Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 2



Yüklə 6,6 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix04.01.2017
ölçüsü6,6 Mb.
#4429
  1   2   3   4   5   6   7

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Az

ərbaycan Respublikası Səhiyyə Nazirliyi

kollegiyasının 2

9 iyun 2012-ci il tarixli

22

 saylı qərarı ilə təsdiq edilmişdir

HAMİLƏLİK VƏ İNFEKSİYALAR

ÜZR

Ə 

KLİNİK PROTOKOL

Bakı 

- 2012

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

57.16  


H 26 

 

 



 

 

 



 

 

 



 

H 26  Hamiləlik və infeksiyalar üzrə klinik protokol, 2012. – 72 səh. 



 

 2

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



3

Klinik protokolun redaktoru:

C.Məmmədov 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d.



Klinik protokolun tərtibçilər heyəti:

F.Əliyeva

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun direktoru, dosent, t.f.d., RS/AP üzrə 

Milli Koordinator 

N.Poladova

Azərbaycan Tibb Universitetinin I Mamalıq-

ginekologiya kafedrasının dosenti, t.f.d.

M.Həmzəyev 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Mamalıq-

ginekologiya kafedrasının dosenti, t.f.d.

S.Məmmədova

Azərbaycan Tibb Universitetinin I Mamalıq-

ginekologiya kafedrasının assistenti, t.f.d.

L.Məmmədova

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun elmi katibi

G.Hüseynova

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları 

şöbəsinin sabiq müdiri

Rəyçilər:

H.Bağırova

Azərbaycan Tibb Universitetinin II Mamalıq-

ginekologiya kafedrasının müdiri, professor, t.e.d.

R.Nadişauskiyene USAİD tərəfindən maliyyələşdirilən

Azərbaycanda Səhiyyənin Gücləndirilməsi 

Layihəsinin eksperti, ÜST-nin Reproduktiv 

Sağlamlıq və Tədqiqatlar üzrə Avropa Regional 

Şurasının sədri, Britaniya Krallığının Mamalıq 

və Ginekologiya Kollecinin üzvü, professor, t.e.d.

L.Rzaquliyeva

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Mamalıq-

ginekologiya kafedrasının müdiri, dosent, t.f.d.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



4

MÜNDƏRİCAT

İxtisarların siyahısı.............................................................................. 5

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri ................ 6

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası............................................ 7

Protokolun məqsədi ............................................................................ 8

Bakterial vaginoz və hamiləlik ........................................................... 8

Vulvovaginal kandidoz və hamiləlik.................................................11

Trixomoniaz və hamiləlik................................................................. 15

Xlamidiya infeksiyası və hamiləlik .................................................. 18

Listerioz və hamiləlik ....................................................................... 21

Malyariya və hamiləlik ..................................................................... 24

Sifilis və hamiləlik............................................................................ 28

Qonoreya və hamiləlik...................................................................... 33

B qrup streptokok infeksiyası və hamiləlik ...................................... 36

Herpes infeksiyası və hamiləlik........................................................ 41

Sitomeqalovirus infeksiyası və hamiləlik......................................... 46

Hepatit B və hamiləlik ...................................................................... 49

Məxmərək və hamiləlik .................................................................... 54

Toksoplazmoz və hamiləlik.............................................................. 58

Simptomsuz bakteriuriya və hamiləlik ............................................. 62

Ədəbiyyat.......................................................................................... 65

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



5

İxtisarların siyahısı:

ALT

alaninaminotransferaza 



CYYİ

cinsi yolla yoluxan infeksiyalar



DNT

dezoksiribonuklein turşusu



FPK

fetoplasentar kompleks 



GH

genital herpes



HBV

hepatit B virusu



XBT-10

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış



İFA

immunoferment analizi



IgG

immunoqlobulin G 



IgM

immunoqlobulin M 



IU

Beynəlxalq Vahid (International Units)



KTQ

kardiotokoqrafiya



KYV

koloniya yaradan vahid



PİF

pallidium immunoflyuoressent



PZR

polimeraz-zəncirvari reaksiya



RPR

sürətli plazma reagentləri



RNT

ribonuklein turşusu



SHV

sadə herpes virusu (herpes simplex virus)



SMV

sitomeqalovirus



TV

təsir vahidi



USM

ultrasəs müayinə



ÜST

Ü mumdünya Səhiyyə Təşkilatı



VDRL

zöhrəvi xəstəliklər üzrə elmi-tədqiqat laboratoriyası

(Venereal Disease Research Laboratory)

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



6

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri

Sübutların 

etibarlılıq 

dərəcəsi

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri)

Ia

Sübutlar  meta-analiz,  sistematik  icmal  və  ya 

randomizasiya  olunmuş  klinik  tədqiqatlardan  (RKT) 

alınmışdır



Ib

Sübutlar ən azı bir RKT-dən alınmışdır



IIa

Sübutlar  ən  azı  bir  yaxşı  planlaşdırılmış,  nəzarət 

edilən, 

randomizasiya 

olunmamış 

tədqiqatdan 

alınmışdır

IIb

Sübutlar  ən  azı  bir  yaxşı  planlaşdırılmış  kvazi-

eksperimental tədqiqatdan alınmışdır

III

Sübutlar  təsviri  tədqiqatdan  (məsələn,  müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır



IV

Sübutlar  ekspertlərin  rəyinə  və  ya  klinik  təcrübəyə 

əsaslanmışdır

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



7

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi

A

RKT-lərin  yüksək  keyfiyyətli  meta-analizi,  sistematik 

icmalı  və  ya  nəticələri  uyğun  populyasiyaya  şamil 

edilə  bilən,  sistematik  səhv  ehtimalı  çox  aşağı  olan 

(++) irimiqyaslı RKT.

Sübutların etibarlılıq dərəcəsi Ia.



B

Kohort  və  ya  klinik  hal  -  nəzarət  tipli  tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud

Sistematik  səhv  riski  çox  aşağı  olan  (++)  yüksək 

keyfiyyətli  kohort  və  ya  klinik  hal  -  nəzarət  tipli 

tədqiqat, yaxud

Nəticələri  uyğun  populyasiyaya  şamil  edilə  bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT.

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.

C

Nəticələri  uyğun  populyasiyaya  şamil  edilə  bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik  hal  -  nəzarət  tipli  və  ya  nəzarət  edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud

Nəticələri  uyğun  populyasiyaya  bilavasitə  şamil  edilə 

bilməyən,  sistematik  səhv  riski  çox  aşağı  olan  və  ya 

yüksək olmayan (++ və ya +) RKT.

Sübutların etibarlılıq dərəcəsi IIb.

D

Klinik hallar seriyasının təsviri, yaxud

Nəzarət edilməyən tədqiqat, yaxud

Ekspertlərin rəyi.

Yüksək  səviyyəli  sübutların  mövcud  olmamasının 

göstəricisidir.

Sübutların etibarlılıq dərəcəsi III və IV.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



8

Protokol mama-ginekoloqlar, infeksionistlər, ailə həkimləri,

mamalar üçün nəzərdə tutulub.



Pasiyent qrupuhamilə qadınlar

Protokolun  məqsədi: protokol  infeksion  xəstəliklər  zamanı 

hamilə  qadınlara  tibbi  yardımın  keyfiyyətini  yaxşılaşdırmaq, 

antenatal dövrdə ana və dölün sağlamlığını müxtəlif  infeksiyalardan 

qorumaqla  xəstələnmə  və  ölüm  hallarının  qarşısını  almaq  üçün 

sübutlu  təbabətə  əsaslanan  müasir  metodik  tövsiyələrin  verilməsi 

məqsədini daşıyır.



B

B

A

A

K

K

T

T

E

E

R

R

İ

İ

A

A

L

L

V

V

A

A

G

G

İ

İ

N

N

O

O

Z

Z

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Bakterial  vaginoz – qeyri-iltihabi  infeksion  klinik  sindromdur. 

Müxtəlif  ölkələrdə  qadınların  ayrı-ayrı  populyasiyalarında  bakterial 

vaginozun  yayılma  tezliyi  15-80%  arasında  tərəddüd  edir.

Hamilələrin 20%-də bakterial vaginoz müşahidə olunur.

XBT-10 ÜZRƏ TƏSNİFAT

N89

Uşaqlıq yolunun qeyri-iltihabi xəstəlikləri



Törədici

Bakterial vaginozun spesifik törədiciləri mövcud deyil. Bakterial 

vaginozun 

etioloji 

amili 

anaerob 


və 

fakultativ-anaerob 

mikroorqanizmlərin  assosiasiyasıdır  (Mobiluncus  spp.,  Bacteroides 

spp.,

Peptococcus



Peptostreptococcus

,  Gardnerella  vaginalis

Mycoplasma və s.).

Risk faktorları

Bakterial  vaginoz  cinsi  yolla  yoluxan  xəstəlik  deyil,  lakin 

bakterial vaginozun meydana çıxması ilə seksual davranış, məsələn, 

erkən  cinsi  həyat,  cinsi  həyatın  xüsusiyyətləri,  cinsi  partnyorların 

sayı və s. arasında müəyyən korrelyasion asılılıq qeyd olunur.

Klinik mənzərə

50% hallarda bakterial vaginoz simptomsuz keçir.

Bakterial vaginozun klinik əlamətləri:

homogen ağımtıl-boz vaginal ifrazat



bir  çox  hallarda  xoşagəlməz  “balıq” qoxusu  qeyd  olunur. 

“Balıq” qoxusu qorunmamış cinsi əlaqədən sonra kəskinləşir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



9

Bəzi pasiyentlərdə

xarici  cinsiyyət  üzvləri  nahiyəsində  qaşınma  və/və  ya 



göynəmə 

dizuriya



dispareuniya müşahidə olunur.



Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

vaxtından əvvəl doğuş



döl qişalarının vaxtından əvvəl cırılması

intraamnial infeksiyalaşma



xorioamnionit

doğuşdan sonrakı dövrdə endometrit



keysəriyyə əməliyyatından sonra yaranın infeksiyalaşma riski



Diaqnostika

Diaqnoz  aşağıda  qeyd  edilən  4  diaqnostik  meyardan  (Amsel 

meyarları) üçünün müəyyən olunması əsasında qoyulur (A):

vulvada  və  uşaqlıq  yolunda  bərabər  adgeziya  olunmuş, 



xoşagəlməz qoxulu ağımtıl-boz homogen ifrazat

uşaqlıq yolu möhtəviyyatının pH 4,5-dən çox olması



müsbət  amin-test  (əşya  şüşəsi  üzərində  uşaqlıq  yolu 

möhtəviyyatına 10%-li KOH (kali hidrooksid) məhlulu əlavə

etdikdə “balıq” qoxusunun meydana çıxması)

“açar  hüceyrələri”  (səthində  qram-variabel  kokobasilyar 



mikroflora adgeziya olunmuş epitel hüceyrələri)

Mikroskopik müayinə üçün klinik material uşaqlıq yolunun ön və 

yan divarlarından götürülür.

Rutin skrininq

Simptomsuz  qadınlarda  və  vaxtından  əvvəl  doğuş  üzrə  risk 

faktorları  müəyyən  olunmayan  qadınlarda  bakterial  vaginozun  rutin 

skrininqi və müalicəsi aparılmır (B).



Müalicə

Bakterial  vaginozun  simptomları  qeyd  olunan  qadınlara  və 

simptomsuz,  lakin  vaxtından  əvvəl  doğuş  üzrə  risk  qrupuna  daxil 

olan  qadınlara  müalicə  təyin  edilməlidir. Sübut  olunmuşdur  ki,       

20  həftəyə  qədər  təyin  olunmuş  müalicə  risk  qrupuna  daxil  olan 

qadınlarda vaxtından əvvəl doğuş riskini azalda bilər.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10

Metronidazol  və  klindamisin  dərman  vasitələrinin  per  os

qəbulunu II trimestrin əvvəlinə qədər təxirə salmaq lazımdır.

Hamiləliyin  I  trimestrində  metronidazol  preparatının  yerli 

istifadəsi tövsiyə olunur.

20  həftəyə  qədər  klindamisin-krem  istifadəsi  vaxtından  əvvəl 

doğuşların səviyyəsini azaldır.

Klindamisin

  kremi – 2%-li  5  qram  (1  tam  applikator)  gündə         



1 dəfə 7 gün (yatmaqdan əvvəl). 

Klindamisin  kremi  uşaqlıq  yoluna  yalnız  hamiləliyin  birinci 

yarısında istifadə oluna bilər.

Lateks  kondomları  klindamisin  kreminin  təsirindən  zədələnə 

bilər.

II-III trimestrlərdə müalicə

Dərman vasitəsi

Müalicə sxemi

Metronidazol (A)

500 mq gündə 2 dəfə daxilə 7 gün

Klindamisin

300 mq gündə 2 dəfə daxilə 7 gün



Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.

Profilaktika – mövcud deyil.

Cinsi partnyorların müayinəsi və müalicəsi – ehtiyac yoxdur.

Hamiləliyin pozulması – göstəriş yoxdur.

Doğuş – təbii doğuş yolları ilə.

Döşlə əmizdirmə – əks göstəriş yoxdur.

                                                

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11

V

V

U

U

L

L

V

V

O

O

V

V

A

A

G

G

İ

İ

N

N

A

A

L

L

K

K

A

A

N

N

D

D

İ

İ

D

D

O

O

Z

Z

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Urogenital  infeksiyaların  strukturunda  vulvavaginal  kandidoz

30%  təşkil  edir.  Hamiləlik  zamanı  vulvovaginal  kandidozun  klinik 

əlamətlərinin  təzahür  etmə  ehtimalı  nəzərə  çarpacaq  dərəcədə  artır.

Hamilələrin  20-50%-də  vulvovaginal  kandidozun  klinik  əlamətləri 

müşahidə olunur.



XBT-10 ÜZRƏ TƏSNİFAT

B37.3

Vulvanın və vaginanın kandidozu



B37.4

Digər urogenital lokalizasiyalı kandidoz



Törədici

Vulvovaginal kandidoz zamanı pasiyentlərin 85-90%-də Candida 



аlbicans,  5-10%-də Сandida  non-albicans  (Candida  parapsilosis, 

tropicalis,  glabrata,  кrusei) aşkar  olunur. Саndida  albicans  uşaqlıq 

yolunun normal mikroflorasının tərkibindədir.

Vulvovaginal  kandidoz  cinsi  yolla  ötürülmür.  Uşaqlıq  yolunun 

mikroflorası dəyişdikdə xəstəlik inkişaf edir.



Risk faktorları:

antibiotikoterapiya 



hamiləlik

piylənmə


şəkərli diabet

uzunmüddətli kortikosteroid qəbulu



oral kontraseptivlərin qəbulu

immunosupressiya vəziyyəti və s.



Klinik mənzərə

Vulvovaginal kandidozun klinik gedişatının aşağıdakı variantları 

ayırd edilir:

Qeyd olunma tezliyinə görə:

epizodik kandidoz



residivli kandidoz (il ərzində 4-5 vulvovaginal kandidoz epizodu)



Gedişatın ağırlığına görə:

Fəsadlaşmamış  vulvovaginal  kandidoz:  xarici  dizuriya, 



vulvada  qaşınma,  xarici  cinsiyyət  üzvlərində  ödem, 

hiperemiya,  çatlarla  səciyyələnir;  bir  çox  hallarda  uşaqlıq 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



12

yolundan  kəsmiyəbənzər  ifrazat  aşkar  olunur.  Uşaqlıq 

yolunda pH bir qayda olaraq normaldır.

Fəsadlaşmış  vulvovaginal  kandidoz:  bir  neçə  epizodik 



vulvovaginal  kandidoz,  persistensiya  edən  non-albicans 

infeksiya,  hamilələrdə,  şəkərli  diabetli  qadınlarda  qeyd 

olunan vulvovaginal kandidoz (C).


Yüklə 6,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin