Aydin talibzadə


Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə3/24
tarix26.02.2017
ölçüsü2,76 Kb.
#9887
1   2   3   4   5   6   7   8   9   ...   24

     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
anadan olub. 
     Suraxanskaya küçəsində yaşayarkən şuşalı Əsədulla kişinin 
oğlu Mehdi bakılı  Səməd Mənsurun oğlu Tofiqlə tanış olur. 
Sən bir taleyə bax: fələk hansı oyunlardansa çıxıb 
Azərbaycanın iki ustad  rejissoru olacaq uşaqları bir məhəllədə 
qarşılaşdırır və onlar, teatrşünas  İsrafil  İsrafilovun sözü 
olmasın, birlikdə teatr-teatr oynayırlar. Məxsusi xəfiyyəlik 
agenturası çoxsaylı komanda ilə işləsəydi belə, yenə bu zərurəti 
və ya təsadüfü düzüb-qoşmaq mümkün olmayacaqdı... Sonra 
da deyirlər ki, Yazı yoxdur. Cəfəngiyyatdır. Tanrı kimləri 
kimlərlə görüşdürməyi yaxşı bilir. İ.İsrafilov onu da deyir
25
 ki, 
bu oyunlar zamanı Tofiq Kazımov rejissorluq eləyərmiş, 
Mehdi Məmmədov - aktyorluq. Düzü, mən bunu təsəvvür edə 
bilmədim. Nədən ki, Tofiq 1923-dəndir, Mehdi - 1915-dən. Bu 
epizodda da söhbət yəqin ki, 1928-30-cu illərdən gedir. Çünki 
1931-ci ildən etibarən Mehdi artıq peşəkar aktyorlarla səhnədə 
olacaq və Tofiqlə oynamaq ona maraqlı  gəlməyəcək. Yəni 
söylədiyimin mənası bu ki, Mehdi əgər Suraxanskaya 
küçəsindəki 17 nömrəli dalanda Tofiqlə tamaşa göstərərkən 
aktyor olubsa da, özxoşuna olub və  Səməd Mənsur oğlunun 
“rejissurası”nı özündən, hər iki doğum versiyasına görə, yaşca 
qat-qat kiçik birisinin xətrinə  dəyməmək üçün qəbul edib, 
alicənablıq göstərib, bir böyük kimi davranıb. Ol səbəbdən bu 
epizodu çözüb oradan sənətlə ilişikli mənalar “qoparmaq” 
istərkən ehtiyatlı və obyektiv olmaq gərək.   
     Bu,  belə. Amma yenə  Cəfər Cəfərovun “Rejissor sənəti” 
adlı monoqrafiyasında biz maraqlı, amma reviziyası 
mümkünsüz bir faktla üzləşirik. Bakı Teatr Texnikumunun 

______________Milli Kitabxana_______________ 
27 
(1945-ci ildə yazılmış avtobioqrafiyada bu təhsil müəssisəsi 
Azərbaycan Dövlət Teatr Texnikumu adlandırılır) direktoru, 
milli səhnə  sənətinin ağsaqqallarından biri Hacağa Abbasov 
Mehdini məktəbə  qəbul etməyib deyir ki, sən hələ çox 
cavansan.
26
 Demir ha, uşaqsan, deyir ki, cavansan!!! Bu ifadə 
Mehdinin 1931-ci ildə 13 yox, məhz 16 yaşında olduğunu bir 
daha sübut eləyir. 13 yaşlı  uşağa cavan demirlər. Bu 
“bəyanat”dan qəm dəryasına qərq olan Mehdi kor-peşman evə 
qayıdır və bir təsadüf onun köməyinə çatır. Hacağa Abbasov 
kimi  əfsanəvi bir aktyorun sərt açıqlamasından sonra Mehdi 
məhəllədə  Əziz adlı bir oğlanla qarşılaşır və  dərdini ona 
danışır. Sən demə pioner Əziz (İ.Rəhimlinin “Sənətkar 
kamilliyi” məqaləsində  Əziz adı  səhvən Ayaz kimi yazılıb
27

də teatra vurğun birisiymiş, teatrın xiridarı imiş  və “Sevil” 
tamaşasında Gündüz rolunu ifa edirmiş. Həmin bu Əziz 
Mehdini teatra düzəldəcəyinə söz verir, sözünün də üstündə 
dayanır. Çox çəkmir ki, Mehdini Türk Bədaye Teatrosunun 
(indiki Milli Dram Teatrı) yardımçı heyətinə götürürlər. 
İ.Rəhimliysə öz məqaləsində bəzi məqamları qarışdırıb: yanlış 
olaraq elə fikirləşib ki, Mehdi ilk dəfə Bakı Türk İşçi Teatrında 
səhnəyə çıxıb, pioner Əziz də Gündüz rolunu həmin bu teatrda 
oynayıb.
28
 Düz deyil. Teatrşünas  İ.İsrafilovun “Mehdi 
Məmmədovun rejissor sənəti” monoqrafiyasında da bu məqam 
qədərincə aydınlaşdırılmayıb.
29
 Onda bəs bu səhvin kökü 
haradan gəlir? Məsələ belədir ki, Cəfər Cəfərovun tədqiqatında 
Mehdinin hansı teatrın truppası ilə yaradıcılıq əlaqəsi saxladığı 
dəqiq söylənilmir. Lakin vurğulanır ki, Mehdini yardımçı 
heyətə  qəbul etdikdən sonra o, “1905-ci ildə” və “Axir əz-
zaman” tamaşalarında kütləvi səhnələrin iştirakçısı olub.
30
 
“Axir  əz-zaman” tamaşası isə Bakı Türk İşçi Teatrında 
oynanılmayıb və A.M.Şərifzadə ilə  Əsəd Tahirin bu pyesi 
1931-ci ildə Türk Bədaye Teatrosunda tamaşaya qoyulub. 
Mənim haqlı olduğumu təsdiqləyən daha bir fakt: Mehdi 
Məmmədov rejissor Yusif Yulduzun 1931-ci ildə Türk Bədaye 

______________Milli Kitabxana_______________ 
28 
Teatrosunda quruluş verdiyi “Lyubov Yarovaya” tamaşasında 
ilk dəfə “dil açıb” söz deyib və Şvandyanın həbsi epizodunda 
cəmi iki qısa fraza söyləyib. Konstantin Trenyovun bu əsəri də 
İşçi Teatrının repertuarında olmayıb. Görünür, Mehdi 
V.Lütsenin 1931-ci ildə Milli Dram Teatrında quruluş verdiyi 
“1905-ci ildə” tamaşası ilə  sənət dünyasına addımlayıb və elə 
buradaca A.M.Şərifzadə, Ülvi Rəcəb,  İ.Hidayətzadə, 
R.Təhmasib və başqa bu kimi bir nömrəli ustadlarla səhnəni 
paylaşıb. Odur ki, Milli Dram Teatrındakı təcrübədən az sonra 
Bakı Teatr Texnikumu onu öz “doğma”sı kimi divarları arasına 
qəbul edib. Mənim gümanım var ki, Mehdiyə bu işdə Rza 
Təhmasib dəstək olub və o, teatrın zəmanətilə texnikumun 
tələbələri sırasında cərgələnib. Mehdi Məmmədovun  şəxsi 
vərəqəsində  də yazılıb ki, o, 1931-ci il ərzində Azərbaycan 
Dövlət Dram Teatrında
31
 aktyor vəzifəsində çalışıb, bir statist 
kimi rollar alıb və  hər rola böyük sevgi və  məsuliyyətlə 
yanaşıb, “1905-ci ildə” tamaşasında gah kəndli, gah fəhlə, gah 
da qorodovoy obrazlarında səhnə  məkanında görünüb; 
qrimlənib, “başqalaşıb”, “aktyorlaşıb” görünüb. 
     Elə buradaca mən bir də dönürəm doğum tarixinə.  Əgər 
1931-ci ildə Mehdinin pasportda göstərilən kimi 13 yaşı 
olsaydı, səhnədə ona fəhlə, ya da kəndli, ya da qorodovoy 
rollarını verərdilərmi? Təbii ki, yox. Uzağı Mehdiyə  uşaq 
obrazlarını tapşırardılar, vəssalam. Özü də “1905-ci ildə” 
tamaşasının kütləvi səhnələrində C.Cabbarlının remarkasına 
görə  uşaqlar da iştirak etməliydilər. Mehdiysə artıq 1931-ci 
ildən kişi rollarında çıxıb səhnəyə. Mən biləni teatr bu dövrdə 
aktyor kadrları sarıdan qıtlıq çəkmirdi və ehtiyac duyulmurdu 
ki, kütləvi səhnədə belə hər hansı bir fəhləni və ya kəndlini 13 
yaşlı uşaq təmsil eləsin. Razılaşaq ki, Azərbaycan Dövlət Dram 
Teatrı bunu özünə heç bir vəchlə yaraşdırmazdı, hər  şeydən 
öncə peşəyə hörmətin naminə; digər tərəfdən isə ideoloji-siyasi 
motivlərə görə. Bu necə ola bilərdi ki, sovet Hökumətinin 
dayağını  təşkil edən  əli qabarlı  fəhlənin və ya kəndlinin 

______________Milli Kitabxana_______________ 
29 
obrazını  səhnədə balaca bir uşaq yaratsın? Yaraşardımı heç? 
Deməli, 1931-ci ildə Mehdinin həqiqətən 13 yaşı yox, 16 yaşı 
olub. Bununla da mən bir daha vurğulayıram ki:  
     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
dünyaya gəlib.  
     Və bu, daha düz versiyadır. Hərçənd soruşmaq olar: məgər 
professor Mehdi Məmmədov Azərbaycanın tanınmış bir 
sənətçisi kimi bu dəftərxana səhvini özü düzəldə bilməzdimi? 
Həqiqi təvəllüdünü aşkarlamaq üçün açıq etiraf bəs etməzdimi? 
Burda nə problem var bəyəm?  Mənim üçün yoxdu, amma 
onun üçün vardı: Mehdi Məmmədov həmişə  şıq, eleqant 
geyinib hər zaman cavan görünmək, cavan qalmaq istəyən 
birisi idi. O, qocalıqdan qorxurdu və tanrı onu heç qocaltmadı 
da. 
     Bu  da  belə. Hərçənd onun 1931-ci ildəki səhnə  fəaliyyəti 
uzun sürmür. Texnikumda oxuyarkən Mehdinin müəllimi 
rejissor Həbib İsmayılov ona məsləhət görür ki, teatrı atsın və 
yalnız təhsillə  məşğul olsun. Odur ki, Mehdi hələliyə Türk 
Bədaye Teatrosundan, səhnədən, sevimli aktyorlarından 
uzaqlaşır. Amma çox qısa müddətə.  İş elə  gətirir ki, Həbib 
İsmayılovun özü Mehdini Bakı Türk İşçi Teatrına aktyor 
götürür və ona Seyid Hüseynin eyniadlı pyesi əsasında 
hazırladığı “Kölgə” tamaşasında komsomolçu Bəxtiyar rolunu 
verir. Bu mənada İşçi Teatrında onun bəxti gətirir, həmyaşıdını 
oynamalı olur. Əslində bu rol İsmayıl Əfəndiyevə tapşırılmışdı. 
Qəfildən  İ.Əfəndiyev xəstələnir və rejissor Həbib  İsmayılov 
tələsik öz tələbəsini bu rola hazırlaşdırır. Cəfər Cəfərovun 
yazdığına görə Mehdi Bəxtiyar adlı personajın sözlərini cəmi 
iki günə əzbərləyir.
32
 Aktyor üçün nümunəvi hafizə. Amma bir 
mühüm məsələ vardı: Bəxtiyarın atasını A.M.Şərifzadə 
oynayırdı; Mehdinin digər yöndaşı isə Fatma Qədri idi. 
Səhnədə belə peşəkarlarla üz-üzə  gələndə cavan aktyor 
həyəcanından “yana” bilər, dili topuq çala bilər, özünü itirər və 
teatrı pis vəziyyətdə qoya bilər. Mehdi peşəkarların sınağına 

______________Milli Kitabxana_______________ 
30 
tabladı, rolunu yaxşı ifa elədi, çaşmadı,  şaşırmadı, çılğın 
emosionallığa uymadı. Bu obrazın partiturasına görə Mehdinin 
komsomolçu Bəxtiyarı  səhnə  məkanında öz atasına, 
zəmanəsindən məsləkcə,  əqidəcə geri qalmış atasına qarşı 
mübarizə aparmalıydı. Aktyor qəhrəmanı  Bəxtiyarda özünü, 
yəni  Əsədulla kişinin oğlunu tanıya bilmişdimi? Bənzərlikləri 
görmüşdümü? Bu sualların cavabı olmayacaq: onları bilgi üçün 
yox, düşüncəni qıcıqlandırmaq üçün verirlər. Bunun əvəzində 
onu söyləyəcəyəm ki, Mehdinin adı  və taleyi bəlli ilk rolu 
uğurlu alınmışdı, əlbəttə ki, gənc aktyorun hədsiz çalışqanlığı, 
özünə qarşı tələbkarlığı nəticəsində. 
     Elə bu ərəfədə tanrı Mehdiyə nəsib eləyəcək ki, o, Hüseyn 
Cavid kimi bir düha ilə tanış olsun. Bütün azəri türkləri kimi 
Mehdi Məmmədov da şeirə biganə deyildi: ona görə Cavid 
əfəndiylə  təmasdan fərəhlənməyə bilməzdi. Nədən ki, 
gələcəyin rejissoru da “yaradıcılığa  şeirlə başlamışdır. Qalın, 
ümumi bir dəftərə 600 misralıq böyük bir poema yazmışdır. 
Sonra müəllif yazdıqlarını  təkrar-təkrar oxumuş  və  hər dəfə 
xoşuna gəlməyən bir beyti məhv etmişdir. Biz qəsdən “məhv 
etmişdir” deyirik ona görə ki, o, qələm yox, qayçı işlətmişdir: 
sadəcə olaraq xoşuna gəlməyən beytləri bir-bir kəsib atmışdır. 
Çox keçmədən qalın, ümumi dəftərdən heç nə qalmamışdır. 
Belə bir üsul, “dəmir redaktə” tərzi müəllifin poeziyanı şeirdə, 
nəzmdə yox, öz istedadının təbiətinə daha uyğun bir sahədə - 
səhnədə, elmdə tapmasına, həm də vaxtında tapmasına kömək 
göstərmişdir”.
33
 Odur ki, Cavidlə tanışlıq həyatın Mehdiyə 
dəyərli bir “hədiyyəsi” statusunda qavranılır.  Şairlə canlı 
təmasdan azərbaycanlı  həmişə xüsusi zövq alır. Çünki şairin 
(yazıçının, sənətçinin, alimin) içində  hər zaman tanrının işığı 
yanır.  Təqribən 50 il sonra artıq professor Mehdi Məmmədov 
həmin illəri belə xatırlayacaq: “Mən 1931/32-ci tədris ilində 
Hüseyn Cavidi onun şöhrətinin belə gur şölə saçdığı günlərdə 
ilk dəfə  dərs otaqlarında gördüm. Çünki mənim 
təsəvvürümdəki Cavidlə,  əsərlərini oxuya-oxuya xəyalımda 

______________Milli Kitabxana_______________ 
31 
nəhəng surətini yaratdığım o qiyabi şəxsiyyətlə indi burda 
gördüyüm gerçək Cavid arasında təzad, ziddiyyətli bir təzad 
var idi. Təsəvvürümdəki tamam qeyri-adi, heç kəsə 
bənzəməyən ecazkar bir sənətkar, bir sehrkar, gerçəklikdə 
gördüyüm isə heç kəsdən seçilməyən adi, lap adi bir şəxs idi. 
Nə  mən, nə  də  tələbə yoldaşlarım onun görkəmində, 
geyimində, davranışında, rəftarında başqalarından, o biri 
müəllimlərdən fərqli bir əlamət görmədik”.
34
 Niyə  mən səhnə 
professorunun əsərindən bu fraqmenti sitatlaşdırdım? Təbii ki, 
onun həmin dövrdə yaşadığı günlərə işıq salmaq, keçmiş həyat 
mənzərələrini diriltmək üçün, köhnə Bakının retro nümayişini 
gerçəkləşdirmək xatirinə. Doğrudurmu ki, Hüseyn Cavid 13 
yaşlı uşaq üçün qədərincə “çətin” müəllifdir?  Doğrudurmu ki, 
13 yaşlı  uşaq, güclü fiksəedici yaddaşa malik olsa belə, iki 
Cavid arasındakı  fərqin, təzadın sosial-fəlsəfi mahiyyətinə bir 
elə  də vara bilməzdi?  İndi Siz deyin, 13 yaşında Cavidi 
oxuyub da ondan feyz almaq nə dərəcədə gerçək və mümkün? 
Odur ki, mən israrlıyam: 
     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
anadan olub. 
      Yenidən qayıdıram Mehdi Məmmədovun özünün 
yazdıqlarına, təbii ki, daha bir məsələni dəqiqliklə 
aydınlaşdırmaqdan ötrü: “O illərdə Teatr texnikumu 
Kommunist (indiki İstiqlal - A.T.) küçəsində Elmlər 
Akademiyası ilə üzbəüz yerləşirdi. Hüseyn Cavidin mənzili də 
bura yaxın bir yerdə... idi... Mən Cavid müəllimi dəfələrlə 
əlində neft qabı neft almaq üçün Ə.Qarayev küçəsilə Qasım 
İsmayılov (keçmiş  və indiki Zərgərpalan - A.T.) küçələrinin 
tinindəki dükana tərəf yollandığını, yaxud onu hamı ilə bərabər 
orda dayanıb səbr ilə öz növbəsini gözlədiyini görmüşəm... O, 
həyatda, məişətdə, iclasda, məclisdə son dərəcə  təvazökar və 
iddiasız dolanardı. Bir dəfə  mən bir iş üçün onun tapşırığı ilə 
evə, onun yanına getdim. İçəri girəndə onu dərin xəyala dalmış, 
yarıuzanmış  vəziyyətdə yazan gördüm. Otağa nəzər saldım, 

______________Milli Kitabxana_______________ 
32 
heyrətləndim. O indiki cavan ziyalıların yaşadığından çox-çox 
sadə  və kasıb  şəraitdə yaşayırdı. Texnikum tələbələrinin 
yaşayışı, güzəranı, maddi vəziyyəti onu maraqlandırır və 
düşündürürdü... O şagirdlərin bir qisminin ancaq təqaüdlə 
dolandığını bilirdi. Belələrinə qiymət yazarkən istər-istəməz 
güzəştə gedirdi, təqaüddən kəsilməsinlər deyə üzlərini danlasa 
da qiymətlərini bəzən layiq olduqlarından artıq yazırdı”.
35 
Bu 
xatirə notlarından:  əvvəla, duyulur ki, müşahidələr 13 yaşlı 
uşağa mənsub ola bilməz; və ikincisi, aşkar hiss olunur ki, 
Mehdi özünü ehtiyac içində yaşayan tələbələrdən fərqləndirir, 
özünü onların cərgəsində görmür. Məntiqi nəticələr 13 yaşlı 
uşaq üçün deyil! 
     Mehdi  çox  uğurlu bir tələbəlik həyatı yaşayıb və öz kurs 
yoldaşları ilə mehribancasına dolanıb. Onunla birlikdə  Zəfər 
Nemətov oxuyub: o Zəfər Nemətov ki, sonralar Gənc 
Tamaşaçılar Teatrının baş rejissoru olacaq... və Mehdiylə 
ölənəcən dostluğunu davam etdirəcək.  İndi mən paralelləri 
deyim, Siz sayın: Zəfər də Mehdi kimi 1915-ci ildə 
doğulmuşdu; 1924-cü ildə  Zəfər də Mehdi kimi yeddiillik 
məktəbə getmişdi; 1930-cu ildə  Zəfər də Mehdi kimi Türk 
Bədaye Teatrosunun yardımçı heyətində aktyor kimi 
çalışmışdı; 1931-ci ildə  Zəfər də Mehdi kimi Bakı Teatr 
Texnikumuna qəbul olunmuşdu: paralellər arasındakı  məsafə  
lap minimallaşmışdı, Mehdi ilə  Zəfər yan-yanaşı dayanmışdı. 
Aman Allah, təsadüflərə bir bax! Bütün görüşlərin stalkeri 
Odur! Tanrı onları elə bil qova-qova gətirib bir-birinə rast 
salıb! 
     Mehdi Məmmədov 1932-33-cü illər intervalında Bakı Türk 
İşçi Teatrında aktyor işləyəcək, “Yanğın” (H.Nəzərli, 
S.Rüstəm) tamaşasında gənc aqronom və digər epizodik 
rollarda səhnəyə  çıxacaq... sonra da bu teatrdan hələliyə 
ayrılacaq... Çünki Bakı Türk İşçi Teatrı  Gəncə (Kirovabad) 
şəhərinə köçürüləcək.  

______________Milli Kitabxana_______________ 
33 
     İnsan yaşamını bu və ya digər  şəkildə  təkrarlanan olum 
motivləri taleyə çevirir. Bu təkrarlar təsadüf və  zərurətlər 
zənciri kimi çözülür. Mehdinin həyatı, obrazı və imici üç əsas 
təkrarlanan olum motivi üzərində qurulur: bu “ata” motividir, 
“köç” motividir, bir də “teatr” motivi.  Bu motivlər Mehdi 
Məmmədovun dünyasının sferik hüdudlarını cızır. 
     1934-cü  il:  Mehdi  Məmmədov texnikumda oxuya-oxuya 
cəmi bir mövsüm müddətinə Kolxoz-Sovxoz Teatrının aktyoru 
işləyir. Onun şəxsi vərəqəsində  də belə bir qeyd mövcuddur.  
Görünür, bu zaman haradansa əlavə qazanc əldə eləmək gənc 
tələbə üçün artıq aktuallaşmışdı. Burada Mehdi C.Cabbarlının 
“Yaşar” pyesi əsasında hazırlanmış tamaşada epizodik 
prokuror rolunu ifa edir. Faktın şahidi Azərbaycanın xalq artisti 
İsmayıl Dağıstanlı olub. Bu haqda ayrı bir məlumat mənbəyi 
aşkarlamadım.    
     1935-ci il: Mehdi Məmmədov mövsüm ərzində Azərbaycan 
Dövlət Dram Teatrında rejissor-laborant vəzifəsində çalışır. 
Amma əsas məsələ bu olur ki, burada onu istedadlı və hünərli 
bir insan kimi, gənc bir sənətçi kimi “görürlər”, tanıyıb 
fikirlərində fiksə edirlər, beyinlərinə “yazırlar”.  Bu əsnada 
İsmayıl Dağıstanlının xatirəsindən bir fraqmenti sitatlaşdırmaq, 
məncə, Mehdi bioqrafiyasının mühüm faktına istinad etmək 
deməkdir: “Yaxşı yadımdadır, 1935-ci ildə rejissor Rza 
Darablıya “1905-ci ildə” pyesini səhnəyə qoymaq tapşırılmışdı. 
O, dərhal Medi Məmmədovu özünə rejissor assistenti seçdi. 
M.Məmmədova  əsər haqqında təhlil yazmaq tapşırılmışdı. 
Mehdi öz işinin öhdəsindən o qədər ləyaqətlə gəlmişdi ki, həm 
əsər, həm də ayrı-ayrı surətlər haqqında verdiyi təhlillə bütün 
kollektiv razılaşdı. Müzakirədən sonra böyük artistimiz Ülvi 
Rəcəb məndən bu gəncin kim olduğunu soruşdu. Dedim ki, 
teatr texnikumunun tələbəsidir. Çox istedadlı  və savadlı bir 
sənətkar olan Ülvi bunu eşidib iftixarla dedi: “Mən bu cavanın 
dərrakə və savadına heyran oldum və inandım ki, bu cavanlar 
bizi çox sürətlə ötüb keçəcəklər”.
36 
Ülvi Rəcəbin sözləri və 

______________Milli Kitabxana_______________ 
34 
kollektivin razılığı Mehdi üçün əla reklamdır, əla təqdimatdır, 
sənət aləminə özünəməxsus qeyri-rəsmi bir vəsiqədir. 
     1935-ci  ildə Mehdi Azərbaycanın teatr dünyasında özünü 
aktiv  şəkildə  təsdiqləməklə  məşğuldur. O, çoxları üçün 
“gözlənilməz” və qəfil olan cəmi üç səhifədən ibarət bir tənqidi 
məqalə yazır. Burada “gözlənilməzlik” faktoru milli teatr 
tarixinin “müqəddəs  əzabkeşi” A.M.Şərifzadənin quruluş 
verdiyi “Dağılan tifaq” tamaşasının tənqidilə bağlıdır. Nədən 
ki, Abbas Mirzə  gənc Mehdinin pərəstiş  səviyyəsində  hədsiz 
sevdiyi aktyorlardan biri və  bəlkə  də birincisi idi. Təbii ki, 
onun Abbas Mirzə tamaşası ilə ilişikli tənqidi dövrün teatr 
prosesinin mündəricəsində mikroşok kimi yozulurdu. Düzdür, 
Mehdi Məmmədov ürəyində  gəzdirdiyi A.M.Şərifzadə 
sevgisini öz yazılarında və  çıxışlarında üst-üstdən dəfələrlə 
bəyan edəcək: 
“... O vaxt mənim yuxuma da girməzdi ki, bir 
neçə ildən sonra səhnədə onunla yanaşı duracağam. Layertlə 
yarışmaq üçün qılıncı ona mən verəcəyəm. Düşünməzdim ki, 
teatr texnikumunda oxuyanda səhnə danışığından o, mənə  dərs 
deyəcəkdir.  İnanmazdım ki, bir gün gələcək, mən ona partnyor 
olacağam, onun oğlu Bəxtiyarın rolunu oynayacağam”.
37 
Amma 
bu (etiraf, üzrxahlıq, halallıq), Abbas Mirzənin Mehdi 
tərəfindən  tənqidə  məruz qalması faktını  dəyişməyəcək: 
resenziya  tarixdə qalacaq. Monoqrafiyanın materialını 
toplayarkən mən həmin məqaləni bir də oxudum. Yazı  mənə 
ləzzət elədi: öz dövrünə görə aydın dil,  səlis təhkiyə, fikir 
konkretliyi və cümlələrin ritmik quruluşu. Doğrusunu 
söyləyim: bu resenziyada tənqid bir o qədər də  kəskin deyil. 
Sadəcə düşünürəm ki, Şərifzadə soyadı bu məqalənin ətrafında 
ajiotaj yaradıb. Yəqin hamı deyib ki, bax, Mehdi xalqın sevimli 
sənətkarı Abbas Mirzənin özünü, dünənki müəllimini tənqid 
elədi. Bəziləri Mehdinin bu yazısından sevinib, bəziləri 
hiddətlənib. “Dağılan tifaq” resenziyasında A.M.Şərifzadənin 
adı  cəmi bir yerdə  çəkilir və o, burada bir aktyor kimi yox, 
məhz rejissor kimi tənqid edilir: mövzunun haçalandığından, 
məqsədin yayğın olduğundan, pyesin mətninə “calaşdırılmış” 

______________Milli Kitabxana_______________ 
35 
əlavələrin yersizliyindən danışılır. Fikirləşirəm ki, Mehdi 
Məmmədov aktyor Abbas Mirzənin ünvanına tənqid yazmağa, 
heç  şübhəsiz, cürət eləməzdi; amma rejissor Abbas Mirzənin 
tənqid hədəfinə çevrilməsinin mümkünlüyü istisna deyil. Bu, 
Azərbaycan teatr mədəniyyətində Mehdi addımı idi; bir 
komandor addımı idi. Ona görə  də “Dağılan tifaq” məqaləsi 
həmin dövrün teatrını, həmin dövr sənətçilərinin yaradıcılığını 
öyrənən tədqiqatçıların diqqətindən kənarda qalmır. Bununla 
yanaşı Mehdi tamaşanın pozitivlərini də görüb deyirdi; 
aktyorları, içi Sidqi Ruhulla, Sona Hacıyeva, Məmmədəli 
Vəlixanlı, Süleyman Tağızadə qarışıq, bir-bir sadalayıb onların 
düzgün oyun sərgilədiklərini vurğulayırdı və həmin çağın teatr 
mədəniyyəti üçün aktual bir ümumiləşdirmə aparırdı: 
“Əsas 
rollarla yanaşı  xırda rolların da bu cür müvəffəqiyyətli ifa 
olunması “Dağılan tifaq” tamaşasının gözəl cəhətlərindəndir ki, 
bu da bizi sevindirməyə bilməz. Çünki epizodik rollara adətən az 
fikir verilir. Müəllif tərəfindən az pay almış kiçik obrazlar çox 
vaxt rejissorlar və aktyorlar tərəfindən də etinasızlıq görürlər. 
“Dağılan tifaq” tamaşasında isə epizodik obrazlara məsuliyyət 
hissilə yanaşmışlar. Onların qənaətbəxş ifası  həm rejissorun, 
həm də aktyorların xidməti və nailiyyəti deməkdir”.
38
 Beləliklə, 
aydın olur ki, bu məqaləni birmənalı  şəkildə Abbas Mirzə 
Şərifzadənin tənqidi kimi qavramaq tarixi ədalətsizlikdir. Bu 
resenziyanın tənqid spektri daha genişdir: tamaşanın səhnə  və 
musiqi tərtibatı da Mehdinin tənqid obyektləri sırasındadır. Heç 
bilirsinizmi tamaşanın rəssamı kim idi? Rüstəm Mustafayev. 
Bəs musiqi tərtibatçısının adını necə? Mən deyim və bir azcana 
şok olun: mayestro Niyazi. Və bu faktorlar Mehdinin vecinə 
deyildi: o, təhkiyəsinin ritmini pozmurdu və  mədəniyyət 
aləmində öz mövcudluq üslubunu, öz yaşam tərzini 
konkretləşdirirdi: 
“Musiqi parçaları çoxdur. Mahnı  və  rəqslər 
bəzən artıq görünür və əsas hadisə ilə əlaqədar olmur. Məsələn, 
üçüncü pərdədəki “Yallı” rəqsi cərəyan edən hadisə ilə  əsla 
qovuşmur və buna görə də özünü doğrultmur. Tərtibat ağırdır, 
dəbdəbəlidir. Nə ziyadə  işlənən musiqi, nə  ağır tərtibat, nə  də 

______________Milli Kitabxana_______________ 
36 
səhnəyə yağdırılan “doğruçu” yağış heç də bu tamaşanın 
qüvvətli tərəfləri hesab edilə bilməz”.
39
 Afərin! 20 yaşlı bir 
insan üçün qədərincə mükəmməl, ünvanlı və inamlı bir tənqid! 
Fikir verin, Mehdinin bir aktyor və rejissor kimi hələlik 
birmənalı  uğuru yoxdur: kimsə haradasa nəsə danışır, onu 
tərifləyir. Lakin bu teatrşünas məqaləsi artıq Mehdinin özü 
haqqında teatr ictimaiyyətinə ciddi bəyanatıdır. “1905-ci ildə” 
pyesinin təhlili, “Dağılan tifaq” tamaşasının tənqidi göstərir ki, 
Mehdidə bir alim, bir yazar, bir nəzəriyyəçi istedadı onun 
aktyor və rejissor istedadından daha öncə  gəlişib və 
gerçəkləşib. Olsun ki, Mehdinin yazmaq istedadı bugün 
Ülvidədir, onun üçüncü oğlu Ülvidədir, Ülvi Mehdidədir. 
Qəribəsi burasındadır ki, onun da əsl peşəsi rejissordur: 
hərçənd Ülvi atasından fərqli olaraq kinorejissordur. Bəs 
yazmağı bu cavan sənətçi harada və kimdən öyrəndi? Bəlkə 
Peterburq sənətşünaslarından?.. Təbii ki, yox: nəzəriyyəni 
öyrənmək olur, yazmaq isə müəmmadır, sirrdir. Ülvinin də bu 
bacarığı irsidir. Mümkün ki, o da atası kimi bir zaman rejissura 
ilə aktiv şəkildə  məşğul olacaq... İstisna edilmir. Amma bir 
həqiqət bəlli ki, Ülvi Mehdi mədəniyyət aləmində bir sənət 
yazarı kimi, İnternet saytların aktiv müəllifi kimi bugün artıq 
tanınır və onun öz oxucusu var.  
    1935-ci  ildə Mehdi Bakı Teatr Texnikumunun diplomunu 
alır və həmin ildə iki tədris tamaşasında əsas rollarda səhnəyə 
çıxır: bunlardan biri Hacı  Əhməddir (C.Cabbarlı “Almas”), 
digəri Karl Moor (F.Şiller “Qaçaqlar”) . Amma bununla belə 
Cəfər Cəfərov deyir ki, o zaman texnikumda təhsil qədərincə 
yaxşı  təşkil olunmadığından Mehdi peşəkar fəaliyyət üçün 
özünü hazır saymır və savadını, bilgisini, professional 
vərdişlərini kamilləşdirmək fikrinə düşür: planlaşdırır ki, 
Moskvaya getsin və oranın Teatr Sənəti İnstitutuna daxil olsun. 
Bu zaman rus dili onun üçün əngələ dönür. Çünki Mehdi rusca 
son dərəcə pis danışırdı. Elə bu səbəb ucbatından da o, qərara 
gəlir ki, təhsilini Moskvada bir aktyor kimi yox, bir rejissor 
kimi davam etdirsin. Odur ki, “Şahnamə” tamaşasının 

______________Milli Kitabxana_______________ 
37 
eksplikasiyanı yazıb Moskvanın Dövlət Teatr Sənəti İnstitutuna 
göndərir. Təəssüf ki, cavab müsbət olmur: yəqin rus dili 
faktoru burada da Mehdiyə problem yaradır. Ancaq Mehdi 
iradəsi möhkəm adam idi, tərs adam idi, öz şəxsiyyətinə 
hörmətlə yanaşan qürurlu adam idi. Mehdi sınardı, amma 
əyilməzdi: cavanlıqdan  şax gəzərdi, başını dik tutub gəzərdi: 
öz-özünə icazə verməzdi ki, nədəsə bir balaca belə  zəiflik 
göstərsin. Ona görə Mehdi əlləşib-vuruşub istədiyinə çatır, 
Teatr Sənəti İnstitunun şərti müdavimi olur. Əlbəttə ki, hələliyə 
şərti... Çünki ona 1935-ci ildə 95 nömrəli  əmrin 23-cü 
paraqrafına  əsasən Azərbaycan Dövlət Dram Teatrına təqdim 
edilmək üçün verilmiş arayışda (əsli rus filindədir)  qeyd 
olunur ki, M.Ə.Məmmədov, həqiqətən, A.V.Lunaçarski adına 
Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakultəsinin I kurs 
tələbəsidir. Həmin arayışa istinadən teatrın rəhbərliyi 1935-ci 
ilin oktyabr ayından Mehdi üçün 75 rubl həcmində  tələbə 
təqaüdü kəsir və bunu Mehdinin yazdığı “öhdəçilik” vərəqinin 
üstündə qeyd edir. Bu fakt onu göstərir ki, Mehdi Məmmədov 
Bakı Teatr Texnikumunu bitirdikdən sonra müəyyən vaxt sənət 
təcrübəsi keçdiyi Azərbaycan Dövlət Dram Teatrına təyinat 
alıb və fəaliyyətini orada rejissor-laborant kimi davam etdirib, 
yəni faktiki surətdə teatrın işçisi olub. Onun şəxsi vərəqəsində 
Mehdinin 1935-ci ildə  işlədiyi yer kimi məhz bura göstərilir. 
Odur ki, sentyabrın 22-də Mehdi teatr rəhbərliyinə rus dilində, 
və demək olar, səhvsiz, bir öhdəçilik yazıb ki, təhsilini başa 
vuran kimi mütləq öz iş yerinə qayıdacaq. Buradan belə 
aydınlaşır ki, onu oxumağa göndərən təşkilat Azərbaycan 
Dövlət Dram Teatrıdır: 
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin