Avropa şurasi (AŞ pa)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
Avropa Şurası

10-11 may 2001-ci il - Bu il mayın 10-11-də  Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 108-ci 

sessiyası keçirilmişdir. Tədbirdə ilk dəfə olaraq, Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V.Quliyev 

iştirak etmişdir.  



Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurasının üzvü olan  

ölkələrin dövlət və hökumət başçılarının ikinci Zirvə görüşündə  

nitqi 

 

- Hörmətli cənab Sədr! 



- Hörmətli xanımlar və cənablar! 

Avropa Şurasının ikinci sammitinin iştirakçılarının səmimi qəlbdən salamlayıram. Çox məmnunam ki, yeni 

minilliyin astanasında  ən mühüm ümumavropa problemlərinin müzakirəsinə  həsr olunmuş bu nüfuzlu 

beynəlxalq forumda müstəqil Azərbaycan Respublikası ilk dəfə iştirak edir. 

Planetimizdə baş vermiş çox böyük müsbət dəyişikliklər - soyuq müharibəyə son qoyulması, dəmir pərdənin 

götürülməsi Avropanı birləşdirmiş, demokratiya yolu seçən yeni müstəqil dövlətlərin Avropa strukturlarına 

inteqrasiyasına imkan yaratmışdır. 

Avropa  Şurası bu proseslərdə  mühüm rol oynayır və  bütün Avropa qitəsində  sülhün və sabitliyin 

möhkəmləndirilməsinə, plüralist demokratiya prinsiplərinin və ümumbəşəri dəyərlərin bərqərar olmasına onun 

verdiyi töhfəni biz yüksək qiymətləndiririk. 

Avropanın ayrılmaz hissəsi olan Azərbaycan özünün bütün tarixi ərzində onunla əlaqələri inkişaf 

etdirmişdir. 

Azərbaycan Respublikası müstəqillik  əldə etdikdən sonra mürəkkəb və  gərgin bir yol keçmişdir. Keçid 

dövrünün çətinlikləri, daxili siyasi sabitliyin olmaması, qanunsuz silahlı birləşmələrin azğınlığı, dəfələrlə dövlət 

çevrilişləri edilməsi, sosial-iqtisadi böhran, qonşu Ermənistanın təcavüzünün dağıdıcı nəticələri özbaşınalıq və 

hərc-mərclik, insan hüquqlarının kütləvi  şəkildə  pozulması  şəraiti yaratmış, Azərbaycan dövlətçiliyinin 

mövcudluğunu təhlükə qarşısında qoymuşdur. 

Biz böyük səylər bahasına ölkədə  vəziyyəti qısa müddətdə sabitləşdirə  və  demokratik, hüquqi, dünyəvi 

dövlət və bazar iqtisadiyyatı qurulmasına yönəldilmiş əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsinə 

başlaya bildik. 

Respublika parlamentinə  çoxpartiyalılıq  əsasında ilk demokratik seçkilər keçirilmişdir, Ümumxalq 

referendumu yolu ilə  müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur və  o, insanın 

zəruri azadlıqlarına və hüquqlarına təminat verir. Onlarca siyasi partiya, yüzlərlə müstəqil kütləvi informasiya 

vasitəsi söz, vicdan azadlığı, milli azlıqların inkişafı üçün əlverişli şərait - bütün bunlar ölkəmizdə demokratik 

cəmiyyətin formalaşdığını sübut edir. 

İqtisadiyyatın sərbəstləşdirilməsi, inflyasiya proseslərinin minimuma endirilməsi, xarici investisiyaların 

geniş  cəlb edilməsi, torpaq üzərində  xüsusi mülkiyyət də  daxil olmaqla özəlləşdirilmə  proqramının uğurla 

həyata keçirilməsi Azərbaycan iqtisadiyyatında uzun sürən tənəzzülü aradan qaldırmağa imkan vermiş, 

istehsalın real artımı və ölkəmizin vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsi başlanmışdır. 

Şübhəsiz ki, biz keçid dövrünün obyektiv çətinliklərini hələ də hiss edirik, yetmiş illik totalitar sistemin ağır 

irsi də özünü göstərir. Ancaq demokratik islahatların uğurla aparılması, respublikamızın vətəndaşlarının mütləq 

əksəriyyətinin bu islahatları  qətiyyətlə  dəstəkləməsi Azərbaycanda müstəqilliyin və  demokratiyanın 

dönməzliyindən xəbər verir. 

Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün nəticələri bizim üçün ən böyük problem olaraq qalır. 

Bu təcavüz nəticəsində Azərbaycan  ərazisinin iyirmi faizi işğal edilmiş, bu torpaqların bir milyondan artıq 

sakini öz yaşayış yerlərindən zorla qovulmuşdur və çadır şəhərciklərində dözülməz şəraitdə yaşayırlar, 

Biz ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin  ədalətlə  aradan qaldırılmasına yönəldilmiş  səylərini 

razılıqla qarşılayırıq. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşü bu məsələ barəsində son dərəcə 

mühüm qərar qəbul etmişdir. Lissabon prinsipləri Azərbaycanın və Ermənistanın  ərazi bütövlüyünün 

tanınmasından, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsindən və 

Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatından ibarətdir. 

Biz Avropa Şurası Parlament Assambleyasının 1997-ci il 22 aprel tarixli qətnaməsini yüksək 

qiymətləndiririk. Həmin qətnamədə  də Azərbaycan dövlətinin  ərazi bütövlüyü Ermənistan-Azərbaycan 

münaqişəsinin aradan qaldırılmasına dair Lissabon Zirvə  görüşünün prinsipləri təsdiq edilmişdir. Bu sənədlər 

hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı zəmindir. 

1994-cü ilin mayında biz atəşkəs haqqında Ermənistanla saziş bağlamışıq və  münaqişənin qəti həllinədək 

ona əməl etmək niyyətindəyik. 

Biz münaqişənin iki mərhələdə aradan qaldırılmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiya, 

ABŞ  və  Fransanın bu yaxınlarda verdikləri təklifi: birinci mərhələdə Ermənistan silahlı birləşmələrini 

Azərbaycanın işğal olunmuş altı rayonundan çıxarmaq, bu rayonların sakinlərini öz yaşayış yerlərinə qaytarmaq 




və  müharibə  zamanı dağılmış kommunikasiyaları  bərpa etmək, ikinci mərhələdə  Laçın və  Şuşa rayonlarının 

azad olunması ilə birlikdə Dağlıq Qarabağın statusu məsələsini həll etmək təklifini dəstəkləyirik. 

Mən bu gün bir daha bəyan edirəm ki, biz münaqişənin sülh yolu ilə  aradan qaldırılması mövqeyində 

qətiyyətlə dururuq, Ermənistanla möhkəm və  uzunmüddətli sülh yaratmaq istəyirik. Təcavüz nəticəsində 

Azərbaycana böyük zərər vurulmasına baxmayaraq, biz ölkələrimiz arasında mehriban qonşuluq 

münasibətlərinin və  əməkdaşlığın, xalqlarımızın  əmin-amanlığı  və  tərəqqisinin regionumuzda sülhün və 

sabitliyin bərpa olunmasını istəyirik. 

Xanımlar və cənablar! 

1996-cı ilin iyununda Avropa Şurasının Parlament Assambleyası Azərbaycana "Xüsusi qonaq" statusu 

vermişdir. Biz həmçinin Avropa Mədəniyyət Konvensiyasının, təbii və texnoloji fəlakətlərin qarşısının alınması 

və bunlardan qorunmağa və yardımın təşkilinə dair açıq parsial sazişin iştirakçısıyıq. 

Mən 1996-cı il iyulun 13-də  Avropa  Şurasının Baş katibinə  məktubla müraciət edərək Azərbaycan 

Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişəm. Avropa insan hüquqları 

konvensiyasına qoşulmağa  hazır olduğumuzu bildirərək, mən Avropa Şurasının Nazirlər Komitəsindən bu 

məsələ barədə Azərbaycan hökuməti ilə danışıqları sürətləndirməyi xahiş etmişəm. 

Biz Avropa Şurasının təsisatları ilə  fəal  əməkdaşlıq edirik, onların keçirdiyi tədbirlərdə  iştirak  edirik, 

Avropa Şurasının nümayəndə heyətlərinə Azərbaycanda hər cür lazımi şərait yaradırıq. 

Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə  böyük ümid bəsləyirik. 

Ümidvarıq ki, Azərbaycan tezliklə  Avropa  Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa 

demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik. 

Hörmətli xanımlar və cənablar! 

Zirvə  görüşümüz coşqun  və  gərgin iyirminci əsrə  yekun vurur, qarşıdakı yüzilliyin vəzifələrini və 

perspektivlərini müəyyənləşdirir. Azadlıq, demokratiya və  humanizm idealları  ətrafında sıx birləşmiş yeni 

Avropa, həmişə olduğu kimi bütün bəşəriyyətin tərəqqisində və çiçəklənməsində mühüm rol oynayacaqdır. 

Əminəm ki, çox böyük təbii sərvətlərə, zəngin mədəni və intellektual potensiala malik olan Azərbaycan 

Respublikası bu nəcib prosesə öz layiqli töhfəsini verəcəkdir. 

Diqqətinizə görə təşəkkür edirəm. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin