Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


FR Herhard Şröderin kanslerliyi dövründə



Yüklə 2,21 Mb.
səhifə35/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   186
FR Herhard Şröderin kanslerliyi dövründə. 1998-ci ilin oktyabrında keçirilən bandestaq seçkilərində sosial-demokratlar 40,9% səs toplayaraq 298 mandat qazandılar. Müstəqil demokratlar 6,2%, XDİ-XSİ bloku 35,3%, «Yaşıllar» partiyası 6,7% səs aldı. 5%-li baryeri Demokratik sosializm partiyası da keçərək 5,1% səs aldı. «İttifaq 90/ Yaşlılar» partiyası ilə koalisiyada sosial demokratlar 16 ildən sonra, yaşıllar isə birinci dəfə hökumət təşkil etdilər. Onu «qırmızı-yaşıl koalisiya» adlandırdılar. AFR tarixində birinci dəfə olaraq seçkilər nəticəsində hakim koalisiya tam əvəz olundu. 1999-cu ilin aprelində bundestaq birinci dəfə olaraq Berlində reyxstaqın yeni binasında iclas keçirdi. Bu dövrdən yaddaşlara «Bonn respublikası» yerinə «Berlin respublikası» sözləri həkk edildi.

Almaniyanın yeni kansleri ASDP-nin lideri Herhard Şröder oldu. Xarici İşlər Naziri «Yaşılar» partiyasından olan Yoşka Fişer oldu. 1999-cu ilin mayında keçirilən prezident seçkilərində yenə də sosial-demokratlar qələbə çaldılar. Yoxanes Rau prezident seçildi.

1998-ci ilin dekabrında “məşğulluq məsələsi” ilə əlaqədar hökumətin iştirakı ilə işçi qrupları təşkil edildi. Bu zaman ölkədə 4 milyon işsiz var idi. H.Şröder öz siyasətini «yeni mərkəz» adlandırdı. Şəxsi təşəbbüs və sahibkarlar üçün əlverişli şərait yaradılması məsələsi qarşıya qoyuldu. H.Şröder hökuməti xırda və orta biznesi müdafiə etdiyini bildirdi. 2000-ci ildə bu məqədlə vergi islahatının keçirilməsi təsdiqləndi. Bu islahat 2001-2005-ci illərdə üç mərhələdə keçirildi. Minimum vergi dərəcəsi 2005-ci ilə qədər 15%-ə, hüquqi şəxslərdən isə 25%-ə qədər ixtisar edildi. Bununla bərabər dövlət xərcləri də azaldıldı.

Bundestaqın 1999-cu ildə qəbul etdiyi qanuna əsasən pensiya islahatının 2030-cu ilə qədər mərhələ-mərhələ keçirilməsi nəzərdə tutulurdu. 2030-cu ildə pensiyalar xalis gəlirin 67%-ni təşkil etməli idi.

Şröder hökumətinin fəaliyyətinin ilk illərində «ikili vətəndaşlıq» üstündə mübahisə başlandı. 1999-cu ilin mayında qəbul edilmiş qanun hələ 1913-cü ildə qəbul edilmiş qanuna əsaslanırdı. AFR vətəndaşlığı statusunu ancaq 8 il ölkədə yaşayanlar ala bilərdi. Həmin vətəndaşların Almaniyada doğulmuş uşaqları isə dərhal vətəndaşlıq hüququ alırdılar. «İkili vətəndaşlıq»da saxlanılırdı.

Şröder hökuməti ölkənin iqitsadi inkişafında ciddi çətinliklərlə qarşılaşmalı oldu. 2001-ci ildə iqitsadi artım cəmi 0,5% oldu. Halbuki 1998-ci ildə bu artım 2,5% idi. Artımın azalması ilk növbədə neftin qiymətinin artması ilə əlaqədar idi. «İnək quduzluğu» ilə əlaqədar digər problem də ortaya çıxdı. Səhiyyə və kənd təsərrüfatı naziri bu məsələ ilə əlaqədar istefaya getdilər. Malların qiyməti artdı, işsizlərin sayı 5 milyona çatdı. Dövlət borcu ÜDM (ümumi daxili məhsulun) 60 %-nə çatdı.

Daxili siyasətdə Şröder hökuməti E.Bleer və L.Yospenin təcrübəsindən istifadə edərək kompaniyaların vergisini azaltdı, əmək bazarının təmin edilməsini, əmək haqqının ödənilməsindəki boşluğun aradan qaldarılmasını, iqtisadiyyatın ümumi bölməsinin modernizasiya edilməsini təşkil etdi. Lakin sosialist bazar təsərrüfatı siyasətindən tam yan keçilmədi. Görülən tədbirlər kifayət qədər səmərə verdi. 1999-cu ildə hökumət elan etdi ki, o geniş miqyasda təhsil islahatına başlayır. Şröder hökumətinin 3 minə qədər günü uzadılmış məktəb tikdirməsi, şərq torpaqlarda istehsalın 8% armtasına nail olması, kasıb ailələrə dotasiyanın 20 mlrd. avroya çatdırması, İraqda müharibə olacağı təqdirdə onda iştirak etməmək haqqında qərarı, ölkənin su basan ərazilərinə yardımı, gəlir vergisini aşağı salması və s. tədbirləri Srederin real siyasətçi olduğunu bir daha təsdiq etdi və 2002-ci ildə seçkilərində onun partiyasına uğur gətirdi.

Yenə də «qırmızı-yaşıl koalisiya»lı hökumət təşkil edildi. 2003-cü ilin mart ayının 14-də Şröder «Günün xəbəri - 2010» adlı hökumət bəyənatı ilə çıxış etdi. Orada iqitsadi artıma nail olmaqdan, sosial sığortanın əlverişli təşkil edilməsindən, Almaniyanın iqitsadi marağının yüksəlməsindən söhbət gedirdi. Bu sənəddə iqtisadiyyatı inkişaf etdirmək, ixtisas hazırlığı, əmək bazarı, səhiyyə, vergi, təhsil, pensiya, ailəyə yardım, ümumiyyətlə, 30 konkret tədbiri həyata keçirmək planlaşdırıldı.

2005-ci ilin yanvarın 1-nə qədər «Gündəlik» çərçivəsində 12 qanun qüvvəyə mindi. Onlardan 3-ü əmək bazarı haqqında idi. Bu qanun sahibkarların marağını artırdı. Lakin alman dövlətinin iqitsadi ideologiyasına zərbə vurdu, çünki o, əmək bazarının liberallaşdırılmasını və sosial proqramı ixtisar etdi. Bu tədbir ölkədə narazılığı artırdı.

2004-cü ilin mayın 25-də keçirilən prezident seçkilərində Xorst Keller qalib gəldi və AFR-in prezidenti oldu. AFR praktkiasında ilk dəfə dövlətin başçısı parlament müxalifətinin nümayəndəsi oldu. O, malliyyəçi olduğuna görə ölkənin kökündən yeniləşdirilməsinə ehtiyac olduğunu dərk edirdi.

Sevr, Reyn-Vestfaliya landtaqlarında keçirilən seçkilərdə də hakim koalisiya uğur qazanmadı. 2005-ci ilin iyununda Şröder hökuməti istefaya getdi. Parlament buraxıldı. 2005-ci ilin sentyabrında yeni parlament seçikləri keçirildi.

Şröder hökumətinin xarici siyasəti əslində AFR-in əvvəlki siyasətinin davamı idi. Avropada inteqarsiya və birləşdirici prsosesdə, NATO-nun inkişafında iştirak, Şərqi Avropada islahatların sabitliyini dəstəkləmək, inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq onun xarici siyasətinin əsas istiqamətləri idi. Əsas məqsəd isə AFR-in mövqeyini beynəlxalq aləmdə möhkəmləndirmək idi.

AFR ABŞ-ın Balkanlardakı siyasətini prinsipcə müdafiə etdi. Serbiyaya qarşı hava müharibəsində iştriak etdi (1999-cu il). AFR Kosovaya 8 min sülhməramlı kontingent göndərdi. 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda terror hadisə­lərindən sonra Əfqanıstanda taliban rejiminin ləğvində iştirak etdi və ora 3900 əsgər göndərdi. Lakin İraqdakı müharibədə Şrö­der hökuməti ölkəsinin iştirak etməsinə yol vermədi və bu öl­kə əhalisinin 75%-i tərəfindən dəstəkləndi. Şröder İraqın mü­haribədən sonrakı quruluşu ilə əlaqədar 4 maddədən ibarət plan tərtib etdi. Planda İraqın ərazi bütövlüyünü, müstəqilliyini təmin etmək, iraqlılara öz gələcəyini müəyyən etməklə sərbəstlik, neft və başqa təbii sərvətlər üzərində tam nəzarət hüququ vermək, milli azlıqların hüquqlarını qorumaq, bütöv­lükdə Yaxın Şərqdə siyasi sabitlik prosesini fəallaşdırmaq nə­zərdə tutulurdu.

AFR Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verirdli. Almaniya Rusiya ilə borc məsələsində 1999-cu ilin yayında razılığa gəldi. 2004-cü ildə Rusiya Almaniyanın bütün borclarını ödədi. Şröderlə Putinin şəxsi dostluğu rus-alman əla­qə­lərini möhkəmləndirdi. Şröder Rusiyanı hüquqi dövlət hesab edirdi və onun Beynəlxalq Ticarət Təşkilatına (BTT) qəbulunu müdafiə etdi. Almaniyanın Rusiyanın bazarına və rus xammalına tələbatı bu dövrdə artdı. AFR-də istifadə olunan qazın 40%-i, neftin isə 30%-i RF-dən gətirilirdi. 2004-cü ilin yayında Şröderin Moskvaya səfəri zamanı Şimali Avropa qaz kəmərinin (layihənin dəyəri 21,5 milyard avro qiymət­ləndirilirdi) çəkilişini nəzərdə tutan birgə memorandum im­zalandı.

2005-ci ilin sentyabrında iki dövlət arasında bağlanan müqaviləyə əsasən, qaz artıq Ukrayna və Polşa vasitəsi ilə deyil, Rusiyadan Vıborq altından birbaşa Almaniyaya (Tray­sfald rayonu) göndərilməli idi. «Şimal axını» 2011-ci ildən baş­lamalı idi.

Rəsmi Berlin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ məsələsinin dinc yolla nizama salınmasını dəstəkləyirdi. 2004-cü ilin avqustunda Azərbaycan Respubilkasının Prezidenti İ.Əliyevin Berlinə rəsmi səfərində ikitərəfli əməkdaşlıq, Azərbaycanın Arvopa strukturlarına inteqarsiyası, Azərbaycan iqitsadiyyatına Almaniyanın sər­mayə qoyması məsələləri müzakirə edilmişdi.

1999-cu ilin fevralında «Xolokost» qurbalarına kömək fondu yaradıldığı elan edilmişdi. Sonra faşist düşərgəsində olanlar və qul kimi işləyənlər üçün kompensasiya ödəmək haqqında da qərar qəbul edildi.

2000-ci ilin avqustun 10-da «Yaddaş, məsuliyyət və gələcək» haqqında fondun təşkili haqqında qanun qüvvəyə mindi. Onun kapitalı 10 mlrd. marka idi.

2003-2004-cü illərdə AFR BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən BMT-nin büdcəsinə miqdarına görə üçüncü üzvlük haqqı ödəyən dövlət idi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin