Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 2


Hamiləliyin  gedişinə  və  dölün/yenidoğulmuşun  sağlamlığına



Yüklə 6,6 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix04.01.2017
ölçüsü6,6 Mb.
#4429
1   2   3   4   5   6   7

Hamiləliyin  gedişinə  və  dölün/yenidoğulmuşun  sağlamlığına 

təsiri

Vulvovaginal  kandidoz  hamiləliyin  gedişatını  ağırlaşdırmır, 

dölün/yenidoğulmuşun sağlamlığına mənfi təsir göstərmir.

Diaqnostika

Fəsadlaşmamış  gedişatlı

vulvovaginal  kandidoz  zamanı 

yaxmanın  mikroskopik  müayinəsinin  aparılması  tövsiyə  olunur 

(Qramm üsulu ilə boyanmış və ya nativ yaxma (B)). Yaxma uşaqlıq 

yolunun ön tağından götürülməlidir (B).

Mikroskopik  müayinə  nəticəsində  psevdoqriflərin  və/və  ya 

blastosporların aşkar olunub-olunmaması qeyd edilməlidir (B).

Candida non-albicans, xüsusilə Candida glabrata, pseudohyphae 

və ya hyphae formalaşdırmır və işıq mikroskopiyasında aşkar olunmur.

Vaginal  pH  vulvovaginal  kandidozun  diaqnostikası  üçün 

əhəmiyyətli deyil (C).

Fəsadlaşmış 

vulvovaginal 

kandidozun 

diaqnostikasında 

mikroskopik və bakterioloji müayinə aparılır.

Göbələk  koloniyalarının  sayı  10

3

KYV/ml-dən  artıq  olduqda 



diaqnostik əhəmiyyətli hesab olunur.

Rutin skrininq – simptomlar qeyd olunmadıqda aparılması tövsiyə 

olunmur (C).



Müalicə

Vacib  məqam – simptomlar  qeyd  olunmadığı  halda  laborator 

metodlarla  Candida  aşkar  olunması  müalicə  üçün  əsas  vermir. 

Müalicə  vaginal  yaxmasında  Candida  aşkar  olunan,  vulvovaginal 

kandidozun klinik simptomları müəyyən olunan qadınlara təyin edilir



(B). Klinik  təcrübədə  yalnız  simptomlara  əsaslanaraq  müalicənin 

təyin  edilməsi  hallarına  rast  gəlinir  ki,  bu  da  bir  çox  qadınların 

əsassız  müalicə  almasına  gətirir (B). Hamiləlik  dövründə  oral 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



13

antifunqal  preparatların  qəbul  edilməsi  tövsiyə  olunmur  (C).

Hamilələrdə vulvovaginal kandidozun müalicəsində antimikotiklərin 

yerli  istifadəsinə  (uşaqlıq  yoluna)  üstünlük  verilməlidir,  çünki  bu 

halda preparatın dölə təsiri qeyd olunmur.

Hamiləlik  dövründə uşaqlıq  yoluna  azol  qrupundan  olan 



preparatların  istifadəsi  tövsiyə  olunur. Müalicənin  müddəti    

7  gündən  artıq  ola  bilər  (A)  və  aşağıdakı  dərman 

preparatlarından biri ilə aparıla bilər:

Natamiysin – 100 mq 6 gün



1%-li Klotrimazol krem – 5 q uşaqlıq yoluna 7-14 gün 

Klotrimazol – 100 mq vaginal həb 7 gün



Omokonazol

– 150 mq 6 gün, 300 mq 3 gün, 900 mq



bir dəfə

Mikonazol – 100 mq 7-14 gün, 1,2 q bir dəfə



İsokonazol – 600 mq 1-3 gün

Ekonazol – 50 mq 14 gün, 150 mq 3 gün



Pasiyenti 

yerli 


göbələk 

əleyhinə 

preparatların 

lateks 


kondomlarını zədələməsi barədə xəbərdar etmək lazımdır (C).

Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.

Profilaktika – mövcud deyil.

Ümumi tövsiyələr:

Xarici  cinsiyyət  üzvləri  nahiyəsinin  təmiz  və  quru  olması 



vacibdir.  Sabundan  istifadə  etmək  lazım  deyil,  yalnız  su  ilə 

yuyunmaq lazımdır

CYYİ-yə  yoluxmanın  və  CYYİ-nin  yayılmasının  qarşısının 



alınması məqsədilə cinsi əlaqə zamanı kondomlardan istifadə 

(vulvovaginal  kandidoz  fonunda  uşaqlıq  yolunun  selikli 

qişası zədələndiyinə görə) etmək lazımdır

Alt paltarın pambıq parçadan olması məsləhətdir



Şəkərli  diabet  zamanı  qanda  şəkərin  səviyyəsinə  nəzarət 

etmək vacibdir

Cinsi  partnyorların  müayinəsi  və  müalicəsi aşağıdakı  hallarda 

məsləhət görülür:

                                                

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



14

Cinsi  partnyorda  kandidoz,  balanopostit əlamətləri  qeyd 



olunduqda 

Residivli 



vulvovaginal 

kandidozlu 

qadınların 

cinsi 


partnyorları

Hamiləliyin pozulması – göstəriş yoxdur.

Doğuş – təbii doğuş yolları ilə.

Döşlə əmizdirmə – əks göstəriş yoxdur.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15

T

T

R

R

İ

İ

X

X

O

O

M

M

O

O

N

N

İ

İ

A

A

Z

Z

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Ü ST-nin  məlumatlarına  əsasən  Yer  kürəsi  əhalisinin  10%-i 

trixomoniaza  yoluxmuşdur. Bir  çox  inkişaf  etməkdə  olan  ölkələrdə 

qadınlar  arasında  trixomoniazın  yayılması  15%  təşkil  edir.  Ehtimal 

olunur ki, dünyada 25 milyon hamilə Trichomonas vaginalis-ə yoluxmuşdur.

XBT-10 ÜZRƏ TƏSNİFAT

O98

Ananın  digər  rubrikalarda  təsnif  olunan,  lakin  hamiləlik, 

doğuş və zahılıq dövrünü ağırlaşdıran infeksion və parazitar 

xəstəlikləri



O98.3

Hamiləliyi,  doğuşu  və  ya  zahılıq  dövrünü  ağırlaşdıran, 

əsasən cinsi yolla ötürülən digər infeksiyalar

Törədici – Trichomonas vaginalis.

Ötürülmə yolları

Əksər  yaşlı  insanlarda  infeksiya  yalnız  cinsi  yolla  ötürülür. 



Trichomonas  vaginalis  anadan  uşağa  ötürülə  bilər  və  infeksiyalı 

qadınlardan doğulan uşaqların 5%-də təsadüf edilir.



Klinik mənzərə

Trichomonas  vaginalis-lə  yoluxmuş  qadınların  25-50%-də 

xəstəliyin subyektiv əlamətləri qeyd olunmur. Bu qadınlarda vaginal 

mikrofloranın  tərkibində  və  uşaqlıq  yolu  ekssudatının  pH-nin 

səviyyəsində də dəyişiklik müşahidə olunmur.



Kəskin  trixomonada  vaginit/vulvovaginit zamanı  aşağıdakı 

əlamətlər qeyd olunur:

cinsiyyət  yollarından  çox  miqdarda  xoşagəlməz  qoxulu  sarı-



yaşıl ifrazat 

uşaqlıq  yolunun  selikli  qişasının  hiperemiyası,  ödemi,  bəzi 



hallarda aralıq nahiyəsində eroziv elementlər

qaşınma



dizuriya


dispareuniya

bəzi hallarda qarının aşağı nahiyəsində ağrılar



Xronik  trixomonada  vaginit/vulvovaginit zamanı  aşağıdakı 

əlamətlər qeyd olunur:

selikli qişanın mülayim hiperemiyası



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



16

xarici cinsiyyət üzvləri nahiyəsində qaşınma



dispareuniya

cinsiyyət yollarından cüzi selikli ifrazat



Epidemioloji baxımdan xronik trixomoniaz daha təhlükəlidir.

Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Trixomonada  infeksiyasının  hamiləliyin  patologiyasında  rolu

barədə mövcud olan mülahizələr fərqlidir.

Diaqnostika

Nativ və/və ya boyanmış yaxmanın mikroskopik müayinəsi aparılır.

Müayinə üçün material uşaqlıq yolunun arxa tağından götürülür (B).

Mikroskopik  diaqnostika  yaxma  götürüldükdən  sonra  mümkün 

qədər  tez  aparılmalıdır,  belə  ki,  yaxma  quruduqda  Trichomonas 

vaginalis-in  hərəkətliliyi  azalır. Trixomoniaza  şübhə  olduqda,  lakin 

mikroskopik müayinə ilə diaqnoz təsdiqlənmədikdə kultural müayinə 

tövsiyə  olunur (B). Trixomoniaz  aşkar  olunduqda  qadının  və  onun 

partnyorunun  digər  cinsi  yolla  yoluxan  xəstəliklərə  skrininqinin 

aparılması tövsiyə olunur.

Rutin  skrininq – simptomlar qeyd olunmadıqda  aparılması tövsiyə 

olunmur (A).



Müalicə

Trixomoniaz aşkar olunduqda mütləq müalicə təyin olunmalıdır (A).

Tövsiyə olunan müalicə sxemləri (B):

Metronidazol – 2 q birdəfəlik doza per os və ya



Metronidazol – 400-500 mq gündə iki dəfə 7 gün per os

Metronidazolla müalicənin effektivliyi 95% təşkil edir.



Aparılmış  meta-analizlərdə  metronidazolun  I  trimestrdə

istifadəsi  zamanı  teratogen  təsirə  malik  olması  sübut 

olunmamışdır (A).

Müalicənin  effektivliyinin  dəyərləndirilməsi  məqsədilə  aparılan 

diaqnostik testlər (törədicinin aşkar olunmasına yönəldilmiş) yalnız o 

zaman  aparılır  ki,  ya  müalicədən  sonra  xəstəliyin  simptomları 

saxlanılır,  ya  da  müalicədən  müəyyən  müddət  sonra  simptomlar 

yenidən meydana çıxır (C).

Birinci  kurs  müalicəyə  cavab  verməyən  qadınlara  standart 

müalicə təkrar təyin olunur.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



17

Müalicə  müddətində  və  müalicə  sona  çatdıqdan  sonra  ən  azı       

48  saat  müddətinə  pasientlərə  alkoqol  qəbulundan  imtina  etmək 

tövsiyə olunur.



Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.

Profilaktika – təhlükəsiz  seks  məsələlərinə  dair  sanitar  maarifi 

tədbirlərindən ibarətdir.



Cinsi partnyorun müayinəsi və müalicəsi

Cinsi  partnyorlar  CYYİ-nin  tam  spektrinə  müayinə  olunmalı  və 

müayinələrin  nəticələrindən  asılı  olmayaraq  qadınla  eyni  vaxtda 

trixomoniazın müalicəsini almalıdırlar (A).

Müalicə  dövründə  cinsi  əlaqədən  çəkinməyin  və  ya 

prezervativlərdən  istifadə  etməyin  vacib  olduğu  barədə  məlumat 

vermək lazımdır. 

Hamiləliyin pozulması – göstəriş yoxdur.

Doğuş – təbii doğuş yolları ilə.

Döşlə əmizdirmə

Metronidazol  ana  südünə  keçir  və  onun  dadına  təsir  edir.  Döşlə 

əmizdirən  qadınlara  yüksək  dozada  metronidazol  təyini  tövsiyə 

olunmur.


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



18

X

X

L

L

A

A

M

M

İ

İ

D

D

İ

İ

Y

Y

A

A

İ

İ

N

N

F

F

E

E

K

K

S

S

İ

İ

Y

Y

A

A

S

S

I

I

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Ü ST-nin  statistikasına  əsasən  hər  il  dünyada  89  milyon  yeni 

xlamidioz  halı  aşkar  olunur.  Xlamidiozla  xəstələnmə  tezliyi  gənc 

insanlar  arasında  xüsusilə  yüksəkdir.  Populyasiyada  infeksiyaya 

yoluxma tezliyi 5%-ə çatır, yeniyetmələr arasında isə 20% təşkil edir.

Ü ST-nin  məlumatlarına görə  hamilələrdə  Chlamydia trachomatis-in

aşkar  olunma  tezliyi  2-37%  arasında  tərəddüd  edərək,  orta  hesabla

6-8% təşkil edir.



XBT-10 ÜZRƏ TƏSNİFAT

А56.0 

Sidik-cinsiyyət traktının aşağı şöbələrinin xlamidiya 

infeksiyası

А56.1

Kiçik çanaq üzvlərinin və digər sidik-cinsiyyət üzvlərinin 

xlamidiya infeksiyası

А56.2

Sidik-cinsiyyət traktının xlamidiya infeksiyası, 

dəqiqləşdirilməmiş 

Törədici – Chlamydia trachomatis.

Ötürülmə yolları:

Cinsi yol



Hamiləlik və doğuş zamanı anadan uşağa ötürülmə

Məişətdə  yoluxmaya  nadir  hallarda  təsadüf  edilir  və  əsasən 

uşaqlarda rast gəlinir.



Klinik mənzərə

Xəstəlik  çox  hallarda  simptomsuz  gedişata  malik  olur.

Qadınlarda  urogenital  sistemin  aşağı  şöbələrinin  xlamidiya 

infeksiyası selikli və ya selikli-irinli servikal (vaginal) ifrazat, qarının 

aşağı nahiyəsində ağrılarla təzahür edə bilər. Chlamydia trachomatis

düz  bağırsağın,  ağız-udlaq  və  göz  strukturlarının  selikli  qişasını 

zədələyə  bilər.  Bu  halda  xəstəlik,  adətən,  subyektiv  olaraq 

simptomsuz keçir.



Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Urogenital  xlamidioz  vaxtından  əvvəl  doğuşların,  dölyanı 

mayenin  vaxtından  əvvəl  axmasının  və  aşağı  kütləli  uşaqların 

doğulmasının  səbəbi  ola  bilər. 60-70%  hallarda  yenidoğulmuşun 

infeksiyalaşması  intranatal  dövrdə  baş  verir.  İnfeksiyaya  yoluxmuş 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19

uşaqların  20-50%-də  həyatlarının  ilk  2  həftəsində  konyuktivit,        

10-20%-də həyatlarının  1-3-cü  aylarında  xlamidiya  mənşəli 

pnevmoniya inkişaf edir.



Diaqnostika

Chlamydia trachomatisi identifikasiya etmək məqsədilə müayinə 

üçün  klinik  material  uretradan  və  servikal  kanaldan  götürülür  (B).

Müayinə materialının tərkibində silindrik epitel olmalıdır. Uretradan 

klinik  material  sidik  ifrazından  ən  azı  3  saat  sonra  götürülə  bilər. 

Uretradan çox miqdarda ifrazat qeyd olunduqda klinik material sidik

ifrazından 15-20 dəqiqə sonra götürülə bilər.

Sonuncu  sidik  ifrazından  2  saat  sonra  götürülən  birinci  sidik 

porsiyasının müayinəsini aparmaq olar (B).

İmmunoferment analizi:



 Chlamydia  trachomatis-ə  dair  İgA-nın aşkar  olunması 

diaqnozun təsdiqlənməsinə əsas verir

 Chlamydia trachomatis-ə dair İgG-nin  yüksək titrdə belə 

aşkar olunması diaqnoz qoymağa əsas vermir.

PZR-nin müsbət nəticəsi diaqnoz qoymaq üçün kifayətdir



İmmunofluoressensiya  metodunun  müsbət  nəticəsi  digər 

diaqnostika metodları ilə təsdiq olunmalıdır

Kultural metod – dəqiq hesab olunur, lakin bu metod texniki 



cəhətdən mürəkkəb və bahalıdır.

Testlərdən  heç  biri  100%  həssaslığa  malik  deyil. Xlamidiya 

infeksiyalı hamilələr digər CYYİ-yə müayinə olunmalıdırlar.

Rutin skrininq tövsiyə olunmur.

Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:

Eritromisin – 500 mq gündə 4 dəfə 7 gün per os və ya



Amoksisillin – 500 mq gündə 3 dəfə 7 gün per os və ya

Azitromisin – 1 q bir dəfə per os



Döşlə əmizdirməyən zahı qadınların müalicəsi:

Azitromisin – 1 q bir dəfə per os



Alternativ  sxem:  doksisiklin  – 100  mq  gündə  2  dəfə  7  gün  



per os

Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



20

Profilaktika:

Baryer kontrasepsiyanın istifadəsi



Cinsi partnyorların müayinəsi və müalicəsi

Müalicə  müddətində  cinsi  əlaqədən  imtinaetmə  və  ya 



prezervativlərdən istifadə tövsiyə olunur.

Cinsi partnyorun müayinəsi və müalicəsi

Xlamidiya  pozitiv  qadınların  cinsi  partnyorları  müayinədən 

keçməlidirlər (C).

Partnyorun azitromisinlə (birdəfəlik doza 1,0q) empirik müalicəsi 

özünü doğrultmuşdur (D).

Hamiləliyin pozulması – göstəriş yoxdur.

Doğuş – təbii doğuş yolları ilə.

Döşlə əmizdirmə – əksgöstəriş yoxdur.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



21

L

L

İ

İ

S

S

T

T

E

E

R

R

İ

İ

O

O

Z

Z

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Listerioz nadir təsadüf edilən ağır zoonoz infeksiyadır. Hamiləlik 

dövründə  listerioz  riski  20  dəfə  yüksəlir.  Listerioza  yoluxma 

hallarının 1/3-i hamiləlik zamanı baş verir.



XBT-10 ÜZRƏ TƏSNİFAT

A32

Listerioz



A32.7

Listerioz septisemiyası



A32.8

Listeriozun digər formaları



A32.9

Dəqiqləşdirilməmiş listerioz



Törədici: Listeria monocytogenes.

Ötürülmə yolları:

alimentar (yoluxmuş qida)



şaquli  transmissiya  (hamiləlik  dövründə  –  cift  və  dölyanı 

maye vasitəsilə, doğuş zamanı – ananın qanı və uşaqlıq yolu 

ifrazatı vasitəsilə) 



İnkubasiya  dövrü –  yaşlılarda  3-70  gün,  uşaqlarda  bir  neçə 

gündən bir neçə həftəyə qədər tərəddüd edir.



Klinik mənzərə

Anada listerioz  infeksiyası, adətən, retrospektiv  olaraq müəyyən 

olunur.  Belə  ki,  bir  çox  hallarda  listerioz  yüngül  qrip  əlamətləri  və

sidik  yollarının  infeksiyası  əlamətləri  ilə  təzahür  edir.  İmmunitetin 

zəifliyi fonunda meningit, pnevmoniya və ensefalit inkişaf edə bilər.

Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Listerioz aşağıda qeyd olunan hallara gətirə bilər:

Özbaşına abort



Vaxtından əvvəl doğuş

Dölyanı mayenin vaxtından əvvəl axması



Dölün ölümü (hər 5 infeksiyalaşmış döldən biri ölü doğulur)

Neonatal meningit (səbəblərin sırasında 3-cü yeri tutur)



Neonatal  ölüm  (yüksək  ölüm  faizi:  10-50%,  xüsusilə  II  və    

III trimestrlərdə yoluxma zamanı) 

Yenidoğulmuşun az kütləli olması



Sepsis


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



22

Dölün  hamiləliyin  gec  dövrlərində  anadan  yoluxması  daxili 



orqanların  çoxsaylı  zədələnmələrinə,  dölün  və  ya 

yenidoğulmuşun ölümünə gətirə bilər.

Perinatal  listerioz  çox  hallarda  yetkinsizliklə  əlaqəlidir  və 

ildırımsürətli  gedişata  malikdir.  Xəstəlik  gec  başlandıqda  (həyatın 

7-ci  günündən  6-cı  həftəsinə  qədər)  bir  çox  hallarda  meningitlə 

müşayiət olunur.



Yüklə 6,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin