Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Almaniyanın birləşdirilməsi



Yüklə 2,21 Mb.
səhifə34/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   186
Almaniyanın birləşdirilməsi. Helmut Kol öz xarici siyasətində ilk növbədə 80-ci illərin axırlarında yaranmış əlverişli beynəlxalq vəziyyətdən istifadə edərək Almaniyanın birləşdirilməsi xəttini götürdü.

1981-ci ildə Honnekker və Şmidtin görüşündə birinci dəfə olaraq AFR və ADR Avropa kontinentində təhlü­kəsizliklərinin təmin edliməsi barədə «ümumi mə­suliyyət» daşıdıqlarını rəsmən elan etdilər. «Şərqi Almaniya» rəh­bər­liyinin yeni xətti Bonnda başa düşüldü. Kol hökuməti ADR-ə iqtisadi cəhətdən kömək etmək sahəsində addımlar atdı.



Hər iki hökumətin razılılığı ilə hər iki ölkənin universitetləri, şəhər icmaları, yaradıcı ziyalıları arasında əlaqələr yaradıldı. 1987-ci ildə ilk dəfə olaraq ADR-in lideri Bonna səfər etdi. SSRİ-də «yenidənqurma» başlandıqdan sonra ADR rəhbərliyi Qorbaçovun islahatlarını qəbul etməkdən imtina etdi. Bu dövrdə ADR-də iqtisadi vəziyyət çətin idi. Dövlət borcları artmışdı. Əgər 1971-ci ildə ADR-in Qərb ölkələrinə borcu 3,5 milyard marka idisə, 1989-cu ildə bu rəqəm 10 dəfə artdı. ADR əhalisi içərisində ruh düşkünlüyü yaranmışdı. Əhali arasında Qərbi Almaniya ilə birləşmək meyli getdikcə güclənirdi. Ölkədaxili siyasi böhran Honnekker hökumətini demoqoqiya və terror yolunu tutmağa məcbur etdi. Dövlət Təhlükəsizlik komitəsində işləyənlərin sayı 8,4 mindən 100 min nəfərə çatdı. 1989-cu ilin payızında Çexoslovakiya ilə sərhəd açıldıqdan sonra Avstriya və AFR-ə ADR-dən gedən qaçqınların sayı artdı. 1989-cu ilin oktyabrın 7-8-də ADR-in təşkilinin qırx illiyi ilə əlaqədar keçirilən tədbirdə polislə əhali arasında toqquşmada dövlət rəhbərləri günahlandırıldı. 1989-cu ilin oktyabrın 18-də AVSP-nin IX Plenumunda E.Honnekker tutduğu vəzifədən azad edildi. Onu Eron Krents əvəz etdi. Lakin yeni rəhbərlik ölkə üzərində nəzarət etməyi bacarmadı. Ölkədə kütləvi mitinqlər və nümayişlər keçirilməyə başlandı. 1989-cu il noyabrın 7-də ADR Nazirlər Sovetinin bütün tərkibi başda Villi Ştof olmaqla istefaya getdi. 1989-cu ilin noyabrın 9-da iki dövlət arasına qəti sədd çəkən «Berliun hasarı» dağıldıldı. Onların hər ikisi arasında sərbəst gediş yarandı. ADR-də inqilab baş verdi. Noyabrın 13-də Xalq palatası Nazirlər Sovetinin yeni sədri vəzifəsinə məşhur müxalifətçi Xansa Modrolu seçdi. O, AFR ilə «ümumi danışıqlara» başlamaq qərarına gəldi. Bu qərar Helmut Kol tərəfindən də bəyənildi. 1989-cu ilin dekabrın 1-də ADR konstitusiyasından partiyanın rəhbər rolu haqqında maddə çıxarıldı. 1989-cu ilin dekabrın 8-də AVSP-nin növbədənkənar çağrılmış qurultayında partiyanın adı dəyişdirildi. O, Demokratik sosializm partiyası adlandı. Ölkədə sürətlə yeni siyasi partiyaların yaranması prosesi getdi. 1990-cı il martın 18-də ADR-də keçirilən parlament seçkilərindən sonra Z.Mezerin başçılığı altında «böyük koalisiya» hökuməti təşkil edildi. Bununla da Almaniyanın birləşdirilməsinə yol açılmış oldu, lakin məsələ həm də beynəlxalq şəkildə tənzimlənməyi tələb edirdi. H.Kolun özünün dediyi kimi o, Almaniyanı birləşdirmək üçün bir böyük addım atmaqdan ötrü 100 xırda addım atmalı oldu. Helmut Kol İngiltərə, Fransa, ABŞ hökumətini razı salsa da, SSRİ Almaniyanın bitərəf dövlət kimi birləşməsini təklif etdi. Lakin həm alman dövlətləri, həm də ABŞ, İngiltərə, Fransa buna qəti etirazlarını bildirdilər. 1990-cı ilin sentyabrın 12-də Moskvada 6 dövlət arasında aparılan danışıqlar nəticəsində «2+4» müqaviləsi bağlandı (İki dövlət dedikdə AFR və ADR, dörd dövlət dedikdə ABŞ, İngiltərə, SSRİ və Fransa nəzərdə tutulurdu). SSRİ bu müqavilə zamanı prinsipial güzəştlərə getməli oldu. Bu güzəştlər onun Almaniya ərazisindəki qoşunlarını çıxartması və Almaniyanın NATO-da qalmasına razılıq verməsi idi. Lakin müqavilənin şərtlərində göstərilirdi ki, birləşmiş Almaniya 360 mindən çox qoşun saxlaya, kimya, atom və bakteroloji silahlar istehsalına yaxın qoyula bilməz. Bu müqavilədən dərhal sonra 1990-cı ilin oktyabrın 3-də iki alman dövlət birləşdi və AFR adlandı. 1990-cı ilin dekabrın 2-də birləşmiş Almaniyada yeni bundestaq seçkiləri keçirildi. Seçkilərdə 60 milyon adam – 48 milyon AFR-dən, 12 milyon ADR-dən iştirak edirdi. Bundestaqda 662 deputatdan 400-ə qədərini yenə də xristian-demokratlar və xristian-sosialistlər tutdu. Onlar yenə də müstəqil demokratlarla sazişə girərək hakimiyyətə gəldilər. Helmut Kol Birləşmiş Almaniyanın ilk federal kansleri oldu. Onun adı da Bismarkla bərabər böyük tarixi şəxsiyyət kimi tarixə düşdü. Bismark dövrlə ayaqlaşaraq «dəmir və qan» siyasəti əsasında müharibə yolu ilə Alma­niyanı birləşdirmişdi. Helmut Kol da əlverişli beynəlxalq şə­raitdən istifadə edərək heç bir güllə atmadan bu işə nail oldu.

Almaniya birləşdirildikdən sonra şərq-qərb arasında əhalinin həyat səviyyəsində və iqtisadiyyatında kəskin fərqlər or­taya çıxdı. AFR-də olan 10 torpaq, ADR-də olan 6 torpaqdan fərq­lənirdi. Ona görə 6 torpaqda da bazar iqtisadiyyatına keçildi. Orada sosial xərclər və iqtisadiyyatın inkişafına xüsusi ka­pital qoyuldu. Bu isə qərb zonasında vergilərin artmasına səbəb oldu. Almaniyanın birləşdirilməsi onun beynəlxalq vəziyyətini də möhkəmləndirdi.

Hələ 1990-cı ilin yanvarında Helmut Kol bildirdi ki, AFR artıq beynəlxalq problemlərin həllindən, münaqişələrin nizama salınmasında iştirakdan kənarda qalmaq istəmir. Söhbət faktiki şəkildə AFR-in hərbi doktrinasının dəyişməsindən gedirdi. Alman qoşunları ilk dəfə 90-cı illərin ortalarında Bosniya və Hersoqovinada keçirilən sülhməramlı əməliyyatlarda iştirak etdilər. AFR NATO-da mövqeyini möhkəmlətməklə yanaşı Rusiya ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirdi. 1992-ci ilin dekabrın 16-da Moskvada H.Kolla B.Yeltsin arasında gedən danışıqlar nəticəsində Almaniya öhdəsinə götürdü ki, Almaniyadakı rus hərbi qulluqçularının vətənə qayıtması üçün 550 milyon marka əlavə pul versin. 1994-cü il avqustun 31-də rus qoşunları Almaniyadan tamamilə çıxarıldılar. AFR xarici siyasətində Qərbi Avropa ilə inteqrasiyaya xüsusi diqqət yetirirdi. 1997-ci ildə Avropa İttifaqının XXI əsr üçün inkişaf strategiyasını müəyyən edən Amsterdam müqaviləsinin imzalanmasına hazırlıqda Helmut Kolun xüsusi xidmətləri olmuşdur.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin