Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 2



Yüklə 6,6 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix04.01.2017
ölçüsü6,6 Mb.
#4429
1   2   3   4   5   6   7

Diaqnostika

Klinik  təzahürlər  çox  müxtəlif  olduğundan  əsas  əhəmiyyət 

laborator müayinələrin nəticələrinə verilir. 

Bakterioloji müayinə

Müayinə  materialı  kimi  burun-udlaqdan  və  əsnəkdən  selik, 

gözdən  ifrazat,  uşaqlıq  yolundan  ifrazat və  qan  götürülür, xüsusi 

mühitlərdə əkilir.



Rutin skriniq – göstəriş yoxdur (B).

Müalicə:

Amoksisillin/ampisillin – 2-3 q gündə (4 dəfə qəbul) 14 gün 



per os və ya

Amoksisillin/ampisillin – 4-5 q gündə v/d 14 gün və ya



Eritromisin – 250 mq gündə 4 dəfə 10-14 gün per os

Listerioz meningiti zamanı müalicə – 14-21 gün davam edir



Penisillinə  qarşı  allergik  reaksiya  qeyd  olunduqda  14  gün 

ərzində kotrimoksazol təyin olunur

Listeriozun müalicəsində sefalosporinlər effektiv deyil



Hospitalizasiya və izolyasiyaya göstəriş

Nəzərə çarpan klinik təzahürlər qeyd olunması hospitalizasiyaya

göstərişdir, lakin digər qadınlardan təcrid edilməyə ehtiyac yoxdur. 

Profilaktika

baytarlıq-sanitar və sanitar-gigiyenik tədbirlər



çiy  və  istifadəyə  hazır ərzaq  məhsullarının  ayrı-ayrı 

saxlanılması

ət  və  süd  məhsullarının  mütləq  qaydada  ciddi  termik 



işlənməsi

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



23

qida  bloklarının,  aqrosənaye  komplekslərinin,  ət-süd 



kombinatlarının işçilərinin bakterioloji müayinəsi

Hamilələr və risk qrupuna daxil olan insanlar heyvanlara qulluqla 

əlaqəli işdən azad olunmalıdırlar.

Spesifik profilaktika metodları mövcud deyil.



Cinsi partnyorun müayinəsi və müalicəsi – tövsiyə olunmur.

Hamiləliyin  pozulmasına  göstəriş: generəlizə  olunmuş  listerioz 

hamiləliyin pozulmasına göstərişdir.



Doğuş – təbii doğuş yolları ilə.

Döşlə əmizdirmə – əks göstəriş yoxdur.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



24

M

M

A

A

L

L

Y

Y

A

A

R

R

İ

İ

Y

Y

A

A

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Malyariya – inkişaf  etməkdə  olan  ölkələrdə  yüksək  xəstələnmə 

və  letallıq  səviyyəsi  ilə  səciyyələnən  protozoy  infeksiyasıdır.

Hamiləlik  dövründə  malyariya  infeksiyasına  yüksək  həssaslıq  qeyd 

olunur (B).

XBT-10 ÜZRƏ TƏSNİFAT

B50

Plasmodium falciparum tərəfindən törədilən malyariya

O98.6   Hamiləliyi,  doğuşu  və  ya  zahılıq  dövrünü  ağırlaşdıran 

protozoy infeksiyaları



Törədici və ötürülmə yolları:



Рlasmodium  vivax,  Рlasmodium  malarie,  Рlasmodium 



falciparum, Рlasmodium ovale parazitləri (birhüceyrəli ibtidai 

orqanizmlər)



Plasmodium  falciparum  tərəfindən  törədilən  malyariya  daha 

təhlükəli hesab olunur



Anоpheles  cinsinə  aid  olan  ağcaqanadların  dişləməsi 

vasitəsilə ötürülür

nadir hallarda plasenta vasitəsilə dölə ötürülür.



Klinik mənzərə

Hamiləlik dövründə malyariyanın gedişi daha ağır keçir.

Səciyyəvi klinik simptomlar:

Qızdırma və üşümə



Profuz tərləmə

Baş ağrıları



Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Hamiləlik dövründə malyariya ananın və uşağın sağlamlığı üçün 

risk faktorudur (C) və aşağıda qeyd olunan halların səbəbi ola bilər:

Anada anemiya



Ana ölümü (B)

Özbaşına abort (B)



Vaxtından əvvəl doğuş (B)

Dölün bətndaxili inkişafının ləngiməsi (B)



Ölü döllə doğuş

Neonatal ölüm



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



25

Gizli anadangəlmə malyariya uşaqlarda doğuşdan dərhal sonra və 

ya həyatın birinci həftəsində müşahidə oluna bilər (C). Neonatal malya-

riyanın spesifik əlamətləri yoxdur, sepsis əlamətləri ilə təzahür edir.



Diaqnostika

Mikroskopik analiz (A)



Ekspress test

Gimza  üsulu  ilə  boyanmış  qan  preparatlarında  parazitin  cinssiz 

eritrositar  formalarının  aşkar  olunması  malyariya  diaqnozunu 

təsdiqləməyə  imkan  verir.  Yaxmanın  və  qalın  qan  damcısının 

müayinəsi aparılır.

Qızdırmalı  hamilələrdə  12-24  saat  ərzində  3  dəfə  qanın 

malyariyaya  müayinəsi  mənfi  nəticə  verərsə,  malyariya  diaqnozu 

istisna olunur.

Fəsadlaşmamış  malyariya  aşağıda  qeyd  edilən  əlamətlərlə  təyin 

olunur:



Plazmodiumlarla  yoluxmuş  eritrositlərin  səviyyəsi  2%-dən 



aşağıdır

ağır simptomlar və fəsadlar qeyd olunmur.



Rutin skrininq aparılmır.

Müalicə

Kəskin malyariya simptomları qeyd edilən qadınlar risk qrupuna 

aid  edilir.  Hamiləlik  dövründə  mütləq  malyariyanın  müalicəsi 

aparılmalıdır (B).  Müalicə  diaqnoz  dəqiqləşdirildikdən  dərhal  sonra 

başlanmalıdır. Müalicə aşağıda qeyd edilənlərə əsasən seçilir:



Plazmodiumun növü

dərman preparatlarına qarşı mümkün rezistentlik 



xəstəliyin ağırlığı

Optimal  aparılma  taktikasını  müəyyən  etmək  üçün  həkim-

infeksionistin konsultasiyası vacibdir.

Törədicinin  müəyyən  edilməsinə  qədər  xininlə  empirik 

müalicənin  aparılması  göstərişdir.  Xinin

ən  effektiv  malyariya 



əleyhinə preparatdır (A) və hamiləliyin bütün trimestrlərində istifadə 

oluna  bilər.  Lakin  hamiləliyin  I  trimestrindən  sonra  tətbiqi  daha 

                                                

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



26

məqsədəuyğun hesab olunur (D). Hamilələrə xininin gündə 1 qramdan

artıq dozada təyin edilməsi tövsiyə edilmir.

Xloroxin təhlükəsiz preparat olub qanında plasmodium ola bilən 

hamilələrin xemoprofilaktikasında istifadə oluna bilər (B).

Hamilələrdə  fəsadlaşmamış  tropik  malyariyanın  müalicəsində

mefloxin istifadə oluna bilər (I trimestr istisna olmaqla).

Hamiləliyin  II  və  III  trimestrlərində  artemizinin  derivatlarının 

tətbiqi  sahəsində  böyük  təcrübə  toplanmışdır (A). Qızdırma  zamanı 

antipiretiklərdən  istifadə  olunmalıdır (B). Anemiyalı  qadınlara 

müvafiq müalicə təyin edilməlidir (A). Malyariya kəskin anemiya ilə 

müşayiət olunduqda eritrositar kütlə köçürülür (yavaş sürətlə).

Döşlə  əmizdirən  qadınlar  tetrasiklin  istisna  olmaqla  standart

malyariya  əleyhinə  müalicə  almalıdırlar. Müalicə  alan  hamilələrin 

qanında  şəkərin  və  hemoqlobinin  səviyyəsinə  xüsusi  diqqət 

verilməlidir (B).



Müalicə zamanı fəsadlar

Xinin qəbulu ilə əlaqəli hipoqlikemiya – hər 4 saatdan bir qanda 

şəkərin  səviyyəsini  yoxlamaq  və  göstəriş  olarsa  hipoqlikemiyanın 

aparılma protokoluna müvafiq dekstroza məhlulundan istifadə etmək 

(50 ml  50%-li dekstroza  məhlulu vena  daxilinə, 5-10%-li dekstroza 

məhlulunun infuziyasına keçməklə) lazımdır.

Doğuşqabağı  hamilə  malyariya  əleyhinə  preparatlarla  müalicə 

almışsa, sarılığın meydana çıxmasına nəzarət etmək lazımdır.



Hospitalizasiya və izolyasiyaya göstəriş

Qadını  yalnız  ağır  vəziyyətdə  hospitalizasiya  etmək  lazımdır. 

Qadının təcrid olunmasına ehtiyac yoxdur.

Profilaktika

Malyariyanın profilaktikası məqsədilə aparılan tədbirlər 100%-li 

effektivliyə malik deyil (A).

Hamilələrə  malyariya  üzrə  endemik  ərazilərə  səyahətdən 



çəkinmək tövsiyə olunur (C).

Qadında səyahət müddətində və ya evə döndükdən sonra 1 il 



ərzində  (B)  qızdırma  və  ya  qripəbənzər  vəziyyət  qeyd 

olunarsa,  malyariyanı  istisna  etmək  vacibdir. Lakin  nəzərə 

almaq  lazımdır  ki,  1  ildən  artıq  müddət  keçdikdən  sonra  da

malyariya  ehtimalı  var.  İnsektisidlərlə  işlənmiş  torların 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



27

infeksiyaya  yoluxmanın  qarşısının  alınması  məqsədilə 

istifadəsi tövsiyə olunur (A).



Pl.falsiparumun  orta  və  yüksək  ötürülmə  səviyyəsi  qeyd 

olunan 

ərazilərdə 



yaşayan 

hamilələrdə 

simptomsuz 

infeksiyanın 

profilaktikası 

məqsədilə 

intermittəedici 

(antenatal  dövrdə  hamiləliyin  üç  ayından  sonra  həkimə  hər 

gəliş  zamanı)  profilaktik  terapiyanın  aparılması tövsiyə 

olunur.


Ximioprofilaktika  səyahətdən  2  həftə  əvvəl  başlanmalı  və 

onun  hamilə  endemik  ərazini  tərk  etdikdən  sonra  4  həftə 

ərzində təyin olunması tövsiyə olunur (B).

İmmunprofilaktika mövcud deyil (C).



Cinsi partnyorun müayinəsi və müalicəsi – göstəriş yoxdur.

Hamiləliyin pozulması – göstəriş yoxdur.

Doğuş – təbii doğuş yolları ilə.

Döşlə əmizdirmə – əks göstəriş  yoxdur. Yenidoğulmuş anası ilə 

birgə ola bilər.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



28

S

S

İ

İ

F

F

İ

İ

L

L

İ

İ

S

S

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Sifilis selikli qişaların, dərinin, sinir və sümük-oynaq sisteminin, 

daxili  orqanların  (qaraciyər,  ürək,  ürək-damar  sistemi)  zədələnməsi 

ilə səciyyələnən infeksion xəstəlikdir.

Ü ST-nin məlumatlarına görə dünyada hər il təxminən 15 milyon 

insan sifilisə yoluxur.



XBT-10 ÜZRƏ TƏSNİFAT:

A50

Anadangəlmə sifilis



A50.0

Aşkar əlamətlərlə müşahidə olunan erkən 

anadangəlmə sifilis

A50.1

Gizli formalı erkən anadangəlmə sifilis



A50.2

Dəqiqləşdirilməmiş anadangəlmə sifilis



A51

Erkən sifilis



A51.1

Cinsiyyət orqanlarının birincili sifilisi



A51.4

İkincili sifilisin digər formaları



A51.5

Erkən gizli sifilis



A51.9

Dəqiqləşdirilməmiş erkən sifilis



A52

Gecikmiş sifilis



A52.9

Dəqiqləşdirilməmiş gecikmiş sifilis



O98.1

Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran 

sifilis (A50-A53 rubrikalarında təsnif olunan hallar)

Z22.4

Əsasən  cinsi  yolla  ötürülən  infeksion  xəstəliklərin 

törədicisini gəzdirmə. Qonoreya törədicisini gəzdirmə.

Sifilis törədicisini gəzdirmə



Törədici: Treponema pallidum (Solğun treponema).

Ötürülmə yolları:

cinsi



məişət


transmissiv



Risk faktorları:

Cinsi partnyorların sayının bir neçə olması



Təzə qanın köçürülməsi

Sifilitik şankrı olan insanla öpüş 



Gənc (yeniyetmə) yaş dövrü

Aşağı sosial-iqtisadi durum



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



29

İnkubasiya  dövrü – 3-90  gün  arasında  tərəddüd  edir,  orta  hesabla    

21 gün davam edir.



Klinik mənzərə

Birincili  sifilis  üçün  orqanizmə  solğun  treponemaların  daxil 

olduğu yerdə meydana çıxan aydın nəzərə çarpan kənarlı ağrısız xora 

(bərk  şankr)  səciyyəvidir.  Bərk  şankr  infeksiyaya  yoluxduqdan        

2-3  həftə  sonra  meydana  çıxır.  Yoluxma  tezliyi  90%-dir.  3-6  həftə 

ərzində bərk şankr iz qoymadan itir.

İkincili sifilis bərk şankr itdikdən 6-8 həftə sonra meydana çıxır. 

İkincili  sifilis  üçün  ətraflarda  ləkəli  papulyoz  səpki  (ovuc  və 

dabanlar),  limfadenopatiya,  baş  ağrıları,  zəiflik,  kütlə  itkisi

səciyyəvidir.

Sifilisin  latent  mərhələsi seroloji  müayinələr  vasitəsilə  müəyyən 

olunur.


Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Aktiv sifilisli qadınlardan doğulan körpələrin 75%-i ana bətnində 

infeksiyaya  yoluxur.  Hamiləliyin  16  həftəsinə  qədər  dölün 

yoluxmasına nadir hallarda təsadüf edilir və bu səbəbdən sifilis erkən 

düşüklərə  səbəb  olmur. Hamiləliyin  daha  gec  dövrlərində 

infeksiyanın  gedişatının  kəskinlik  səviyyəsindən  asılı  olaraq  abort, 

ölü döllə doğuş, neonatal ölüm və neonatal dövrün xəstəlikləri qeyd 

oluna  bilər.  Anadangəlmə  sifilisli  yenidoğulmuşlarda  rinit,  əsasən 

ətraflarda,  perioral  və  perianal  nahiyələrdə  meydana  çıxan  makulo-

papulyoz,  deskvamoz  səpkilər  müşahidə  olunur.

Uşaqlarda 

splenomeqaliya, anemiya, trombositopeniya, sarılıq qeyd oluna bilər.

Uşaq  ölümünün  əsas  səbəbi  qaraciyər  çatışmazlığı,  kəskin 

pnevmoniya  və  ağciyər  qanaxması,  böyrəklərin  zədələnməsidir. Bir 

çox  hallarda  generalizə  olunmuş  osteoxondrit  və  perixondrit 

müşahidə olunur.



Diaqnostika

Sifilis  diaqnozu  anamnestik  məlumatlara,  klinik  əlamətlərə  və 

laborator  müayinələrin  nəticələrinə  əsaslanaraq  qoyulur.  Laborator 

müayinələrə törədicini aşkar etmək məqsədilə aparılan müayinələr və 

seroloji  müayinələr  aiddir.

Diaqnozun  aşağıdakı  laborator 

müayinələrlə təsdiq olunması vacibdir:

1. Mikroskopik üsul (qaranlıq sahə mikroskopiyası)

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



30

2. Seroloji müayinə (qan və onurğa beyni mayesi)

3. PİF  – pallidium  immunoflyuoressent  üsul.  Müayinə  üçün 

material eroziyanın səthindən, eroziv papuladan götürülür. 

4. Morfoloji müayinə – biopsiya materialı

Seroloji diaqnostika 2 qrupa ayrılır: qeyri-treponem və treponem 

üsullar.


Qeyri-treponem  üsullar: VDRL – test, sürətli plazma reagenləri 

testi (RPR).

Qeyri-treponem testlərin üstünlüyü texniki sadəlik və müayinənin 

nəticələrinin  tez  əldə  olunmasıdır.  Lakin  yanlış-müsbət  və  yanlış-

mənfi nəticələr alına bilər.

Treponem  testlər  qeyri-treponem  testlərin  nəticələrini  təsdiq 

etmək üçün aparılır.

passiv hemoaqqlyutinasiya reaksiyası





T.pallidium mikrohemoaqqlyutinasiya metodu

İFA



absorbsiya ilə immunoflyuoressensiya reaksiyası

USM  zamanı  plasentomeqaliya,  dölün  bətndaxili  inkişafının 

ləngiməsi, mikrosefaliya, hepatosplenomeqaliya, hidrops fetalis qeyd 

olunur. Hamiləliyin  20-ci  həftəsinə  qədər  bütün  ölü  döllə  düşük 

hallarında sifilisə müayinə tövsiyə olunur (C).



Rutin skrininq

Hamilələrin  sifilisə 

rutin  müayinəsi  antenatal  qulluq 

müəssisələrinə  ilk  müraciət  zamanı  və  hamiləliyin  34-36-cı

həftəsində aparılmalıdır.

Müalicə  olunmamış qadınların  və  profilaktik  müalicə  almayan 

qadınların körpələri sifilisə müayinə olunmalıdırlar.

Müalicə

Bütün  solğun  treponema  daşıyıcılarının  penisillinlə  müalicəsi 

aparılır (C).

Hamiləliyin birinci yarısında spesifik müalicə

Diaqnoz: Birincili sifilis.

Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:

ekstensillin və ya retarpen



– 2,4 mln. həftədə 1 dəfə, № 2 

                                                

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



31

bisillin-1 – 2,4 mln. TV 5 gündən bir, № 3 



bisillin-3 – 1,8 mln. TV həftədə 2 dəfə, № 5 

bisillin-5 – 1,5 mln. TV həftədə 2 dəfə, № 5 



prokain-penisillin – 1,2 mln. TV hər gün, № 10 

penisillinin novokain duzu – 600 000 TV gündə 2 dəfə, 10 gün



penisillinin natrium duzu – 1 mln. TV gündə 4 dəfə 10 gün



Diaqnoz: İkincili  sifilis, erkən  gizli  (müalicənin  müddəti  6  aya 

qədər).

Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:

ekstensillin və ya retarpen



– 2,4 mln. həftədə 1 dəfə, № 3 

bisillin-1 – 2,4 mln. TV 5 gündən bir, № 6 



bisillin-3 – 1,8 mln. TV həftədə 2 dəfə, № 10

bisillin-5 – 1,5 mln. TV həftədə 2 dəfə, № 10 



prokain-penisillin – 1,2 mln. TV hər gün, № 20 

penisillinin novokain duzu – 600 000 TV, gündə 2 dəfə 20 gün 



penisillinin natrium duzu – 1 mln. TV gündə 4 dəfə 20 gün



Diaqnoz: İkincili  sifilis  residivli  (gec  residiv),  erkən  gizli 

(müalicənin müddəti 6 aydan artıq).

Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:

prokain-penisillin – 1,2 mln. TV hər gün, № 20 



penisillinin novokain duzu – 600 000 TV gündə 2 dəfə, 20 gün 

penisillinin natrium duzu – 1 mln. TV gündə 4 dəfə, 20 gün.



Hamiləliyin ikinci yarısında spesifik müalicə

Diaqnoz: Birincili sifilis.

Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:

prokain-penisillin 



1,2 mln. TV hər gün, № 10 

penisillinin  novokain  duzu 



600  000  TV  gündə  2  dəfə,  10 

gün 



penisillinin natrium duzu 



 1 mln. TV gündə 4 dəfə, 10 gün



Diaqnoz: İkincili  sifilis,  erkən  gizli  (müalicənin  müddəti  6  aya 

qədər).

Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:

prokain-penisillin – 1,2 mln. TV hər gün, № 20 



penisillinin novokain duzu – 600 000 TV gündə 2 dəfə, 20 gün 

                                                

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



32

penisillinin natrium duzu – 1 mln. TV gündə 4 dəfə 20 gün



Penisillinə  allergik  reaksiya  qeyd  olunarsa,  penisillinlə 

terapiyanın  desensibilizəedici  terapiya  fonunda  aparılması  tövsiyə 

olunur (B).


Yüklə 6,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin