Aydin talibzadə


“ətrafda hər şey, səhnə arxasından eşidilən nəğmə



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə8/24
tarix26.02.2017
ölçüsü2,76 Kb.
#9887
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

“ətrafda hər şey, səhnə arxasından eşidilən nəğmə 
kimi, Dianaya və seyrçilərə sevginin qalibiyyət 
hünərini xatırlatmalıdır”.
75
 Odur ki, hadisələr, bu 
hadisələrin müəyyənləşdirdiyi münasibətlər xəfif bir 
meh yüngüllüyü ilə səhnə planşeti üzərində təbəssüm 
doğuracaq rəqs etməliydi.  Əks təqdirdə, dinamizm 
pozulacaq, tamaşanın tempo-ritmi öləcəkdi. Ona görə 
də Mehdi rəssamdan yeni eskizlər tələb etdi. Növbəti 
variantda artıq saray məsələsi aradan götürülmüşdü, 
birinci aktın olayları bağa köçürülmüşdü: bunun 
sayəsində səhnə önü daha funksional olmuşdu. Səhnə 
önündə künc şirmaları tərtibat çərçivəsinə salınmışdı, 
onların üstündən məxsusi pərdə asılmışdı: küçə fənəri 
və skamya vasitəsilə bura bir yol, bir keçid kimi 
təqdim olunmuşdu. Səhnə önünün aktivləşməsilə 
personajlar seyrçilərə sanki bir qədər də 
yaxınlaşdırılmışdı. Bu da, təbii ki, fəaliyyətin 

______________Milli Kitabxana_______________ 
91 
dinamizmini artırmışdı. Səhnənin mərkəzini 
ikimərtəbəli şəbəkə qalereya tutmuşdu. Burada ən çox 
Diana ilə Teodoro görünürdülər: tamaşada qalereya 
onların bir-birinə heç cür etiraf edə bilmədikləri 
sevgini sanki panoramlaşdırırdı. Qalereyanın hər iki 
böyrü yan dekorlarla örtülmüşdü. Səhnəyə ağ hündür 
sütunlar qoyulmuşdu ki, bu sütunlar da məkanda bir 
dərinlik yaradırdılar. 
     Tamaşa qapalı  pərdə qarşısında başlayırdı: Tofiq 
Quliyevin bəstəsinin üvertürası çalınırdı, Diana 
sevimli Teodoronu və Tristanı izləyirdi; elə ki görürdü 
onları itirib, öz nökərlərini çağırırdı və pərdəni açırdı. 
Bu effekt tamaşada mütəmadi təkrarlanırdı  və 
özünəməxsus estetik bir refrenə çevrilirdi. 
      C.Cəfərov bəyan eləyir ki, “Bağban iti” tamaşası 
Mehdinin səhnədə hazırladığı ilk komediya əsəridir.
76
 
Bəs onda 1942-ci ildə Mehdinin rejissurasında 
oynanılmış “Vasvası xəstə” (J.B.Molyer), “O olmasın, 
bu olsun” (Ü.Hacıbəyli) komediyalarını kimin 
ayağına yazaq? Yəqin bu səhvin səbəbi odur ki, 
M.Məmmədovun “Vasvası  xəstə”, “O olmasın, bu 
olsun” kimi tamaşaları yadda qalan olmayıb və 
möhtərəm Cəfər də bunları onun yaradıcılığı üçün 
önəmli hadisələr hesab eləməyib. Amma “Nə yardan 
doyur, nə  əldən qoyur” tamaşası Mehdinin Gəncə 
yaradıcılığında hadisədir. Onun Gəncə  həyatının 
hadisəsi isə, heç şübhəsiz ki, Barat xanım 
Şəkinskayadır. Və  məhz Barat xanım onun teatrının 
ilk aktrisasıdır. 

______________Milli Kitabxana_______________ 
92 
     Məhz “Nə yardan doyur, nə əldən qoyur” tamaşası 
Mehdiylə Baratı bir-birinə qovuşdurur. Bəli, 
qovuşdurur. Amma mən bilmədim ki, onlar havaxtdan 
tanış olublar. Mənim belə bir gümanım var ki, bu 
adamlar hələ  Səyyar Kolxoz-Sovxoz Teatrında 
çalışarkən bir-biriylə görüşmüşdülər və füsunkar 
Barat arıq, nərmə-nazik və ucaboy Mehdinin xoşuna 
gəlmişdi. Ola da bilsin ki, o zaman Barat heç Mehdiyə 
sarı baxmamışdı da. Ola bilsin: bu, bir gümandır. Bir 
güman da var ki, onlar 1935-ci ildə artıq Azərbaycan 
Dövlət Dram Teatrında görüşə bilərdilər. Başqa 
güman da budur ki, Mehdi Məmmədov 1936-cı ildə 
Barat  Şəkinskayanı Ledi Maqbet tamaşasında görə 
bilərdi. Tamaşanı A.A.Tuqanov hazırlamışdı: bu işdə 
ona assistentlik eləmişdi  Şəmsi Bədəlbəyli. Yollar 
kəsişəndə tale tapmacalar ortaya atır. Və  həmin bu 
tamaşaya, bayaq söylədiyim kimi, Mehdi resenziya 
yazmışdı. Orada Baratın adı, bir dəfə  də olsun belə, 
çəkilmir: təkcə  Mərziyə xanımın Ledi Maqbetindən 
danışılır. Mümkün ki, Mehdi Baratı heç bu rolda 
görməmişdi də. Mərziyə xanıma səhnədə dublyor 
olmaq və özü də Abbas Mirzə ilə səhnəni paylaşmaq 
heç də asan məsələ deyildi. Maraqlıdır, görəsən, Barat 
xanım bu rolda heç səhnəyə çıxmışdımı? Dəqiq cavab 
verə bilməyəcəyəm. Hər halda İ.Rəhimli Barat 
xanımın oynadığı rollar sırasında Ledi Maqbeti də 
xatırladır. Ona görə az da olsa, ehtimal var ki, Mehdi 
Baratı  Gəncədən öncə tanıyıb, bəlkə  də  Gəncədən 
öncə sevib Baratdan xəbərsiz. Mehdi Moskvaya 

______________Milli Kitabxana_______________ 
93 
gedib, Barat - ərə, “Maqbet”  tamaşasının rejissor 
assistenti  Şəmsi Bədəlbəyliyə. Yollar görüşdü və 
ayrıldı... amma hələliyə. Təkrar eləyirəm, bu, mənim 
hadisələrə  əsasən qurduğum tədqiqatçı versiyasıdır, 
reallığı olmaya da bilir. Real olanı bu ki, Mehdi 1943-
cü ilin yazında Gəncəyə dönən Barat xanımı aktiv 
şəkildə repertuardakı tamaşalara daxil edir, onunla 
əlavə  işləyir, məşqlər aparır və bir gün... Barata elçi 
göndərir. Özü də bu elçiliyi kim eləyir, kim eləyir... 
şair Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və bir də 
teatrın baş rəssamı Bəhram Əfəndiyev... Deməli, artıq 
bu məqamda Mehdinin S.Vurğun və M.Hüseyn kimi 
dostları vardı. Bu elçilikdən bir il ötüşüncə, yəni 
1944-cü ildə Mehdiylə Barat evlənəcəklər... 
     Bunlar qalsın hələliyə burda... Sizə kimdən deyim, 
kimdən  
danışım... Barat xanımın keçmiş  ərindən, Musiqili 
Komediya Teatrının baş rejissoru Şəmsi 
Bədəlbəylidən. 1943-cü ildə o, da durur gəlir 
Gəncəyə. Bilirsiniz niyə? “Nə yardan doyur, nə əldən 
qoyur” tamaşasına baxmağa. Lope de Veqanın 
aktuallığı: elə bil o, öz komediyasını Mehdi üçün, 
Barat üçün, Şəmsi üçün yazıb. Və bu elə beləcə  də 
hələ uzun müddət davam edəcək. Tamaşa bu 
insanların qəribə bir həyat paradiqmasına dönəcək. 
Yardan doymaq nə demək? Onu əldən qoymaq nə 
demək? Təbii ki, Şəmsi bir vətəndaş kimi, bir rejissor 
kimi, bir dost kimi Mehdinin tamaşası ilə maraqlanıb 
da Kirovabad teatrının tamaşasına təşrif buyura 

______________Milli Kitabxana_______________ 
94 
bilərdi. Amma arada Barat vardı  və bu məqam 
Şəmsinin gəlişinə müxtəlif məna donları geydirirdi: 
Baratla barışmağa gəlib; Baratı geri qaytarmağa gəlib; 
Barata sevgisini etiraf etməyə  gəlib; Barata acıq 
verməyə  gəlib; Baratdan öc almağa gəlib; Baratdan 
hayıf çıxmağa gəlib. Düzünü Allah bilir! 
     Hərçənd fakt budur ki, Şəmsi Bədəlbəyli Bakıya 
dönər-dönməz «Ədəbiyyat qəzeti»ndə “Nə yardan 
doyur, nə əldən qoyur” tamaşası barədə bir resenziya 
dərc elətdirir. Elə bu məqamda kiçik bir arayış: sənət 
dünyasında bir rejissorun o biri rejissoru tənqid etməsi 
qeyri-etik bir şey sayılır, kəmərdən aşağı  zərbə kimi 
qiymətləndirilir. Və...  Şəmsi Bədəlbəyli buna imza 
atır. Nəyin naminə? Musiqili Komediya Teatrının baş 
rejissoru kimi bu məqalə onun üçün nə qədər önəmli 
idi və onun nəyinə lazım idi? Bəlkə Şəmsi Bədəlbəyli 
Mehdiyə rejissura dərsi keçmək istəyirdi, özünü 
göstərmək istəyirdi, Baratın qarşısında öyünmək, 
axırıncı dəfə gedərkən qapını bir də çırpmaq istəyirdi? 
Yoxsa dava, həqiqətən, Barat davası idi, “sən məni 
kimə  dəyişdin iddiası idi”? Bunların hamısı  mənim 
hadisələrin gedişatına ünvanladığım suallardır, 
şübhələrimdən doğan suallardır. Və ayrı heç nə.  
Düzünü yenə yalnız Allah bilir! 
     Mənimsə yüzfaizli əminliklə bildiyim Şəmsinin 
Mehdi Məmmədovun tamaşası haqqında 
yazdıqlarıdır: “Nə yardan doyur, nə  əldən qoyur” 
tamaşasında etiraz ediləsi  əsas cəhət, istər rejissor 
işində, istərsə  də aktyor yaradıcılığında üslub 

______________Milli Kitabxana_______________ 
95 
vəhdətinin axıra qədər saxlanılmamasıdır. Bu, tamaşa 
üçün böyük ittiham olsa da, belədir. Çünki bir səhnə 
əsərinin həllində italyan komediyası üslubundan 
(obrazların tamaşaçılara müraciəti və s.), bəzən 
qrotesk (hersoqun tez-tez əmzikdən süd içməsi), 
bəzən də melodram üslubundan (Teodoro, Diana və 
Marsellanın monoloqları) istifadə edilməsini başqa 
cür adlandırmaq olmaz” .
77
  Qədərincə ciddi tənqidi 
iraddır. O qədər ciddidir ki, hətta tamaşanın üstündən 
xətt çəkir; bəyanat verir ki, bu, eklektikadır. 
İ.Kərimovsa bunun əksini söyləyib deyir ki, tamaşada 
üslub vəhdəti, teatrallıq, ansambl rejissor fikrinin 
dəqiq ifadəsinə yardımçı olur.
78
  Əgər hersoqun 
əmzikdən tez-tez süd içməsi personajın mahiyyətini, 
xarakterini orijinal bir biçimdə obraz-işarəyə 
çevirirsə, bunun nəyi pisdir ki? Əgər bu obraz-işarə 
tamaşanın bədii kontekstində dəqiq işləyirsə, seyrçiyə 
ləzzət eləyirsə, üslub naminə rejissor niyə  də ondan 
faydalanmamalıdır? Bu, bir. İkinci: Mehdi 
Məmmədov bu tamaşa ilə  səhnədə Azərbaycan teatrı 
üçün tamam yeni iş prinsipləri sərgiləyirdi. O, 
Stanislavski sisteminin gerçəkçi teatr oyunundan ötrü 
mühüm bildiyi “dördüncü divarı” dağıdırdı, 
apartlardan (aktyorun səhnədən seyrçiyə birbaşa 
müraciəti) istifadə edirdi. Fikrimcə, Mehdi bu 
“Bağban iti”ni hazırlayarkən hələ  də Y.B.Vaxtanqov 
teatrının “Şahzadə Turandot” tamaşasının təsiri 
altında olub və Kirovabad teatrının səhnəsində bir 
arlekinada qurmağa çalışıb. Azərbaycan teatr 

______________Milli Kitabxana_______________ 
96 
mədəniyyəti rejissor Mehdi Məmmədovu həmişə milli 
səhnə  sənətində K.S.Stanisalvski sisteminin “qeyri-
rəsmi səfiri” statusunda qavrayıb. Amma faktlar başqa 
məqamları da əlüstü aktuallaşdırır. 
Şəmsi 
Bədəlbəylidən oxuduqlarım zəminində mənə bəlli olur 
ki, Mehdi Məmmədov asanca Stanislavskidən 
uzaqlaşıb İtalyan komediyasından, klounadadan (yekə 
əmzik klounada atributu kimi), oyunbazlıqdan, 
şişirtmədən bəhrələnə bilərdi. Yəni hələ keçən  əsrin 
40-cı illərində Mehdinin teatr təcrübəsindən aydınlaşır 
ki, o, “sistem”ə heç vədə doqma kimi yanaşmayıb; 
lakin bu “sistem”in ali ideyalarına və gündəlik 
tələblərinə böyük sayğı göstərib, “sistem”i dəyərli bir 
təlim toplusu kimi qavrayıb. Amma tələsməyə  nə 
hacət: bir az gözləyək; hələ ki, biz Mehdi Məmmədov 
yaradıcılığının başlanğıc mərhələsindəyik, “ikinci 
institut dövrü”ndəyik, sınaqlar müddətindəyik, 
rejissorun öz şəxsi imzasına doğru getdiyi yolun 
əvvəlindəyik: yəni ümumiləşdirmələrə, nəticələrə bir 
filan qədər qalır. 
     Odur  ki,  bir  də    qayıdıram  Ş.Bədəlbəylinin 
məqaləsinə. Onun “Nə yardan doyur, nə əldən qoyur” 
tamaşası ilə bağlı  tənqidi qeydlərinin sayı çoxdur. 
Həmin qeydlərdən birisi: “Bütün bunlardan başqa 
teatrda nəzərə çarpan bir nöqsan cəhət də vardır ki, 
onu da göstərmək faydasız olmazdı. Bəzi səhnə 
parçaları, məsələn, Diananın Teodoronu döyəndən 
sonra onu altında gizlətməsi, Diananın ilk qısqanclıq 
səhnələri yüngül və ucuz təsir xatirinə qurulmuşdur və 

______________Milli Kitabxana_______________ 
97 
bunların səhnə  həlli obrazın xasiyyətinə  və daxili 
varlığına uyğun deyildir”.
79
  Hərçənd  Ş.Bədəlbəyli 
sonucda bu tamaşanı teatrın uğuru sayır, aktyorlar 
S.Tağızadə  və S.Orlinskaya barədə  tərifli sözlər 
söyləyir. Ancaq bu, onu bir sənətçi kimi bağışlamırdı. 
Çünki obyektivlik naminə demək lazımdır ki, Mehdi 
Məmmədov “Nə yardan doyur, nə  əldən qoyur” 
tamaşası ilə Kirovabad teatrının özündən və 
imkanlarından daha böyük bir iş görmüşdü, teatrın 
fərdi reklam simasını “imzalamışdı”, teatrı öz sənət 
düşüncələrinin “avtoportret”inə çevirmişdi: 
göstərmişdi ki, bədii rəhbər kimi çalışdığı müddətdə 
teatrın repertuarını yeniləşdirib, tamaşaların üslub və 
janr müxtəlifliyini təmin edib, teatrlar sırasında onu 
fərqli mövqelərə yüksəldib. 
     1944-cü  ildə Mehdinin quruluşunda “Partizan 
Kostya” tamaşası da Gəncə teatr mühitində “alınır”, 
pozitiv səslənir və baxılır. Bunun səbəblərindən biri o 
olur ki, Kostya rolunda Barat xanım  Şəkinskaya 
səhnəyə çıxır və öz qardaşının verdiyi eskizlərə əsasən 
qurulmuş dekorlar arasından sanki dəcəl bir dalğa 
kimi keçib gedir. Bundan savayı 1944-cü ildə “Toy” 
(Sabit Rəhman) olacaq, “Oqtay el oğlu” (Cəfər 
Cabbarlı) olacaq, bir də  “İntizar” (İlyas  Əfəndiyev). 
Bu da eləyəcək 1944-cü il üçün dörd tamaşa. Düzdür, 
İ.Rəhimli “Barat Şəkinskaya” monoqrafiyasında 
Mehdi Məmmədovun “Timur və onun komandası” 
(A.Qayday) adlı bir tamaşanın da rejissoru olduğunu, 
Barat xanımın isə  səhnədə Timuru oynadığını qeyd 

______________Milli Kitabxana_______________ 
98 
edir.
80
 Deməli, Mehdinin Gəncə teatrında qoyduğu 
tamaşaların sayı bir dənə  də artır. Di gəl ki, bu 
informasiya nə C.Cəfərovda var, nə  İ.Kərimovda. 
Mən Gəncə teatrının arxivində  də bununla əlaqədar 
müəyyən bir informasiyaya rast gəlmədim. Ancaq 
Solmaz xanım Həmzəyeva, Barat xanımın qızı, mənə 
dedi ki, o, vaxtilə bu tamaşada Nyurka rolunda 
səhnəyə  çıxıb, aktyorlar Səməd Tağızadə, Rəmziyyə 
Veysəlova ilə birgə oynayıb. Hətta Solmaz xanım bir-
iki mizan haqqında danışdı da. Bununla belə mən bu 
faktı  təsdiqləyəcək bir sənəd tapmadım. O da ola 
bilsin ki, Mehdi bu tamaşanı öz studiyasında 
hazırlayıb. Amma tamaşa repertuarda uzun müddət 
qalmayıb. Nədən ki, Barat xanımı yenidən 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 
Teatrına dəvət eləyiblər. Hərçənd mən inanmıram ki, 
Sovetlər Birliyində  uşaqların  ən sevimli yazıçısı 
Arkadi Qaydarın Azərbaycan teatr məkanında məşhur 
bir əsəri səhnəyə qoyulaydı, özü də Mehdi tərəfindən, 
və  Cəfər Cəfərov kimi bir ziyalı bunu öz kitabında 
qeyd eləməyəydi; “Partizan Kostya”dan danışaydı, 
“Timur və onun komandası”na gəldikdə susaydı. Özü 
də  İ.Rəhimlinin yazdığına görə guya “Partizan 
Kostya” ilə “Timur və onun komandası” eyni ildə 
Gəncə teatrının səhnəsində göstərilib. 1943-cü ildə 
teatrın gələcək planları barədə “Kirovabad bolşeviki” 
qəzetinə hesabat verən rejissor Mehdi Məmmədzadə 
(yəni Mehdinin özü) yoldaş da deyirdi ki, teatr yeni 
mövsümdə “On ikinci gecə”ni, “Kukla evi”ni, 

______________Milli Kitabxana_______________ 
99 
“Müsibəti-Fəxrəddin”i, “Qafqazlılar”ı öz repertuarına 
daxil etmişdir.
81 
Göründüyü kimi bu siyahıda da 
“Timur və onun komandası”nın adı yoxdur. Bəs 
“Müsibəti-Fəxrəddin”,  “Qafqazlılar”, “Kukla evi” 
kimi tamaşaların aqibəti necə olub, tarix 
səhifələrindən hara buxarlanıb gediblər; hansı 
rejissorlar tərəfindən hazırlanmışdılar? Bilmirəm. 
Mən onu bilirəm ki, Gəncə teatrında Mehdiylə yanaşı 
Ağəli Dadaşov da,  Həsən Ağayev də rejissor kimi 
çalışıblar. Lakin hansı kimin tamaşasıdır? Çox təəssüf 
ki, Gəncə teatrının tarixilə bağlı düz-əməlli bir 
araşdırma  əlimə keçmədi: hamı  məlum faktları 
təkrarlayır; arxiv materialları da qırıq-qırıqdır, epizod-
epizoddur. Mən Gəncə teatrının tarixini araşdırmaq 
işinə girişsəydim, onda gərək monoqrafiyanı bir 
kənara qoyaydım. Odur ki, sadəcə olaraq faktlar 
panoramını görükdürməklə kifayətləndim. 
     1945-ci  ildə Mehdi Gəncədə özünün son “Qatır 
Məmməd” (Zeynal Xəlil) adlı tamaşasını  təhvil verir 
və Moskvada aspiranturaya daxil olmağı planlaşdırır. 
Ona görə  hətta öz müəllimi N.M.Qorçakovla 
məktublaşır da. Amma çərxi-fələk necə  fırlanırsa, 
Mehdi, C.Cəfərova istinadən mən bunu deyirəm, 
“əzizbəyovçular”dan dəvət alır; dəvət alır ki, bəs, gəl, 
bizimlə  işlə. Yaxşı  təklifdir, sözsüz. Elə buradaca 
yenidən suallar peyda olur: bu dəvət konkret olaraq 
kimə  məxsus idi, daha doğrusu, kim tərəfindən 
göndərilmişdi? Teatrda, həqiqətən, Mehdi üçün 
susamışdılarmı? Onun Rza Təhmasibə  məktublarını 

______________Milli Kitabxana_______________ 
100 
xatırlayın!!! Barat xanıma nə düşmüşdü ki, Gəncədə 
heç iki il də yaşamamış, Kirovabad teatrını 
özünküləşdirməmiş, Mehdiylə münasibətlərin dadını 
çıxarmamış çaparaq Bakıya dönəydi? Niyə  məhz 
1945-ci ildə aspirantura məsələsi Mehdi üçün birdən-
birə bu qədər aktuallaşmalıydı? 
Əgər 
aktuallaşmışdısa, onda nədən Mehdi aspiranturaya 
getmək fikrindən daşınmışdı? Nələr yaşandı ki, 
“əzizbəyovçular” Mehdiyə dəvət göndərdilər?           
     Bu  vəziyyətə  “əməli təhlil metodu”nu tətbiq 
eləməsən, heç nə aydınlaşmayacaq və fakt 
tapılmayacaq. Məsələ bu ki, Gəncə teatrında 1944-ci 
ilin sonunda Mehdi və Baratın rəftar məntiqini 
Bakının diktəsi müəyyənləşdirmişdi; hadisə paytaxtda 
baş vermişdi: “əzizbəyovçular”ın səhnə  fəaliyyətinə 
canlı maraq göstərən və teatrdakı prosesləri öz 
nəzarətində saxlayan Azərbaycan Kommunist 
Partiyasının birinci katibi Mir Cəfər Bağırov növbəti 
tamaşalardan birinə baxarkən soruşmuşdu ki, bəs 
Barat  Şəkinskaya çoxdandır gözümə  dəymir? Axı 
Barat xanım Gəncəyə gedənə  qədər Əzizbəyov adına 
teatrın səhnəsində Cülyettanı, Kordeliyanı, Aidanı, 
Sonanı və digər rolları oynamışdı və şübhəsiz ki, Mir 
Cəfər Bağırovun diqqətini özünə  çəkmişdi. 1940-cı 
ildə  “əməkdar artist” fəxri adı almaq üçün teatrın 
təqdim etdiyi siyahıya Barat xanımın adını Bağırovun 
özü saldırmışdı. Ona görə  də M.C.Bağırov 
B.Şəkinskayanın Gəncəyə köçdüyünü eşidəndə 
demişdi ki, aktrisanı tez Bakıya qaytarın. Teatrın 

______________Milli Kitabxana_______________ 
101 
kollektivi, və  yəqin ki birinci növbədə Ə.İskəndərov, 
bu təpkidən  şaşırmışdılar, ləngimədən Baratı Bakıya 
dəvət eləmişdilər. Barat tərslik eləyib gəlməyə  də 
bilərdi,  əgər burada şəxsən M.C.Bağırovun özünün 
sözü olmasaydı. Deməli, onun Gəncədən qayıtmasının 
əsas səbəbi budur: Barat Şəkinskayanı M.C.Bağırovun 
özü çağırtdırır. Bu, əmrə  bərabər bir istəkdir və 
müzakirəsi mümkünsüzdür; yəni Baratın tərsliyi, 
ərköyünlüyü fövqündədir..   
     Artıq 1944-cü ilin dekabrında B.Şəkinskaya 
Bakıda idi və  Əzizbəyov teatrının truppasına işə 
götürülmüşdü. Bu qayıdış,  əbəttə ki, Barata şərəf 
gətirirdi, onun renomesini artırırdı (Barat xanım 
Bağırov yoldaşın özünün yadındadır!!!); amma həm 
də Baratı Mehdidən ayırırdı. Görünür, elə bu 
məqamda Mehdi qərara alıb ki, oxumağa getsin, 
praktiki fəaliyyətdən uzaqlaşın. Niyə? Olsun ki, 
Moskvadan sonra Gəncə ona darısqal balaca şəhər 
kimi görünürdü, Mehdini sıxırdı. Bir yandan da 
Baratdan sonrakı  tənhalıq. O biri yandan da 
“əzizbəyovçular” Gəncədə  işləyən Mehdini qəsdən 
“görməyib” bu istedadlı insanı öz teatrlarına dəvət 
etmirdilər. Yenə də Rza Təhmasibə Mehdinin yazdığı 
məktubları xatırlayın!!! Bu zaman Mehdi həyatdan 
küsə bilərdi, depressiyon vəziyyət yaşaya bilərdi. Bəs 
əlac nə idi? Təbii ki, Moskvaya getmək... Amma tarix 
göstərir ki, Mehdi bu qərardan qaçır: çünki 
“əzizbəyovçular”dan dəvət alır.  Əslində,  Əzizbəyov 
adına teatrın bədii rəhbəri  Ə.İskəndərov Mehdinin 

______________Milli Kitabxana_______________ 
102 
onunla birgə eyni bir teatrda çalışmasını arzulamırdı. 
Amma buna baxmayaraq o, Mehdiyə  dəvət 
göndərmək məcburiyyətində idi. Çünki bu vaxt 
məsələyə Barat qarışmışdı. Demişdi ki, ya Mehdi 
Bakıya gələcək, ya da o, Gəncəyə gedəcək. Təbii ki, 
vəziyyəti gərginləşdirməyinə, heç nədən hay-küy 
qoparmağına dəyməzdi: Mir Cəfər Bağırovun 
qulağına nəsə çata bilərdi; busa heç kəsin xeyrinə 
olmayacaqdı: nə Baratın, nə  Ədilin, nə  də Mehdinin. 
Yəqin ki, bunu çox gözəl başa düşən Ədil İskəndərov 
rəngləri qatılaşdırmamaq naminə Mehdi Məmmədovu 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 
Teatrına dəvət edir.  
        Və... Mehdi bununla razılaşır, aspiranturaya 
getmək, Moskvada təhsilini davam etdirmək fikrindən 
daşınır; hesab edir ki, “əzizbəyovçular”ın dəvəti onun 
taleyinin bu konkret məqamı üçün ən optimal 
variantdır. Bu zaman Mehdi yeganə düzgün qərar 
qəbul etmişdi. Vaxt onun xeyrinə  işləyirdi. O, 
Əzizbəyov teatrının dəvətinə “hə” deməklə üç 
problemi birdən həll etmişdi. Birinci: Mehdi Bakya 
gəlirdi, teatr elitasının sıralarına qatılırdı, özünün 
sənətçi perspektivini görürdü, karyerasının təqribi 
mərhələlərini planlaşdırırdı; ikinci: o, Baratdan 
ayrılmırdı, sevdiyi qadının yanında qalırdı, ailə 
səadətinə qovuşurdu; üçüncü: Mehdi anasına və 
qardaşlarına yardım etmək imkanını itirmirdi. Təbii 
ki, bunun müqabilində Moskvadan, aspiranturadan, 
elmi fəaliyyətdən imtina etməyinə  dəyərdi. Beləcə, 

______________Milli Kitabxana_______________ 
103 
Mehdi öz “ikinci institut”unu bitirirdi; və onu 
da deyim ki, şəxsi həyatının, Azərbaycan teatr 
mədəniyyətinin kontekstinə görə  uğurla 
bitirirdi. 
     Uğur bu idi ki, Mehdi Moskvada rejissor 
diplomu almışdı, Stanislavski sistemini, 
gerçəkçi teatrın prinsiplərini Moskvanın kübar 
teatr elitasının nümayəndələrindən öyrənmişdi. 
Uğur bu idi ki, Mehdi öz teatr təcrübəsində 
Stanislavski sisteminin çərçivələrində qapanıb 
qalmamışdı; göstərmişdi ki, italyan 
komediyasının 
şərtiliyi də, klounada 
qroteskvariliyi də, qədim yunan xorunun teatral 
effektivliyi də onun sənət qavrayışına yad 
deyil. Uğur bu idi ki, o, Gəncədə öz fərdi 
rejissor üslubunun təqribi “əlifba”sını tapmışdı: 
bu üslub söz, pauza və ritm üzərində özünü 
təsdiqləyəməyə meyllənirdi. Uğur bu idi ki
Mehdi Məmmədov tamaşalarının məfkurə 
mündəricəsinin qütblərini müəyyənləşdirmişdi: 
müasirlik, millilik və  mənəvi saflıq. Uğur bu 
idi ki, Gəncə rejissoru öz tamaşa estetikasında 
səhnə realizmiylə teatrallığı, romantik pafosla 
gerçək aktyor yaşantılarını bir araya gətirmək 
iqtidarında olduğunu teatr ictimaiyyətinə bəyan 
eləmişdi. Uğur bu idi ki, Barat Şəkinskaya 

______________Milli Kitabxana_______________ 
104 
maneələr fövqündə dayanıb Mehdinin 
“əzizbəyovçular” teatrına dəvət almasında 
mühüm rol oynamışdı. Həqiqətən, bu gündən 
tarixə boylananda Barat xanımın bu rolu bir 
missiya kimi oxuna bilər: sanki o, Gəncə 
şəhərinə Mehdiyə görə gedibmiş.  Əgər Barat 
olmasaydı, Mehdi Məmmədovun  Əzizbəyov 
adına teatra gəlişi baş tutacaqdımı? İnanmıram. 
Buna yol verməyəcəkdilər. Mehdi əyalət 
teatrında qalacaqdı, ya da uzağı  bəxtini 
soraqlaya-soraqlaya  Moskvaya üz tutacaqdı. 
Yəni Mehdinin Gəncədə keçdiyi həyat və sənət 
yolunun dan ulduzu Baratdır. 
     Baratdır?! 
     Lakin… bir dəqiqə.  
     Ola  bilərdimi ki, Mehdi Kirovabaddan heç 
hayana tərpənməsin və  qədim Gəncədə qalıb 
Pribaltika ölkələrinin  əyalət  şəhərlərində 
olduğu kimi unikal bir teatr yaratsın və bununla 
da Gəncəni Azərbaycanın ikinci teatr 
mərkəzinə çevirsin? Əminəm ki, ola bilərdi və 
bu, milli teatr mədəniyyətinin yalnız pozitivi 
sayılacaqdı... 
     Onun Ədilin teatrında nə işi vardı ki? 
     Var  axı, elə  əyalət teatrları ki, onları 
dünyanın sənət elitası tanıyır!  

______________Milli Kitabxana_______________ 
105 
     Buna da Mehdinin, və bəlkə də Azərbaycan 
teatrının mümkün bir tale variantı kimi 
yanaşın!!! 
     
 Mənsə monoqrafiyanın ardını yazım... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                    

______________Milli Kitabxana_______________ 
106 
  

______________Milli Kitabxana_______________ 
107 
 
 
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin