Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 2



Yüklə 6,6 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix04.01.2017
ölçüsü6,6 Mb.
#4429
1   2   3   4   5   6   7

H

H

E

E

R

R

P

P

E

E

S

S

İ

İ

N

N

F

F

E

E

K

K

S

S

İ

İ

Y

Y

A

A

S

S

I

I

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Herpes infeksiyası bətndaxili infeksiyalaşmalar, embriopatiya və 

fetopatiyalar  kimi  fəsadlar  törədən  ən  geniş  yayılmış  xəstəliklərdən 

biridir (Ü ST-nin  nəticələrinə  görə 60%).  Anada  hamiləlik dövründə 

birincili  herpes  infeksiyası  olduqda  yenidoğulmuşun  yoluxma 

təhlükəsi  33-50%  təşkil  edir.  Hamilədə  genital  herpesin  residivi 

zamanı yenidoğulmuşların yoluxma təhlükəsi 1-3% təşkil edir.

XBT-10 ÜZRƏ TƏSNİFAT

O98.5

Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran digər 

virus xəstəlikləri

Törədici – I-  və  II-DNT  tərkibli  sadə  herpes  virusudur  (SHV).     

SHV-II – orqanizmdə insanın bütün həyatı boyu persistensiya edir.



Ötürmə yolları:

cinsi  yol:  partnyorda  genital  herpesin  klinik  əlamətlərinin 



olub-olmamasından asılı olmayaraq

kontakt yolu: giriş qapısı – zədələnmiş dəri və zədələnməmiş 



selikli qişa

Vertikal  yol: anadan uşağa – antenatal (transplasentar) – 5% 



hallarda,  intranatal  (doğum  yolları  ilə)  –  85%  hallarda, 

postnatal (hava-damcı, təmas, ana südü) – 10% hallarda

Hamilə  qadın  genital  herpesə  doğuşdan  bir  qədər  əvvəl

yoluxarsa, yenidoğulmuşun yoluxma təhlükəsi daha yüksək olur.



Klinik mənzərə

Heç bir zaman özündə genital herpes əlamətlərini qeyd etməyən 

qadın  infeksiyalı  partnyor  ilə  cinsi  əlaqədə  olduqdan  3-9  gün  sonra 

uşaqlıq yolu dəhlizində, uretranın xarici dəliyi nahiyəsində, cinsiyyət 

dodaqlarında,  aralıqda,  perianal  nahiyədə,  baldır  və  sağrıda 

qruplaşmış  ağrılı  qovuqcuqlar  kimi  əlamətləri  müşahidə  edəcəkdir. 

Yanaşı olaraq digər əlamətlərə də rast gəlinə bilər:

qızdırma



baş ağrısı

ümumi halsızlıq



intoksikasiya əlamətləri

mialgiyalar



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



42

dizurik əlamətlər



ağrı


qaşınma


paresteziyalar

uretradan ifrazat



qasıq limfadeniti

Müalicə  aparılmadığı  hallarda  xəstəlik  2-3  həftə  davam  edir. 

Hamiləlik zamanı genital herpes əsasən subklinik və ya simptomsuz 

gedişata  malik  olur.  Nadir  hallarda  fizioloji  immunsupressiya 

fonunda  genital  herpesin  birincili  epizodu  ağır  gedişatlı  ola  bilər.

Hamilədə  mövcud  genital  herpesin  birincili  klinik  epizodu  zamanı 

genital  herpes  virusunun  hər  hansı  tipinə  qarşı  anticismlər  qeyd 

olunur. Residivli gedişə malik olan genital herpes zədələnmiş tərəfdə 

vezikulyar səpgilər, onların erkən açılması və nəmlənən eroziyaların 

əmələ  gəlməsi,  güclü  ağrıların  olması,  qasıq  limfadeniti,  ümumi 

intoksikasiya  və  s.  əlamətlərlə  xarakterizə  olunur.  Yadda  saxlamaq 

lazımdır  ki,  genital  herpesin  residivi  zamanı  neonatal  herpesin  rast 

gəlinmə  ehtimalı  çox  azdır  (1-3%).  Bu  halda  neonatal  herpes  ehti-

malının  aşağı  olmasını  və  keysəriyyə əməliyyatının  ana  ücün  təhlü-

kəsini nəzərə almaqla doğuşun aparılmasına fərdi yanaşmaq lazımdır (B).

Simptomsuz  genital  herpes  –  xəstəliyin  klinik  əlamətləri 

müşahidə  edilmədən  genital  herpes  virusunun  reaktivasiyası  ilə 

səciyyələnir.

Hamiləliyin gedişatına və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

GHV (Genital  herpes  virusu) teratogen  təsir  göstərə  bilir  və  ya 

aşağıdakı pozulmaları törədir:

erkən və gec düşüklər



FPK pozulmalar

az kütlə ilə doğulma



vaxtından əvvəl doğuşlar

dölün ölümü – Ü ST-yə görə 60% təşkil edir



yenidoğulmuşlarda anadangəlmə herpes və əlillik



Genital  herpes  infeksiyalı  hamilənin  müayinəsinə  və  aparılma-

sına dair tövsiyələr

1. Qadının  anamnezində  genital  herpes  olduqda  hamiləliyin 

erkən müddətində müayinənin aparılması mütləqdir (A).

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



43

2. Anamnezdə  genital  herpes  infeksiyası  qeyd  olunmadıqda 

seroloji müayinələr aparılmır.

3. Anamnezində  genital  herpes  olduqda,  hamiləliyin  ikinci 

yarısında seroloji müayinələrin aparılması tövsiyə olunur.

4. Hamiləliyin  ikinci  yarısında  aparılan  seroloji  müayinələrin 

nəticəsi  mənfi  olduqda,  doğuşdan  4  həftə  əvvəl  profilaktik 

asiklovir qəbulu başlanmalıdır.

5. Genital herpesin  aktivləşməsi hamiləliyin 36 həftəsinə  qədər 

təsadüf  edirsə,  müayinə  və  müalicə  məqsədi  ilə 

hospitalizasiya tövsiyə olunur.

6. Genital herpes hamiləliyin 36 həftəsindən yuxarı müddətində 

aktivləşdiyi halda antivirus terapiyası başlanmalıdır.

7. Genital  herpes  doğuş  zamanı  aktivləşdiyi  halda  cinsiyyət 

üzvlərində  səpgi  qeyd  olunduqda  cərrahi  doğuş,  səpgi  qeyd 

olunmadıqda – vağinal doğuş tövsiyə olunur.



Rutin skrininq məsləhət görülmür (C).

Müayinə aparılmasına göstəriş

Qadının  anamnezində  genital  herpes  qeyd  olunursa,  hamiləliyin 

erkən  dövründə  müayinə  aparılmalıdır  (A).  Su  kisəsinin  vaxtından 

əvvəl  cırılması  zamanı  hestasiya dövrü  ilə  bağlı  konsensus  mövcud 

deyil,  belə  ki,  vaxtından  əvvəl  doğuş  təhlükəsi  dölün 

infeksiyalaşmasını üstələyir (C). Hamiləlik dövründə birincili genital 

herpes  zamanı  asiklovir  ilə  müalicəni  nəzərdən  keçirmək  olar. 

Residivləşmiş  genital  herpes  zamanı  hamilələrə  hestasiyanın  36-cı 

həftəsindən  etibarən  asiklovir  və  ya  valsiklovirlə  supressiya  təklif 

olunmalıdır (A)

Əvvəlki hamiləliyi zamanı birincili genital herpes əlamətləri olan 

hamilələrdə 36-cı həftədən etibarən asiklovir ilə supressiyanın tətbiqi 

məsləhət görülür (B).

Xəstəliyin klinik əlamətləri qeyd olunduqda asiklovir təyin olunur:

birincili  GH  klinik  epizodu  zamanı  – 200  mq  gündə  5  dəfə   



7-14 gün per os (A)

birincili  sistem  herpes  zamanı  – oral  gəbuldan  sonra  vena 



daxili 2-7 gün (C)

GH  residivli  formasında  – 200  mq  gündə  5  dəfə 5  gün  per      



os (B)

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



44

Hamilədə  doğuşa  6  həftə  qalmış  birincili  herpes  zədələnmələri 

inkişaf  edərsə  və  qadın  özü  vaginal  yolla  doğuşa  qərar  verərsə,  bu 

zaman  su  kisəsinin  cırılmasından  ehtiyat  etməli  (C)  və  invaziv 

prosedurlardan istifadə etməmək tövsiyə olunur (C).

Doğuşa  hazırlaşan  bütün  qadınlarda  aralığın,  uşaqlıq  boynunun 

və  uşaqlıq  yolunun  SHV-yə  görə  müayinəsi  aparılmalıdır  (C).

Yenidoğulmuşun  baş  dərisinə  fetal  elektrodların  qoyulmasından 

çəkinmək məsləhətdir (A).

Hospitalizasiya  və  izolyasiyaya  göstəriş –  klinik  əlamətlər 

olmadıqda  ehtiyac  yoxdur.  Fəsadlaşmış  infeksiya  (birincili  və 

residivləşmiş genital herpes) hospitalizasiyaya göstərişdir (D).

Döşlə əmizdirmə – əks göstəriş yoxdur.

Profilaktika 

Anamnezində  genital  herpes  olmayan,  lakin  cinsi 



partnyorunda genital herpes olan hamiləyə ilk antenatal gəliş 

zamanı  yoluxma  ehtimalının  yüksək  təhlükəsi  barədə 

məlumat verilməlidir (C)

Hamiləyə  xəstəliyin  təbiəti  və  virusun  asimptomatik  dövrdə 



cinsi  yolla  keçməsinin  mümkünlüyü  haqqında  məlumat 

verilməlidir (C).

Asimptomatik  dövrlərdə  hamiləyə,  prezervativdən  istifadə 



etməklə  (C),  qorunmamış  cinsi  əlaqədən  yayınmaq,  aktiv 

fazada  isə  ümumiyyətlə  cinsi  əlaqədə  olmamaq  tövsiyə   

edilir (C).

Tibb  personalının  və  hamilənin  əllərinin  lazımi  qaydada 



yuyulması  vacib  profilaktik  sanitar-epidemiolojı  tədbirlərdən 

biridir.


Anada  infeksiyanın  vaxtında  və  adekvat  diaqnostikası  və 

müalicəsi  dölün  və  yenidoğulmuşun  disseminasiyasını  və 

xəstələnmə ehtimalını azaldır (B).



Hamiləliyin  pozulmasına  göstəriş - məqsədyönlü olması haqqında 

məlumat yoxdur. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



45

Keysəriyyə əməliyyatına göstəriş

Doğuş  zamanı  və  ya  doğuşun  güman  olunan  tarixinə  6  həftə 

qalmış  genital herpesin birincili  epizodu müşahidə olunan qadınlara 

keysəriyyə əməliyyatı məsləhət görülməlidir (B).

Səpgilərlə  müşahidə  olunan  residivləşmış  GH  və  ya  doğuşun 

başlanğıcında  infeksiyanın  prodromal  əlamətləri  olan  qadınlarda 

keysəriyyə əməliyyatı mütləqdir (A).

Hamiləliyin  I  və  II  trimestrində  ilk  dəfə  rast  gəlinən,  həmçinin 

antenatal  dövrdə  residivləşən  GH-si  olan  qadınlara  keysəriyyə

əməliyyatı əks göstərişdir (B).

Anamnezində  GH-si  olan,  lakin  doğuş  zamanı  xəstəliyin  aktiv 

simptomları  olmayan  hamilələrə  keysəriyyə əməliyyatı  tövsiyə 

olunmur (C).

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



46

S

S

İ

İ

T

T

O

O

M

M

E

E

Q

Q

A

A

L

L

O

O

V

V

İ

İ

R

R

U

U

S

S

İ

İ

N

N

F

F

E

E

K

K

S

S

İ

İ

Y

Y

A

A

S

S

I

I

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Birincili sitomeqalovirus infeksiyası hamilələrin 0,7-4%-də qeyd 

olunur.  İnfeksiyanın  anadan  dölə  ötürülmə  səviyyəsi  orta  hesabla 

40% təşkil edir. 



XBT-10 ÜZRƏ TƏSNİFAT

B25

Sitomeqalovirus xəstəliyi



B25.0

Sitomeqalovirus pnevmaniyası



B25.1

Sitomeqalovirus hepatiti



B25.2

Sitomeqalovirus pankreatiti



B25.8

Digər sitomeqalovirus xəstəlikləri



B25.9

Dəqiqləşdirilməmiş sitomeqalovirus xəstəliyi



O98.5

Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran digər

virus xəstəlikləri

Törədici – herpes virus ailəsinin DNT tərkibli virusudur.

Sitomeqalovirus (SMV) qan, tüpürcək, sidik, likvor, uşaqlıq yolu 

möhtəviyyatı,  sperma,  amniotik  maye,  ana  südü  vasitəsilə  yoluxur. 

43-53%  hallarda  SMV  mənbəyi  –  bir  neçə  il  ərzində  sidik  və 

tüpürcəklə  virus  ifraz  edən  infeksiyalı  uşaqlardır.  İnfeksiyaya 

yoluxmuş  6  yaşa  qədər  uşaqların  tüpürcək  və  sidikləri  daha 

təhlükəlidir.

Sitomeqalovirus  infeksiyasının  diaqnostikasında  İFA  metodu 

vacib  rol  oynayır.  İFA  zamanı  IgM  anticisimlərin  aşkar  edilməsi 

kəskin  infeksiyanın  əlaməti;  IgG  anticisimlərin  aşkar  edilməsi  isə

sitomeqalovirus  infeksiyasına  immunitetin  olmasının  göstəricisidir.

IgG anticisimlərin  səviyyəsinin  normal  göstəricilərdən  4  dəfə  artıq 

olması və avidlik

1

 indeksinin 30%-dən aşağı olması ilkin infeksiyanı 



təsdiq edir.

Ötürmə yolları:

cinsi yol



infeksiyalı qanın köçürülməsi

                                                

1

Avidlik indeksi – müvafiq antigenlər ilə xüsusi anticisimlər arasında möhkəmlik 



əlaqəsini xarakterizə edən göstəricidir.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



47

vertikal  transmissiya:  antenatal  (transplasentar),  intranatal 



(doğuş yollarından), postnatal (ana südü vasitəsilə)

hava-damcı yolu ilə



kontakt yolu ilə



Klinik mənzərə:

SMV  infeksiyası  anadangəlmə  və  qazanılmış  ola  bilər. Birincili 



infeksiya,  adətən,  az  simptomlu  və  ya  simptomsuz  olur. Latent  və 

subklinik formalı SMV infeksiyası zamanı qeyri-spesifik qripəbənzər 

əlamətlər  müşahidə  olunur. Qazanılmış  SMV  infeksiyası  MSS-ni 

zədələmir  və  bir  çox  hallarda  qızdırma,  kataral  əlamətlər,  faringit, 

poliartrit, boyun və çənəaltı limfa düyünlərinin böyüməsi, qulaqdibi 

tüpürcək  vəzilərinin  ödemi  və  ağrılı  olması,  hepatosplenomeqaliya 

ilə müşayiət olunur.

Yenidoğulmuşlarda  anadangəlmə  SMV  infeksiyası üçün  sarılıq, 

hemorragik  purpura,  hepatosplenomeqaliya,  xorioretinit,  tənəffüs 

orqanlarının və MSS-nin zədələnməsi səciyyəvidir.

Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

SMV-nin  klinik  təzahürləri  yoluxmuş  yenidoğulmuşların  9%-də 

müşahidə olunur (A). Orqanizmin immunçatışmazlıq vəziyyətlərində 

və fizioloji cəhətdən yetkinləşməmiş yenidoğulmuşlar üçün infeksiya 

təhlükəli  ola  bilər.  Yoluxma  hamiləlik  zamanı  baş  verərsə,  dölün 

zədələnməsi  hestasiya  müddətindən  asılıdır.  Hamiləliyin  özbaşına 

pozulması mümkündür.

Diaqnostika

Hal-hazırda  dölün  bətndaxili  yoluxmasının  müəyyən  edilməsi, 

infeksiyanın  anadan  dölə  yoluxmasının  qarşısı  alınması  və  anada 

infeksiyanın  effektiv  müalicə  üsullarının  mövcud  olmadığından 



laborator  diaqnostikanın  rutin  şəkildə  aparılması  tövsiyə 

olunmur (B)

Zəruri hallarda anada birincili SMV infeksiyası diaqnozunun 

qoyulması aşağıdakılara əsaslana bilər (B):

hamiləlikdən  öncə  seroneqativ  olan  qadının  qan  zərdabında 



virus spesifik IgG anticisimlərin aşkarlanması

qan  zərdabında  İgG-nin  avidliyi  aşağı  olmaqla  bərabər 



spesifik IgM anticisimlərin aşkarlanması.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



48

Uşaq  serebral  iflicinin  səbəbinin  bir  çox  hallarda  anadangəlmə 

SMV infeksiyası  olduğunu  nəzərə  alaraq  antenatal  dövrdə  USM 

zamanı aşağıdakı sonoqrafik əlamətlər kompleksinə diqqət yetirmək 

tövsiyə olunur:

serebral ventrikulomeqaliya



mikrosefaliya 

beyindaxili kalsifikatlar 



assit və dölün plevral boşluğunda maye

dölün ödemi



oliqo və ya polihidroamnion 

ciftdə hiperexogen əlavələr



qaraciyərdə kalsifikatlar

Hamilə  qadında  qripəbənzər  simptomlar  qeyd  olunduqda 

anadangəlmə  SMV  infeksiyasının  aşkarlanması  məqsədi  ilə  USM 

tövsiyə olunur (B).

Müalicə – hal-hazırda infeksiyanın effektiv müalicə metodu mövcud 

deyil (C)



Hospitalizasiya və izolyasiya – ehtiyac yoxdur.

Döşlə əmizdirmə – əks göstəriş yoxdur.

Profilaktika – müalicə və uşaq müəssisələrində sanitar-epidemioloji, 

şəxsi  və  ictimai  gigiyena  rejiminə  riayət  edilməsi,  əllərin  əsaslı 

yuyulmasıdır.

Cinsi partnyorun müayinə və müalicəsi – məqsədyönlü deyil.

Doğuş – təbii doğuş yolları ilə.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



49

H

H

E

E

P

P

A

A

T

T

İ

İ

T

T

B

B

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Hepatit  B  –  qaraciyəri  zədələyən  virus  infeksiyasıdır.  ÜST-nin

göstəricilərinə əsasən hepatit B virusu ilə 2 milyard insan yoluxmuş, 

350 milyon insan isə xronik infeksiyalıdır.

Hepatit B virusu yüksək keçiriciliyinə görə invaziv prosedurlarda 

və  cərrahi  müdaxilələrdə  iştirak  edən  tibb  işçiləri  üçün  zərərli  peşə

faktorlarından  biridir,  belə  ki  hepatit  B  virusuna  yoluxma  təhlükəsi 

İİV-ə nisbətən 50-100 dəfə yüksəkdir.



XBT-10 ÜZRƏ TƏSNİFAT

B16

Kəskin hepatit B virusu 



O98.4   Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran

hepatit virusu



Z20.5  Xəstə ilə kontakt və hepatit virusu ilə yoluxma imkanı

Z22.5

Hepatit  virusu  törədicisini  gəzdirmə.  Hepatit  virusunun

səthi antigenini (HbsAg) gəzdirmə

Törədici və ötürmə yolları

Hepatit  B  virusu  hepadnavirus  ailəsinə  aiddir. İnfeksiyalı 

insanlarda virus aşkar olunur:

qanda



tüpürcəkdə

tərdə


göz yaşı mayesində

ana südündə



spermada


Ötürmə yolları:

anadan uşağa (antanatal, intranatal, postnatal)



cinsi yolla

infeksiyalı qanın və ya qan preparatlarının transfuziyası zaman



steril  olmayan  iynə  və  şprislərdən  istifadə, iynə  sancılması

zamanı və tatuaj etdikdə

Qadınların  əksəriyyəti  virusa  hamiləlikdən  əvvəl  yoluxur. 

Hamiləlik dövründə hepatit B virusunun anadan dölə yoluxması baş 

verir:


10% hallarda – ana hamiləliyin I trimestrində yoluxubsa

80-90% hallarda – ana hamiləliyin III trimestrində yoluxubsa



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



50

Anada 


HBsAg 

aşkarlandıqda, 

dölün 

infeksiyalaşması                



10-20%  hallarda,  HBsAg  və  HBeAg  aşkar  olunduqda  isə  90% 

hallarda baş verir. 



Yüklə 6,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin