavini   seçilmişdir.

1920-1925-ci   illərdə   Sovet   hakimiyyəti   dövründə   Xalq

Maarif   Komissarlığında   şöbə   müdiri   vəzifəsində

çalışmışdır. 1925-1929-cu illərdə Bakı şəhər Xalq Maarifi

İdarəsində inspektor işləmiş, hərbi məktəbdə və  sənaye

İnstitutunda  dərs  demişdir.  1937-ci   ildə  “xalq  düşməni”

kimi həbs edilərək güllələnmişdir. 

II aparıcı: - Sultanməcid Qənizadə XIX əsrin sonu – XX

əsrin   əvvəllərində   Azərbaycan   xalqının   yetirdiyi   böyük

maarifçi,  söz,  fikir və  əməl  adamı,  dilçi,  metodist alim,

tanınmış   ədib   və   ictimai-siyasi   xadim   idi.  Haqq

dünyasına   qovuşmasından   uzun   illər   keçsə   də   o,

əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün

də   yaşayır.   Azərbaycanda   müasir   məktəb   hərəkatının

banisi   və   misilsiz   carçısı,   böyük   maarifçi   Sultanməcid

Qənizadənin adı və əməlləri hər zaman yaşayacaq.

21


ƏSƏRLƏRİ

Latın qrafikası ilə

Seçilmiş əsərləri. - Bakı : Avrasiya Press, 2006. - 200 s. - 

(Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində 

latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr 

olunub. 

Allah xofu : hekayə // Azərbaycan nəsri antologiyası. 5 cilddə. 

- B. : Şərq-Qərb, 2006. - C.2. - S. 158-184. 

Allah xofu  : hekayə  // XIX-XX əsr Azərbaycan Ədəbiyyatı 

(Nəsr). - B. : Nurlar, 2012.  - S. 360-377. 

Qurban bayramı // Azərbaycan klassik uşaq ədəbiyyatı 

antologiyası. – Bakı : Elm, 1998. – S.177-196.

Məktubati-Şeyda bəy Şirvani  // Azərbaycan nəsri antologiyası.

5 cilddə. - B. : Şərq-Qərb, 2006. - C.1. - S. 221-308. 

Nağıl = Zalımam hay, zalımam // Əsgərli F.  Azərbaycan uşaq 

ədəbiyyatı. - B. : Pedaqoji Universitet, 2012.  - S. 184-185.

Tülkü və Çaq-çaq bəy : Mənzum nağıl // Əsgərli F.  

Azərbaycan uşaq ədəbiyyatı. - B. : Pedaqoji Universitet, 2012. 

-S. 185-208.

22


Kiril qrafikası ilə

Gəlinlər həmayili. - Bakı : Yazıçı, 1986. - 271 s. 

Nağıl : kiçikyaşlı  uşaqlar üçün. - Bakı : Gənclik, 1986. - 18 s. 

HAQQINDA

Kitablar

Əsgərli F. Sultan Məcid Qənizadə (1866-1937) : haqqında və 

əsərlərindən nümunələr // Azərbaycan uşaq ədəbiyyatı. - B. : 

Pedaqoji Universitet, 2012. - S. 183-208. - XIX əsrin sonu və 

XX əsrin əvvəlində uşaq ədəbiyyatı.



Məmmədov X. Sultan Məcid Qənizadə. - Bakı : Yazıçı, 1983. 

- 212 s. - kiril əlifbası ilə.



Sultan Məcid Qənizadə (1866-1942) : həyat və fəaliyyəti 

haqqında qısa məlumat // XIX-XX əsr Azərbaycan Ədəbiyyatı 

(Nəsr). - B. : Nurlar, 2012. - S. 359-360. 

Dövri mətbuatda

Xəlilzadə F. Yazıçı, müəllim, mədəniyyət xadimi, yoxsa "xalq 

düşməni?" : Sultan Məcid Qənizadə - 140 // Azərbaycan. - 

2006. - 26 aprel. - S.7.  

Mərdanov M. Görkəmli maarif xadimi : Sultan Məcid 

Qənizadə haqqında  // El. - 2011. - N 1. - S. 22-31. 



Nuri E. Xaricdə təhsil alan ilk azərbaycanlı ziyalılar // Naşir. –

23


2015. - № 2 (sentyabr-oktyabr). – S. 63.

Şirzadova M. S.M.Qənizadə yaradıcılığının körpəlik 

pedaqogikası  // Məktəbəqədər və ibtidai təhsil. - 2012. - № 2

- S. 99-103. - Biblioqr. - S.103. 

Sultanməcid Qənizadənin150 -illik yubileyi münasibəti ilə

hazırlanmış metodik vəsait  

Kompyuter yığımı və

dizayn:                              Aynurə Əliyeva

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;

E-mail: childlibbaku@yahoo.com

URL:www.clb.az

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında

çap olunmuşdur.

Sifariş:


Çapa imzalanmışdır:

Tirajı:


Pulsuz

24

Yüklə 365,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin